Məhkəmə qərarları › İş №1(056)-96/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-96/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-96/2024 22.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1990-cı ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, hazırda cəza çəkən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittihama görə o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1,220 qram çəkidə narkotik vasitə heroini qanunsuz əldə edib üzərində daşımaqla, bir ədəd sellofan kəsiyi bükümündə üzərində saxlamış, 14 sentyabr 2023-ъü ил тарихдя saat 15:20 dəqiqədə Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri H.Həmidov küçəsində piyada hərəkət edən zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon polis şöbəsinin inzibati binasına gətirilib, həmin tarixdə saat 18:15 dəqiqədə şöbənin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman, əynindəki şalvarının sol yan cibindən bir ədəd sellofan kəsiyi bükümdə 1,220 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 3 ildir ki, narkotik vasitələrdən istifadə edir. 14 sentyabr 2023-cü il tarixdə günorta saat 15 radələrində Sabirabad şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olan zaman dəmir yolunun yaxınlığında yol kənarında 01 ədəd polietilen bükümün olduğunu görmüş, həmin bükümü əlinə götürərək içinə baxmış, bükümdə narkotik vasitə heroin olduğunu görmüşdür. O, özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin kütlənin heroin olduğunu bilmiş, bir az istifadə etmişdir. Bundan sonra tam əmin olmuşdur ki, həmin kütlə narkotik vasitə heroindir. Bundan sonra həmin narkotik vasitəni istifadə etmək məqsədilə əynində olan şalvarın sol yan cibinə qoymuşdur. Həmin gün Sabirabad şəhəri H.Həmidov küçəsində tanışları Valeh və Əlzaminlə birlikdə piyada hərəkət edən zaman, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, onu, Valehi və Əlzamini Sabirabad RPŞ-yə dəvət etmişlər. O, Sabirabad RPŞ-yə gəlmişdir. Daha sonra o, müstəntiqin xidməti otağına qalxmış və həmin vaxt ona müstəntiq yaxınlaşmış və müstəntiq tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmişdir. Müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməyini bildirmişdir. O, üzərində narkotik vasitə heroin olduğunu bildirmiş və həmin kütləni təqdim etmişdir. Müstəntiq onun təqdim etdiyi bükümü açaraq içinə baxdıqdan sonra ondan həmin kütlə barədə soruşduqda o, həmin kütləni Sabirabad şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olan zaman dəmir yolunun yaxınlığında yol kənarından tapdığını bildirmişdir. Müstəntiq həmin kütləni nə üçün üzərində saxladığını soruşduqda isə gələcəkdə özü istifadə etmək məqsədilə üzərində saxladığını və satış məqsədinin olmadığını bildirmişdir. Şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş həmin kütlə müstəntiq tərəfindən qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 14 sentyabr 2023-cü il tarixdə Sabirabad rayonu Kürkəndi kəndində qeydiyyatda olmaqla yaşayan X5 və Sabirabad şəhəri, 20 yanvar küçəsi, ev 27, mənzil 6-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitəni saxlamaqla, istifadə etməkdə və satışında şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuş, bununla bağlı olaraq raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin müstəntiqi Araz Fərəcov, Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2, RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 və ondan ibarət olması təsdiqlənmişdir. Sabirabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 və PPXB-nin polis nəfəri Şahid3la birlikdə Sairabad şəhəri H.Həmidov küçəsində xidmət apararkən qanunsuz olaraq narkotik vasitə istifadə etməsində, üzərində saxlamasında və satışında şübhəli olan, Sabirabad rayon sakini xx.xx.1993-cü il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixində saat 15:20-də Sabirabad şəhəri H.Həmidov küçəsində yerləşən yarımtikili binanın qarşısında sonradan adını bildiyi Təqsirləndirilən şəxs və X1 ilə birlikdə piyada hərəkət etdiyini müşahidə etmişlər və həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Valeh Zərbaliyevin və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirmiş, barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmiş Sabirabad RPŞ-yə dəvət etmişdir. Həmin şəxslər buna heç bir etiraz etməmişlər və polis əməkdaşları ilə birlikdə Sabirabad RPŞ-nin inzibati binasına gəlmişlər. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmiş və vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan qara rəngli cins şalvarının sol cibindən bir ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra aşkar olunmuş kütlə müstəntiq tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı polis əməkdaşlarına narkotik vasitəni öz istifadəsi üçün saxladığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 Əlmövsüm oğlu Şahid2 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdi. Məhkəmə-kimyəvi ekspertizasının Ədliyyə Nazirliyi Məhkəmə X4 Regional Bölməsinin 15 sentyabr 2023-cü il tarixli, 18/915 nömrəli rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,220 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,220 qramdan tədqiqata 0,10 qramı istifadə edilmiş, 1,120 qramı qalıq qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator Məhkəmə-narkoloji ekspertizasının 30 yanvar 2024-cü il tarixli, 581 nömrəli rəyində göstərilmişdir ki, X6 opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindomu (narkamaniya xəstəliyi) aşkar olunur. Narkamaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad RİHB-nın Kürkəndi kənd icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şifahi və yazılı şikayət daxil olmayıb. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə Təqsirləndirilən şəxs göstərilən cinayəti əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı qeyd edir ki, sonuncu, Sabirabad Rayon Məhkəməsinin 01 sentyabır 2015-ci il il tarixli hökmü ilə 2800 manat cərimə cəzasına məhkum edilmiş, Sabirabad Rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilərək 01 sentyabır 2015-ci il il tarixli hökmü ilə təyin edilmiş 2800 manat cərimə cəzası həmin cəzaya birləşdirilmiş, xx.xx.2018-ci il tarixli Ali Məhkəmənin qərarı ilə sonuncuya təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası azaldılaraq 3 il 3 ay müddətinə müəyyən edilmiş, Sabirabad Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə ona 02 11 ay 24 gün azadlıqdan məhrumetmə cəzası təyin edilərək həmin cəzaya icra edilməmiş qalan 2800 manat cərimə cəzası birləşdirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası dəyişdirilərək qəti olaraq üzərində 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə və 2800 manat cərimə cəzası saxlanılmışdır. Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə o, vaxtından əvvəl şərti azad edilmişdir. Azad olunduğu gündən 2 (iki) il müddət keçmədiyinə görə həmin hökmə əsasən yaranmış məhkumluq CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilməmişdir. Azərbaycan Respublikası CM-nın 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nın 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası CM-nın 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin üçdə ikisindən az olmamalıdır. Cəzaçəkmə müəssisəsinin növününü müəyyənləşdirilməsinə gəldikdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə-azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən ona təyin olunmuş cəzadan CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla şübhəli şəxs qismində tutulmuş olduğu müddət çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə, qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanmasını, onun, narkamaniyadan məcburi müalicə olunaraq ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan ləğv edilərək həbs qətimkan tədbiri seçilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 manat məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməli olmasını, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı tədqiqatdan sonra qalıq tədqiqatdan sonra çəkisi 1,120 qram qalmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli olmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı müddət ona təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan ləğv edilsin və o, məhkəmə iclası zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq tədqiqatdan sonra çəkisi 1,120 qram qalmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunaraq ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar