Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-103/2025 13.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X8 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi vəkili X5 iştirakları ilə, xx.xx.1965-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" İş Mərkəzi MMC-də fəhlə işləyən, məhkum olunmamış, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda 6 ədəd kibrit qutusunda, ayrı-ayrlıqda təmiz çəkiləri 3,99 qram, 4,27 qram, 4,36 qram, 4,42 qram, 4,21 qram, 4,12 qram, ümumi çəkisi 25,37 qram kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə etibarnamə əsasında idarə etdiyi Vaz 21723 markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı sürətlər qutusunun dəstəyinin yanında əl-üz dəsmalına bükülmüş vəziyyətdə gizlədərək saxlamaqla daşımış, 2025-ci il iyulun 22-də saat 14:20 dəqiqədə Salyan rayonu Arbatan kəndi ərazisində idarə etdiyi həmin avtomobilin sükanı arxasında olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Salyan RPŞ-nin Dövlət Yol X12-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb narkotik təsiri altında olduğunu etiraf etdiyi üçün avtomobilin idarə etməsindən kənarlaşdırılmış, özünün iştirakı ilə YPX əməkdaşı tərəfindən avtomobili Salyan RPŞ-nin inzibati ərazisindəki duracağa yerləşdirilən zaman avtomobilə keçirilmiş baxış zamanı avtomobilin salonundakı sürətlər qutusunun dəstəyinin yanında əl-üz dəsmalına bükülmüş vəziyyətdə həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İ qrup əlil bacısı ilə birlikdə Salyan rayonu Arbatan kəndində yaşayır, "xxxx" İş Mərkəzi MMC-də fəhlə işləyir, əvvəllər məhkum olunmamış, istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Bakı şəhərində yaşayan qardaşına məxsus “Vaz-21173” markalı 90-CF844 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir, “B” dərəcəli sürücülük vəsiqəsi vardır. Təxminən 8 ildir “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana qəbul edir. 2025-ci il iyulun 22-də günorta saatlarında evdən çıxıb idarə etdiyi həmin avtomaşınla Salyan şəhəri ərazisində “PMK” kimi adlanan Nazim Babayev küçəsi ilə hərəkət edərkən əvvəllər üzdən tanıdığı və adını bilmədiyi “Baba” kimi çağırılan İran vətəndaşına rast gəlmişdir. O, Baba ilə təxminən 3-4 il əvvəl həmkəndlisi X4 vasitəsilə tanış olmuş, bir neçə dəfə Babadan narkotik vasitə alıb qəbul etmişdir. Son dəfə o, Babadan təxminən 4 ay əvvəl 120 manat verib 3 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana almışdır. Ona görə Salyan şəhəri, Nazim Babayev küçəsində dayanmış Babanı gördükdə yenidən ondan narkotik almaq qərarına gəlmişdir. O, idarə etdiyi avtomobili Babanın yanında saxlayıb “nəşə” olub-olmadığını soruşmuşdur. Baba cavab vermişdir ki, “nəşə”si vardır. O, bu dəfə Babaya 240 manat verib 6 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana alıb ondan ayrılmışdır. O, avtomobili kimsəsiz yerə sürüb aldığı narkotikdən bir ədəd siqaretə doldurub çəkib qəbul etmişdir. Sonra həmin 6 ədəd kibrit qutusunda olan narkotik vasitəni əl-üz dəsmalına büküb avtomobilin salonundakı surətlər qutusunun dəstəyinin yanına qoymuşdur. Bir qədər avtomobildə oturduqdan sonra avtomobili sürüb yaşadığı öz evi istiqamətində sürməyə başlamış, lakin evinə azacıq qalmış YPX avtomobili tərəfindən saxlanılmışdır. YPX əməkdaşı onunla söhbət edərkən sərxoş olub-olmadığını soruşduqda o, bildirmişdir ki, bir az əvvəl narkotik vasitə qurudulmuş marixuana qəbul etmişdir. Bundan sonra polis əməkdaşları onun iştirakı ilə videoçəkiliş aparılmaqla onun avtomobilinə baxış keçirtmişlər və həmin 6 ədəd kibrit qutusunda olan narkotik vasitəni sUrətlər qutusunun dəsətəyinin yanından dəsmala bükülmüş vəziyyətdə aşkar edib götürmüşlər. Şifahi sorğu zamanı bildirmişdir ki, o həmin narkotik vasitəni bir az əvvəl Salyan şəhərində “PMK” kimi adlanan Nazim Babayev küçəsində üzdən tanıdığı Baba adlı İran vətəndaşından 240 manata öz şəxsi istifadəsi üçün almış, həmin narkotiki satmaq məqsədi və niyyəti olmamışdır. Bundan sonra polis əməkdaşları onun avtomobilindən aşkar edilmiş həmin 6 ədəd kibrit qutusunu elektron tərəzidə çəkdikdə onların çəkisi 6,77 qram, 7,04 qram, 7,19 qram, 7,20 qram, 7,12 qram və 7,25 qram olmuşdur. Törətdiyi əməldən peşman olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahidlərin dindirmə protokolları, məhkəmə-bioloji və məhkəmənarkoloji ekspertizaları üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut, şəxsi axtarış və götürmə və digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Salyan Rayon Polis X14 X12-Nəqliyyat Hadisələri üzrə baş inspektoru vəzifəsində xidmət edir. 22 iyul 2025-ci il tarixdə RPŞ-nin DYPB-nin YPX inspektoru, polis seriantı Mirhadi Nəzirli ilə birlikdə “KİA-SPORTAGE” markalı **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Salyan rayonu Arbatan kənd yolunda xidmətdə olarkən saat 14:20 dəqiqədə Salyan şəhəri istiqamətində hərəkətdə olan VAZ21173 markalı **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü tərəfindən təhlükəsizlik kəmərindən istifadə olunmadığını aşkar etmişlər. YPX inspektrou Mirhadi Nəzirli avtomobilə yaxınlaşdıqdan sonra həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxsın hal və hərəkətlərində həmçinin danışıq tərzində qeyri normallıq aşkar edildiyindən ondan spirtli içki və ya başqa təsiredici vasitə qəbul edib etmədiyini soruşmuşlar. Şifahi söhbət zamanı Təqsirləndirilən şəxs bir qədər əvvəl narkotik vasitə qəbul etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı Ş avtomobilin sükanı arxasına Mirhadi Nəzirli əyləşmiş və qabaq sərnişin oturacağına isə Rəfail “ Əlizadə əyləşmişdir. Onun müşaiyyəti ilə saat 14:45 dəqiqədə Salyan RPŞ-nin inzibatə ərazisindəki duracağa gətirilmişdir. Duracağda maşının onlar tərəfindən gətirilməsi ilə bağlı müvafiq akt tərtb edilərkən avtomobilə səthi baxış keçirilmiş və sürətlər qutusunun yanında dəsmala bükülmüş vəziyyətdə 06 ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin 06 ədəd kibrit qutusunda spesifik qoxusu olan ot kütləsi var imiş. Rafayıl Əlizadədən həmin 06 ədəd kibrit qutusundaki ot kütləsi barədə soruşulduqda narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Bundan sonra o RPŞ-yə raport ilə müraciət etmişdir. Onun raportundan bir neçə dəqiqə sonra şöbənin inzibati binasının həyətində müstəntiq və əməliyyat müvəkkilinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilinə baxış keçirilmişdir, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən idarə etdiyi avtomobilindən 32 manat 80 qəpik pul, Ö1 ədəd göy rəngli cib dəsmalı, içərisində 01 ədəd alışqan olan 01 ədəd siqaret qutusu və üzərində ***-***-**-** saylı mobil nömrə olan “Honor” markalı mobil telefon aşkar edildi. Təqsirləndirilən şəxs üzərində axtarış keçirilərkən idarə etdiyi avtomobilindən əlavə əşya və ya predmet aşkar olunmadı. Təqsirləndirilən şəxs İdarə etdiyi avtomobilindən aşkar edilmiş 32 manat 80 qəpik pul, 01 ədəd göy rəngli cib dəsmalı, içərisində 01 ədəd alışqan olan 01 ədəd siqaret qutusu özünə qaytarıldıqdan sonra onlar tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21173 markalı **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisinə baxış keçirilmişdir. Baxış zamanı sürətlər qutusunun yanında 06 ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin 06 ədəd kibrit qutusunun içərisinə baxıldıqda yaşıl rəngli, özünəməxsus spesifik qoxusu olan narkotik vasitə qurudulmuş marivunnaya bənzər kütlələr olması müəyyən edilmişdir. Həmin kütlələr elektron tərəzi yasitəsilə çəkildikdə çəkilərinin 6,77 qram, 7,04 qram, 7,19 qram, 7,20 qram, 7,12 qram və 7,25 qram olmaları müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin 06 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri 22 iyul 2025-ci il tarixdə günorta saatlarında evdən çıxıb idarə etdiyi həmin avtomaşınla Salyan şəhəri ərazisində “PMK” kimi adlanan Nazim Babayev küçəsi ilə hərəkət edərkən əvvəllər üzdən tanıdığı və adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Həmin şəxsi isə bir neçə il əvvəl X4 vasitəçiliyi ilə tanıdığını demişdir. Həmçinin həmin kütlələri özünün şəxsi istifadəsi üçün aldığını, heç kimə pay vermədiyini və satış məqsədi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21173 markalı **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisində sürətlər qutusunun yanından aşkar edilərək götürülmüş 06 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr müstəntiq tərəfindən qablaşdırıldıqdan sonra bu barədə protokol tərtib edilmişdir. Protokol iştirakçılara oxunduqdan sonra heç bir qeyd, təklif daxil olmamış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş leytenantı Şahid3 də Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” aktdan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürətlər qutusunun yanından 06 ədəd kibrit qutusu aşkar edilmişdir və şəxsin özünün bildirməsinə görə içərisində narkotik vasitə vardır. xx.xx.2025-ci il tarixli “şəxsin üzərinə və avtomobilinə baxış keçirilməsi və götürmə haqqında” qərar və protokoldan görünür ki, 2025-ci il iyulun 22-də saat 14:53 dəqiqədə Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilinə keçirilmiş baxış zamanı avtomobilin sürətlər qutusunun yanından 06 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilib götürülmüşdür. xx.xx.2025-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2025-ci il tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/536 №-li rəyindən görünür ki, tədqiqata dəqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs məxsus avtomobildən... sözləri yazılmış kağız paketdə 06 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3.99 qram, 4,27 qram, 4,36 qram, 4,42 qram, 4,21 qram, ümumi çəkisi 25,37 qram olan bitki mənşəli kütlələr kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, metamfetaminin təmiz çəkisi– 25,37 qram, tədqiqata sərf olundu – 0,12 qram, hər ob – 0,02 qram, qalıq – 25,25 qram. Həmin rəyə əlavə edilmiş 23 iyul 2025-ci il tarixli 18/536 saylı bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 24 iyul 2025-ci il tarixdə “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerində azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. xx.xx.2025-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 25,25 qram narkotik vasitə qurudulmuş marixuana işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınsın və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 431 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Lakin, hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində qeydiyyata götürülməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. xx.xx.2025-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi barədə” qərardan görünür ki,250720091 nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. xx.xx.2025-ci il tarixli DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs daha əvvəllər məhkum olunmamışdır. xx.xx.2025-ci il tarixli “Salyan Rayon Mərkəzi Xəstəxanası” X11 arayışından görünür ki, Təqsirləndirilən şəxs narkolofi və psixonevroloji qeydiyyatda yoxdur. xx.xx.2025-ci il tarixli Salyan RİHB-nın Salyan rayon Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs bacısı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun ailə tərkibi bacısı xx.xx.1959-cu il təvəllüdlü X1 ibarətdir. 19 sentyabr 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 2025-ci il iyulun 22-də saat 14:53 dəqiqədə Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilinə keçirilmiş baxış zamanı avtomobilin sürətlər qutusunun yanından 06 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilib götürülmüşdür. xx.xx.2025-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 14:22 radələrində Salyan rayonu Arbatan kəndində olması müəyyən edilmişdir. Salyan RPŞ-nə verilmiş əməliyyat tapşırığına alınmış cavabdan görünür ki, Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı maraq kəsb edən məlumatlar əldə edilməmişdir. Lakin Təqsirləndirilən şəxs sakinlər arasında narkotik vasitə istifadəçisi kimi tanınması müəyyən edilmişdir. Bundan başqa Salyan rayonu Arbatan kənd sakini X4 isə Fransada yaşadığı müəyyən edilmişdir. “Baba” kimi tanınan naməlum İran İslam Respublikası vətəndaşının isə şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanının xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 2025-ci 11 iyulun 24-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs 06 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı satmış “Baba” ləqəbli İran vətəndaşının şəxsiyyəti müəyyən edilmədiyindən və ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin " başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 25,25 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, məhkəməkimyəvi ekspertizasının 18/536 №-li və məhkəmə-narkoloji ekspertizasının 431 №-li rəyləri, ifadə və protokollar, şəxsin üzərinə və idarə etdiyi avtomobilinə baxış və götürməni əks etdirən 01 ədəd CD disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə edilmişdir. Qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə məsuliyyətini yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 03 gün müddətin hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətmiş, əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən, probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən, probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 17-1.6-cı maddəsinə əsasən, şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 17-1.8-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Salyan rayonu Arbatan kəndində yerləşən yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X7 aparılmış ekspertizadan sonra qalıq qalmış 25,25 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Müdafiəçi vəkili X6 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 02 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Salyan rayonu Arbatan kəndində yerləşən yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X7 aparılmış ekspertizadan sonra qalıq qalmış 25,25 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Müdafiəçi vəkili X6 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-103/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-103/2025
13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver