Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-91/2024 24.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Sabirabad rayonunun Qəzli kəndində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Qəzli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində yaşadığı Sabirabad rayonu Qəzli kəndindəki evinin həyətyanı sahəsində həmkəndlisi Zərərçəkmiş şəxs ona borcunu verməsini bildirməsi ilə əlaqədar olaraq şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı dəmir dibçəklə Zərərçəkmiş şəxs sol qaş nahiyəsinə qəsdən vuraraq, sonuncuya sol gözün alt və üst qapaqlarında hematoma, konyuktivada qansızma, sol gözün tış hissəsində yara əmələ gəlməsi ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini göstərərək, Zərərçəkmiş şəxs üzr istədiyini, zərərçəkmiş şəxsin onu bağışladığını və onlar arasında barışıq əldə olunmasını nəzərə alaraq iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi, onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək iş üzrə təqsirləndirilən şəxsin ondan üzr istəməsini, onun təqsirləndirilən şəxsi bağışlamasını və təqsirləndirilən şəxsdən heç bir şikayətinin, həmçinin tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı çıxışında bildirdi ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan iş üzrə onun zərərçəkmiş şəxslə barışdığı üçün iş üzrə icrata bəraətverici əsaslar olmadan xitam verilməsi üçün əsaslar vardır. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda özünü ona istinad olunan əməl üzrə tam təqsirli bilmişdir. İş materiallarında olan ərizələrdən görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsdən üzr istənilmiş və onlar barışmışlar, həmçinin zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-nin 221.-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 860 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol gözün alt və üst qapaqlarında hematoma, konyuktivada qansızma, sol gözün tış hissəsində yara küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 73.1-ci maddəsində göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu - cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddələrinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, onun cinayət məsuliyyətindən azad edilməsi üçün işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs CM-nın 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun Azərbaycan Respublikası CMnin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsi barədə özünün ərizə və ifadəsini nəzərə alıb, Cinayət və Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində CM-nin 73.2-ci maddəsinin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 300 və 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirləndirilməsinə dair iş üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, dəymiş zərərin və mülki iddianın olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 gün müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-91/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-91/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver