Məhkəmə qərarları › İş №1(057)-101/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-101/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-101/2023 14.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X16 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxxx 1964-cü ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, ev 110-da qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 24 avqust 1992-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar şəhəri, M. İbrahimov küçəsi ev 110-da qeydiyyatda olmaqla orada yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə bacısı qızı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək qeyrirəsmi nikahda yaşadığı Şahid1 övladı X7 işə düzəltməklə bağlı müraciət etmiş Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 övladını 13.000 manat müqabilində "xxxx" Neft Şirkətində yüksək əmək haqqı ilə işə düzəldəcəyi barədə yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.S.Ordubadi küçəsində yerləşən “Sarı market”in qarşısında qohumu Şahid1 verdiyi 13.000 manat pulu həmin gün birlikdə yaşadıqları ünvan 2 ünvanda yerləşən evdə sonuncudan götürərək həmin məbləğin 5.000 manatını xx.xx.2022-ci il tarixdə saat 14:16:43-də ünvan 3 ünvanda yerləşən “Dağlı” marketdəki ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs2 məxsus 416973******6378 nömrəli “Kapital Bank” kartının ******************** hesab nömrəsinə göndərib qalan 8.000 manatı özünə götürməklə özgənin əmlakını qabaqcadan əlbir bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 13.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə bacısı qızı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Cəlilabad rayonu, Sabirabad kəndində yaşayan Zərərçəkmiş şəxs2 övladı Şahid3 Cəlilabad rayonunda Yanğından Mühafizə Xidmətinə işə düzəldəcəyi barədə yalan vəd verib aldatmaqla 2022ci il iyulun 25-də Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu, Qarazəncir kəndindən keçən hissəsində bu məqsədlə bacısı qızı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 aldığı 3500 manat puldan 250 manatını özünə götürüb qalan 3250 manatını Təqsirləndirilən şəxs2 verməklə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 3500 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə bacısı qızı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 8500 manat müqabilində onu “BP” neft şirkətində əmək haqqısı 2.000 manat olan mühafizəçi işinə düzəldəcəyi barədə yalan vəd verib aldatmaqla 07 avqust 2022-ci il tarixdə Salyan şəhər avtovağzalında Zərərçəkmiş şəxs3 bu məqsədlə əvvəlcə 3500 manat, xx.xx.2022-ci il tarixdə isə yenə Salyan şəhər avtovağzalında 5.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib aldığı həmin 8.500 manatdan 7650 manatını Təqsirləndirilən şəxs2 verib qalan 850 manatını özünə götürməklə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 8500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə xalası Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə sonuncunun qeyri-rəsmi nikahda yaşadığı Şahid1 övladı X7 işə düzəltməklə bağlı müraciət etmiş Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 övladını 13.000 manat müqabilində "xxxx" Neft Şirkətində yüksək əmək haqqı ilə işə düzəldəcəyi barədə Təqsirləndirilən şəxs1 vasitəsilə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.S.Ordubadi küçəsində yerləşən “Sarı market”in qarşısında qohumu Şahid1 verdiyi 13.000 manat pulu həmin gün sonuncudan birlikdə yaşadıqları ünvan 2 ünvanda yerləşən evdə Təqsirləndirilən şəxs1 alıb həmin məbləğin 8.000 manatını özünə götürüb, qalan 5.000 manatını xx.xx.2022-ci il tarixdə saat 14:16:43-də ünvan 3 ünvanda yerləşən “Dağlı” marketdəki ödəmə terminalı vasitəsilə ona məxsus 416973******6378 nömrəli “Kapital Bank” kartının ******************** hesab nömrəsinə göndərməklə özgənin əmlakını qabaqcadan əlbir bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 13.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə xalası Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 vasitəsi ilə Cəlilabad rayonu, Sabirabad kəndində yaşayan Zərərçəkmiş şəxs2 övladı Şahid3 Cəlilabad rayonunda Yanğından Mühafizə Xidmətinə işə düzəldəcəyi barədə yalan vəd verib aldatmaqla 2022-ci il iyulun 25-də Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu, Qarazəncir kəndindən keçən hissəsində bu məqsədlə Zərərçəkmiş şəxs2 aldığı 3500 manat puldan 3250 manatını özünə götürüb qalan 250 manatını Təqsirləndirilən şəxs1 verməklə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 3500 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə xalası Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 vasitəsi ilə Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 8500 manat müqabilində onu “BP” neft şirkətində əmək haqqısı 2.000 manat olan mühafizəçi işinə düzəldəcəyi barədə yalan vəd verib aldatmaqla 07 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Salyan şəhər avtovağzalında Zərərçəkmiş şəxs3 bu məqsədlə aldığı 3500 manat, xx.xx.2022-ci il tarixdə isə yenə Salyan şəhər avtovağzalında aldığı 5.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib həmin 8.500 manatdan 7650 manatını özünə götürüb 850 manatını Təqsirləndirilən şəxs1 verməklə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 8500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri və iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər ünvan 4 ünvanda yerləşən evdə bacısı qızı Təqsirləndirilən şəxs2 və Gülnarın anası Fərqanə Həsənova ilə birlikdə yaşamış, 2017-ci ildə Abşeron rayonu, Xırdalan şəhərinə köçərək əslən Kəlbəcər rayonundan olan Xəqani adlı şəxslə faktiki nikah münasibətlərinə daxil olaraq Xəqani ilə birlikdə ünvan 1 ünvanda yaşamışdır. Onların bu nikahlarından övladları olmamışdır. 2022-ci ilin may ayının əvvəllərində Xəqani ilə evlərində söhbət edən zaman Xəqani ona Sevda adlı qohumunun qızı üçün iş axtardığını demişdir. Bacısı qızı Gülnara zəng edib bu barədə ona bildirmiş, Gülnardan istəyən olarsa onu "xxxx" şirkətinə tanışının işə düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Gülnar da Elşən adlı tanışı ilə danışıb ona cavab deyəcəyini bildirmiş, 2022-ci ilin may ayının sonlarında Gülnar ona Elşən adlı tanışı ilə bu barədə danışıb onun razılığını aldığını bildirmiş, o da Gülnara işə düzəlmək istəyən şəxsin əri Xəqaninin bibisi nəvəsi Nuriyə Ələsgərova olmasını, Nuriyənin ali təhsilli olmaqla çox savadlı olmasını demişdir. Gülnar Nuriyəni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri, H. Əliyev prospekti 121 ünvanda yerləşən baş ofisində mühasibatlıq yanında komputer işinə düzəldə biləcəyini və onun ayda 1500 manat maaş alacağına söz vermiş, o da öz növbəsində bu barədə əri Xəqaniyə demişdir. Əvvəlcə Xəqaniyə işin düzəlməsi üçün 15.000 manat istənildiyini demiş, Xəqani öz qohumu Sevda ilə əlaqə saxladıqda onların 15.000 manata güclərinin çatmadığını öyrənib ondan məbləğin aşağı endirilməsini xahiş etmiş, o da öz növbəsində həmin məbləği 13.000 manata endirmişdir. Bundan sonra Xəqani xx.xx.2022-ci il tarixdə qohumu Sevdadan 13.000 manat pulu alıb birlikdə yaşadıqları evə gətirib həmin pulun hamısını ona vermişdir. Xəqanidən 13.000 manatı aldıqdan sonra həmin pulu evdə gizlətmiş, Gülnarla danışıb işə düzəldənin valideynindən cəmi 6.000 manat pul aldığını deyib ona həmin pulu hansı yolla ona göndərməsi barədə soruşduqda Gülnar pulu taksi sürücüləri və ya ödəmə terminalı vasitəsilə kartına göndərməsini , 6000 manat puldan da 1.000 manatını özü üçün götürüb xərcləməsini ona demişdir. Ona görə də, xx.xx.2022-ci il tarixdə yaşadığı evin yaxınlığındakı Xırdalan şəhəri, Ş.Qurbanov ev 36 ünvanda yerləşən “Dağlı” marketdəki ödəmə terminalı vasitəsilə Gülnarın “Kapital bank”hesabına 5.000 manat pul göndərmiş, Xəqaniyə 13.000 manat pulun 6.000 manatını işə düzəldənə göndərdiyini, qalan 7.000 manatını isə özü Biləsuvar şəhərinə gedəndə aparacağını demişdir. Təxminən 10 gün müddətində onda qalan 8.000 manatın 1000 manatını öz ehtiyaclarına xərcləmiş, qalan 7.000 manatını isə pul qabında gəzdirdiyindən onu həmin müddətdə Xırdalan şəhərində bazarda və ya hansısa ticarət mərkəzlərindən birində itirmiş, lakin, qorxudan bu barədə Xəqaniyə heç nə deməmişdir. Gülnarın istədiyi sənədləri, yəni diplomu, şəxsiyyət vəsiqəsinin surətlərini, Nuriyyənin fotoşəkillərini Xəqaninin vasitəsilə Sevdadan alıb rayona gedəndə özü ilə apararaq rayonda olarkən Gülnara vermiş, Gülnar vəd verdiyi işin 15 gün ərzində düzələcəyinə onu inandırdıqdan sonra o, Xırdalan şəhərinə qayıtmışdır. 15 gün keçdikdən sonra Gülnara zəng edib işin düzəlməsinin nə yerdə olması barədə ondan soruşanda Gülnar Elşən adlı tanışı ilə əlaqə saxladığını və işin düzəlməsi üçün əlavə vaxt lazım olduğunu ona demiş, o da öz növbəsində bu barədə Xəqani vasitəsilə Sevdaya məlumat vermişdir. Bir müddət keçdikdən sonra işin düzəlmədiyini görən Sevda onu və Xəqanini narahat etməyə başlamış, o da Gülnara zəng edib işin nəticəsi barədə ondan soruşduqda Gülnar ona guya Nuriyyə üçün vəd verilmiş iş yerinə kiminsə bir nəfər imkanlı adamın qızının yerləşdirildiyini, hazırda həmin adamın oradan kənarlaşdırılması üçün çalışdıqlarını bildirmiş, həmçinin ona demişdir ki, ona işin düzəlməsi barədə söz verən Elşən adlı şəxsin bu müddət ərzində əlavə adamların işə düzəltməsi üçün ona razılıq verildiyini bildirdiyini, tanıdığı şəxslərdən işə düzəlmək istəyən şəxslərin olduğu halda onlarla onu tanış etməsini istəmişdir. Ona görə də, Gülnarın təklifi ilə 2022-ci ilin iyul ayının ortalarında Cəlilabad rayonunun, Sabirabad kəndindən olan tanışı Zərərçəkmiş şəxs2 adlı şəxsin oğlu Mübarizi Cəlilabad rayonunda FHN-də işə düzəldilməsi barədə onlarla danışıb razılaşmış, sonra özü xəstələndiyindən Gülnar özü gedib Rafiq və oğlu ilə yaşadıqları Cəlilabad rayonunda görüşüb onlardan 3500 manat pul alaraq Biləsuvar şəhərinə gətirmiş və Gülnar həmin pulun 250 manatını ona vermişdir. Daha sonra isə 2022-ci ilin avqust ayının əvvəllərində Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayan Dilarə adlı tanışının Babək adlı oğlunu BP şirkətində mühafizə xidmətinə işə düzəltmək adı ilə iki dəfəyə, yəni hər dəfə 3500 və 5000 manat olmaqla, cəmi 8500 manat pulu Salyan şəhər avtovağzalında Zərərçəkmiş şəxs3 alıb Gülnara vermiş, Gülnar da 8500 manat pulun 850 manatını qaytarıb ona vermişdir. Babəki və onun valideynlərini 4-5 il əvvəldən tanımış, Babəkin anası Dilarə ilə yaxın münasibəti olduğu üçün onların yaşadıqları Salyan şəhəri, Qaraçala qəsəbəsindəki evlərində bir neçə dəfə qonaq da olmuşdur. Bacısı qızı Gülnarın Elşən adlı tanışının “BP” şirkətində əlaqələri olması, həmin şirkətdə mühafizəçi işi olduğunu deməsinə inanıb o da Babəkin anasına zəng edərək bu barədə məlumat vermiş, düzələcək işin yüksək maaşlı olmasına görə 8.500 manata başa gəlindiyi Gülnar tərəfindən ona deyildiyi üçün o da bu barədə Dilarə və Babəkə bildirmiş, ancaq işin öz bacısı qızı Gülnarın vasitəsilə düzələcəyi barədə onlara da heç nə deməmişdir. Gülnarın ona verdiyi vədləri o, öz adından Dilarə və oğlu Babəkə demiş, onlar da onun Babəki guya işə düzəldəcəyi barədə verdiyi vədinə inanmışlar. İşə düzəlməsi ilə bağlı aralarındakı söhbət zamanı Babək ondan istənilən 8500 manat pulun iki dəfəyə verilməsini xahiş etmiş, o da öz növbəsində Babəkin bu xahişi ilə razılaşmışdır. Sonradan işə düzəlmə məsələsinin həll olunmadığını görən Babək və anası ondan verdikləri 8500 mantat pulu geri qaytarmasını tələb etdikdə o, həmin puldan Gülnarın ona verdiyi 850 manat pulu Babəkin kartına yükləmiş, qalan pul isə Gülnar da olduğundan onu qaytara bilməmişdir. Gülnarın Elşən adlı tanışını o, görməmiş, belə bir şəxsin ümumiyyətlə olub-olmamasını bilməmiş, Gülnarın dediklərinə inandığı üçün Babək və onun anası Dilarəyə Babəki "BP" şirkətinə işə düzəldəcəyi barədə söz verib onlardan 8500 manat almışdır. Gülnar özü Babəki və onun ailəsini tanımamış, onlar da Gülnarı görməmiş, onunla ünsiyyətdə olmamış, verdikləri 8500 manat pulun hamısını özü alıb Gülnara vermişdir. Həmin puldan özünə çatan 850 manatı Babəkə qaytarsada ondan aldığı qalan 7650 manatın qaytarılmadığından hazırda çox peşmandır. Gülnarın Xəqaninin qohumu Sevdanın qızının işə düzəlməsi məsələsini geçikdirdiyini görən Sevda pulunun qaytarılmasını onlardan tələb etməyə başlamış, ona görə Xəqani də onu tez-tez narahat edərək ondan işə düzəldənin kim olduğunu soruşmuş, məcbur qaldığından işə düzəldənin Gülnarın tanışı olduğunu Xəqaniyə demiş, bunu bildikdə Xəqani bərk əsəbləşmiş və pulun ondan alınıb geri qaytarılmasını tələb edərək ona verdiyi 13.000 manat pulun nə qədərinin Gülnarda olduğunu soruşmuşdur. O da qorxusundan yalandan Xəqaniyə 13.000 manat pulun 5.000 manatını Gülnarın kartına göndərdiyini və qalan 8.000 manatını isə rayona aparıb əlbəəl ona verdiyini deyib Xəqanini aldatmış, Xəqani də onun bu dediklərinə inandığından gedib bununla əlaqədar Biləsuvar RPŞ-nə ərizə ilə müraciət etməyi məsləhət bilmişdir. Ona görə də, xx.xx.2022-ci il tarixdə birlikdə Biləsuvar rayonuna gedib bu barədə Biləsuvar RPŞ-nə ərizə ilə müraciət etmiş, ərizəsi üzrə aparılan araşdırma zamanı onun yalanı ortaya çıxmış, polis şöbəsində Gülnar 13.000 manatdan xəbəri olmadığını, ona cəmi 5.000 manat pul verildiyini bildirmişdir. Belə olan vəziyyətdə məcbur olub hər şeyi etiraf edərək Gülnara işin düzəlməsi üçün cəmi 6.000 manat aldığını dediyini, Gülnarın razılığı ilə 6000 manatdan 1.000 manatını özünə götürüb xərclədiyini, Xəqaninin ona verdiyi 13.000 manat pulun 5.000 manatını Gülnara göndərdiyini, qalan 7.000 manatını isə Xırdalan şəhərində itirdiyini bildirmiş, Gülnar da həmin vaxt Xəqaninin qohumunun işə düzəlməsi üçün ondan 15.000 manat və yaxud 13.000 manat istəmədiyini demişdir. Xəqaniyə qohumunun işə düzəlməsi üçün 15.000 manat istənildiyini yalandan özü demiş, Xəqani də qohumunun həmin məbləği düzəltməyə gücü çatmadığını öyrəndikdən sonra ona bu işin düzəlməsinə görə qohumunun cəmi 13.000 manat düzəldə biləcəyini bildirdiyindən razılaşıb Xəqanidən 13.000 manat pul almışdır. Gülnar Xəqaninin qohumu Sevdanı tanımamış və onunla heç bir münasibətdə olmamışdır. Ümumilikdə o, öz bacısı qızı Təqsirləndirilən şəxs2 ilə birlikdə dələduzluq yolu ilə Zərərçəkmiş şəxs1 13.000 AZN, Zərərçəkmiş şəxs3 8500 AZN və Zərərçəkmiş şəxs2 3500 AZN, cəmi 25.000 pulunu ələ keçirmiş, aldıqları 25.000 manat puldan 9100 manatı özünə, qalan 15.900 manatı isə Gülnara çatmışdır. Özünə çatan 9.100 manatdan cəmi 850 manatını Zərərçəkmiş şəxs3 qaytarmış, 7.000 manatını itirmiş, qalan hissəsini isə öz ehtiyaclarına xərcləmişdir. Gülnarda qalan 15.900 manatı onun nə etməsini, özünün xərcləməsini və ya kiməsə verməsini bilmir, bu barədə də heç bir məlumatı yoxdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, həbsdən azad olunsa, zərər çəkmiş şəxslərə vurduğu zərəri ödəyə bilər. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Xalası Təqsirləndirilən şəxs1 eşitmişdir ki, Zərərçəkmiş şəxs1 qızını işə düzəltmək məqsədi ilə xalası ilə 2017-ci ildən Abşeron rayonu, Xırdalan şəhərində faktiki nikahda yaşayan Xəqani adlı şəxsə pul verib. 2022-ci ilin may ayında xalası Təqsirləndirilən şəxs1 onun yaşadığı və özünün də qeydiyyatda olduğu ünvan 4 ünvanda yerləşən evlərinə gəlmiş, evdə söhbət zamanı xalası ona əri Xəqaninin bir qadın qohumunun qızı işsiz olduğundan onu işə düzəltmək istədiklərini və işin düzəlməsi üçün də müəyyən məbləğdə pul verməyə hazır olduqlarını deyib tanışı olarsa Xəqaninin qohumunu işə düzəlməsinə kömək etməyi ondan xahiş etmişdir. O da xalasına cavabında bu barədə maraqlanıb ona məlumat verəcəyini demiş, həmin dövrdə heç bir yerdə işləmədiyindən və maddi cəhətdən sıxıntı keçirdiyindən xalasına əri Xəqaninin qohumu üçün iş tapdığını deyib ondan bu məqsədlə müəyyən məbləğdə pul almaq, sonradan isə işin alınmadığını deyərək aldığı pulu hissə-hissə düzəldib ona qaytarmaq qərarına gəlmişdir. Ona görə də, 2022-ci ilin may ayının sonlarında xalasına zəng edib "SOKAR” Neft Şirkətində işləyən bir tanışı olduğunu, həmin şəxsin vasitəsi ilə onun işlədiyi şirkətə istənilən şəxsi yüksək maaşlı işə düzəltmək mümkün olduğunu, əri Xəqani ilə danışıb onun öz qohumu ilə maraqlanıb onların nə fikirdə olmaları barədə ona bir söz deməsini tapşırmış, xalası həmin vaxt ona işə düzəlmək istəyən şəxsin Xəqaninin bibisi nəvəsi Nuriyə Ələsgərovanın ali təhsilli, savadlı bir qız olmasını demişdir. O da xalasına həmin qızı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri, H.Əliyev prospekti 121 ünvanda yerləşən baş ofisində mühasibatlıq yanında kompüter işinə düzəldə biləcəyini və onun ayda 1500 manat məbləğində maaş alacağını demişdir. Xalası ondan bu işi düzəltməyə görə nə qədər pul lazım olacağını soruşanda ona Xəqani vasitəsi ilə həmin şəxslərin bu işə görə nə qədər pul vermək istədiklərini öyrənməsini tapşırmışdır. Sonradan xalası ona zəng vurub əri Xəqaninin qohumu qızının işə düzəlməsi üçün cəmi 6.000 manat pul düzəldə bildiyini deyib ondan bu işi düzəltməyi xahiş etmişdir. Xalasına razılıq verəndən sonra xalası həmin 6000 manatdan 5000 manatını ona verəcəyini, 1000 manatını isə özünə götürəcəyini demiş, xalasının dediyi bu şərtlə razılaşıb ona yalnız həmin pul ona çatandan sonra düzəldənlə bu barədə danışacağını demişdir. xx.xx.2022ci il tarixdə xalası Səbiyə ona zəng vurub artıq 6.000 manat pulun onda olduğunu bildirib ona pulu hansı qaydada göndərməli olduğunu soruşanda xalasına həmin pulu Biləsuvar şəhərinə gələn taksi maşınlarının sürücülərindən biri vasitəsi ilə, yaxud ödəmə terminalı vasitəsilə onun “Kapital Bank” kart hesabına göndərə biləcəyini demişdir. Xalası da həmin 5000 manat pulu kart hesabına göndərəcəyini deyərək kartının hesab nömrəsini ondan istəmiş, ona görə öz kartının üzərində olan nömrənin şəklini çəkib onu xalasının telefonuna göndərmişdir. Az sonra onun kartındakı hesaba 5.000 manat pul daxil olmuş və o, həmin pulu hissələrlə müxtəlif ATM-dən çıxarıb özünə götürmüşdür. Ondan sonra o, xalasından işə düzəlmək istəyən qızın, yəni Nuriyyənin diplomunun, şəxsiyyət vəsiqəsinin surətlərini və bir də fotoşəkillərini istəmiş, xalası da növbəti dəfə rayona gələndə Nuriyyə adlı qıza məxsus fotoşəkilləri və onun sənədlərinin surətlərini gətirib ona vermiş, işə düzəlmə məsələsinin nə vaxt həll olunacağını soruşanda xalasına bu işin 15 günə kimi öz həllini tapacağını demiş və xalası onun bu sözlərinə inanıb Xırdalana şəhərinə qayıtmışdır. 15 gün keçdikdən sonra xalası Səbiyə ona zəng vurub vəziyyətlə maraqlananda ona guya Elşən adlı tanışı ilə əlaqə saxladığını, o da bu işin düzələcəyini, lakin bununla bağlı bir az gözləmək lazım olduğunu, hər şeyin yaxın günlərdə həll olunacağını ona demişdir. Bir müddət keçdikdən sonra işin düzəlmədiyini görən xalası ondan bu barədə soruşanda ona guya Nuriyyə üçün vəd verilmiş iş yerinə bir nəfər imkanlı adamın qızını işə götürüldüyünü, hazırda həmin adamın oradan kənarlaşdırılması üçün onların çalışdığı barədə yalan məəlumat vermiş, xalası da onun sözünə inanıb daha ona bir söz deməmişdir. Xalası ilə danışarkən bu işi düzəltməyə söz verən Elşənin ona əlavə adamların işə düzəltməsi üçün ona razılıq verildiyini dediyini, tanıdığı şəxslərdən işə düzəlmək istəyən olarsa onlarla tanış etməsini tapşırdığınıda demiş, ona görə də 2022-ci ilin iyul ayının ortalarında xalası Səbiyə 2022-ci ilin iyul ayının ortalarında Cəlilabad rayonunun, Sabirabad kəndindən olan tanışı Zərərçəkmiş şəxs2lə danışıb onun oğlu Mübarizi Cəlilabad rayonunda FHN-də işə düzəltməyə söz vermiş, sonra ona zəng vurub xəstə olduğunu, Rafiqlə görüşə bu səbəbdən gedə bilmədiyini deyib ondan gedib Rafiqlə görüşüb pulu götürməsini xahiş etmişdir. Ona görə də, bir taksi maşını ilə Cəlilabad rayonu, Sabirabad kəndinə gedərək orada yol kənarında Rafiq və onun oğlu ilə görüşmüş və həmin vaxt onlardan 3.500 manat pul almış, gətirib həmin puldan 250 manatını xalasına verməklə qalan hissəsini özünə götürmüşdür. Həmçinin, 2022-ci ilin avqust ayının əvvəllərində xalası Səbiyə Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayan Dilarə adlı qadının Babək adlı oğlunu BP şirkətində mühafizə xidmətinə işə düzəltmək adı ilə Babəkdən bir dəfə 3500, sonra isə 5000 manat, cəmi 8500 manat pul alaraq ona vermiş, o da həmin puldan 850 manatını xalasına qaytarıb verib qalanını özünə götürmüşdür. Xalası Səbiyə ayrı-ayrı vətəndaşlardan aldığı pulları ona görə gətirib ona vermişdir ki, o xalasını guya "BP"şirkətində işləyən Elşən adlı bir tanışının olmasına, Elşənən çoxlu tanışlarının və əlaqələrinin olmasına, istənilən şəxsi də onun işə düzəldə bilmək imkanının olmasına inandırmış, xalası da onun bu barədə dediklərinə inandığı üçün gətirib ayrı-ayrı şəxslərdən aldığı pulları ona vermişdir. Sonradan qohumunun işə düzəlmə məsələsi həll olunmadığından xalası ilə onun əri Xəqani arasında narazılıq yaranmış, Xəqani xalasından pulu kimə verməsini soruşanda xalası Xəqaniyə verdiyi 13.000 manat pulun hamısını ona verdiyini demiş, ona görə də Xəqani bu barədə Biləsuvar RPŞ-nə ərizə ilə müraciət etməyi xalasından tələb etmişdir. Xalası da bu səbəbdən Xəqani ilə Biləsuvar rayonuna gəlib polisə ondan şikayət ərizəsi yazmışdır ki, guya Sevda adlı qadından alınmış 13.000 manat pulun hamısını ona verib. Lakin bununla bağlı Bələsuvar RPŞ-də aparılan araşdırma zamanı xalasının yalanı ortaya çıxmış, polis şöbəsində ondan soruşanda o, alınmış 13.000 manatdan xəbəri olmadığını, xalasının bu işə görə cəmi 6.000 manat alındığını ona dediyini və ondan da cəmi 5.000 manat pul ona göndərdiyini demişdir. Vəziyyəti belə görən xalası Səbiyə də məcbur olub polis şöbəsində hər şeyi olduğu kimi etiraf edərək Xəqanidən aldığı 13.000 manatdan cəmi 5.000 manatını ona verdiyini demişdir. Həmin 5000 manatdan başqa xalası Səbiyə 2022-ci ilin iyun-avqust ayları ərzində Mübariz və Babək adlı Salyan,Cəlilabad rayon sakinlərindən aldığı 3500 və 8500 manat pulu da ona vertmiş, o da həmin pullardan 250 və 850 manatını xalasına verib qalanını özünə götürmüşdür. Sonradan işə düzəlmə məsələsinin həll olunmadığını görən xalası Səbiyə Dilarə adlı qadının oğlu Babəkdən alıb ona verdiyi cəmi 8500 manat puldan özünə çatan 850 manat pulu deməsinə görə onlara qaytarsada qalan 7650 manatı özü xərclədiyindən onu qaytara bilməmiş, alınan həmin pulları öz ehtiyaclarına xərcləmiş, onlardan kiməsə də verməmişdir. Elşən adlı heç bir tanışı olmamaqla Elşən adlı şəxs barəsində xalasına dedikləri hamsı yalan söhbətlər olmuş, xalasını inandırmaq üçün belə bir varianta əl atmış, işə düzəltmək barədə aldatdıqları şəxslərlə xalası danışıb onlardan pulların əksəriyyətini xalası özü alsada onları işə düzəltmək barədə yalandan vədi onun özü vermişdir. Hazırda səhvini başa düşür və imkanı olmadığı üçün dəymiş ziyanı ödəyə bilməmişdir. İmkanı olarsa həmin ziyanları da ödəyəcəkdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 2022-ci ilin may ayının sonlarında Xəqani ona zəng vuraraq SOCAR şirkətində aylıq əmək haqqı 1500 manat olan bir iş yeri olduğunu, qızının həmin yerə işə düzəlməsi üçün 13.000 manat pul verməli olduğunu ona demiş, razılaşdıqlarından 03 iyun 2022-ci il tarixdə Biləcəri qəsəbəsində Xəqani ilə görüşərək ona 13.000 manat pul vermiş, pulu Xəqaniyə verərkən əri Rauf Muradov da onların yanında olmuşdur. Pulu aldıqdan sonra Xəqani Nuriyənin qısa müddət ərzində işə çıxacağını onlara demiş, 14 iyun 2022-ci il tarixdə özünü Səbiyə kimi təqdim edən bir qadın onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Nuriyənin sabahdan işə getməli olması barədə onlara məlumat vermiş, ona görə də səhəri günü Nuriyə Səbiyə adlı qadının dəvəti ilə onunla Bakı şəhərində "Şamaxinka" adlanan ərazidə görüşmüş, evə qayıtdıqdan sonra Nuriyə onlara işə düzəlməsi məsələsinin hələlik alınmadığını, Səbiyə adlı qadının deməsinə görə bu məsələnin bir həftə ərzində düzələcəyini ona dediyini onlara bildirmişdir. Ondan sonrakı günlərdə özü bir neçə dəfə Səbiyə ilə görüşmək istəsədə hər dəfə Səbiyə adlı qadın müxtəlif bəhanlər gətirərək onunla görüşmək istəməyərək bu görüşlərdən boyun qaçırmaqla vaxt qazanmağa çalışmışdır. Sonradan Səbiyə adlı qadın onlara SOCAR şirkətində vakant olan yerə başqa bir adamın işə götürüldüyünü deyib Nuriyəni "BP" şirkətinə işə düzələcəyini demiş, lakin bu dəfə də həmin şəxs onları aldatmış və Nuriyənin işə düzəlmə məsələsi öz həllini tapmamışdır. Ona görə də, bununla əlaqədar qohumu Xəqani ilə bir neçə dəfə əlaqə saxladıqda Xəqani ona məsələdən xəbərdar olduğunu, bu məsələnin tezliklə həll olunacağını ona desədə yenə də Nuriyə işə düzəlməmiş və Xəqani də aldığı 13.000 manat pulu onlara qaytarmamışdır. Bu səbəbdən məcbur qalıb aldadılaraq 13.000 manat pulunun ələ keçirilməsi barədə Binəqədi RPİ-nə yazılı ərizə ilə müraciəıt etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, xəstəlikdən əziyyət çəkir, həbsdən azad olunsa, zərər çəkmiş şəxslərə vurduğu zərərin özünə aid olan hissəsini tam ödəyə bilər. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, qızı Nuriyə 2021-ci ildə Bakı Slavyan Universitetinin rus dili müəllimliyi fakultəsini bitirsədə özünə iş tapa bilməmişdir. Qohumu olan Xəqaninin əvvəllər bir neçə şəxsi işə düzəltməsini eşitdiyindən Nuriyə üçün iş axtaran zaman ona zəng vurub bu məsələdə onlara kömək etməsini ondan xahiş etmiş, Xəqani də maraqlanıb bu barədə ona məlumat verəcəyini demişdir. 2022-ci ilin may ayının sonlarında Xəqani ona zəng vuraraq SOCAR şirkətində aylıq əmək haqqı 1500 manat olan bir iş yeri olduğunu, qızının həmin yerə işə düzəlməsi üçün 13.000 manat pul verməli olduğunu ona demiş, razılaşdıqlarından 03 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Biinəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S. Ordubadi küçəsində Xəqani ilə görüşərək ona 13.000 manat pul vermiş, pulu Xəqaniyə verərkən əri Rauf Muradov da onların yanında olmuşdur. Pulu aldıqdan sonra Xəqani Nuriyənin qısa müddət ərzində işə çıxacağını onlara demiş, 14 iyun 2022-ci il tarixdə özünü Səbiyə kimi təqdim edən bir qadın onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Nuriyənin sabahdan işə getməli olması barədə onlara məlumat vermiş, ona görə də səhəri günü Nuriyə Səbiyə adlı qadının dəvəti ilə onunla Bakı şəhərində "Şamaxinka" adlanan ərazidə görüşmüş, evə qayıtdıqdan sonra Nuriyə onlara işə düzəlməsi məsələsinin hələlik alınmadığını, Səbiyə adlı qadının deməsinə görə bu məsələnin bir həftə ərzində düzələcəyini ona dediyini onlara bildirmişdir. Ondan sonrakı günlərdə özü bir neçə dəfə Səbiyə ilə görüşmək istəsədə hər dəfə Səbiyə adlı qadın müxtəlif bəhanələr gətirərək onunla görüşmək istəməyərək bu görüşlərdən boyun qaçırmaqla vaxt qazanmağa çalışmışdır. Sonradan Səbiyə adlı qadın onlara SOCAR şirkətində vakant olan yerə başqa bir adamın işə götürüldüyünü deyib Nuriyəni "BP" şirkətinə işə düzələcəyini demiş, lakin bu dəfə də həmin şəxs onları aldatmış və Nuriyənin işə düzəlmə məsələsi öz həllini tapmamışdır. Ona görə də, bununla əlaqədar qohumu Xəqani ilə bir neçə dəfə əlaqə saxladıqda Xəqani ona məsələdən xəbərdar olduğunu, bu məsələnin tezliklə həll olunacağını ona desədə yenə də Nuriyə işə düzəlməmiş və Xəqani də aldığı 13.000 manat pulu onlara qaytarmamışdır. Bu səbəbdən məcbur qalıb aldadılaraq 13.000 manat pulunun ələ keçirilməsi barədə Binəqədi RPİ-nə yazılı ərizə ilə müraciət etmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın tam ödənilmədiyini və təqsirləndirilən şəxslərə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, ailəsi ilə birlikdə Cəlilabad rayonu, Sabirabad kəndində yaşayır və Biləsuvar rayon sakini olan Təqsirləndirilən şəxs1 2022-ci ilin əvvəllərindən kəndlərinə gəlib fala baxmaqla məşğul olan bir şəxs kimi tanımış, Səbiyənin bacısı qızı olan Təqsirləndirilən şəxs2 da eyni vaxtdan tanımış, əvvəldən onlarla heç bir qohumluğu, ədavəti olmamışdır. Təxminən 2022-ci ilin iyul ayının axırlarında bir dəfə evdə söhbət zamanı arvadı Firəngiz ona Biləsuvar rayonundan kəndə gəlib evlərdə fala baxmaqla məşğul olan Səbiyə adlı qadının söhbət zamanı ona yaxşı əlaqələri və adamı olduğunu, istəsələr oğlu Mübarizi 3500 manata Cəlilabad rayonunda "pojarnı"ya, yəni Yanğından Mühafizə Xidmətinə işə düzəldə biləcəyini dediyini bildirib bu barədə ona məlumat vermiş, həmin dövrdə oğlu Mübariz işsiz olduğundan o da razılıq verərək arvadına bununla bağlı Səbiyə ilə bir daha danışıb məsələni dəqiqləşdirməsini tapşırmışdır. Arvadı da Səbiyə ilə danışıb bu məsələni bir daha dəqiqləşdirəndən sonra gedib 2022-ci ilin iyul ayının 25-də Cəlilabad şəhərində yerləşən "Turan Bank"ın lombardından evdəki qızıllarını girov qoymaqla oğlu Mübarizin adına 3300 manat kredit götürmüş, həmin 3300 manat pulun üzərinə cibində olan 200 manat pulu da əlavə edəndən sonra Səbiyənin arvadına verdiyi telefon nömrəsinə zəng vurub ona oğlunu işə düzəltməklə bağlı istədiyi 3500 manat pulu düzəltdiyini deyib həmin pulu ona necə çatdıracağını soruşanda Səbiyə ona hazırda Biləsuvarda olduğunu və onun oğlunun işə düzəlmə məsələsi ilə məşğul olduğunu deyib özünün onunla görüşə gələ bilməcəyini, ona görə də onunla görüşüb pulu götürmək üçün Gülnar adlı bacısı qızını onunla görüşə göndərdiyini, pulu ondan məhz Gülnarın götürəcəyini, bundan narahat olmamalarını, oğlunun da 01 avqust 2022-ci il tarixdən "pojarnı"da işə başlayacağını, Gülnarın onunla görüşə gələcəyi maşının markasını və nömrəsini ona demişdir. Təxminən 15-20 dəqiqə sonra yaşadığı Sabirabad kəndi ilə qonşu Qarazəncir kəndində, Ələt-Astara yolunun kənarında Səbiyənin bacısı qızı Gülnarla görüşmüş, Gülnar onların olduğu yerə qara rəngli, nömrəsini xatırlamadığı bir Mersedes markalı maşınla gəlmiş, Gülnar maşından düşüb onlarla görüşəndən sonra çıxarıb oğlu Mübarizin yanında Gülnara 3500 manat pul vermiş, Gülnar da xalası Səbiyə kimi onları arxayın edərək Mübarizin işə düzəlmə məsələsinin bir neçə günə həll olunacağını onlara demiş və pulu alandan sonra maşına minib yenidən Biləsuvar rayonuna qayıtmışdır. Ondan sonra ötən bu müddət ərzində oğlu Mübarizin işə düzəlmə məsələsi həll olunmamış, nə qədər tələb etsələrdə Səbiyə və Gülnar onlardan aldıqları 3500 manat pulu onlara qaytarmamış, həmin şəxslər barəsində Salyan RPŞ-də cinayət işinin istintaq olunduğunu öyrəndikdən sonra Salyan RPŞ-nə gəlib Səbiyənin onu aldatması barədə ərizə ilə müraciət etmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxslərə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, əslən Biləsuvar rayonundan olan Təqsirləndirilən şəxs1 2-3 il əvvəldən, onların kəndinə və evlərinə gəlib gedən vaxtdan tanımış, Səbiyənin onun anası Dilarə ilə aralarında yaxın münasibəti olmuş, kəndlərinə gəlib gedən vaxtlarda Səbiyə bəzən onların evində qonaq kimi də qalaraq gecələmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində Səbiyə anası Dilarəyə zəng edərək Bakı şəhərində, "BP" şirkətində aylıq əmək haqqı 2000 manat olan bir mühafizəçi işi olduğunu, həmin işi əldən buraxmamağın lazım olduğuna anasını demiş, anası da öz növbəsində ona bu barədə məlumat verdikdən sonra özü anasının telefonu ilə Səbiyəyə zəng vurub bu barədə onunla danışmışdır. Telefon danışığı zamanı Səbiyə anasına dediyi kimi ona da belə bir vakant iş yeri olduğunu, lakin həmin işə düzəlməsi üçün 8500 manat pul lazım olduğunu dedikdə Səbiyəyə hazırda əlində cəmi 3500 manat pulu olduğunu və yalnız həmin pulu verə biləcəyini, qalan 5000 manatı isə bir həftəyə düzəldib verə biləcəyini dedikdə Səbiyə onunla razılaşmış, bu söhbətdən 2-3 gün sonra, yəni 07 avqust 2023-cü il tarixdə Səbiyə ona zəng edərək Salyan şəhərinə gəldiyini və onu Salyan şəhər avtovağzalında gözlədiyini demişdir. Ona görə də, həmin gün saat 13 radələrində Salyan şəhərinə gəlib avtovağzal ərazisində Səbiyə ilə görüşmüş, Səbiyə onu işə düzəldəcəyinə bir daha inandırdıqdan sonra çıxarıb orada Səbiyəyə özü ilə gətirdiyi 3500 manat pulu vermiş, Səbiyə də pulu alıb yaxın günlərdə işə düzələcəyini ona demişdir. Həmin vaxt Səbiyədən mobil telefon nömrəsini istəsədə Səbiyə guya kənar adamlarla telefonda danışmadığını bəhanə gətirərək öz mobil telefon nömrəsini ona verməkdən imtina etmişdir. Aralarındakı bu görüşdən bir həftə sonra, yəni 2023-cü ilin avqust ayının 15-də Səbiyə ona zəng vuraraq pulun qalan 5000 manat hissəsini də ona çatdırmasını demiş, ona görə də həmin gün yenə də Salyan şəhərinə gələrək saat 14 radələrində avtovağzal ərazisində Səbiyə ilə görüşüb onun istədiyi 8500 manatdan qalan 5000 manat pulu da işə düzəlməsi üçün Səbiyəyə vermişdir. İşə düzəldəcəyi adı ilə ondan cəmi 8500 manat pulunu aldıqdan sonra ötən müddət ərzində Səbiyə hər dəfə müxtəlif bəhanlər gətirməklə onları aldatmış və onun işə düzəlmə məsələsi öz həllini tapmamış, işə düzəlmədiyini görüb dəfələrlə anası və özü tələb etsələrdə Səbiyə aldığı 8500 manat pulu onlara qaytarmamış, yalnız çox saylı tələblərindən sonra Səbiyə aldığı 8500 manat puldan cəmi 850 manatını onun kart hesabına göndərmiş, lakin qalan 7650 manat pulu bu günə kimi qaytarmamış, ona görə də aldadılması ilə bağlı ərizə ilə Binəqədi RPİ-nə müraciət etmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxslərə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 seyid qızı kimi tanıyır. Onların kəndinə və evlərinə gəlib getmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində Səbiyə ona zəng edərək Bakı şəhərində, "BP" şirkətində aylıq əmək haqqı 2000 manat olan bir mühafizəçi işi olduğunu, həmin işi əldən buraxmamağı oğlu Babəki işə düzəltməsini təklif etmişdir. Bu iş üçün 8500 manat pul lazım olduğunu demişdir. Səbiyəyə hazırda əlində cəmi 3500 manat pulu olduğunu və yalnız həmin pulu verə biləcəyini, qalan 5000 manatı isə bir həftəyə düzəldib verə biləcəyini dedikdə Səbiyə onunla razılaşmış, bu söhbətdən 2-3 gün sonra Səbiyə oğluna zəng edərək Salyan şəhərinə gəldiyini və oğlunu Salyan şəhər avtovağzalında gözlədiyini demişdir. Ona görə də, oğlu Babək həmin gün saat 13 radələrində Salyan şəhərinə gəlib avtovağzal ərazisində Səbiyə ilə görüşərək ona 3500 manat pulu vermişdir. Bir neçə gün sonra Səbiyə oğluna zəng vuraraq pulun qalan 5000 manat hissəsini də istəmişdir. Ona görə də, oğlu ona 5000 manat pul vermişdir. Məhkəmədə istintaqı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, qızı Nuriyə 2021-ci ildə Bakı Slavyan Universitetinin rus dili müəllimliyi fakultəsini bitirsədə sonradan o, ixtisası üzrə özünə iş tapa bilməmiş, Nuriyə üçün iş axtardıqları zaman arvadı Zərərçəkmiş şəxs1 Xəqani adlı qohumuna zəng vurub bu məsələdə onlara kömək etməsini xahiş etmiş, Xəqani də maraqlanıb bu barədə ona məlumat verəcəyini demişdir. 2022-ci ilin may ayının sonlarında Xəqani arvadı Sevdaya zəng vuraraq SOCAR şirkətində bir iş yeri olduğunu, qızının həmin yerə işə düzəlməsi üçün 13.000 manat pul verməli olduğunu demiş, razılaşdıqlarından bankdan öz adına və arvadı Sevdanın adına kredit götürərək 03 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində Xəqani ilə görüşərək ona 13.000 manat pul vermiş, pulu aldıqdan sonra Xəqani Nuriyənin qısa müddət ərzində işə çıxacağını onlara demişdir. 14 iyun 2022-ci il tarixdə özünü Səbiyə kimi təqdim edən bir qadın Sevda ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Nuriyənin sabahdan işə getməli olması barədə onlara məlumat vermiş, ona görə də səhəri günü Nuriyə Səbiyə adlı qadının dəvəti ilə onunla Bakı şəhərində "Şamaxinka" adlanan ərazidə görüşmüş, evə qayıtdıqdan sonra Nuriyə onlara işə düzəlməsi məsələsinin hələlik alınmadığını, Səbiyə adlı qadının deməsinə görə bu məsələnin bir həftə ərzində düzələcəyini ona dediyini onlara bildirmişdir. Ondan sonrakı günlərdə Sevda bir neçə dəfə Səbiyə ilə görüşmək istəsədə hər dəfə Səbiyə adlı qadın müxtəlif bəhanələr gətirərək onunla görüşmək istəməyərək bu görüşlərdən boyun qaçırmaqla vaxt qazanmağa çalışmışdır. Sonradan Nuriyənin işə düzəlmə məsələsi öz həllini tapmadığından Sevda qohumu Xəqani ilə bir neçə dəfə əlaqə saxladıqda Xəqani ona məsələdən xəbərdar olduğunu, bu məsələnin tezliklə həll olunacağını ona desədə yenə də Nuriyə işə düzəlməmiş və Xəqani də onlardan aldığı 13.000 manat pulu qaytarmamışdır. Bu səbəbdən məcbur qaldığından arvadı Zərərçəkmiş şəxs1 aldadılaraq 13.000 manat pulun ələ keçirilməsi barədə Binəqədi RPİ-nə yazılı ərizə ilə müraciət etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İş üzrə şahidlər Şahid1 (Türkiyə Respublikasının İstanbul şəhərindən) və Şahid3 məhkəməyə teleqram vuraraq istintaq orqanına verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş çıxarışdan görünür Şahid1 xx.xx.2023-cü il tarixdə saat 06:49 dəqiqədə Qırmızı Körpü DSBM çıxış etmişdir. Cinayət işinin İ cildinin 85-87-cı vərəqlərində olan Şahid1 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o, 2015-ci ildən əslən Biləsuvar rayonundan olan Təqsirləndirilən şəxs1 ilə qeyri-rəsmi nikahla evlənib ailə həyatı qurmaqla Abşeron rayonu, Xırdalan şəhərində yaşayır. Zərərçəkmiş şəxs1 onun uzaq qohumu olmaqla bir qohum kimi münasibətləri həmişə yaxşı olmuş, aralarında heç vaxt narazılıq, ədavət olmamışdır. 2022ci ilin may ayının axırlarında Zərərçəkmiş şəxs1 ona zəng vuraraq qızı Nuriyənin işsiz olduğunu, ona iş axtardıqlarını deyib qızının işə düzəlmə məsələsinin həll olunmasında onlara kömək etməsini xahiş etmiş, cavabında o da Sevdaya bu işlə maraqlanıb ona nəticəsini deyəcəyini bildirmişdir. Sevda ilə aralarındakı bu söhbəti bilən Səbiyə ona rəfiqəsinin oğlunun SOCAR şirkətində işlədiyini və onun yaxşı əlaqələri olduğunu, rəfiqəsinin oğlu vasitəsi ilə onun qohumunu işə düzəldə biləcəyini dedikdə Səbiyədən bu işlə məşğul olmasını və qohumunu işə düzəltməkdə köməklik göstərməsini ondan xahiş etmişdir. Səbiyə bunun üçün Biləsuvar rayonuna getməli olduğunu demiş, razılıq verdikdən sonra Səbiyə Biləsuvar rayonuna getmiş və qayıtdıqdan sonra rəfiqəsinin oğlunun SOCAR şirkətində aylıq əmək haqqı 1200-1500 manat olan vakant iş yerinin olduğunu, 15.000 manata həmin yerə işə adam götürüldüyünü ona demiş, Səbiyəyə həmin vaxt işə düzələnin qohumu olduğunu bildirib imkan olarsa qiymətin bir qədər aşağı salınması barədə həmin şəxslə danışmasını xahiş etmiş, bu barədə Sevdaya məlumat verdikdə Sevda qızının işə düzəlmə məsələsi ilə bağlı 13.000 manat pulu düzəldib ona verə biləcəyini demişdir. Səbiyə işə düzəldən şəxslə danışdığını, həmin şəxsin 13000 manata razılıq verdiyini bildirdikdən sonra 03 iyun 2022-ci il tarixdə Sevda ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S. Ordubadi küçəsində görüşmüş və Sevdadan 13000 manat alaraq gətirib onun hamısını yaşadıqları Xırdalan şəhərindəki evdə Səbiyəyə vermişdir. Pulu aldıqdan sonra Səbiyə Biləsuvar rayonuna getdiyini, işi düzəldən şəxslə görüşüb 13.000 manat pulu həmin şəxsə verdiyini, onun da qızı 15 iyun 2022-ci il tarixə kimi işə düzəldəcəyinə söz verdiyini ona demiş, o da öz növbəsində bu barədə Sevdaya məlumat vermişdir. 15 iyun 2022-ci il tarixdə X9 ilə görüşüb onunla Bakı şəhəri, "Şamaxinka" adlanan əraziyə gedərək orada kimisə gözləmiş, lakin gözlədiyi adam gəlib çıxmadığından geri qayıtmışlar. Bundan şübhələnərək Səbiyədən bu barədə soruşduqda Səbiyə ona müxtəlif bəhanələr gətirmiş, bu səbəbdən onlar arasında mübahisə yaranmış və yaranmış mübahisə zəminində o, Səbiyəni evdən qovmuş və ona görə də Səbiyə Biləsuvar rayonuna getmişdir. Qohumu Sevda qızının işə düzəlmə məsələsinin həll olunmadığını görüb ondan verdiyi pulu tələb etdiyinə görə məcbur qalıb özü Biləsuvar rayonuna gedib orada Səbiyə ilə görüşmüş, ondan pulu konkret kimə verməsini soruşub tələb etdikdə Səbiyə pulu öz bacısı qızı olan Gülnara verdiyini ona etiraf etmiş, ona görə də birlikdə Biləsuvar RPŞ-nə gedib bu barədə ərizə verməsini Səbiyədən tələb etmişdir. Məcbur qalan Səbiyə onunla birlikdə Biləsuvar RPŞ-nə gedib Gülnarın onu aldatması barədə ərizə vermiş, Biləsuvar PRŞ-də aparılan araşdırma zamanı Səbiyənin yalan danışdığı, onun aldığı 13000 manat pulun cəmi 5000 manat hissəsini Gülnara verdiyi, qalan hissəsini isə özünə götürdüyü məlum olmuşdur. Səbiyənin onu aldadıb qohumu Sevdanın yanında onu pis vəziyyətə salacağını əvvəldən bilməmiş, Səbiyənin dediklərinə inandığı üçün Sevdadan 13.000 manat pul alıb gətirib onu Səbiyəyə vermiş, həmin puldan özünə heç nə götürməməklə qohumu olan Zərərçəkmiş şəxs1 aldatmaq məqsədi də olmamışdır. Cinayət işinin İ cildinin 98-99-cu vərəqlərində olan Şahid3 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o, zərər çəkmiş şəxs Şahid3 İsrafil oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs1 üzləşdirilmişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 aldadaraq işə düzəldəcəyi barədə ona yalandan vəd verib bu məqsədlə ondan 07 avqust 2023-cü il tarixdə saat 13 radələrində Salyan şəhər avtovağzalı ərazisində 3500 manat, 2023-cü ilin avqust ayının 15-də isə 5000 manat, ümumilikdə isə cəmi 8500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktı bir daha öz təsdiqini tapmışdır. İş materiallarında görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Şahid1 ilə Təqsirləndirilən şəxs1 üzləşdirilmişdir. Üzləşmə zamanı Şahid1 qohumu Zərərçəkmiş şəxs1 aldığı 13.000 manat pulun hamısını sonuncunun qızının işə düzəlməsi ilə bağlı bu barədə ona vəd vermiş qeyri-rəsmi nikah münasibətində olduğu Təqsirləndirilən şəxs1 verməsi, Təqsirləndirilən şəxs1 da öz növbəsində həmin 13.000 manat puldan 8.000 manatını özünə götürüb qalan 5000 manatını ödəmə terminalı vasitəsi ilə bacısı qızı Təqsirləndirilən şəxs2 göndərməsi, Şahid1 Zərərçəkmiş şəxs1 qızını işə düzəltməklə bağlı ondan 13.000 manat pulu alarkən onu aldatmaq məqsədinin olmadığı, həmin puldan özünə heç nə götürmədiyi faktı bir daha öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin cild İ 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X8 23 fevral 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin cild İ 5-ci vərəqində olan 23 fevral 2023-cü il tarixli “zərər çəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin cild İ 17-19-cu vərəqlərində olan 01 mart 2023-cü il tarixli “cinayət işinin birləşdirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi icraatında həmin şəxslər barəsində istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsi qərara alınmışdır. Cinayət işinin cild İ 22-24-cü vərəqlərində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X8 09 fevral 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi istintaqının aparılması üçün icraatına qəbul edilməsi qərara alınmışdır. Cinayət işinin cild İ 27-ci vərəqində olan Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi X4 18 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərarından görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin cild İ 31-ci vərəqində olan Binəqədi RPİ-nin, 6-cı PB-nin təhqiqatçısı Dövlət ittihamçısı Asif oğlunun 21 sentyabr 2023-cü il tarixli “törədilmiş cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlər əsasında toplanmış materialın istintaq aidiyyəti üzrə Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilməsi qərara alınmışdır. Cinayət işinin cild İ 64-65-ci vərəqlərində olan 05 oktyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işinin cild İ 70-71-ci vərəqlərində olan 28 oktyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması barədə” qərardan görünür ki, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Rövşən Cavadovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi qərara alınmışdır. Cinayət işinin cild İ 81-ci vərəqində olan 21 noyabr 2022-ci il tarixli “şəxsin məcburi qaydada gətirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məcburi qaydada Binəqədi RPİ-nin İŞ-nə gətirilməsi qərara alınmışdır. Cinayət işinin cild İ 83-cü vərəqində olan 21 noyabr 2022-ci il tarixli “şəxsin məcburi qaydada gətirilməsi barədə” qərardan görünür ki, X5 məcburi qaydada Binəqədi RPİ-nin İŞ-nə gətirilməsi qərara alınmışdır. Cinayət işinin cild İ 103-104-cü vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin cild İ 111-112-ci vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin cild İ 118-119-cu vərəqlərində olan 21 noyabr 2023-cü il tarixli “zərər çəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X12 zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin cild İ 130-cu vərəqində olan 28 noyabr 2022-ci il tarixli “şəxsin şübhəli şəxs qismində tutulması və tutulması üçün barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması, tutulması üçün barəsində axtarış elan edilməsi qərara alınmışdır. Cinayət işinin cild İ 132-ci vərəqində olan 28 noyabr 2022-ci il tarixli “şəxsin şübhəli şəxs qismində tutulması və tutulması üçün barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması, tutulması üçün barəsində axtarış elan edilməsi qərara alınmışdır. Cinayət işinin cild İ 134-cü vərəqində olan 28 noyabr 2022-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Cinayət işinin cild İ 157-157-ci vərəqlərində olan 26 dekabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulması qərara alınmışdır. Cinayət işinin cild İ 169-170-ci vərəqlərində olan 28 dekabr 2022-ci il tarixli “cinayət işi üzrə ictimai təhlükəli əməlin tövsif olunması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə istintaq olunan ********* nömrəli cinayət işi həmin məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif olunmaqla istintaqının davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin cild İ 173-174-cü vərəqlərində olan 28 dekabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunması qərara alınmışdır. Cinayət işinin cild İ 202-203-cü vərəqlərində olan 28 dekabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunması qərara alınmışdır. Cinayət işinin cild İ 220-224-cü vərəqlərində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi 4(001)-1459/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimatın təmin edilməməsi qərara alınmışdır. Cinayət işinin cild İ 225-229-cu vərəqlərində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi 4(001)-1460/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimatın təmin edilməməsi qərara alınmışdır. Cinayət işinin cild İ 262-263-cü vərəqlərində olan 16 yanvar 2023-cü il tarixli “qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsin tutulması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilərək polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin şərtlərini pozduğuna görə Təqsirləndirilən şəxs1 tutulması qərara alınmışdır. Cinayət işinin cild İİ 3-cü vərəqində olan 17 yanvar 2023-cü il tarixli “zərər çəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin cild İİ 20-22-ci vərəqlərində olan 17 yanvar 2023-cü il tarixli “cinayət işi üzrə ictimai təhlükəli əməlin tövsif olunması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1-178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi həmin məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunmaqla istintaqının davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin cild İİ 25-27-ci vərəqlərində olan 18 yanvar 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə yenidən, 178.2.2-ci maddəsi ilə əlavə ittiham elan olunması qərara alınmışdır. Cinayət işinin cild İİ 46-48-ci vərəqlərində olan 18 yanvar 2023-cü il tarixli “qətimkan tədbirinin nəzərə alınması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” nəzərə alınmaqla dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Cinayət işinin cild İİ 49-55-ci vərəqlərində olan 26 yanvar 2023-cü il “cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi istintaqının davam etdirilməsindən ötrü inzibati ərazi aidiyyəti üzrə Salyan RPŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin cild İİ 86-cı vərəqində olan 05 aprel 2023-cü il tarixli “məcburi gətirilmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 polis vasitəsi ilə məcburi qaydada Salyan RPŞ-nin İB-nə gətirilməsi qərara alınmışdır. Cinayət işinin cild İİ 87-ci vərəqində olan 05 aprel 2023-cü il tarixli “məcburi gətirilmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 polis vasitəsi ilə məcburi qaydada Salyan RPŞ-nin İB-nə gətirilməsi qərara alınmışdır. Cinayət işinin cild İİ 95-ci vərəqində olan xx.xx.2023-cü il tarixdə Salyan rayon Qaraçala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Y.Nəzərov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs3 barəsində Salyan rayonu Qaraçala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Cinayət işinin cild İİ 150-152-ci vərəqlərində olan 26 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulmuş yeni məzmunda ittiham elan olunması qərara alınmışdır. Cinayət işinin cild İİ 164-166-cı vərəqlərində olan 26 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulmuş yeni məzmunda ittiham elan olunması qərara alınmışdır. Cinayət işinin cild İİ 182-183-cü vərəqlərində olan 26 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs2 MSY-dən azad olunması qərara alınmışdır. Cinayət işinin cild İİ 184-185-ci vərəqlərində olan 26 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs1 MSY-dən azad olunması qərara alınmışdır. Cinayət işinin cild İİ 188-189-cu vərəqlərində olan Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Q.Xammədov tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Həsənova X3 şəhəri, M.İbrahimov küçəsi, ev 110-da qeydiyyatdadır və onun barəsində nümayəndəliyə hüquq mühafizə orqanlarından heç bir təqsirləndirici materiallar daxil olmamışdır. Cinayət işinin cild İİ 190-191-ci vərəqlərində olan Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Q.Xammədov tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, X1 şəhəri, M.İbrahimov küçəsi, 110 saylı evdə ailə üzvləri ilə birlikdə yaşayır və onun barəsində nümayəndəliyə hüquq mühafizə orqanlarından heç bir təqsirləndirici materiallar daxil olmamışdır. Cinayət işinin cild İİİ 102-106-cı vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 1(057)-101/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nın 69.3-cü maddəsinə əsasən onun tutulub saxlanıldığı bir gün müddət ona təyin olunmuş cəza müddətinə hesablanmış və üzərində iki il on bir ay iyirmi doqquz gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsməsi, CM-nın 69.3-cü maddəsinə əsasən onun tutulub saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəza müddətinə hesablansın və üzərində iki il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması hökm edilmişdir. Cinayət işinin cild İİİ 164-170-ci vərəqlərində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-615/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Rsepublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Salyan Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 1(057)-101/2023 saylı hökmü və məhkəmə hazırlıq iclasının 01 iyun 2023-cü il tarixli, 1(057)-101/2023 saylı qərarının ləğv edilməsi, qeyd olunan cinayət işinin yenidən baxılması üçün Salyan Rayon Məhkəməsinə məhkəmə hazırlıq iclası mərhələsinə qaytarılması qərara alınmışdır. Məhkəmədə elan olunmuş qəbzin surətindən görünür ki, terminal ünvanı ünvan 7əsi 258 olan "eManat" ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs2 adına olan 416973******6378 nömrəli karta xx.xx.2022-ci il tarixdə saat 14:16:43-də 5000 AZN pul köçürülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittihama hüquqi qiymət verərək, həmçinin təqsirləndirilən şəxslərin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar törədildikd və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Təqsirləndirilən şəxs1 törətdiyi 3 epizodlu cinayət əməli üzrə zərər çəkmiş şəxslərə ümumilikdə dəymiş 25000 manat ziyandan cəmi 850 manat (İ epizod üzrə) Zərərçəkmiş şəxs3 ödəniş etmiş, digər 2 epizod üzrə ziyandan heç bir məbləğ ödənilməmiş, Təqsirləndirilən şəxs2 isə törətdiyi 3 epizodlu cinayət əməli üzrə zərər çəkmiş şəxslərə ümumilikdə dəymiş 25000 manat ziyandan cəmi 3000 manat (İ epizod üzrə) Zərərçəkmiş şəxs1 ödəniş etmiş, digər 2 epizod üzrə ziyandan heç bir məbləğ ödənilməmiş və bunun nəticəsində zərər çəkmiş şəxslər haqlı olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçi olmuşlar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla onların təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), istintaq zamanı Təqsirləndirilən şəxs1 tutulub saxlanıldığı 1 (bir) gün müddət və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın müddətindən çıxılmaqla qəti cəza müəyyən edilməli, barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına nisbətən yüngül cəza ilə islah etmək mümkün deyildir. İş üzrə üç nəfər zərər çəkmişin olması, onlara dəymiş zərərin tam ödənilməməsi və hər üç nəfərin şikayətçi olmaları, dəymiş zərərin xeyli miqdarda olması, sosial ədalətin bərpa olunmaması halları bir daha onu göstərir ki, onları azadlıqdan məhrum etmə cəzasına nisbətən yüngül cəza ilə islah etmək mümkün deyildir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alıb, hər iki təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs1 müvafiq olaraq məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs2 müvafiq olaraq məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili X11 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək müdafiəçilərin hesabatlarında qeyd edilmiş məbləğin ağlabatan olması qənaətinə gəlir. Belə ki, Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmək üçün yaşadığı Bakı şəhərindən gəlmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs1 müdafiəsi üçün 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 iş saatına görə 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Müdafiəçi X15 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs2 müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdiyi 10 iş saatına görə 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən onun tutulub saxlanıldığı 1 (bir) gün müddət ona təyin olunmuş cəza müddətinə hesablansın və üzərində 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 iyun 2023-cü ildən hesablansın. Barəsində seçilmiş 01 iyun 2023-cü il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən onun tutulub saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunmuş cəza müddətinə hesablansın və üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 iyun 2023-cü ildən hesablansın. Barəsində seçilmiş 01 iyun 2023-cü il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs1 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 30 (otuz) saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 180 (yüz səksən) manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesablarına köçürülsün. Salyan Rayon Vəkil Bürosunun vəkili X11 məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs2 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 (on) saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 (altmış) manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account:AZ03NABZ******************** hesablarına köçürülsün. Hökmün surəti müdafiəçilər tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxslər isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar