Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-94/2025 07.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X9 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Sabirabad rayonu Vladimirovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Sabirabad rayonu Nizami kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə xeyli miqdarda, 11,08 qram çəkidə, 2 ədəd kibrit qutusunda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib yaşadığı Sabirabad rayonu Nizami kəndindəki evində saxlamış, 03 fevral 2025-ci il tarixdə, saat 19 radələrində yaşadığı evin qarşısında həmin narkotik vasitəni iki ədəd kibrit qutusunun içərisində olmaqla həmkəndlisi Şahid1 100 manat pul qarşılığında qanunsuz olaraq satmışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir həftə əvvəl yaşadığı Sabirabad rayonu Nizami kəndindəki evinin həyətyanı sahəsindəki köhnə komanın, yəni evinin tavanını sökərkən taxtaların arasından bir ədəd şüşə banka, həmin bankanın da içərisində sellofan torba tapmış, həmin sellofan torbanın da içərisinə baxdıqda narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin marixuananın ilyarım əvvəl vəfat edən oğlu Əmraha aid olduğundan əmin olmuşdur. Əminliyi buna görədir ki, mərhum oğlu narkotik vasitə istifadəçisi olmuşdur və o, əvvəl də evin tavanından narkotik tapmışdır. O, narkotik çəkməyə tövbəli olduğu üçün həmin sellofan torbanı içərisindəki narkotiklə istifadə etmədən saxlamışdır. xx.xx.2025-ci il tarixdə o, həmin narkotik vasitəni iki ədəd kibrit qutusuna doldurub saxlamışdır. xx.xx.2025-ci il tarixdə, axşam saatlarında Nizami kəndi ərazisində məcburi köçkünlər üçün nəzərdə tutulmuş qəsəbədə yaşayan, əvvəllər tanıdığı Nicat Hüseyov istifadəsində olan mobil telefonla onun istifadəsində olan ***-***-**-** mobil telefonuna zəng edərək narkotik lazım olduğunu demişdir. O da Nicata mərhum oğlundan qalan narkotik tapdığını, evdə saxladığını demişdir. O, Nicatla telefonla danışıq zamanı kənd ərazisindəki kafedə olmuşdur və o, oradan çıxıb evinə gedərək Nicatı gözləmişdir. Nicat öz avtomobili ilə yaşadığı evin küçə tərəfdən darvazasının önünə gəlmişdir. O, həmin narkotik vasitəni, yəni iki ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananı elə oradaca Şahid1 verərək qarşılığında əlbəəl sonuncudan 100 manat pul almışdır. Orada o, Nicata verdiyi kibrit qutularından birinin içərisindən az miqdarda, bir siqaret çəkimlik çıxararaq çəkməsi üçün Şahid1 vermişdir. Bundan sonra Nicat avtomobilini idarə edərək oradan getmişdir. O, daha sonra oradan getmiş və sonra xəbər tutmuşdur ki, Nicatı polis axtarır. Evinə gəldikdən sonra da xəbər tutmuşdur ki, onu polis əməkdaşları axtarırlar və ona artıq məlum olmuşdur ki, o, bu əməlinə görə axtarılır. Bundan sonra qərar vermişdir ki, özü könüllü olaraq polis şöbəsinə gəlsin. O, heç vaxt narkotik vasitə satmamışdır. Əvvəllər dost-tanışa narkotik vermişdir ki, çəksinlər. Həmin şəxslərin də kim olduğu yadından çıxıb. Nicata da pulu olmadığı, kasıb olduğu üçün həmin narkotiki satmağa məcbur olmuşdur. Onun evində və ya hər hansı bir yerdə saxladığı narkotik vasitə yoxdur. Əvvəllər 2-3 dəfə, təxminən 6-7 manata bir çəkimlik narkotik vasitəni Şahid1 satmışdır.Əməlindən peşimandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, təxminən 7 aydır ki, el arasında “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. O, xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində istifadəsində olan “Honor” markalı mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrəsindən Nicatın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Vatsap” vasitəsilə zəng etmiş və sonuncuya iki ədəd kibrit qutusunda “nəşə” lazım olduğunu demişdir. Nicat razılaşmış və ona bildirmişdir ki, kənd ərazisindəki körpünün yanında görüşsünlər. O, piyada Nicatın dediyi yerə, yəni yaşadığı kənd ərazisindəki körpünün yanına gedərək Nicatla görüşmüşdür. Nicat avtomobildən düşməmiş və ön sərnişin oturacağının üzərinə qoyduğu iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı götürmüşdür. Əvəzində isə o, Nicata əlbəəl 120 manat vermişdir. Sonra isə Nicat avtomobili idarə edərək oradan getmişdir. Bundan sonra, o, xalası oğlu Dünyaminlə kənd ərazisində görüşmüş və onlar birlikdə kənd ərazisindəki parka getmişlər. O, park ərazisində olarkən kibrit qutularından birinin içərisindən narkotik vasitə qurudulmuş marixuananın keyfiyyətsiz, çör-çöp hissəsini ayıraraq kənara qoymuşdur ki, sonra tullasın. Onun fikrinin dağınıqlığından istifadə edən Dünyamin ondan xəbərsiz olaraq həmin az miqdarda çör-çöpdən, narkotikin keyfiyyətsiz hissəsindən ibarət az miqdarını götürərək cibinə qoymuşdur. Hansı ki, onun bundan xəbəri olmamışdır. Həmin tarixdə, saat 20 radələrində yaşadığı Sabirabad rayonu Nizami kəndi ərazisində, küçədə, Dünyaminlə birlikdə dayanıb söhbət edən zaman mülki geyimli polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olubolmadığını soruşmuşlar. O isə üzərində narkotik vasitə olduğunu bildirmiş və əynindəki qara rəngli yun gödəkçənin sol yan cibindən ona aid olan iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış və üzərindən ona aid olan “Honor” markalı mobil telefon, saqqız, 20-20-10 qəpik olmaqla, ümumilikdə 50 qəpik və “Vinçester” markalı siqaret aşkar olunmuşdur. Polislər Dünyamindən üzərində narkotik vasitə olub-olmadığını soruşan zaman Dünyamin üzərində narkotik vasitə olduğunu bildirərək cibindən bir ədəd kağız bükümdə narkotik vasitə çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. O, sonradan bilmişdir ki, Dünyaminin təqdim etdiyi həmin büküm onun atmaq üçün kənara qoyduğu narkotikdir. O, həmin vaxt Dünyaminə narkotik vasitə verməmiş, satmamış, həmin narkotik vasitəni Dünyamin onun xəbəri olmadan atdığı yerdən götürüb üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur və hazırda cəza çəkir. O, özünə məxsus olan “VAZ-2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində yaşadığı Sabirabad rayonu Nizami kəndi ərazisində olarkən, əvvəllər tanıdığı Nizami kənd sakini Şahid2 istifadəsində olan mobil telefon vasitəsilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “Vatsap” ani mesajlaşma tətbiqi vasitəsilə zəng etmiş və iki “karofka”, yəni iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. O da Nurlana üzərində iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Hansı ki, o, həmin vaxt spirtli içkinin təsiri altında olmuşdur. Daha sonra yuxarıda qeyd etdiyi avtomobillə Nizami kəndi ərazisindəki körpünün yanına gəlmiş və o, Nurlanla orada görüşmüşdür. O, avtomobilində olan iki ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananı Şahid2 hər birini 60 manatdan hesabladıqda, 120 manatdan satmışdır. Nurlan ona əlbəəl 120 manat pul vermişdir. O, həmin vaxt avtomobildən düşməmiş, Nurlan isə ön sərnişin oturacağı tərəfdə, avtomobildən çöldə ayaqüstə dayanmışdır. Nurlan narkotik vasitəni əlini oturacağın üzərinə uzadaraq götürmüşdür. O, Şahid2 narkotik vasitəni satarkən sonuncunun yanında başqa kimsə olmamışdır. O, nə Dünyamin Məlikov, nə də ki, başqa kimsəni Nurlanın yanında görməmişdir. Bundan sonra o, avtomobilini idarə edərək oradan gedib hər zaman müştəri gözlədiyi yerdə dayanmışdır. Bir neçə saat sonra isə o, avtomobili ilə evə gedərkən mülki geyimli şəxslər ona saxla işarəsi vermişlər. O, həmin şəxslərin polis əməkdaşları olduğunu düşünüb sürəti artıraraq oradan uzaqlaşmış və avtomobilini saxlayaraq qaçıb oradan getmişdir. O, mobil telefonunu su kollektorundan tullanarkən su kanalına düşürmüşdür. Daha sonra o, evinə getmişdir. Evdə qaynanası onunla söhbət etmiş və polisə gedib təslim olmalı olduğunu demişdir. Bundan sonra o, gecə saatlarında könüllü olaraq Sabirabad RPŞ-yə gəlmişdir. Sabirabad RPŞ-də o, müstəntiqin otağına qaldırılmış, orada o, dövlət hesabına vəkillə təmin olunmuşdur. Videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş və hər hansı bir əşya aşkar edilməmişdir. O, Şahid2 120 manata satdığı iki ədəd kibrit qutusunda narkotik vasitəni Sabirabad rayonu Nizami kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, axşam saatlarında 100 manata əldə etmişdir. Belə ki, o, istifadəsində olan yuxarıda qeyd etdiyi mobil telefon nömrəsi ilə Qalibin istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq ona narkotik lazım olduğunu demişdir. Qalib ona evində olduğunu demiş və o, avtomobili ilə Qalibin evinə getmişdir. O, küçədə, darvazanın önündə dayanmış və Qalib ona iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana vermişdir. Həmçinin, Qalib həmin kibrit qutularının birindən ona bir siqaret çəkimlik çıxarıb vermişdir. O, həmin bir çəkimlik marixuananı elə oradan aralandıqdan sonra siqaret dənəsinə doldurub çəkmişdir. Qalibdən həmin narkotiki əldə etdikdən 5-10 dəqiqə sonra isə o, həmin narkotik vasitəni Şahid2 120 manata satmışdır. 20 manat xeyrinə isə avtomobilinə benzin doldurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 fevral 2025-ci il tarixdə Sabirabad rayonu Nizami kəndində qeydiyyatda olmaqla yaşayan Şahid2 qanunsuz yolla əldə etdiyi narkotik vasitəni üzərində saxlamaqda, istifadə etməkdə və satışında şübhəli olması barədə əməliyyat müvəkkili Şahid3 əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunaraq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin CAB-ın baş əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3, CAB-ın əməliyyat müvəkkili, polis mayoru Şahid5, CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid7, RPŞ-nin UQ və SQ-nin operatoru, polis baş serjantı Şahid6 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Şahid2 Sabirabad rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Şahid2 yaşadığı Sabirabad rayonu Nizami kəndi ərazisində, küçədə olduğunu müəyyən edib dərhal Nurlan və Nurlanın yanındakı xalası oğlu X1. Onlar Şahid2 və Dünyamin Məlikova özlərini təqdim edərək Nurlana narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra onlar Nurlandan üzərində və yaxud yaşadığı evdə narkotik vasitə olub-olmadığını soruşmuşlar. Nurlan da cavabında üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Şahid2 əynində olan yun gödəkçənin sol yan cibindən 02 ədəd kibrik qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri çıxararaq təqdim etmişdir. Daha sonra Şahid2 üzəri yoxlanılmış və onun üzərindən 01 ədəd "Honor" markalı mobil telefon, 50 qəpik pul və 01 qutu siqaret aşkar edilmişdir. Bundan əlavə, Şahid2 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Saxlanılan zaman üstü yoxlanılmazdan əvvəl Şahid2 yanında olan X3 paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etmələri təklif etdikdə sonuncu əynində olan yun gödəkçənin sol iç cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni təqdim etmişdir. Təqdim edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmiş və Şahid2 üzərindən aşkar olunaraq götürülmüş marixuanaya bənzər kütlələr qutusu ilə birlikdə 9,10 qr və 9,97 qram, X3 üzərindən aşkar olunaraq götürülmüş marixuanaya bənzər kütlə isə 0,75 qram təşkil etmişdir. Daha sonra həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılmış və möhürlənmiş, üzəri şübhəli şəxslər və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 üzərindən aşkar edilmiş 01 ədəd "Honor" markalı mobil telefon və Dünyamin Məlikovun üzərindən aşkar olunan markasını bilmədiyi 01 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün tərəfindən götürülmüşdür. Baxış zamanı Şahid2 və Dünyamin Məlikovdan hər hansı bir etiraz və ya narazılığının olub-olmaması soruşulmuş, onlar cavabında hər hansı bir etirazları, narazılıqları olmadığını bildirmişlər. Bundan sonra baxış başa çatdırılmışdır. Baxış videoçəkilişlə qeydə alınmışdır. Şahid2 və Dünyamin Məlikovun üzərinin yoxlanılması ilə əlaqədar protokol tərtib olunmuşdur. Protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onlar Şahid2 və Dünyamin Məlikova birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Nurlan və Dünyamin razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Şahid2 və Dünyamin Məlikov müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçilərin iştirakı ilə sonuncuların üzərindən aşkar edilmiş əşyalara baxış keçirilməyə başlanılmışdır. Əşyaya baxış və götürmə istintaq hərəkətləri videoçəkilişlə qeydə alınmış, fotoşəkillər çəkilmiş və qablaşdırılan zərflər müstəntiq tərəfindən yenidən açılmış, elektron tərəzidə çəkildikdən sonra isə yenidən qablaşdırılaraq DİN-in 139 saylı möhürü ilə möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi dindirmə zamanı Şahid2 üzərindən aşkar olunan narkotik vasitəni yaşadığı kənd ərazisindəki qəsəbədə yaşayan Nicat adlı şəxsdən 120 manata aldığını, heç vaxt narkotik vasitə satmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən və ya daha sonra hər hansı bir fiziki, mənəvi işgəncəyə məruz qalmadığını, etiraz və ya vəsatətinin olmadığını bildirmişdir. Dünyamin Məlikov da əşyaya baxış zamanı həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 və Şahid6 da Şahid4la oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilən DVD disklərə baxış zamanı şahid ifadələri ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı satması bir daha öz təsdiqini tapmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2025-ci il tarixdə, saat 22:55 dəqiqədə Sabirabad RPŞdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(056)-10/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(056)-25/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02(iki) ay, 04 iyul 2025-ci il tarixədək uzadılmışdır. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə X5 Regional Bölməsinin xx.xx.2025-ci il tarixli, 18/88 nömrəli rəyindən görünür ki, -Tədqiqata təqdim olunmuş üzərində: “..Şahid2 üzərindən..” sözləri və imzalar olan kağız paketdə 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi – 5,60qr, 5,18 qr, ümumi çəkisi – 10,78 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş üzərində: “..X4 üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,30 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Götürülmüş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir. İşdə olan DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi Ambulator Məcburi - Narkoloji Tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 1042 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabionidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Sabirabad Rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməli toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, şahidlərin ifadələri, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41- ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ” barədə 2668 saylı 10 fevral 2017-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 13-cü bəndinə əsasən tövsiyyə olunur ki, məhkəmələr, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmalı, həmçinin, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli törətməsini səmimi etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da, cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respbulikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəzanın təyin olunmasını müzakirə edərək ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini əsaslı və onun islah olunması üçün yetərli hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 55.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 04 fevral 2025-ci il tarixdən hesablanmalı və o, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa iş materiallarına əlavə edilmiş Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(056)-93/2025 saylı hökmü ilə iş üzrə ekspertiza xərcini təşkil edən 49,74 manat pulun təqsirləndirilən şəxs Şahid1 alınıb Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə maddi sübut olan və Sabirabad rayon Polis şöbəsində saxlanılan tədqiqatdan sonra ümumi təmiz çəkisi 11,02 qram narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi məsələsi həll edildiyindən, hazırki hökmdə 49,74 manat ekspertiza xərcinin alınması və iş üzrə maddi sübut olan və Sabirabad rayon Polis şöbəsində saxlanılan tədqiqatdan sonra ümumi təmiz çəkisi 11,02 qram narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi məsələsi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Şirvan Regional Vəkil Bürosunun vəkili vəkil Müdafiəçi tərəfindən 06 ( altı ) saat iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə olunmuş, 28 aprel 2025ci il tarixli son dəyişikliyə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 66 (altmış altı) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il, 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hazırki iş üzrə ekspertiza xərcinin tutulması və maddi sübutun Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(056)-93/2025 saylı hökmü ilə həll edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarını Sabirabad Rayon Məhkəməsində dövlət vəsaiti hesabına 06 (altı) saat müddətində müdafiə etdiyi üçün, Vəkillər Kollegiyasına ayrılan vəsaitdən 66 (altmış altı) manat Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi adına olan bank hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(056)-94/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-94/2025
07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver