Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-104/2023 04.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs İsamədin oğlu, Təqsirləndirilən şəxs, Müdafiəçi3 iştirakı ilə xx.xx.1998-ci ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Neftçala rayonu Bankə qəsəbəsi B.Eyvazov küçəsi ev 19-da yaşayan Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun mərhum atası “SOCAR”-da qazmaçı işləmiş X4 86000 manat sığorta pulunu alacağına köməklik edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırmış, bu məqsədlə vahid niyyətlə 2021-ci il martın 07-də Neftçala rayonu Bankə qəsəbəsi B.Eyvazov küçəsi ev 19-da yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs anası Şahid1 1700 manat, 2021ci il martın 10-da Neftçala rayonu Bankə qəsəbəsi B.Eyvazov küçəsi ev 19-da yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs anası Şahid1 500 manat, 2021-ci il martın 15-də Neftçala rayonu Bankə qəsəbəsi B.Eyvazov küçəsi ev 19-da yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs anası Şahid1 2200 manat, 2021-ci il martın 19-da Bakı şəhəri Yasamal rayonunda yerləşən Xalq siğorta şirkətinin qarşısında 2450 manat, 2021-ci il martın 29-da Salyan şəhəri X7 Süleymanovun yeznəsi Şahid3 1700 manat, 2021-ci il aprelin 03-də Neftçala rayonu Bankə qəsəbəsi B.Eyvazov küçəsi ev 19-da yerləşən fərdi yaşayış evində 3000 manat, 2021-ci il aprelin 10-da Bakı şəhəri Yasamal rayonunda yerləşən “Azərsu” şirkətinin qarşısında 2000 manat, 2021-ci il aprelin 17-də Neftçala rayonu Bankə qəsəbəsi B.Eyvazov küçəsi ev 19-da yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs anası Şahid1 1350 manat, 2021-ci il mayın 21-də Bakı şəhəri Nizami rayonunda yerləşən “Kukla” teatrının qarşısında 1100 manat, 2021-ci il iyunun 01-də Neftçala rayonu Bankə qəsəbəsi B.Eyvazov küçəsi ev 19-da yerləşən fərdi yaşayış evində 800 manat, 2021-ci il iyunun 30da Salyan şəhərində “Access bank”ın qarşısında Zərərçəkmiş şəxs anası Şahid1 500 manat pulu alaraq Zərərçəkmiş şəxs xeyli miqdarda, ümumilikdə 17300 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü il martın 07-də ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, səmimi peşimandır, məhkəmə baxışı zamanı ifadə verməkdən imtina edir. Ona görə də Azərbaycan Respublikası CPM-nın 327.1-ci maddəsinə əsasən istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur.O, həmin ifadəsində göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Barəsində şikayət edən Zərərçəkmiş şəxs onun tanışıdır. Onların münasibəti həmişə yaxşı olmuşdur, aralarında heç bir ədavət və düşmənçilik münasibətləri olmamışdır. Qaraşın atası mərhum X1 şirkətində qazmaçı vəzifəsində işləmişdir. 2020-ci il martın 21-də mərhum İsaməddin xəstələyini görə vəfat etmişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində o, mobil telefon vasitəsilə Qaraşa zəng edərək evdə olub-olmadığını soruşmuş, Qaraş da evdə olduqlarını bildirmişdir. 2020-ci il dekabrın 14-də o, Neftçala rayonu Bankə qəsəbəsində yaşayan Qaraşın evinə qonaq getmişdir. Qaraş ilə söhbət edən zaman mərhum atası İsaməddinin sığorta pulunu alıb-almadığını soruşmuş, Qaraşda almadıqlarını bildirmişdir. O, Qaraşa tanışının olduğunu deyərək danışıb ona xəbər edəcəyini demişdir. Təxminən 3-4 gün sonra o, Qaraşın yaşadığı Salyan rayonu Bankə qəsəbəsində olan fərdi yaşayış evinə getmişdir. O, Qaraşa əvvəlcədən hazırlatdırdığı kağızı verərək Xalqbank sığorta şirkətindən məktub gətirdiyini, həmin məktubda anası Şahid1 adına 86000 AZN pul çeki yazıldığını göstərmişdir. Sonra Qaraşa yalandan olmayan bir şəxsi uyduraraq qabaqcadan 20000 manat pul istədiyini demişdir. Qaraş isə ona həmin şəxsin pulu sığorta şirkətindən almasını, 20000 manatını götürməsini, qalan 66000 manatı da ona verməsini bildirmişdir. O da həmin şəxsin elə etmədiyini, 20000 manatı qabaqcadan istədiyini demişdir. Sonra Qaraş mobil telefon vasitəsilə ona zəng edərək mərhum atası İsaməddinin sığorta pulunu almaq üçün istədiyi pulu vermək qərarına gəldiyini bildirmişdir. 2021-ci il martın 07-də səhər saatlarında o, mobil telefon vasitəsilə Qaraşa zəng edərək harada olduğunu soruşmuş, o da əkin sahəsində olduğunu bildirmişdir. Qaraş ona yaşadığı evə getməyini, özünündə gələcəyini bildirmişdir. O, Qaraşın yaşadığı evinə getmiş, təxminən 10 dəqiqə sonra da Qaraş gəlmişdir. O, Qaraş ilə danışaraq pulu vermək lazım olduğunu demişdir. Qaraş da ona nağd pulunun olmadığını və hissə-hissə verəcəyini bildirmiş, o da Qaraşa həmin şəxs ilə danışıb razı salacağını demişdir. Sonra Qaraş əkin sahəsində iş gördüyünü deyərək getmək istədiyini bildirmiş, o da işi olduğunu deyərək evdən çıxıb getmişdir. Həmin tarixdə Qaraş mobil telefon vasitəsilə ona zəng edərək əkin sahəsində olduğunu, anası Xuramanda 1700 manat pul olduğunu deyərək gedib götürməyini bildirmiş, o da gedib götürəcəyini demişdir. O, Qaraşın yaşadığı evə gedərək anası Xuramandan 1700 manat pulu alaraq çıxıb getmişdir. 2021-ci il martın 10-da o, mobil telefon vasitəsilə Qaraşa zəng edərək puldan vermək lazım olduğunu demiş, Qaraş da evdə 500 manat pul olmasını, gedib anasından götürməyini bildirmişdir. O da Qaraşın yaşadığı evə gedərək 500 manat pulu anası Xuramandan götürmüşdür. 2021-ci il martın 15-də o, mobil telefon vasitəsilə Qaraşa zəng edərək işin düzəlməsi üçün pulu vermək lazım olduğunu demiş, Qaraş da ona xəbər edəcəyini bildirmişdir. Sonra Qaraş mobil telefon vasitəsilə ona zəng edərək 1700 pulun hazır olduğunu, evdə anasında olmasını deyərək gedib götürməyini bildirmişdir. Həmin tarixdə o, Qaraşın yaşadığı evə gedərək anası Xuramandan 2200 manat pulu alaraq çıxıb getmişdir. 2021-ci il martın 19-da o, mobil telefon vasitəsilə Qaraşa zəng edərək yenə də pul lazım olduğunu demiş, Qaraş da verəcəyini bildirmişdir. Qaraş mobil telefon vasitəsilə ona zəng edərək 2400 manat düzəltdiyini bildirmiş, o, Qaraşa Bakı şəhərində olduğunu deyərək gətirib burada verməsini xahiş etmişdir. Qaraş və anası Xuraman ilə birlikdə Bakı şəhəri Yasamal rayonunda yerləşən “Xalq” sığorta şirkətinin qarşısında görüşmüşlər. Qaraş 2400 manat pulu ona vermiş, o da pul verilib qurtardıqdan sonra işin düzələcəyini demişdir. 2021-ci il martın 29-da o, mobil telefon vasitəsilə Qaraşa zəng edərək işin düzəlməsi üçün yenə də pul vermək lazım olduğunu demiş, Qaraş da xəbər edəcəyini bildirmişdir. Qaraş mobil telefon vasitəsilə ona zəng edərək harada olduğunu soruşmuş, o da Salyan şəhərində olduğunu demişdir. Qaraş qohumu Ramil ilə ona 1700 manat pul göndərdiyini və Salyan şəhərində ondan götürməyini xahiş etmişdir. Həmin tarixdə Ramil ilə Salyan şəhərində yerləşən Mərkəzi Avtovağzalda görüşmüşdür. Ramil 1700 manat pulu ona vermişdir. 2021-ci il aprelin 03-də o, mobil telefon vasitəsilə Qaraşa zəng edərək həmin şəxsə pul vermək lazım olduğunu demiş, Qaraş da hazır edəndə xəbər edəcəyini bildirmişdir. Qaraş mobil telefon vasitəsilə ona zəng edərək 3000 manat pulun hazır olduğunu, evə gələrək ondan götürməyini bildirmişdir. Həmin tarixdə o, Qaraşın yaşadığı evə gedərək ondan 3000 manat pul alaraq çıxıb getmişdir. 2021-ci il aprelin 10-da o, mobil telefon vasitəsilə Qaraşa zəng edərək işin düzəlməsi üçün yenə də pul vermək lazım olduğunu demiş, Qaraş da düzəldib verəcəyini bildirmişdir. Qaraş mobil telefon vasitəsilə ona zəng edərək harada olduğunu soruşmuş, o da Bakı şəhərində olduğunu, Qaraşa Bakı şəhərinə gəlməyini demişdir. Həmin tarixdə Qaraş ilə Bakı şəhəri Yasamal rayonunda yerləşən “Azərsu” şirkətinin qarşısında görüşmüşdür. Qaraş 2000 manat pulu ona vermişdir. 2021-ci il aprelin 17-də o, Qaraşa mobil telefon vasitəsilə zəng edərək həmin şəxsin pul istədiyini demiş, Qaraşda darıxmamağını və həll edəcəyini bildirmişdir. Qaraş mobil telefon vasitəsilə ona zəng edərək 1350 manat pulun hazır olduğunu, evdə anasında olmasını deyərək gedib götürməyini bildirmişdir. Həmin tarixdə o, Qaraşın yaşadığı evə gedərək anası Xuramandan 1350 manat pulu alaraq çıxıb getmişdir. 2021-ci il mayın 21-də o, mobil telefon vasitəsilə Qaraşa zəng edərək işin düzəlməsi üçün yenə də pul vermək lazım olduğunu demişdir. Qaraş mobil telefon vasitəsilə ona zəng edərək harada olduğunu soruşmuş, o da Bakı şəhərində olduğunu demişdir. Qaraş puldan 1100 manat düzəltdiyini bildirmiş, o da Qaraşdan Bakı şəhərinə gəlməyini xahiş etmişdir. Bakı şəhəri Nizami rayonunda yerləşən “Kukla teatrının” qarşısında Qaraş ilə görüşmüşdür. Qaraş 1100 manat pulu sayaraq ona vermişdir. 2021-ci il iyunun 01-də o, mobil telefon vasitəsilə Qaraşa zəng edərək işin düzəlməsi üçün həmin şəxsə pul vermək lazım olduğunu demişdir. Qaraş mobil telefon vasitəsilə ona zəng edərək 800 manat pul düzəltdiyini, evdə olduğunu deyərək ondan götürməyini xahiş etmişdir. Həmin tarixdə o, Qaraşın yaşadığı evə gedərək ondan 800 manat pul alaraq çıxıb getmişdir. 2021-ci il iyunun 30-da o, mobil telefon vasitəsilə Qaraşa zəng edərək puldan vermək lazım olduğunu demiş, Qaraş da evdə 500 manat pul olmasını, gedib anasından götürməyini bildirmişdir. O da Qaraşa Salyan şəhərində olduğunu deyərək evinə gedə bilmədiyini, kiminsə gətirib burada ona verməsini xahiş etmişdir. Qaraş da anası Xuramanın gətirib verəcəyini bildirmişdir. Həmin tarixdə Qaraşın anası Xuraman ilə Salyan şəhərində yerləşən “Accces bank”ın qarşısında görüşmüşdür. Xuraman 500 manat pulu ona vermişdir. Sonradan Qaraş ilə mobil telefon vasitəsilə danışmış, Qaraşa problem olmadığını deyərək işin həll olunacağını demişdir. Həmin vaxt o, Qaraşdan aldığı ümumilikdə 17300 manat pulu qaytarmamışdır. Qaraş mobil telefon vasitəsilə ona zəng edərək işin nə yerdə olduğunu soruşmuş, o da yaxın günlərdə həll olunacağını demişdir. Sonradan Qaraş mobil telefon nömrəsinə zənglər etsə, onun telefon zənglərinə cavab verməmişdir. Qaraşdan aldığı ümumilikdə 17300 manat pulu öz şəxsi məsrəfləri üçün xərcləmişdir. Sonradan Qaraşın barəsində şikayət etdiyini öyrənmişdir. Zərərçəkmiş şəxs “SOCAR”-da qazmaçı işləmiş mərhum atası X2 86000 manat sığorta pulunu alacağına köməklik edəcəyi adı ilə ondan 17300 manat pul aldığını etiraf etmişdir. O, etdiyi səhvi başa düşür və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs verdiyi göstərmişdir ki, 2020-ci il martın 21-də atası İsaməddin xəstələyini görə vəfat etmişdir. 2020-ci il dekabrın 14-də Təqsirləndirilən şəxs yaşadığı evə qonaq gəlmişdir. Söhbət zamanı Rahib ondan mərhum atası İsaməddinin sığorta pulunu alıb-almadığını soruşmuş, o da almadıqlarını demişdir. Təxminən 3-4 gün sonra Rahib ona Xalqbank sığorta şirkətindən məktub gətirdiyini, həmin məktubda anası Şahid1 adına 86000 AZN pul çeki yazıldığını görmüşdür. Rahib ona həmin şəxsin qabaqcadan 20000 manat pul istədiyini bildirmişdir. O da Rahibə həmin şəxsin pulu sığorta şirkətindən almasını, 20000 manatını götürməsini, qalan 66000 manatı da ona verməsini demişdir. Rahib isə həmin şəxsin 20000 manatı qabaqcadan istədiyini bildirmişdir. Atasının sığorta pulunu almaq üçün Rahibə ondan istədiyi pulu vermək qərarına gəlmişdir. 2021-ci il mart ayından başlayaraq müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə özlərinə məxsus qızıl və sair əşyaları satmaqla və həmçinin bəzi yaxın adamlardan borc aldıqları pulları Rahibə vermişlər.Ümumilikdə ona 17300 manat pul vermişlər.Lakin Rahib onları aldadaraq atasının sığorta pulunu ala bilməmişlər. Ona görə də şikayət etmişlər.Təqsirləndirilən şəxsdən şikayətçidirlər, onlara dəymiş ziyan ödənilməmişdir. Şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında zərərçəkmiş oğlu Zərərçəkmiş şəxs dediklərinə uyğun ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun tanışıdır, onların yaxşı münasibəti vardır. 2021-ci il aprelin 03-də Qaraş mobil telefon vasitəsilə ona zəng edərək ondan 3000 manat borc pul istəmiş,ona görə də Qaraşa 3000 manat pul vermişdir. X11 aldatdığını öyrənmişdir. Rahib Qaraşa qarşı dələduzluq edərək 17300 manat pulunu almışdır. Şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, 2021-ci il martın 29-da Qaraş mobil telefon vasitəsilə ona zəng edərək ondan 1700 manat borc pul istəmiş, o da ona həmin pulu vermişdir. X11 aldatdığını öyrənmişdir. Rahib Qaraşa qarşı dələduzluq edərək 17300 manat pulunu almışdır. Şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, 2021-ci il martın 19-da Qaraş mobil telefon vasitəsilə ona zəng edərək ondan 2450 manat borc pul istəmiş, o da həmin pulu vermişdir. Qaraşdan nə üçün istədiyini soruşmuş, Qaraş da mərhum atası İsaməddinin sığorta pulunu almaq üçün Təqsirləndirilən şəxs ilə danışdığını və işi həll etməsi üçün ona verdiyini bildirmişdir. X11 aldatdığını öyrənmişdir. Şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, 2021-ci il martın 15-də Qaraş mobil telefon vasitəsilə ona zəng edərək ondan 2200 manat borc pul istəmiş, o da həmin pulu vermişdir. Qaraşdan nə üçün istədiyini soruşmuş, Qaraş da mərhum atası İsaməddinin sığorta pulunu almaq üçün Təqsirləndirilən şəxs ilə danışdığını və işi həll etməsi üçün ona verdiyini bildirmişdir. X11 aldatdığını öyrənmişdir. Məhkəmədə elan olunmuş 2022-ci il oktyabrın 29-da tərtib edilmiş “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Şahid1 sonuncu dəfə zərərçəkmiş oğlu Zərərçəkmiş şəxs məxsus olan 500 manat pulu Təqsirləndirilən şəxs 2021-ci il iyunun 30da Salyan şəhərində “Access bank”ın qarşısında vermişdir. Şirvan ŞMX-nin 09 mart 2023-cü il tarixli PHŞ-6-35/2-58/2023 saylı arayışından görünür ki, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın ruhi-əsəb, narkoloji və digər kabinetlərində qeydiyyatda yoxdur. Daxili İşlər Nazirliyi BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Şirvan şəhər İHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 mart 2023-cü il tarixli, 1619 saylı ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs bacısı ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalı,cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmişşəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmişşəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərədə tutulmuş azadlıqdan məhrum məhrum etmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza ilə islah etmək mümkün deyildir. Onun zərərçəkmişə vurduğu ziyanı ödəməməsi, sosial ədalətin bərpa olunmaması kimi halların olması bir daha onu göstərir ki, yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə onu islah etmək mümkündür. Həmçinin məhkəmə baxışı zamanı zərərçəkmiş ziyanın ödənilmədiyini qeyd edərək şikayətçi olduqlarını bildirmişdir. Ona görə də məhkəmə ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını daha əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs 06 mart 2023-cü ildə saat 13:00-da tutulmuş və 07 mart 2023cü il tarixdə saat 18:30-də barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə azad olunmuşdur. Ona görə Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən həmin muüddət ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasına gəlmədiyi üçün barəsində həbs qətimkan tədbiri seçilməklə axatırş verilmiş və xx.xx.2023-cü ildə tutularaq Salyan RPŞ-nin MSY-nə yerləşdirilmişdir. Ona görə də onun cəzasının əvvəli 14 iyun 2023-cü ildən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə zərərçəkmişə qanunla müəyyən olunmuş qaydada mülki iddia vermək hüquqları izah olunsa belə sonuncu dövlət rüsumunu ödəməyərək və həmçinin mülki iddia vermədiyi üçün iş üzrə mülki iddianı təmin etmək mümkün olmamışdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesablarına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən onun tutulub saxlanıldığı iki gün müddət cəza müddətinə hesablansın üzərində iki il on bir ay iyirmi səkkiz müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 14 iyun 2022-ci ildən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********,Corr.Account: AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-104/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-104/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver