Məhkəmə qərarları › İş №1(057)-104/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-104/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-104/2024 25.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Salyan Rayon Məhkəməsinin 1(057)- 106/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzadan 1 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu olan, Salyan şəhəri, X13 küçəsi ev 32, mənzil 22-də pasport qeydiyyatında olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötürü ki, o, qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, təmiz çəkisi 0.823 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 aprel 2024-cü il tarixdə saat 15:30-da Salyan şəhəri, X13 küçəsi ərazisində qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 16:00-da ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, iki ildən artıq olar ki, ayağında yaralar əmələ gəlmişdir. O ev və xəstəxana şəraitində ayağından müalicə olunmuşdur. Barəsində həbs qətimkan tədbiri seçildikdən sonra istintaq təcridxanasından müalicə müəssisəsinə aparılsa da orada ona həkimlər demişdir ki, sənin müalicən bu şəraitdə mümkün deyildir. Əlavə olaraq bildirmişdir ki, Salyan şəhəri, X13 küçəsi, ev 32, mənzil 22 ünvanında anası ilə birlikdə yaşayır. 15 aprel 2024-cü il tarixdə yaşadığı evdə tək olmuşdur. Həmin vaxt evin qapısı döyülmüş, qapını döyən şəxsin polis əməkdaşı Şahid1 olduğunu görmüş, özünə arxayın olduğu üçün evin qapısını açmışdır. Şahid1 onu polis şöbəsinə dəvət etmişdir. Tural anasının istifadəsində olan mobil nömrəyə zəng vuraraq onu polis şöbəsinə apardıqlarını demişdir. Polis şöbəsində onun qabağına 5 kiloqram narkotik qoyub demişlər ki, etiraz etsə ona daha ağır ittiham verilə bilər. Ona görə də məcbur qalıb razılaşmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, prokurorun qəbulunda olan zaman demişdir ki, psixotrop maddə onun deyil, onun üzərinə qoyulubdur. Sonda Təqsirləndirilən şəxs bildirmişdir ki, 5 dəfə məhkum edilmişdir. Ayağı ağrıdığı üçün çox əziyyət çəkir. Ona imkan daxilində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin və şahidlərin dindirmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaları üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut, şəxsi axtarış götürmə və digər istintaq hərəkəti protokolları, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlarla, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Salyan RPŞ-nin X3 əməliyyat müvəkkilli Şahid2 ifadəsində göstərmişdir ki, 15 aprel 2024-cü tarixdə Salyan şəhər sakini Mehman adlı şəxsin qanunsuz olaraq psixotrop maddə əldə etməsi, daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında götürmüşlər, ona yaxınlaşaraq onlarla birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, onunla birlikdə əməliyyatda X3 baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid3 iştirak etmişdir. Əməliyyat məlumatı ona daxil olmuşdur. Mehmanın yaşadığı evə getməmişlər. Təqsirləndirilən şəxs qarşı heç bir təsir göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Salyan RPŞ-nin X3 əməliyyat müvəkkilli Şahid3 ifadəsində göstərmişdir ki, 15 aprel 2024-cü tarixdə Salyan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, daşıması və saxlaması barədə əməliyyat məlumatı Salyan rayon PŞ-nə daxil olmuşdur. Həmin gün baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüş, həmin gün saat 15:30 dəqiqədə Təqsirləndirilən şəxs Salyan şəhəri, X13 küçəsi ərazisində müşahidə edib yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlməyi təklif etmiş, birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya predmet varsa təqdim edərək masanın üzərinə qoymasını təklif etmiş, Təqsirləndirilən şəxs də 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sellofan bükümün içərisində ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs sellofan bükümdə olan kütlənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını bildirmiş, həmin kütləni saxlanılmazdan bir gün öncə Salyan şəhəri, X13 küçəsi ərazisində yerdən tapdığını və istifadə etmək məqsədilə götürüb üzərində saxladığını bildirmiş, həmin kütləni üzərində saxlayarkən satış məqsədi olmamış, heç kimə satmamış, pay verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və üzərindən qanunla qadağan olunan əlavə əşya, predmet və ya maddə aşkar edilməmiş, şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlə müstəntiq tərəfindən bir ədəd boş zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzəri imzalanmış və “Zərflər üçün № 113” möhürü ilə möhürləndikdən sonra müstəntiq tərəfindən məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün götürülmüş, sonda şəxsi axtarış və götürmə istintaq hərəkəti barədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evə getməmişlər, onu yaşadığı evin yaxınlığında saxlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Salyan Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, əvvəllər onu tutmuşdur. 15 aprel 2024-cü tarixdə Salyan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün şöbənin X3 əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhəri, X13 küçəsi ərazisində görüb yaxınlaşaraq, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlməyi təklif etmiş, birlikdə polis şöbəsinə gəlmişdir. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya predmet varsa təqdim edilməsi təklif etmiş, Təqsirləndirilən şəxs cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sellofan bükümün içərisində ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs sellofan bükümdə olan kütlənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını bildirmiş, həmin kütləni saxlanılmazdan bir gün öncə Salyan şəhəri, X13 küçəsi ərazisində yerdən tapdığını və istifadə etmək məqsədilə götürüb üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və üzərindən qanunla qadağan olunan əlavə əşya, predmet və ya maddə aşkar edilməmiş, şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlə müstəntiq tərəfindən bir ədəd boş zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzəri imzalanmış və möhürü ilə möhürləndikdən sonra müstəntiq tərəfindən məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün götürülmüş, sonda şəxsi axtarış və götürmə istintaq hərəkəti barədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tutularkən psixotrop maddəni yerdən tapdığını demişdir. Təqsirləndirilən şəxs anasının şikayəti əsasında Salyan Rayon Polis Şöbəsində material olmuşdur. Ona görə də, Mehman tutulduqdan sonra bu barədə ona zəng vuraraq məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan rayon PŞ-nin İB-nin müstəntiqi Sahib Əzizovun 16 aprel 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 25-ci vərəqində olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü il tarixdə saat 15:30 dəqiqədən məhdudlaşdırılmış, xx.xx.2024-cü il tarixdə saat 16:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 26-27-ci vərəqlərində olan “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, o, Salyan RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X4 Azərbaycan Respublikası CPM-in 51, 85.4.2, 207.4, 242247-ci maddələrinin tələblərini rəhbər tutaraq tərtib edir həmin protokolu iştirakçılar: Şübhəli şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi X7, Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1: Salyan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Salyan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Salyan RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis leytenantı Yüzbaşıyev Fuad Elxan oğlunun iştirakları ilə tərtib edir ondan ötrü ki, 15 aprel 2024-cü il tarixdə tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi və götürmə istintaq hərəkətini keçirmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə, yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs də həmin anda əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf sellofan bükümün içərisində ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir və özünə məxsusdur. Həmin kütləni 14 aprel 2024-cü il tarixdə axşam saatlarında Salyan şəhəri, X13 küçəsi ərazisində, yaşadığı məhəllənin yaxınlığında yerdə olan siqaret qutusunun içərisindən tapmış, bir qədərini istifadə etmiş, qalan hissəsini istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Həmin kütləni əldə etdiyi və üzərində saxladığı vaxt satış məqsədi olmamış, heç kimə pay verməmiş, yaxud satmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən əlavə əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 1 ədəd şəffaf sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəksinin 0.92 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 1 ədəd şəffaf sellofan büküm tərəfindən 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və “Zərflər üçün № 113” möhürü ilə möhürləndikdən sonra tərəfindən məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “canon” markalı videokamera ilə videoçəkiliş aparılmış, həmin videogörüntü diskə köçürülərək protokola əlavə olunacaqdır. Cinayət işinin 35-37-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/403 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,823 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi-0,05 qram, tədqiqatdan sonra qalıq çəkisi 0,448 0,773 qram olmuşdur. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Cinayət işinin 45-46-cı vərəqlərində olan 17 aprel 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 64-69-cu vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 4(057)- 30/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlanılma müddət 03 ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 15 aprel 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 70-ci vərəqində olan 19 aprel 2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,823 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0.773 qramı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 92-ci vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X9 Yoxlamanın xx.xx.2024-cü il tarixli 447 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2022-ci ildən “Toksikoman” diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinin 95-96-cı vərəqlərində olan Salyan "xxxx" MMC-nin rəisi E.Kazımov tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında anası ilə birlikdə yaşayır və yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 98-100-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2012-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı ildə cəzanın sonu ilə azad olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü ildə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 102-ci vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X12 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X11 18-1-68/2-1016/2024 saylı, 21 may 2024-cü il tarixli məktubundan görünür ki, poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatına əsasən, ünvan 4-də pasport qeydiyyatında olan və yaşayan, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 2011-ci il tarixdən “Tiryəklə” qeydiyyatdadır. Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən, Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. Cinayət işinin 103-104-cü vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 1(057)- 106/2022 saylı, 10 avqust 2022-ci il tarixli hökmünün ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskdə baxış keçirilmiş, videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, özünün ibtidai istintaqdakı etiraf edici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (siyahı İİ) daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” pisxotrop maddə hesab edilən metamfetamin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin ekspert tədqiqatından sonra qalıq qalmış 0,773 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli məhkəmə istintaqında etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni onun məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları, işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Bundan başqa, cinayət işinin 29-30-cu vərəqlərində olan Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdə verdiyi izahatından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı evə piyada gedən zaman X.R.Ulutürk küçəsi ərazisində yaşadığı məhəllənin yaxınlığında yerdə olan bir ədəd siqaret qutusu diqqətini cəlb etmiş, siqaret qutusunu əlinə götürüb içərisinə baxmış içərisinə baxmış və içərisində 1 ədəd sellofon bükümündə “patı” kimi tanıdığı pisixotrop maddə metamfetamin olduğunu görmüşdür. O, pisixotrop maddə metamfetamini istifadə etmək məqsədi ilə götürüb cibinə qoymuşdur. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü ildə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi üç il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli az ağır cinayətlər təsnifatına aiddir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Мəcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Cinayət Məcəlləsinin Məcəllənin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması, ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli (CPM-132), narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və Ərazi Narkoloji kabinetində 2022-ci ildən “Toksikoman” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. İş materiallarına əlavə olunmuş 01 ədəd “DVD” disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 15 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və Ərazi Narkoloji kabinetində 2022-ci ildən “Toksiman” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,773 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 1 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar