Məhkəmə qərarları › İş №1(057)-102/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-102/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-102/2024 03.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Yarıyeva Kəmalə Elxan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 71.5, 67.1, 69.3-cü maddələrinə əsasən 02 il 08 ay 27 gün müddətə azadlıqdan məhrum etmə və 2990.79 manat cərimə cəzalarına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 1(057)-85/2022 saylı, 29 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci ildən həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə hesablanmış, CM-nin 67.1-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 11 sentyabr 2018ci il tarixli hökmü ilə üzərində saxlanılmış cərimə cəzasının çəkilməmiş hissəsi 2990.79 manat cərimə cəzası hökmlə ona təyin olunmuş cəza ilə tam birləşdirilərək üzərində 2 il müddətə azadlıqdan məhrum etmə və 2990.79 manat cərimə cəzasının saxlanılmış, məhkumluğu olan, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 30, mənzil 5-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 21 aprel 2024-cü il tarixdə saat 12:00 radələrində Salyan şəhəri, X.R.Ulutürk küçəsi ərazisində yaşadığı evin yaxınlığında şübhəli kimi saxlanılaraq ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,358 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulmamışdan 10-15 gün əvvəl narkoloji dispanserdə bir həftə müalicə almışdır. Sonradan həkimlərdən xahiş etmişdir ki, evdə müalicə olunmaq istədiyini bildirdiyi üçün onu evə buraxılmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, onu yaşadığı evdən polis əməkdaşları 21 apreldə saat 10 radələrində aparıldığını, polis əməkdaşları tərəfindən yaşadığı evdən apararkən evdə ondan başqa heç kimin olmadığını, həmin vaxt valideynləri bazara alışverişə getdiyini, daha sonra isə bildirmişdir ki, polis əməkdaşları onu evdən apararkən evdə anası və qardaşı da olmuşdur. Polis şöbəsində üzərində narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 21 aprel 2024-cü il tarixdə Salyan RPŞ-nə əməliyyat məlumatı daxil oldu ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və daşımasında şübhəli olması ilə bağlı. Həmin gün qrupun baş əməliyyat müvəkkili Şahid1 və Şahid2lə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhəri, X.R.Ulutürk küçəsi ərazisində yaşadığı binanın yaxınlığında olduğunu müşahidə edib ona yaxınlaşmış və özlərini təqdim edərək birlikdə Salyan RPŞ-nə getməyi təklif etmişlər. Müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofan bükümdə olan kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir, özünə məxsusdur, həmin narkotik vasitəni 20 aprel 2024-cü il tarixdə axşam saatlarında Salyan şəhəri, bazar ərazisində tapmış və özü qəbul etmək məqsədilə götürüb üzərində saxlamışdır. Narkotik vasitə heroinə oxşar kütlə ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən kağız zərfdə qablaşdırılmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 21 aprel 2024-cü il tarixdə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və daşımasında şübhəli olması bildirilmişdir. Həmin gün saat 12:00 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri X.R.Ulutürk küçəsi ərazisində 9 mərtəbə binanın yaxınlığında olduğunu müşahidə edib ona yaxınlaşmış və özlərini təqdim edərək birlikdə Salyan RPŞ-nə getməyi təklif etmişlər. Polis şöbəsində müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofan bükümdə olan kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir, özünə məxsusdur, həmin narkotik vasitəni 20 aprel 2024-cü il tarixdə axşam saatlarında Salyan şəhəri, X.R.Ulutürk küçəsi ərazisində doqquz mərtəbənin həyətində yerləşən dükanın qarşısında yerdə olan “Prima” markalı siqaret qutusunun içərisindən tapmış və özü qəbul etmək məqsədilə götürüb üzərində saxlamışdır. Aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar kütlə ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən kağız zərfdə qablaşdırılmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla bağlı şöbəyə çox saylı şikayətlər daxil olmuşdur. Həmçinin atası da dəfələrlə şikayət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 21 aprel 2024-cü il tarixdə şöbəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Onun ola biləcəyi yerlər əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 12:00 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri, X.R.Ulutürk küçəsi ərazisində 9 mərtəbə binanın yaxınlığında müşahidə edib ona yaxınlaşmışlar və özlərini təqdim edərək birlikdə Salyan RPŞ-nə getməyi təklif etmişlər. Polis şöbəsində müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs siqaret qabını çıxarıb təqdim etmişdir. Aşkar edilmiş kütlə müstəntiq tərəfindən ekspertizaya təqdim edilməsindən ötrü kağız zərdə qablaşdırılmışdır. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, səhər-səhər yaşadıqları evin qapısı döyülmüş, qapını özü açmış, Şahmarı ondan soruşub içəri girmişlər. İki şəxs mənzilə daxil olmuşdur. Gələn şəxslər arasında Tural adlı polis əməkdaşını tanımışdır. Belə ki, Tural əvvəllər onların yaşadığı binada yaşamışdır. Onların mənzili binanın birinci, Tural isə binanın 4-cü girişdə yaşamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, oğlu Şahmar narkoman olduğu üçün onu hər gün incidərək ondan pul alırmış. Ona görə də, barəsində polisə şikayət etmişdir. Oğlu tutulmamışdan bir gün əvvəl narkotik vasitə almışdır. Şahmar narkotik vasitəni zəng vurduğu şəxslərdən yaşadıqları binanın yaxınlığına alırmış. Oğlu tutulduğu günü narkotik vasitə ilə yanaşı yuxu dərmanı da qəbul etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X5 tərəfindən 21 aprel 2024-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 16-cı vərəqində olan “şübhəli şəxs qismində tutma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması məqsədilə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işinin 26-27-ci vərəqlərində olan 21 aprel 2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüququ 21 aprel 2024-cü il tarixdə, saat 12:00-da məhdudlaşdırılmış, saat 12:30-da isə tutulmuşdur. Cinayət işinin 31-32-ci vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması barədə” 21 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Salyan rayon X10 Bölməsinin müstəntiqi X2, icraatında olan material üzrə Azərbaycan Respublikası CPM-nin 85 və 242- 246-cı maddələrinin tələblərinə riayət etməklə Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1, CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid3, KTQ-nun baş inspektor kriminalisti Yüzbaşıyev Fuad Elxan oğlu, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X3 iştirakları ilə ondan ötrü ki, 21 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Salyan RPŞ-nin inzibati binasında axtarış və götürmə aparmışdır. Şəxsi axtarış başlanılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüququ və vəzifələri izah edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində nə olması barədə soruşulduqda, o, bildirmişdir ki, həmin bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroin vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda orada qəhvəyi rəngdə, ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlənin olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan narkotik vasitə heroin özünə məxsusdur, həmin maddəni dünən yəni 20 aprel 2024-cü il tarixdə axşam saatlarında Salyan şəhəri, X.R.Ülutürk küçəsi ərazisində doqquz mərtəbənin həyətində yerləşən dükanın qarşısında yerdə olan “Prima” markalı siqaret qutusunun içərisindən tapmış, narkotik maddə istifadəçisi olduğu üçün tapdığı maddəni özü qəbul etmək üçün üzərində saxlamışdır. Həmin narkotik vasitədən dünən axşam bir qədər istifadə etmiş, qalanını da istifadə etmək üçün saxlamışdır. Həmçinin bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa şəxsə satmamış və satmaq niyyəti olmamışdır. Şəxsi axtarış zamanı elektron tərəzi vasitəsilə çəkildikdə narkotik vasitə heroinə oxşar kütlənin çəkisinin 0,46 qram olması müəyyən edilmişdir. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlənin olduğu sellofan büküm iş üçün əhəmiyyət kəsb etdiyindən məhkəməkimyəvi ekspertizasına təqdim edilməsindən ötrü kağız zərfdə qablaşdırılmış, üzərində “DİN Zərflər üçün N-113” sözləri əks olunmuş möhürlü kağızla möhürlənmiş, şübhəli şəxsin özü, müdafiəçisi və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman “Samsung” markalı mobil telefon ilə videoçəkiliş aparılmış və protokola əlavə olunacaqdır. Cinayət işinin 39-41-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/1- 18/414 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,358 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,308 qram. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil etmişdir. Cinayət işinin 47-48-ci vərəqlərində olan 22 aprel 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 63-66-cı vərəqlərində olan “qətimkan tədbirinin seçilməsi haqqında” Salyan Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 67-ci vərəqində olan “maddi sübut kimi tanıma haqqında” 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 0,308 qram narkotik vasitə heroin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Salyan RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Cinayət işinin 77-80-cı vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən alınmış xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 69.4-cü maddəsinə əsasən ŞMV-nin 3000 misli cərimə cəzası təyin edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2010-cu il tarixli Salyan Rayon Məhkəməsinin qərarı ilə Salyan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən CM-nin 76-cı maddəsinə əsasən 07 ay 28 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsinə əsasən 3000 manat cərimə cəzası təyin olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 10 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə, CM-nin 70-ci maddəsinə əsasən 02 il şərti sınaq müddəti cəzaları təyin edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 71.5, 67.1, 69.3cü maddələrinə əsasən 2 il 8 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə, 2990.79 manat cərimə cəzalarına məhkum edilmişdir. xx.xx.2021-ci ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 04 ay 09 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3, 67.1, 68.2-ci maddələrinə əsasən 2 il müddətinə azadlıqdan məhrum etmə və 2990.79 manat cərimə cəzalarına məhkum edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə qərarı ilə 3 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin 81-84-cü vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 1(057)- 85/2022 saylı, 29 iyun 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci ildən həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə hesablanması, CM-nin 67.1-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli hökmü ilə üzərində saxlanılmış cərimə cəzasının çəkilməmiş hissəsi 2990.79 manat cərimə cəzası həmin hökmlə ona təyin olunmuş cəza ilə tam birləşdirilməsi, üzərində 2 il müddətə azadlıqdan məhrum etmə və 2990.79 manat cərimə cəzası saxlanılmışdır. Cinayət işinin 85-ci vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X13 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X12 18-1-68/2-934/2024 saylı, 08 may 2024-cü il tarixli məktubundan görünür ki, poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatına əsasən, Salyan şəhərində anadan olmuş, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 30, mənzil 5-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2010-cu il tarixdən “Tiryəklə” narkoloji qeydiyyatdadır. Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən, Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. Cinayət işinin 87-88-ci vərəqlərində olan Salyan "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 30, mənzil 5 ünvanda ailəsi ilə yaşayır, barəsində yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 97-ci vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X8 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 371 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2022-ci ilin “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyata durur. Cinayət işinin 99-103-cü vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 4(057)- 40/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.1985-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 3 ünvanda yaşayan, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vermiş olduğu vəsatət təmin edilməmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan idman şalvarının cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olması barədə soruşulduqda, o, “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin maddəni bir gün əvvəl, yəni 20 aprel 2024-cü il tarixdə axşam saatlarında Salyan şəhəri, X.R.Ülutürk küçəsi ərazisində “9” mərtəbənin həyətində yerləşən dükanın qarşısında yerdə olan “Prima” markalı siqaret qutusunun içərisindən tapdığını, narkotik maddə istifadəçisi olduğu üçün tapdığı maddəni özü qəbul etmək üçün üzərində saxladığını dedi. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı evdən, yəni Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 30, mənzil 5 ünvanından polis əməkdaşları tərəfindən 21 apreldə saat 10 radələrində evdən aparıldığını, onu polis əməkdaşları yaşadığı evdən apararkən evdə heç kimin olmadığını, həmin vaxt valideynləri bazara alış-verişə getdiyini, daha sonra isə bildirmişdir ki, polis əməkdaşları onu evdən apararkən evdə anası və qardaşı da olduğunu, üzərində heç bir narkotik vasitə olmaması və polis şöbəsində üzərində narkotik vasitə aşkar olunması ilə bağlı verdiyi ifadəsini müzakirə edərək hesab edir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarakteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür. Belə ki, şəxsi axtarış keçirilməsi və götürmə aparılması vaxtı, şübhəli şəxs qismində, təqsirləndirilən şəxs qismində, həmçinin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən məhkəmədə özünün verdiyi ifadələri, şahidlərin məhkəmədə verdikləri ifadələri ilə tam təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs və şahidlərin ifadələri ilə, eləcə də iş materialları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 21 aprel 2024-cü il tarixdə saat 12:00 radələrində Salyan şəhəri, X.R.Ulutürk küçəsi ərazisində yaşadığı evin yaxınlığında şübhəli kimi saxlanılaraq ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan idman şalvarının sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,358 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Bundan başqa, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 Təqsirləndirilən şəxs yaşadığı evdən, səhər saatlarında polis əməkdaşları tərəfindən aparılması ilə bağlı göstərdiklərini məhkəmə müzakirə edərək hesab edir ki, şahid Təqsirləndirilən şəxs hansı saatda və hardan aparılması ilə bağlı qeyri dəqiqliyə yol verir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə aparılan istintaq hərəkətləri zamanı yaşadığı evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldığını göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, səhər saatlarında valideynləri bazara alış-verişə getmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 2024-cü il aprelin 22-də ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilərkən özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 30, mənzil 5-də qeydiyyatda olmaqla yaşayır. Qanunsuz olaraq narkotik vasitələrin saxlanmasına görə əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə 03 ay 15 gün cəzadan vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Azadlığa çıxdıqdan sonra mütəmadi olaraq narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. 20 aprel 2024-cü il tarixdə axşam saatlarında yaşadığı Salyan şəhəri, X.R.Ulutürk küçəsi ərazisində 9 mərtəbənin həyətində yerləşən dükanın qarşısında yerdə olan “Prima” markalı siqaret qutusu diqqətini cəlb etmişdir. Əyilib həmin qutunu yerdən qaldırıb içərisinə baxdıqda orada sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu görmüşdür. Ona görə də, tapdığı narkotik vasitə heroini qəbul etmək üçün özündə saxlamaq qərarına gəlmiş və sellofan bükümü götürüb cibinə qoymuşdur. Həmin narkotik vasitədən axşam bir qədər istifadə etmiş və qalanını da istifadə etmək üçün saxlamışdır. 21 aprel 2024-cü il tarixdə saat 12:00 radələrində Salyan şəhəri, X.R.Ulutürk küçəsi ərazisində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim etdikdən sonra birlikdə Salyan rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və şöbədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulmağı ona elan olunmuşdur. Təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona təklif olunmuşdur ki, üzərində qadağan olunmuş əşya vardırsa təqdim etsin və o bildirmişdir ki, üzərində narkotik vasitə heroin vardır. Bundan sonra əynində olan qara rəngli idman şalvarının sol yan cibindən sellofan bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi sellofan bükümün içərisinə baxıldıqda oradan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə heroindir, özünə məxsusdur, həmin maddəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş sellofan bükümdə olan narkotik vasitə heroin ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən qablaşdırılmış, möhürlü kağızla ağzı möhürlənmiş, üzəri o, müdafiəçisi və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə müdafiəçinin iştirakı ilə tərtib olunmuş protokol ona ucadan oxunduqdan sonra doğru bilib protokolu imzası ilə təsdiq etmişdir. Bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroini əldə etməkdə məqsədi onu qəbul etmək olmuş, əldə etdiyi narkotik vasitə heroindən başqa şəxsə satmamış və satmaq niyyəti olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata xx.xx.2024-cü il tarixdə Salyan Rayon Məhkəməsində baxılarkən ifadəsində bildirmişdir ki, məcburiyyət qarşısında qalıb boynuna almışdır. xx.xx.2024-cü ildə saat 10-da 4 nəfər polis əməkdaşı onu evdən götürüb polis şöbəsinə aparmışlar. Polisdə şalvarının sağ yan cibindən narkotika tapılmışdır. Narkotik maddə cibindən çıxıbsa ona məxsusdur. Həmin narkotik maddəni tapmış və evdə qara şalvarının cibində qalmışdır. Onu heç kim döyməmiş və təzyiq göstərməmişdir. Evində xəstə uşağının olduğunu nəzərə alaraq barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etdi. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ekspert tədqiqatından sonra qalıq qalmış 0,308 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusulə təhlükəli residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 71.5, 67.1, 69.3-cü maddələrinə əsasən 02 il 08 ay 27 gün müddətə azadlıqdan məhrum etmə və 2990.79 manat cərimə cəzalarına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 1(057)-85/2022 saylı, 29 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci ildən həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə hesablanmış, CMnin 67.1-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli hökmü ilə üzərində saxlanılmış cərimə cəzasının çəkilməmiş hissəsi 2990.79 manat cərimə cəzası hökmlə ona təyin olunmuş cəza ilə tam birləşdirilərək üzərində 2 il müddətə azadlıqdan məhrum etmə və 2990.79 manat cərimə cəzasının saxlanılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, CM-nin 69.3, 67.1, 68.2-ci maddələrinə əsasən 2 il müddətinə azadlıqdan məhrum etmə və 2990.79 manat cərimə cəzalarına məhkum edilmişdir. xx.xx.2023-cü ildə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 3 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədənədək ardıcıl, yəni məhkumluq ödənilmədən və götürülmədən 4 dəfə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.3-cü maddəsində göstərilmişdir ki, qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivi hesab edilir. İş materiallarına əlavə edilmiş tələbnamə və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs hazıradək az ağır cinayət törətməyə görə 4 dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin işlər üzrə məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu cinayətlərin residivi aşağıdakı hallarda xüsusilə təhlükəli sayılır: Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi üç il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli az ağır cinayətlər təsnifatına aiddir. Cinayət Məcəlləsinin 18.3.1-ci maddəsinə əsasən, qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Cinayət Məcəlləsinin Məcəllənin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56-cı maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edildiyindən və onun müalicəyə ehtiyacı olduğundan ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, Ərazi Narkoloji kabinetində 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,308 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş materiallarına əlavə olunmuş 01 ədəd “CD” disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 30 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 180 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü ilə üzərində saxlanılmış cərimə cəzasının çəkilməmiş hissəsi 2990,79 manat cərimə cəzası hazırkı hökmlə ona təyin olunmuş cəza ilə tam birləşdirilsin, üzərində 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə və 2990,79 manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli tutulduğu gündən, yəni 21 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş xx.xx.2024-cü il tarixli “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və onun Ərazi Narkoloji kabinetində 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,308 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 01 ədəd “CD” diskin cinayət işinin materiallarında olması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 30 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 180 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya protesti verilməmişsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar