Məhkəmə qərarları › İş №1(057)-10/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №1(057)-10/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-10/2024 09.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Məhkəmə iclas katibi X9, Dövlət ittihamçısı, X11 Abseynov, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Quba rayonu Küsnət-Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 01 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi ev 102, mənzil 16-da qeydiyyatda olan və Quba rayonu Küsnət-Qazma kəndində yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin fevral ayının ortalarında Neftçala rayonu Dördlər kənd sakini Zərərçəkmiş şəxs Şahid2 borc olaraq verdiyi pulu sonuncudan geri alacağına dair yalan vəd verib aldadaraq inandırdıqdan sonra bu məqsədlə hər dəfə müxtəlif bəhanələrdən istifadə etməklə vahid niyyətlə 2022-ci ilin fevralın 28-də onun istəyi əsasında Zərərçəkmiş şəxs Salyan şəhərində yerləşən “Ay işığı” marketdə quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsilə tanışı X2 məxsus onun sərəncamında olmuş “Kapital bank” bank kartına göndərdiyi 1050 manat pulu, 2022-ci il martın 3-də onun istəyi əsasında Zərərçəkmiş şəxs Salyan rayonu Şorsulu kəndində yerləşən “Viqas Ailəm” marketdə quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsilə əmisioğlu X7 məxsus onun sərəncamında olmuş “Kapital bank” bank kartına göndərdiyi 1212 manat pulu, 2022-ci il martın 9-da onun istəyi əsasında Zərərçəkmiş şəxs Salyan şəhərində yerləşən “Ay işığı” marketdə quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsilə əmisioğlu X7 məxsus onun sərəncamında olmuş “Kapital bank” bank kartına göndərdiyi 1250 manat pulu, 2022-ci il martın 16-da onun istəyi əsasında Zərərçəkmiş şəxs Salyan rayonu Şorsulu kəndində yerləşən “Sübhan” marketdə quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsilə tanışı X2 məxsus onun sərəncamında olmuş “Kapital bank” bank kartına göndərdiyi 202 manat pulu, 2022-ci il martın 29-da Bakı şəhərində “Gənclik” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs 2800 manat pulu, 2022-ci il aprelin 13-də onun istəyi əsasında Zərərçəkmiş şəxs Salyan rayonu Şorsulu kəndində yerləşən “Sübhan” marketdə quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsilə tanışı X4 məxsus onun sərəncamında olmuş “Leobank” bank kartına göndərdiyi 1555 manat pulu, 2022-ci il aprelin 26-da onun istəyi əsasında Zərərçəkmiş şəxs Salyan rayonu Şorsulu kəndində yerləşən “Sübhan” marketdə quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsilə tanışı şəxsiyyəti istintaqa məlum olmayan şəxsə məxsus onun sərəncamında olmuş “Kapital bank” bank kartına göndərdiyi 354 manat pulu, 2022-ci il mayın 2-də onun istəyi əsasında Zərərçəkmiş şəxs Salyan rayonu Şorsulu kəndində yerləşən “Sübhan” marketdə quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsilə tanışı X8 məxsus onun sərəncamında olmuş “Leobank” bank kartına göndərdiyi 4040 manat pulu nağdlaşdıraraq və alaraq Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda 12463 (on iki min dörd yüz altmış üç) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, zərərçəkmişi 2016-cı ildən tanıyır,Akifin kürəkəni və bacısıoğlu olan Zaur onun tanışı olduğu üçün arabir onların Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən evinə getmiş, hətta yaxın münasibətləri olduğu üçün onların evində qalmışdır. 2022-ci ilin fevral ayında yenə də Zaurun evinə getdiyi vaxt orada Zaurun qaynatası olan Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Söhbət zamanı Akif Bakı şəhərində yaşayan Röya adlı qadına 2800 manat borca pul verib, ala bilmədiyini demişdir.Həmin pulun alınması üçün Akifi aldadıb ondan pul almaq fikrinə düşmüşdür. 2022-ci il fevral ayının sonlarında Akifə zəng edərək Röya barəsində maraqlandığını, Röyanın cinayətkar qrupun üzvü olduğunu və Türkiyədə gizləndiyini demişdir. Akifə Röyanı tutmaq üçün tanışları olan polis əməkdaşlarının Türkiyəyə gedəcəklərini və Röyanı gətirəcəklərini demişdir. Akifə polis əməkdaşlarına bilet almaq üçün 1000 manat pul lazım olduğunu dedikdə Akif nə üçün bilet pullarının dövlət hesabına ödənmədiyini soruşmuş, həmin anda Akifə polis əməkdaşlarının onun xahişi ilə Türkiyəyə getdiklərini, yəni rəsmi olmadığını demişdir. Akif də razılaşıb 1-2 gün ərzində pulu göndərəcəyini demişdir. 2022-ci il fevralın 28-də Quba rayonunda olduğu vaxt Akif ona zəng edərək pulun hazır olduğunu dedikdə o, Quba rayonunda dostu olan X1 özünə məxsus “Kapital Bank”a məxsus bank kartını ona verməsini xahiş etmiş, daha sonra Akifə zəng edərək pulu Ramizə məxsus karta göndərməsini demişdir. Akif də razılaşmış və bir neçə dəqiqə ərzində həmin karta 1050 manat pul göndərmişdir. Martın 2-də yenə də Akifə zəng edib artıq polis əməkdaşlarının Türkiyədə Röyanın izinə düşdüyünü, lakin yemək və otel üçün əlavə 1200 manat pul lazım olduğunu demiş, Akif yenə də onunla razılaşıb pulu karta göndərəcəyini demişdir. Həmin vaxt əmisioğlu X7 məxsus “Kapital Bank” bank kartı özündə olduğu üçün Akifə pulu həmin karta göndərməsini demiş, Akif də bir neçə dəqiqədən sonra həmin karta 1212 manat pul köçürmüşdür. Bir neçə gündən sonra yenə də Akifə zəng edərək polis əməkdaşlarının artıq Röyanı Türkiyədə həbs etdiklərini və Azərbaycana gəlmək üçün 1250 manat pul lazım olduğunu demişdir. Akif artıq pulunun olmadığını dedikdə Akifə belə olduğu təqdirdə polis əməkdaşlarının Röyanı sərbəst buraxacaqlarını və verdiyi əvvəlki pulların batacağını demişdir. Akif bundan sonra onunla razılaşaraq pulu göndərəcəyini demiş və yenə də onda olan əmisioğlu X7 məxsus “Kapital Bank” bank kartına 1250 manat pul göndərmişdir. Bir neçə gündən sonra Akifə zəng edib artıq Röyanın Bakı şəhərinə gətirildiyini, guya Röyanın başqa-başqa şəxslərə qarşı da dələduzluq etdiyini demişdir. Akifə bir neçə zərərçəkmişin artıq pullarının geri qaytarıldığını, Akifin pullarının qaytarılması üçün isə Röyanın adına lombardda olan qızılların götürülməsinə görə 3000 manat lazım olduğunu demişdir. Əlavə olaraq Akifə demişdir ki, Röyanın nağd pulu yoxdur, lakin lombardda adına xeyli miqdarda qızıl əşyaları var, həmin qızıl əşyaları lombarddan götürüb satıb onun pulunu qaytaracaqdır. Akif isə ona ancaq 200 manat pul göndərə biləcəyini, qalan 2800 manat pulu isə daha sonra verəcəyini dedikdə o da razılaşmışdır. Bundan sonra Akif yenə də onun istəyi ilə onda olan dostu X2 məxsus “Kapital Bank” bank kartına 200 manat pul göndərmişdir. Bundan bir neçə gün sonra isə Bakı şəhərində “Gənclik” metro stansiyasının yanındakı polis bölməsinin qarşısında Akiflə görüşmüş və Akif orada ona 2800 manat pul vermişdir. Həmin vaxt Akifin yannda 2 nəfər də şəxs də olmuşdur. Orada Akifə demişdir ki, polis bölməsində qızılı saxlayan şəxsə pul verib qızılları götürəcək, daha sonra həmin qızılları birlikdə Moskva univermağına aparacaqlar. Buna görə Akifə Moskva univermağına gedib onu gözləmələrini demiş, sonrakı müddətdə Akif ona bir neçə dəfə zəng etsə də, lakin telefona cavab verməmişdir. Gecə saatlarında telefonu açaraq Akifə 2800 pulu başqa problemə görə xərclədiyini, narahat olmamasını, məsələni həll edəcəyini demişdir. 2022-ci il aprel ayının əvvəllərində Akifə zəng edərək qızılların lombarddan götürülüb satılması üçün etibarnamə almağa görə 1555 manat pul lazım olduğunu dedikdə Akif yenə də onunla razılaşmışdır. Akif həmin vaxt onda olan tanışı X4 məxsus “Leobank” bank kartına 1555 manat pul göndərmiş, həmin pulu da bankomatdan çıxarıb borclarına və özünə xərcləmişdir. Bir neçə gündən sonra Akifə zəng edib işlə bağlı təcili olaraq 1000 manat pul göndərməsini istədikdə Akif pulunun olmadığını, ancaq 354 manat pul göndərə biləcəyini demişdir. Həmin vaxt adını xatırlamadığı tanışından bank kartını müvəqqəti olaraq götürmüş və Akif həmin karta 354 manat pul göndərmişdir. Sonuncu dəfə isə 2022-ci ilin may ayının əvvəlində Akifə zəng edərək işlə bağlı bütün məsələnin həll olunduğunu, yekun sənədləşmə ilə bağlı 5000 manat lazım olduğunu demişdir. Akif isə artıq pulunun olmadığını, borcunu geri almaq üçün qat-qat çox pul xərclədiyini və pul göndərməyəcəyini demişdir. Yenə də Akifə pul göndərməyəcəyi təqdirdə verdiyi bütün pulların batacağını demiş, Akif də məcbur qalaraq onunla razılaşmışdır. Həmin vaxt özündə olan tanışı Vüsaləyə məxsus “Leobank” kartına Akif 4000 manat pul göndərmiş və əlavə pulunun olmadığını demişdir. Artıq bundan sonrakı müddətdə Akifin telefonlarına cavab verməmiş və ümumiyyətlə telefonunu söndürmüşdür. Akifi aldadaraq aldığı ümumilikdə 12500 manat pulu isə ancaq özü xərcləmiş, heç kimə pul verməmişdir.Törətdiyi əməldən peşmandır və özünü təqsirli hesab edir.Zərərçəkmişə dəymiş ziyanı tam ödəmiş, onunla barışmış, sonuncunun ondan şikayət və tələbi yoxdur.Odur ki, barəsində olan cnayət işnə xitam verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Bakı şəhəri Mehdiabad qəsəbəsində yaşayan qızı Ruhəngiz Əkbərovanın xəstəliyi ilə bağlı əməliyyat olunması üçün əməliyyat öncəsi müalicəsini aparmış tibb bacısı və eyni zamanda uzun illər qızının rəfiqəsi olmuş Bakı şəhər sakini Şahid2 2021-ci ilin oktyabr ayının əvvəllərində öz atasının ürəyindən əməliyyat olunması üçün ondan borc pul istəmişdir. O da qızının xatirinə Röyanın xahişinə əməl edib oktyabrın 15-də 1500 manat, oktyabrın 22-də 800 manat və oktyabrın 26-da daha 500 manat pulu Salyan şəhərindəki “Ay işığı” marketdəki “Milliön” terminalı vasitəsilə Röyanın adına olan “Kapital Bank”ın 4169 7413 7424 7268 nömrəli bank kartına göndərmişdir. Röya pulu istəyərkən 1-2 aya qaytaracağına söz vermiş, lakin dekabr ayının sonlarından başlayaraq bir neçə dəfə Röyanın istifadəsində olan ***-***-**-** nömrəli telefonla əlaqə saxlayıb pulunu geri istədikdə Röya hər dəfə müxtəlif bəhanələr gətirib pulu qaytarmaqdan boyun qaçırmışdır. 2022-ci ilin fevral ayının ortalarında qızı Rühəngizgildə olarkən onların ailəvi dostu, əslən Quba rayonunun Küsnət-Qazma kəndindən olan, əvvəllər polis əməkdaşı olmuş İntiqam Məhəmməd oğlu da orada olmuşdur. İntiqam ilə onun qızının əri və eyni zamanda bacısı oğlu Zaur uzun illər dost olmuş, biri-birinin evin gedib-gəlmişlər, hətta bir neçə dəfə Quba rayonunda İntiqamgildə qonaq olmuşlar. Bu səbəbdən İntiqama inanmış və etibar etmişdir. Həmin gün qızıgildə olarkən söhbət əsnasında İntiqama Röyanın ondan borc aldığı cəmi 2800 manatı qaytarmaqdan boyun qaçırdığını demişdir. O zaman İntiqam demişdir ki, Röyanın anket məlumatlarını və telefon nömrəsini versin, 2-3 gün ərzində Röyadan onun pullarını alıb qaytarmaq asan işdir. O da Röya haqqında bildiyi məlumatların hamısını İntiqama vermişdir. 2022-ci il fevral ayının sonlarında İntiqam ona öz telefon nömrəsindən zəng edib guya Röyanın 5 nəfərdən ibarət dələduz cinayət qrupunun üzvü olduğunu, Türkiyədə gizləndiyini demişdir. Məhəmməd Röyanı və dəstə üzvlərini həbs etmək məqsədilə Türkiyəyə getmək üçün polis əməkdaşlarına bilet almaq adı ilə ondan 1000 manat istəmişdir. O da fevralın 28-də saat 15:55 dəqiqədə Salyan şəhərindəki “Ay işığı” marketindən 1050 manatı İntiqamın ona telefonda söylədiyi “Kapital Bank”ın bank hesabına göndərmişdir. Martın 02-də İntiqam yenidən ona zəng edib demişdir ki, artıq polis əməkdaşları Türkiyədə Röyanın izinə düşüblər, lakin pulları qurtarıb, gecələməyə və yemək almağa pulları yoxdur, polis əməkdaşlarına yardım adı ilə ondan 1200 manat istəmişdir. Buna etiraz edib xarici ölkəyə gedən polis əməkdaşlarına dövlətin ezam pulu verməli olduğunu dedikdə İntiqam cavab vermişdirdi ki, guya polis əməkdaşları onun şəxsi xahişi ilə Türkiyəyə getmişlər, əgər onun pul verməyə imkanı yoxdursa onda Röyanı tutub gətirə bilməyəcəklər. O da məcbur qalıb həmin gün martın 2-də saat 14:33 dəqiqədə Salyan rayonu Şorsulu kəndindəki “Viqas Ailəm” marketinə gedib “Milliön” terminalı vasitəsilə İntiqamın verdiyi kart hesabına 1212 manatı göndərmişdir. Bundan bir neçə gün sonra yenidən İntiqam ona zəng edib artıq Röyanın Türkiyədə həbs edildiyini, lakin Azərbaycana gətirmək üçün pul lazım olduğunu deyib daha 1250 manat istəmişdir. Bu dəfə artıq pulu olmadığını dedikdə İntiqam demişdir ki, əgər pulu göndərməsə Röyanı Türkiyədə açıb buraxacaqlar və onun verdiyi əvvəlki bütün pulları batacaq. O da məcbur qalıb yenidən borc edib martın 7-də saat 17:07 dəqiqədə Salyan şəhərindəki “Ay işığı” marketindəki “Milliön” terminalından 1250 manatı İntiqamın telefonda söylədiyi bank hesabına göndərmişdir. Növbəti dəfə martın ortalarında İntiqam yenidən ona zəng edib artıq Röyanın Bakı şəhərinə gətirildiyini, guya Röyanın başqa-başqa şəxslərə qarşı da dələduzluq etdiyinin aşkar edildiyini, bir neçə zərərçəkmişin artıq pullarının geri qaytarıldığını, onun pullarının isə qaytarılması üçün Röyanın adına lombardda olan qızılların götürülməsi üçün 3000 manat lazım olduğunu demişdir. Röyanın lombardda olan qızıllarının ona nə aidiyyəti olduğunu soruşduqda İntiqam demişdir ki, Röyanın nağd pulu yoxdur, lakin lombardda adına xeyli miqdarda qızıl əşyaları var, həmin qızıl əşyaları lombarddan götürüb satıb onun pulunu qaytaracaqdır, lakin lombarda 3000 manat borcu var. Belə olan halda o, İntiqama yalnız 200 manat göndərə biləcəyini, qalan 2800 manatı isə bir neçə gündən sonra tapıb göndərəcəyini demişdir. İntiqam razılaşmış və o, martın 16-da saat 19:22 dəqiqədə Salyan rayonu Şorsulu kəndindəki “Sübhan” marketdəki “eManat” terminlaından İntiqamın telefonda ona söylədiyi bank hesabına 202 manat göndərmişdir. Daha sonra martın 29-da saat 12:30 radələrində Bakı şəhərində “Gənclik” metrostansiyasının yanındakı polis bölməsinin qarşısında İntiqam ilə görüşmüş və orada 2800 manat pulu İntiqama vermişdir. Görüş yerini ona İntiqam özü təyin etmiş, pulu İntiqama verərkən yanında kürəkəni Şahid3 və nəvəsi Abseyinli İsa olmuşlar. İntiqam pulu ondan alarkən demişdir ki, guya Röyanın qızıllarını lombarddan götürüb polis bölməsində saxlayırlar, polis bölməsindən qızılları götürmək üçün ondan aldığı pulu polis bölməsində kiməsə verəcək, daha sonra birlikdə “Moskva” univermağına gedərək orada qızılları satışa qoyub əvəzində pul götürəcəklər və yalnız bundan sonra onun bütün pulları özünə qaytarılacaqdır. Təxminən 30 dəqiqədən sonra İntiqam polis bölməsindən çıxıb ona demişdir ki, nahar fasiləsidir, gedib “Moskva” univermağının qarşısında gözləsin nahar fasiləsindən sonra özü həmin yerə gələcəkdir. O da kürəkəni və nəvəsi ilə birlikdə oradan çıxıb “Moskva” univermağının qarşısına getmişdir. Lakin həmin gün univermaq bağlananadək gözləsə də, İntiqam gəlməmiş və onun zənglərinə cavab verməmişdir. Evə qayıtdıqdan sonra növbəti dəfə İntiqama zəng etdikdə İntiqam cavab verib demişdir ki, guya onlardan ayrıldıqdan sonra qızılları univermağa gətirən zaman polis yoldaşını hansısa işə görə yolda həbs etmişlər və yoldaşının işini bağlamaq üçün ondan aldığı 2800 manatı yoldaşına vermişdir. Onun pullarımın bəs necə olacağını soruşduqda İntiqam demişdir ki, narahat olmasın, qısa zamanda onun bütün pullarını alıb qaytaracaqdır. Lakin aprel ayının əvvəllərində İntiqam yenidən ona zəng edib demişdir ki, tutulmuş polis yoldaşından öz adına etibarnamə alaraq həmin etibarnamə əsasında Röyanın qızıllarını lombarddan götürülməsi üçün 1550 manat lazımdır. Bu dəfə də İntiqama inanıb aprelin 13də saat 21:54 dəqiqədə Salyan rayonu Şorsulu kəndindəki “Sübhan” marketdəki “Milliön” terminlaından İntiqamın telefonda ona söylədiyi X3 adına olan “Leobank” kart hesabına 1555 manat göndərmişdir. Bundan daha bir neçə gün sonra İntiqam yenidən ona zəng edib təcili olaraq 1000 manat göndərməyini istəmiş, lakin artıq pulu olmadığından aprelin 26-da saat 10:04 dəqiqədə Salyan rayonu Şorsulu kəndindəki “Sübhan” marketdəki “Milliön” terminalından İntiqamın telefonda ona söylədiyi “Kapital bank” hesabına 354 manat göndərmişdir. Sonuncu dəfə may ayının əvvəlində İntiqam ona zəng edib demişdir ki, artıq hər şey hazırdır, bəzi işlər qalıb ki, onların da həll edilməsi və onun bütün pullarının qaytarılması üçün 5000 manat lazımdır. Bunu eşitdikdə artıq dözə biməmiş və az bir miqdarda Röyaya verdiyi pulunun qaytarılması üçün qat-qat artıq pulunun getdiyini dedikdə İntiqam demişdir ki, əgər həmin pulu verməsə həmin vaxtadək gördüyü işlərin hamısı pozulacaq və o, pulunu geri ala bilməyəcək. Əlacsız qalıb bu dəfə İntiqama inanmış və qohumlarından 4000 manat borc pul toplayıb mayın 02-də saat 23:17 dəqiqədə Salyan rayonu Şorsulu kəndindəki “Viqas Ailəm” marketdəki “Milliön” terminalından İntiqamın telefonda ona söylədiyi X5 adına olan bank hesabına 4040 manat göndərmişdir. Lakin bundan sonra İntiqam onun heç bir telefon zənginə cavab verməmişdir. Sonrakı aylarda İntiqamın atasının və anasının telefon nömrələrini əldə edib onlarla dəfələrlə telefonla əlaqə saxlayıb övladları İntiqamın onu aldadaraq ümumilikdə 12500 manat nağd pulunu ələ keçirdiyini bildirmişdir. Əvvəllər İntiqamın valideynləri narahat olmamağını, bütün pulunun geri qaytarılacağına söz versələr də, sonradan onlar da zənglərə cavab verməmişlər. İntiqam onun etibarından sui-istifadə edib aldatmaq yolu ilə ümumilikdə onun 12500 manat pulunu ələ keçirmişdir. Röya da ondan aldığı 2800 manatı geri qaytarmamış və qaytarmaqdan da boyun qaçırmışdır.Həm Röyaya, həm də İntiqama verdiyi pulların hamısını borc almışdır.Hazırda iş məhkəmədə olarkən təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəmiş, onunla barışmış, heç bir şikayəti və tələbi yoxdur.Bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmədə elan olunmuş X7 məxsus “4169 74** **** 7497” nömrəli “Kapital Bank” ödəniş kartının 2022-ci il yanvarın 1-dən iyunun 30-dək olan müddəti əhatə edən çıxarışından görünür ki, həmin karta 2022-ci il martın 2-də 1212 manat pul mədaxil edilmiş, həmin pul məbləği martın 3-də Quba şəhəri ərazisində hissə-hisə ardıcıl olaraq tam şəkildə kartdan məxaric edilmişdir. Həmçinin, həmin karta 2022-ci il martın 9-da 1250 manat pul mədaxil edilmiş və həmin pul məbləği eyni gün ərzində Quba şəhəri ərazisində hissə-hisə ardıcıl olaraq tam şəkildə kartdan məxaric edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Məmmədov X6 rayon məhkəməsinin 21 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 01 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Binəqədi rayon məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 1(001)-20/2022 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, şübhəli şəxs qismində tutulduğu bə həbsdə olduğu müddət nəzərə alınmaqla üzərində qəti olaraq 02 il 01 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 12 oktyabr 2023-cü il tarixli, 21- 1/3-24380-22 nömrəli məktubundan görünür ki, Məmmədov X6 rayon məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 1(001)-20/2022 nömrəli hökmü ilə ona təyin edilmiş 02 il 01 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. Quba Rayon İcra Hakimiyyəti Başçısının Qəçreş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində azyaşlı uşağı yoxdur. Zərərçəkmiş şəxs 28 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam şəkildə ödəmişdir və o, Təqsirləndirilən şəxsla barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmişə vurduğu ziyanın 25 faizi miqdarında, yəni 3115,75 manat pulu dövlət büdcəsinə ödəmişdir. Zərərçəkmişə dəymiş ziyanı tam ödəməsi,onunla barışması sonuncunun ondan şikayəti və tələbinin olmaması, təqsirini etiraf edərək səmimi peşimançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşqdıran hallar müyəyyən olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası 178.2.4-cü maddəsi ilə maddəsi ilə düzgün tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir. Lakin məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş zərəri ödəmiş, onunla barışmış, sonuncu bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Eyni zamanda dəymiş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində olan cinayət işinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nın 73-1.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nın 40.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.2. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 40.4. Şəxsin iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 40.5. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. Həmin Məcəllənin 41.3-cü madəsində qeyd olunmuşdur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə cinayət mühakimə icraatı zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********,Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Qərarın surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 40, 305, 346.1.8 və 347ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə həbs qətimkan tədbiri qərar qanunu qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə cinayət mühakimə icraatı zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Qərarın surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Qərardan 20 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protest verilə bilər. Sədrlik edən: Hakim: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar