Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-92/2024 15.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Sabriabad rayonu Poladtuğay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Poladtuğay kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda - 7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində daşımaqla bir ədəd poletilen torbacıqda saxlamışdır. Belə ki, 06 dekabr 2023-cü il tarixdə saat 21:50-də Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonu Poladtuğay kəndində adsız kafedə olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Sabirabad şəhəri, H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, həmin tarixdə saat 22:42 dəqiqədə şöbənin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman, əynində olan qış gödəkçəsinin sağ yan cibindən bir ədəd polietilen torbacıqda təmiz çəkisi 7 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak etmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Poladtuğay kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Uzun zamandır ki, narkotik vasitə olan qurudulmuş marixuana növündən istifadə edir. Tutulmamışdan bir neçə gün əvvəl Kür çayının kənarına balıq tutmaq məqsədilə gedən zaman yerdə bir ədəd sellofan torba görmüş, həmin sellofan torbanı götürüb içərisinə baxarkən “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bilmişdir. Sonra həmin kütləni götürüb əynində olan qış gödəkçəsinin sağ yan cibinə qoyub, özü ilə birlikdə gəzdirib istifadə etmək istəmişdir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində yaşadığı Sabirabad rayonu Poladtuğay kəndi ərazisində olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu qeyd etmiş və onu Sabirabad rayon Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşıb birlikdə Sabirabad rayon Polis Şöbəsinə getmişdir. Sabirabad rayon Polis Şöbəsində müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulub hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə müdafiəçi Qədir Qədirlinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə “nəşə” yəni narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Həmin kütlənin nə olması və kimə məxsus olması soruşulduqda qurudulmuş marixuana olması, özünə aid olması, bir neçə gün əvvəl Kür çayının kənarında yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış aparılan zaman bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd “Sobranie” markalı siqaret qutusu, bir ədəd bənövşəyi rəngli alışqan və 97 (doxsan yeddi) manat məbləğində pul aşkar olunmuşdur. Bundan sonra bir ədəd “Sobranie” markalı siqaret qutusu, bir ədəd bənövşəyi rəngli alışqan və 97 (doxsan yeddi) manat məbləğində pul ona geri qaytarılmışdır. Təqdim etdiyi “Samsung” markalı mobil telefon gələcəkdə sübut əhəmiyyəti kəsb edə biləcək məlumatların əldə olunması ehtimalı ilə müstəntiq tərəfindən götürülmüşdür. Eləcə də təqdim etdiyi bir ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana kütləsi də götürülərək bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. Zərfin üzəri möhürləndikdən sonra o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra müstəntiq tərəfindən şəxsi atxarış yekunlaşdırılmış və protokol tərtib edilərək ucadan oxunmuşdur. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, ilk dəfə cinayət əməli törətməsini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, ailəli olaraq ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 06 dekabr 2023-cü il tarixdə o, narkomaniyaya qarşı mübarizə qrupunun əməliyyat müvəkkili kimi xidmətdə olarkən Sabirabad rayonu Poladtuğay kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı ilk öncə Sabirabad RPŞ-nin narkomaniyaya qarşı mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 tərəfindən rəhbərliyə raportla müraciət olunmuş, daha sonra isə onun tərəfindən təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Sonra həmin qərarın icra olunması ilə bağlı yaradılmış əməliyyat qrupunun üzvü o, Sabirabad RPŞ-nin narkomaniyaya qarşı mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 və post patrul xidməti bölüyünün polis nəfəri Şahid3 Əlimövsüm oğlu ilə birlikdə əldə etdikləri məlumat əsasında Sabirabad rayonu Poladtoğay kəndində adsız kafedə olan zaman, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və barəsində üzərində narkotik vasitələr saxlaması, istifadə etməsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu izah edib, Təqsirləndirilən şəxs Sabirabad Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyib onlarla birlikdə Rayon Polis Şöbəsinə gəlmişdir. Sabirabad Rayon Polis Şöbəsində olarkən Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmiş və vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə nakotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd “Sobranie” markalı siqaret qutusu, bir ədəd bənövşəyi rəngli alışqan və 97 (doxsan yeddi) manat məbləğində pul aşkar olunmuşdur. Bundan sonra bir ədəd “Sobranie” markalı siqaret qutusu, bir ədəd bənövşəyi rəngli alışqan və 97 (doxsan yeddi) manat məbləğində pul ona geri qaytarılmışdır. “Samsung” markalı mobil telefon gələcəkdə sübut əhəmiyyəti kəsb edə biləcək məlumatların əldə olunması ehtimalı ilə müstəntiq tərəfindən götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuananı yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra aşkar olunmuş kütlə müstəntiq tərəfindən qablaşdırılmaqla götürülmüş, sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin post patrul xidməti bölüyünün polis nəfəri Şahid3 Əlimövsüm oğlu, digər Şahid2 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin 07 dekabr 2023-cü il tarixli 18/103 nömrəli rəyində göstərilmişdir ki, “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd polietilen torbacıqda təmiz çəkisi 7,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanandır. Marixuananın təmiz çəkisi 7,0 qram, tədqiqata 0,02 qram istifadə edilmiş, 6,98 qramı qalıq qalmışdır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 fevral 2023-cü il tarixli, 780 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, yaşadığı Sabirabad rayonu Poladtuğay kəndi ərazisində “Kür” çayının sahilini göstərərək üzərindən aşkar edilmiş narkotik vasitəni həmin yerdən tapdığını bildirmiş və bununla bağlı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananı xeyli miqdarda əldə edib üzərində daşımaqla saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadəsi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, ilk dəfə cinayət əməli törətməsini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini və ailəli olaraq ailədə yeganə qazanc gətirən şəxs olmasını ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılmalı və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin narkoloji dispanserdə qeydiyyata alınmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı qalıq çəkisi 6.98 qram olan narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazı narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49.74 AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı qalıq çəkisi 6.98 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin . Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-92/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-92/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver