Məhkəmə qərarları › İş №1(057)-107/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-107/2025

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-107/2025 12.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X6 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(057)-142/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(057)-488/2024 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Salyan rayonunun Arbatan kəndində qeydiyyatda olan və Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 92-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,662 qram psixotrop maddə metamfetamini əldə edərək təmiz çəkisi 0,390 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Salyan şəhəri X.R.Ulutürk küçəsi ev 92-də yerləşən yaşadığı fərdi yaşayış evinin yataq otağına daşıyıb çarpayının üzərindəki döşəyin altında gizlədərək saxlamış, təmiz çəkisi 0,272 qram psixotrop maddə metamfetaminin qanunsuz olaraq yerini dəyişməklə üzərində saxlayaraq daşımış, 2025-ci il sentyabrın 19da Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, üzərində və yaşadığı evdə saxlamasında şübhəli bilindiyi üçün həmin tarixdə saat 12:41 dəqiqədə yaşadığı evin yaxınlığında saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılarkən əynində olan boz rəngli şalvarının sağ yan cibindən və yaşadığı evin yataq otağındakı çarpayının üzərindəki döşəyin altından xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, “duz” kimi tanıdığı psixotrop maddə metamfetamin istifadə edir. Əvvəllər də narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuşdur. 2025-ci il sentyabr ayının ortalarında Salyan şəhəri, H.Təqsirləndirilən şəxs küçəsində yerləşən köhnə bazar adlanan yerə gedərkən yol kənarında yerdə “Magna” adlı siqaret qutusunun olduğunu görmüşdür. O, həmin siqaret qutusunu açdıqdan sonra içərisində 02 ədəd siqaret və 01 ədəd sellofan bükümdə “duz” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu aşkar etmişdir. O, həmin siqaret qutusundakı 01 ədəd sellofan bükümdə olan “duz” kimi tanıdığı psixotrop maddə metamfetamini götürüb cibinə qoyaraq yaşadığı evə getmişdir. Bükümün hamısını üzərində gəzdirməkdən qorxduğu üçün evdə həmin bükümü 02 ədəd ayrı sellofan bükümə qoymuşdur. Bükümlərdən birini yaşadığı evin yataq otağında yerləşən çarpayının üzərindəki döşəyin altında gizlətmiş, digərini isə istifadə etmək üçün üzərində saxlamış, hər gün istifadə etməyə başlamışdır. 2025-ci il sentyabrın 19-da saat 12 radələrində o, Salyan şəhəri X.R.Ulutürk küçəsində yaşadığı evin yaxınlığında olarkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Salyan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə, daşımaqda, üzərində və yaşadığı evdə saxlamaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. O, saxlanıldıqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla onun üzərini yoxlamağa başlamışlar. Həmin anda o, əynində olan boz rəngli şalvarının sağ yan cibində olan içərisində “duz” kimi tanıdığı psixotrop maddə metamfetaminin olduğu 01 ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzəri yoxlanılmış, lakin onun üzərindən əlavə olaraq cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Onun təqdim etdiyi 01 ədəd sellofan bükümə baxıldıqda, həmin bükümün içində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Ondan həmin kütlə barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə “duz” kimi tanıdığı psixotrop maddə metamfetamindir. Həmin kütləni təxminən 2 gün bundan əvvəl Salyan şəhəri H.Təqsirləndirilən şəxs küçəsində yerləşən köhnə bazar adlanan yerə gedərkən yol kənarında yerdən tapdığını və istifadə etmək üçün götürdüyünü demişdir. Polis əməkdaşı tərəfindən onun üzərindən aşkar edilmiş içində “duz” kimi tanıdığı psixotrop maddə metamfetaminə oxşar kütlə olan 01 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 0,31 qram olması müəyyən olmuşdur. Onun üzərindən aşkar edilmiş içində “duz” kimi tanıdığı psixotrop maddə metamfetaminə oxşar kütlə olan 01 ədəd sellofan büküm polis əməkdaşı tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün №113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra polis əməkdaşı tərəfindən götürülmüşdür. Polis əməkdaşı ondan yaşadığı evdə narkotik vasitə, qanunsuz əşya və ya predmet olub-olmadığını soruşduqda, o, yaşadığı evin yataq otağında yerləşən çarpayının üzərindəki döşəyin altında “duz” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu demişdir. Polis əməkdaşı psixotrop maddəni təqdim etməyini bildirdikdə, o da təqdim edə biləcəyini demişdir. Polis əməkdaşları ilə birlikdə yaşadığı evin həyətinə girərək evə daxil olmuşlar, yaşadığı evin yataq otağında çarpayının üzərindəki döşəyin altında gizlətdiyi “duz” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğu sellofan bükümü polis əməkdaşlarına təqdim etmişdir. Onun təqdim etdiyi 01 ədəd sellofan bükümə baxıldıqda, həmin bükümün içində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Ondan həmin kütlə barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə “duz” kimi tanıdığı psixotrop maddə metamfetamindir. Polis əməkdaşı tərəfindən aşkar edilmiş içində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 01 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 0,49 qram olması müəyyən olmuşdur. Onun yaşadığı evdən aşkar edilmiş içində “duz” kimi tanıdığı psixotrop maddə metamfetaminə oxşar kütlə olan 01 ədəd sellofan büküm polis əməkdaşı tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün №113” möhürü ilə möhürlənmış və iştirakçılar tərəfindən imzalandıqdan sonra polis əməkdaşı tərəfindən götürülmüşdür. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində polis əməkdaşı tərəfindən protokol tərtib olunmuş, tərtib edilmiş protokol ona ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Daha sonra polis şöbəsində müstəntiq tərəfindən qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etmə, daşıma, üzərində və yaşadığı evdə saxlamaqda şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğu ona elan olunmuş və ona hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun özünün ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis X3 Qrupunun əməliyyat müvəkkili Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 19 sentyabr 2025-ci il tarixdə Salyan şəhəri X.R.Ulutürk küçəsi ev 92-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, üzərində və yaşadığı evdə saxlaması barədə Salyan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün tərəfindən əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Həmçinin əməliyyat-axtarış təbirinin həyata keçirilməsi üçün onun, RPŞ-nin CAB-in əməliyyat müvəkkilli Şahid2, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkilli Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 12:41 dəqiqədə onlar birlikdə video çəkiliş aparmaqla Təqsirləndirilən şəxs Salyan şəhəri X.R.Ulutürk küçəsində yaşadığı evin yaxınlığında olan zaman yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş nə varsa təqdim etməsini bildirmişlər. Həmin anda Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etidiyi sellofan bükümə baxıldıqda bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs sellofan bükümdə “duz” olduğunu bildirmişdir. Bundan sonra RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, üzərindən əlavə olaraq cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sellofan bükümdə olan kütləni haradan əldə etdiyini, istifadə edib-etmədiyini və kiməsə satıb-satmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs həmin kütləni təxminən 2 gün bundan əvvəl Salyan şəhəri, H.Təqsirləndirilən şəxs küçəsində yerdən tapdığını, istifadə etmək üçün götürdüyünü və üzərindən istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş içərisində psixotrop maddə metafetaminə bənzər kütlə olan sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 0,31 qram olması müəyyən olunmuşdur. Sonra həmin kütlə tərəfindən 01 ədəd boş zərfdə qablaşdırılmış, “Zərflər üçün №113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəfindən götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs başqa haradasa həmin kütlədən olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdə həmin kütlədən olduğunu və təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşduqda, heç bir etirazının olmadığını bildirmişdir. Birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin ikinci mərtəbəsində yerləşən yataq otağına daxil olmuşlar. Bu zaman Təqsirləndirilən şəxs yataq otağında yerləşən çarpayının üzərindəki döşəyin altında gizlətdiyi 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etidiyi sellofan bükümə baxıldıqda bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə nə olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs sellofan bükümdə “duz” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs sellofan bükümdə olan kütləni haradan əldə etdiyini, istifadə edib-etmədiyini və kiməsə satıb-satmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs həmin kütləni təxminən 2 gün bundan əvvəl Salyan şəhəri, H.Təqsirləndirilən şəxs küçəsində yerdən tapdığını, istifadə etmək üçün götürdüyünü, yaşadığı evdə həmin bükümü iki hissə ayırıb birini yaşadığı evdə digərini üzərində saxladığını və istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş içərisində psixotrop maddə metafetaminə bənzər kütlə olan sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 0,49 qram olması müəyyən olunmuşdur. Sonra həmin kütlə tərəfindən 01 ədəd boş zərfdə qablaşdırılmış, “Zərflər üçün №113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəfindən götürülmüşdür. Bundan sonra birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlmişlər. Polis şöbəsində tərəfindən protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs maddi sübutla birlikdə aidiyyəti üzrə İstintaq Bölməsinə təhvil verilmişdir. Şahid qismində dindirilmiş Salyan Rayon Polis X3 Qrupunun əməliyyat müvəkkili, Şahid3 və Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili, Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan 20 sentyabr 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin istintaq materiallarında olan 2025-ci il sentyabrın 19-da Salyan RPŞnin X4 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şəxsin üzərinə və yaşadığı evinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin yataq otağından psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin istintaq materiallarında olan 2025-ci il sentyabrın 19-da Salyan RPŞnin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Samir Eynullazadə tərəfindən tərtib edilmiş “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin yataq otağından psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin istintaq materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 20 sentyabr 2025-ci il tarixli, 18/686 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,272 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evdən ...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,390 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 02 ədəd bükümdə olan psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsinin “Qeyd” hissəsindən görünür ki, Metamfetaminin ümumi çəkisi– 0,662 qram, cəmi tədqiqata sərf edildi – 0,10 qram (hər ob-0,5 qram), qalıq – 0,562 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18/686 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 67,30 (altmış yeddi manat otuz qəpik)) manat təşkil edir. Cinayət işinin istintaq materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29 oktyabr 2025-ci il tarixli, 560 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2023-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinin istintaq materiallarında olan Daxili İşlər Nazirliyi BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə Salyan Rayon Məhkəməsinin qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin istintaq materiallarında olan Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(057)-142/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin istintaq materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 7(057)-488/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 1(057)-142/2023 nömrəli hökmü ilə təyin edilmiş 11 ay 28 gün azadlıqdan məhrum cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin istintaq materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 03 oktyabr 2025-ci il tarixli, 18-1-68/2-1554/2025 nömrəli arayışından görünür ki, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olan və Salyan şəhəri X.R.Ulutürk küçəsi, ev 92- də yaşayan, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2010-cu il tarixdən “Tiryəklə” narkoloji qeydiyyatdadır, psixonevroloji qeydiyyatda yoxdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:25-də Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, tutulmasının əvvəli xx.xx.2025-ci il saat 12:41 hesab edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi polis leytenantı X1 xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarında olan Salyan rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 19 sentyabr 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 22 sentyabr 2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin yataq otağından aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,562 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin istintaq materiallarında olan Salyan RPŞ-nin əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olan və Salyan şəhəri, X.R.Ulutürk küçəsi ev 92-də yaşayan Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 0,272 qram, yaşadığı evdən isə təmiz çəkisi 0,390 qram eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini tutulmamışdan təxminən 2 gün əvvəl H.Təqsirləndirilən şəxs küçəsində yerdən tapması, özü qəbul etmək üçün yaşadığı evin yataq otağındakı çarpayının üzərindəki döşəyin altında gizlətməsi, istifadə etməsi üçün bir hissəsini götürüb üzərində saxlaması, həmin eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən hər hansı bir şəxsə və ya şəxslərə satmaması müəyyən olunmuşdur. Cinayət işinin istintaq materiallarında olan Salyan rayon İHB-nin Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 oktyabr 2025-ci il tarixli, 5-71-6/2-264/2025 nömrəli məktubuna əlavə edilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM tərəfindən verilmiş məhkəməkimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 2025-ci il sentyabrın 20-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş itiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə itiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0.562 qram metamfetamin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış; məhkəmə 18/686 nömrəli və məhkəmə-narkoloji ekspertizasının 560 nömrəli rəyləri, ifadə və protokollar, şəxsin üzərinə baxış və götürməni, həmçinin maddi sübutun və sənədlərin istintaqa təqdim edilməsini əks etdirən 02 ədəd DVD disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,662 qram psixotrop maddə metamfetamini əldə edərək təmiz çəkisi 0,390 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Salyan şəhəri X.R.Ulutürk küçəsi ev 92-də yerləşən yaşadığı fərdi yaşayış evinin yataq otağına daşıyıb çarpayının üzərindəki döşəyin altında gizlədərək saxlaması, təmiz çəkisi 0,272 qram psixotrop maddə metamfetaminin qanunsuz olaraq yerini dəyişməklə üzərində saxlayaraq daşıması, 2025-ci il sentyabrın 19-da Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, üzərində və yaşadığı evdə saxlamasında şübhəli bilindiyi üçün həmin tarixdə saat 12:41 dəqiqədə yaşadığı evin yaxınlığında saxlanılaraq hüquqları izah olunması, üzəri yoxlanılarkən əynində olan boz rəngli şalvarının sağ yan cibindən və yaşadığı evin yataq otağındakı çarpayının üzərindəki döşəyin altından xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83, 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Salyan rayon məhkəməsinin Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(057)-142/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(057)-488/2024 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmin vaxtdan iki il müddət keçmədən-yəni məhkumluğu ödənilmədən isə hazırkı cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı yüngülləşdirən hal aşkar etməmiş, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, işdə məsuliyyəti ağırlaşdıran halı, şəxsiyyətini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin əməlində residiv var, CM-nin 65.2-ci maddəsinə əsasən törətdiyi cinayətə görə ona ittiham olunduğu maddədə müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az cəza təyin edilə bilməz. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən həmin narkotik vasitələri qanunsuz əldə etməsi, daşıması, saxlamasını, əvvəllər dəfələrlə məhkum olunmasını, əksər məhkumluqlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmasını, əməlində residiv olmasını, rəyə əsasən narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını, məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması ilə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Eyni növ cinayət əməllərini əvvəllər dəfələrlə törətməsi onun sabit kriminal meyilli olmaqla islah yoluna qədəm qoymayaraq ona məhkəmə tərəfindən təyin olunmuş cinayət-hüquqi tədbirlərə məhəl qoymamasına dəlalət edir. Məhz bu hal onun islah olunmadığını təsdiq etməklə şəxsiyyətinin və hərəkətlərinin böyük təhlükə potensialına malik olmasını şərtləndirir, bir sözlə onun cinayət qanununda nəzərdə tutulmuş əməli yenidən törətmək ehtimalına kifayət qədər əsas verir. Həmçinin, opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq psixotrop maddələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edildiyindən və onun müalicəyə ehtiyacı olduğundan ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və onun ərazi narkoloji kabinetində qeydiyyata olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan qalıq çəkisi 0,562 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməlidir. İş üzrə 2 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci 67,30 (altmış yeddi manat otuz qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülməlidir: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Tağıyev X8 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat olmaqla, 110 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və onun ərazi narkoloji kabinetində qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan qalıq çəkisi 0,562 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə 2 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 67,30 (altmış yeddi manat otuz qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat olmaqla, 110 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar