Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-103/2024 04.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o 10 fevral 2024-cü il tarixdə saat 19 radələrində Salyan şəhərində yerləşən "Billur" şadlıq sarayının qarşısından keçərkən göstərilən tarixdə Bakı şəhərindən həmin şadlıq sarayında keçirilən toy şənliyinə qonaq gəlmiş Zərərçəkmiş şəxs Salyan şəhəri, M.Dadaşov küçəsində itirdiyi "KapitalBank"a aid 5239 1517 5470 1491 nömrəli BirBank kartını yerdən tapdıqdan sonra tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Oba" marketə gələrək informasiya texnologiyalarından istifadə etməklə elektron məlumat daşıyıcısı olan Zərərçəkmiş şəxs məxsus qeyd edilən kartdan həmin marketdə quraşdırılmış postterminal vasitəsi ilə 10 fevral 2024-cü il tarixdə saat 20:09-da 2 manat 60 qəpik, saat 20:10-da 8 manat, saat 20:10-da yenə 8 manat, saat 20:19-da 33 manat 16 qəpik, saat 20:20-də 12 manat 20 qəpik, saat 20:21-də 8 manat, saat 20:22-də 3 manat 59 qəpik, sonra eyni üsul və vahid niyyətlə Salyan şəhərində yerləşən "Rəvan" marketdə həmin gün saat 21:47-də 22 manat 40 qəpik, saat 21:54-də 1 manat, saat 21:59-da 24 manat, saat 22:31-də 9 manat 80 qəpik, saat 22:33-də 12 manat, saat 23:40-da 19 manat 30 qəpik, saat 23:42-də 5 manat, 11 fevral 2024-cü il tarixdə saat 00:11-də 15 manat 50 qəpik, saat 00:15-də 2 manat 50 qəpik, yenə saat 00:15-də 10 manat, 00:46-da 15 manat, yenə saat 00:46-da 1 manat, saat 00:53-də 7 manat, daha sonra eyni üsul və vahid niyyətlə Ələt- Astara avtomobil yolunun Salyan şəhərindən keçən 59-cu km-də yerləşən "Oba" marketdən 11 fevral 2024-cü il tarixdə saat 01:21-də 90 manat, saat 01:25-də 4 manat 50 qəpik, saat 02:00-da 54 manat 30 qəpik, saat 02:17-də 80 manat, saat 02:18-də 60 manat, 02:21-də 26 manat 75 qəpik, saat 02:23-də 10 manat, saat 02:24-də 3 manat, saat 02:28-də 28 manat 50 qəpik, saat 02:30-da 7 manat 20 qəpik, saat 02:31-də 9 manat, saat 02:35-də 6 manat 80 qəpik, saat 02:36-da 3 manat, saat 02:37-də 8 manat 80 qəpik, saat 02:41-də 9 manat 20 qəpik, saat 02:43-də 12 manat 67 qəpik, saat 02:45də 26 manat və 40 manat, saat 02:52-də 27 manat 21 qəpik, saat 04:04-də 6 manat 60 qəpik, 04:07-də 39 manat 39 qəpik, 04:09-da 5 manat 20 qəpik dəyərində müxtəlif ərzaq məhsulları alaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 778 manat 17 qəpik pulunu gizli olaraq oğurlayıb talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sərxoş vəziyyətə olduğu üçün Salyan şəhərində yerləşən "Büllur" şadlıq sarayının qarşısından keçərkən yerdə olan bir plastik bank kartı diqqətini cəlb etmiş, götürüb həmin karta baxanda onun Kapital Banka məxsus Birbank kartı olduğunu görmüş, lakin həmin vaxt tapdığı kartın kimə məxsus olmasını və kartda dəqiq nə qədər məbləğdə pul olmasını bilməmişdir. Heç vaxt plastik kart istifadə etməsə də bilib ki, plastik kartıdır və onda pul ola bilər. Ona görə də mağazaya gedərək siqaret, çörək, araq və başqa ərzaq məhsulları alıb yeyib içərək sərxoş olmuşdur. İki gün ərzində spirtli içkilər alıb içmişdir. Ondan başqa, qonşular, tanışlar, kasıb uşaqlar üçün də ərzaq məhsulları almışdır. Zərər çəkmiş şəxsə dəymiş 780 manata ziyanı ödəmək istəyir, işləyərək hər ay hissə-hissə olmaqla ödəyəcəkdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, valideynləri rəhmətə gedibdir, qardaş Namik tutulub hazırda həbsdə olduğundan Salyan şəhərində yerləşən evlərində tək yaşayır. Heç vaxt evlə həyatı qurmamış və mobil telefondan istifadə etməmişdir. Sərxoş vəziyyətdə tutduğu əmələ görə səmimi peşimandır. Çörək bişirmə mərkəzinə işə düzəldiyini, gündəlik aldığı puldan zərər çəkmişə dəymiş ziyanı ödəyəcəkdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır və özü də fərdi qaydada sürücülük etməklə ailəsini dolandırır. 10 fevral 2024-cü il tarixdə idarə etdiyi Ford markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə tanışı X5 şəhərində yerləşən "Büllur" şadlıq sarayında keçirilən toy şənliyinə gətirmiş, saat 18 radələrində Arif Qədirovla birlikdə şadlıq sarayına daxil olarkən zəng etmək üçün mobil telefonunu əynindəki şalvarın arxa cibindən çıxaran zaman telefonla birlikdə arxa cibinə qoyduğu "KapitalBank"a məxsus BirBank kartı özü də bilmədən yerə düşmüş və bundan onun xəbəri olmamışdır. Həmin BirBank kartı ilə ona ayrılmış 1500 manatlıq kreditin 700 manatını əvvəldən özü istifadə etmiş, bildiyi qədər kartı itirən zaman kartdakı hesabda təxminən 780 manat pul qalmışdır. 13 fevralda qardaşı ona zəng vuraraq avtomobilinin mühərrikinin yağını dəyişmək üçün ona 80 manat pul lazım olduğunu demişdir, o da evə gedərək kartdan pul çıxartmasını tapşırmışdır. O, evə gedib kartı axtarsa da tapa bilməmişdir. Övladı planşet vasitəsi ilə müəyyən etmişdir ki, plastik kartdan Salyan rayonunda istifadə olunmuşdur. Ona görə də bu barədə dərhal DİN-in 102 Xidmətinə zəng vurub məlumat vermiş və sonra da gəlib Salyan RPŞ-n ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində kartını tapıb oradakı pulları oğurlayan şəxs Salyan şəhər sakini Təqsirləndirilən şəxsdur. Kartından dəqiq nə qədər pul çıxarılmasını da sonradan özü planşetindəki proqramla yoxlayıb dəqiqləşdirərkən məlum olmuşdur ki, kartını Salyan şəhərində itirən zaman kartdakı hesabında 780 manat deyil, cəmi 778 manat 17 qəpik pul olmuş və həmin məbləğdə pulunun hamısı Kəmaləddin adlı şəxs tərəfindən oğurlanmışdır. Kartdakı pullarını oğurlamasına baxmayaraq Kəmaləddin adlı həmin şəxs bu günə kimi onun pullarını qaytarmamışdır. Ona görə də oğurlanmış pulunun məbləğinin 780 manat deyil, 778 manat 17 qəpik kimi qəbul edilməsini və pulunu oğurlamış həmin şəxs barəsində qanuni tədbir görülməklə ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Bir neçə dəfə ona zəng vuraraq ziyanı ödəyəcəklərini desələr də heç bir məbləğ ona ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən Ələt-Astara yolunun Salyan şəhərindən keçən 59-cu kmdə yerləşən "Oba" marketdə müdir-kassir vəzifəsində işləyir və Təqsirləndirilən şəxs əvvəldən tanımamış, onunla qohumluğu, ədavəti, hər hansı bir münasibəti də olmamışdır. İşlədiyi həmin market bütün gün ərzində, yəni 24 saat işləyir və əksər hallarda özü gecə saatlarında marketdə olur. Dəqiq tarix yadında olmasada təxminən 2024-cü ilin fevral ayının ilk on günlüyündə bir dəfə gecə saatlarında sonradan Kəmaləddin müştəri kimi marketdən bəzi ərzaq məhsulları, araq alandan sonra kassaya yaxınlaşıb ona tərəf BirBank kartı uzatmış, o da həmin vaxt marketdə olan post-terminalı Kəmaləddin əlindəki karta tərəf yaxınlaşdıran kimi kartdan avtomatik ödəniş həyata keçmişdir. Həmin vaxt Kəmaləddin adlı şəxsin dəqiq hansı məbləğdə marketdən alver etməsini bilməmiş, bu onun yadında qalmamışdır. Bank kartları ilə ödəniş edərkən alınan malların dəyəri 100 manatdan çox təşkil etmədiyi hallarda kartdan istifadə zamanı şifrə tələb olunmur və həmin gün yadındadır ki, Kəmaləddin adlı şəxs bir dəfə kartdan istifadə etmişdir. Qeyd edilən tarixdə Kəmaləddin adlı şəxs marketə gələn zaman tək olmuş, onun yanında başqa heç kim olmamış, Kəmaləddin adlı şəxsin ödəniş etdiyi zaman istifadə etdiyi kartın üzərinə baxmadığından həmin kartın kimə məxsus olmasını da bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 7 ildir ki, Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Oba" marketdə kassir vəzifəsində işləyir və Təqsirləndirilən şəxs əvvəldən yerli şəhər sakini kimi tanımışdır. Bir neçə dəfə mağazadan mal almışdır. Adətən çörək və araq alıbdır. Təxminən 2024-cü ilin fevral ayının əvvəlində axşam vaxtı qonşu küçədə yaşayan Kəmaləddin adlı şəxs marketə gəlmiş və həmin şəxs marketdən bəzi ərzaq məhsulları, spirtli içki aldıqdan sonra kassaya yaxınlaşıb ödəməni BirBank kartı vasitəsi ilə etmək istədiyini bildirmiş, ona görə də həmin vaxt marketdə olan post-terminalı ona tərəf uzatmış və Kəmaləddin adlı şəxs əlindəki kartı post-terminalın müvafiq hissəsinə yaxınlaşdıran kimi post-terminalda bank kartları ilə ödəniş edərkən alınan malların dəyəri 100 manatdan çox təşkil etmədiyi zaman kartdan istifadə zamanı şifrə tələb olunmadığından kartdan ödəniş avtomatik həyata keçmişdir. Həmin gün Kəmaləddin adlı şəxs bir neçə dəfə gəlib eyni qayda ilə marketdən alver edib getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, qardaşı Fərman Həsənova məxsus Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yerləşən "Rəvan" marketdə 10 ildir ki, kassir vəzifəsində işləyir və Təqsirləndirilən şəxs əvvəldən yerli şəhər sakini kimi tanımışdır. Mağazada 3 qardaş işləyirlər. İşlədiyi həmin market səhər saat 8:00-dən saat 23:00-a kimi işləyir və marketdəki kassada əksər hallarda özü oturur. Təxminən 2024-cü ilin fevral ayının əvvəllərində Kamal kimi tanıdığı Kamaləddin marketə gəlmiş və o, marketdən bəzi ərzaq məhsulları, araq alandan sonra kassaya yaxınlaşıb ödəməni BirBank kartı vasitəsi ilə etmək istədiyini bildirmişdir. O da həmin vaxt marketdə olan post-terminalı Kəmaləddinə tərəf uzatmış, Kəmaləddin əlindəki kartı post-terminala tərəf yaxınlaşdıran kimi kartdan avtomatik ödəniş həyata keçmişdir. Həmin vaxt Kəmaləddin adlı şəxsin dəqiq hansı məbləğdə marketdən alver etməsini bilməmiş, bu onun yadında qalmamışdır. Bank kartları ilə ödəniş edərkən alınan malların dəyəri 100 manatdan çox təşkil etmədiyi hallarda kartdan istifadə zamanı şifrə tələb olunmur və həmin gün yadındadır ki, Kəmaləddin adlı şəxs marketdə bir neçə dəfə kartdan istifadə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə” Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin 07 mart 2024-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmış və icraatına qəbul edilmişdir. Cinayət işinin 6-8-ci vərəqlərində olan “baxış keçirilməsi və əşyanın götürülməsi barədə” 13 fevral 2024-cü il tarixli protokoldan və foto şəkillərdən görünür ki, Salyan RPŞnin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 Azərbaycan Respublikası CPM-nin 51, 86 və 236-cı maddəllərinin tələblərinə əsasən Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Tural Əhmədlinin, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Zamiq Rüstəmovun, şübhəli şəxs Təqsirləndirilən şəxs, hal şahidləri X2, X3 iştirakları protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs tapdığı "xxxx" ASC-nə aid 5239 1517 5470 1491 nömrəli plastik kart tərəfindən götürülmüşdür. Həmin karta baxış keçirilən zaman həmin plastik kartın üst hissəsində “Birbank” və “cashback” sözləri yazılmışdır. Arxa hissəsində isə həmin plastik kartın Zərərçəkmiş şəxs məxsus olan Exp Date 11/26, security code 442 olması müəyyən olunmuşdur. Bununla bağlı fotoşəkil çəkilərək tərtib olunan protokola əlavə edilmişdir. Cinayət işinin 14-15-ci vərəqlərində olan “materialın aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 36/19-da yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Salyan RPŞ-nə daxil olmuş müraciəti əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün Salyan Rayon Polis Şöbəsinin İB-nə verilməsi qərara alınmışdır. Cinayət işinin 43-44-cü vərəqlərində olan Salyan rayon İHB-nin Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 29 aprel 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır. Təqsirləndirilən şəxs barəsində bu günə kimi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə şikayət daxil olmamışdır. Cinayət işinin 45-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 46-cı vərəqində olan 22 saylı MKİS-nin rəisi M.Salmanov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs ünvan 3 ünvanda qeydiyyatdadır. Vətəndaşın yaşadığı müddət ərzində qonşuları tərəfindən 22 saylı MKİS-ə şikayət daxil olmamışdır. Cinayət işinin 63-65-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 may 2024-cü il tarixli Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin qərarından görünür ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 76-77-ci vərəqlərində olan “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı cinayət işinin 29-31-ci vərəqlərində olan şahidin ifadəsinin yerində yoxlanması zamanı aparılmış videoçəkilişə dair 2 ədəd “CD” diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs plastik kart vasitəsi ilə alış-veriş etdiyi mağazaları ayrı-ayrılıqda göstərmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa, iş üzrə dindirilmiş zərər çəkmiş şəxs və şahid ifadələri, baxış və götürmə protokolu, ona əlavə edilmiş fotocədvəl, ifadənin yerində yoxlanılması protokolu, ona əlavə edilmiş bir ədəd CD diski, Kapital Bankdan alınmış ödəniş kartı, maddi sübut kimi götürülmüş bir ədəd bank kartı və digər istintaq sənədləri ilə onlara tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərmişdir ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, oğurluq əməlinin şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 31 oktyabr 2022-ci il tarixli qərarında göstərilir ki, təqsirkarın ödəniş kartını əldə etməyə yönəlmiş aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə talamaq niyyəti ilə pul vəsaitinə çatmağı asanlaşdırmaq üçün həyata keçirildiyi hallarda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq deyil, həmin Məcəllənin 177-ci maddəsinə uyğun olaraq oğurluq kimi tövsif edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi, ev 49 ünvanında yerləşən evini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Beləki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti - azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - Salyan Rayon Polis Şöbəsində maddi sübut olaraq saxlanılan "xxxx" tərəfindən verilmiş 5239 1517 5470 1491 nömrəli “BirBank” kartı hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun "xxxx"-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza çəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi, ev 49 ünvanını saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut - Salyan Rayon Polis Şöbəsində maddi sübut olaraq saxlanılan "xxxx" tərəfindən verilmiş 5239 1517 5470 1491 nömrəli “BirBank” kartı hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun "xxxx"-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-103/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-103/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver