Məhkəmə qərarları › İş №1(056)-99/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-99/2025

07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-99/2025 07.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1963-cü ildə Sabirabad rayonu, Nizamikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddəsi ilə 13 il müddətinə azadlıqdan məhrum edilmiş, məhkumluğu ödənilməyən, Sabirabad rayonu, Nizamikənd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, o, 2025-ci ilin mart ayının əvvəllərində yaşadığı Sabirabad rayonu, Nizamikənd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan 04 (dörd) ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkərək, onlara aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, 08 iyun 2025-ci ildə saat 14:54-də Sabirabad rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməkdaşlar tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı onun yaşadığı Sabirabad rayonu, Nizamikənd kəndində yerləşən fərdi yaşayış evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan 04(dörd) ədəd, yəni xeyli miqdarda yaş vəziyyətdə, ümumi çəkisi 1700,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Özü hazırda Nizamikənd kəndində həyat yoldaşı X7, övladları X13 və X8 ilə yaşayır. O, 2010-cu ildə narkotik vasitə istifadə etdiyi üçün Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 müddətinə azadlıqdan məhrum edilmiş və cəzasının sonu 21 iyun 2023-cü ildə həbsdən azad edilmişdir. Onu heç yerə işə götürmürlər və özü də siqaret çəkəndir, siqaret almağa pulu olmadığı üçün qərara gəlmişdir ki, yaşadığı evin həyətində 3-4 ədəd çətənə bitki kolu əksin və həmin kolların yarpaqlarını qurudub siqaret kimi çəksin. O, bu məqsədlə bu ilin mart ayının əvvələrində yaşadığı evin həyətyanı bağ sahəsində özünə aid torpaq sahəsində 2 ədəd polietilen torbaya torpaq doldurmuş və həmin torpağın içərisində özündə olan çətənə bitki toxumlarını əkmiş, bir kimsənin görməməsi üçün aparıb ağaçların arasında gizlətmişdir, O, həmin ağaclara su, peyin verib becərmiş, diblərinə qurumuş ot yığmışdır ki, gün vurarkən ağacların dibləri qurumasın, nəmli qalsın. Daha sonra həyətyanı bağ sahəsinə çəkdiyi nəşənin toxumlarından iki ədəd də atmışdır və həmin yerdə, yəni çəkil ağaçının altında və yaşadığı evin sol hissəsində qurumuş otların yanında da çətənə kollar bitmişdir. Həmin iki ədəd çətənə bitki kollarına da qulluq edib su və peyin verməklə diblərini boşaltmış, qulluq etmişdir. Həyətinə 08 iyun 2025-ci il tarixdə saat 14-50 radələrində polis əməkdaşları gəlmiş, onu yaşadığı evin həyətindən çölə çağırmışlar. O, həyət darvazasının qarşısına çıxmış və ona bildirmişlər ki, o, həyətanı bağ sahəsində qanunla əkilib becərilməsi qadağan olunmuş narkotik vasitə becərir və yaşadığı evdə qurudulmuş marixuana saxlayır, bunun üçün də şübhəlidir, yaşadığı evə baxış keçirəcəklər. Polis əməkdaşlarına həyətyanı bağ sahəsinə və yaşadığı evə baxış keçirəcəklərini bildirmiş və həyətinə baxış keçirmələri üçün icazə istəmişlər. O, çıxılmaz vəziyyətə düşmüş və başa düşmüşdür ki, polislər həyətinə baxış keçirəcəklər və onlara baxış keçirmələrinə heç bir etitraz etməmiş, polis əməkdaşlarını həyətə dəvət etmişdir. O, yaşadığı evin həyətyanı bağ sahəsinə və yaşadığı evə baxış keçirilməsi ilə bağlı etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Lakin qardaşı Mahirin evi həmin həyətdə olsa da, ayrı evdir. Həyətyanı bağ sahəsinə isə özü baxır və bağ sahəsi ona məxsusdur. Qardaşı Mahirlə arası yoxdur və biri- birini danışdırmır. Daha sonra yaşadığı evə saat 14:54 radələrində baxş keçirilməyə başlanmış və özü polis əməkdaşlarına bitkiləri əkildiyi yerləri göstərmişdi. Yaşadığı evin bağ sahəsindən aşkar olunaraq götürülmüş 4 (dörd) ədəd çətənə bitki kolları sintetik torbaya qoyulmuş, bağlanmış və kağız üzərinə imza etdikdən sonra torbanın üzərinə yapışdırılaraq skoçla bağlanmış və götürülmüşdü. Bununla bağlı rayon polis şöbəsində protokol tərtib edəcəklərini bildirmişlər. Daha sonra o, polis şöbəsində şübhəli şəxs qismində tutulmuş, hüquqları ona izah olunmuş, vəkillə təmin olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Sabirabad rayonu Nizamikənd kənd sakini Təqsirləndirilən şəxs əvvələr tanımırdı. Onunla arasında hər hansı bir düşmənçiliyi və ya ədavəti yoxdur. 08 iyun 2025-ci il tarixdə narkotiklərlə mübarizə qrupuna məxfi mənbəədən əməliyyat məlumatı daxil olmuş, həmin məlumatda Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu, Nizamikənd kəndində yerləşən evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitki kollar əkməsi və yaşadığı evdə qurudulmuş marixuana saxlaması barədə göstərilmişdi. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə tərəfindən bu barədə şöbə rəhəbərliyinə raportla məruzə etmiş, daha sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə bağlı qərar qəbul etmiş, bundan sonra, şöbə rəisinin əmrinə əsasən əməliyyat qrupunun tərkibinə və rəhəbəri olmaqla o, üzvüləri Sabirabad rayon polis şöbəsinin PPXB- nin taqım komandiri, polis leytenantı X4, Sabirabad rayon PPXB-nin polis nəfərləri polis serjantı Şahid2, polis baş serjantı X9 və Sabirabad rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ibarət tərkibə daxil edilmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu, Nizamikənd kəndində yollanarkən daxil olmuş məlumatda göstərilənlər aşkar edilərsə vaxt itirmədən rayon ərazisində aqronom kimi fəaliyyət göstərən Şahid3 da dəvət edib aparmışdı. 08 iyun 2025-ci il tarixdə saat 14:50 də Sabirabad rayonu, Nizamikənd kəndində yaşayan Təqsirləndirilən şəxs evinin qarşısında olmuşlar, Onlar həyət darvazasının çölündə dayanmış və Təqsirləndirilən şəxs həyət darvazasının qarşısına çağırmışdı. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən çıxıb darvazasının qarşısına gəlmiş və orada saat 14:54 radələrində tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsində əkilib beçərilməsi qanunla qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitki kollarını kultivasiya etməsi və yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxlaması, həyətyanı sahəyə və yaşadığı evə baxış keçirəcəklərini və narkotik vasitə istifadəçisi olması barədə məlumaları olmasını bildirmişdi. Təqsirləndirilən şəxs həyətyanı sahəyə və yaşadığı evə baxış keçirilməsinə heç bir etiraz etməmişdi. Bundan sonra Təqsirləndirilən şəxs baxışda iştirak etmək üçün gələn şəxsləri evin həyətinə dəvət etmişdi. Bundan sonra şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı evin həyətində Sabirabad rayon polis şöbəsinin rəisinin adına ərizə yazmış və ərizədə göstərmişdir ki, onun yaşadığı evin həyətyanı bağ sahəsinə və yaşadığı evə baxış keçirilməsi ilə bağlı heç bir etirazı yoxdur. Həmin vaxt olduqları yerə Təqsirləndirilən şəxs qardaşı Şahid4 gəlmiş və bildirmişdi ki, oda həmin evin həyətində ayrı evdə yaşayır, evin həyətinə və yaşadığı evə baxış keçirilməsi ilə bağlı etirazı yoxdu. Bundan sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, evin həyətyanı bağ sahəsində əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitki kolarını göstərsin və Təqsirləndirilən şəxs evin həyətyanı bağ sahəsinə tərəf hərəkət emiş və yaşadığı evin sol yan hisəssində yerdə quru otun yanında tut ağacının altında 01 (bir) ədəd çətənəyə bənzər bitki kolunu göstərmiş və həmin bitki kolu aşkar olunduğu üçün baxışda iştirak edən aqronom Şahid3 bitki kolunun çətənə bitki kolu olduğunu, aqrotexniki qaydada qulluq göstərildiyini, dibi boşaldığını su və peyin verildiyini bildirmiş və bitki kolu polis serjantı X9 tərəfindən torpaqdan çıxarılmışdı. Təqsirləndirilən şəxs həmin bitki kolunu nə vaxt əkib becərdiyini soruşmuş və bildirmişdir ki, həmin bitki kolunu o, bu ilin mart ayında əkmişdir. Daha sonra Təqsirləndirilən şəxs əlavə olaraq varmı bilirmiş və Təqsirləndirilən şəxs əlavə olaraq həyətyanı bağ sahəsində çığır halını almış hissə ilə hərəkət etmiş, həyətdə bitən digər tut ağacının altına gəlmiş və orada bitən 01(bir)ədəd çətənə bitki koluna bənzər kolu göstərmiş, həmin bitki koluna baxışda iştirak edən aqronom Şahid3 bitki koluna baxmış və bitki kolunun çətənə bitki kolu olmasını, aqrotexniki qaydada qulluq göstərildiyini, dibi boşaldığını su və peyin verildiyini bildirmişdi, həmin bitki kolu da polis serjantı X9 tərəfindən torpaqdan çıxarılmışdı. Təqsirləndirilən şəxs sorğu zamanı bildirişdir ki, o, uzun müddətdir ki, narkotik vasitədən istiadə edir və yaşadığı evdə də 1-2 qram qurumuş halda narkotik vasitəsi varı, həyətyanı bağ sahəsində cəmi 4 (dörd) ədəd çətənə bitki kolu əkib. Bundan sonra Təqsirləndirilən şəxs həmin evin həyətyanı sahəsində insanın çox hərəkət etdiyi çığır halını almış hissə ilə hərəkətə başlamış və Təqsirləndirilən şəxs onları həyətdə ağacların sıx bitdiyi yerə gətirmiş və bildirmişdi ki, ağacların arşında əlavə olaraq 2 (iki)ədəd çətənə bitki kolları var. Yaşıl ağacların arasından 2(iki) əldəd torpaqla dolu olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitki koluna bənzər kolun sintetik torbada əkildiyi müəyyən olunmuş və həmin bitki kollarına baxışda iştirak edən aqronom Şahid3 baxmış və bitki kolların çətənə bitki kolları olmasını, aqrotexniki qaydada qulluq göstərildiyini, dibi boşaldığını su və peyin verildiyini, kökün qurumaması üçün quru ot qoyulduğun bildirmiş, həmin bitki kolları polis serjantı X9 tərəfindən torbanın içərisində olan toraqdan çıxarılmışdı. Daha sonra həyətyanı bağ sahəsindən aşkar olunmuş (4) dörd ədəd çətənə bitki kollarına bənzər kollar sıra ilə həyətdə düzülmüş, sayılmış, bitki kolunun ən uzunu 1,50 sm olması və ən kiçiyi isə 0,80 sm olması müəyyən olunmuşdu. Bundan sonra aşkar olunmuş bitki kolları tərəfindən qatlanılaraq sintetik torbaya qoyulmuş və sintetik torbanın üzərinə yapışdırmaq üçün baxışda iştirak edən şəxslərin ad və soyadları A-4 vərəqinə yazmış, imzalarla təsdliq edilmiş və yapışqan lentlə vərəqi torbanın üzərinə yapışdırmış və Sabirabad RPŞ-nə aid DİN -nin 139 saylı möhürü ilə möhürləmiş, bioloji ekspertizaya göndərilməsi üçün qablaşdıraraq götürmüşdü. Daha sonra baxışda iştirak edən şəxslərə izah etmişdir ki, aşkar olunmuş vasitələrlə bağlı protkolu yerində tərtib etmək üçün lazımı şərait, yəni kompyuter və əlavə olaraq yetərincə A-4 vərəqləri yoxdur və protokolun tərtibi Sabirabad RPŞ-də xidməti iş otağında aparılacağı izah olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdən çıxmış və birlikdə Sabirabad rayon polis şöbəsinə gəlmişlər, polis şöbəsində protokol tərtib etmiş, protokol iştirakçılar arasında ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah etmişdir. İştirakçılar tərəfindən şikayət təklif və protokola qeydlər daxil olmamışdı. Daha sonra tərəfindən və baxışda iştirak edən şəxslər tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən və yaşadığı evdən aşkar olunanlarla birlikdə şöbə rəhbərliyinə raportla birlikdə məruzə etmiş və tərəfindən toplanmış material üzrə qərar qəbul edilməəsi üçün istintaq bölməsinə həvalə olunmuşdur. Bundan sonra aşkar olunmuş vasitələrlə birlikdə tərəfindən şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs şöbədə daxili xidmətdə olan polis serjantı X6 ilə birlikdə istintaq bölməsinə gətirilmiş və istintaq otağında əşyaya baxış keçirilməsi başlanmış və təqdim olunan zərfə və sintetik torbaya baxılmış, zərfin və torbanın tamlığı pozulmadığı müəyyən edilmişdi. Əşyaya baxış keçirilməsi videoçəkilişlə aparılmış və videoçəkiliş Musa Ağammədov tərəfindən aparılmışdı. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun üzərinə istintaq otağında onun, müdafiəçinin və Musa Ağammədovun iştirakı ilə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamış və bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs özü və şəxsi axtarışda iştirak edən şəxslər protokolun doğruluğunu təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, X1 və X3 Analizləri şöbəsinin müdiri vəzifəsində işləyəir. Sabirabad rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid5 08 iyun 2025-ci il tarixdə günorta radələrində ona Sabirabad rayonu ərazisində bir nəfər şəxsin həyətyanı bağ sahəsində narkotik tərkibli çətənə bitki kollarım qanusuz olaraq əkib becərilməsi ilə bağlı məlumat aldığını və həmin məlumatı yoxlamaq üçün onunla birlikdə getməyi ona təklif etdiyi üçün hec bir narazılıq etməmişdir. Daha sonra o, Şahid5 ilə birlikdə Sabirabad rayonu Nizamikənd kəndində olmuşdu. Həmin kənddə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə yollanmışlar. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çağırmış, ona evinin həyatyanı sahəsinə baxış keçirəcəklərini, onun qanunsuz olaraq narkotik tərkibli çətənə bitki kolları əkməyi və yaşadığı evdə qurudulmuş marixuana saxlaması və istifadəçisi olması barədə bildirirdilər. Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı bağ sahəsinə baxış keçirilməsi üçün heç bir narazılıq etməmiş və bununla bağlı evinə və həyətyanı bağ sahəsinə polis əməkdaşları tərəfindən baxış keçiriləmsi ilə bağlı həyətə dəvət etmiş və razılıq ərizəsi yazmışdı. Təqsirləndirilən şəxs polis əməkdaşlarını yaşadığı evin həyətyanı sahəsində əkib becərdiyi 04 (dörd)ədəd çətənə bitki kollarını göstərmişdi. Həmin bitki kollarının iki ədədi həyətyanı bağ sahəsində tut ağaclarının altında, iki ədədi isə həyətdə ağacların six bitdiyi yerdə, içərisi torpaqla doldurulmuş polietilen torbaların içərisində əkib yetişdirmişdir. Tərəfindən həmin bitki kollarma baxış keçirilərkən müəyyən etmişdir ki, 04 (dörd) ədəd çətənə bitki kollarına vaxtlı vaxtında suyu verilmiş və aqrotexniki qaydada kultivasiya üsulu ilə qulluq göstərilmiş, dibləri boşalmış, peyin verilmiş, hətda iki ədəd yetişən çətənə bitki kolların diblərinə quru ot da qoymuşdur ki, torpaq nəmli qalsın. Həmin bitki kollarına qulluq göstərildiyindən 04 (dörd) ədəd bitki kolları kök qarışıq polis əməkdaşı tərəfindən yerdən və torpaqla dolu olan polietilen torbanın içərisindən çıxarılmış, saylımış, polis əməkdaşı tərəfindən uzunluğu ölçülmüş və polietilen torbaya qoyaraq qablaşdırılmış və polis əməkdaşları tərəfindən ekspertizaya göndərilməsi üçün götürülmüşdü. Baxışda iştirak edən Şahid4 Rasət oğlu bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxslə danışmır, həyətyanı bağ sahəsindən və Təqsirləndirilən şəxs evindən aşkar olunmuş vasitələrin ona heç bir aidiyyəti yoxdur. Daha sonra Şahid5 baxışda iştirak edən şəxslərə izah etmişdir ki, aşkar olunmuş vasitələrlə bağlı protkolu yerində tərtib etmək üçün şərait yoxdur və protokolun tərtibi Sabirabad RPŞdə xidməti iş otağında aparılacaq. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Rasət oğlu ifadəsində göstərdi ki, hazırda Sabirabad rayonu, Nizamikənd kəndində həyat yoldaşı X5, az yaşlı övladları Ayşə və Xanım ilə, eləcədə anası X10 ilə yaşayır. Bildirir ki, 08 iyun 2025-ci il tarixdə saat 14-54 radələrində onun və qardaşı Rasətin yaşadığı evin həyətində polis əməkdaşlarını görmüş, evdən çıxıb həyətə polis əməkdaşlarının yanma gəlmiş və polis əməkdaşları ona bildirmişlər ki, buradamı yaşayırsız sual etmişlər. Demişdir ki, qardaşı Rasətlə bir həyətdə yaşayır, lakin evi ayrıdı. Ondan həyətə baxış keçiriləcəyinə etirazı olub-olmadığı soruşulmuş. O, isə həyətə və evə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə elə oradaca polis şöbəsinə ərizə yazmışdı. Bundan sonra polis əməkdaşları qardaşı Rasətin həyətyanı sahədə əkdiyi 4 ədəd çətənə bitki kollarını göstərmiş və yaşadığı evdə də qurudulmuş marixuanası olduğunu deyib polis əməkdaşlarına təqdim etmişdi. O, qardaşım Təqsirləndirilən şəxslə bir həyətdə yaşasa da bağ sahəsi Rasətə aiddir. O, 3-cü qrup əlildir və onda parkinson xəstəliyi olduğu üçün işləyə bilmir. Daha sonra aşkar olunanlar polis əməkdaşları tərəfindən qablaşdırılmış və baxışda iştirak etdiyi üçün qablaşdırılaraq götürülmüş çətənə bitki kolların götürülməsi ilə bağlı vərəq üzərinə imza etmiş, həmin vərəq politetilen torbanın üzərinə yapışdırılmışdı. Daha sonra baxış keçirilməsi qurtarmış və bildirmişlər ki, bu barədə rayon polis şöbəsində protokol tərtib olunacaq. Daha sonra polis şöbəsində tərtib olunmuş protokol düzgün tərtib olunduğu üçün digər iştirak edən şəxslərlə protokolun doğru yazıldığını təsdiq etmişdir. Şahidlər Şahid2 və Şahid5 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08 aprel 2025-ci il tarixli “yaşayış sahəsinə əməliyyat-axtarış tədbirinin keçirilməsi” haqqında protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu, Nizamikənd kəndində yerləşən evinin həyətyanı sahəsindən 04 (dörd) ədəd çətənə kannabis bitkiləri aşkar edilərək götürülmüşdür (i.v. 12-15). 09 iyun 2025-ci il tarixli məhkəmə bioloji ekspertizasının 18/439 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «.. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən ... çətənə bitkilərinə oxşar...» sözləri və imzalar olan sintetik torbada ümumi sayı 04 (dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi -1700,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronomuq rəyinə əsasən təqdim olunmuş 04 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir (i.v.44-48). X1 və X3 Analizləri şöbəsinin müdiri Şahid3 08 iyun 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aşkar edilmiş narkotik tərkibli bitki olan 04( dörd) ədəd çətənə (marixuana) koluna aqro-texniki qaydada qulluq edilmişdir (i.v.11). Məhkəmə-narkoloji ekspertizasının 11 06.2025-ci il tarixli 3473 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən qəbulu nəticəsində yaranan Asılılıq Sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanser qeydiyyata alınması məsləhət görülür (i.v. 112-113). “Sübutların qiymətləndirilməsi haqqında” 01 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1 -ci maddəsi ilə olan ittiham dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə 17 iyun 2025-ci il tarixli qərarla cinayət işi başlanmasının rədd edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatla bağlı barəsində cinayət təqibinin rədd edilməsi, 08 iyun 2025-cü il tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında protokola və əşyaya baxış keçirilməsi haqqında protokola əlavə olunmuş yaddaş daşıyıcısı olan DVD disklər iş üzrə maddi subut qismində tanınması və cinayət işinə əlavə olunmasının nəzərə alınması, bitki toxumları narkotik, güclü təsiredici vasitə, psixotrop, zəhərli maddə və prekursorlara aid edilmədiyindən cinayət məsuliyyətinə səbəb olmaması nəzərə alınmaqla həmin xüsusat üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin rədd edilmədi, 10 iyun 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Nizamikənd kəndində yerləşən evinin həyətindən aşkar olunaraq götürülmüş 04(dörd) ədəd olmaqla qalıq çəkisi 1699,60 qram yaş vəziyyətdə çətənə bitki kolları maddi sübut qismində tanınması və saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutların saxlancı otağına təhvil verilməsinin nəzərə alınması və cinayət işinin materiallarına uyğun olmaqla obyektiv rəylər olduğundan məhkəmə-bioloji ekspertiza üzrə 09 iyun 2025-ci il tarixli, 18/439 nömrəli və məhkəmə-narkoloji ekspertiza üzrə 11 iyun 2025-ci il tarixli, 3473 nömrəli ekspert rəylərinin iş üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v.119-128). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqadarlarına görə” siyahılarının İİİ siyahısına əsasən çətənə növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd (6-30 hissə) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 21-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 08 iyun 2025-ci il il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2025-ci il il tarixdə, saat 17:45-dən tutulmuş hesab edilmişdir (i.v.20). “Təqsirləndirilən şəxs qismindən cəlb etmək haqqında” 10 iyun 2025-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v.53-54). “Qətimkan tədbirinin seçilməsi haqqında” 10 iyun 2025-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.63-64). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il taixli hökmünə əsasən AR CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə 13 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.106). Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etdiyini və peşman olduğunu, yaşlı olduğunu (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Sabirabad Rayon Məhkəməsinin 3(056)-1114/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təyin edilmiş 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbirinin müddətindən onun şübhəli şəxs qismində saxlandığı 2 gün müddətin çıxılaraq üzərində qəti olaraq 13 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbirinin saxlanılması nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, məhkəmə iclas zalından həbsə alınmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 iyun 2025-ci il tarixdən 10 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 07 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Sabirabad RPŞ-nin maddi sübutların saxlanması otağına verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1699,60 qram olan 4 (dörd) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 31,95 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla sərf edilmiş 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Vəkillər Kollegiyasına ayrılan vəsaitdən Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar