Məhkəmə qərarları › İş №1(057)-105/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-105/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-105/2024 25.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X18 Yaqub oğlunun sədrliyi, X14 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X11 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Salyan rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 12 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu olan, Salyan şəhəri Şəhriyar küçəsi ev 4-də qeydiyyatda olmaqla Salyan şəhəri A.Həsənov küçəsi ev 57-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, təmiz çəkisi 0.713 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 aprel 2024-cü il tarixdə saat 11:45-da Salyan şəhəri, A.Həsənov küçəsi ərazisində qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 12:00-da ünvan 1 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Bir müddətdir ki, “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin qəbul edir, xəstədir. 22 aprel 2024-cü il tarixdə səhər saatlarında Salyan rayonu Babazanlı qəsəbəsində piyada gəzən zaman yerdən bir ədəd sellofan büküm tapmış, sellofan bükümü əlinə götürüb baxarkən içərisində “patı” kimi tanıyıb istifadə etdiyi psixotrop maddə metamfetamin olmasını görmüş, həmin psixotrop maddəni özü istifadə etmək üçün götürüb cibinə qoymuşdur. 23 aprel 2024-cü il tarixdə saat 11:45 radələrində o, Salyan şəhəri A.Həsənov küçəsi ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, onlarla birlikdə polis Şöbəsinə getməyi təklif etmişlər. O, da razılaşaraq polis əməkdaşları ilə birlikdə Salyan RPş-yə gəlmiş, orada müstəntiq tərəfindən ona qanunsuz olaraq psixotrop maddə əldə etmə, saxlama və daşımaqda şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğu elan edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkiliş keçirilməklə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan içərisində “patı” kimi tanıdığı və istifadəçisi olduğu psixotrop maddə metamfetamin olan 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. O, üzərindən aşkar edilmiş həmin psixotrop maddədən heç kimə verməmiş, yaxud satmamış, həmin maddəni üzərində saxlayarkən satış məqsədi olmamışdır. Onun üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetamin 1 ədəd büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 0.84 qram olması müəyyən olunmuşdur. Şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd büküm müstəntiq tərəfindən 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürləndikdən sonra müstəntiq tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür.Əməlindən peşmandır. Odur ki, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun özünün ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Salyan rayon X5 Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 23 aprel 2024-cü il tarixdə Salyan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, daşıması və saxlaması barədə məlumat daxil olmuş, həmin gün 11:45 radələrində əməliyyat məlumatı əsasında şöbənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhəri A.Həsənov küçəsi ərazisində müşahidə edib yaxınlaşaraq birlikdə Salyan rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs də razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmiş, Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, həmin bükümə baxış keçirilərkən içərisində ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofan bükümdə olan kütlə psixotrop maddə metamfetamindir. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, 1 ədəd-sellofan hükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlə müstəntiq tərəfindən bir ədəd boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri, iştirakçılar tərəfindən imzalanmış və “Zərflər üçün №113” möhürü ilə möhürləndikdən sonra müstəntiq tərəfindən məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili Şahid3 Şahid2 ifadəsinə anoloji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Salyan Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili X6 ibtidai istintaq zamanı verdiyi ifadəsi Şahid2 ifadəsinə anoloji olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:10-da Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 12:23-dən saat 12:31-dək Salyan RPŞ-nin İB-nin müstəntiqi X7 tərəfindən Salyan rayon Vəkil Bürosunun vəkili X8, Salyan RPŞ-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 iştirakları ilə Salyan RPŞ-də Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə, yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd şəffaf sellofan bükümü və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf sellofan bükümün içərisində ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir və özünə məxsusdur. Həmin kütləni 22 aprel 2024-cü il tarixdə səhər saatlarında Salyan şəhəri, Babazanlı qəsəbəsi ərazisində yerdən tapmış, istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Həmin kütləni əldə etdiyi və üzərində saxladığı vaxt satış məqsədi olmamış, heç kimə pay verməmiş, yaxud satmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunan əlavə əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 1 ədəd şəffaf sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0.84 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 1 ədəd şəffaf sellofan büküm 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və "Zərflər üçün №113” möhürü ilə möhürləndikdən sonra müstəntiq tərəfindən məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “canon” markalı videokamera ilə videoçəkiliş aparılmış, həmin videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X9 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2- 18/427 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-0.713 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, metamfetamin təmiz çəkisi– 0,713 qram, tədqiqata sərf edildi - 0.05 qram, qalıq – 0,663 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X9 Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/427 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 448 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(057)- 33/2024 saylı qərarı ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 23 aprel 2024-cü il tarixdən saat 11:45-dən hesablanmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından və eyni tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq çəkisi 0.663 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Salyan RMX-nın xx.xx.2024-cü il tarixli, 18-1-68/2-1017/2024 saylı arayışından görünür ki, həkim-narkoloq Saraxanım Zərgərlinin məlumatına əsasən Salyan şəhəri Şəhriyar küçəsi ev 4-də pasport qeydiyyatında olan və yaşayan, xx.xx.1970ci il təvəllüdlü Təqsirləndirilən şəxs 1998-ci il tarixdən “Tiryəklə” qeydiyyatdadır. Həkimpsixiatr Xatirə Ağayevanın məlumatına əsasən psixonevroloji qeydiyyatda yoxdur. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini polis əməkdaşları tərəfindən saxlanılmazdan öncə satış məqsədi olmadan şəxsi istifadəsi üçün yerdən tapmaqla qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini konkret olaraq hər hansı bir şəxsə satması, satmaq və ya pay vermək niyyətinin olması barədə tapşırığın icrası ilə bağlı əməliyyat marağı doğuran müsbət məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs sakinlər arasında narkotik vasitə və psixotrop maddə istifadəçisi kimi tanınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən, Salyan rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə (4 dəfə) məhkum olunmuş, sonuncu dəfə Salyan rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Təqsirləndirilən şəxs Bakı şəhər Nizami rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qərarı ilə son hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından 12 gün əvvəl azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasını tam olaraq çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Hazırda məhkumluğu olan şəxsdir. İş materiallarında olan ibtidai istintaq orqanının 23 may 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunmuş; Təqsirləndirilən şəxs 25 aprel 2024-cü il tarixli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CMnin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş; Təqsirləndirilən şəxs üzərində saxladığı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini heç bir etiraz etmədən istintaqa təqdim etməsinin könüllü təqdim etmə kimi qiymətləndirilmədiyi nəzərə alınmış; Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmiş; Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq çəkisi 0.663 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış; məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/427 №-li və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 448 №-li rəyləri, təqsirləndirilən şəxsin və şahidlərin dindirmə protokolları, şəxsi axtarış və götürmə və digər istintaq hərəkətlərinin protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı videoçəkiliş kadrlarını özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarında olan Salyan rayonu İcra Hakimiyyəti Başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 5-71-6/2-1047/2024 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı - 1977-ci il təvəllüdlü X1, qızı- 2005-ci il təvəllüdlü X3 ibarətdir. İş materiallarında olan Salyan rayon İHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, təmiz çəkisi 0.713 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 aprel 2024-cü il tarixdə saat 11:45-da Salyan şəhəri, A.Həsənov küçəsi ərazisində qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 12:00-da ünvan 1 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə həmin psixotrop maddə aşkar edilərək götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83, 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Salyan rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qərarı ilə son hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından 12 gün əvvəl azad edilmişdir.Həmin vaxtdan iki il müddət keçmədən-yəni məhkumluğu ödənilmədən isə hazırkı cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı yüngülləşdirən halları müəyyən etməmiş, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, işdə məsuliyyəti ağırlaşdıran halı, şəxsiyyətini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin əməlində residiv var, CM-nin 65.2-ci maddəsinə əsasən törətdiyi cinayətə görə ona ittiham olunduğu maddədə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından az cəza təyin edilə bilməz. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən həmin psixotrop maddəni qanunsuz əldə etməsi, daşıması, saxlamasını, əvvəllər dəfələrlə məhkum olunmasını, məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması ilə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Eyni növ cinayət əməllərini əvvəllər dəfələrlə törətməsi onun sabit kriminal meyilli olmaqla islah yoluna qədəm qoymayaraq ona məhkəmə tərəfindən təyin olunmuş cinayət-hüquqi tədbirlərə məhəl qoymamasına dəlalət edir. Məhz bu hal onun islah olunmadığını təsdiq etməklə şəxsiyyətinin və hərəkətlərinin böyük təhlükə potensialına malik olmasını şərtləndirir, bir sözlə onun cinayət qanununda nəzərdə tutulmuş əməli yenidən törətmək ehtimalına kifayət qədər əsas verir. Həmçinin, opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq psixotrop maddələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edildiyindən və onun müalicəyə ehtiyacı olduğundan ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X10 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,663 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 23 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X10 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,663 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar