Məhkəmə qərarları › İş №1(057)-109/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-109/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-109/2024 02.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə xx.xx.1990-cı ildə Kürdəmir rayonununda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum edilməmiş, Salyan rayonu, Xıdırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, özüüzən nəqliyyat vasitəsindən istifadə etməklə qanunsuz balıq tutaraq balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədi ilə 15 mart 2024-cü il tarixdə saat 08 radələrində Salyan rayonu, Xıdırlı kəndi istiqamətində Xəzər dənizinə gələrək orada faktiki özünə məxsus olan özüüzən nəqliyyat vasitəsi sayılan 01 ədəd “Yamaha-55” markalı mühərriklə təchiz edilmiş “Proqres-4” markalı alüminium qayıqdan, 02 ədəd alüminium avardan, 01 ədəd rezin kombinezondan və 01 ədəd uzunluğu 15 metr, eni 3 metr, sapının diametri 0,14 mm, dəliklərin daxili ölçüsü 30x30 mm olan, 3 qatlı polyester sintetik kimyəvi liflərindən istehsal olunmuş boz rəngli tordan istifadə edərək 85 ədəd hər biri 11 manat olmaqla 935 manat dəyərində külmə və 3 ədəd hər biri 33 manat olmaqla 99 manat dəyərində kütüm balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1034 (min otuz dörd) manat məbləğində maddi ziyan vurmuş və həmin tarixdə saat 15 radələrində Su NPİ-nin Abşeron XPM-nin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində Təqsirləndirilən şəxs saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd “Yamaha-55” markalı mühərriklə təchiz edilmiş “Proqres-4” markalı alüminium qayıq, 02 ədəd alüminium avar, 01 ədəd rezin kombinezon, 01 ədəd 30 litrlik yanacaq qabı, 01 ədəd uzunluğu 15 metr, eni 3 metr, sapının diametri 0,14 mm, dəliklərin daxili ölçüsü 30x30 mm olan, 3 qatlı polyester sintetik kimyəvi liflərindən istehsal olunmuş boz rəngli tor, 85 ədəd külmə və 3 ədəd kütüm balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nın 256.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, 15 mart 2024-cü il tarixdə saat 08 radələrində Salyan rayonu, Xıdırlı kəndi istiqamətində Xəzər dənizinə özünə məxsus “Yamaha-55” markalı mühərriki ilə təchiz edilmiş 01 ədəd “Proqress-4” markalı alüminium qayıq, 02 ədəd alüminium avar, 01 ədəd rezin kombinezondan istifadə edərək girdikdən sonra özü ilə götürdüyü 01 ədəd uzunluğu 15 metr, eni 3 metr olan toru suda qurub saat 14 radələrinədək gözləməyə başlamış, toru sudan çıxarıb yoxlayarkən çoxlu sayda külmə və kütüm balıqlarını tutduğunu görmüşdür. Həmin günü saat 15 radələrində balıqları tordan təmizləyən zaman dənizdə reyd keçirən Su nəqliyyatında polis idarəsinin əməkdaşları onu saxlamışlar. Həmin vaxt hava şəraiti əlverişli olmadığına görə polis əməkdaşlarının olduğu qayıq sahilə yan ala bilməmiş, bundan sonra Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Ələt limanından yan alıb çıxmışlar. Sahilə çıxdıqdan sonra polis əməkdaşları onu Su nəqliyyatında polis idarəsinə dəvət etmişlər. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Salyan rayonu, Xıdırlı kəndi istiqamətində Xəzər dənizində balıq tutmaq üçün rəsmi icazəsi yoxdur. Su nəqliyyatında polis idarəsinin inzibati binasının həyətində polis əməkdaşlar tərəfindən video çəklişlə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, ümumilikdə 88 ədəd olmaqla 85 ədəd külmə və 3 ədəd kütüm balıqlarını tutmuşdur. Polis əməkdaşları baxışla bağlı protokol tərtib etmişlər. Baxış keçirildikdən sonra polis əməkdaşları istifadə etdiyi balıqovlama vasitələrini və tutduğu balıqları götürmüşlər. Törətdiyi əmələ görə peşiman olduğunu, 3 nəfər azyaşlı uşağının olduğunu nəzərə alaraq ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə baxışı zamanı onun istintaq zamanı vermiş olduğu ifadəsi Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən elan olunmuşdur.O, həmin ifadəsində göstərmişdir ki, 15 mart 2024-cü il tarixdə saat 15 radələrində Su NPİ-nin Abşeron XPM-nin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində Salyan rayon sakini Təqsirləndirilən şəxs Salyan rayonu, Xıdırlı kəndi istiqamətində Xəzər dənizində qanunsuz balıq tutarkən saxlanılmış və baxış zamanı ondan 01 ədəd “Yamaha- 55” markalı mühərriklə təchiz edilmiş “Proqres-4” markalı alüminium qayıq, 02 ədəd alüminium avar, 01 ədəd rezin kombinezon, 01 ədəd 30 litrlik yanacaq qabı, 01 ədəd uzunluğu 15 metr, eni 3 metr olan tor, 85 ədəd külmə və 3 ədəd kütüm balıqları aşkar edilərək götürülmüşdür. Salyan rayonu, Xıdırlı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz balıq tutması nəticəsində balıq ehtiyyatlarına 1034 manat zərər dəymişdir. Şahid qismində məhkəmədə ifadə verən Su NPİ-nin Abşeron XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 göstərmişdir ki, 15 mart 2024-cü il tarixdə Su nəqliyyatında polis idarəsinin Abşeron xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 15 radələrində Salyan rayonu, Xıdırlı kəndi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Həmin vaxt hava şəraiti əlverişli olmadığına görə istifadələrində olan xidməti qayıqla sahilə yan ala bilməmişlər. Bundan sonra Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Ələt limanından yan alıb çıxmışlar. Sahilə çıxdıqdan sonra baxış keçirilməsinə şərait olmadığından Təqsirləndirilən şəxs Su nəqliyyatında polis idarəsinə dəvət etmişlər və Təqsirləndirilən şəxs isitfadə etdiyi balıqovlama vasitələri və tutduğu balıqları özləri ilə aparmışlar. Su NPİ-nin inzibati binasının həyətində video çəklişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd “Yamaha-55” markalı mühərriklə təchiz edilmiş “Proqres-4” markalı alüminium qayıq, 02 ədəd alüminium avar, 01 ədəd rezin kombinezon, 01 ədəd 30 litrlik yanacaq qabı, 01 ədəd uzunluğu 15 metr, eni 3 metr olan tor, 85 ədəd külmə və 3 ədəd kütüm balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 85 ədəd külmə və 3 ədəd kütüm balıqlarını 01 ədəd “Yamaha-55” markalı mühərriklə təchiz edilmiş “Proqres-4” markalı alüminium qayıq, 02 ədəd alüminium avar, 01 ədəd rezin kombinezon və 01 ədəd uzunluğu 15 metr, eni 3 metr olan tor vasitəsi ilə Salyan rayonu, Xıdırlı kəndi istiqamətində Xəzər dənizindən tutmuşlar. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs 85 ədəd külmə və 3 ədəd kütüm balıqlarının qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına 1034 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-21/2-237/2023 nömrəli məktubundan görünür ki, Salyan rayonu, Xıdırlı kəndində yaşayan Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1719 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi Zərflər üçün” dairəvi möhür əks olunan “...Vətəndaş Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd tor: təhqiqatçı-Orxan Həsənov-imza” yazı əlavəsi olan polietilen bağlamada olan boz rəngli torun sapının diametri – 0.14 mm, dəliklərinin daxili ölçüsü 30 x 30 mm, 3 qatlı polyester sintetik kimyəvi liflərindən istehsal olunmuş torlardır. “Respublika Psixiatriya Xəstəxanası” X11 xx.xx.2024-cü il tarixli, 4113 saylı məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü, Salyan rayonu, Xıdırlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı qeyd olunan xəstəxanada müalicə olmamışdır. Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinin vermiş olduğu tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 256.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib, ona islah işləri cəzası təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində 3 nəfər azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Barəsində seçilmiş xx.xx.2024-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini,cəzasının yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmamasını, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, islah cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CİM-nin 45.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 154 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. X3 götürülmüş və X12 İdarəsinin anbarında saxlanılan bir ədəd “Yamaha-55” markalı mühərriklə təchiz edilmiş “Proqres-4” markala aliminium qayıq, 2 ədəd aliminium avar, bir ədəd rezin kombinizon,1 ədəd 30 litrlik yanacaq qabı,1 ədəd uzunluğu 15 metr, eni 3 metr boz rəngli sapının diametri 0,14 mm, dəliklərin daxili ölçüləri 30 mm x 30mm üqatlı poliester sintetik kimyəvi liflərindən istehsal olunmuş tor dövlət nəfinə edilməklə Azərbaycan Respublikası DİNnin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. 85 ədəd külmə və 3 ədəd kütüm balıqlarının fizik şəxs (Vöen 1********) X4 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia təmin olunmalı, X3 1034 manat tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs X6 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 12 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 72 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirli bilinib, ona qazancından dövlət nəfəinə on faiz məbləğində pul tutulmaqla bir il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CİM-nın 45.1-ci maddəsinə əsasən cəzanın əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbsinə həvalə edilsin. Təqsirləndirilən şəxs götürülmüş və X12 İdarəsinin anbarında saxlanılan bir ədəd “Yamaha-55” markalı mühərriklə təchiz edilmiş “Proqres-4” markala aliminium qayıq, 2 ədəd aliminium avar, bir ədəd rezin kombinizon,1 ədəd 30 litrlik yanacaq qabı,1 ədəd uzunluğu 15 metr, eni 3 metr boz rəngli sapının diametri 0,14 mm, dəliklərin daxili ölçüləri 30 mm x 30mm üqatlı poliester sintetik kimyəvi liflərindən istehsal olunmuş tor dövlət nəfinə edilməklə Azərbaycan Respublikası DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. 85 ədəd külmə və 3 ədəd kütüm balıqlarının fizik şəxs (Vöen 1********) X4 təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia təmin olunsun, Təqsirləndirilən şəxs 1034 manat tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülsün. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 154 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 12 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 72 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar