Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-93/2025 30.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X9 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamı üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Zəngilan rayonu Malatkeşin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş (Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-94/2023№-li hökmü ilə CM-nın 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2025-ci il tarixə cəzasının çəkilməmiş hissəsi 01 il 02 ay təşkil edir), məhkumluğu ödənilməmiş, Sabirabad rayonu Zəngilan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, həbsdə saxlanma müddəti xx.xx.2025-ci il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə elan edilən ittihama görə o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı əldə edib satmışdır. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Sabirabad rayonu Nizami kənd sakini X1 həmin kənddə olan evinin qarşısında 100 manat pul qarşılığında satış məqsədi ilə xeyli miqdarda, 11.08 qram çəkidə, 2 ədəd kibrit qutusunda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində daşımış, həmin tarixdə saat 19 radələrində qeyd olunan narkotik vasitəni Sabirabad rayonu Nizami kəndi ərazisində tanışı Şahid1 120 manat pul qarşılığında qanunsuz olaraq satmışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. O, özünə məxsus olan “VAZ-2107” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində yaşadığı Sabirabad rayonu Nizami kəndi ərazisində olarkən, əvvəllər tanıdığı Nizami kənd sakini Şahid1 istifadəsində olan mobil telefon vasitəsilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “Vatsap” ani mesajlaşma tətbiqi vasitəsilə zəng etmiş və iki “karobka”, yəni iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. O da Nurlana üzərində iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Hansı ki, o, həmin vaxt spirtli içkinin təsiri altında olmuşdur. Sonra yuxarıda qeyd etdiyi avtomobillə Nizami kəndi ərazisindəki körpünün yanına gəlmiş və o, Nurlanla orada görüşmüşdür. O, avtomobilində olan iki ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananı Şahid1 hər birini 60 manatdan hesabladıqda, 120 manatdan satmışdır. Nurlan ona əlbəəl 120 manat pul vermişdir. O, həmin vaxt avtomobildən düşməmiş, Nurlan isə ön sərnişin oturacağı tərəfdə, avtomobildən çöldə ayaq üstə dayanmışdır. Nurlan narkotik vasitəni əlini oturacağın üzərinə uzadaraq götürmüşdür. O, Şahid1 narkotik vasitəni satarkən sonuncunun yanında başqa kimsə olmamışdır. O, nə Dünyamin Məlikov, nə də ki, başqa kimsəni Nurlanın yanında görməmişdir. Bundan sonra o, avtomobilini idarə edərək oradan gedib hər zaman müştəri gözlədiyi yerdə dayanmışdır. Bir neçə saat sonra isə o, avtomobili ilə evə gedərkən mülki geyimli şəxslər ona saxla işarəsi vermişlər. O, həmin şəxslərin polis əməkdaşları olduğunu düşünüb sürəti artıraraq oradan uzaqlaşmış və avtomobilini saxlayaraq qaçıb oradan getmişdir. O, mobil telefonunu su kollektorundan tullanarkən su kanalına düşürmüşdür. sonra o, evinə getmişdir. Evdə qayınanası onunla söhbət etmiş və polisə gedib təslim olmalı olduğunu demişdir. Bundan sonra o, gecə saatlarında könüllü olaraq Sabirabad RPŞ-yə gəlmişdir. Sabirabad RPŞ-də o, müstəntiqin otağına qaldırılmış, orada o, dövlət hesabına vəkillə təmin olunmuşdur. Videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş və hər hansı bir əşya aşkar edilməmişdir. O, Şahid1 120 manata satdığı iki ədəd kibrit qutusunda narkotik vasitəni Sabirabad rayonu Nizami kənd sakini X3 xx.xx.2025-ci il tarixdə, axşam saatlarında 100 manata əldə etmişdir. Belə ki, o, istifadəsində olan yuxarıda qeyd etdiyi mobil telefon nömrəsi ilə Qalibin istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq ona narkotik lazım olduğunu demişdir. Qalib ona evində olduğunu demiş və o, avtomobili ilə Qalibin evinə getmişdir. O, küçədə, darvazanın önündə dayanmış və Qalib ona iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana vermişdir. Həmçinin Qalib həmin kibrit qutularının birindən ona bir siqaret çəkimlik çıxarıb vermişdir. O, həmin bir çəkimlik marixuananı elə oradan aralandıqdan sonra siqaret dənəsinə doldurub çəkmişdir. Qalibdən həmin narkotiki əldə etdikdən 5-10 dəqiqə sonra isə o, həmin narkotik vasitəni Şahid1 120 manata satmışdır. 20 manat xeyrinə isə avtomobilinə benzin doldurmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin sonunda ona qarşı CM-nın 234.2-ci maddəsi ilə istinad olunan ittiham üzrə özünü təqsirli bilib, əməlindən peşmançılıq hissi keçirdiyini, ailəli olaraq himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını qeyd edərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 7 aydır ki, el arasında “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. O, xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində istifadəsində olan “Honor” markalı mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrəsindən Nicatın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Vatsap” vasitəsilə zəng etmiş və sonuncuya iki ədəd kibrit qutusunda “nəşə” lazım olduğunu demişdir. Nicat razılaşmış və ona bildirmişdir ki, kənd ərazisindəki körpünün yanında görüşsünlər. O, piyada Nicatın dediyi yerə, yəni yaşadığı kənd ərazisindəki körpünün yanına gedərək Nicatla görüşmüşdür. Nicat avtomobildən düşməmiş və ön sərnişin oturacağının üzərinə qoyduğu iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı götürmüşdür. Əvəzində isə o, Nicata əlbəəl 120 manat vermişdir. Sonra isə Nicat avtomobili idarə edərək oradan getmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, polis mayoru rütbəsində olmaqla Sabirabad RPŞ-nın CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 fevral 2025-ci il tarixdə Sabirabad rayonu Nizami kəndində qeydiyyatda olmaqla yaşayan Şahid1 qanunsuz yolla əldə etdiyi narkotik vasitəni üzərində saxlamaqda, istifadə etməkdə və satışında şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunaraq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, CAB-ın əməliyyat müvəkkili Şahid2, CAB-ın əməliyyat müvəkkili Şahid6, RPŞ-nin UQ və SQ-nin operatoru, polis baş serjantı Şahid5 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Şahid1 Sabirabad rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Şahid1 yaşadığı Sabirabad rayonu Nizami kəndi ərazisində, küçədə olduğunu müəyyən edib dərhal Nurlan və Nurlanın yanındakı xalası oğlu X2. Onlar Şahid1 və Dünyamin Məlikova özlərini təqdim edərək Nurlana narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra onlar Nurlandan üzərində və yaxud yaşadığı evdə narkotik vasitə olub-olmadığını soruşmuşlar. Nurlan da cavabında üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Şahid1 əynində olan yun gödəkçənin sol yan cibindən 02 ədəd kibrik qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri çıxararaq təqdim etmişdir. Sonra Şahid1 üzəri yoxlanılmış və onun üzərindən 01 ədəd "Honor" markalı mobil telefon, 50 qəpik pul və 01 qutu siqaret aşkar edilmişdir. Bundan əlavə, Şahid1 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Saxlanılan zaman üstü yoxlanılmazdan əvvəl Şahid1 yanında olan X5 paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etmələri təklif etdikdə sonuncu əynində olan yun gödəkçənin sol iç cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni təqdim etmişdir. Təqdim edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmiş və Şahid1 üzərindən aşkar olunaraq götürülmüş marixuanaya bənzər kütlələr qutusu ilə birlikdə 9,10 qr və 9,97 qram, X5 üzərindən aşkar olunaraq götürülmüş marixuanaya bənzər kütlə isə 0,75 qram təşkil etmişdir. Sonra həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılmış və möhürlənmiş, üzəri şübhəli şəxslər və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd "Honor" markalı mobil telefon və Dünyamin Məlikovun üzərindən aşkar olunan markasını bilmədiyi 01 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün tərəfindən götürülmüşdür. Baxış zamanı Şahid1 və Dünyamin Məlikovdan hər hansı bir etiraz və ya narazılığının olubolmaması soruşulmuş, onlar cavabında hər hansı bir etirazları, narazılıqları olmadığını bildirmişlər. Bundan sonra baxış başa çatdırılmışdır. Baxış videoçəkilişlə qeydə alınmışdır. Şahid1 və Dünyamin Məlikovun üzərinin yoxlanılması ilə əlaqədar protokol tərtib olunmuşdur. Protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onlar Şahid1 və Dünyamin Məlikova birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Nurlan və Dünyamin razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Şahid1 və Dünyamin Məlikov müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçilərin iştirakı ilə sonuncuların üzərindən aşkar edilmiş əşyalara baxış keçirilməyə başlanılmışdır. Əşyaya baxış və götürmə istintaq hərəkətləri videoçəkilişlə qeydə alınmış, fotoşəkillər çəkilmiş və qablaşdırılan zərflər müstəntiq tərəfindən yenidən açılmış, elektron tərəzidə çəkildikdən sonra isə yenidən qablaşdırılaraq DİN-in 139 saylı möhürü ilə möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi dindirmə zamanı Şahid1 üzərindən aşkar olunan narkotik vasitəni yaşadığı kənd ərazisindəki qəsəbədə yaşayan Nicat adlı şəxsdən 120 manata aldığını, heç vaxt narkotik vasitə satmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən və ya daha sonra hər hansı bir fiziki, mənəvi işgəncəyə məruz qalmadığını, etiraz və ya vəsatətinin olmadığını bildirmişdir. Dünyamin Məlikov da əşyaya baxış zamanı həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 və Şahid5 digər Şahid4 məhkəmədə göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişlər. Cinayət işi materiallarında olan ********* saylı cinayət işinin istintaq materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/88 nömrəli ekspert rəyində göstərilmişdir ki: tədqiqata təqdim olunmuş üzərində: “...Şahid1 yaşadığı üzərindən..” sözləri və imzalar olan kağız paketdə 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi - 5.60qr, 5.18qr, ümumi çəkisi - 10,78 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 1) Tədqiqata təqdim olunmuş üzərində: “...X6 üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0.30 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. Ekspert tədqiqatı nəticəsində marixuananın qalıq qalmış hissəsi 11.02 qram təşkil edir. Cinayət işi materiallarında olan 03 fevral 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, Şahid1 və X10 yaşadıqları Sabirabad rayonu Nizami kəndi ərazisində saxlanılmışlar və Şahid1 üzərindən 02 ədəd kibrit qutusunun içərisində, Dünyamin Məlikovun üzərindən isə 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1047 nömrəli rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür”. Beləliklə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə qurudulmuş marixuananı əldə edib satma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi CM-nın 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirdiyini və ailəli olaraq himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını CM-nın 59-cu maddəsinə əsasən ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nın 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nın 234.2-ci maddəsinin sanksiyası həddində 03 (üç) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs çəkilməmiş cəzası üzrə qeyd edir ki, iş materiallarında olan DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Hüseynov X8 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-94/2023№-li hökmü ilə CM-nın 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2025-ci il tarixə cəzasının çəkilməmiş hissəsi 01 il 02 ay təşkil edir. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Məhkəmə Azərbaycan Respublikası CM-nın 67.1 və 68.1.1-1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-94/2023№-li hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 il 02 ay azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq hesablanmaqla müəyyən edilmiş 07 ay azadlıqdan məhrum etmə cəzasının, hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətində cəzaya qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanmasını, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək, onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49.74 AZN məbləğində dəyərinin ondan tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsini, iş üzrə maddi sübut - Sabirabad RPŞ-də saxlanılan, tədqiqatdan sonrakı qalıq çəkisi ümumilikdə 11.02 qram narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-94/2023№-li hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 il 02 ay azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 07 (yeddi) ay azadlıqdan məhrum etmə cəzasının, hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazı narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut –Sabirabad rayon Polis Şöbəsində saxlanılan, narkotik vasitə, tədqiqatdan sonrakı qalıq çəkisi ümumilikdə 11.02 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-93/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-93/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver