Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-106/2023 11.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X8 Yaqub oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X5 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxxxx 1996-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 182.2.2, 182.2.5, 29,177.2.1, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Qobustan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 08 ay 19 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olmaqla ünvan 2-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 11 mart 2023-cü il tarixdə saat 11 radələrində yaşadıqları Neftçala rayonu, Aşağı Surra kəndindən ailə üzvlərini Salyan şəhəri, Y. Qasımov küçəsində yerləşən "Səyyarə" gözəllik salonuna gətirib sonra həmin salonun qarşısında dayanıb onların salondan çıxmasını gözləyən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan onlara orada dayanmaları ilə bağlı təhqiredici formada əsassız iradlar bildirib ünvanlarına nalayiq söyüşlər söyməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək həmin vaxt Zərərçəkmiş şəxs2 təpiklə, Zərərçəkmiş şəxs1 isə sillə və yumruqla sifət nahiyyəsindən qəsdən vuraraq Zərərçəkmiş şəxs1 burunun yumşaq toxumalaraının şişkinliyi, qançırı, tənəffüs çətinliyi ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsi düzdür. 11 mart 2023cü il tarixdə saat 11 radələrində qadın qohumunu Salyan şəhərində yerləşən gözəllik salonuna gətirmiş, qohumu olan qadın maşından düşüb gözəllik salonuna gedərkən salonun qarşısında dayanmış 2 cavan oğlan diqqətlə həmin qadına baxmışlar. Bu onun xoşuna gəlmədiyi üçün maşından düşüb onlardan nə üçün həmin qadına baxmalarının səbəbini soruşduqda həmin şəxslər ona kobud cavab vermişlər. Onların belə cavab verməsindən əsəbiləşdiyi üçün onlar arasında mübahisə yaranmış, o, sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs1 2 sillə və yumruq vurmuş, Zərərçəkmiş şəxs2 isə təpik atmışdır. Hadisə zamanı hansı söyüşlər söyməsi yadında qalmamışdır. Tanımadığı oğlanlarla arasında baş vermiş bu hadisədən sonra maşınına minib getmək istəyərkən polis əməkdaşları kimi tanıdığı Tural və Ceyhun ora gəlmiş və ondan birlikdə polis şöbəsinə getməsini tələb etdikdə maşında qadın olduğunu, onu aparıb evlərində düşürüb sonra qayıdıb şöbəyə gələcəyini bildirmiş, onlar da vəziyyəti belə görüb razılaşmış, sonra maşınında olan qadını aparıb evlərinə düşürdükdən sonra Salyan RPŞ-yə gəlmişdir. Əməlindən səmimi peşimandır, zərərçəkmiş şəxslərlə barışmış, onların ona qarşı şikayət və tələbləri yoxdur. Odur ki, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxslərin və şahidin istintaq zamanı verdikləri ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 11 mart 2023-cü il tarixdə dostu Qurban Əsgərovun Bakı şəhərində nişan mərasimi keçiriləcəyindən həmin gün səhər saatlarında idarə etdiyi KİA CEED markalı, ** HS *** dövlət qeydiyyat nişanlı avtomobillə Qurbanın anasını, nişanlısını və nişanlısının bibisi qızı olan Kainatı Qurbanla birlikdə Salyan şəhərindəki Y.Qasımov küçəsində yerləşən “Səyyarə” gözəllik salonuna gətirmiş, maşını yaxınlıqdakı avtovağzal ərazisində saxladıqdan sonra piyada gözəllik salonuna gəlmiş, gətirdikləri qadınlar gözəllik salonuna girdikdən sonra o və Qurban salonun qabağında dayanıb onları gözləməyə başlamışlar. Saat 11 radələrində onlar “Səyyarə” gözəllik salonunun qarşısında dayanan zaman tanımadıqları bir şəxs ağ rəngli, dövlət qeydiyyat nişanı onlara məlum olmayan VAZ 21011 markalı avtomobili yolun ortasında saxlayıb Qurbanı yanına çağırıb ondan "nə olub, qaqa?" deyə soruşmuş, Qurban da ona heç nə olmadığını və onun sualını başa düşmədiyini demişdir. Vəziyyəti belə görüb onlara yaxınlaşıb nə baş verdiyini soruşanda tanımadıqları həmin şəxs maşından düşüb onların ünvanına nalayiq küçə söyüşləri söyməyə başlamış və sonra Qurbanı vurmaq üçün onun üzərinə getmiş, lakin Qurban bir qədər geri çəkildiyindən o, öz istəyinə nail ola bilməmişdir. Səs-küyə ora xeyli adam toplaşmış, vəziyyəti belə görüb xoşagəlməz hadisə baş verməsin deyə araya girib harayçılıq edəndə tanımadığı, ilk dəfə gördüyü həmin şəxs sillə və yumruqla burnuna qəfil güclü zərbə vurmuş və zərbədən o yerə yıxılmışdır. Onun yerə yıxıldığını görəndən sonra həmin şəxs Qurbanın üzərinə cumub təpiklə onun sol ayağına bir zərbə vurmuş, daha sonra bərkdən onların ünvanına pis söyüşlər deyə-deyə gedib gəldiyi maşına minmiş və maşını sürüb oradan getmişdir. Bir az keçmiş hadisə yerinə gələn polis əməkdaşları onları dəvət edib Salyan Rayon Polis Şöbəsinə gətirmişlər. Sonradan onlara məlum olmuşdur ki, həmin vaxt onlara qarşı xuliqanlıq edən Salyan şəhər sakini Ağahüseyn adlı şəxsdir. Ağahüseyn adlı şəxsin onları tanımadığı halda nə üçün onları söyüb-təhqir etməsi, Qurbanı vurmaq istəməsi, ona təpik atması, özünü isə sillə və yumruqla vurmasının səbəbi onlara məlum deyil. Ağahüseyn həmin gün heç bir səbəb olmadan onlara qarşı bu hərəkətləri etmiş, ümumilikdə onun həmin hərəkətləri təxminən 15-20 dəqiqə davam etmiş, hadisə vaxtı ətrafa xeyli adam toplaşıb onlara baxmış, yerli adam olmadığından onların da heç birini tanımamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş zərərçəkmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, həmin ifadə digər Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə analoji olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür. O, Salyan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Salyan RPŞ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2la birlikdə rayon ərazisində xidmətdə olan zaman Salyan rayonu Y.Qasımov küçəsində yerləşən “Səyyarə” gözəllik salonunun qarşısından keçərkən çoxlu sayda şəxslərin bir yerə toplaşdığını görmüş, yaxınlaşıb baxdıqda bir nəfər cavan oğlanın əlində olan cib dəsmalını burnuna tutaraq qan axmasını saxlamağa çalışdığını görmüş, ondan nə baş verdiyini soruşduqda həmin oğlan tanımadıqları bir şəxsin onlara yaxınlaşıb yalandan guya onun maşınında düşən qadına baxdıqlarını bəhanə edib onlarla mübahisə etdiyini, sonra onu sillə və yumruqla, yanındakı dostunu isə təpiklə vurub sonra gəldiyi ağ rəngli “Vaz 21011” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşərək, hadisə yerindən uzaqlaşıb getdiyini bildirmişdir. Soruşan zaman bu hərəkətləri etmiş şəxsin hərəkətlərinin təxminən 15-20 dəqiqə davam etdiyini, səs-küyə ətrafa xeyli adamın toplaşdığını və hadisəni törədən şəxsin də Salyan rayon sakini Təqsirləndirilən şəxs olduğunu öyrənmişlər. Sonra döyülmüş həmin şəxsləri, yəni sonradan şəxsiyyətləri onlara məlum olan Zərərçəkmiş şəxs1 yanında olan dostu, Zərərçəkmiş şəxs2 ilə birlikdə avtomaşına əyləşdirib, Salyan Rayon Polis Şöbəsinə gətirmiş, daha sonra Təqsirləndirilən şəxs da Salyan RPŞ-nə gəlməsini təmin etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Salyan rayonu Arbatan kəndində yaşayır və Təqsirləndirilən şəxs Abıhüseyn oğlu, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəldən tanımamış, bu şəxslərlə onun indiyədək heç bir əlaqəsi, münasibəti olmamışdır. 11 mart 2023-cü il tarixdə saat 11 radələrində işi olduğu üçün piyada Salyan şəhərində yerləşən "Kapital Bank"a gedərkən şəhərin Y. Qasımov küçəsində yolun əks tərəfindəki "Səyyarə" gözəllik salonunun qarşısında, yolda gedən bir ağ rəngli, VAZ 21011 markalı avtomobilin yolun ortasında dayandığını və avtomobildən düşən arıq, uzun bir oğlanın gözəllik salonunun qarşısında dayanmış 2 şəxsə yaxınlaşıb əsəbi formada onlara nə isə dediyini, həmin şəxslər arasında qısa söhbətdən sonra avtomobildən düşən oğlanın onlardan birini vurmaq istəməsini, lakin onun vurmaq istədiyi oğlanın geri çəkildiyindən onu vura bilmədiyini, sonra isə mübahisələşdiyi oğlanlardan birini sillə ilə sifətindən, digərini isə təpiklə ayağından vurduğunu, ətrafda olan tanımadığı şəxslərdən bəzilərinin ona irad birdirsələr də həmin oğlanın yenə də bərkdən pis söyüşlər deyə-deyə mübahisə etdiyi oğlanları vurmaq istədiyini görmüşdür. Həmin vaxt qeyd edilən hərəkətləri edən şəxsin adının Ağahüseyn olduğunu ətrafdakı şəxslərdən öyrənmiş, Tural adlı polis əməkdaşının ora gəldiyini görüb oradan çıxıb getmiş, daha sonra orada nə baş verdiyindən xəbəri olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokollardan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı Mircəlal Ağalarov zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakları ilə Salyan şəhəri Y.Qasımov küçəsində yerləşən “Gül Lazer” gözəllik salonunun qarşısında yerləşən hadisə yerinə baxış keçirmişlər. Hadisə yeri Salyan şəhəri Y.Qasımov küçəsi ilə X.R.Ulutürk küçəsi istiqamətində gedən yolun sağ tərəfində piyadalar üçün nəzərdə tutulan səkinin yanında yerləşir. Belə ki, həmin yerin arxası “Gül lazer” gözəllik salonu və “KG” gəlinlik salonu, qarşısı Y.Qasımov küçəsi, üzbəüz istiqamətdə “Univermaq” yerləşir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 12 mart 2023-cü il tarixli, 115 nömrəli rəyindən görünür ki, 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 burununun yumşaq toxumalarının şişkinliyi, qançırı, tənəffüs çətinliyi küt əşya (əşyalar) təsirindən törənmiş, xx.xx.2023-cü il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 30 mart 2023-cü il tarixli, 134 nömrəli rəyindən görünür ki, 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində hər hansı bir xəsarət izi aşkar edilməmişdir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:50də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, təqsirləndirin şəxs Təqsirləndirilən şəxs ilə zərərçəkmişlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında ayrı-ayrılıqda üzləşdirmələr keçirilmiş və həmin üzləşdirmələr zamanı təqsirləndirilən şəxs və zərərçəkmişlər ibtidai istintaq zamanı verdikləri ifadələri bir-birlərinin üzlərinə demişlər. Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə saat 11 radələrində qadın qohumunu Salyan şəhərində yerləşən gözəllik salonuna gətirdiyini, qohumu olan qadın maşından düşüb gözəllik salonuna gedərkən zərərçəkmişlərin sonuncuya baxdığını, mübahisənin bu səbəbdən yarandığını, zərərçəkmişləri söymədiyini demiş, zərərçəkmişlər isə ayrı-ayrılıqda onun ifadəsini təkzib edərək, onun maşınından heç kimin düşmədiyini, heç bir qadına baxmadıqlarını, təqsirləndirilən şəxsin dediklərinin yalan olduğunu, sonuncunun onlara səbəbsiz sataşdığını, onları söydüyünü bildirmişlər. İş materiallarında olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Salyan RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, ona həmin gün saat 15:00-da elan olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 2023-cü il 14 aprel tarixdə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə ona elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış; iş üzrə Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, hadisə yerinə baxış protokolu və ona əlavə edilmiş fotocədvəllər, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyləri cinayət işi üzrə sübut kimi tanınmışdır. İş materiallarında olan “Salyan rayon mərkəzi Xəstəxanası" X6 alınmış 16 mart 2023-cü il tarixli PHŞ-6-68/2-428/2023-cü il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Təqsirləndirilən şəxs barəsində olan hökm və qərarların surətlərindən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 182.2.2, 182.2.5, 29,177.2.1, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Qobustan rayon məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 08 ay 19 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. İş materiallarında olan Salyan rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı şikayət və tələbləri yoxdur. Şəxsi işləri ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəklər. Bütün məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini və təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edirlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə saat 11 radələrində yaşadıqları Neftçala rayonu, Aşağı Surra kəndindən ailə üzvlərini Salyan şəhəri, Y. Qasımov küçəsində yerləşən "Səyyarə" gözəllik salonuna gətirib sonra həmin salonun qarşısında dayanıb onların salondan çıxmasını gözləyən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan onlara orada dayanmaları ilə bağlı təhqiredici formada əsassız iradlar bildirib ünvanlarına nalayiq söyüşlər söyməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək həmin vaxt Zərərçəkmiş şəxs2 təpiklə, Zərərçəkmiş şəxs1 isə sillə və yumruqla sifət nahiyyəsindən qəsdən vuraraq Zərərçəkmiş şəxs1 burunun yumşaq toxumalaraının şişkinliyi, qançırı, tənəffüs çətinliyi ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.1-ci maddələrinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 182.2.2, 182.2.5, 29,177.2.1, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Qobustan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 08 ay 19 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayət əməlləri ağır cinayətlər kateqoriyasına aiddir. Cəzadan şərti olaraq vaxtından əvvəl azad olunduğundan onun məhkumluğunun ödənilməsi müddəti onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, həmin vaxtdan 6 il keçmədiyindən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olan şəxs hesab edilməlidir. Baxmayaraq ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir, lakin, ona cəza təyin edilərkən Azərbaycan Respublikasının CM-də residivə görə nəzərdə tutulan qaydada cəza təyin edilməməlidir. Belə ki, hazırki ittiham üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4, 18.4.1-ci maddələrinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Buna görə də Təqsirləndirilən şəxs əməlində residiv yoxdur. Azərbaycan Respublikasının CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslərlə barışmasını və onların həmin şəxsə qarşı heç bir şikayətlərinin, tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 2 ünvanda yerləşən ev axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri yoxdur, əməlindən peşmandır. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət əməllərini törətməsinə görə məhkum olunsa da, islah olunmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər yüngül cəzaların təyin edilməsi onun islah olunması və cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməz və ona görə də, həmin cəzalardan hər hansı birinin təyin edilməsi məqsədəmüvafiq deyildir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 2 ünvanda yerləşən ev axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(057)-106/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-106/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver