Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-97/2023 30.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Abşeron rayonunun anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, sürücü işləyən, Abşeron Rayonu Fatmayı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdə saat 08:00 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes-Benz-Atego 2533» markalı furqon liftli tipli **-JL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Bulaqlı kəndi ərazisindən keçən 41- ci kilometrliyində Horadiz istiqamətində yolun sağ çiyini ilə hərəkət etdirərkən «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçısı olmaqla dönməzdən qabaq müvafiq istiqamətdə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarətləri ilə siqnal verməklə təhlükəsiz manevr aparmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, bununla da hadisənin qarşısınıalmağa texniki imkanı olduğu halda lazımi əməliyyatları (tormozlama və s.) vaxtında və düzgün icra etməyərək geriyə dönmək məqsədi ilə avtomobili sola istiqamətləndirib hərəkətini davam etdirərkən eyni istiqamətdə 55-60 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs4 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz” markalı Sprinter modelli vaqon tipli **-GA-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun hərəkəti üçün maneə yaradaraq mikroavtobusun sola çıxmasına səbəb olmaqla avtomobillər arasında toqquşma baş vermiş, nəticədə Təqsirləndirilən şəxs tərə indən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan “Mercedes- Benz» markalı Sprinter modeli, vaqon tipli **-GA-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sərnişini 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 sağ bud sümüyünün yuxarı 1/3-nin açıq qəlpəli yerdəyişən sınığı xəsarəti almaqla həyal üçün təhlükəli olan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, digər sərnişinlər 1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs5 sağ diz oynağının ön səthində, sol baldırın orta 1/3-də bayır səthdə hematomalar. patella alt səthində xəfif subxondrial ödematoz sümük konluziyası. xətti sınıq xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olduğundan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına. 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sağ qamış sümüyünün orta 1/3nin qapalı yerdəyişmiş sınığı, sağ kürək sümüyünün qapalı yerdəyişməyən sınığı, alın nahiyəsində qançır, sol baldırın orta l/3-də sıynq xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olduğundan zərər çəknıiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına. 1966-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 alt çənənin qapalı yerini dəyişməyən sınığı ilə müşayiət olunan, sağ və sol gözaltı nahiyədə, sağ çənə bucağı proyeksiyasında, sağ və sol baldırın yuxarı İ ə-də qançırlar, üst dodaqda qansızma. sağ yanağın selikli qişasında qansızma xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olduğundan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına, mikroavtobusun sürücüsü Zərərçəkmiş şəxs4 sol əlin 2ci əldarağı sümüyünün qapalı sınığı ilə müşayiət olunan sol əlin üst səthində, alın nahiyəsində, sol gözaltı nahiyədə, sağ baldırın yuxarı 1/3-də bayır səthdə qançırlar xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olduğundan zərər çəkmiş şəxsin sağlamlığın uzun müddət pozulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, “BC” dərəcəli sürücüdür, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyir. X4 yük markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 24 fevral 2023-cü il saat 04:00 radələrində idarə etdiyi X4 yük markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən çıxıb Şuşa şəhərinə yola düşmüşdür. hərəkət edib Hacıqabul-Horadiz yoluna daxil olub və üzü Horadiz istiqamətinə hərəkətini davam etdirmişdir. Saat 08 radələrində Hacıqabul-Horadiz yolunun Sabirabad rayonu Bulaqlı kəndi ərazisindən keçən hissəsinə çatmışdır. Hava gündüz və yağışlı, idarə etdiyi avtomobil isə texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Bu vaxt ona işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən zəng gəlmiş və bildirmişlər ki, Şuşa şəhərinin yoluna qar yağmışdır, geri qayıtsın və gözləsin. Buna görə o, hərəkətdə olduğu yolun sağ kənarına ehtiyat hissəyə çıxıb dayanmışdır. Sonra geriyə dönmək üçün yolun sağ kənarı ilə ehtiyat hissədə qarşıya hərəkət etmiş və geriyə dönmək məqsədi ilə bir qədər hərəkət edib sola dönmə işığını yandırmış, yola daxil olub sola geriyə dönməyə başlamışdır. O, sola dönüb yolun ortasında olanda arxa sol tərəfdən gələn sonradan adını bildiyi sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi X3 markalı, ** GA *** dövlət nömrə nişanlı mikroavtobusla onun idarə etdiyi avtomobilin sol yan hissəsinin tən ortasına qabaq qarşısı ilə çırpılmışdır. O, yerə düşmüş və bu vaxt tanımadığı yol adamları toplaşmışlar və mikroavtobusda xəsarət alan adamlara köməklik etmişlər, təcili yardım çağırmışlar və bir qədər sonra təcili yardım gəlib xəsarət alanları Sabirabad rayon xəstəxanasına aparmışdır. O, özü də xəstəxanaya həkim müayinəsi üçün getmişdir. Lakin hadisə zamanı özü xəsarət almamışdır. Hadisə ehtiyyatsızlıqdan baş vermişdir. Hazırda o, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmiş, onlarla barışıq əldə etmişdir. Buna görə də zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərin nəzərə alınaraq barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Cinayət işində olan AB 803097 saylı sürücülük vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcə kateqoriyalı sürücülük hüququ mövcuddur. Cinayət işində xx.xx.2019-cu il tarixdə verilmiş AD № seriyalı 501135 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X4” markalı **-JL-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur və Təqsirləndirilən şəxs avtomobili etibarnamə yol vərəqəsi əsasında idarə etmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasını xx.xx.2023-cü il tarixli 116 №-li rayindən görünür ki, Zərərçəkmiş şəxs4 Latif oğlunun məhkəmə tibbi müayinəsi zamamı aşkar edilmiş xəsarətlər-sol əlin 2-ci aldarağı sümüyünün qapalı sınığı ilə müşayiət olunan sol olin üst səthində, alın nahiyəsində, sol gözaltı nahiyada, sağ baldırın yuxarı 1/3-də bayır səthdə qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələa gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-ci il tarixli 120 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ qamış sümüyünün orta 1/3-nin qapalı yerdəyişmiş sınığı, sağ kürək sümüyünün qapalı yerdəyişməyən sınığı, alın nahiyəsində qançır, sol baldırın orta 1/3-do sıyrıq küt aşyanın (əşyaları) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 121 Ne-li rayindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-alt çənənin qapalı yerini dəyişməyən sınığı ilə müşayiət olunan, sağ və sol gözaltı nahiyədə, sağ çənə bucağı proyeksiyasında, sağ və sol baldırın yuxarı 1/3-də qançırlar, üst dodaqda qansızma, sağ yanağın selikli qişasında qansızma küt aşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023- cü il tarixa uyğundur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 124 Ne-li rəyindən görünür ki, X1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sag diz oynağının ön səthində, sol baldırın Orta 1/3-də bayır səthdə hematomalar, patella alt səthində xafif subxondrial ödematoz mük kontuziyası, xətti sınıq küt aşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ alma müddətləri xx.xx.2023-cü il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir.Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilər. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 29 mart 2023-cü il tarixli 8/802 nömrəli rəyindən görünür ki, X4 2533 markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-nin 263.1-1-ci maddəsi ilə məhkum olunmamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 istintaqa və məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələbləri və mülki iddiası yoxdur. Həmin halların nəzərə alınmasını xahiş edirlər. Beləliklə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin məhkəmə iclasında və istintaqda verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yarandığından, Təqsirləndirilən şəxs CM-nın 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nın 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığı və onlara dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə Azərbaycan Respublikasının CPM-nın 196.4-cü maddəsinə əsaslanaraq hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməli, iş üzrə maddi sübutun və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübutun və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-97/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-97/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver