Məhkəmə qərarları › İş №1(057)-108/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-108/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-108/2024 05.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Yarıyeva Kəmalə Elxan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, İ qrup əlil, məhkumluğu olmayan, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər yəni xuliqanlıq cinayət əməlini törətməyə görə ittiham verilmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə saat 19:30 radələrində Salyan rayonu Qaraçala qəsəbəsi ərazisində yerləşən, Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasına gələrək üzərindən silah qismində istifadə olunan əşya hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını çıxararaq heç bir səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə hücum çəkib zor tətbiq edilməsi ilə hədələməklə onu və ailə üzvlərini dəfələrlə nalayiq söyüşlərlə təhqir edərək səbəbsiz yerə 30-40 dəqiqə müddətində münaqişə yaratmış, daha sonra öz qərəzli hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs məxsus mağazada olan əşyaları vurub dağıdaraq 1 ədəd 170 (yüz yetmiş) manat dəyərində soyuducu şüşəsini və 80 (səksən) manat dəyərində mağazanın giriş qapısının şüşəsini əli ilə vurub sındırması nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə 250 (iki yüz əlli) manat maddi ziyan vurmaqla silah qismində istifadə olunan əşyadan istifadə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər yəni xuliqanlıq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qarabağ Müharibə iştirakçısıdır və İ qrup əlildir. Evi yoxdur, əlil kimi ona düşən ev verilmədiyi üçün özünü pis hiss edir. Fikirli olduğu üçün içir. Bir dəfə spirtli içdikdən sonra günlərlə spirli içki içir. O, qəsəbədə olan mağazalardan nisyə aldığı əşyaların pulunu sonradn son qəpiyinə kimi verir. Mübahisəyə səbəb üç gün ardıcıl araq içdiyinə görə Teymurun mağazasına nəsə almaq istəmişdir, indi yadında deyil nə almaq istəyib. Teymur söyüş söydüyü üçün o, da hirislənib özündən çıxmışdır. Hadisədən sonra etdiyi hərəkətə görə peşman olur. Sonradan bilmişdir ki, mübahisə vaxtı mağazaya Teymurla anası Möminə xanım da gəlmişdir. O, bunu bildikdən sonra Mömünə xanımın yanına gedərək üzrür istəmişdir. Xəstəliklərdən əziyyət çəkir, əsəbi olanda danışığını itirir, əlləri əsir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Teymurla mübahisə edərkən mağazada kimlərin olmasını bilmir. Sonradan ona deyilmişdir ki, mağazada satıçı Rusif və Əhməd də olmuşdur. Mağazanın və soyuducunun şüşəsini vurub sındırmışdır. Əlində bıçaq olub, o, bıçağı yəqin ki, mağazadan götürmüşdür. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində DİN-in 102 xidmətinə zəng edərək məlumatı və rayon polis şöbəsinə şikayət ərizəsini yazmışdır. Təqsirləndirilən şəxs ilə həmkəndli olaraq münasibəti həmişə yaxşı olmuş və aralarında heç bir ədavəti olmamışdır. Kəndin girişində özünə məxsus ərzaq mağazası 2006-cı ildən fəaliyyət göstərir. Təqsirləndirilən şəxs əvvəllər də bir neçə dəfə həmin mağazaya gələrək ərzaq almaqla yanaşı onunla münaqişə yaratsa da o, hər dəfə şikayət etməmişdir. 14 fevral 2024-cü il tarixdə həyat yoldaşını Bakı şəhərində həkimdən gətirib evdə istirahət edərkən mağazada müvvəqəti olaraq onu əvəz edən Şahid2 mobil telefonuna zəng edərək Süleymanın yenə də gəldiyini demişdir. O, evdən çıxan zaman anası da onunla gəlmək istədiyini bildirmişdir. Birlikdə mağazaya gəlmişlər, mağazada Süleyman Əhməd adlı kənd sakini ilə mübahisə etdiyini görmüşdür. Bir neçə dəqiqə sonra həmin mağazaya gələndə görmüşdür ki, Süleyman sərxoş halda mağazada alıcı olan, həmkəndlisi Şahid3 ilə nəyəsə görə mübahisə edərək onu nalayiq söyüşlərlə təhqir etmişdir. Həmin şəxs də ona baş qoşmayaraq çıxıb getmişdir. O da mağazaya girən kimi kassanın yanına keçmişdir. Süleymanın sərxoş olmasına və nalayiq söyüşlər söyməsinə görə ona əhəmiyyət verməmişdir. Ona əhəmiyyət verməsə də, lakin Süleyman heç bir səbəb olmadan uca səslə onu və ailə üzvlərini pis söyüşlərlə söyüb təhqir edərək üzərinə gəlib əlində olan qara plastik dəstəkli mətbəx bıçağı ilə ona qarşı zor tətbiq edərək vurmaq istəmişdir. Həmin vaxt orada olan, həmkəndliləri Rusif və Araz adlı şəxslər onun qarşısına keçərək onu sakitləşdirib oradan uzaqlaşdırmaq istəsələr də, lakin Süleymanı saxlamaq mümkün olmamışdır. Süleymanın bu kimi hərəkətlərinə görə həmin şəxslər ilə yanaşı anası Şahid4 da ondan sakitləşməsini tələb etmişdir. Amma Təqsirləndirilən şəxs orada heç kimə məhəl qoymayıb yenə də dayanmaq bilməmişdir. Onu mağazadan bayıra çıxartmağa çalışsalar da, yenidən mağazaya qayıtmış və onu və ailə üzvlərini nalayiq söyüşlərlə söyüb təhqir etməyə davam etmişdir. Əlində olan bıçaqla onu vuracağı ilə hədə qorxu gəlmişdir. Həmin vaxt Süleyman qərəzli hərəkətlərini bir az artırıb yumruğu ilə piştaxtanın qarşısında olan ət məhsulları yığdığı soyuducunun və giriş qapının şüşəsini vurub sındırmışdır. Bundan əlavə mağazada olan əşyaları vurub dağıdaraq dağınıq hala salmışdır. Süleymanı heç kim sakitləşdirə bilməmişdir. Orada olan şəxslər Süleymanı mağazadan çölə çıxardanda onu vuracağı ilə hədələdiyi mətbəx bıçağı yerə düşmüş və o, bıçağı götürmüşdür. Təqsirləndirilən şəxs ona qarşı bu kimi hərəkətləri təxminən 1 saata qədər davam etmişdir. Daha sonra o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş və oraya gələn Salyan rayon polis şöbəsinin əməkdaşlarına ərizə ilə müraciət etmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs bu müddət ərzində etdiyi qərəzli hərəkətlərini öz mobil telefonu ilə videoçəkiliş etdiyi üçün həmin video görüntüləri və Təqsirləndirilən şəxs məxsus, yerə düşdükdən sonra götürdüyü bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs soyuducunun şüşəsini vurub sındırmaqla 170 manat, mağazanın giriş qapısının şüşəsini vurub sındırmaqla 80 (səksən) manat olmaqla ümumilikdə ona 250 (iki yüz əlli) manat maddi ziyan vurmuşdur. Ona vurulmuş ziyan ödənilsə də şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. 14 fevral 2024-cü il tarixdə oğlu Teymur həyat yoldaşı ankoloji xəstədir ilə birgə Bakı şəhərindən evə gəlmişdir. Gəlini ankoloji xəstədir. Bir neçə dəqiqə sonra Teymur bildirmişdir ki, Süleyman mağazada dava salıbdır. Birlikdə həmin mağazaya gələndə görmüşlər ki, Təqsirləndirilən şəxs sərxoş halda mağazada Əhməd adlı şəxslə mübahisə edirmiş. Sonradan oğlu ilə dava salaraq onu nalayiq söyüşlərlə təhqir etmişdir. O, oğlu Teymurdan xahiş etmişdir ki, Süleymana baş qoşmasın. Süleyman uca səslə Teymuru və ailə üzvlərini pis söyüşlərlə söyüb təhqir edərək Teymurun üzərinə gəlib cibindən çıxardığı, əlində olan qara plastik dəstəkli mətbəx bıçağı ilə ona qarşı zor tətbiq edərək vurmaq istəmişdir. Həmin vaxt orada olan, həmkəndliləri Rusif və Araz adlı şəxslər Süleymanın qarşısına keçərək onu sakitləşdirib oradan uzaqlaşdırmaq istəsələr də, lakin Süleymanı saxlamaq mümkün olmamışdır. Süleymanın bu kimi hərəkətlərinə görə həmin şəxslər ilə yanaşı o da ondan sakitləşməsini tələb etmişdir. Amma Təqsirləndirilən şəxs orada heç kimə məhəl qoymayıb yenə də dayanmaq bilməmişdir. Həmin şəxslər Süleymanı mağazadan bayıra çıxartmağa çalışsalar da, yenidən mağazaya qayıtmış və Teymuru və ailə üzvlərini nalayiq söyüşlərlə söyüb təhqir etməyə davam etmişdir. Bununla da Süleyman bir neçə dəfə mağazaya soxularaq onları söyüb təhqir etmişdir. Əlində olan bıçaqla Teymuru vuracağı ilə hədə qorxu gəlmişdir. Həmin vaxt Süleyman qərəzli hərəkətlərini bir az artırıb yumruğu ilə piştaxtanın qarşısında olan ət məhsulları yığdıqları soyuducunun və mağazanın giriş qapısının şüşəsini vurub sındırmışdır. Bundan əlavə mağazada olan əşyaları vurub dağıdaraq dağınıq hala salmışdır. Süleymanı heç kim sakitləşdirə bilməmişdir. Orada olan şəxslər Süleymanı mağazadan çölə çıxardanda Teymuru vuracağı ilə hədələdiyi mətbəx bıçağı yerə düşmüş və Teymur tez bıçağı götürmüşdür. Təqsirləndirilən şəxs onlara qarşı bu kimi hərəkətləri təxminən 1-2 saat davam etmişdir. Daha sonra Teymur 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş və oraya gələn polis əməkdaşları onu aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsi, ev 62, mənzil 4-də qeydiyyatda olmaqla Salyan rayonu Qaraçala qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasına qatıq və siqaret almağa gedəndə orada təsadüfən Süleyman ilə qarşılaşmışdır. Həmin vaxt Süleyman sərxoş halda olmaqla mağazada əvvəl həmkəndlisi Şahid3la mübahisə etdi. Əhməd isə Süleymana öz iradını bildirərək ona baş qoşmadan və əhəmiyyət vermədən mağazadan çıxıb getmişdir. Əhməd gedəndən az sonra Süleyman mağazanın sahibi Teymur ilə səsəbsiz yerə mübahisə edərək onun və ailə üzvlərinin ünvanına nalayiq küçə söyüşləri söyərək onu təhqir etməyə başlamışdır. Həmin vaxt orada olan digər həmkəndlisi Şahid2 ilə birlikdə Süleymanı mağazadan bayıra çıxartmaq istədikdə, lakin Süleyman bayıra çıxmaq istəməyib daha da qızışaraq Teymurun üzərinə gedib onu hədə-qorxu gəlməyə başlamışdır. O, Rusif ilə birlikdə Süleymanın qarşısına keçərək onu nə qədər sakitləşdirməyə çalışsalar da, lakin Süleyman orada qadın, böyükkiçik bilməyərək özünün kobud hərəkətlərini davam etdirmişdir. Mağazada soyuducunun şüşəsini vurub sındırmışdır. Teymurun anası Möminə xalanın və Rusifin vasitəsilə onu çətinliklə də olsa, mağazadan bayıra çıxardıb bir neçə metr kənara çəkərək onu sakitləşdirməyə çalışsalar da, lakin Süleyman dayanmaq bilməyib mağazanın giriş qapısının şüşəsini yumruğu ilə vurub sındırmışdır. Süleymanın bir qədər sakitləşib getməsindən sonra Teymura evdən zəng gəlməsini və evə çağırılmağını deyərək oradan çıxıb evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Salyan rayonu Qaraçala qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Salyan rayon Qaraçala qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs barəsində DİN-in “102” xidmətinə verdiyi məlumat və Salyan Rayon Polis Şöbəsinə yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. 14 fevral 2024-cü il tarixdə saat 19 radələrində kənddə yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasında olduğu zaman Süleyman sərxoş halda mağazaya gələrək mağazada əvvəl həmkəndlisi Şahid3 ilə səbəbsiz yerə mübahisə edərək onun və yaxınlarının ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişdir. Əhməd isə Süleymana bir neçə dəfə adi sözlə iradını bildirərək ona baş qoşmadan və əhəmiyyət vermədən mağazadan çıxıb getmişdir. Əhməd gedəndən az sonra Süleyman heç bir səbəb olmadan Teymur ilə mübahisə edərək onun və yaxınlarının ünvanına nalayiq küçə söyüşləri söyərək təhqir etməyə başlamışdır. Teymur ona sözlə iradını bildirib mağazadan çıxmasını tələb etmişdir. Həmin vaxt orada olan həmkəndlisi Araz ilə birlikdə Süleymanı mağazadan bayıra çıxartmaq istədikdə, Süleyman bayıra çıxmaq istəməyib daha da qızışaraq üzərində bıçaq olmasını deyib üst-başını axtarmağa başlamışdır. Süleyman əynində olan qara rəngli gödəkçəsinin hansısa cibindən qara rəngli plastik dəstəyli mətbəx bıçağını çıxaradaraq Teymurun üzərinə gedib onu söyərək vuracağı ilə hədə-qorxu gəlməyə başlamışdır. Araz ilə birgə onun qarşısına keçərək onu nə qədər sakitləşdirməyə çalışsalar da, Süleyman orada qadın, böyük-kiçik bilməyərək özünün kobud hərkətlərini davam etdirmişdir. Süleyman bir neçə dəfə ona və Araza da müqavimət göstərib əllərindən çıxmaqla mağazanın içərsinə hücum çəkib orada olan əşyaları vurub dağıtmışdır. Süleyman əlindəki bıçağın dəstək tərəfi ilə mağazada olan soyuducunun şüşəsini vurub sındırmışdır. Teymurun anası Möminə xalanın və Arazın vasitəsilə onu çətinliklə də olsa, mağazadan bayıra çıxardıb bir neçə metr kənara çəkərək Süleymanı sakitləşdirməyə çalışsalar da, Təqsirləndirilən şəxs dayanmaq bilməyib mağazanın giriş qapısının şüşəsini yumruğu ilə vurub sındırmışdır. Təqsirləndirilən şəxs bu kimi kobud hərəkətləri 30-40 dəqiqə müddətində davam etmişdir. Süleymanı sakitləşdirməyinə baxmayaraq ondan ehtiyat etmişdir. Çünki, Süleyman bıçaqğı cibindən çıxarandan sonra bir neçə dəfə Teymurun üzərinə getməklə onu vurmağa çalışmışdır. Onların orada olmaqlarının sayəsində çətinliklə olsa da, onun bu kimi hərkətinin qarşısını ala bilmişlər. Süleymanın əlindəki bıçaq yerə düşəndə Teymur bıçağı kənara atmaqla onu yayındırmağa çalışmışlar. Süleyman bıçağını axtararaq ondan soruşanda ona yalandan bıçağın harasa düşməsini və görmədiklərini bildirmişlər. Süleyman bu kimi hərəkətlərini davam etdirməklə onu narahat etmiş, amma ona qarşı hər hansı formada kobudluğu olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan rayon PŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X3 10 aprel 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 9-14-cü vərəqlərində olan 14 fevral 2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokol və 5 ədəd fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs ərzaq mağazasına vurulmuş ziyan yerlərini göstərir. Cinayət işinin 25-ci vərəqində olan 19 fevral 2024-cü il tarixli “Materialın İstintaq aidiyyatı üzrə göndərilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə xx.xx.2024-cü il tarixli HK-1/315 №-li nömrəli material aidiyyatı üzrə araşdırmanın davam etdirilməsi üçün Salyan rayon rolis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. Cinayət işinin 28-ci vərəqində olan 26 yanvar 2018-ci il tarixdə verilmiş, 025882 nömrəli vəsiqənin ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Cinayət işinin 34-36-cı vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 26 fevral 2024-cü il tarixli, 3-16-16/2-18/200 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq - zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, soyuq silah hesab edilmir. Cinayət işinin 44-cü vərəqində olan Salyan şəhəri İ.Quliyev küçəsində yerləşən “Uğur” inşaat materiallarının satışı mağazasının sahibi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti üzrə mağazada 1(bir) ədəd soyuducu şüşəsinin satış qiyməti 170 manat və mağazanın giriş qapısının 1 ədəd şüşəsinin satış qiyməti 80 manat olmaqla həmin malların ümumi satış qiyməti 250 manat təşkil etmişdir. Cinayət işinin 57-58-ci vərəqlərində olan 16 aprel 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 71-72-ci vərəqlərində olan 16 aprel 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Salyan RPŞ İstintaq Bölməsinin müstəntiqi Rza Məmmədovun vəsatəti təmin edilməmişdir. Cinayət işinin 73-74-cü vərəqlərində olan 16 aprel 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən - Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 75-ci vərəqində olan 17 aprel 2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs məxsus, hadisə yerindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində istintaqa qaytarılmış 1 ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı işinin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 80-81-ci vərəqlərində olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrinə əsasən təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ali Məhkəmənin xx.xx.2010-cu il tarixli qərarı ilə xx.xx.2009-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, xx.xx.2009-cu ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 62-ci maddə tətbiq olunmaqla cəzası 10 ildən 07 ilə endirilmiş, xx.xx.2012-ci ildə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 02 il müddətinə həbsxana rejiminə keçirilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilmişdir. Cinayət işinin 86-cı vərəqində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu, yəni xx.xx.2024cü il tarixli müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, Təqsirləndirilən şəxs İ dərəcəli əllik təyin edilmişdir. Cinayət işinin 100-101-ci vərəqlərində olan Salyan rayon Qaraçala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə və arayışdan görünür ki, Dadaşov X1 qəsəbəsində anası ilə birlikdə yaşayır və bu günə kimi onun barəsində Qaraçala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə şikayət daxil olmamışdır. Cinayət işinin 105-106-ci vərəqələrində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Salyan Rayon Mərkəzi Xəstəxanası” X7 18-1-68/2-892/2024 saylı, 02 may 2024-cü il tarixli məktubundan görünür ki, “Salyan Rayon Mərkəzi Xəstəxanası” X7ə daxil olmuş 3-13-104/2-12199/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunuza cavab olaraq, Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən, Salyan rayonu, Qaraçala kənd sakini, xx.xx.1973cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən “Üzvü mənşəli şəxsiyyət pozuntusu. Keçirilmiş kəllə-beyin travmasından (müharibə 1992-ci ilin avqust ayında) sonra yaranmış üzvü mənşəli şəxsiyyət pozuntusu tez-tez baş verən decompensasiyalarla. Uzun sürən psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişilliyi (suisidal cəhdlər boynun sağ tərəfi, hər iki saidin ön səthləri, qarnın ön divarında və sol sinədə özü tərəfindən edilmiş kəsiklərlərdən ibarət sonra yaranmış çapıq toxumaları çoxlu sayda) davranışı pozulmaqla davam edən psixotik hallarla F-07.0 Ağırlaşması: F-02.8 Üzvü mənşəli demensiya MMSE - 7 bal, intellektin ağır geriləməsi, yanaşı F-06.3 Əhvalın üzvü effektiv pozuntusu, yanaşı L-20.8 məhdud neyrodermotid, yanaşı T-14.1 sağ əlin İV- V falanqasının qəlpə yarası, yanaşı “Xroniki prostatid” diaqnozu ilə qeydiyyatdadır. Poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatına əsasən, Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. Cinayət işinin 108-116-ci vərəqlərində olan Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 1(101)-906/2009 saylı, 10 avqust 2009-cu il tarixli hökmünün ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, əmlakı müsadirə olunmamaqla 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 119-122-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 1186 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs hazırki müayinə zamanı müəyyən edilmiş Üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs bu iş üzrə ifadə vermək iqtidarındadır, yəni psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına təqdim olunmuş SD diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Dadaşov X2 Teymur Təbəkkül oğlunun ünvanına nalayiq küçə söyüşləri söyərək təhqir etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: “Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurduğu ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41 və 58-cü maddələrinin tələblərinə riayət etməklə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən, eləcə də ağırlaşdıran halların olmamasını nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və məhkum edilmiş şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona sanksiya həddində aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclas zalında həbsə alınmalı, cəzaçəkməsinin əvvəli 05 sentyabr 2024-cü tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş 01 ədəd “CD” disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs məxsus, hadisə yerindən aşkar olunaraq götürülmüş bir ədəd zavod üsulu ilə istehsal edilmiş mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci 57 (əlli yeddi) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəmə istintaq zamanı iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 05 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs məxsus, hadisə yerindən aşkar olunaraq götürülmüş bir ədəd zavod üsulu ilə istehsal edilmiş mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 57 (əlli yeddi) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 120 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar