Məhkəmə qərarları › İş №1(056)-9/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-9/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-9/2025 17.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1952-ci ildə Sabirabad rayonu Xankeçən kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, məhkum olunmayan, Sabirabad rayonu Çığırğan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, Sabirabad rayonu Xankeçən kənd sakini Zərərçəkmiş şəxs, oğlu Şahid1 X1 İdarəsində fəhlə işinə düzəltmək kimi imkanına malik olmasına inandırıb, 2023-cü ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs yaşadığı evdə 3000 manat məbləğində pulunu alaraq, sonradan verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 3000 manat məbləğində maddi ziyan vurub, dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki Zərərçəkmiş şəxs onun kürəkənidir. O, həqiqətən də Hacıdan 2400 manat məbləğində pul almışdır. Belə ki, kürəkəni Zərərçəkmiş şəxs ondan oğlu, yəni onun nəvəsi Şahid1 işə düzəltməkdə köməklik etməsini xahiş etdikdə bu işdə köməklik edəcəyini söz vermiş, 2016-cı ilədək Sabirabad rayonu Suvarma Sistemləri İdarəsində mexanik işlədiyi üçün nəvəsini həmin idarədə münasib işlə təmin edəcəyini düşünmüşdür. Bu məqsədlə o, Hacıya 3000 manat məbləğində pul olsa, bu işi həll edəcəyini bildirdikdə sonuncu onunla razılaşmış və ona 2023-cü ilin noyabr ayında müxtəlif məbləğlərdə olmaqla bir neçə dəfəyə, ümumilikdə 2400 manat məbləğində pul vermişdir. Lakin, bu işi həll edə bilməmiş, buna da səbəb işin həlli üçün adam tapa bilməməməsi olmuşdur. Nəticədə aldığı pulu şəxsi məqsədləri üçün istifadə edərək xərcləmişdir. Zərərçəkmiş şəxs işin həll edilmədiyini görəndən sonra ondan pulu geri istədikdə pulu olmadığından qaytara bilməmiş, buna görə aralarında narazılıq yaranmışdır. Hacı ondan pulu istədikdə yalandan bununla bağlı, yəni Xəyalın işə düzəlməsi üçün X1 İdarəsi ilə danışdığını demiş, lakin heç kimlə bu barədə danışmamışdır. Bununla bağlı Hacı ona inanmamış və idarəyə gedib müdirdən soruşacağını demiş, o da Hacı ilə birlikdə getmiş, orada Şafiq müəllimin qəbulunda olmuşdur. Zərərçəkmiş şəxs özünə məxsus 3000 manat pulun onun tərəfindən alınıb idarədə kiməsə verdiyini dedikdə o, heç kimə pul vermədiyini bildirmiş, orada da pulu alıb özü xərclədiyini qeyd etmişdir. Hacı orada aldığı pulu Suvarma Sistemləri İdarəsində kiməsə vermədiyinə əmin olmuşdur. Hazırda əməldən peşmandır və pulu geri qaytarmışdır. Buna görə də zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də o, məhkəmədən cinayət məsuliyyətindən azad olunması haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hazırda təqsirləndirilən şəxs ona vurduğu ziyanın əvəzini tam ödəmiş, ondan üzr istəyərək barışmışdır. Ona görə də onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim edir. Odur ki, qeyd olunanları nəzərə alaraq təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Sabirabad rayon Məhkəməsinə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmiş, aralarında barışıq əldə olunmuş, ona görə də Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xəyal onun nəvəsidir. Əlikram isə Xəyalın ana babasıdır. Əlikram oğlu Hacıdan 3000 manat pul almışdır ki, nəvəsi Xəyalı işə düzəldəcəkdir. Həmin vaxt Əlikram bir aya işi düzəldəcəyinə söz vermiş, lakin aradan xeyli vaxt keçsə də, Əlikram hər dəfə yalan vədlər verməyə başlamış və o, Əlikramın oğlu Hacını aldığından şübhələnmiş və Hacıdan tələb etmişdir ki, Əlikramla birgə Su İdarəsinə getmişdir. Oraya getdikdən və müdirin qəbulundan oldqudan sonra məlum olmuşdur ki, həqiqətən də Əlikram Hacını aldatmış, pulunu almış, lakin kiminləsə Xəyalın işə düzəlməsi üçün danışıq aparmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidin ifadəsinə, iş materiallarında olan sübutlara və onların məcmusuna hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyanı tam ödəmiş və nəticədə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən maddi hüquq normasına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsindəki cinayət işinin icraatına xitam verilməli, həmçinin iş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 321, 344-347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar