Məhkəmə qərarları › İş №1(056)-91/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-91/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-91/2023 24.05.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiçi Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X9 iştirakı ilə, 19 avqust 1954-cü ildə Ağcabədi rayonu Ağabəyli kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, təqaüdçü, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X11 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, 30 yanvar 2023-cü il tarixdə saat 20 radələrində Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Sabirabad rayonu Qalaqayın kəndi ərazisindən keçən hissəsində “B1, B, C1, C, C1E, CE” kateqoriyalı sürücülük vəsiqəsi əsasında ** BH *** qeydiyyat nişanlı “Kamaz 5320” markalı, furqon tipli və ** ZA *** dövlət qeydiyyat nişanlı lokomativ yarımqoşqulu yük avtomobilini hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq sürətlə, yəni 66 km/saatdan yüksək sürətlə hərəkət etdirərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərini pozmuş, nəticədə onun idarə etdiyi avtomobilin ön hissəsi ilə qarşı hərəkət zolağında hərəkətdə olan X4 idarə etdiyi “Mercedes- Benz” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan X1 ön qoltuqaltı xətt üzrə 5-6-7-8-ci qabırğaların qapalı yerdəyişən sınıqları, sınıq proyeksiyasında yumşaq toxumalarda qansızma, sol ağciyərin orta payının və sol ağciyər plevrasının cırılmış yaraları, yara proyeksiyalarında qansızmalar, alın nahiyəsində yara, burnun belində, sol almacıq sümüyü proyeksiyasında, sol çənə bucağı proyeksiyasında, sol qulağın xarici seyvanında, sol çiyin proyeksiyasında, sol dirsək oynağının bayır səthində, sol saidin yuxarı 1/3-də bayır səthdə, sol ön qoltuqaltı xətt üzrə 6-8-ci qabırğa səviyəsində, sol qoltuqaltı xətt üzrə 5-7-ci qabırğa səviyyəsində, sol əlin üst səthində, sol diz oynağınım bayır səthində sıyrıqlar ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq hadisə yerində ölməsinə, avtomobildə olan digər sərnişin Zərərçəkmiş şəxs isə hər iki əng, almacıq sümüklərinin kompression yerini dəyişən sınıqları, çənənin sağ cisminin yerini dəyişən sınığı, burun sümüklərinin qəlpəli yerini dəyişmiş sınığı, sağdan 2-3-4-cü qabırğaların qövsünün yerini dəyişən sınığı, soldan 1-ci qabırğanın yerini dəyişmiş sınığı, sol kürək sümüyünün sınığı, C7, Th1 fəqərəsinin xətti sınığı, Th4-Th5 fəqərə cisminin ön yuxarı sınığı, sağ dirsək oynağınım çıxığı, sağ gözaltı və burnun tinində yaralar ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, Rusiya Federasiyası vətəndaşı olmaqla, 2019-cu il tarixdən müvəqqəti olaraq Azərbaycan Respublikasında qalır. Hal-hazırda 2024-cü ilədək Azərbaycan Respublikasında qalmağı barədə müvəqqəti qeydiyyat vəsiqəsi vardır. Rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus avtomobili olmasa da, etibarnamə ilə “Kamaz” markalı furqon tipli ** BH *** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobilini idarə edir. Belə ki, avtomobilin sahibi Fehruz İbrahimovun özünə məxsus metal qəbulu sexi vardır. Avtomobil metal qəbulu sexinin yanında dayanır. Avtomobilin yük yerinə və qoşquşuna metal yükləndikdən sonra ay ərzində 3-4 dəfə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən metal sexinə aparıb təhvil verir. 30 yanvar 2023-cü il tarixdə saat 18 radələrində avtomobili yükləndikdən sonra Ağcabədi şəhərindən çıxıb Bakı şəhəri istiqamətində yola düşmüş, təxminən saat 20 radələrində Sabirabad şəhəri Qalaqayın kəndi ərazisində Bakı şəhəri istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən qarşıdan öz hərəkət zolağında qara rəngli “Mercedes-Benz” markalı avtomobilin sürətlə gəlməsini görmüşdür. Bu zaman avtomobillər arasında təxminən 60 metr məsafə olmuşdur. O, bir anlıq görmüşdür ki, qarşıdan gələn “Mercedes-Benz” markalı avtomobilin sürcüsü avtomobili sağa-sola hərəkət etdirir. Bu zaman təhlükə anını hiss etdiyi üçün avtomobilini tormoz etdirmiş, “Mercedes-Benz” markalı avtomobil isə onun qarşısına çıxmış və onun hərəkət zolağında toqquşma baş vermişdir. Onun avtomobilinin qabaq sol tərəfi ilə “Mercedes-Benz” markalı avtomobilin qabaq sol tərəfi toqquşmuşdur. Toqquşandan sonra avtomobil təxminən 10 metr hərəkət edib yolun ortasında dayanmışdır. Avtomobildən düşdükdən sonra kənarda gələn şəxslərin köməkliyi ilə sürücünü avtomobildən çıxarmışlar. Bundan əlavə avtomobildə iki nəfər sərnişinin də olmasını görmüş, sonradan sürücünü və sərnişinləri təcili yardım avtomobili ilə xəstəxanaya aparmışlar. O, spirtli içki qəbul etməmiş, hadisə zamanı avtomobilin yük yerində və qoşqulu hissəsində təxminən 13 ton metal qırıntıları olmuşdur. Avtomobilində hər-hansı bir texniki nasazlıq olmamışdır. Avtomobil yüklü olduğuna görə avtomobili dərhal saxlaya bilməmişdir. Tormoz vəziyyətində olarkən “Mercedes-Benz” markalı avtomobillə toqquşmuşdur. Hazırda zərərçəkmiş tərəflərlə barışıq əldə etmişdir. Ona qarşı hər hansı şikayət və tələb yoxdur. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Yaşı artıq 70-ə çatmışdır. Təqaüdçüdür. Hadisədən sonra öz sağlamlığında da problemlər yaranmışdır. Hazırda o, məhkəmədən göstərdiyi xüsusatların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, mərhum İsrəfil Xanəliyev onun oğludur. 30 yanvar 2023-cü il tarixdə təxminən saat 21 radələrində qohumlarından kimsə onun mobil telefonuna zəng edib oğlu İsrafil Xanəliyevin yol nəqliyyat hadisəsi törətməsi barədə məlumat vermiş, həmin vaxt oğlu İsrayılla birlikdə Lənkaran rayonunda olduğuna görə dərhal hadisə barədə bildikdən sonra Sabirabad rayon mərkəzi xəstəxanasına gəlmiş, xəstəxanada bilmişdir ki, oğlu hadisə nəticəsində vəfat etmişdir. Hadisənin necə baş verməsi, qarşıdan gələn “Kamaz” markalı avtomobillə hansı vəziyyətdə toqquşması barədə dəqiq məlumatı yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. Buna görə də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Hadisə ehtiyyatsızlıqdan baş vermişdir. Ona görə də o, təqsirləndirilən şəxsə qarşı yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 30 yanvar 2023-cü il tarixdə saat 18 radələrində əmisi oğlu İsrafil Xanaliyev onun mobil telefonuna zəng edib onlara gələcəyini demiş, təxminən 5-10 dəqiqə sonra İsrafil gəlmiş və birlikdə yemək yeyib, yarım litr spirtl içki qəbul etmişlər. Bir qədər sonra balaca qardaşı Mehti də evə gəlmiş, belə qərara gəlmişlər ki, birlikdə Sabirabad rayon mərkəzinə gedib çayxanaların birində çay içsinlər. Bundan sonra İsrəfilə məxsus təzə aldığı “Mercedes-Benz” markalı avtomobilə əyləşmişlər. Qardaşı avtomobilin arxa sağ oturacağında, özü isə qabaq sağ oturacaqda əyləşmişdir. İsrəfil isə avtomobili idarə etmişdir. İlk əvvəl yaşadıqları kənddən çıxıb avtomobillə “Qlobus” deyilən dairəvi yola gəlmişlər. İsrəfil avtomobili dairəvi yolda Qalaqayın kəndi istiqamətində hərəkətini davam etdirmişdir. İsrəfil avtomobili təxminən 80 km/saat sürətlə idarə etmiş, o, anidən avtomobilin sağa-sola hərəkət etməsini, yəni İsrəfilin avtomobili oynatmasını hiss etmiş, narahat olduğu üçün İsrəfilə demişdir ki, avtomobili yavaş sürsün. Bu anda avtomobil qarşı hərəkət zolağında hərəkətdə olan “Kamaz” markalı avtomobilin hərəkət zolağına çıxmış və həmin anda da toqquşma baş vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Buna görə də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Hadisə ehtiyyatsızlıqdan baş vermişdir. Ona görə də o, təqsirləndirilən şəxsə qarşı yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 30 yanvar 2023-cü il tarixdə saat 20 radələrində evdən çıxıb qardaşı Sərrafın yaşadığı evə getmiş, evdə əmisi oğlu İsrəfili görmüşdür. Təxminən 20 dəqiqə ərzində birlikdə oturub çay içmişlər. Sonra İsrəfil təklif etmişdir ki, rayona gəzməyə getsinlər. O və qardaşı Sərraf İsrəfillə razılaşmışdır. Bundan sonra İsrəfilə məxsus təzə aldığı “Mercedes-Benz” markalı avtomobilə əyləşmişlər. O, avtomobilin arxa sağ oturacağında, qardaşı Sərraf isə qabaq sağ oturacaqda əyləşmiş, İsrəfil isə avtomobili idarə etmişdir. Onlar ilk əvvəl yaşadıqları kənddən çıxıb “Qlobus” deyilən dairəvi yola gəlmiş, oradan İsrəfil Qalaqayın kəndi istiqamətində hərəkətini davam etdirmişdir. O, arxada oturub telefona baxmışdır. Bir anlıq avtomobilin sağa-sola hərəkət etməsini, yəni İsrəfilin avtomobili oynatmasını hiss etmiş, X19 demişdir ki, avtomobili yavaş sürsün. Bu sözdən təxminən 1 dəqiqə sonra möhkəm səs eşitmiş, sonradan baş verənləri xatırlaya bilməmişdir. Xəstəxanada olarkən bilmişdir ki, onların olduğu avtomobil qarşıdan gələn “Kamaz” markalı avtomobillə toqquşmuşdur. Qardaşı Sərrafın evinə gəlməmişdən əvvəl Sərraf və İsrəfil evdə bir yerdə yemək yeyib spirtli içki qəbul etmişdir. Lakin nə qədər qəbul etməsini bilməmişdir. Hadisə anında telefona baxdığı üçün hadisənin necə baş verməsini, toqquşmanın hansı vəziyyətdə olmasını görməmişdir. Cinayət işində olan BC754897 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, X2 hüququna malikdir, vəsiqə xx.xx.2021-ci ildə verilmiş, xx.xx.2024-ci il tarixinə kimi etibarlıdır. Cinayət işində olan AC No 702310 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kamaz 5320” minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r. Cinayət işində olan etibarnamənin surətindən görünür ki, “Kamaz 5320” minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı X11 xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixinədək etibarnamə verilmişdir. Cinayət işində olan BD 237054 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, furqon tipli ** ZA *** dövlət qeydiyyat nişanlı lokomativ yarımqoşqulu yük avtomobilin mülkiyyətçisi X7r. Cinayət işində olan etibarnamənin surətindən görünür ki, furqon tipli və ** ZA *** dövlət qeydiyyat nişanlı lokomativ yarımqoşqulu yük avtomobillə bağlı X11 xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixinədək etibarnamə verilmişdir. Cinayət işində olan 30 yanvar 2023-cü il tarixli 06 saylı ekspert rəyindən görünür ki, 1991ci il təvəllüdlü X4 meyitinin məhkəmə tibbi ekspertizasına, əlavə müayinənin nəticəsinə əsasən müayinə zamanı aşağıdakılar aşkar edildi. Döş qəfəsinin qapalı küt travması, sol ön qoltuqaltı xətt üzrə 5-6-7-8-ci qabırğaların qapalı yerdəyişən sınıqları, sınıq proyeksiyasında yumşaq toxumalarda qansızma, sol ağciyərin orta payının və sol ağciyər plevrasının cırılmış yaraları, yara proyeksiyalarında qansızmalar, plevra boşluğunda maye və laxtalı qan, daxili orqanların azqanlılığı, alın nahiyyəsində yara, burnun belində, sol almacıq sümüyü proyeksiyasında, sol çənə bucağı proyeksiyasında, sol qulağın xarici seyvanında, sol çiyin proyeksiyasında, sol dirsək oynağının bayır səthində, sol saidin yuxarı 1/3-də bayıt səhtdə, sol ön qoltuqaltı xətt üzrə 6-8-ci qabırğa səviyəsində, sol qoltuqaltı xətt üzrə 5-7-ci qabırğa səviyəsində, sol əlin üst səthində, sol diz oynağının bayır səthində sıyrıqlar. Qanda etil spirtinin qatılığı 1 promilli. b/ Müayinə zamanı aşkar edilmiş xəsarətlər- sol ön qoltuqaltı xətt üzrə 5-6-7-8-ci qabırğaların qapalı yerdəyişən sınıqları, sınıq proyeksiyasında yumşaq toxumalarda qansızma, sol ağciyərin orta payının və sol ağciyər plevrasının cırılmış yaraları, yara proyeksiyalarında qansızmalar, alın nahiyəsində yara, burnun belində, sol almacıq sümüyü proyeksiyasında, sol çənə bucağı proyeksiyasında, sol qulağın xarici seyvanında, sol çiyin proyeksiyasında, sol dirsək oynağının bayır səthində, sol saidin yuxarı 1/3-də bayır səthdə, sol ön qoltuqaltı xətt üzrə 6-8-ci qabırğa səviyəsində, sol qoltuqaltı xətt üzrə 5-7-ci qabırğa səviyəsində, sol əlin üst səthində, sol diz oynağının bayır səthində sıyrıqlar-həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. c/. İ.X.Xanəliyev ölümündən az əvvəl spirtli içkilər qəbul etmişdir, qanda etil spirtinin qatılığı 1 promillidir. e/. İ.X.Xanəliyevin ölümünə səbəb, döş qəfəsinin qapalı küt travmasından, sol ağciyərin cırılması nəticəsində baş vermiş daxili qanaxma olmuşdur. Cinayət işində olan məhkəmə tibbi ekspertizasının 14 fevral 2023-cü il tarixli 86 saylı rəyinin nəticə hissəsindən görünür ki, Şahid müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- burun sümüyünün sınığı ilə müşayiət olunan, burnun belindı, sol diz oynağının ön səthində yaralar, sol bazunun yuxarı 1/3-də bayır səthdə, sağ baldırın orta 1/3-ddə bayır səthdə qançırlar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Qeyd edilmiş xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. Cinayət işində olan məhkəmə tibbi ekspertizasının 10 mart 2023-cü il tarixli 148 saylı rəyinin nəticə hissəsindən görünür ki, X10 müayinəsi zamanı aşkar edilmiş xəsarət-hər iki əng, almacıq sümüklərinin kompression yerini deyişən sınıqları, çənənin sağ cisminin yerini dəyişən sınığı, burun sümüklərinin qəlpəli yerini dəyişmiş sınığı, sağdan 2-3-4-cü qabırğaların qövsünün yerini dəyişən sınığı, soldan 1-ci qabırğanın yerini dəyişmiş sınığı, sol kürək sümüyünün sınığı, C7, Th1 fəqərəsinin xətti sınığı, Th4-Th5 fəqərə cisminin ön yuxarı sınığı, sağ dirsək oynağının çıxığı, sağ gözaltı və burnun tinində yaralar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Qeyd edilmiş xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. Cinayət işində olan tələbnamədən görünür ki, X14 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 8/507 saylı rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir.

1. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes Benz markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Xanəliyev avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Xanəliyev avtomobili sərxoş vəziyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Xanəliyev maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur.

2. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Kamaz 5320 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdrur. Cinayət işində olan Alkaqolun qəbulu faktı və sərxoşluq vəziyyətinin təyin edən müayinə protokollarından görünür ki, sürücü X14 hadisə zamanı avtomobili idarə edərkən ayıq vəziyyətdə olmuş, məstolma vəziyyətində olmamışdır. Beləliklə, X14 tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspertiza rəyləri, X9 məhkəmədə verdiyi etirafedici ifadəsi, şahid və zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin ifadəsi, eyni zamanda digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X9 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxs X14 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə Təqsirləndirilən şəxs Lətif oğluna cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxs X11 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıq üzündən az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin ailəsi ilə razılıq əldə etmə nəticəsində zərərçəkmişin hüquqi varisinin və zərərşəkmiş şəxsin ondan şikayət və tələblərinin olmamasını, təqsirini etiraf etməsini, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkməsini və yaşını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X9 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunanlara əsaslanıb məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, eyni zamanda təyin ediləcək cəzanı yüngülləşdirən halları və ağırlaşdıran hallarının müəyyən edilməməsini, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, X11 nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. İş materiallarından görünür ki, X14 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Belə olan halda X9 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılması müddəti ona təyin olunmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X14 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən iş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat ekspertizası tədqiqatının dəyəri olan 128 ( yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti X8 tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməli, iş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X9 24 aprel 2023–26 aprel 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir igünü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla, 2 (iki) gün müddət ona təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. X14 oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə məhkəmə məsrəfi, aparılmış xx.xx.2023-cü il tarixli 8/507 nömrəli Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertiza tədqiqatının dəyəri - 128 manat məbləğində pul vəsaiti X8 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün ekspertiza xərci - 128 manat pulun tutulması hissəsinin icrası X9 yaşayış yeri üzrə Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X14 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar