Məhkəmə qərarları › İş №1(057)-105/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-105/2025

25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-105/2025 25.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ X12 Yaqub oğlunun sədrliyi, X11 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X9 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Salyan rayonu Arbatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, о, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,709 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, 2025-ci il sentyabrın 22-də Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, saxlamasında şübhəli bilindiyi üçün həmin tarixdə saat 16:35 dəqiqədə yaşadığı Salyan rayonu Arbatan kəndindəki evinin yaxınlığında saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılarkən əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən həmin kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, uzun müddət “nəşə” kimi tanıdığı narkotik vasitə marixuanadan istifadə etmişdir. Təxminən tutulmazdan 2 gün əvvəl Salyan rayonu Arbatan kəndində yerləşən “Böyük dəmiryolu” adlanan dəmiryolunun yanında yerdən sellofan büküm tapmış, içərisinə baxdıqda “patı” kimi tanıdığı psixotrop maddə metamfetaminin olduğunu görmüş, öz istifadəsi üçün götürmüş, ondan bir qədər istifadə etmiş, üzərində saxlamışdır. 2025-ci il sentyabr 22-da saat 16 radələrində o, Salyan rayon Arbatan kəndində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, ona qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib, saxlamışlar. O, saxlanıldıqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla onun üzərini yoxlamışlar, baxış zamanı o, üzərində olan 01 ədəd sellofan bükümdə olan metamfetamini və 01 ədəd şprisdə olan heroin məhlulunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. O, həmin kütlələrdən heç kimə verməmiş yaxud satmamış, eləcədə həmin kütlələri üzərində saxlayarkən satış məqsədi olmamışdır, ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. 01 ədəd şprisdə olan heroin məhlulunu təxminən tutulmazdan 2-3 ay əvvəl tapmış, öz istifadəsi üçün üzərində saxlamışdır.Polislər tərəfindən saxlanıldıqda, üzərinə baxış keçirilərkən 01 ədəd şprisdə olan heroin məhlulu gödəkçəsinin cibində olmuş, onu da polisə təqdim etmişdir. Polis əməkdaşı tərəfindən onun üzərindən aşkar edilmiş metamfetamin olan 01 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 0,80 qram olması müəyyən olunmuş, boş zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Onun üzərindən aşkar edilmiş içində heroin məhlulu olan 01 ədəd şpris polis əməkdaşı tərəfindən qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, protokol tərtib olunmuş, tərtib edilmiş protokolu imzalamışdır. Polis işçiləri tərəfindən ona hər hansı fiziki və psixi təsir göstərilməmişdir. Əməlindən peşmandır, himayəsində ahıl yaşda anası var, söz verir ki, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcəkdir. Odur ki, göstərilənləri nəzərə alaraq, ona həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin verdiyi ifadələrlə, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. 22 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Salyan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında müvafiq qərar qəbul olunmuş, əməliyyat qrupu yaradılmışdır. 22 sentyabr 2025-ci il tarixdə saat 16 radələrinsə onlar birlikdə video çəkiliş aparmaqla Təqsirləndirilən şəxs Salyan rayonu Arbatan kəndində yaşadığı evin yaxınlığında yaxınlaşıb özlərini təqdim etmiş, ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib, saxlamışlar. Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd sellofan bükümü və 01 ədəd şprisi çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetaminin, 01 ədəd şprisin içərisində narkotik vasitə heroin məhlulunun olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs sellofan bükümdə “patı”, şprisdə isə “kakos” və “patı”nın qarışığı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin kütlələri tapdığını, istifadə etmək üçün götürdüyünü, yaşadığı evə apardığını, yaşadığı evdə onlardan istifadə etdiyini və qalanını sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 0.80 qram olması müəyyən olunmuş, qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, götürülmüşdür. Aşkar edilmiş içərisində narkotik vasitə heroin məhlulu olan 01 ədəd şpris qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Sonra onlar Təqsirləndirilən şəxsla birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlmişlər. Polis şöbəsində tərəfindən protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs maddi sübutla birlikdə aidiyyəti üzrə İstintaq Bölməsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda məlumat yoxdur. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid Salyan RPŞ-nin CAB-nin əməkdaşı Şahid3 ifadəsi Şahid1 məhkəmə istintaq zamanı verdiyi ifadəyə anoloji olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid Salyan RPŞ-nin CABnin əməkdaşı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə Şahid1 məhkəmə istintaq zamanı verdiyi ifadəyə anoloji olmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şəxsin üzərinə baxış keçirilməsinə dair” protokoldan və ona əlavə olunmuş məhkəmə istintaqı zamanı baxış keçirilərək tədqiq olunmuş əməliyyat-axtarış tədbirinə dair diskdən görünür ki, baxış 16:35-də başlanmış, 16:49-da bitmişdir. Barəsində əməliyyataxtarış tədbiri və üzərinə baxış keçirilən şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, üzərində saxlamasında şübhəli bilindiyi üçün xx.xx.2025-ci il tarixdə saat 16:35-də Salyan rayonu, Arbatan kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılmış, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə tərəflərindən aşkar edilərək götürülmüş, həmin cibindən 1 ədəd içində qəhvəyi psixotrop maddə olan heroin bənzər maye olan şpris aşkar olunaraq götürülmüş və elektron tərəzi vasitəsi ilə çəkilmiş, həmin kütlənin çəkisinin 0,80 qram olması müəyyən olunmuş, həmin kütlə və şpris 2 ədəd boş zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən digər hər hansısa iş üzrə əhəmiyyət kəsb edən əlavə əşya predmet maddə aşkar edilməmişdir. Baxış və götürmə günün işıqlı vaxtında keçirilmişdir. Baxış və götürmə zamanı “İphone” markalı mobil telefonun videokamerası vasitəsi ilə CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Salyan RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və brotokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protokola 1 (bir) ədəd disk əlavə olunmuşdur. Protokolun tərtibinə 17:25-də başlanmış, protokolun tərtibi 17:55-də bitmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin İB-nin müstəntiqi Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” haqqında qərardan görünür ki, Salyan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 təqdim etdiyi əşyalara və DVD diskə baxış keçirilmiş və götürmə aparılmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş müstəntiq Rza Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan və ona əlavə olunmuş əməliyyat-axtarış tədbirinə dair çəkilmiş diskdən görünür ki, baxış 18:05-də başlanmış, 18:38-də bitmişdir. Təqdim olunan 02 ədəd zərfə və 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd DVD diskə xidməti otaqda “Toshıba” markalı komputerdə baxış keçirilmişdir. DVD diskdə olan görüntülərdə istintaqa təqdim olunan 01 ədəd zərfdə qablaşdırılmış 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlənin və 01 ədəd şprisdə olan narkotik vasitə heroinə bənzər mayenin olması, həmin kütlə və şprisdə olan mayenin Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən aşkar olunaraq götürülməsi və qablaşdırılması müəyyən olunmuşdur. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlənin 0.80 qram olması və 01 ədəd şprisdə olan narkotik vasitə heroinə bənzər mayenin olması müəyyən olunmuşdur. Tərəfindən həmin kütlələrə yenidən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlənin 0.81 qram olması və 01 ədəd şprisdə olan narkotik vasitə heroinə bənzər mayenin olması müəyyən olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunar götürülmüş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd şprisdə olan narkotik vasitə heroinə bənzər maye ayrı-ayrılıqda zərflərə qablaşdırılaraq möhürlənmiş və tərəfimdən götürülmüşdür. Baxış və götürmə zamanı Salyan RPŞ-nin ekspertkriminalisti Fuad Yüzbaşıyev tərəfindən “Samsung” markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Tərtib edilmiş protokol imzalarla təsdiq olunmuş, protokola 01 ədəd DVD disk əlavə olunmuşdur. Protokolun tərtibinə 18:42-də başlanmış, protokolun tərtibi 19:00-da bitmişdir. İş materiallarında olan müstəntiq Rza Məmmədov tərəfindən tərtib edilmiş 22 sentyabr 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:35-də Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmasının əvvəli azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 22 sentyabr 2025-ci il tarixdə saat 16:35 dəqiqədən hesab edilmişdir. İş materiallarında olan 23 sentyabr 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 sentyabr 2025-ci il tarixli, 18/695 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...metamfetaminə bənzər..” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,709 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...maye kütləsi..” sözləri yazılmış kağız paketdə 01 ədəd şprisin içərisində həcmi – 0,30 ml olan məhlul narkotik vasitə heroin məhluludur, şprisin içərisində məhluldakı heroinin quru maddəsinin çəkisi – 0,017 qramdır. Həmin rəyin təsviri - əsaslandırıcı hissəsindən görünür ki, metamfetaminin təmiz çəkisi - 0,709 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq – 0,659 qram. Heroin məhlulunun həcmi- 0,30 ml, tədqiqata sərf edildi -0,05 ml, qalıq- 0,25 ml. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən verilmiş 23 sentyabr 2025-ci il tarixli, 18/695 saylı rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 67,30 (altmış yeddi manat otuz qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X10 Yoxlamanın nəticəsinə dair (məhkəmə-narkoloji ekspertizası) xx.xx.2025-ci il tarixli 517 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, stimulyatorların və opioidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan müstəntiq Hacıbala Əlisgəndərli tərəfindən qəbul edilmiş 24 sentyabr 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qisimində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan müstəntiq Hacıbala Əlisgəndərli tərəfindən qəbul edilmiş 24 sentyabr 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, həmin gün ona saat 14:30-da elan edilmişdir. İş materiallarında olan müstəntiq Hacıbala Əlisgəndərli tərəfindən qəbul edilmiş 24 sentyabr 2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs tutulmadan azad olunmuşdur. İş materiallarında olan müstəntiq Hacıbala Əlisgəndərli tərəfindən qəbul edilmiş 24 sentyabr 2025-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,659 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və qalıq qalmış 0,25 ml narkotik vasitə heroin məhlulu cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 2 dəfə məhkum olunmuş, sonuncu dəfə xx.xx.2002-ci il tarixdə Salyan rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum edilmiş, xx.xx.2005-ci ildə cəzasının sonu ilə azad olunmuşdur.Hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 03 oktyabr 2025-ci il tarixli, 18-1-68/2-1557/2025 nömrəli arayışından görünür ki, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 2002-ci il tarixdən “Tiryəklə” narkoloji qeydiyyatdadır, psixonevroloji qeydiyyatda yoxdur. İş materiallarında olan Salyan rayon İHB-nin Salyan rayonu Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 oktyabr 2025-ci il tarixli, 5-71-8/2-680/2025 ailə tərkibi haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs anası - xx.xx.1946-cı il təvəllüdlü X5 ilə birlikdə yaşayır. İş materiallarında olan Salyan rayon İHB-nin Salyan rayonu Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 oktyabr 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 əməliyyat tapşırığına cavab olaraq verdiyi xx.xx.2025-ci il tarixli raportundan görünür ki, əməliyyat tapşırığının icrası ilə bağlı keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş və Təqsirləndirilən şəxs aşkat olunmuş narkotik vasitə və psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 2025-ci il sentyabrın 24-də CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; ona CM-in 234.2-ci maddəsi ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş; onun üzərində saxladığı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və narkotik vasitə heroin məhlulunu heç bir etiraz etmədən polis əməkdaşlarına təqdim etməsinin könüllü təqdim etmə kimi qiymətləndirilmədiyi nəzərə alınmış; onun Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin X3 göndərilmiş; onun törətdiyi əməli səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmiş; onun üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,659 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və qalıq qalmış 0,25 ml narkotik vasitə heroin məhlulu cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış; məhkəməkimyəvi ekspertizasının 23 sentyabr 2025-ci il tarixli, 18/659 nömrəli, məhkəmə-narkololi ekspertizasının 24 sentyabr 2025-ci il tarixli, 517 nömrəli rəyləri, ifadələr və protokollar, “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, üzərinə baxış keçirilməsini” və “Təqdim olunan əşyaya baxış keçirilməsini və götürməni” əks etdirən DVD disklər iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş Salyan rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(057)-1213/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 20 gün müddətə inzibati həbs edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,709 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, 2025-ci il sentyabrın 22-də Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, saxlamasında şübhəli bilindiyi üçün həmin tarixdə saat 16:35 dəqiqədə yaşadığı Salyan rayonu Arbatan kəndindəki evinin yaxınlığında saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılarkən əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən həmin kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edlməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən həmin narkotik vasitəni və psixotrop maddəni qanunsuz əldə etməsi, daşıması, saxlamasını, əvvəllər də anoloji maddə ilə məhkum olunmasını məhkəmə onun narkotik vasitə istifadəçisi olması ilə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Həmçinin, kannabinoidlərin, opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitəni aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CM-nin 56.1 və 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət edilməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X7 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,659 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və qalıq qalmış 0,25 ml həcmdə narkotik vasitə heroin məhlulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 67,30 (altmış yeddi manat otuz qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 25 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X7 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,659 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və qalıq qalmış 0,25 ml həcmdə narkotik vasitə heroin məhlulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri 67,30 (altmış yeddi manat otuz qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar