Məhkəmə qərarları › İş №1(056)-90/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-90/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-90/2025 31.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Əli-Bayramlı (Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Aşağı Noxudlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, 21 fevral 2025-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakım gizli olaraq ələ keçirmək məqsədilə 2024-cü ilin dekabr ayının 24-də, saat təxminən 23 radələrində Sabirabad rayonu, Çəngən kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin həyətyanı sahəsindəki hinə qapısını açmaqla qanunsuz daxil olaraq oradan hər biri 80 manat dəyərində olmaqla, ümumilikdə 160 manat dəyərində 2 ədəd hindquşunu gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 160 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakım gizli olaraq ələ keçirmək məqsədilə 2025-ci ilin fevral ayının 11-də, saat təxminən 01 radələrində Sabirabad rayonu, Çəngən kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin həyətyanı sahəsindəki tövləyə qapısını açmaqla qanunsuz daxil olaraq oradan hər biri 250 manat dəyərində olmaqla, ümumilikdə 1000 manat dəyərində 4 baş xırda buynuzlu keçi heyvanını gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Salyan rayonu, Aşağı Noxudlu kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri birlikdə yaşayır, əvvəllər məhkum olunmamışdır. Günəmuzd işlərdə çalışıb özü-özünü dolandırmış, lakin evlərində maddi imkanları çox zəif olmuşdur. O da bu səbəbdən oğurluq etmək qərarına gəlmiş, qohumu Şahingilin kəndində, yəni Sabirabad rayonu, Çəngən kəndində yaşayan İntiqam adlı şəxsin də keçi saxladığını görmüş, sonuncunun keçilərini oğurlamaq qərarına gəlmişdir. Belə ki, 2025-ci ilin fevral ayının 10-da, axşam saatlarında öz kəndlərində olarkən içki içmiş, ona görə də biraz ürəkli olmuşdur. Həmin gün axşam saatlarında tanımadığı yol taksisi ilə gəlib Şahingilin kəndinin, Sabirabad rayonu, Çəngən kəndinin tuşunda düşmüş, sonra İntiqamın evinin həyətində yerləşən əldamın çölə baxan dəmir qapısına yaxınlaşmışdır. Orada qapının ağzına daş qoyulmuş, o, həmin daşı götürüb qapını açaraq tövləyə girmiş, artıq 11 fevral 2025-ci il, saat 01 radələri olmuşdur. O, həmin keçilərdən 4 başını oradan tapdığı iplə boyunlarından bağlamış, sonra gəldiyi qapıdan keçiləri yola çıxarmış, təxminən 100 metrə qədər apardıqdan sonra qarşıda işıq görərək təşvişə düşmüşdür. Sərxoş olmuş, bu səbəbdən həmin keçiləri orada buraxıb kəndin yoluna çıxmış, “6600” taksi xidmətinə zəng etmişdir. Hazırda dövlət qeydiyyat nişanını bilmədiyi “Kia” markalı qara rəngli taksi gəlib yanında dayanmış, həmin taksiyə minib yaşadığı kəndə getmiş, taksidən düşüb sürücüyə 7 manat pul vermiş, sonra da evə gedib yatmışdır. Bundan başqa da oğurluq etmişdir. Belə ki, Sabirabad rayonu, Çəngən kəndində qohumu X2 yaşamış, qohum olduğu üçün bir neçə dəfə Şahingilə gedib-gəlmiş, 2024-cü ilin dekabr ayında dəqiq tarixi yadında qalmayan vaxtda oğurluq etmək qərarına gəlmiş, qohumu Şahingilin qonşuluğunda yaşayan İlhamə adlı qadının da hindquşu saxladığını görmüş, sonuncunun hindquşlarını oğurlamaq qərarına gəlmişdir. Belə ki, 2024-cü ilin dekabr ayında dəqiq tarixi yadında qalmayan vaxtda axşam saatlarında “6600” taksi xidmətinə zəng etmiş, əvvəlcə gəlməli olan taksi gəlməmiş, o da tanışı Anara zəng etmişdir. Anar da taksi sürücüsü olduğundan onda əvvəlcədən nömrəsi olmuş, Anardan onu nənəsigilə, Sabirabad rayonu, Çəngən kəndinə aparıb- gətirməsini xahiş etdikdə sonuncu onun yaşadığı kəndə gəlmişdir. Yola çıxıb Anarın dövlət qeydiyyat nişanını bilmədiyi “Mercedes Benz” markalı avtomobilinə oturmuş, onlar Sabirabad rayonu, Çəngən kəndində qohumu Şahingilin qonşuluğunda yaşayan İlhamənin evinin yaxınlığına gəlmiş. Anardan avtomobili saxlamasını xahiş etmiş, 10-15 dəqiqəyə gələcəyini demişdir. Sonra avtomobilin arxa tərəfinə keçib daş hasardan tullanıb həyətə düşmüş, həyətdə olan əldamınaa yaxınlaşmış, açıq taxta qağısı olmuş, oradan içəri keçmiş, saat artıq 23 radələri olmuşdur. Həmin bağlamış, sonra orada olan torbaya qoyaraq yola çıxmışdır. Əlindəki yükü avtomobilin baqajına qoymuş, sonra ön sərnişin oturacağına oturmuş, Anar ondan baqaja nə qoyduğunu soruşduqda Anara baqaja iki ədəd hindquşu qoyduğunu deyib nənəsinin pay verdiyini bildirmişdir. Anarla birlikdə yaşadığı kəndə getmiş, taksidən düşüb Anara 15 manat pul vermiş, orada 2 ədəd hindquşunu öz əl damlama qoymuş, bundan sonra evə getmişdir. Ailə üzvlərinə də heç nə deməmiş, heç kim həmin hindquşları görməmişdir. Tezdən hamıdan tez durub hindquşlarmı Salyan rayon bazarına aparmış, həmin hindquşları tanımadığı adama 1-ni 15 manatdan olmaqla ümumilikdə 30 manata satmış, əldə etdiyi pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Sadaladığı oğurluqları tək etmiş, bu barədə də heç kimə məlumat verməmişdir. Nə Anarın, nə də başqa bir şəxsin onun oğurluq etməsindən xəbəri olmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmiş və barışıq əldə edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Sabirabad rayonu, Çəngən kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır, yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə 5 baş keçi, 3 baş inək və 1 baş camış balası saxlamış, həmin tövlənin həyət tərəfdən və çöldən girişi olmuşdur. Çöl tərəfə açılan dəmir qapı içəridən və çöldən bağlı olmuş, 11 fevral 2025-ci il tarixdə, saat 01 radələrində evin pəncərində dayanıb siqaret çəkən zaman tövlənin həyətə açılan qapısı tərəfdən səs-küy eşitmiş, dərhal əynini geyinib həyətə düşüb tövləyə keçmiş, tövlədə olan 4 baş keçisinin yerində olmadığını görmüşdür. Həmin heyvanların oğurlandığını düşünmüş, sonra oradan qonşusu X4 çağırıb oyatmış, heyvanlarını oğurlayan şəxs və ya şəxslərin sol tərəfə, yəni kəndin mərkəzinə doğru getməyəcəklərini bildiyi üçün öv avtomobili ilə Zahir də yanında olmaqla sağ tərəfə getmişlər. Çöl yola yaxın, evdən təxminən 500-700 metr məsafədə ona məxsus keçilərin üstünə tərəf gəldiklərini görmüş, aşağı düşüb keçilərə baxdıqda onların iplə bir-birinə bağlandıqlarını gördükdən sonra keçiləri Zahir ilə birlikdə yaşadığı evə qaytarmışdır. Bu barədə qardaşı Dilqəmə xəbər eləmiş, o da polisə müraciət etməsini demiş, o da həmin günü səhər saatlarında Qaragüney PB-nə gedib orada ərizə və izahat vermişdir. Sonradan ona məxsus keçiləri oğurlayan şəxsin əvvəllər onların kəndinə qonaq gəlib-gedən Salyan rayonu, Aşağı Noxudlu kəndində yaşayan Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. İlhamı şəxsən tanımasa da, adını eşitmiş, sonuncunu axırıncı dəfə təxminən il yarım bundan əvvəl görmüş, arasında heç bir düşmənçiliyi və ədavəti olmamışdır, ona məxsus keçilər ərəb cinsi, 3 yaşlı, diri çəkisi 50 kq, 1 qarın doğmuş keçilər olmuş, hər birinin qiyməti 250 manat təşkil etmişdir. Baş vermiş oğurluq nəticəsində ondan oğurlanmış keçilər özünə qayıtmış, və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Sabirabad rayonu, Çəngən kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birlikdə yaşamış, yaşadığı evin həyətyanı sahəsində yerləşən hində 5 ədəd hind quşu saxlamış, həmin hini bağlayanda qapısım örtüb arxasına daş qoymuşdur. Belə ki, 24 dekabr 2024-cü il tarixdə saat təxminən 17 edələrində ona məxsus olan 5 ədəd hind quşunu həmişəki qaydada hinə salmış, keçmişdir, ev işlərini gördükdən sonra yatmış, gecə isə hər hansı bir səs eşitməmişdir. Növbəti gün, yəni 25 dekabr 2024-cü il tarixdə, səhər saat təxminən 08 radələrində oyanıb həyətə düşmüş, hind quşlarına yem və su vermək, habelə çölə çıxarmaq üçün hinə yaxınlaşmış, hinin qapısını açıb içəri baxdıqda hind quşularından 2 ədəd xoruz hind quşunun yerində olmadığını görmüşdür. 3 ədəd fərə hind quşu isə hində qalmış, evin həyətyanı sahəsinə baxmış, lakin hind quşlarını tapa bilməmişdir. "Yeni il” qabağı olduğu üçün polisə şikayət etməmiş, tapa bilməyəcəyi təqdirdə “Yeni il”dən sonra polisə müraciət etməyi qərara almış, lakin “Yeni il” ərəfəsində xəstələndiyi üçün polisə şikayət edə bilməmişdir. 20 fevral 2025-ci il tarixdə yaşadığı evə polis əməkdaşları gəlmiş, onlar ona evindən 2 ədəd hind quşunun oğurlanıb-oğurlanmadığını soruşduqlarında oğurluq olduğunu demiş, lakin səhhəti ilə əlaqədar şikayət edə bilmədiyini qeyd etmişdir. Polis əməkdaşları ona həyətindən oğurluq edən şəxsin müəyyən olunduğu, həmin şəxsin Salyan rayonu, Aşağı Noxudlu kəndindən olan Təqsirləndirilən şəxs adlı şəxs lduğunu demiş, o da oğurluq edilməsi ilə bağlı polis əməkdaşlarına ərizə vermişdir. Sonra hinin olduğu yerə baxış keçirilmiş, ondan izahat alınmışdır. İlhamı şəxsən tanımasa da, sonuncunun adını eşitmişdir. İlham onunla qonşuluqda yaşayan Şahingilin qohumu olmuş, İlham ilə arasında heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Ona məxsus hindquşları yerli cins, 1 yaşlı, diri çəkisi 9 kq olmuş xoruz hindquşları olmuş, hər birinin qiyməti 80 manat təşkil etmişdir. Baş vermiş oğurluq nəticəsində ona dəymiş 160 manat ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerlərinə baxış keçirilməsi haqqında” 11 fevral 2025-ci il tarixli və 20 fevral 2025-ci tarixli protokollardan görünür ki, hadisə yerləri müvafiq olaraq Sabirabad rayonu, Çəngən kəndində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığın evin həyətyanı sahəsində olan tövlə və X3 yaşadığı evin həyətyanı sahəsində olan hindir (i.v. 8-9, 69-70). Sabirabad rayon Kooperativ Cəmiyyətinin 21 iyun 2025-ci il tarixli rəyində göstərilmişdir ki, Sabirabad RPŞ-nin 20 iyun 2025-ci il tarixli məktubunda göstərilən bir baş keçi heyvanının 2025-ci ilin fevral ayına ümumi bazar qiyməti 240-250 manat təşkil edir. (i.v.112). Sabirabad rayon “Kənan.Ş” özəl firmasının 21 iyun 2025-ci il tarixli rəyində göstərilmişdir ki, Sabirabad RPŞ-nin 20 iyun 2025-ci il tarixli məktubunda göstərilən bir ədəd hindquşunun 2025-ci ilin dekabr ayininin 25-nə ümumi bazar qiyməti 80 manat təşkil edirir (i.v.111). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, fotoşəkillərdə qeydə alınmış görüntülər, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, videodiskdə qeydə alınmış görüntülər, istintaq və məhkəmə hərəkətlərinin protokollarının digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 19 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2025-ci il tarixdə, saat 20:45-də tutulmuşdur (i.v.36-37). “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən həbsdən azad edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.61). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 19 mart 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə icraat Azərbaycan Respublikası CM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.82). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 19 may 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.84). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə icraat Azərbaycan Respublikası CM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.96). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 19 iyun 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.101). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir (i.v.64). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-nin 59.2-ci maddəsi), zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan Zərərçəkmiş şəxs1 məxsus 4 baş keçi heyvanın sahibinə qaytarılmalıdır (CPM- 132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Salyan rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 fevral 2025-ci il tarixdən 21 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan Zərərçəkmiş şəxs1 məxsus 4 baş keçi heyvanın sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla sərf edilmiş 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Vəkillər Kollegiyasına ayrılan vəsaitdən Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar