Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-90/2023 14.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Ələkbər Əlisahib oğlu Əliyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Şahid və müdafiəçisi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2005-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Sabirabad şəhəri M.S.ünvan 1 ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istifadə etdiyi özünə məxsus “Redmi Not 11” markalı mobil telefonla yaşadığı Sabirabad şəhəri, M.S.ünvan 2 ünvanda internet qlobal şəbəkəsindən istifadə etməklə +994 50 *** ** ** abonent nömrəsi ilə qeydiyyatdan keçdiyi «Telegram» proqram təminatı və sosial şəbəkəsinə daxil olaraq 2022-ci ilin sentyabr ayında orada “Qozumakimi” adlı kanal yaradıb həmin səhifəyə məzmununda fikrin ancaq cinsi orqana yönəldilməsi, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, ictimai şərtlərin normasını pozması, qarşı tərəfin qıcıqlandırılması, şəxsiyyətin mənəvi cəhətdən alçaldılması, insanın və erotikanın humanistliyini yox etməsi, seksual davranışın biədəb formada həyata keçirilməsi, başqalarında ikrah hissi oyatması və s. kimi pornoqrafik xarakterli əlamətlər yer alan çılpaq formada qadın görüntüləri, qadınların cinsi orqanları, eləcə də cinsi aktın həyəta keçirilməsi prosesləri göstərilən videogörüntülər və fotoşəkillər daxil etməklə reklam məqsədilə pornoqrafik materialları qanunsuz hazırlamış, habelə qeyd olunan xarakterli materialları gəlir etmək məqsədi ilə «Telegram» sosial şəbəkəsində “Qozumakimi” adlı kanalda 2022-ci ilin sentyabr ayından 2022-ci ilin noyabr ayının əvvəllərinədək olan müddət ərzində səhifəyə üzv olmuş 12 800 nəfərdən çox daimi izləyicilərin istifadəsinə verərək reklam etməklə yaymışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən istifadə etdiyi özünə məxsus “Redmi Not 11” markalı mobil telefonla yaşadığı Sabirabad şəhəri, M.S.ünvan 2 ünvanda internet qlobal şəbəkəsindən istifadə etməklə +994 50 *** ** ** abonent nömrəsi ilə qeydiyyatdan keçdiyi «Telegram» proqram təminatı və sosial şəbəkəsinə daxil olaraq 2022-ci ilin oktyabr ayında orada “İfsahub” adlı kanal yaradıb həmin səhifəyə məzmununda fikrin ancaq cinsi orqana yönəldilməsi, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, ictimai şərtlərin normasını pozması, qarşı tərəfin qıcıqlandırılması, şəxsiyyətin mənəvi cəhətdən alçaldılması, insanın və erotikanın humanistliyini yox etməsi, seksual davranışın biədəb formada həyata keçirilməsi, başqalarında ikrah hissi oyatması və s. kimi pornoqrafik xarakterli əlamətlər yer alan çılpaq formada qadın görüntüləri, qadınların cinsi orqanları, eləcə də cinsi aktın həyəta keçirilməsi prosesləri göstərilən videogörüntülər və fotoşəkillər daxil etməklə reklam məqsədilə pornoqrafik materialları qanunsuz hazırlamış, habelə qeyd olunan xarakterli materialları gəlir etmək məqsədi ilə «Telegram» sosial şəbəkəsində “İfsahub” adlı kanalda 2022-ci ilin oktyabr ayından 2022-ci ilin noyabr ayının əvvəllərinədək olan müddət ərzində səhifəyə üzv olmuş 2 000 nəfərdən çox daimi izləyicilərin istifadəsinə verərək reklam etməklə təkrar yaymışdır. Bu əməlinə görə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclası zamanı qanuni nümayəndəsi – atası Şahid iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası fərdi əməklə məşğul olur. Anası Sabirabad rayonunda müəllimə işləyir. Sabirabad Dövlət Sosial İqtisadi Kollecində təhsil alır. Özünə məxsus “Redmi Not 11” markalı mobil telefonla sosial şəbəkələrə daxil olmuşdur. Həmin telefonda ***-***-**-** nömrəsini istifadə etmişdir. Həmin telefonla “Whatsapp”, “Telegram”, “İnstagram” və digər sosial şəbəkələrə daxil olmuşdur. Təxminən 2022-ci ilin sentyabr ayında telegram sosial şəbəkəsinə daxil olmuşdur. Orada istifadəsində olan ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçmişdir. İstifadəçi adını isə “reklamhesab” yazmışdır. İlk əvvəl telegrama sadəcə xəbərlərə baxmaq üçün daxil olmuşdur. Telegrama daxil olduqdan sonra orda olan “18+” kanallarda izləyici sayı çox olduğunu gördüyündən o da özünə belə bir kanala açmaq istəmişdir. Təxminən 2022-ci ilin sentyabr ayında ilk əvvəl “Qozumakimi” adlı telegram kanalı açmışdır. Telegramda kanal açmaq rahat olur. Bunun üçün heç bir ödəniş tələb edilmir. Həmin kanala izləyici yığmaq üçün internetdən və digər telegram kanallarından telefonuna yüklədiyi porno videoları paylaşmışdır. Həmin zaman telegram kanalını hamı üçün açıq etmişdir ki, istənilən şəxs daxil olub videolara baxa bilsin. Lakin bir neçə saatdan sonra həmin şəxs kanala qoşulmasa avtomatik olaraq kanaldan çıxarılmışdır. O, bu formada kanalda xeyli sayda porna videolar və şəkillər paylaşmışdır. Həmin telegram kanalında 12 800-dən çox izləyici olmuşdur. Kanalda izləyici yığdıqdan sonra orada reklam edərək gəlir də qazanmışdır. Belə ki, kanallarda “MostBet” və “777 kazino” idman mərc oyunun reklamını paylaşmışdır. Bunun müqabilində onun anasına məxsus 4169-74**-****-1215 nömrəli Kapital bank məxsus karta ayda ümumilikdə 100 manat ödəniş göndərilmişdir. Bu barədə telegramda tanımadığı şəxslə razılaşmışdır. Əksər telegram kanalları da bu üsulla gəlir əldə edirlər. Karta ümumilikdə 200 manata yaxın pul göndərilmişdir. Həmçinin, kanalda istəyən şəxslərin də reklamlarını edə bilmişdir. Buna görə də kanalda elan yerləşdirmişdir ki, reklam etmək istəyən şəxslər əlaqə saxlasın və ödəniş qarşılığında həmin şəxslərin istədikləri şeyləri kanalında reklam etsin. Həmin kanalda ondan başqa heç kim adminlik etməmişdir. Həmin kanalda ümumilikdə təxminən 35-40 pornoqrafik xarakterli video, eləcə də, şəkilər paylaşmışdır. Bundan başqa 2022-ci ilin oktyabr ayında da telegram kanalında “ifsahub” adlı başqa bir kanal da açmışdır. Həmin kanalda da eyni qaydada pornoqrafik xarakterli video və şəkillər paylaşmışdır. Lakin həmin kanalda izləyici sayı daha az olmuşdur. Kanalda 2000 nəfər izləyici olmuşdur. Kanalda ümumilikdə 15-20 pornoqrafik video və şəkil paylaşmışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda, əməlindən peşimançılıq hissi keçirdiyini, ilk dəfə belə hərəkətə yol verdiyini, gənc olmasını, həmçinin, şəxsiyyətinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. O heç bir yerdə işləmir. X1 Sosial İqtisadi Kollecində təhsil alır. İstifadə etməsi üçün 3-4 ay olar ki, ona Redmi Not 11” markalı mobil telefon alıb vermişlər. Onun həmin telefonla telegram sosial şəbəkəsinə daxil olduğunu və orda kanal açdığını bilmişdir. Lakin o həmin kanalda müxtəlif şəbəkələrdən götürdüyü gülməli videoları paylaşdığını bildirmişdir. O kanalda reklam da etdiyini və reklam etdirən şəxslərində ona pul göndərdiyini bildirmişdir. O həmin pulu həyat yoldaşına məxsus Kapital Bank tərəfindən verilmiş 4169-74**-****-1215 karta göndərtdirmişdir. O, təxminən 01-02 ay olardı ki səhifə açdığını bildirmişdir. Həmin səhifədən karta təxminən 150-200 manat pul gəlmişdir. Məhəmədin telegram kanallarında pornoqrafik xarakterli materiallar yaymasından və bununla da online qumar oyunlarını orada reklam edərək gəlir qazanmasından məlumatı olmamışdır. Olsaydı özü onu tənbeh edərək həmin işləri görməkdən çəkindirərdi. “Məhkəmə-sənətşünaslıq” ekspertizasının 13 dekabr 2022-ci il tarixli 11/580 nömrəli rəyindən görünür ki, təqdim edilmiş diskdə olan “Telegram” sosial şəbəkəsinə baxış zamanı “Qozumakimi”, “İfsahub” adlı kanallardan aşkar olunaraq götürülmüş “xx.xx.2022 telegram” qovluğunun içərisindəki video və foto materiallar pornoqrafik xarakterlidir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə pornoqrafik materialları reklam məqsədi ilə qanunsuz hazırlaması, habelə, bu xarakterli materialları təkrarən yayma və reklam etmə cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun ilk dəfə az ağır cinayət törətməsini (CM-nin 59.1.1-ci maddəsi), yetkinlik yaşına çatmayan şəxs olmasını (CM-nin 59.1.2-ci maddəsi), əməlindən peşimançılıq hissi keçirməsini və şəxsiyyətinin yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini (CM-nin 59.2-ci maddəsi) ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun hesab edir. Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növlərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 85- ci maddəsində qeyd edilir ki, cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir (CM-nin 85.2-ci maddəsi). Odur ki, məhkəmə Azərbaycan Respublikası CM-nin 85-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs 500 (beş yüz) manat məbləğində cərimə cəzası təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə, iş üzrə maddi sübut hesab edilmiş 1 ədəd CD diskin iş materiallarında saxlanılmasını, təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdiriləmədən saxlanılmasını və məhkəmə xərclərinin təqsirləndirilən şəxsdən tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının cəmi 100 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut hesab edilmiş 01 ədəd CD disk iş materiallarında saxlansın. Hökmdən 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-90/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-90/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver