Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-93/2023 01.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1999-cu ildə Sabirabad rayonu Suqovuşan kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-39/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 02 (iki) il 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hazırki günədək çəkilməmiş cəzası 01 (bir) il 04 (dörd) ay 01 (bir) gün qalmış və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə və xx.xx.1996-cı ildə Sabirabad rayonu Suqovuşan kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 nəfər azyaşlı uşağı olan, İİ qrup əlil, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.3-cü maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 19 dekabr 2022-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sabirabad rayonu Suqovuşan kəndində yerləşən yaşayış evinə, evin həyətindəki dolabdan açarı götürüb açmaqla qanunsuz daxil olaraq, yataq otağında olan dolabdan bir ədəd 269 manat dəyərində 583 əyarlı, 3,17 qram çəkidə qızıl üzüyü, bir ədəd 15 manat dəyərində bijuteriya boyunbağını və bir ədəd 5 manat dəyərində bijuteriya üzüyünü gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 289 manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 28 yanvar 2023-cü il tarixdə saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi Vaz 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad şəhəri İ.İsgəndərov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin yaxınlığına gəlib, Təqsirləndirilən şəxs2 həmin vaxt evdə heç kimin olmadığını bildirib, nişan verdiyi evə hasardan tullanmaqla, pəncərənin şüşəsini sındırıb qanunsuz daxil olaraq, evin yataq otağındakı dolablardan 01 ədəd 206 manat dəyərində 585 əyarlı, 2,42 qram çəkidə üzərində “A” hərfi formalı kulonu olan qızıl boyunbağını; 01 cüt 178 manat dəyərində 585 əyarlı, 3 qram çəkidə qızıl sırğanı; 01 ədəd 212 manat dəyərində, 583 əyarlı, 2,5 qram çəkidə qızıl qolbağı; 01 ədəd 7 manat dəyərində, 9,11 qram çəkidə bijuteriya boyunbağı-qolbaq dəstini; 01 ədəd 5 manat dəyərində, 22,32 qram çəkidə bijuteriya qolbağı, 01 ədəd 8 manat dəyərində, 3,75 qram çəkidə bijuteriya gül formalı kulonu üzərində ağ-şəffaf qaşları olan boyunbağı, 01 ədəd 4 manat dəyərində, 1,70 qram çəkidə bijuteriya üzük, 01 ədəd 5 manat dəyərində, 7,71 qram çəkidə bijuteriya 2-li üzük, 01 ədəd 5 manat dəyərində 12,44 qram çəkidə bijuteriya sarı-gümüşü (qaralmış) rəngli metaldan üzərində qara rəngli daş və ağ şəffaf qaşları olan sırğa cütü-üzüyü, 01 ədəd 8 manat dəyərində 12,79 qram çəkidə bijuteriya sarı-gümüşü rəngli metaldan üzərində yaşıl və ağ şəffaf qaşları olan sırğa cütü-üzüyü, 01 ədəd 2 manat dəyərində 5,55 qram çəkidə bijuteriya sarı (qaralmış) rəngli metaldan üzərində ağ şəffaf qaşları olan klounu, 01 ədəd 2 manat dəyərində, 6,58 qram çəkidə bijuteriya gümüşü (qaralmış) rəngli metaldan üzərində firuzəyi rəngli daş olan üzüyü, dəyəri 2 manat olan 17,87 qram çəkidə bijuteriya qolbağı, 01 ədəd 5 manat dəyərində 3,91 qram çəkidə bijuteriya gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzüyü, 01 cüt 10 manat dəyərində 8,58 qram çəkidə bijuteriya sarı-gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan sırğanı, həmçinin otaqda olan termonun alt hissəsindən 120 manat məbləğində nağd pulu götürərək evdən çıxıb, əvvəlcədən aralarında olan razılaşmaya əsasən rayonun Suqovuşan kəndində onu gözləyən cinayətin köməkçisi Təqsirləndirilən şəxs2 ilə görüşüb aralarında bölməklə, özgənin əmlakını gizli yolla talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 779 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 28 yanvar 2023-cü il tarixdə saat 16 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 Sabirabad şəhəri İ.İsgəndərov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı evi göstərərək, evdə heç kimin olmadığını deyib, oğurluqda kömək etməklə, Təqsirləndirilən şəxs1 idarə etdiyi Vaz 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin evin qarşısına gətirmiş, avtomobildən düşən Təqsirləndirilən şəxs1 evə hasardan tullanmaqla, pəncərənin şüşəsini sındırıb, qanunsuz daxil olaraq, evin yataq otağındakı dolablardan 01 ədəd 206 manat dəyərində 585 əyarlı, 2,42 qram çəkidə üzərində “A” hərfi formalı kulonu olan qızıl boyunbağını; 01 cüt 178 manat dəyərində 585 əyarlı, 3 qram çəkidə qızıl sırğanı; 01 ədəd 212 manat dəyərində, 583 əyarlı, 2,5 qram çəkidə qızıl qolbağı; 01 ədəd 7 manat dəyərində, 9,11 qram çəkidə bijuteriya boyunbağı-qolbaq dəstini; 01 ədəd 5 manat dəyərində, 22,32 qram çəkidə bijuteriya qolbağı, 01 ədəd 8 manat dəyərində, 3,75 qram çəkidə bijuteriya gül formalı kulonu üzərində ağ-şəffaf qaşları olan boyunbağı, 01 ədəd 4 manat dəyərində, 1,70 qram çəkidə bijuteriya üzük, 01 ədəd 5 manat dəyərində, 7,71 qram çəkidə bijuteriya 2-li üzük, 01 ədəd 5 manat dəyərində 12,44 qram çəkidə bijuteriya sarı-gümüşü (qaralmış) rəngli metaldan üzərində qara rəngli daş və ağ şəffaf qaşları olan sırğa cütü-üzüyü, 01 ədəd 8 manat dəyərində 12,79 qram çəkidə bijuteriya sarı-gümüşü rəngli metaldan üzərində yaşıl və ağ şəffaf qaşları olan sırğa cütü-üzüyü, 01 ədəd 2 manat dəyərində 5,55 qram çəkidə bijuteriya sarı (qaralmış) rəngli metaldan üzərində ağ şəffaf qaşları olan klounu, 01 ədəd 2 manat dəyərində, 6,58 qram çəkidə bijuteriya gümüşü (qaralmış) rəngli metaldan üzərində firuzəyi rəngli daş olan üzüyü, dəyəri 2 manat olan 17,87 qram çəkidə bijuteriya qolbağı, 01 ədəd 5 manat dəyərində 3,91 qram çəkidə bijuteriya gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzüyü, 01 cüt 10 manat dəyərində 8,58 qram çəkidə bijuteriya sarı-gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan sırğanı, həmçinin otaqda olan termonun alt hissəsindən 120 manat məbləğində nağd pulu götürərək evdən çıxmış, əvvəlcədən aralarında olan razılaşmaya əsasən onun olduğu rayonun Suqovuşan kəndinə gələrək, evdən oğurladığı qeyd olunan əşyaların müəyyən hissəsini ona verdiyindən o, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 779 manat məbləğində maddi ziyan vurmaqla, oğurluq edilməsində köməklik etmişdir. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.3-cü və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və onlar, məhkəməyə verilmişlər. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus Vaz 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır. O, Natiqi arada taksi kimi lazım olan yerlərə aparır. Bu səbəbdən Natiqin ona 30 manat borcu yaranmışdır. Bir neçə gün əvvəl Natiq ona rayon ərazisində yaşayış olmayan ev olduqda ona xəbər verməsini demiş, o, səbəbini soruşduqda Natiq evlərə oğurluğa girəcəyini bildirmişdir. 28 yanvar 2022-ci il tarixdə o, Sabirabad şəhəri İ.İsgəndərov küçəsində idarə etdiyi avtomobili ilə dayandıqda, bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq bir neçə nəfər şəxsi nişan mərasiminə aparmaq lazım olduğunu bildirmiş, o, həmin şəxsin arxası ilə avtomobilini sürmüş, həmin şəxsin göstərdiyi evin yanına gəlmiş, evdən çıxan şəxslərdən üç nəfər onun avtomobilinə əyləşmiş və rayon ərazisində yerləşən şam restoranına sürməyini bildirmişlər. O, həmin vaxt evdə heç kimin qalmadığına və həyətin qapısına qıfıl vurulduğuna fikir vermişdir. O, həmin şəxsləri aparıb şam restoranına düşürtmüş, sonra geriyə qayıtmış və Natiqə zəng edib çağırmışdır. Natiqlə yaşadığı evin küçəsində görüşmüşlər, o, Natiqə bir evin hazırda boş olduğunu evdə yaşayanları nişana apardığını demiş və həmin evə girə biləcəyini bildirmişdir. Natiq evi göstərməyini demiş və onun avtomobili ilə həmin küçəyə getmiş, evi Natiqə göstərmiş, sonra oradan biraz kənarlaşaraq Natiqi avtomobildən düşürtmüş və çıxıb getmişdir. Təxminən 30 dəqiqə sonra Natiq ona zəng edib harada olduğunu soruşmuş, o, həmin vaxt Suqovuşan kəndində olduğunu demişdir. Bir neçə dəqiqə sonra Natiq onun yanına gəlmiş, avtomobilə əyləşmiş, cibindən qızıl-zinyət əşyaları çıxardaraq ona göstərmiş və həmin evdən oğurladığını bildirmişdir. Natiq oğurladığı əşyaları ona vermiş və satmağını demişdir. O, əşyalarını götürüb çıxıb getmişdir. O, oğurlanmış əşyaları evdə saxlamışdır. Səhəri gün Natiqə zəng edib onunla görüşmüş, Natiqə yalandan demişdir ki, verdiklərindən iki ədədi qızıl olmuş, onları da 50 manata satmış, qalanları isə bijuteriya imiş. Natiq ona 30 manat borcunun olduğunu, həmin borcu sildiyini qalan 20 manatı da taksi kimi istifadə etdiyi üçün ona verdiyini demişdir. O, qalan bijuteriyaları Natiqə qaytarmış, bir neçəsini özündə saxlamışdır. O, Natiqlə sağollaşaraq çıxıb getmişdir. O, evdə olarkən bir ədəd qızıla oxşatdığı boyunbağını və bir ədəd üzüyü həyat yoldaşına göstərmiş, hədiyyə etmək istədiyini bildirmiş, həyat yoldaşı boyunbağı və üzüyə baxmış, lakin xoşuna gəlməmişdir. O da həyat yoldaşına qızılları sonra başqası ilə dəyişəcəyini demiş, boyunbağı ilə üzüyü geriyə almışdır. O, Natiqdən götürdüyü qızılları və bijuteriyaları kibrit qutusunda çarpayının altına qoymuşdur. 31 yanvar 2023-cü il tarixdə o, Bakı şəhərinə getmiş və oğurlanmış əşyaları da özü ilə aparmışdır. O, Bakı şəhərində Keşlə qəsəbəsində yaşayan ögey bacısı X3 evinə getmiş, orada qızılları bacısına göstərmiş, qızılların tanışının olduğunu və satmaq istədiyini bildirmişdir. Bacısına qızılları yoxlatdırmasını və qiymətini öyrənməsini demişdir. Bundan sonra onun əsəblə bağlı problemi olduğu üçün Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi əsəb dispanserinə getmiş, beş gün orada yatmış, beş gün sonra dispanserdən çıxmış və bacısının evinə getmişdir. Bacısı qızılları yoxlatdırdığını, hamısının qızıl olmadığını, adi bijuteriya olduğunu, bir ədəd üzərində “A” işarəsi olan boyunbağının qızıl olduğunu və həmin qızılın da qiymətinin 120 manat olduğunu, həmin qızıl özü üçün alacağını bildirmişdir. O, bacısına qızılın onda qalmasını, pulunun olduqdan sonra 120 manatı göndərməsini demiş, qalan bijuteriyaları götürmüş özündə saxlamışdır. 06 fevral 2023-cü il tarixdə o, Bakı şəhərindən çıxıb rayona qayıtmış, həmin bijuteriyaları kibrit qutusunda çarpayının üzərində olan döşəyin altında saxlamışdır. 07 fevral 2023-cü il tarixdə evdə olarkən polis əməkdaşları onlara gəlmişlər və onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona Natiq ilə birlikdə oğurluqda şübhəli olduğunu bildirmişlər. O da etdikərini etiraf etmişdir. Həmçinin o, Natiqlə başqa oğurluq etmədiyini, evindən aşkar olunmuş bir ədəd paxlava formasında üzüyü də 2022-ci ilin dekabr ayının axırlarında Natiqdən beş manata aldığını, üzüyün oğurluq olduğunu bilmədiyini bildirmişdir. Bundan əlavə o, bildirmişdir ki, Təqsirləndirilən şəxs1 oğurluq etdikdən sonra ona verdiyi əşyaların hamısını polisə təqdim etmiş, ola bilsin ki, əşyaların içərisində olmayan bir ədəd qızıl qolbağını, bir ədəd qızıl sırğa tayını və bir ədəd bijuteriya sırğa tayını Natiq evdən oğurluq edib çıxarkən salıb itirmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin sonunda, əməlindən peşimançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın əvəzini tam şəkildə ödədiyini, zərərçəkmişlərin ona qarşı şikayət və tələbin olmadığını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, İİ qrup əlil olmasını və himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç yerdə işləmir, valideyinləri ilə birlikdə yaşayır. Onunla qonşuluqda Təqsirləndirilən şəxs2 yaşayır. Əmanət idarə etdiyi Vaz 2106 markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. O, Əmanəti uzun müddətdir tanıyır. O, arada lazım olan yerlərə Əmanəti taksi kimi çağırıb, lazım olan yerlərə gedir. Bu səbəbdən onun Əmanətə 30 manat borcu yaranmışdır. Həmçinin, o, Əmanətə demişdir ki, rayon ərazisində yaşayış olmayan ev olduqda ona bu barədə bildirsin o da həmin evə oğurluğa girsin. 28 yanvar 2023-cü il tarixdə təxminən saat 16 radələrində evdə olduğu zaman tanışı Əmanət ona zəng edərək həyətə çağırmışdır. O, həyətə çıxıb yolda Əmanətlə görüşmüşdür. Əmanət ona Sabirabad şəhəri İ.İsgəndərov küçəsində ev olduğunu, həmin evdə yaşayanları nişana apardığını demiş və həmin evə oğurluğa girə biləcəyini soruşmuş, ona da pul lazım olduğu üçün oğurluğa girə biləcəyini demişdir. O, Əmanətin idarə etdiyi avtomobilə əyləşmiş, Əmanət avtomobili İ.İsgəndərov küçəsinə sürmüş və orada evin yerini ona göstərmiş, sonra oradan biraz kənarlaşmışlar. O, avtomobildən düşmüş, Əmanət isə çıxıb getmişdir. O, piyada gedərək həmin evin çəpərindən həyətə keçmiş, evin yan tərəfində olan pəncərəsinə yaxınlaşmış, pəncərəni möhkəm dartmış, pəncərinin şüşəsi qırılaraq yerə düşmüş, o, yerə düşən şüşənin hissəsini götürüb kənara qoymuş, sonra şüşənin qırılan hissəsindən əlini içəriyə salaraq pəncərəni açmış, oradan içəriyə daxil olmuş, daxil olduğu otaqda olan dolabı axtarmağa başlamış, dolabdan bir ədəd çantanın içərisində olan qızılqabından qızıla bənzər bir ədəd boyunbağı və bir ədəd qolbağını götürmüş, sonra çantada bir neçə bijuteriyaya bənzər sırğa və boyunbağılar da götürmüşdür. Bundan sonra otaqda olan güzgünün alt hissəsini axtarmış, oradan da dəmir qabın içərisində bijuteriyaya bənzər bəzək əşyalarını götürmüş, həmçinin orada olan pul qabından 120 manat pulu da götürərək, pəncərədən çıxıb qaçıb getmişdir. Yolda olarkən Əmanətin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək harada olduğunu soruşmuş, Əmanət Suqovuşan kəndində avtomobilini yuduğunu bildirmişdir. O, Əmanətin yanına getmiş, Əmanətin avtomobilinə əyləşmiş, oğurladığı əşyaları Əmanətə göstərmiş, Əmanət əşyaların onda qalmasını bildirmiş, o, oğurladığı qızıl-zinyət əşyalarını və bijuteriyaları Əmanətə vermişdir. Əmanət həmin əşyaları satacağını demiş, o, avtomobildən düşərək getmişdir. Səhəri gün Əmanət ona zəng edərək evlərinin yanına gəldiyini demişdir. O, evdən çıxaraq Əmanətlə görüşmüş, Əmanət oğurladığı əşyaların bijuteriya olduğunu, ikisinin isə boyunbağı ilə qolbağın qızıl olduğunu demiş, həmin iki ədəd qızılı 50 manata satdığını bildirmiş, digərlərini isə ona qaytarmış, özündə də bir neçəsin saxlamışdır. Onun Əmanətə 30 manat borcu olduğu üçün 30 manatı borcuna silməsini, 20 manatı da özünə götürməsini demişdir. O, avtomobildən düşərək evə getmiş, bijuteriyaları həyətdə gizlətmişdir. 07 fevral 2023-cü il tarixdə axşam saatlarında polis əməkdaşları onu polis şöbəsinə çağırmışdılar. O da evdən çıxaraq polis şöbəsinə getmişdir. Orada ona oğurluqda şübhəli olduğunu bildirmişdilər. Bundan sonra o, etdiyi əməli etiraf etmişdir. Həmçinin, o, bundan əlavə 19 dekabr 2022-ci il tarixdə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evə girdiyini bildirmişdir. Belə ki, o, həmin gün təxminən saat 11 radələrində Şəhlanın evdə olmadığını bilmiş, bu səbəbdən fikirləşmişdir ki, Şəhlanın evinə girib oğurluq etsin. O, evdən çıxıb Şəhlanın evinə tərəf getmiş, evin həyət darvazasını aralayıb həyətə keçmiş, sonra evin giriş qapısına yaxınlaşmış, ətrafa baxmış, qapının yanında olan dolabın altına baxdıqda orada açar görmüş, həmin açarı götürüb qapıya salmış, qapı açılmışdır. O, qapıdan evə daxil olmuş, yataq otağına keçmiş, orada olan dolabı axtarmış, dolabda bir ədəd qızıla oxşar üzük görmüş, həmin üzüyü götürmüş, sonra həmin dolabda bir neçə bijuteriya da görmüş, onları da götürmüş və evdən çıxaraq getmişdir. O, həmin üzüyü rayon ərazisində qızıl mağazasına göstərmiş, orada üzüyə beş manat pul təklif etmişdilər, bijuteriyalara isə pul verməmişlər. O, üzüyü satmayaraq çıxıb getmişdir. Bijuteriyaların sadə dəmir olduğunu və sata bilməyəcəyini bildiyi üçün su kanalına atmışdır. Bir ədəd üzüyü isə Əmanəti gördükdə ona göstərmiş və satdığını bildirmiş, Əmanət neçəyə satdığını soruşduqda o, beş manata satdığını demişdir, Əmanət ona beş manat verib üzüyü ondan almışdır. O, üzüyü Əmanətə vermişdir. O, üzüyün oğurluq olmasını Əmanətə deməmişdir. Həmçinin, o, bildirmişdir ki, zərərçəkmiş Elnur Zeynalovanın evindən oğurluq edib çıxarkən, tələsik çıxdığı üçün ola bilsin ki, əşyaların içərisində olmayan bir ədəd qızıl qolbağını, bir ədəd qızıl sırğa tayını və bir ədəd bijuteriya sırğa tayını salıb itirmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 fadəsində göstərmişdir ki, oğlu ilə birlikdə yaşayır. Təxminən dekabr ayının ortalarında oğlu işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmiş, o da tək qalmamaq üçün 19 dekabr 2022-ci il tarixdə Suqovuşan kəndində yaşayan digər oğlu Məhəmmədin evinə getmişdir. Təxminən 15 yanvar 2023-cü il tarixədək orada qalmış və evinə qayıtdıqda evinin qapısının açarının üzərində olduğunu görmüş, lakin evdən çıxdıqda qapının açarını həyətdə olan dolabın altına qoyduğu yadına düşmüşdür. İlk əvvəl elə bilmişdir ki, açar yadından çıxaraq qapının üzərində qalıb, sonra evə daxil olmuş, yataq otağında dolabın dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, dolaba baxdıqda ona məxsus bir ədəd qızıl üzüyün və bir neçə bijuteriyanın olmadığını aşkar etmişdir. O, bilmişdir ki, evdə olmadığı müddət ərzində evə oğurluğa girib oğurluq etmişlər. Evin qapısı açarla açıldığı üçün o, evə girənin tanış adam olduğundan şübhələnmiş, bu səbəbdən müvvəqəti olaraq şikayət etməmişdir ki, evə kimin girməsini maraqlansın. Bir müddət bununla maraqlanmış, lakin evə kimin girməsini tapa bilməmişdir. Bu səbəbdən qərar gəlmişdir ki, şikayət etsin. O, qızıl üzüyün 200 manat, bijuteriya boyunbağının 15 manat, bijuteriya üzüyün 5 manat olduğunu, ümumlikdə ona 220 manat maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinin sonunda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayət nəticəsində ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi olmadığını bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 fadəsində göstərmişdir ki, o, qızı ilə birlikdə fərdi yaşayış evlərində yaşayır. O, hər gün qızı ilə birlikdə səhər saatlarında evdən çıxaraq işə gedirlər və axşam saatlarında evlərinə qayıdırlar. O, evdə olan qiymətli əşyaları öz yataq otağında saxlamışdır. 28 yanvar 2023-cü il tarixdə qızı X2 nişan mərasimi olmuşdur. Onlar birlikdə saat 15 radələrində yaşadıqları evdən çıxaraq Sabirabad rayonunda yerləşən Şam restoranına getmişlər. Nişan mərasimi saat 19 radələrindək davam etmiş, mərasim qutardıqdan sonra qızı şəkil çəkdirmək üçün restoranda qalmış, o, restorandan çıxıb yaşadıqları evə qayıtmışdır. Təxminən saat 19:30 radələrində o, evə çatmış, ilk əvvəl evin həyətinə daxil olmuş, evin yataq otağının pəncərəsinin açıq olduğunu və şüşəsinin sınıq olduğunu görmüşdür. O, evdən çıxarkən otaqda bütün pəncərələri və qapıları bağladığı üçün evə girib oğurluq edildiyindən şübhələnmişdir. Onun qohumu Məhərrəm həyətə daxil olmuş, o, Məhərrəmi çağırmış, onlar birlikdə evə daxil olmuşlar. Yataq otağının dağınıq vəziyyətdə olmasını görüb. Bu səbəbdən heç yerə əl dəyməmişlər, Məhərrəm DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra onlar otağa baxmışlar, məlum olmuşdur ki, otaqda olan dolabda saxladığı 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl qolbağı, bir cüt qızıl sırğa, 01 ədəd üzük, 01 ədəd gümüş boyunbağı, bir neçə bijuteriya və ümumlikdə 120 manat pul oğurlanmışdır. Həmçinin, o, üzərində “A” hərfi olan qızıl boyunbağının 300 manat, bir ədəd nazik qızıl qolbağının 100 manat, bi cüt sırğanın 150 manat, bir ədəd gümüş boyunbağının 50 manat, digər bijuteriyaların ümumilikdə qiymətinin 50 manat olmasını, ümumilikdə 120 manat pul ilə birlikdə ona 770 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 ifadəsinin sonunda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayət nəticəsində ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi olmadığını bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan Məhkəmə-Əmtəəşünaslıq Ekspertizasının 13 aprel 2023-cü il tarixli, 9/1844-6/2033 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: 1.Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd sarı-gümüşü rəngli metaldan, paxlava formalı, üzərində ağ-şəffaf qaşlar olan üzük-metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 3,17 qramdır, qaşları qiymətli qaşlara aid deyil – 269,0 manatdır. Zərərçəkmiş şəxs2 məxsus: 1) 01 ədəd sarı rəngli metaldan üzərində “A” hərfi formalı kulonu olan boyunbağı-üzərində “585/14K” əyar damğaları həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, ümumi çəkisi 2,42 qramdır – 206,0 manatdır. 2) 01 ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan sırğa tayı – üzərində “585” əyar damğaları həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1,50 qramdır, qaşları qiymətli qaşlara aid deyil, qırıntı hesab olunur – 89,0 manatdır. 3) 01 ədəd sarı rəngli metaldan boyunbağı-qolbaq dəsti - üzərində “925SP” damğası həkk olunmuşdur, metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 9,11 qramdır, bijuteriyadır – 7,0 manatdır. 4) 01 ədəd sarı-gümüşü rəngli metaldan qolbaq-metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 22,32 qramdır, bijuteriyadır – 5,0 manatdır. 5) 01 ədəd gümüşü rəngli metaldan, gül formalı kulonu üzərində ağ-şəffaf qaşları olan boyunbağı – metalı dəmir əsaslı ərintidən hazrılanmışdır, çəkisi 3,75 qramdır, qaşları qiymətli qaşlara aid deyil, bijuteriyadır – 8,0 manatdır. 6) 01 ədəd sarı rəngli metaldan üzük – metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 1,70 qramdır, bijuteriyaları – 4,0 manatdır. 7) 01 ədəd sarı (ağarmış) rəngli metaldan üzərində ağ şəffaf qaşları olan 2-li üzük – metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 7,71 qramdır, qaşları qiymətli qaşlara aid deyil, bijuteriyadır – 5,0 manatdır. 8) 01 ədəd sarı-gümüşü (qaralmış) rəngli metaldan üzərində qara rəngli daş və ağ şəffaf qaşları olan sırğa cütü-üzük – metalı qiymətsiz əlvan metal ərintisindən hazrılanmışdır, ümumi çəkisi 12,44 qramdır, qaşları qiymətli qaşlara aid deyil, bijuteriyadır – 5,0 manatdır. 9) 01 ədəd sarı-gümüşü rəngli metaldan üzərində yaşıl və ağ şəffaf qaşları olan sırğa cütüüzük-metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, ümumi çəkisi 12,79 qramdır, qaşları qiymətli qaşlara aid deyil, bijuteriyadır – 8,0 manatdır. 10) 01 ədəd sarı (qaralmış) rəngli metaldan üzərində ağ şəffaf qaşları olan kloun-metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 5,55 qramdır, qaşları qiymətli qaşlara aid deyil,bijuteriayadır – 2,0 manatdır. 11) 01 ədəd gümüşü (qaralmış) rəngli metaldan üzərində firuzəyi rəngli daş olan üzükmetalı qiymətsiz əlvan ərintisindən hazırlanmışdır, çəkisi 6,58 qramdır, qaşları qiymətli qaşlara aid deyil, bijuteriyadır-2,0 manatdır. 12) 04 ədəd gümüşü rəngli metaldan, üzərində qara rəngli hissəsi və ağ şəffaf qaşları olan məmulat hissəsi-metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır,ümumi çəkisi 17,87 qramdır, qaşları qiymətli qaşlara aid deyil,bijuteriya qırıntısıdır-2,0 manatdır. 13) 01 ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük-metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 3,91 qramdır, qaşları qiymətli qaşlara aid deyil, bijuteriyadır-5,0 manatdır. 14) 01 ədəd sarı-gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan sırğa tayı-metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 4,29 qramdır, qaşları qiymətli qaşlara aid deyil,bijuteriyadır, qırıntı hesab olunur-5,0 manatdır. Təqdim edilmiş məmulatlar içərisində 01 ədəd 585 əyarlı sırğa tayının 2-ci tayı olduğu halda nəzəri qaydada orta bazar qiyməti ilə dəyəri təxminən 178,0 manat müəyyən edilir. Təqdim olunmamış 2,5 qram çəkidə 583 əyarlı qolbağın 2023-cü ilin yanvar ayına olan nəzəri qaydada orta bazar qiyməti ilə dəyəri təxminən 212,00 manat müəyyən edilir. Ekspertizaya təqdim edilmiş məmulatların 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 622,00 manat müəyyən edilir. İş üzrə keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 661 №-li ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Tibbi sənədlərə əsasən anamnezində keçirilmiş “Mülayım dərəcədə ifadə olunmuş nevrasteniya, üzünü kəsmələrlə” diqanozu qeyd edilmişdir. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən hər hansı xroiniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməyib. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab edilməlidir. Hazırda Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik aşkar edilmir, hazırda da o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X4 xx.xx.2022-ci il tarixdə Sabirabad rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə 02 il 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda cəza çəkir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad rayon Kürkəndi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2 nəfər (2020 və 2021-ci il təvəllüdlü) azyaşlı uşaqları vardır və onun şəxsiyyəti yaşadığı ərazi üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Sabirabad rayon Kürkəndi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 1 nəfər (2021-ci il təvəllüdlü) azyaşlı uşağı vardır və onun şəxsiyyəti yaşadığı ərazi üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onların təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 digər şəxsin yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq edilməsində köməklik etmə və Təqsirləndirilən şəxs1 yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq cinayətini törətmələri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş və təqsirləndirilən şəxslərin ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.3-cü və Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən CM-nın 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən onun əməlindən peşimançılıq hissi keçirməsini, ilk dəfə az ağır cinayət əməli törətməsini, himayəsində 2 azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanın əvəzini ödəməklə barışıq əldə etməsini təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən himayəsində 1 nəfər azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanın əvəzini ödəməklə barışıq əldə etməsini təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin törədilməsində təsqirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bu zaman məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər cinayət əməli törətməsini və cəza çəkdiyi müddət ərzində yenidən cinayət əməli törətməsini də onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 08-10 fevral 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 həbsdə və hal-hazıradək qətimkan tədbiri qismində ev dutaqlığında cəmi 03 ay 21 gün saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda, Təqsirləndirilən şəxs2 08-10 fevral 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 həbsdə və hal-hazıradək qətimkan tədbiri qismində ev dutaqlığında cəmi 03 ay 21 gün saxlanması təyin olunan cəzadan çıxılmalı ona qəti olaraq 01 (bir) il 04 (dörd) ay 19 (on doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. Eyni zamanda məhkəmə CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsaslanaraq hesab edir ki, hazırkı hökmlə Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-39/2022 saylı hökmü ilə təqsirləndirilən şəx Təqsirləndirilən şəxs1 təyin edilmiş və çəkilməmiş 01 (bir) il 04 (dörd) ay 01 (bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək, ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nın 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan mərhum etmə ilə toplandıqda, azadlığın məhdudlaşdırılmasının 02 gününə azadlıqdan məhrum etmənin 01 günü hesablıanır. İş materiallarına əlavə edilmiş Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli 107844/2022 saylı məktubundan görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-39/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 il 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 04 (dörd) ay 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Hazırki günə yəni hökm çıxarıldığı xx.xx.2023-cü il tarixə Təqsirləndirilən şəxs1 çəkilməmiş qalan cəzası 01 (bir) il 04 (dörd) ay 01 (bir) gün təşkil edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən hal-hazıradək şübhəli şəxs qismində və qətimkan tədbiri qsimində həbsdə saxlanılmışdır. Odur ki, onun cəzaçəkmə müddətinin əvvəlli həmin tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda cinayət işi üzrə bir ədəd üzərində “A” hərfi klonu olan qızıl boyunbağının, bir ədəd romb formalı üzərində şəffaf qaşlar olan qızıl sırğanın, üzərində gül formalı kloun olan bir ədəd gümüş boyunbağının, bir ədəd üzərində 925SP yazılmış qızılı rəngli metaldan olan boyunbağının, bir ədəd üzərində 925SP yazılmış qızılı rəngli metaldan qolbağının, bir ədəd üzərində “S” hərfi və gül forması olan qızılı rəngli metaldan üzüyün, bir ədəd qızılı rəngli metaldan sünbül formalı qolbağının, bir ədəd 3 oval formasının birləşməsindən ibarət bijuteriya qolbağının, bir ədəd üzərində şəffaf qaş olan bijuteriya üzüyün, bir ədəd üzərində mavi rəngli qaş olan bijuteriya üzüyün, iki ədəd bir birinə birləşmiş birinin üzərində “love” sözü olan bijuteriya üzüklərin, bir ədəd paxlava formalı üzərində qara qaş olan bijuteriya üzüyün, bir cüt paxlava formalı üzərində qara rəngli qaş olan bijuteriya sırğanın, bir cüt üzərində yaşıl qaş və xırda şəffaf qaşlar olan bijuteriya sırğanın, bir ədəd üzərində yaşıl və şəffaf qaşlar olan bijuteriya klounun, bir ədəd qızılı rəngli sırğanın, bir ədəd üzərində xırda qaşlar olan bijuteriya klounun və bir ədəd paxlava formalı qızıl üzüyün sahibləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı və ekspertiza xərcləri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən ona Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-39/2022 saylı hökmü ilə təyin olunmuş və hazırki günədək çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla hökmlərin məcmusu qaydasında hazırki cinayətə görə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaq yolu ilə ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 08-10 fevral 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə və hazırki günədək qətimkan tədbiri qismində ev dustaqlığında cəmi 03 (üç) ay 21 (iyirmi bir) gün saxlanılmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 07 (yeddi) ay 11 (on bir) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin; cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının cəmi 100 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №1(056)-93/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-93/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver