Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-101/2025 29.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükkişi oğlunun sədrliyi, X6 ğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 397-də qeydiyyatda olan və yaşayan, barəsində "Polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli əldə edib üzərində saxlamaqla daşımışdır. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə matamfetamin əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2025-ci il iyunun 30-da saat 23:58 dəqiqədə Ələt-Astara-İran avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində, Salyan şəhər qəbirstanlığının yaxınlığında qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, daşınması və saxlanmasında şübhəli bilindiyi üçün saxlanılaraq üzərinə və idarə etdiyi Vaz 2106 markalı, 52-ВК-755 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı həmin avtomobilin salonundan qaz əyləcinin yanından 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,335 qram, 0,236 qram, ümumi çəkisi 0,571 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci masddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Salyan şəhəri 20 Yanvar küçəsi ev 397-də yaşayır və hazırda işsizdir. Özü narkotik vasitə istifadəçisidir. 30 iyun 2025-ci il tarixdə günorta saatlarında Salyan şəhəri 20 Yanvar küçəsindən keçən dəmiryolunda piyada hərəkət edən zaman yerdə bir ədəd siqaret qutusu diqqətini cəlb etmişdir. O, həmin siqaret qutusunu götürüb içərisinə baxarkən onun içərisində 02 ədəd bükümdə metanfetamin, 01 ədəd bükümdə də qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin metanfetamin və qurudulmuş marixuananı özü sonradan istifadə etmək məqsədilə götürüb şalvarının cibində gizlətmişdir. Sonra həmin metamfetaminin üzərindən bir qədər istifadə etmişdir. Metamfetaminin qalan hissəsini və marixuananı istifadə etmək məqsədilə ona məxsus Vaz 2107 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlayırmış. 30 iyun 2025-ci il tarixdə saat 23 radələrində o, evdə olarkən Şahid2 ona zəng edərək 20 Yanvar küçəsində yerləşən kafelərin birindən evinə getmək istədiyini demişdir. Mahur ona zəng edən zaman o, telefonda Mahura gələ biləcəyini demişdir. Sonra öz avtomobili ilə Mahurun olduğu kafeyə getmişdir. O, Mahuru kafenin qarşısından götürmüş, lakin avtomobilində yanacaq olmadığı üçün “Azpetrol” YDM-nə getmişdir. Bu vaxt Şahid1 ona zəng edərək “Neptun” marketdə olan bankomatdan pul çıxarmaq istədiyini demişdir. Vaqifi Salyan şəhər sakini kimi tanıyır. Vaqif ona yaxın olduğuna görə o Mahurdan Vaqifi götürməyi üçün icazə almışdır. O “Azpetrol” YDM-də yanacaq vurduqdan sonra Vaqifin yaşadığı Gilan yaşıyış massivinə getmişdir. Vaqifi oradan götürdükdən sonra 3 nəfər “Neptun” marketə tərəf gedirmişlər. Saat 23:58 dəqiqdə Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində, Salyan şəhər qəbirstanlığının yaxınlığında onlar avtomobillə hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər onun idarə etdiyi avtomobilə saxla əmirini vermişlər. O da avtomobili yolun sağ kənarına çəkib saxladıqdan sonra avtomobildən düşmüşdür. Mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Bundan sonra ondan və sərnişinlərdən özlərini təqdim etmələrini istəmişlər. Sərnişinlər Şahid2 və Şahid1 olduğunu bildirmişlər. Sonra polis əməkdaşları video çəkiliş aparmaqla ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib təklif etmişlər ki, üzərində qadağan olunmuş əşya və ya predmet vardırsa onları özü çıxarıb təqdim etsin. Həmçinin Şahid2 və Şahid1 üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra polis əməkdaşları ondan ona məxsus Vaz 2107 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə qadağan olunmuş əşya və ya predmetin olub-olmadığını soruşmuşlar. O, avtomobilində narkotik olduğunu bildirmişdir. Polis əməkdaşı ondan həmin qadağan olunmuş predmeti təqdim etməsini istəmişdir. Bundan sonra o, avtomobilin qapısını açaraq qaz əyləcinin yanında gizlətdiyi 01 ədəd Black markalı siqaret qutusunu götürüb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşı həmin siqaret qutusunun içərinə baxan zaman orada 03 ədəd kağız büküm aşkar etmişdir. O, bükümlərdən birinin içərisində "patı" olaraq bildiyi metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşı ondan həmin metamfetamindən istifadə edib-etmədiyini soruşduqda, o biraz istifadə etdiyini bildirmişdir. Sonra polis əməkdaşı 2-ci bükümü açıb İçərisində olan predmetin nə olduğunu ondan soruşmuşdur. O, 2-ci bükümün içərisində olan predmetin "daş” olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı 3-cü bükümü açıb İçərisində olan predmetiin nə olduğunu ondan soruşmuşdur. O, 3-cü bükümün içərisində olan predmetin "nəşə” olduğunu bildirmişdir. Polis əməkdaşı ondan həmin predmetləri üzərində daşımaqda məqsədinin nə olduğunu və kiməsə verdiyini soruşduqda, o həmin predmetləri istifadə etmək məqsədilə üzərində gəzdirdiyini və həmin predmetlərdən heç kimə vermədiyini bildirmişdir. Sonra ona məxsus Vaz 2107 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş içərisində metamfetamin olan kağız bükümlər elektron tərəzi vasitəsilə çəkilmiş və çəkilərinin 0,30 və 0,90 qram olması müəyyən olunmuşdur. Daha sonra içərisində qurudulmuş marixuana olan kağız büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0,35 qram olması müəyyən olunmuşdur. Sonra içərisində metamfetaminə bənzər kütlələr olan həmin kağız bükümlər tərəflərindən 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra götürülmüşdür. Daha sonra içərisində qurudulmuş marixuana olan həmin kağız büküm polis əməkdaşı tərəfindən 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra Salyan RPŞnə gətirilmişlər və müdafiəçinin iştirakı ilə aşkar olunan əşyalara orada baxış keçirilmişdir. Əməliyyat tədbiri zamanı ona qarşı hər hansı zorakı hərəkətlər olmamışdır və müdafiə hüququ pozulmamışdır. Törətdiyi əməldən peşmanlıq keçirməsini və birinci dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu bildirərərk, həmçinin qeyd etmişdir ki, “Vətən Müharibəsi” iştirakçısı olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 30 iyun 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında RPS-nin CAB-nin Əməliyyat müvəkkili, polis kapitanı Şahid5 tərəfindən raportla məruzə edilərək Sadiq İlqar oğlunun qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, Salyan şəhəri 20 Yanvar küçəsi ev 397-də qeydiyyatda olan və yaşayan Məmmədov saxlaması və daşımasında şübhəli olması bildirilmişdir. Alınmış məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunaraq bu məqsədlə o, Şahid5 və RPŞ-nin CABnin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər tərəflərindən əməliyyat nəzarətinə götürülmüşdür. 2025-ci ilin iyunun 30-da, Salyan şəhər qəbiristanlığının yaxınlığında saat 23:58-də Təqsirləndirilən şəxs Ələt-Astara-İran avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində özünə məxsus Vaz 2107 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan şəhəri istiqamətinə hərəkət etdiyini müşahidə edib avtomobilə saxla əmrini vermişlər. Təqsirləndirilən şəxs avtomobili yolun sağ kənarına çəkən kimi onlar video çəkiliş aparmaqla ona və yanındakı sərnişinlərə yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra avtomobilin sürücüsündən və sərnişinlərdən özlərini təqdim etmələrini tələb etmişlər. Onlar da müvafiq olaraq adlarının Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 olduğunu bildirmişlər. Sonra onlar video çəkiliş aparmaqla Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğumu bildirib təklif etmişlər ki, üzərində qadağan olunmuş əşya və ya predmet vardırsa onları özü könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşya və ya predmet olmadığını bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı onun əynində olan şalvarın sağ yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra tərəflərindən Şahid2 üzərinə baxış keçirilmiş və baxış zamanı sonuncunun əynində olan şalvarın sağ yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan "Samsung" markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Bundan başqa Şahid2 üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra Şahid1 üzərinə baxış keçirilmiş və baxış zamanı sonuncunun əynində olan şalvarın sağ yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan "Samsung" markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Bundan başqa Şahid2 üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs ona məxsus Vaz 2107 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə qadağan olunmuş əşya və ya predmetin olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs avtomobilində narkotik olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs həmin qadağan olunmuş predmeti təqdim etməsini istəmişlər. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin qapısını açaraq qaz əyləcinin yanında gizlətdiyi 01 ədəd Black markalı siqaret qutusunu götürüb onlara təqdim etmişdir. Onlar həmin siqaret qutusunun içərisinə baxan zaman orada 03 ədəd kağız büküm aşkar etmişlər. Onlar bükümlərdən birini açıb Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan predmetin nə olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkinin "patı” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin metamfetaminə bənzər kütlədən istifadə edib-etmədiyini soruşduqda, o biraz istifadə etdiyini bildirmişdir. Sonra onlar 2-ci bükümü açıb Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan predmetin nə olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs 2-ci bükümün içərisində olan predmetin "daş” olduğunu bildirmişdir. Daha sonra onlar 3-cü bükümü açıb Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan predmetiin nə olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs 3-cü bükümün içərisində olan predmetin "nəşə” olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs həmin predmetləri üzərində daşımaqda məqsədinin nə olduğunu və kiməsə verdiyini soruşduqda, o istifadə etmək məqsədilə üzərində gəzdirdiyini və həmin predmetlərdən heç kimə vermədiyini bildirmişdir. Sonra tərəflərindən Təqsirləndirilən şəxs məxsus Vaz 2107 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş içərisində metamfetaminə bənzər kütlələr olan kağız bükümlər elektron tərəzi vasitəsilə çəkilmiş və çəkilərinin 0,30 və 0,90 qram olması müəyyən olunmuşdur. Daha sonra içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan kağız büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0,35 qram olması müəyyən olunmuşdur. Sonra içərisində metamfetaminə bənzər kütlələr olan həmin kağız bükümlər tərəflərindən 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra götürülmüşdür. Daha sonra içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan həmin kağız büküm tərəflərindən 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs metamfetaminə və qurudulmuş marixuanaya bənzər kütlələri haradan əldə etdiyini, özünə məxsus olub-olmadığını və həmin kütlələrdən istifadə edib-etmədiyini soruşmuşlar. Təqsirləndirilən şəxs həmin kütlələri tapdığını, üzərindən istifadə etdiyini və həmin kütlələrin ona məxsus olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs məxsus Vaz 2107 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 onlarla birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 iştirakları ilə tərəflərindən “Əməliyyat- axtarış tədbirlərinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsinə dair" protokol tərtib olunmuş və tərtib edilmiş protokol iştirakçılara ucadan oxunduqdan sonra iştirakçılar trəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 maddi sübutla birlikdə raportla aidiyyatı üzrə İstintaq Bölməsinə təhvil verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Salyan şəhəri avtovağzalında meyvə-tərəvəz satmaqla məşğul olur. Təqsirləndirilən şəxs Salyan şəhər sakini kimi tanıyır, onunla normal münasibəti var. Sadiq Salyan şəhərində taksi sürücüsü kimi fəaliyyət göstərir. Onun pula ehtiyacı olduğu üçün 30 iyun 2025-ci il tarixdə gecə saat 23 radələrində Salyan şəhərində yerləşən "Neptun" marketdə olan bankomatdan pul çıxarmaq qərarına gəlmişdir. Bu məqsədilə Sadiqə zəng edərək "Neptun” marketdə olan bankomatdan pul çıxarmaq İstədiyimi demişdir. Sadiq ona hazırda "Azpetrol” YDM-də olduğunu və yanacaq vurduqdan sonra onu aparmağa gələcəyini demişdir. Bir neçə dəqiqədən sonra Sadiq özünə məxsus Vaz 2107 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun yaşadığı ünvana gəlmişdir. Həmin vaxt Sadiqin avtomobilində tanımadığı bir nəfər də var imiş. O, avtomobilə əyləşdikdən sonra onlar Salyan şəhəri istiqamətində getməyə başlamışlar. Saat 23:58 dəqiqədə Ələt-Astara-İran avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində, Salyan şəhər qəbirstanlığının yaxınlığında onlar avtomobillə hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər onların avtomobilinə saxla əmirini vermişlər. Sadiq avtomobili yolun sağ kənarına çəkib saxladıqdan sonra onlar avtomobildən düşmüşlər. Mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Bundan sonra onlardan özlərini təqdim etmələrini tələb etmişlər. Onlar da müvafiq olaraq adlarnın Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 olduğunu bildirmişlər. Sonra polis əməkdaşları video çəkiliş aparmaqla Sadiqə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib təklif etmişlər ki, üzərində qadağan olunmuş əşya və ya predmet vardırsa onları özü çıxarıb təqdim etsin. Sadiq üzərində qadağan olunmuş əşya və ya predmet olmadığını bildirmişdir. Polis əməkdaşları Sadiqin üzərinə baxış keçirmişlər və baxış zamanı onun əynində olan şalvarının sağ yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan "Samsung" markalı mobil telefon aşkar edərək götürmüşlər. Bundan başqa Sadiqin üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha Sonra Şahid2 üzərinə baxış keçirmişlər və baxış zamanı onun əynində olan şalvarın sağ yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan "Samsung" markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Bundan başqa Şahid2 üzərindən başqa üzərinə baxış keçirmişlər və baxış zamanı əynində olan şalvarın sağ yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan "Samsung" markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Bundan başqa onun üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları Sadiqdən ona məxsus Vaz 2107 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə qadağan olunmuş əşya və ya predmetin olub-olmadığını soruşmuşlar. Sadiq avtomobilində narkotik olduğunu bildirmişdir. Polis əməkdaşı Sadiqdən həmin qadağan olunmuş predmeti təqdim etməsini istəmişdir. Bundan sonra Sadiq avtomobilin qapısını açaraq qaz əyləcinin yanında 01 ədəd "Black" markalı siqaret qutusunu götürüb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşı həmin siqaret qutusunun içərsinə baxan zaman orada 03 ədəd kağız büküm aşkar etmişdir. Polis əməkdaşı bükümlərdən birini açıb Sadiqdən bükümün içərisində olan predmetin nə olduğunu soruşmuşdur. Sadiq həmin bükümün içərisindəki predmetin "patı" olduğunu bildirmişdir. Polis əməkdaşı Sadiqdən həmin metamfetamindən istifadə edib- etmədiyini soruşduqda, Sadiq bir qədər istifadə etdiyini bildirmişdir. Sonra polis əməkdaşı 2-ci bükümü açıb içərisində olan predmetin nə olduğunu Sadiqdən soruşmuşdur. Sadiq 2- ci bükümün içərisində olan predmetin "daş" olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı 3-cü bükümü açıb içərisində olan predmetiin nə olduğunu Sadiqdən soruşmuşdur. Sadiq 3-cü bükümün içərisində olan predmetin "nəşə" olduğunu bildirmişdir. Polis əməkdaşı Sadiqdən həmin predmetləri üzərində daşımaqda məqsədinin nə olduğunu və kiməsə verdiyini soruşduqda, Sadiq istifadə etmək məqsədilə üzərində gəzdirdiyini və həmin predmetlərdən heç kimə vermədiyini bildirmişdir. Sonra Sadiqə məxsus Vaz 2107 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş İçərisində metamfetamin olan kağız bükümlər elektron tərəzi vasitəsilə çəkilmiş və çəkilərinin 0,30 və 0,90 qram olması müəyyən olunmuşdur. Daha sonra içərisində qurudulmuş marixuana olan kağız büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0,35 qram olması müəyyən olunmuşdur. Sonra içərisində metamfetamin olan həmin kağız bükümlər polis əməkdaşı tərəfindən 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra içərisində qurudulmuş marixuana olan həmin kağız büküm polis əməkdaşı tərəfindən 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra polis əməkdaşı tərənindən götürülmüşdür. Polis əməkdaşı Sadiqdən metamfetamini və qurudulmuş maruxuananı haradan əldə etdiyini, özünə məxsus olubolmadığını və həmin kütlələrdən istifadə edib-etmədiyini soruşmuşdur. Sadiq həmin kütlələri tapdığını, üzərindən bir qədər istifadə etiyini bildirmişdir. Sonra ona məxsus Vaz 2107 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı başqa heç bir əşya və ya predmet askar edilməmişdir. Bundan sonra polis əməkdaşları onları Salyan Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində əşyaya baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Əməliyyat tədbiri zamanı ona qarşı hər hansı zorakı hərəkətlər edilməmişdir. Məhkəmə iclasında iştirak edən Şahid5 və digər Şahid3 ilə eyni məzmunlu ifadə verdi. Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Samir Eynullazadənin 01 iyul 2025-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin 13-14-cü vərəqlərində olan “əməliyyat-axtarış tədbirinin keçirilməsi, üzərinə və idarə etdiyi avtomobilinə baxış keçirilməsinə dair” 01 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun üzərindən bir ədəd Black markalı siqaret aşkar edilmiş, daha sonra onun idarə etdiyi “VAZ 2106” maraklı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonuna baxış keçirilərkən qaz əyləcinin yanından 1 ədəd Black markalı siqaret qutusunun içərisindən 2 ədəd kağız parçasına bükülmüş kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlələr və 1 ədəd kağız bükümündə içərisində spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, psixotrop maddə metamfetaminə oxşar kütlələr ayrı-ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilmiş, çəkilərinin 0.32 qram və 0.52 qram olması müəyyən edilmiş və 1 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Aşkar edilmiş digər bir ədəd kağız bükümdə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş, kütlənin 0.24 qram olması müəyyən olunmuş və 1 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Cinayət işinin 18-20-ci vərəqlərində olan “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 01 iyul 2025-ci il tarixli protokoldan görünür ki, 1 iyul 2025-ci il tarixdə Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 30 iyun 2025-ci il tarixdə 23:58 dəqiqədə Ələt-Astara-İran avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində Salyan şəhər qəbirstanlığının yaxınlığında saxlanılaraq üzərinə və avtomobilinə baxış keçirilmiş və baxış zamanı idarə etdiyi avtomobilin salonundan 1 ədəd "Black" markalı siqaret qutusunun içərisindən 02 ədəр kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilib götürülmüşdür. Cinayət işinin 29-cu vərəqində olan “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 01 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüquqları 30 iyun 2025-ci il tarixdə, saat 23:58 dəqiqədən məhdudlaşdırılmış, 01 iyul 2025-ci il tarixdə, saat 02:55 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 49-51-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 01 iyul 2025-ci il tarixli, 18/505-506 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: "..Təqsirləndirilən şəxs üzərindən... metamfetaminə bənzər...” sözləri yazılmış kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,335, 0,236 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi-0.10 qram, qalıq-0.471 qram Tədqiqata təqdim olunmuş üzərində: "..Təqsirləndirilən şəxs... marixuanaya bənzər..." sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,12 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi-0.02 qram, qalıq-0.10 qram. Cinayət işinin 59-60-cı vərəqlərində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı Samir Eynullazadənin “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 02 iyul 2025-ci il tarixli qərarından görünür ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 72-ci vərəqində olan “qətimkan tədbirinin seçilməsi haqqında” Salyan RPŞ-nin İB-nin müstəntiqi Samir Eynullazadənin 02 iyul 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 76-cı vərəqində olan “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 02 iyul 2025-ci il tarixli qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. Cinayət işinin 79-cu vərəqində olan 02 iyul 2025-ci il tarixli “telefona baxış keçirilməsi” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar olunmuş mobil telefon "Samsung" markalıdır və üzərində ***-***-**-** saylı mobil nömrə vardır. Telefona baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumatlar aşkar edilməmişdir. Cinayət işinin 87-88-ci vərəqlərində olan “maddi sübut kimi tanıma haqqında” 10 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış ümumi çəkisi 0.471 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış maddə metamfetamin və qalıq qalmış təmiz çəkisi 0.10 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 95-ci vərəqində olan Salyan RMX-nin 15 iyul 2025-ci il tarixli 18-1- 68/2-1176/2025 saylı arayışından görünür ki, Salyan şəhərində anadan olmuş, xx.xx.1995ci il təvəllüdlü, Salyan şəhəri 20 Yanvar küçəsi ev 397-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs 2023-cü il tarixdən "Opioidlərin” qəbulundan yaranan aslılıq sindromu ilə narkoloji qeydiyyatdadır və psixonevroloji qeydiyyatda yoxdur. Cinayət işinin 96-cı vərəqində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 103-104-cü vərəqlərində olan Salyan rayon İHB-nin Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 iyul 2025-ci il tarixli, 5-71-6/2-1095/2025 saylı məktubuna əlavə edilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 108-ci vərəqində olan 01 avqust 2025-ci il tarixli “CD formatlı diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsi xx.xx.1995-ci il təvəllüdlü Salyan şəhəri 20 Yanvar küçəsi ev 397-də qeydiyyatda olan Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmişdir. Diskdə olan məlumatların öyrənilməsi və təhlili zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumatlar aşkar edilməmişdir. Cinayət işinin 109-cu vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X5 Yoxlamanın xx.xx.2025-ci il tarixli, 376 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulundan yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 111-ci vərəqində olan 05 avqust 2025-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2025-ci tarixdə 23:58 dəqiqədə Ələt-Astara-lran avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində Salyan şəhər qəbirstanlığının yaxınlığında saxlanılaraq üzərinə və avtomobilinə baxış keçirilmiş və baxış zamanı idarə etdiyi avtomobilin salonundan 1 ədəd "Black" markalı siqaret qutusunun içərisindən 02 ədəd kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilib götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli 2358 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Medalının Vəsiqəsinin (N: İ-9824 nömrəli) ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2362 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Medalının Vəsiqəsinin (N: İ-10904 nömrəli) ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2370 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Medalının Vəsiqəsinin (N: İ-3783 nömrəli) ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Medalının Vəsiqəsinin (N: İ-47746 nömrəli) ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi xeyli miqdar, 500 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 1ci hissəsinin Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla) amnistiya tətbiq edilən şəxslərin dairəsinə aiddirlər. Həmin Amnistiya aktının 5 və 5.1-ci bəndlərinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Amnistiya aktının 19 və 19.5-ci bəndlərinə əsasən amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. Həmin Amnistiya aktının 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilir ki, cinayət məsuliyyətindən azad etmə halları Cinayət Məcəlləsinin 72-75-ci maddələri ilə yanaşı, həmin Məcəllənin 20-ci (cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamaqla əlaqədar cinayət məsuliyyətindən azad etmə); 21-ci (ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməklə bağlı cinayət məsuliyyətindən azad etmə); 30.2-ci (cinayət törətməkdən könüllü imtina etməklə əlaqədar cinayət məsuliyyətindən azad etmə) və 81.2-ci (amnistiya aktı ilə cinayət məsuliyyətindən azad etmə) maddələrində də nəzərdə tutulmuşdur. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, bu maddələrdə sadalanan halların mövcudluğu cinayət təqibinin həyata keçirilməməsi üçün əsas ola bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Vətən müharibəsində iştirak etdiyindən və Azərbaycan Respublikasının “Vətən müharibəsi iştirakçısı”, “Füzulinun azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunduğundan onun Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 1-ci hissəsinin 1.2-ci bəndinə əsasən amnistiya tətbiq edilən şəxslərin dairəsinə aid olmasını, həmin Amnistiya aktınının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin Təqsirləndirilən şəxs tətbiq edilməməsini nəzərə alıb belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qərar ləğv edilməli (CPM 156.4), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji kabinetində 2023-cü ildən qeydiyyata olması nəzərə alınmalı, iş üzrə maddi sübut olan və Salyan Rayon PŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış ümumi çəkisi 0,471 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və qalıq qalmış 0,10 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 63,90 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 197-198, 344-347, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarının 1.2 və 5.1-ci bəndləri tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və 2023-cü il tarixdən "Opioidlərin” qəbulundan yaranan aslılıq sindromu ilə narkoloji qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 02 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan və Salyan Rayon PŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış ümumi çəkisi 0,471 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və qalıq qalmış 0,10 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. İş üzrə ekspertiza xərci 63.90 (altmış üç manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesabına köçürülsün. Qərardan elan edildiyi andan 20 gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM : Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №1(057)-101/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №1(057)-101/2025
29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver