Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-107/2023 04.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Müdafiəçi1 iştirakı ilə xx.xx.1962-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan Rayon Məhkəməsinin xx.xx.1983-cü il tarixli hökmü ilə CM-nın 213 m. 2 hissəsi, 17,215, 38-ci maddələrinə əsasən 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.1984-cü il tarixli Qərarı ilə CM-nın 50-ci maddəsinə əsasən 1 il 2 ay 14 gün vaxtından əvvəl şərta azad olunmuş, Neftçala Rayon Məhkəməsinin xx.xx.1990-ci il tarixli hökmü ilə CM-nın 145 m.2 hissəsi 1,2,3,6 və 8-ci bəndləri ilə əmlakı müsadirə olunmaqla 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1992-ci il tarixli Amnistiya Qərarının 8-ci maddəsinin “V” bəndinə əsasən çəkilməmiş cəzası 1/3 qədər azaldılmış, 4 il 4 ay 3 gün saxlanılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə CM-nın 234.1-cü maddəsi ilə 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, AR Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya Qərarının 7,3 B bəndinə əsasən 10 ay 29 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-nın 315.2, 66.3-cü maddələri 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş,Salyan Rayon Məhkəməsinin xx.xx.2012ci il tarixli Qərarı ilə CM-nın 76-cı maddəsinə əsasən 10 ay 7 gün vaxtından əvvəl şərti azad olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nın 234.1, 69.3-cü maddələrinə əsasən 2 il 1 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nın 234.1, 66.5-ci maddələrinə əsasən 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 141-də qeydiyyatda olan, faktiki olaraq Salyan şəhəri, T.Xəlilbəyli küçəsi ev 101-də yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə xx.xx.1977-ci ildə Salyan rayonu Arbatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2009-cu il ildə Əzizbəyov Rayon Məhkəməsinin Qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli Amnistiya Qərarına əsasən cəzasının çəkilməmiş 1 il 3 ay 1 gün cəzasının ½ hissəsi qədər azaldılaraq üzərində 7 ay 20 gün saxlanılmış, Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-nın 234.1ci maddəsi ilə 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, AR Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya Qərarının 3-cü bəndi tətbiq edilməklə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarına əsasən çəkilməmiş 10 ay 22 gün azadlıqdan məhrum etmə cəzası azaldılmış, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nın 234.1-ci maddəsi ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı ildə AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 3-cü bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Salyan Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli hökmü ilə cəzasının əvvəli 01 iyun 2023-cü ildən hesablanmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yeri hesab edilən əraziyə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətməyə cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib 2023-cü il aprelin 7-də saat 02 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs şəxsi mülkiyyətində olan əmlak kompleksinin saxlanc yeri hesab edilən ərazisinə qanunsuz daxil olaraq hər biri 120 manat dəyərində olan 9 ədəd uşaq çarpayısını oğurlayan zaman Salyan RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerində yaxalandıqlarından öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyib zərərçəkmiş şəxsə 1080 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yeri hesab edilən əraziyə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətməyə cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib 2023-cü il aprelin 7-də saat 02 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs şəxsi mülkiyyətində olan əmlak kompleksinin saxlanc yeri hesab edilən ərazisinə qanunsuz daxil olaraq hər biri 120 manat dəyərində olan 9 ədəd uşaq çarpayısını oğurlayan zaman Salyan RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerində yaxalandıqlarından öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyib zərərçəkmiş şəxsə 1080 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməyə cəhd etmişdir. Hər iki təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlləri törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələrilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, 2023-cü il aprelin 6-da axşam saatlarında Ziyafət ilə Salyan şəhərində görşüb keçmiş statistika idarəsinin yanındakı çayxanaya gəlmişlər. Daha sonra saat 23 radələrində birlikdə İcra Hakimiyyəti binasının arxasındakı Hikmətin işlətdiyi “Bağ içi” kafesinə gəlmiş və orada araq içmişlər. Gecə yarıdan sonra, yəni aprelin 7-də təxminən saat 01 radələrində kafedən çıxıb piyada gedərkən Salyan şəhəri Q.Səmədov küçəsində rayon polis şöbəsinin inzibati binasının yanında yerləşən keçmiş 1 saylı uşaq bağçasının həyətində metal çarpayıları görmüşlər.Bağçanın ərazisinə daxil olduqdan sonra ətrafa nəzər salıb görmüşlər ki, bağça binasının qabağ tərəfində 3 ədəd, binanın arxa tərəfində isə daha 6 ədəd metaldan hazırlanmış yığılıb-açılan uşaq çarpayıları vardır. Həmin cəmi 9 ədəd metal çarpayıları gördükdə bir daha Ziyafət ilə qərarlaşmışlar ki, çarpayıların hamısını oğurlayıb aparıb metal qəbulu məntəqəsinə təhvil verib əldə etdikləri pulu isə öz aralarında bölsünlər. Bundan sonra özü və Ziyafət hərəyə 1 ədəd çarpayı götürüb bağçanın ərazisində çıxartmaq üçün çəpərə yaxınlaşmışlar. O, çəpərdən aşıb o biri tərəfə keçmişdir, Ziyafət isə bağçanın ərazisində qalıb çarpayının birini qaldırıb çəpərin üzərindən ona ötürən zaman polis əməkdaşlarının qışqırıb dayanmağı tələb etdiklərini eşitmişlər. O, polis əməkdaşlarının qaçaraq onların istiqamətdə gəldiklərini gördükdə qaçıb oradan getməyə çalışmışdır, lakin arxasınca gələn polis əməkdaşları onu tutmuşlar. Həmin vaxt ona məlum olmuşdur ki, digər polis əməkdaşları bağçanın ərazisində gizlənmiş Ziyafəti də tutub saxlamışlar. Bundan sonra polis əməkdaşları onları rayon polis şöbəsinə gətirmişlər və onlar etdikləri əməli etiraf etmişlər. Tutduğu əməldən peşmandır, bir daha belə hərəkətlərə yol vermyəcəkdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələrilə ona yenidən elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, tarix yadında qalmamışdır.Elxanla Hikmətin kafesinə yemək yeməyə getmişlər.07 aprel 2023cü ildə saat 02 radələrində Nurəddinin obyektinin yanından Elxanla birlikdə keçmişdir.Əlini çəpərdən içəri salıb oradan bir ədəd uşaq çarpayısı götürmüş və polislər onları saxlamışlar.Polisdə ifadə vermiş, lakin özü yazmamışdır.Müstəntiq yazmış, özü isə imza etmişdir. Elxanın günahı olmamış, 8 ədəd çarpayını oğurlamaq istəməmişlər.Ona ifadə verərkən heç kim təzyiq göstərilməmiş, özü ifadəsinə imza etmişdir. Təqsirləndirilən şəxs2 istintaq zamanı vermiş olduğu ifadəsinə uyğun olmayan ifadə verdiyi üçün məhkəmədə onun istintaq zamanı vermiş olduğu ifadəsi Azərbaycan Respublikası CPM-nın 327.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı elan olunmuşdur.O, həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələrilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, Salyan rayonu, Arbatan kəndində yaşayır, günəmuzd fəhlə işləyir. 2020-ci ildə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, 2022ci ilin noyabr ayında 2 ay vaxtından əvvəl şərti azad edilmişdir. Narkotik aludəçisidir. Salyan RPŞ-nin İstintaq Bölməsində barəsində CM-nin 234.1-ci maddəsilə isintaq edilmiş cinayət işi rayon məhkəməsinə göndərilmişdir. Salyan şəhər sakini Təqsirləndirilən şəxs1 tanışıdır, uzun illər dostluq edirmişlər. 2023-cü il aprelin 6-da axşam saatlarında Elxan ilə Salyan şəhərində görşüb çay içib nərd oynamaq üçün keçmiş statistika idarəsinin yanındakı çayxanaya gəlmişlər. Təxminən saat 22 radələrinədək nərd oynayıb çay içmişlər və bundan sonra yemək yeyib araq içmək üçün saat 23 radələrində birlikdə İcra Hakimiyyəti binasının arxasındakı Hikmətin işlətdiyi “Bağ içi” kafesinə gəlmişlər. Yemək yeyən zaman hərəyə 250 qram araq içmişlər. Artıq gecə yarıdan sonra, yəni aprelin 7-də təxminən saat 01 radələrində kafedən çıxıb piyada qaydada Elxann yaşadığı istiqamətdə getməyə başlamışlar. Salyan şəhəri Q.Səmədov küçəsində rayon polis şöbəsinin inzibati binasının yanında yerləşən keçmiş 1 saylı uşaq bağçasının qarşısından keçərkən metal setkadan olan çəpərin arxasından bağçanın həyətinə boylandıqda səliqə ilə yığılmş metal uşaq çarpayıların olduğunu görmüşlər. Qərara gəlmişlər ki, həmin çarpayıları oğurlayıb aparıb metal qəbulu məntəqəsinə təhvil versinlər. Bu səbəbdən hər ikisi çəpərdən aşıb bağçanın ərazisinə keçmişlər və ətrafa nəzər salıb görmüşlər ki, bağça binasının qabağ tərəfində 3 ədəd, binanın arxa tərəfində isə daha 6 ədəd metaldan hazırlanmış yığılıbaçılan uşaq çarpayıları vardır. Həmin cəmi 9 ədəd metal çarpayıları gördükdə bir daha Elxan ilə qərarlaşmışlar ki, çarpayıların hamısını oğurlayıb aparıb metal qəbulu məntəqəsinə təhvil verib əldə etdikləri pulu öz aralarında bölsünlər. Bundan sonra özü və Elxan hərəyə 1 ədəd çarpayı götürüb bağçanın ərazisində çıxartmaq üçün çəpərə yaxınlaşmışlar. Elxan çəpərdən aşıb o biri tərəfə küçəyə keçmişdir və o, çarpayının birini qaldırıb çəpərin üzərindən Elxana ötürən zaman polis əməkdaşlarının qışqırıb dayanmağı tələb etdiklərini eşitmişlər. Polis əməkdaşlarının qaçaraq onlar istiqamətində gəldiklərini gördükdə Elxan qaçıb oradan getmişdir. O isə qaça bilməyəcəyini görüb bağçanın ərazisində bitmiş hündür kolların arasında oturub gizlənmişdir. Buna baxmayaraq bağça ərazisinə gəlmiş polis əməkdaşları onu gizləndiyi yerdə kolların arasında tapıb saxlamışlar. Həmin vaxt ona məlum olmuşdur ki, digər polis əməkdaşları qaçıb getmiş yoldaşı Elxanı da tutub saxlaya bilmişlər. Bundan sonra polis əməkdaşları onları rayon polis şöbəsinə gətirmişlər və onlar etdikləri cinayət əməlini etiraf etmişlər. Əgər polis əməkdaşları onu və Elxanı uşaq bağçasının ərazisində oğuluq edərkən tutmasaydılar onlar həmin 9 ədəd çarpayının hamısını oğurlayıb aparıb satıb əldə etdikləri pulu öz aralarında böləcəkmişlər. Tutduğu əməldən peşmandır, bir daha belə hərəkətlərə yol vermyəcəkdir. Həmin uşaq baxçasından başqa heç bir əmlak oğurlamışdır və qeyd etdiyi oğurluqdan başqa digər cinayət etməmişdir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmadığını qeyd edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.Ona görə də məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində istintaq zamanı ifadə vermiş Nümayəndə ifadəsi Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən elan olunmuşdur.O, həmin ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən keçmiş N.Qaraşov adına 1 saylı uşaq bağçası Zərərçəkmiş şəxs tərəfindən özəlləşdirilmiş və xx.xx.2018-ci il tarixdə həmin əmlak kompleksinə dair daşınmaz əmlakın dövlət reyestri xidmətindən ******* nömrəli çıxarış alınmışdır. Hazırda həmin əmlak kompleksi Zərərçəkmiş şəxs xüsusi mülkiyyətindədir. 2023-cü il aprelin 7-də səhərə yaxın saatlarda Salyan RPŞ-dən onlara məlumat verilmişdir ki, həmin əmlak kompleksindən oğurluq edən şəxslər polis əməkdaşları tərəfindən hadisə yerində saxlanılmışlar. O, həmin əmlak kompleksinə gəldikdə məlum olmuşdur ki, həqiqətən əmlak kompleksin metal setka ilə əhatə olunmuş həyətinə yığılmış metal konstruksiyalı açılıb-qatlanan cəmi 9 ədəd uşaq çarpayısı gecə saatlarında oğurlanmışdır. Bundan sonra Salyan rayon polis şöbəsinə gəlib baş vermiş oğurluq hadisəsi barədə yazılı ərizə vermişdir. Polis şöbəsində olarkən ona məlum olmuşdur ki, həmin əmlak kompleksindən oğurluq etmiş şəxslər Salyan rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Onun tərəfindən istintaqa təqdim edilmiş obyektin əsas və az qiymətli vəsaitlərinin qiymətləndirilməsi hesabatına əsasən 1991-ci ildə alınmış 1 ədəd uşaq çarpayısının qiyməti 250 manat olmuşdur. Odur ki, həmin hesabat cədvəlinə əsasən oğurlanmış 9 ədəd uşaq çarpayısının hər birinin qiyməti 250 manat olmaqla ümümilikdə təmsil etdiyi zərərçəkmiş şəxsə cəmi 2250 manat maddi ziyan vurulmuşdur. Şahid qismində dindirilmiş Salyan RPŞ-nin PPXB-nün manqa komandiri Şahid1 göstərmişdir ki, 2023-cü il aprelin 07-də gecə saat 02 radələrində PPXB-nün polis nəfələri Şahid2 və Şahid3 ilə birlikdə xidmətdə olarkən Salyan şəhəri Q.Səmədov küçəsində yerləşən keçmiş 1 saylı uşaq bağçasının ərazisindən şübhəli səslər gəldiyini eşitmişlər. Onlar uşaq bağçasının metal setka ilə əhatə olunmuş ərazisini kənardan müşahidə yolu ilə nəzərdən keçirən zaman küçənin qaranlıq hissəsində bir nəfər şəxsin uşaq bağçasının ərazisində, digər şəxsin isə küçə tərəfdə olduğunu görmüşlər. Onlar müşahidəni davam etdirərkən bağça ərazisindəki şəxsin metal setkadan olan çəpərin üzərindən küçədə dayanmış yoldaşına iri həcmli əşyanı qaldırıb ötürdüyünü gördükdə oğurluq etməyə çalışan həmin şəxsləri cinayət başında yaxalamaq məqsədilə həmin istiqamətdə qaçaraq dayanmaqlarını tələb etmişlər. Onları görən həmin şəxslərdən biri küçə ilə qaçıb aradan çıxmağa çalışmış, lakin onlar qaçan şəxsi təqib edilib bir neçə metrdən sonra yaxalamışlar. Bundan sonra bağça ərazisindəki ikinci şəxsi yaxalamaq məqsədilə bağça ərazisinə keçib bitmiş hündür kolların arasında gizlənmiş ikinci şəxsi tapmışlar. Həmin şəxslərin Elxan və Ziyafət olduğunu bilmişdir. Məhkəmədə elan olunmuş baxış və götürmə protokolundan görünür ki, 7 aprel 2023cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs məxsus əmlak kompleksindən oğurlamağa cəhd etdikləri 9 ədəd çarpayı metal konstruksiyalıdır, üzərlərinə metal setka çəkilmişdir, açılıb-qatlanan uşaq çarpayılarıdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2580 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən metal konstruksiyalı, açılıbbağlanan 9 ədəd uşaq çarpayılarının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1080,0 manat (120,0 manat x 9 ədəd) müəyyən olunur. “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in arayışından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “tiryək narkomaniyası” diaqnozu ilə dispanser qeydiyyatında dayanırlar, digər xəstəliklər üzrə dispanser qeydiyyatında dayanmırlar. Salyan RİHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində azyaşlı uşağı yoxdur. Salyan RİHB-nın Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində azyaşlı uşağı yoxdur. DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Salyan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Kərimov X3 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və xx.xx.2021-ci ildə Az.R Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Salyan RPŞ-nin İBdə barəsində istintaq edilmiş ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs şəxsi mülkiyyətində olan əmlak kompleksindən oğurlamağa cəhd etdikləri 9 ədəd uşaq çarpayısı iş üzrə maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanc üçün zərərçəkmişin nümayəndəsinə qaytarılmışdır. Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Hər iki təqsirləndirilən şəxs 07 aprel 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, 08 aprel 2023-cü ildə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Salyan Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CMnın 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün müddət cəza müddətinə hesablanaraq üzərində on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli 01 iyun 2023-cü ildən hesablanmışdır. Onun həmin tarixdən həbsdə olması nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara obyektiv qiymət verərək hesab edir ki, hər iki təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş, onlar həmin maddələrlə təqsirli bilinməlidirlər. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 29,177.2.1 və 29, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə kimi həbsdə olduğu iki gün müddətin hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs2 qeyd olunan maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına nisbətən yüngül cəza ilə islah etmək mümkün deyildir. Onun məhkumluğu ödənilsə belə əvvəllər qəsdən cinayət törətməyə bir neçə dəfə məhkum ounması halları bir daha onu göstərir ki,onu azadlıqdan məhrum etmə cəzasına nisbətən yüngül cəza ilə islah etmək mümkün deyildir. Ona görə də məhkəmə ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını daha əsaslı və qanuni hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.2. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 66.5-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə qismən birləşdirilməklə üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 01 iyun 2023-cü ildən hesablanmalıdır. 9 ədəd uşaq çarpayısı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmişin nümayəndəsinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Ariıf oğluna məhkəmə prosesi zamanı hər iki təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 12 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 72 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********,Corr.Account:AZ03NABZ013501**********2944 hesablarına köçürülməlidir. Hökmün surəti müdafiəçilər tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29, 177.2.3cü maddələri ilə təqsirli bilinib, ona həmin maddələrlə iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə olduğu iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla üzərində bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29, 177.2.3cü maddələri ilə təqsirli bilinib, ona iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 66.5-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 01 iyun 2023-ci il tarixli hökmü ilə təyin olunmuş on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplama yolu il üzərində iki il iki ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəza müddətinə hesablansın və üzərində iki il bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 iyun 2023-cü ildən ildən hesablansın. Təqsirləndirilən şəxs2 Salyan Rayon Məhkəməsinin 01 iyun 2023-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olması nəzərə alınsın. 9 ədəd uşaq çarpayısı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmişin nümayəndəsinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə prosesi zamanı hər iki təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 12 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 72 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesablarına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-107/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-107/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver