Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-100/2023 13.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X20 Yaqub oğlunun sədrliyi, X14 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X13 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1984-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, işləməyən, Salyan rayon məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərarı ilə 01 ay 01 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,596 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il martın 29-də saat 17:45-də Salyan şəhəri, M.Quluzadə küçəsində, yaşadığı evin yaxınlığında qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 18:00-da ünvan 3 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və bildirmişdir ki, uzun müddətdir ki, “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin qəbul edir, 29 mart 2023-cü il tarixdə səhər saatlarında Salyan şəhəri ərazisindən keçən Kür çayının kənarı ilə piyada hərəkət edən zaman yerdən 1 ədəd sellofan büküm tapmış, içərisinə baxdıqda içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüş, həmin bükümü öz istifadəsi üçün götürmüşdür. 29 mart 2023-cü il tarixdə axşamüstü Salyan şəhəri, M.Quluzadə küçəsi ərazisində dayandığı vaxt polis əməkdaşları onu saxlayaraq Salyan RPŞ-yə aparmışlar. Polis şöbəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, üzərində olan içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin kütlədən heç kimə verməmiş, yaxud satmamış, həmçinin həmin kütləni üzərində saxlayarkən satış məqsədi olmamışdır. İstintaq hərəkəti zamanı təqdim etdiyi 1 ədəd sellofan bükümdə olan həmin kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0.7 qram olması müəyyən edilmiş, şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlə müstəntiq tərəfindən 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzəri imzalandıqdan sonra müstəntiq tərəfindən məhkəməkimyəvi ekspertizasına təqdim edilməsi üçün götürülmüşdür. Törətdiyi əməldən peşmandır, himayəsində iki uşaqları var, 8 aydır ki, həbsdən azad olunmuşdur. Bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun özünün ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidin, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Salyan rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 2023cü ilin mart ayının 29-da Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında həmin gün axşamüstü Təqsirləndirilən şəxs Salyan şəhəri M.Quluzadə küçəsi ərazisində müşahidə edib saxlayaraq Salyan RPŞ-yə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı Şahmar üzrəində olan 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Şahmarın təqdim etdiyi sellofan bükümə baxış keçirilərkən içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Şahmar bildirmişdir ki, sellofan bükümdə olan kütlə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir, həmin kütləni martın 29-da Salyan şəhəri ərazisində Kür çayı yaxınlığında yerdən tapmış, özü istifadə etmək məqsədilə götürüb üzərində saxlamış, həmin maddədən heç kimə satmamışdır. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdə olan ağ rəngli, kristalşəkilli psioxtrop maddə metamfetaminə oxşar kütlə bir ədəd boş zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzəri imzalandıqdan sonra məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün götürülmüşdür.Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Salyan Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 Fizuli oğlunun və Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələri Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə analoji olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 18:29-dan saat 18:44-dək Salyan RPŞ-nin İB-nin müstəntiqi X8 tərəfindən Salyan rayon Vəkil Bürosunun vəkili X10, Salyan RPŞ-nin əməkdaşları Şahid3, Şahid1 və Şahid2 iştirakları ilə Salyan RPŞ-də Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin anda əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması, daşınması, gəzdirilməsi, istifadəsi və ümumilikdə dövriyyəsi qadağan edilən başqa əşya və ya maddə olub-olmaması barədə soruşulduqda o, üzərində ümumiyyətlə başqa əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunan başqa əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümə baxış keçirilərkən içində ağ rəngli, kristalşəkilli, ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlə barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir. Həmin kütləni 29 mart 2023-cü il tarixdə Salyan şəhəri ərazisində, Kür çayı yaxınlığında yerdən tapmış və istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin kütlədən heç kimə verməmiş, yaxud satmamışdır. Eləcə də, həmin kütləni üzərində saxlayarkən satış məqsədi olmamışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümdə olan ilk baxışdan psixotrop maddə metmafetaminə oxşar kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və həmin kütlənin çəkisinin 0.7 qram olması müəyyən edilmişdir. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan ağ rəngli, kristalşəkilli, ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün №113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmış, həmin videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/376 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,596 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, metamfetamin təmiz çəkisi– 0,596 qram, tədqiqata sərf edildi - 0.05 qram, qalıq – 0,546 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18/376 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 372 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından və eyni tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş ekspertizadan sonra qalıq qalmış 0,546 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan Salyan RMX-nın xx.xx.2023-cü il tarixli, PHŞ-6-68/2- 634/2023 saylı arayışından görünür ki, həkim-narkoloq S.Zərgərlinin məlumatına əsasən Salyan şəhəri, M.Quluzadə küçəsi, ev 44-də qeydiyyatda olan və yaşayan, 1984-cü il təvəllüdlü, Təqsirləndirilən şəxs “Tiryək narkomaniyası” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır. Həkim-psixiatr X.Ağayevanın xx.xx.2023-cü il tarixli məlumatına əsasən qeydiyyatda yoxdur. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 xx.xx.2023-cü il tarixli raportundan görünür ki, keçirilmiş və əldə edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini yerdən tapmış və istifadə etmək məqsədilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs həmin psixotrop maddədən kiməsə satması və ya həmin maddəni üzərində saxlayarkən satmaq niyyətinin olması barədə əməliyyat məlumatı əldə edilməmişdir. Təqsirləndirilən şəxs sakinlər arasında narkotik vasitə və psixotrop maddə istifadəçisi kimi tanınması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən, Salyan rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli hökmündən, Salyan rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə (3 dəfə) məhkum olunmuş, sonuncu dəfə Salyan rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022ci ildə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə 01 ay 01 gün müddətə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 04 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunmuş, Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, onun barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərində saxladığı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini heç bir etiraz etmədən istintaqa təqdim etməsinin könüllü təqdim etmə kimi qiymətləndirilmədiyi nəzərə alınmış, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmiş, ondan aşkar edilərək götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0.546 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/376 nömrəli və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 372 saylı rəyləri dindirmə və digər istintaq hərəkətlərinin protokolları, şəxsi axtarış istintaq hərəkətinin aparılması zamanı videoçəkiliş kadrlarını özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarında olan Salyan rayonu İcra Hakimiyyəti Başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 1019 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı - 1991-ci il təvəllüdlü X11, qızı- 2008-ci il təvəllüdlü X3 və qızı- 2016-cı il təvəllüdlü X4r. İş materiallarına əlavə olunmuş “Elektron məhkəmə informasiya sistemindən” çıxarışlardan görünür ki, X9 xx.xx.2008-ci il tarixdə, X12 isə xx.xx.2016-cı il tarixdə anadan olmuşlar. İş materiallarında olan Salyan rayon İHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,596 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşıması, Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il martın 29-də saat 17:45-də Salyan şəhəri, M.Quluzadə küçəsində, yaşadığı evin yaxınlığında qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 18:00-da ünvan 3 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinə gətirilməsi, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən həmin psixotrop maddənin aşkar edilərək götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83, 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Salyan rayon məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərarı ilə 01 ay 01 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Həmin vaxtdan iki il müddət keçmədən-yəni məhkumluğu ödənilmədən isə hazırkı cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi qəbul edir, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, işdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin əməlində residiv var, CM-nin 65.2-ci maddəsinə əsasən törətdiyi cinayətə görə ona ittiham olunduğu maddədə müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az cəza təyin edilə bilməz. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən həmin psixotrop maddəni qanunsuz əldə etməsi, daşıması, saxlamasını, əvvəllər dəfələrlə məhkum olunmasını, məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması ilə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Eyni növ cinayət əməllərini əvvəllər dəfələrlə törətməsi onun sabit kriminal meyilli olmaqla islah yoluna qədəm qoymayaraq ona məhkəmə tərəfindən təyin olunmuş cinayət-hüquqi tədbirlərə məhəl qoymamasına dəlalət edir. Məhz bu hal onun islah olunmadığını təsdiq etməklə şəxsiyyətinin və hərəkətlərinin böyük təhlükə potensialına malik olmasını şərtləndirir, bir sözlə onun cinayət qanununda nəzərdə tutulmuş əməli yenidən törətmək ehtimalına kifayət qədər əsas verir. Həmçinin, stimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq psixotrop maddələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edildiyindən və onun müalicəyə ehtiyacı olduğundan Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X6 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,546 qram çəkidə olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X6 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,546 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(057)-100/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-100/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver