Məhkəmə qərarları › İş №1(056)-94/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-94/2023

05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-94/2023 05.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxslər X3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1992-ci ildə Zəngilan rayonu Malatkeşin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Sabirabad rayonu Zəngilan qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.1997-ci ildə Sabirabad rayonu Nizami kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Sabirabad rayonu Nizami kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, tanışı Sabirabad rayonu Nizamikənd kənd sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 05 yanvar 2023-cü il tarixdə gecə saat 04 radələrində Sabirabad rayonu Şəhriyar kəndində yerləşən mal-qara alqı-satqısı bazarına gəlmiş, həmin vaxt bazarda yol kənarında saxlanılan, Zərərçəkmiş şəxs məxsus 4500 manat dəyərində “VAZ 2106” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibsiz vəziyyətdə olduğunu görüb, öz avtomobilinə aid açarları Təqsirləndirilən şəxs2 vermiş, sonuncu həmin açarlardan istifadə etməklə, mühərriki işə salıb avtomobili dayandığı yerdən sürüb uzaqlaşmaqla, onunla birlikdə gizli yolla talayıb, yaşadığı Sabirabad rayonu Nizami kəndində yerləşən evin həyətinə gətirərək, üzərində konstruksiya dəyişikliyi edib rəngləməklə, şəxsi məqsədləri üçün istifadə etdiyindən, o, Zərərçəkmiş şəxs ümumilikdə 4500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, tanışı Sabirabad rayonu Zəngilan qəsəbəsində yaşayan X7 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 05 yanvar 2023-cü il tarixdə gecə saat 04 radələrində Sabirabad rayonu Şəhriyar kəndində yerləşən mal-qara alqı-satqısı bazarına gəlmiş, həmin vaxt bazada yol kənarında saxlanılan, Zərərçəkmiş şəxs məxsus 4500 manat dəyərində “VAZ 2106” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibsiz vəziyyətdə olduğunu görüb, Nicat Hüseynovun verdiyi sonuncuya məxsus avtomobilə aid açarlardan istifadə etməklə, mühərriki işə salıb, avtomobili dayandığı yerdən sürüb Nicat Hüseynovla birlikdə uzaqlaşmaqla, gizli yolla talayıb yaşadığı Sabirabad rayonu Nizami kəndində yerləşən evin həyətinə gətirərək, üzərində konstruksiya dəyişikliyi edib rəngləyərək, şəxsi məqsədləri üçün istifadə etdiyindən, o, Zərərçəkmiş şəxs ümumilikdə 4500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o Sabirabad rayonu Zəngilan qəsəbəsində maşın ustası kimi işləyir. O, Təqsirləndirilən şəxs2 Oqtay oğlunu kənd sakini kimi tanıyır. Orxanı kənd camaatı “Nurlan” kimi adlandırır və o, Orxanı Nurlan kimi tanıyır. Orxan ona avtomobilinin olmadığını və bu səbəbdən Sabirabad rayonu Şəhriyar qəsəbəsinə gedərək mal bazarı olan yerdə gəzib avtomobil axtaracağını bildirmişdir. O, Orxanla razılaşmış və 05 yanvar 2023-cü il tarixdə gecə saat 04 radələrində Orxanla birlikdə onun idarə etdiyi “VAZ 21011” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə mal bazarına gəlmiş və bazarda gəzməyə başlamışlar. Bu zaman qarşıda bir ədəd yaşıl rəngli “VAZ 2106” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu görmüşlər. Həmin vaxt Orxan avtomobilə yaxınlaşmış və maşında heç kəsin olmadığını bildirmişdir. Bundan sonra Orxan avtomobilin qabaq sağ şüşəsini sındırmış və ondan açar istəmişdir. O, idarə etdiyi avtomobilin əlavə açarını Orxana vermiş və Orxan həmin açarla “VAZ 2106” markalı avtomobilin mühərrikini işə salaraq avtomobili sürməyə başlamışdır. Həmin vaxt onun idarə etdiyi avtomobilin benzini qurtardığına görə o, Orxanın idarə etdiyi avtomobilə əyləşmiş və birlikdə Orxanın yaşadığı evə tərəf getmişlər. Yolda Orxan avtomobili saxlayaraq, avtomobilin dövlət qeydiyyat nişanını çıxarmış, qırıb yaxınlıqdan keçən su kanalına tullamışdır. Sonra birlikdə oğurladıqları avtomobili Orxanın yaşadığı evin həyətyanı sahəsində saxlamışlar. Daha sonra Orxan həmin avtomobilin çənindən 02 litr benzin çəkmiş və birlikdə mal bazarına qayıtmışlar. Həmin vaxt Orxan benzini onun idarə etdiyi avtomobilə tökmüş və o, avtomobili idarə edərək Orxanı yaşadığı evə aparmış, özü isə evə gəlmişdir. Həmin gün saat 20 radələrində o, Orxanın yaşadığı evə getmiş və Orxan oğurladığı avtomobilin akumullyatorunu və 04 ədəd təkərlərini sökərək ona vermişdir. O isə özünə məxsus avtomobilin disk-təkərlərini Orxana vermişdir. Daha sonra Orxan rayon sakini Samirin “VAZ 21011” markalı avtomobilini 600 manata almış və həmin avtomobilin ehtiyyat hissələrini oğurladıqları avtomobilə yığmışdır. Beləliklə, oğurladıqları “VAZ 2106” markalı avtomobil xarici görünüşünə görə “VAZ 21011” markalı avtomobilə çevrilmişdir. Bundan sonra 05 mart 2023-cü il tarixdə Orxan idarə etdiyi “VAZ 21011” markalı avtomobillə onun yaşadığı evin qarşısına gəlmişdir. Həmin vaxt Orxan onu çağırmış və avtomobilin motorundan səs gəldiyini bildirərək, avtomobilin motorunu təmir etməyi ondan xahiş etmişdir. O da Orxanla razılaşmış və avtomobili yaşadığı evin qarşısında saxlamışdır. Bundan sonra o, Orxanla birlikdə avtomobilin motorunu sökmüş və motorun valının xarab olduğunu görmüşdür. Sonradan polis əməkdaşları avtomobilin oğurlanmasına görə onları saxlamışlar. Əməlindən peşmandır. Hazırda onlar zərərçəkmiş şəxslə barışmışlar və ona dəymiş ziyanı ödəmişlər. Zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbi yoxdur. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Mə\cburi köçkündür. Ailəlidir və himayəsində bir azyaşlı uşağı vardır. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Göstərdiklərinə əsasən o, məhkəmədən təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, maşın ustası kimi işləyir. O, X1 sakini kimi tanıyır, aralarında heç bir düşmənçilik və ədavəti yoxdur. O, Nicata avtomobilinin olmadığını və bu səbəbdən Sabirabad rayonu Şəhriyar qəsəbəsinə gedərək mal bazarı olan yerdə gəzib avtomobil axtaracaqlarını demişdir. Nicat da onunla razılaşmış və 04 yanvar 2023-cü il tarixdə gecə saat 04 radələrində Nicat onunla birlikdə Nicatın idarə etdiyi “VAZ 21011” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə mal bazarına gəlmiş və bazarda gəzməyə başlamışlar. Bu zaman qarşıda bir ədəd tünd-yaşıl rəngli “VAZ 2106” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu görmüşlər. Həmin vaxt o, avtomobilə yaxınlaşmış və maşında heç kəsin olmadığını görmüşdür. Bundan sonra o, avtomobilin qabaq sağ şüşəsini sındırmış və Nicatdan açar istəmiş, Nicat idarə etdiyi avtomobilin əlavə açarını ona vermiş və o, həmin açarla “VAZ 2106” markalı avtomobilin mühərrikini işə salaraq avtomobili sürməyə başlamışdır. Həmin vaxt Nicatın idarə etdiyi avtomobilin benzini qurtardığına görə Nicat onun idarə etdiyi avtomobilə əyləşmiş və birlikdə onun yaşadığı evə tərəf getmişlər. Yolda o, avtomobili saxlayaraq, avtomobilin dövlət qeydiyyat nişanını çıxarıb qırıb yaxınlıqdan keçən su kanalına tullamışdır. Sonra oğurladıqları avtomobili onun yaşadığı evin həyətyanı sahəsində saxlamışlar. O, həmin avtomobilin çənindən 02 litr benzin çəkmiş və Nicatla birlikdə mal bazarına qayıtmışlar. Həmin vaxt benzini Nicatın idarə etdiyi avtomobilə tökmüş və Nicat avtomobili idarə edərək onu yaşadığı evə aparmış, özü isə evə getmişdir. Həmin gün saat 20 radələrində Nicat onun yaşadığı evə gəlmiş və o, oğurladıqları avtomobilin akkumulyatorunu və 04 ədəd təkərlərini sökərək Nicata vermiş, Nicat isə özünə məxsus avtomobilin disk-təkərlərini ona vermişdir. Daha sonra o, rayon sakini Samirin “VAZ 21011” markalı avtomobilini 600 manata almış və həmin avtomobilin ehtiyyat hissələrini oğurladıqları avtomobilə yığmışdır. Beləliklə, oğurladığı “VAZ 2106” markalı avtomobil xarici görünüşcə “VAZ 21011” markalı avtomobil olmuşdur. O, avtomobilin rəngini dəyişərək ağ rəngə boyamışdır ki, avtomobil tapılmasın. Bundan sonra 05 mart 2023-cü il tarixdə o, idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Nicatın yaşadığı evin qarşısına getmişdir. Həmin vaxt Nicatı çağırmış və avtomobilin motorundan səs gəldiyini bildirərək, avtomobilin motorunu təmir etməyi Nicatdan xahiş etmişdir. Nicat onunla razılaşmış və avtomobili yaşadığı evin qarşısında saxlamışdır. Bundan sonra o, Nicatla birlikdə avtomobilin motorunu sökmüş və motorun valının xarab olduğunu görmüşdür. Sonradan polis əməkdaşları avtomobilin oğurlanmasına görə onları saxlamışlar. Əməlindən peşmandır. Hazırda onlar zərərçəkmiş şəxslə barışmışlar və ona dəymiş ziyanı ödəmişlər. Zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbi yoxdur. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Ailəlidir və himayəsində iki azyaşlı uşağı vardır. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Göstərdiklərinə əsasən o, məhkəmədən təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, o, hazırda Bakı şəhərində yaşayır. Özünə məxsus “VAZ 2106” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Eyni zamanda onun özünə məxsus sürücülük vəsiqəsi var və həmin avtomobili sürücülük hüququ olmaqla idarə etmişdir. Bundan savayı, onun İmişli rayonunda şəxsi təsərrüfatı var. O, özü Bakı şəhərində işlədiyi üçün, həmin təsərrüfata nəzarət etməsi üçün təsərrüfatını dayısı oğlu Şahid1 tapşırmışdır. Bu məqsədlə, təsərrüfatına heyvan alması üçün 01 yanvar 2023-cü il tarixdə avtomobilini Cahandara vermişdir. 05 yanvar 2023-cü il tarixdə səhər saat 08 radələrində Cahandar onun istifadəsində olan mobil nömrəyə zəng edərək, ona məxsus “VAZ 2106” markalı **-GR- *** dövlət qeydiyyat nişanlı avtomobilin oğurlandığını bildirmişdir. O, dərhal bu barədə DİN-in 102 Zəng xidmətinə zəng edərək məlumat vermişdir. “VAZ 2106” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobil 2003-cü il istehsalı olmaqla, tünd yaşıl rənglidir, o, avtomobili 5000 manata almışdır. Eyni zamanda avtomobilin 04 ədəd disk-təkərlərini, alın şüşəsini, iç və çöl radiatorlarını, akkumlyatorunu, qaz çıxarıcı qurğusunu alaraq avtomobilə 1500 manat xərc qoymuşdur. Beləliklə, ona ümumilikdə 6500 manat məbləğində maddi ziyan dəymişdir. Bundan sonra Sabirabad RPŞ-nə gələrək bu barədə ərizə vermişdir. Hazırda o, təqsirləndirilən şəxslərlə barışmışdır. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. O, ziyanın ödənilməsini, həmçinin təqsirləndirilən şəxslərin ailə vəziyyətini nəzərə alaraq onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. Buna görə də o, təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 Oqtay oğlunu tanıyır. Orxan onun qonşusudur. Orxanı rayon ərazisində “Nurlan” kimi adlandırırlar və o, Orxanı “Nurlan” kimi tanıyır. Onun özünə məxsus “VAZ 21011” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. O, həmin avtomobili satmaq qərarına gəlmişdir. Beləliklə, 14 fevral 2023-cü il tarixdə qonşusu Nurlana həmin avtomobili 600 manata satmışdır. O, Orxanın oğurluq etdiyini bilməmişdir. Məhkəmə iclasında iştirak etməmiş, lakin elan edilmiş Şahid1 ifadəsindən görünür ki, qohumu Zərərçəkmiş şəxs özünə VAZ 21064 markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobili 3000 manata almışdı. Ziya Bakı şəhərində yaşadığından rayona tez-tez gedib gələ bilmir. Ziyanın həm də rayon ərazisində torpaq sahəsi var və orada əkin işləri görür. Həmin əkin sahəsinə nəzarət etməyi üçün həmin avtomobili ona idarəetməyi üçün vermişdi. xx.xx.2023-cü il tarixdə saat 04 radələrində o, bibisinin yoldaşı Məlik və əmisi Paşa ilə birlikdə İmişli rayonundan çıxıb Sabirabad rayonu Şəhriyar kəndində yerləşən heyvan bazarına gəlmişlər. O, maşını heyvan bazarının yaxınlığında saxlayıb maşının qapısını bağlayıb heyvan bazarına girmişdir. Bu zaman əmisi və bibisin yoldaşı da onunla bazara getmişlər. Təxminən 01 saat sonra o, isinmək üçün maşına tərəf gəlmişdir. Lakin maşını saxladığı yerdə tapa bilməmişdir. O, dərhal bibisin yoldaşı və əmisinə bu barədə məlumat vermişdir. Maşını nə qədər axtarsalar da tapa bilməmişlər. Bundan sonra o, bu barədə polisə məlumat vermişdir. Sonra o, anlamışdır ki, avtomobili naməlum şəxs və şəxslər qaçırmışdır. VAZ 21064 markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobil qohumu Zərərçəkmiş şəxs məxsusdur. Avtomobilin rəngi tünd yaşıl, buraxılış ili 2003-cü il olmuşdur. Avtomobilin bazar qiyməti təxminən 3500 (üç min beş yüz) manat olmuşdur. Avtomobilin oğurlanması nəticəsində ona heç bir ziyan dəyməmişdir. Ziya həmin avtomobili ona sürməyə vermişdi. O da həmin avtomobili sürərək, Ziyanın təsərrüfatına nəzarət etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2023-cü il tarixli, 9/2987 nömrəli rəyində göstərilmişdir ki, Respublika ərazisində yerləşən avtobazarlarda, internet saytlarında mövcud olan qiymətlərdən və Mərkəzdə olan məlumatlarda istifadə edilməklə, qərarda göstərilən 2003-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 4500 manat müəyyən olunur. Sabirabad RİH Nizami kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Sabirabad-Hacıqabul rayonları Mənzil-Kommunal İstismarı sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 himayəsində bir azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 05 yanvar 2023-cü il tarixdə gecə saat 04 radələrində Sabirabad rayonu Şəhriyar kəndində yerləşən mal-qara alqı-satqısı bazarına gəlmiş, həmin vaxt bazarda yol kənarında saxlanılan, Zərərçəkmiş şəxs məxsus 4500 manat dəyərində “VAZ 2106” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibsiz vəziyyətdə olduğunu görüb, öz avtomobilinə aid açarları Təqsirləndirilən şəxs2 vermiş, sonuncu həmin açarlardan istifadə etməklə, mühərriki işə salıb avtomobili dayandığı yerdən sürüb uzaqlaşmaqla, onunla birlikdə gizli yolla talayıb, yaşadığı Sabirabad rayonu Nizami kəndində yerləşən evin həyətinə gətirərək, üzərində konstruksiya dəyişikliyi edib rəngləməklə, şəxsi məqsədləri üçün istifadə etdiklərindən, Zərərçəkmiş şəxs ümumilikdə 4500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmələri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər X3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. X3 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-in 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslər X3 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs X3 cəzasını yüngülləşdirən hallar- CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir nəfər azyaşlı uşağının olması, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, CM-nın 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi olmuşdur. CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsi, məcburi köçkün olması və ailəsinə yeganə qazanc gətirən şəxs olması olmuşdur. Məhkəmə təqsirləndirilən şəxs X3 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar - CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki nəfər azyaşlı uşağının olması, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, CM-nın 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi olmuşdur. CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsi və ailəsinə yeganə qazanc gətirən şəxs olması olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib maddənin sanksiyasında nəzərdə tutuluş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi cəzanın məqsədinə daha uyğundur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 xx.xx.2023-cü il tarixdən şübhəli şəxs qismində tutulduğu və hazırki vaxadək həbsdə qaldığı 02 ay 26 gün bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmalı, X7 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Həmçinin, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən X3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək şübhəli şəxs qismində tutulduğu və həbsdə qaldığı 02 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Həmçinin, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 50 AZN məbləğində dəyəri X7 və Təqsirləndirilən şəxs2 tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməli, iş üzrə maddi sübut olan “VAZ 2106” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs qaytarılması, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nın 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək şübhəli şəxs qismində tutulduğu və həbsdə qaldığı 02 ay 26 gün bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 05 (beş) ay 22 (iyirmi iki) gün çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təyin edilmiş cəza müddəti ərzində X3 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X7 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək şübhəli şəxs qismində tutulduğu və həbsdə qaldığı 02 ay 14 günün bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seşilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 50 AZN məbləğində dəyəri X2 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan “VAZ 2106” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar