Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-95/2025 23.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə Sabirabad rayonu, Qaragüney kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə olan, əvvəllər cinayət məsuliyyətinə edilməmiş və məhkum olunmamış, Sabirabad rayonu, Qaragüney kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan əvvəli qətnamə qanun mindiyi gündən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200,00 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2(056)-392/2022 nömrəli və Təqsirləndirilən şəxs bir ədəd 583 əyarlı brilyant qaşlı qızıl nişan üzüyü və ya dəyəri 800,00 (səkkiz yüz) manat, bir dəst 583 əyarlı qızıl üzük, sırğa, zəncir və bilərzik və ya onun dəyəri 2700,00 (iki min yeddi yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi 55,00 (əlli beş) manat və hüquqi yardım üçün ödənilmiş 50,00 (əlli) manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(056)-39/2023 nömrəli qətnamə səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(056)-659/2022 nömrəli qərarı ilə on gün, Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2(056)-392/2022 nömrəli və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(056)-39/2023 nömrəli qətnamələrinə əsasən verilmiş icra vərəqələri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü i tarixli, 3(056)-1215/2023 nömrəli qərarı ilə 500,00 (beş yüz) manat miqdarında inzibati cərimə və həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(056)-1867/2024 nömrəli qərarı ilə on gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək məsuliyyəti elan olunmaqla xx.xx.2025-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün verilən xx.xx.2025-ci il tarixli təqdimata əsasən Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2(056) 392/2022 nömrəli qətnaməsi üzrə cəmi 2800,00 (iki min səkkiz yüz) manat aliment borcunu və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(056)-39/2023 nömrəli qətnaməsi üzrə isə 3605,0( (üç min altı yüz beş) manat olmaqla cəmi 6405,00 (altı min dörd yüz beş) manat borcun Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələ gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə faktiki ailə qurmuş, nikahları olmamışdır. Zərərçəkmiş şəxs onun ikinçi həyat yoldaşıdır. İlk evliliyindən də iki uşağı var, 18 yaşlarını tamamlayıblar. Zərərçəkmiş şəxs ilə münasibətlərindən xx.xx.2019cu il təvəllüdlü X7 adında bir övladı dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulduğundan Zərərçəkmiş şəxs ilə ayrılmış, uşaq Zərərçəkmiş şəxs da qalmışdır. Ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqla maraqlanmadığını və heç bir maddi köməklik göstərmədiyini əsas gətirərək aliment tələbi ilə məhkəməyə müraciət etmiş, ilk dəfə 175,00 manat aliment kəsilmişdir. Həmin müddətlərdə alimenti ödəmişdir. Daha sonra Zərərçəkmiş şəxs alimentin artırılması üçün yenidən məhkəməyə müraciət etmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 08.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanac saxlanılması üçün hər ay 200,00 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulaı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi Sabirabad Rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası bars bildirişlə birlikdə onun ünvanına göndərilmişdir. Bildirişləri qəbul etsə də, aliment pulunu maddi imkanı kifayət qədər olmadığından hər ay ödəyə bilməmişdir. İcra məmuru tərəfindən ona qeyd edilən qətnamələri icra etməsi tələb olunmuş lakin imkanı kifayət qədər olmadığından qeyd edilən qətnamələri icra edə bilməmişdir, məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 500,00 (beş yüz) manat miqdarında inzibati cərimə və həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə isə on gün müddətində inzibati qaydada edilmişdir. Daha sonra ona icra üçün yeni müddətlər təyin edilərək, icra sənədlərini icra tələb olunmuşdur. Həmçinin cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında xəbərdarlıq edilmişdir. Sabirabad Rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli təqdimata əsasən Sabirabad Rayon Məhkəməsinin qərarı qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə cəmi 2800,00 (iki min səkkiz yüz) manat aliment borcu yaranmış, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə isə 3605,00 (üç min altı yüz beş) manat borcu qalmışdır. Onun və ailəsinin ümumilikdə 2.2 ha pay torpaqları var, həmin torpağı atası 2-3 ildi əkib-becərməsi üçün ili 2000,00 manata qohumları Niyazov Əzizxan oğluna vermişdir. xx.xx.2025-ci ildə Şahid2 xahiş etmişdir ki, verməli olduğu bu ilin pulundan 1000,00 manatını onun yerinə alimentindən ödəsin. Niyazovda onun aliment borcundan 1000,00 manatını poçt vasitəsi ilə Məmmədova Vidadi qızına ödəmişdir. Qeyd edilən məhkəmə qətnamələri ilə razı olduğundan qətnamələrdən yuxarı instansiya məhkəməsinə şikayət etməmiş, alimentin azaldılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. 2023-cü ildən Qarabağ zonasında rəsmi portal açdırmaqla usta kimi işləmiş, aylıq maaşı 650,00-700,00 manat olmuşdur. Lakin iş vaxtından sonra əlavə qalıb işləyəndə onun əmək haqqısı əlavə hesablanmışdır. Qazancı ancaq xəstə valideyninin, özünün şəxsi tələbatlarını qarşılayır, işlədiyinə görə məşğulluq mərkəzinə müraciət etməmişdir. İş üzrə özünü təqsirli bilir, övladına baxmalı olduğunu dərk edir, sadəcə maddi imkanı kifayət qədər olmadığından qeyd edilən qətnamələri icra edə bilməmişdir. Halhazırda zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla faktiki ailə qurmuş, münasibətlərindən xx.xx.2019-cu il təvəllüdlü X5 adında bir övladları dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulduğundan Təqsirləndirilən şəxs ayrılmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqla maraqlanmamış və heç bir maddi köməklik göstərməmişdir. Bu səbəbdən aliment tələbi ilə məhkəməyə müraciət etmiş, 140,00 manat aliment kəsilmişdir, daha sonra alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200,00 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi Sabirabad rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə bildirişlə birlikdə borclu Təqsirləndirilən şəxs ünvanına göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs bildirişləri qəbul etsə də aliment pulunu maddi imkanı olduğu halda ödəməkdən qərəzli olaraq yayınmışdır. Bundan sonra icra məmurunun qanuni tələbini icra etmədiyindən Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə on gün müddətində inzibati qaydada həbs edilmişdir. Daha sonra nişan və toy zamanı Təqsirləndirilən şəxs tərəfindən ona hədiyyə kimi verilən qızılzinət əşyalarının ona qaytarılması üçün məhkəməyə müraciət etmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs bir ədəd 583 əyarlı brilyant qaşlı qızıl nişan üzüyü və ya onun dəyəri 800,00 (səkkiz yüz) manat, bir dəst 583 əyarlı qızıl üzük, sırğa, zəncir və bilərzik və ya onun dəyəri 2700,00 (iki min yeddi yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi 55,00 (əlli beş) manat və hüquqi yardım üçün ödənilmiş 50,00 (əlli) manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi qət edilmişdir. Bu qətnamə üzrə verilmiş icra vərəqəsidə Sabirabad rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borclu Təqsirləndirilən şəxs ünvanına göndərilmişdir. Hər iki icra sənədi bir icraatda birləşdirilmiş, bütün icra tədbirləri aparılmasına baxmayaraq Təqsirləndirilən şəxs qeyd edilən məhkəmə qətnamələrini icra etməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 500,00 (beş yüz) manat miqdarında inzibati cərimə və həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə on gün müddətində inzibati qaydada həbs edilmişdir. Daha sonra ona icra üçün yeni müddətlər təyin edilərək, icra sənədlərini könüllü icra etməsi tələb olunmuşdur. Həmçinin cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq edilsə də işləməsinə və gəlir əldə etməsinə baxmayaraq alimenti ödəməmiş və Sabirabad Rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli təqdimata əsasən Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə cəmi 2800,00 (iki min səkkiz yüz) manat aliment borcu yaranmış, həmin məhkəmənin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə isə 3605,00 (üç min altı yüz beş) manat borcu qalmışdır. Lakin Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 10 364 manat məbləğində alimenti ödəmiş, onun heç bir şikayət və tələbi yoxdur. Ərizə təqdim edərək ona ödənilməli olan 6405 manat məbləğində pulun tam şəkildə ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid3 ifadəsində bildirmişdir ki, Sabirabad Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli 2(056)-392/2022 saylı icra vərəqəsinə əsasən qətnamə qüvvəyə mindiyi gündən hesablanmaqla 13 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Təqsirləndirilən şəxs hər ay 200,00 manat sabit pul məbləğində edilmiş həmin pul vəsaiti hazırki Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün 31 may 2022-ci il tarixdə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Borclu Təqsirləndirilən şəxs məxsus tələbin yönəldilə bilinəcəyi hər hansı bir əmlak və gəliri müəyyən edilməmişdir. X1 dəfələrlə xəbərdarlıqlar olunmasına baxmayaraq icra sənədi uzrə tələb ödənilməmiş və icra məmurunun çağırışlarına gəlməmişdir. Borclu Təqsirləndirilən şəxs Şukur oälu barəsində 21 iyun 2022-ci il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması uçun Sabirabad rayon Polis şöbəsinə göndərilmişdir. 29 iyun 2022-ci il tarixdə borclu Təqsirləndirilən şəxs tapılaraq İcra şöbəsinə təhvil verilmiş, onun izahatı alınmış və barəsində inzibatı xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Sabirabad rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 3(056)-659/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün inzibati qaydada həbs edilmişdir. Sabirabad rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 8(056)-220/2022 saylı qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 26 oktyabr 2021-cü il tarixli, 2(106)-3006/2021 saylı icra vərəqəsi üzrə aliment tam ödənildiyindən 21 noyabr 2023-cü il tarixli qərarla iş üzrə icraata xitam verilmişdir. Sabirabad Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(056)-39/2023 saylı icra vərəqəsinə əsasən bir ədəd 583 əyarlı brilyant qaşlı qızıl nişan üzüyü və ya onun dəyəri 800,00 manat, bir dəst 583 əyarlı qızıl üzük, sırğa, zəncir və bilərzik və ya onun eləyəri 2700,00 manat, ödənilmiş 55,00 manat dövlət rüsumu və hüquqi yardıma görə 50,00 manat məbləğində pul vəsati, cəmi 3605,00 manat alınaraq Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün 12 aprel 2023-cü il tarixdə Sabirabad rayon ¡era və Probasiya Şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Hər iki icra sənədi bir icraatada birləşdirilmişdir. Borclu Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə izahatı alınmış, o, izahatında hər ay qalıq borcu da daxil olmaqla 500 manat aliment ödədiyini, əmlak tələbi ilə bağlı borcunu bir dəfəyə ödəmək imkanı olmadığını bildirmişdir. Borcluya inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. 12 sentyabr 2023-cü il tarixdə borclu barəsində inzibati protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilmiş, Sabirabad Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 3(056)-1215/2023 saylı qərarı ilə borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə təqsirli bilinib 500,00 manat miqdarında cərimə edilmişdir. Borclu Təqsirləndirilən şəxs tərəfindən sonuncu dəfə 18 mart 2024-cü il tarixdə tələbkara 1000,00 manat ödəniş olmuş, icra məmurunun çağırışlarına gəlmədiyindən və qeydiyyatda olduğu ünvanda yaşamadığından 13 mart 2024cü il tarixdə barəsində axtarış qərarı qəbul edilərək icra olunması üçün Sabirabad rayon Polis şöbəsinə göndərilmişdir. 06 dekabr 2024-cü il tarixdə borclu tapılaraq İcra şöbəsinə təhvil verilmiş, barəsində inzibati protokol tərətib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilmişdir. Sabirabad rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 08 gün inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdən sonra borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə alimenti ödəməkdən müxtəlif bəhanələrlə qərəzli olaraq yayınmış, ona cinayət məsuliyyəti elan olunmaqla xəbərdarlıq təqdim olunmuşdur. Tələbkar Zərərçəkmiş şəxs etibarnamə ilə nümayəndəsi X8 ərizə ilə Sabirabad rayon İcra və Probasiya şöbəsinə müraciət edərək borclu Təqsirləndirilən şəxs tərəfindən icra sənədləri üzrə tələb ödənilmədiyindən onun cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirlər görülməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli 2(056)-392/2022 saylı icra vərəqəsi üzrə üzrə borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkara 3600,00 manat aliment ödənilmiş, 2800,00 manat borc yaranmış, Sabirabad Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixdi 2(056)- 39/2023 saylı icra vərəqəsi üzrə isə ümumiyyətlə ödəniş olmamış 3605,00 manat borcu qalmışdır. Görülmüş bütün icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti tam şəkildə ödəməmiş, məhkəmə qərarının icrasından yayınmış və müxtəlif bəhanələr gətirməklə qərəzli olaraq Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qətnaməsinin icrasından yayınmışdır. Dəfələrlə borclu Təqsirləndirilən şəxs İcra və Probasiya Şöbəsinə dəvət edərək onunla fərdi söhbətlər aparmış və bu barədə ona xəbərdarlıqlar edilmiş, lakin o, edilən xəbərdarlıqlara əhəmiyyət verməyərək qətnamələrin icrasından müxtəlif bəhanələr etməklə yayınmış, Aparılmış bütün icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs qətnamədə qeyd edilən aliment borcunu və qızıl-zinət əşyalarının dəyərinə görə ödəməli olduğu borcu zərərçəkən şəxsə ödəməmiş, ödəniş üçün könüllü olaraq hər hansı bir addım atmamışdır. Bütün bunlarda bir daha sübut edir ki, Təqsirləndirilən şəxs bilərək və istəyərək qeyd edilən qətnamələrin icrasından qərəzli yayınmış və nəticədə təqdimat verilən tarixədək cəmi 6405,00 (altı min dörd yüz beş) manat borcu yaranmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad Rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid4 digər Şahid3 ifadəsi oxşar ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Qızı Zərərçəkmiş şəxs Pənahla qeyri rəsmi ailə qurmuş, münasibətlərindən xx.xx.2019-cu il təvəllüdlü X5 adında bir övladları dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulduğundan Təqsirləndirilən şəxs ayrılmışdır. Uşaq qızı Zərərçəkmiş şəxs qalmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqla maraqlanmamış və heç bir maddi köməklik göstərməmişdir. Bu səbəbdən aliment tələbi ilə məhkəməyə müraciət etmiş, ona aliment kəsilmişdir. Daha sonra alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200,00 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq qızı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi Sabirabad rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə bildirişlə birlikdə borclu Təqsirləndirilən şəxs ünvanına göndərilmişdir. Aparılmış bütün icra tədbirlərinə, həmçinin inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs aliment pulunu maddi imkanı olduğu halda ödəməkdən qərəzli olaraq yayınmışdır. Daha sonra qızı Zərərçəkmiş şəxs nişan və toy zamanı Təqsirləndirilən şəxs tərəfindən ona hədiyyə kimi verilən qızıl-zinət əşyalarının ona qaytarılması üçün məhkəməyə müraciət etmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs bir ədəd 583 əyarlı brilyant qaşlı qızıl nişan üzüyü və ya onun dəyəri 800,00 (səkkiz yüz) manat, bir dəst 583 əyarlı qızıl üzük, sırğa, zəncir və bilərzik və ya onun dəyəri 2700,00 (iki min yeddi yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi 55,00 (əlli beş) manat və hüquqi yardım üçün ödənilmiş 50,00 (əlli) manat məbləğində pul vəsaitinin alınaraq qızı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Bu qətnamə üzrə verilmiş icra vərəqəsidə Sabirabad rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borclu Təqsirləndirilən şəxs ünvanına göndərilmişdir. Hər iki icra sənədi bir icraatda birləşdirilmiş, bütün icra tədbirləri aparılmasına baxmayaraq Təqsirləndirilən şəxs qeyd edilən məhkəmə qətnamələrini icra etməmişdir. Təqsirləndirilən şəxs ev tikintilərində usta işləyir, pal-paltar ala, yeyib-içə, toya-bayrama gedə bilirsə deməkki pul qazanır. Amma nə alimenti vermir, nə qızıl-zinət əşyalarını qaytarır, nə də onların dəyərini ödəyir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabirabad Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(056)-392/2022 saylı qətnaməsindən görünür ki, qətnamə qüvvəyə mindiyi gündən hesablanmaqla 13 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Təqsirləndirilən şəxs hər ay 200,00 manat sabit pul məbləğində edilmiş həmin pul vəsaiti hazırki Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir (i.v.14-15). “İcraat başlama haqqında” 31 may 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Sabirabad Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(056)-392/2022 saylı icra vərəqəsi üzrə icraata başlanılmış, həmin tarixdə qərar və tələbin könüllü icrası barədə bildiriş Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir (i.v.16-17). Sabirabad Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(056)-39/2023 saylı qətnaməsindən görünür ki, bir ədəd 583 əyarlı brilyant qaşlı qızıl nişan üzüyü və ya onun dəyəri 800,00 manat, bir dəst 583 əyarlı qızıl üzük, sırğa, zəncir və bilərzik və ya onun eləyəri 2700,00 manat, ödənilmiş 55,00 manat dövlət rüsumu və hüquqi yardıma görə 50,00 manat məbləğində pul vəsati, cəmi 3605,00 manat alınaraq Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir (i.v.53-55). “İcraat başlama haqqında” 31 may 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Sabirabad Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(056)-39/2023 saylı icra vərəqəsi üzrə icraata başlanılmış, həmin tarixdə qərar və tələbin könüllü icrası barədə bildiriş Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir (i.v.56-57). Sabirabad Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 3(056)-659/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün inzibati qaydada həbs edilmişdir (i.v.49-50). Sabirabad Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 3(056)-1215/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat miqdarında cərimə edilmişdir (i.v.66-68). Sabirabad Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 3(056)-1867/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün inzibati qaydada həbs edilmişdir (i.v.90-93). Sabirabad Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 8(056)-220/2022 saylı qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (i.v.40-41). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 31312/2-243641/2025 nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır (i.v.148-149). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsinə əsasən Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan 6405 manat məbləğində pul tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs, müdafiəçisi və dövlət ittihamçısı iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs Qayıbov X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-392/2022 saylı və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)- 39/2023 saylı qanuni qüvvəyə minmiş qətnamələrini tam icra edərək qətnamə üzrə alınmalı olan pul məbləğini zərərçəkmiş şəxsə ödəmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs ifadəsini və zərərçəkmiş şəxsin ərizəsini tədqiq edib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeydində göstərilənlərə əsasən Cinayət Qanunu məhkəmə qərarının icrası halında təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini nəzərdə tutmaqla təqsirkarın əməlində cinayət tərkibinin olmasını da aradan qaldırır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 306-cı maddəsinin qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 300.1.7, 305 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qərar qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla sərf edilmiş 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Vəkillər Kollegiyasına ayrılan vəsaitdən Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Qərardan elan edildiyi andan 20 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM : Cavid Cəfərov
Məhkəmə qərarları › İş №1(056)-95/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-95/2025
23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver