Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-105/2023 24.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X10 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1987-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Buzovna şosesi, “Lider” marketin yaxınlığında sənədsiz fərdi tikilidə kirayədə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan əvvəli xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100,00 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair İmişli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(036)- 4376/2016 nömrəli, xx.xx.2016-cı il tarixli və Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla yuxarıda qeyd edilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair həmin məhkəmənin qanuni qüvvəyə minmiş 2(036)-1740/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(057)- 824/2021 nömrəli qərarı ilə 12 (on iki) gün, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(057)-430/2022 nömrəli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixinədək cəmi 8422,00 manat məbləğində aliment borcunu ödəməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə faktiki ailə qursa da, nikahları rəsmi olmamışdır. Onların xx.xx.2014-cü il təvəllüdlü Gülər adlı övladı anadan olmuşdur. Zərərçəkmiş şəxs ilə bir müddət mehriban yaşasada sonradan yola getmədiklərindən ayrılmışlar və həmin vaxtdan da Zərərçəkmiş şəxs uşaqla birlikdə yaşayır. İmişli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən ondan əvvəli xx.xx.2016-cı il tarixdən hesablanmaqla qızı Gülər Fətullayevanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin, daha sonra isə həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ondan qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Gülərin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamələr icra olunması üçün ayrıayrılıqda qeydiyyatda olduğu yer üzrə Salyan rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(057)-824/2021 nömrəli qərarı ilə 12 (on iki) gün, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(057)- 430/2022 nömrəli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Aliment borcu cəmi 8422,00 manat təşkil edir. Özünü təqsirli bilir, övladına baxmalı olduğunu dərk edir, sadəcə qətnamələrdə qeyd edilən aliment məbləği çoxdur. Buna görə də, qətnamələrlə razı olmamışdır. Amma alimentin azaldılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. İşlə bağlı məşğulluq mərkəzində iş axtaran şəxs kimi qeydiyyata düşmüş, lakin təklif edilən iş (X12 İstehsalat Kommersiya Şirkətində xətt operatoru vəzifəsi üzrə əmək haqqı 300-400 manat) olduğuna, həmdə uzaq olduğuna görə işdən imtina etmişdir. Hazırda ikinci ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşayırlar. Himayəsində azyaşlı uşağı vardır. Məhkəmə iclası zamanı poçt vasitəsi ilə zərər çəkmiş Zərərçəkmiş şəxs poçt ünvanına (№ ********************700) 5000 (beş min) manat məbləğində pul köçürmüşdür. Əməlindən peşmandır. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və elan edilmiş şahid ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə faktiki ailə qurmuş, el-adəti ilə toy eləmişlər, lakin nikahları rəsmləşdirilməmişdir. Təqsirləndirilən şəxs valideynlərinə məxsus Bakı şəhərində yerləşən evdə yaşamışlar. Birgə münasibətlərindən xx.xx.2014-cü il təvəllüdlü X5 adında övladı anadan olmuşdur. Birlikdə yaşadıqları müddətlərdə Təqsirləndirilən şəxsla bir müddət mehriban yaşasalar da sonradan yola getmədiklərindən ayrılmaq qərarına gəlmişlər və həmin vaxtdan da uşaqla birlikdə yaşayır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşağın saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmiş, uşağı tək başına saxlaya bilmədiyindən Təqsirləndirilən şəxs qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, İmişli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə 100 (bir yüz) manat sabit pul məbləğində aliment, daha sonra isə həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs qızı Gülərlə heç vaxt maraqlanmamışdır. Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin qərarı ilə 2 dəfə ayrı-ayrı vaxtda inzibati qaydada həbs olunsa da, heç bir nəticəsi olmamışdır. Vüsal Bakı şəhərində müxtəlif ünvanlarda ev tikintilərində usta kimi işləməsinə, yetərli qədər gəlir əldə etməsinə baxmayaraq ödəməli olduğu aylıq alimenti ödəməkdən imtina edir. Onun hazırda aliment borcu 10.000 (on min) manata yaxındır. Təqsirləndirilən şəxs ayrıldıqları 09 il ərzində aliment borcunu ona ödəməməklə yanaşı uşaqla da maraqlanmamış, maddi bir yana, uşağa mənəvi dəstək də olmamışdır. Aliment borcunun tam ödənilməsini istəyir. O, Təqsirləndirilən şəxs şikayətçidir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ərizə göndərərək hazırda iş yerini dəyişdiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Dövlət ittihamçısı və müdafiə tərəfi şifahi vəsatət verərək Şahid1 ifadəsinin elan edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Şahid1 üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsini elan edilmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-4376/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə verilmiş xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 09 dekabr 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay 100,00 manat sabit pul məbləğində aliment ödənilməli, İmişli Rayon Məhkəməsinin 2(036)-1740/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş xx.xx.2019-cu il tarixli icra sənədinə aliment pulu artırılaraq borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs hər ay 160,00 manat sabit pul məbləğində aliment ödənilməsi qərara alınmışdır. Salyan rayon İcra və Probasiya Şöbəsində xx.xx.2016-cı il tarixdə başlanmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirləri keçirtmək üçün edilmiş sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. Salyan Rayon Məhkəməsinin 8(057)-22/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 12 (on iki) gün, xx.xx.2022-ci il tarixdə 10 (on) gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmiş, borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs 8422,00 manat ödənilməyən aliment borcu olduğu kimi qalmışdır. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs şöbəyə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyə teleqram göndərərək xidmət zərurəti ilə əlaqədar hazırda iş yerini dəyişdiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Dövlət ittihamçısı və müdafiə tərəfi şifahi vəsatət verərək Şahid2 ifadəsinin elan edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Şahid2 üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsini elan edilmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 da ifadəsində Şahid1 ifadəsində dediklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(036)- 4376/2016 nömrəli, xx.xx.2016-cı il tarixli və həmin məhkəmənin qanuni qüvvəyə minmiş 2(036)-1740/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnamələrini qərəzli olaraq icra etmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müstəntiqi kiçik ədliyyə müşaviri Elşən Tağıyevin 23 yanvar 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 13-14-cü vərəqlərində olan İmişli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(036)-4376/2016 saylı qətnaməsinin və həmin qətnamə əsasında verilmiş icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X5 adında uşağa münasibətdə atalığ müəyyən olunsun və uşağa yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay 100 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin 15-18-ci vərəqlərində olan İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-1740/2019 saylı qətnaməsi və həmin qətnamə əsasında verilmiş icra vərəqəsinin surətindən görünür ki, tərəflərin qeyri-rəsmi nikahindan xx.xx.2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh Təqsirləndirilən şəxs qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən 160 (yüz altmış) manat sabit pul məbləində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin 19-cu vərəqində olan Salyan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2016-cı il tarixli, icraata başlamaq haqqında qərarından görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(036)-4376/2016 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Cinayət işinin 20-ci vərəqində olan Salyan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2016-cı il tarixli bildirişinin surətindən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(036)-4376/2016 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası tələb olunmuş, əks halda barəsində qanunvericiliyə uyğun tədbir görüləcəyi göstərilmişdir. Cinayət işinin 21-ci vərəqində olan Salyan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-1740/2019 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Cinayət işinin 22-ci vərəqində olan Salyan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli bildirişinin surətindən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-1740/2019 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası tələb olunmuş, əks halda barəsində qanunvericiliyə uyğun tədbir görüləcəyi göstərilmişdir. Cinayət işinin 23-cü vərəqində olan xx.xx.2019-cu il tarixli “İcra vərəqlərinin bir icraatda birləşməsi barədə” qərarından görünür ki, İmişli Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 2(036)-4376/2016 saylı, xx.xx.2019-cu il tarixli, 2(036)- 1740/2019 saylı icra vərəqələri ümumi icraatda birləşdirilmişdir. Cinayət işinin 24-cü vərəqində olan xx.xx.2016-cı il tarixli əmlak vəziyyətinin yoxlanılması barədə aktdan görünür ki, Natiq əminin deməsinə görə Vüsal Bakı şəhərində ona məlum olmayan ünvanda yaşayır, ümumiyyətlə o, bu ünvanda yaşamır. Cinayət işinin 28-ci vərəqində olan Salyan Rayon Məhkəməsinin 8(057)-22/2022 saylı, xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 31-ci vərəqində olan xx.xx.2017-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 35-ci vərəqində olan Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İmişli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli, 2(036)-4376/2016 saylı, xx.xx.2019-cu il tarixli, 2(036)-1740/2019 sayl qətnamələrin icrasından boyun qaçırdığına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 12 (on iki) gün müddətə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin 36-cı vərəqində olan xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq aliment məbləği və yaranmış aliment borcu ödənilməklə qətnamənin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Cinayət işinin 37-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “Borclunun icra sənədində göstərilən ünvanda yaşamaması barədə” aktdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşamır. Cinayət işinin 39-cu vərəqində olan xx.xx.2022-ci il tarixli “ Borclunun axtarılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və saxlanılaraq Salyan rayon İcra və Probasiya Şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 44-cü vərəqində olan Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İmişli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli 2(036)-4376/2016 saylı, xx.xx.2019-cu il tarixli, 2(036)-1740/2019 sayl qətnamələrin icrasından boyun qaçırdığına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin 45-ci vərəqində olan zərər çəkmiş şəxsin xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs aliment borcunu ona ödəməmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir. Cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Cinayət işinin 51-ci vərəqində olan Təqsirləndirilən şəxs Salyan rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, o, işsiz olduğu üçün borcunu ödəyə bilmir, işlədiyi halda aliment borcunu ödəyəcəkdir. Cinayət işinin 54-cü vərəqində olan Salyan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, ünvan 6-də qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 57-ci vərəqində olan X4 X2 Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən qeydiyyata alınmış və ona X12 İstehsalat Kommersiya Şirkətində xətt operatoru vəzifəsi üzrə əmək haqqı 300-400 manat olan iş təklif edilmiş, lakin o, iş yeri və əmək şəraitinin münasib olmadığını bildirərək təklif olunan işdən imtina etmişdir. Cinayət işinin 80-cı vərəqində olan AA1603501 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2014-cü ildə anadan olmuşdur. Cinayət işinin 82-ci vərəqində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Cinayət işinin 100-ci vərəqində olan Salyan RPŞ-nin 29 aprel 2023-cü il tarixli məktubundan və axtarışda olan şəxsin saxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:40-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu dairəsi adlanan ərazidə saxlanılmışdır. Cinayət işinin 102-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən başlanmış ********* nömrəli cinayət işi üzrə dayandırılmış istintaq icraatı təzələnsin və icraata qəbul edilərək ibtidai istintaq davam etdirilsin. Cinayət işinin 118-ci vərəqində olan 30 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:00-dan saat 15:15-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir. Cinayət işinin 124-125-ci vərəqlərində olan 30 aprel 2023-cü il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 128-ci vərəqində olan 30 aprel 2023-cü il tarixli “müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs poçt vasitəsi ilə Tranzaksiya göndəriş № ********************700 rüsum H/açmadan 5000 (beş min) manat pul köçürmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, İmişli Rayon Məhkəməsinin 2(036)-4376/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə verilmiş xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 09 dekabr 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment ödənilməsi, İmişli Rayon Məhkəməsinin 2(036)-1740/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən aliment pulu artırılaraq tələbkar Zərərçəkmiş şəxs hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(036)-4376/2016 saylı, xx.xx.2016-cı il tarixli və həmin məhkəmənin qanuni qüvvəyə minmiş 2(036)-1740/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamələrini qərəzli olaraq icra etməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 12 (on iki) gün, xx.xx.2022-ci il tarixdə isə 10 (on) gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmiş, borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə 8422,00 manat məbləğində aliment borcunu ödəməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları qiymətləndirərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, “CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.” Sözü gedən qərarda həmçinin qeyd edilir ki, “CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanın qismən ödəməsini, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar olması, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, onun Azərbaycan Respublikası CM-in 306.1- ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddələrdə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddələr tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlandığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sabunçu rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam “qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs müvafiq olaraq məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək müdafiəçilərin hesabatlarında qeyd edilmiş məbləğin ağlabatan olması qənaətinə gəlir. Belə ki, müdafiəçi 03 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatına görə 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlandığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sabunçu rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-105/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-105/2023
24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver