Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-96/2023 05.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Ələkbər Əlisahib oğlu Əliyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 nəfər (2015 və 2015-cu il təvəllüdlü) azyaşlı uşaqları olan, işləməyən, əvvəllər – Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-162/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hazırki günədək çəkilməmiş qalan cəzası 02 (iki) il 11 (on bir) ay 11 (on bir) gün təşkil edən və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə xx.xx.2023- cü il tarixdən həbsdə olan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdə idarə etdiyi “VAZ 2105” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə tanışı X3 müvəqqəti yaşadığı Sabirabad rayonu Qalaqayın kəndindəki evin qarşısına gəlmiş, müştəri qismində rayon ərazisində idarə etdiyi avtomobillə aparması müqabilində sonuncudan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd kağız bükümdə 0,185 qram çəkidə narkotik vasitə heroin, 2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,112 qram, 0,080 qram olmaqla ümumilikdə 0,192 qram çəkidə psixotrop maddə metamfetamin əldə edərək, idarə etdiyi avtomobilin sürətlər qutusunun yanındakı külqabı hissəsində saxlamış, 28 fevral 2023-cü ildə saat 19 radələrində Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Sabirabad rayonu Qalaqayın kəndində idarə etdiyi avtomobillə hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində avtomobilinə baxış zamanı qeyd olunan çəkidə və adda narkotik vasitə və psixotrop maddə avtomobilin həmin hissəsindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respubikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmidir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur, narkotik vasitə istifadə edir. Əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum olunmuşdur. 28 fevral 2023-cü il tarixdə saat təxminən 18 radələrində tanışı Mirsahib ona zəng edərək rayonun Qalaqayın kəndində yerləşən qeyri rəsmi yaşadığı Elnara adlı qadının evinə çağırmışdır. O da Mirsahibin evinə getmişdir. Oraya çatan zaman Mirsahibə zəng edərək evlərinin qarşısında olduğunu bildirmişdir. Bundan sonra Mirsahib onu evlərinə dəvət etmişdir. Mirsahibin evinə daxil olan zaman orada “Etoş” kimi tanıdığı Etibar adlı tanışını, Elnarənin atası, anası, bacısı və Mirsahibi görmüşdür. Bir qədər oturub çay içmişlər. Bundan sonra, Mirsahib ona mağazaya getmək lazım olduğunu demişdir. O da evdən çıxıb maşınına tərəf getmişdir. Bu zaman Mirsahib də onun arxasında gəlmişdir. Mirsahib onu səsləyib 3 ədəd kağız bükümdə istifadə etməsi üçün narkotik vasitə 2 ədəd metamfetamin və 1 ədəd heroin vermişdir. O da bükümləri götürüb maşınının külqabı yerinə qoymuşdur. Bundan sonra, Mirsahib, Etibar və Elnarə maşına minmişdir. Daha sonra rayon istiqamətinə hərəkətə başlamışlar. Bir qədər hərəkət etdikdən sonra polis əməkdaşları saxlamış və narkotik vasitələrin dövriyəsində şübhəli olduqlarını bildirdib şöbəyə dəvət etmişlər. Bu zaman maşında olan Etibar polis əməkdaşlarından yayınıb üzərində olan boz rəngli parça materialdan olan balaca kisəni avtomobilin ayaqaltı hissəsinə atıb oradan qaçmışdır. Onları isə polis şöbəsinə gətirmişlər. Şöbədə şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş vəkilin, Mirsahib və Elnarənin iştirakı ilə avtomobilə baxış keçirilən zaman avtomobilin külqabı hissəsindən 3 ədəd kağız büküm aşkar edilmişdir. Həmin bükümlərin 2 ədədi metamfetin, 1 ədədi isə heroin olmuşdur. Həmin bükümlər onun, vəkilin, hal şahidləri və polis əməkdaşlarının iştirakı ilə götürülmüş, qablaşdırılmışdır. Eyni zamanda Etibarın avtomobilin qabaq sağ oturacağının ayaqaltı hissəsinə atmış olduğu 1 ədəd balaca kisənin içərisindəki kibrit qutusundan 2 ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Aşkar edilmiş kütlələr ayrı-ayrılıqda qablaşdırılıb müstəntiq tərəfindən götürülmüşdür. Bundan əlavə, üzərinə baxış keçirilmişdir. Lakin üzərindən heçnə aşkarlanmamışdır. Lakin polis şöbəsində bilmişdir ki, Elnarənin üzərinə şəxsi axtarış aparılan zaman siqaret qutusunda 6 ədəd bükümlərdə narkotik vasitə və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Əlavə olaraq bildirmişdir ki, Etibar adlı şəxsin və Elnarə adlı şəxsin üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. Lakin bilmişdir ki, həmin şəxslər narkotik vasitə qəbul edirlər. Eyni zamanda qeyd etmişdir ki, Mirsahib ona demişdir ki, İran vətəndaşından internet vasitəsi ilə ucuz qiymətə narkotik vasitə əldə bilər. Feyruz narkotik vasitə qəbul etdiyi üçün o da Mirsahibə demişdir ki, Feyruza narkotik vasitə təşkil etsin. X10 Əsədova narkotik vasitə təşkil etməsində maddi marağının olmadığını, taksi kimi Mirsahibi bir neçə yerə apardığı üçün Mirsahib ona təmannasız 3 ədəd bükümdə narkotik vasitə və psixotrop maddə metamfetamin verdiyini qeyd etmişdir. Mirsahib Hüseynovun və Elnarə Binyətovanın birlikdə Feyruz Əsədov üçün Bakı şəhərində tanımadıqları İran vətəndaşından narkotik alıb Feyruza verməsi barədə heç bir məlumatı olmamışdır. Mirsahibin və Elnarənin Feyruza nə zaman narkotik təşkil etməsini bilməmişdir. Eyni zamanda qeyd etmişdir ki, Feyruzun narkotik vasitə qəbul etdiyini bimişdir. Belə ki, əvvəllər ondan bir neçə dəfə istifadə etmək üçün narkotik vasitə almışdır. Narkotik vasitə olan, el arasında “patı” deyilən metamfetamindən və kakos adlanan heroindən istifadə etmiş, başqa heç bir narkotik vasitə qəbul etməmişdir, heç vaxt narkotik vasitə satmamışdır. Avtomobildə saxladığı narkotik vasitədən və psixotrop maddə metamfetamindən kiməsə satmamış, yalnız özünün istifadə etməsi üçün külqabıya qoymuşdur. Avtomobilindən aşkar edilmiş narkotik vasitələri ona tanışı Mirsahibi vermişdir. Mirsahib narkotik vasitəni ona təmannasız vermişdir. Belə ki, Mirsahib onun narkotik vasitə istifadəçi olduğunu bildiyindən və taksi kimi bəzi yerlərə apardığı üçün ona 3 ədəd bükümdə narkotik vasitə və psixotrop maddə metamfetamin vermişdir. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşimançılıq hissi keçirdiyini, himayəsində 2 nəfər azyaşlı uşaqları olmasını, şəxsiyyətinin yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını və ailədə yeganə qaznac gətirən şəxs olmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, anası Mehirbanla birlikdə yaşayır. Heç bir yerdə işləmir. Təxminən 3-4 ay olar ki, şüşə deyilən metamfetamin qəbul edir. Təxminən 2-3 ildir ki, Sabirabad şəhər sakini Rüstəmi taksi sürücüsü kimi tanıyır və onun narkotik maddələr qəbul etdiyini bilir. Harasa getmək lazım olarsa, Rüstəmə zəng vurub çağırtdırır və idarə etdiyi taksi avtomobili ilə getmişdir. Rüstəm onun metamfetamin qəbul etdiyini bilmişdir. Onunla görüşəndə demişdir ki, Sabirabad şəhər sakini Feyruz adlı oğlanın pulu var, əgər narkotik təşkil edərsə ona da gətirdiyi narkotikdən verər. 26 fevral 2023-cü il tarixdə təxminən saat 18 radələrində Rüstəm onu və tanışı Elnarə adlı qızı Sabirabad şəhərində Peşə məktəbinin yanında kirayə tutub qaldıqları evdən götürüb Feyruzun yaşadığı evin küçəsinə aparmışdır. Rüstəm Feyruzu küçəyə çağırıb onunla tanış etmişdir. Feyruz demişdir ki, pul verəcək, narkotik alıb gətirsə, həmin narkotikdən ona da versin. O da Feyruzla razılaşmış və demişdir ki, narkotik tapsa xəbər edəcəkdir. O, Feyruzun mobil telefon nömrəsini almışdır. Feyruza demişdir ki, instaqram səhifəsində bir nəfər İran vətəndaşı ilə tanış olmuşdur, həmin şəxsin “WhatsApp” nömrəsini qeyd etmiş və narkotik lazım olarsa əlaqə saxlayacağını demişdir. 27 fevral 2023-cü il tarixdə həmin şəxslə əlaqə saxlamış və narkotik lazım olduğunu bildirmişdir. Həmin şəxs ona kart nömrəsi atmış və demişdir ki, pulu həmin karta yükləsin. O da həmin kartı Feyruzun votçap nömrəsinə göndərmişdir. Feyruz həmin karta 564 manat pul köçürmüşdür. Sonra İranlı ilə danışmış, onun mobil telefonuna narkotiki götürəcəyi məkanın ünvanı göndərmişdir. 27 fevral 2023-cü il tarixdə təxminən saat 21 radələrində tanışı Elnarə ilə birlikdə yol maşını ilə Bakı şəhərinə X13 yaxınlığına getmişdir. Deyilən ünvanda yerləşən binanın qarşısında stolun altında gizlədilmiş olan bir ədəd sellofanın içərisindəki 2 ədəd sellofon bükümlərdə heroin və metamfetamini götürmüşdür. Feyruzla telefon əlaqəsi saxlamış və narkotiki aldığını bildirmişdir. Feyruz Bakı şəhərində «Ağ» oteldə olduğunu bildirmiş və ora gəlməsini xahiş etmişdir. Elnarə ilə birlikdə “Ağ” otelə gedib Feyruzun olduğu otağa daxil olmuşlar. Aldığı təxminən 10 qram çəkidə heroin və metamfetamini Feyruza vermişdir. Feyruz da əvəzində həmin heroin və metamfetaminin hər birindən təxminən 1,5-2 qram Elnarə ilə ona vermişdir. Otelin otağında Feyruzun verdiyi heroin və metamfetamini Elnarəyə vermişdir ki, saxlasın sonra birlikdə qəbul edərlər. Sonra taksi çağırıb oteldən çıxmış və taksi ilə 20 yanvar metrosuna gəlmişdir. 20 yanvar dairəsindən Sabirabad şəhərinə gələn taksi ilə Sabirabad şəhərinə gəlib Elnarənini yaşadığı evə getmişdir. Sabirabad şəhərinə səhərə yaxın çatmışlar. Elnarəgilin evində yatıb dincəlmişlər. Sonra tanışı Etibar onun mobil telefonuna zəng vurub harada olmağı ilə maraqlanmış, o da Elnarəgildə olduğunu bildirmişdir. Az sonra Etibar Elnarəgilə gəlmişdir. Elnarə və Etibar ilə birlikdə metamfetamin qəbul etmişlər. Sonra o və Elnarə «Bazar Stora» bazarlıq etməyə getmək üçün taksi sürücüsü Rüstəmi çağırmışlar. Rüstəm gəlib onları avtomobilinə götürmüşdür. Rüstəm ondan metamfetamin istəmiş, o da Elnarədən 3 xırda büküm metamfetamin alıb Rüstəmə vermişdir. Rüstəmə metamfetamini pulsuz vermişdir. Elnarə ilə birlikdə arxa oturacaqda, Etibar isə qabaq oturacaqda oturmuşdur. Avtomobillə yol gedərkən polis işçiləri avtomobili saxlatmışdır. Həmin vaxtı Etibar üzərindən özünə məxsus olan narkotiki avtomobilin içərisinə atıb qaçıb getmişdir. Polis işçiləri Rüstəmin avtomobili ilə birlikdə onları Sabirabad rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Rüstəmin “VAZ-2105” markalı avtomobilinə baxış keçirilən zaman avtomobilin kül qabı hissəsində Rüstəmə məxsus 2 büküm metamfetamin və 1 büküm heroin, avtomobilin ayaqaltı hissəsində isə Etibarın qaçarkən atdığı balaca boz rəngli kisənin içərisindəki kibrit qutusunda 1 büküm metamfetamin və 1 büküm heroin aşkar edilərək ayrıayrılıqda qablaşdırılıb götürülmüşdür. Polis şöbəsində ona məlum olmuşdur ki, Elnarənin üzərində axtarış aparılan zaman birgə istifadə etmək üçün Elnarəyə verdiyi dörd büküm metamfetamin və iki büküm heroin aşkar edilərək götürülmüşdür. Üzərinə şəxsi axtarış aparılan zaman isə narkotik vasitə və ya başqa dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Əlavə olaraq bildirmişdir ki, İran vətəndaşının dəqiq olaraq adını və soyadını bilmir, internet vasitəsilə danışan zaman adının “Şahmar” olmasını demişdir. İstifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə, yalnız internet vasitəsi ilə “Şahmar” adlı İran vətəndaşı ilə danışmışdır. İstifadə etdiyi həmin smartfon telefonunu isə Bakı şəhərində tanımadığı şəxsə satmışdır. Ona görə həmin telefonu təqdim edə bilməyəcəkdir. İran vətəndaşı ilə danışıb ondan tanışı Feyruz üçün narkotik vasitə əldə etməyi barədə qabaqcadan Elnarənin məlumatı olmuşdur. Ona görə də Elnarə ilə birlikdə Bakı şəhərinə getmişdir. Hətta Bakı şəhərində 2 ədəd bükümdə narkotik vasitəni və psixotrop maddə metamfetamini əldə etdikdən sonra saxlaması üçün Elnarəyə vermişdir. Fikirləşmişdir ki, Elnarə qadın olduğuna görə heç kim ondan şübhələnməz. Onun və Elnarənin bu işdə əsas marağı Feyruza malı verdikdən sonra qarşılığında istifadə olunması üçün narkotik vasitə və psixotrop maddə əldə etmək olmuşdur. Eyni zamanda qeyd etmişdir ki, Rüstəm daima olaraq onu və Elnarəni taksi kimi lazım olan yerlərə aparmışdır. Bundan əlavə Rüstəm bilmişdir ki, Feyruza mal təşkil etdiyi üçün ona da pay olaraq narkotik vasitə və psixotrop maddə vermişdir. Ona görə də Rüstəm ondan istifadə etməsi üçün narkotik vasitə istədiyindən 2 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin və 1 ədəd kağız bükümdə narkotik vasitə heroini Rüstəmə yol haqqının əvəzi olaraq vermişdir. Elnarə Binyətovanın üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilmiş 4 ədəd bükümdə psixotrop maddə metamfetamin və 2 ədəd bükümdə narkotik vasitə heroinin ona və Elnarəyə məxsus olmasını, sadəcə olaraq Elnarəyə saxlaması üçün verdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Sabirabad şəhəri H.Əliyev prospekti bina 2A, mənzil 8-də yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. 28 fevral 2023-cü il tarixdə axşam saatlarında tanışı Mirsahibdən borcunu istəmək üçün yaşadığı Qalaqayın kəndindəki evinə getmişdir. Söhbət zamanı Mirsahib ona təklif etmişdir ki, bir yerdə patı çəksinlər. Sonra Mirsahib və Mirsahibin tanışı Elnarə ilə birlikdə patı çəkmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2105” markalı avtomobillə Mirsahibin yaşadığı evin qarşısına gəlmişdir. Rüstəm taksi sürücüsü olduğuna görə Mirsahib və Elnarə ilə birlikdə harasa gedəcəkdilər. O da yaşadığı evə qayıtmaq üçün Rüstəmin idarə etdiyi avtomobilin qabaq oturacağına əyləşmişdir. Bir müddət hərəkət etdikdən sonra polis əməkdaşları Rüstəmin avtomobili saxlatdırmışdır. Başa düşmüşdür ki, polis əməkdaşları onları polis şöbəsinə aparacaqdır. Ona görə də, üzərində saxladığı boz rəngli parça materialdan olan kisənin içərisində 1 ədəd kibrit qutusunda saxladığı 2 ədəd bükümdə narkotik vasitə və psixotrop maddəni avtomobilin salonuna tullamışdır. Dərhal da avtomobildən düşüb qaçaraq avtomobildən uzaqlaşmışdır. 01 mart 2023-cü il tarixdə isə polis əməkdaşları onu yaşadığı Sabirabad şəhəri H.Əliyev prospektində saxlayaraq polis şöbəsinə gətirmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman siqaret qutusunun içərisində 1 ədəd kağız bükümdə siqaretin tütününə qarışdırılmış vəziyyətdə narkotik vasitə marixunanın hissələri aşkar edilmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilən zaman kül qabı hissəsindən 3 ədəd bükümlərdə narkotik vasitə olmasında məlumatı olmamışdır. Lakin avtomobilin qabaq sağ oturacağının ayaqaltı hissəsində kibrit qutusunda 2 ədəd bükümlərdə olan narkotik vasitə heroin və psixotrop maddə isə özünə məxsus olmuşdur. Polis əməkdaşları avtomobilə yaxınlaşan zaman isə cibində saxladığı kisənin içərisindəki bükümləri avtomobilin ayaqaltı hissəsinə atmışdır. Elnarə Binyətovanın üzərində bükümlərdə narkotik vasitə və psixotropmaddə metamfetamin saxlamasından isə qabaqcadan məlumatı olmamışdır. Eyni zamanda qeyd etmişdir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən istifadə edir, başqa heç bir narkotik vasitə qəbul etməmişdir. Heç vaxt narkotik vasitə satmamışdır. Narkotik vasitəni və psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədi ilə saxlamışdır. Narkotik vasitədən kiməsə satmaq fikri olmamışdır. Aşkar edilmiş narkotik vasitəni Sabirabad şəhəri 20 Yanvar küçəsindən tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad RPŞ-nin əməlliyat müvəkkili vəzifəsində işləyir. 28 fevral 2023-cü il tarixdə Sabirabad şəhər sakinləri X3 və X5 üzərilərində narkotik vasitə saxlaması və günün müxtəlif vaxtlarında satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı raportla şöbənin rəisinə məruzə etmişdir. Daha sonra təxirə salınmadan əməliyyat axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Şöbə rəisi tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar təsdiq olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin müstəntiqi Mərifət Ağazadə, CAB-nin əməliyyat müvəkkili Şahid2, NMQ-nun baş əməliyyat müvəkili Taleh Həsənov və özündən ibarət olması təsdiqlənmişdir. Həmin günü saat 19 radələrində tərəfindən keçirilmiş müvafiq əməliyyat tədbirləri nəticəsində X8 və X4, X2 qismində əyləşdikləri, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2105” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Qalaqayın kəndində hərəkətdə olan zaman saxlanılmış, X11 avtomobildən düşərək hadisə yerindən uzaqlaşmışdır. Polis əməkdaşlarının müşayiəti digər şəxslər sürücü ilə birlikdə rayon polis şöbəsinin duracağına gətirilmişdir. Daha sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş vəkilin, polis əməkdaşlarının, iki nəfər hal şahidlərinin və avtomobildə olan sərnişinlər X3 və X5 iştirakı ilə idarə etdiyi “VAZ 2105” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, idarə etdiyi avtomobilin salonunun kül qabı hissəsində özünə məxsus 3 ədəd bükümdə narkotik vasitə vardır. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin salonunda kül qabı hissəsində saxladığı 3 ədəd kağız bükümləri təqdim etmişdir. Həmin kağız bükümlər açılarkən 2 ədədinin içərisində psixotrop maddə metamfetamin və 1 ədədinin içərisində isə narkotik vasitə heroin olması müəyyən edilmişdir. Həmin bükümlər müstəntiq tərəfindən götürülüb kağız zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən avtomobilin qabaq oturacağında əyləşmiş X11 üzərində saxladığı 1 ədəd boz rəngli kisənin avtomobilin ayaqaltı hissəsinə ataraq qaçıb getmişdir. Daha sonra Təqsirləndirilən şəxs tanışı Etibar Məmmədovun atmış olduğu boz rəngli balaca kisəni ayaqaltı hissəsindən götürüb müstəntiqə təqdim etmişdir. Daha sonra boz rəngli kisəni açarkən içərisindəki 1 ədəd kibrit qutusunda 2 ədəd bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Aşkar edilmiş həmin kütlələr də, qablaşdırılıb müstəntiq tərəfindən götürülmüşdür. Bundan əlavə, avtomobilin salonuna və yük yerinə baxış zamanı dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Baxış zamanı telefon vasitəsi ilə foto çəkiliş aparılmışdır. Eyni zamanda baxış keçirilməsi ilə bağlı müstəntiq tərəfindən protokol tərtib edilmiş o və digər iştirakçılar protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən dövriyyəsi qadağan edilmiş narkotik vasitə və ya başqa predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı telefon vasitəsi ilə foto çəkiliş aparılmışdır. Eyni zamanda şəxsi axtarış keçirilməsi ilə bağlı müstəntiq tərəfindən protokol tərtib edilmişdir. O və digər iştirakçılar protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulmuş X5 üzərinə dəvət edilmiş iki nəfər eyni cinsdən olan hal şahidlərinin və həkim mütəxəssinin iştirakı şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Elnarə Binyətova bildirmişdir ki, əynindəki paltarın alt hissəsində, sinə nahiyyəsində siqaret qutusunun içərisində bükümlərdə narkotik vasitə vardır və təqdim edə bilər. X16 ağ rəngli “Arqo” siqaret qutusunu sinə nahiyyəsindən çıxardıb stolun üzərinə qoymuşdur. Siqaret qutusunun içərisinə baxarkən 4 ədəd bükümlərdə psixotrop maddə metamfetamin və 2 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra Elnarə Binyətovanın üzərinə şəxsi axtarış aparılan zaman dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Aşkar edilmiş 6 ədəd bükümlərdəki kütlələr isə müstəntiq tərəfindən qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı Elnarə Binyətova bildirmişdir ki, üzərindən aşkar edilmiş 6 ədəd bükümlərdəki kütlələr özünə və tanışı Mirsahib Hüseynova məxsusdur, tanışları Feyruz adlı şəxsdən almışlar. Şəxsi axtarış zamanı telefon vasitəsi ilə foto çəkiliş aparılmışdır. Eyni zamanda şəxsi axtarış keçirilməsi ilə bağlı müstəntiq tərəfindən protokol tərtib edilmiş o və digər iştirakçılar protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Bundan sonra şübhəli şəxs qismində saxlanılmış X3 üzərinə dəvət edilmiş vəkilin, hal şahidlərinin şəxsi axtarış keçirilsə də, üzərindən dövriyyəsi qadağan edilmiş narkotik vasitə və ya başqa predmet aşkar edilməmişdir. Eyni zamanda şəxsi axtarış keçirilməsi ilə bağlı müstəntiq tərəfindən protokol tərtib edilmiş o və digər iştirakçılar protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Bundan sonra Elnarə Binyətovaya narkotik vasitə satmaqda şübhəli bilinən Sabirabad şəhər sakini X12 polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Feyruz Əsədov müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə dəvət edilmiş vəkilin, hal şahidlərinin şəxsi axtarış keçirilsə də, üzərindən dövriyyəsi qadağan edilmiş narkotik vasitə və ya başqa predmet aşkar edilməmişdir. Feyruz Əsədov şifahi sorğu zamanı Mirsahib Hüseynova narkotik vasitə və psixotrop maddə verdiyini, yaşadığı evin yataq otağında narkotik vasitə olduğunu və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Feyruz Əsədovun yaşadığı evə baxış zamanı evin özünə məxsus yataq otağında stulun üzərindəki 1 ədəd karton qutunun içərisində 1 ədəd sellofon bükümdə narkotik vasitə heroin və 1 ədəd sellofon bükümdə psixotrop maddə metammfetamin aşkar edilmişdir. Aşkar edilmiş həmin kütlələr də müstəntiq tərəfindən qablaşdırılıb götürülmüşdür. Baxış zamanı telefon vasitəsi ilə foto çəkiliş aparılmışdır. Eyni zamanda baxış keçirilməsi ilə bağlı müstəntiq tərəfindən protokol tərtib edilmiş və digər iştirakçılar protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, RPŞnin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 fevral 2023-cü il tarixdə Sabirabad şəhər sakinləri X3 və X5 üzərilərində narkotik vasitə saxlaması və günün müxtəlif vaxtlarında satması barədə RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq Şahid1 raportla polis şöbəsinin rəhbərliyinə məruzə etdi. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi Şahid1 özünə həvalə olunmuşdur. Şahid1 tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olundu. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin müstəntiqi Mərifət Ağazadə, CAB-nin əməliyyat müvəkkili Şahid1, NMQnun baş əməliyyat müvəkili Taleh Həsənov və ondan ibarət olması təsdiqlənmişdir. Həmin günü saat 19 radələrində tərəfindən keçirilmiş müvafiq əməliyyat tədbirləri nəticəsində X8 və X4, X2 qismində əyləşdikləri, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2105” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Qalaqayın kəndində hərəkətdə olan zaman saxlanılmış, X11 avtomobildən düşərək hadisə yerindən uzaqlaşmışdır. Polis əməkdaşlarının müşayiəti digər şəxslər sürücü ilə birlikdə rayon polis şöbəsinin duracağına gətirilmişdir. Daha sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş vəkilin, polis əməkdaşlarının, iki nəfər hal şahidlərinin və avtomobildə olan sərnişinlər X3 və X5 iştirakı ilə idarə etdiyi “VAZ 2105” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, idarə etdiyi avtomobilin salonunun kül qabı hissəsində özünə məxsus 3 ədəd bükümdə narkotik vasitə vardır. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin salonunda kül qabı hissəsində saxladığı 3 ədəd kağız bükümləri təqdim etmişdir. Həmin kağız bükümlər açılarkən 2 ədədinin içərisində psixotrop maddə metamfetamin və 1 ədədinin içərisində isə narkotik vasitə heroin olması müəyyən edilmişdir. Həmin bükümlər müstəntiq tərəfindən götürülüb kağız zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən avtomobilin qabaq oturacağında əyləşmiş X11 üzərində saxladığı 1 ədəd boz rəngli kisənin avtomobilin ayaqaltı hissəsinə ataraq qaçıb getmişdir. Daha sonra Təqsirləndirilən şəxs tanışı Etibar Məmmədovun atmış olduğu boz rəngli balaca kisəni ayaqaltı hissəsindən götürüb müstəntiqə təqdim etmişdir. Daha sonra boz rəngli kisəni açarkən içərisindəki 1 ədəd kibrit qutusunda 2 ədəd bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Aşkar edilmiş həmin kütlələr də, qablaşdırılıb müstəntiq tərəfindən götürülmüşdür. Bundan əlavə avtomobilin salonuna və yük yerinə baxış zamanı dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Baxış zamanı telefon vasitəsi ilə foto çəkiliş aparılmışdır. Eyni zamanda baxış keçirilməsi ilə bağlı müstəntiq tərəfindən protokol tərtib edilmiş o və digər iştirakçılar protokolun doğru olmasını imzaları ilə təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən dövriyyəsi qadağan edilmiş narkotik vasitə və ya başqa predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı telefon vasitəsi ilə foto çəkiliş aparılmışdır. Eyni zamanda şəxsi axtarış keçirilməsi ilə bağlı müstəntiq tərəfindən protokol tərtib edilmişdir. O və digər iştirakçılar protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulmuş X5 üzərinə dəvət edilmiş iki nəfər eyni cinsdən olan hal şahidlərinin və həkim mütəxəssinin iştirakı şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Elnarə Binyətova bildirmişdir ki, əynindəki paltarın alt hissəsində, sinə nahiyyəsində siqaret qutusunun içərisində bükümlərdə narkotik vasitə vardır və təqdim edə bilər. X16 ağ rəngli “Arqo” siqaret qutusunu sinə nahiyyəsindən çıxardıb stolun üzərinə qoymuşdur. Siqaret qutusunun içərisinə baxarkən 4 ədəd bükümlərdə psixotrop maddə metamfetamin və 2 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra Elnarə Binyətovanın üzərinə şəxsi axtarış aparılan zaman dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Aşkar edilmiş 6 ədəd bükümlərdəki kütlələr isə müstəntiq tərəfindən qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı Elnarə Binyətova bildirmişdir ki, üzərindən aşkar edilmiş 6 ədəd bükümlərdəki kütlələr özünə və tanışı Mirsahib Hüseynova məxsusdur, tanışları Feyruz adlı şəxsdən almışlar. Şəxsi axtarış zamanı telefon vasitəsi ilə foto çəkiliş aparılmışdır. Eyni zamanda şəxsi axtarış keçirilməsi ilə bağlı müstəntiq tərəfindən protokol tərtib edilmiş o və digər iştirakçılar protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Bundan sonra şübhəli şəxs qismində saxlanılmış X3 üzərinə dəvət edilmiş vəkilin, hal şahidlərinin şəxsi axtarış keçirilsə də, üzərindən dövriyyəsi qadağan edilmiş narkotik vasitə və ya başqa predmet aşkar edilməmişdir. Eyni zamanda şəxsi axtarış keçirilməsi ilə bağlı müstəntiq tərəfindən protokol tərtib edilmiş o və digər iştirakçılar protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Bundan sonra Elnarə Binyətovaya narkotik vasitə satmaqda şübhəli bilinən Sabirabad şəhər sakini X12 polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Feyruz Əsədov müstəntiq tərəfindən şübhəli şəxs qismində saxlandıqdan sonra üzərinə dəvət edilmiş vəkilin, hal şahidlərinin şəxsi axtarış keçirilsə də, üzərindən dövriyyəsi qadağan edilmiş narkotik vasitə və ya başqa predmet aşkar edilməmişdir. Feyruz Əsədov şifahi sorğu zamanı Mirsahib Hüseynova narkotik vasitə və psixotrop maddə verdiyini, yaşadığı evin yataq otağında narkotik vasitə olduğunu və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Feyruz Əsədovun yaşadığı evə baxış zamanı evin özünə məxsus yataq otağında stulun üzərindəki 1 ədəd karton qutunun içərisində 1 ədəd sellofon bükümdə narkotik vasitə heroin və 1 ədəd sellofon bükümdə psixotrop maddə metammfetamin aşkar edilmişdir. Aşkar edilmiş həmin kütlələr də müstəntiq tərəfindən qablaşdırılıb götürülmüşdür. Baxış zamanı telefon vasitəsi ilə foto çəkiliş aparılmışdır. Eyni zamanda baxış keçirilməsi ilə bağlı müstəntiq tərəfindən protokol tərtib edilmiş və digər iştirakçılar protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Bir gün sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə narkotik vasitə atmaqda şübhəli bilinən X1 şəhərində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Etibar Qasımovun üzərinə dəvət edilmiş vəkilin iştirakı ilə şəxsi axtarış aparılan zaman üzərindən siqaret qutusunun içərisində 1 ədəd kağız bükümdə siqaretin tütününə qarışdırılmış vəziyyətdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Şəxsi axtarış zamanı telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. Eyni zamanda şəxsi axtarış keçirilməsi ilə bağlı müstəntiq tərəfindən protokol tərtib edilmiş o və digər iştirakçılar protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 01 mart 2023-cü il tarixli 18/250 saylı rəyindən görünür ki, 1. Tədqiqata təqdim olunmuş üzərində: “... X5 üzərində...” sözləri yazılmış və imzalar olan kağız paketdəki siqaret qutusunun içərisində salfet kağızına bükülmüş: -2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,289 qram, 0,243 qram, ümumi çəkisi – 0,532 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -1 ədəd kağız bükümdə təmiz çəkisi-0,120 qram, 3 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,090 qram, 0,886 qram, 0,887 qram, ümumi çəkisi-1,983 qram olan maddələr psixotrop maddə metamfetamindir.
2. Tədqiqata təqdim olunmuş üzərində: “... Təqsirləndirilən şəxs idarə etdiyi... kül qabı hissəsində...” sözləri yazılmış və imzalar olan kağız paketdəki -1 ədəd kağız bükümdə təmiz çəkisi-0,185 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,112 qram, 0,080 qram, ümumi çəkisi-0,192 qram olan maddələri psixotrop maddə metamfetamindir. 3 Tədqiqata təqdim olunmuş üzərində “.... Təqsirləndirilən şəxs idarə etdiyi.... ayaqaltı hissədə...” sözləri yazılmış və imzalar olan kağız paketdəki kibrit qutusunda: -1 ədəd kağız bükümdə təmiz çəkisi-0,215 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 1 ədəd kağız bükümdə təmiz çəkisi-0, 241 qram olan maddə psixotrop maddə metamfetamindir. Təqdiqata təqdim olunmuş X5 üzərindən götürülmüş 2 büküm və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin kül qabı hissəsindən götürülmüş 1 bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş X5 üzərindən götürülmüş 4 büküm və Təqsirləndirilən şəxs Etibar oğlunun idarə etdiyi avtomobilin kül qabı hissəsindən götürülmüş 2 bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib kompenentlərinə görə eyni tərkiblidir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28 aprel 2023-cü il tarixli 2498 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-162/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Sabirabad rayon Məhkəməsinin hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasının hazırki günədək çəkilməmiş qalan hissəsi 02 (iki) il 11 (on bir) ay 11 (on bir) gündür. İş materiallarında olan Sabirabad rayon, Sabirabad şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfində verilmiş xx.xx.2023-cü il tarixli, 328 saylı arayışdan və xx.xx.2019-cu il tarixli, AZ-İV 249715 saylı, xx.xx.2015-ci il tarixli, AZ-İİİ 641002 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 nəfər – xx.xx.2015-ci və xx.xx.2019-cu il təvəllüdlü azyaşlı uşaqları vardır. İş materiallarında olan Sabirabad rayon, Sabirabad şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfində verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı ərazi üzrə müsbət xarakterizə edilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə və saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınır. Onun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzanı yüngülləşdirən halları və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını əsaslı, qanuni və cəzanın məqsədinə nail olunması üçün daha səmərəli hesab edir. Məhkəmə bu qənaətə gələrkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət əməli törətməsini, məhkəmə tərəfindən ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza (Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-162/2022 saylı hökmü) təyin edilməsinə baxmayaraq islah yolunu tutmamasını və cəza çəkdiyi müddət döründə eyni tərkibli cinayət əməli törətməsini, onun azadlıqda qalarsa yenidən cinayət əməli törətməsi ehtimalını nəzərə alır və maddənin sanksiyasında nəzərdə tutulsa da, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Eyni zamanda məhkəmə CM-nın 67.1 və 68.1.1-1-ci maddələrinə əsaslanaraq, hazırkı hökmlə təyin ediləcək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasını Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-162/2022 saylı hökmü ilə təyin olunmuş və hazırki günədək çəkilməmiş qalan 02 (iki) il 11 (on bir) ay 11 (on bir) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla hökmlərin məcmusu qaydasında hazırki cinayətə görə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmasını əsaslı və məqsədəmüvafiq hesab edir. Belə ki,həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan mərhum etmə ilə toplandıqda, azadlığın məhdudlaşdırılmasının iki gününə azadlıqdan məhrum etmənin 01 günü hesablanır. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq hazırki günədək həbsdə saxlanılmışdır. Odru ki, təyin edilmiş cəzanın cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd edilənlərlə yanaşı, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən və məhkəmə-narkoloji ekspertizasının 28 aprel 2023-cü il tarixli 2498 saylı rəyini nəzərə alınaraq təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Bundan əlavə, cinayət işi üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs avtomobilə baxış zamanı kül qabı hissəsindən aşkar edilərək götürülmüş tədqiqatdan sonrakı çəkisi 0,112 qram psixotrop maddə metamfetaminin və 0,135 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini və ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən ona Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-162/2022 saylı hökmü ilə təyin olunmuş və hazırki günədək çəkilməmiş qalan 02 (iki) il 11 (on bir) ay 11 (on bir) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla hökmlərin məcmusu qaydasında hazırki cinayətə görə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaq yolu ilə birləşdirilsin və ona qəti olaraq 03 (üç) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun; təyin edilmiş qəti cəzanın çəkilməsi müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilən zaman avtomobilin kül qabı hissəsindən aşkar edilərək götürülmüş tədqiqatdan sonrakı çəkisi 0,112 qram psixotrop maddə metamfetamin və 0,135 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Sədrlik edən: Füzuli Pənahov