Məhkəmə qərarları › İş №1(057)-110/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-110/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-110/2023 04.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1966-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Salyan şəhəri Q.Əsgərov küçəsi ev 5-də qeydiyyatda olmaqla yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirərək kultivasiya etmişdir. Belə ki, o, yaşadığı Salyan şəhəri Q.Əsgərov küçəsi 5 nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsində və həyətyanı sahədə yerləşən yarımtikilidə 2023-cü ilin mart ayının əvvəllərində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda yəni 14 ədəd əkib yetişdirərək kultivasiya etmiş, 15 mart 2023-cü il tarixdə saat 12:30 radələrində Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyətyanı sahəyə və həyətyanı sahədə yerləşən yarımtikiliyə baxış keçirilərkən həyətyanı sahədə torpaq səthi üzərindən və plastik qabdan, habelə orada yerləşən yarımtikilidə plastik vedrələrdən və plastik su qablarından dibçək şəklində xeyli miqdarda yəni 5 ədəd nəm vəziyyətdə, ümumi çəkisi – 0,42 qram əkilib-becərilməsi qadağan olunmuş, eyni cins, qrup əlamətlərinə malik tərkibində narkotik maddələr (komponentlər) olan eyni tərkibli çətənə (kannabis) bitkiləri və 9 ədəd nəm vəziyyətdə, ümumi çəkisi – 0,17 qram əkilib-becərilməsi qadağan olunmuş, eyni cins, qrup əlamətlərinə malik narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri olmaqla ümumilikdə 14 ədəd ümumi çəkisi – 0,59 qram tərkibində narkotik maddələr olan bitkilər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, tutulmamışdan bir qədər əvvəl yaşadığı evin həyətində plastik qablarda çətənə bitkisini əkmişdir. 2023-cü il martın 15-də saat 11:00 radələrində Salyan şəhəri Q.Əsgərov küçəsində polis əməkdaşları onu tutub polisə aparmış və üzərinə baxış keçirmişlər.Lakin üzərində heç bir əşya aşkar olunmamışdır. Lakin həmin vaxt polislərə evində çətənə bitkisini əkdiyini demişdir. Sonra polislər evinə gələrək həmin bitkiləri aşkar etmişlər. Əkdiyi bitki kolları 16 ədəd olmuş, lakin iki ədədi hələ yetişməmişdir. Özünün xəstə olduğunu və peşiman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 15 mart 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saat 11:00 radələrində Salyan şəhəri Q.Əsgərov küçəsi ərazisində yaşadığı evin yaxınlığında müşahidə edib onu polisə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərməkdə şübhəli olduğuna görə müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Salyan şəhəri Q.Əsgərov küçəsi ev 5-də yerləşən yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkmiş, bu səbəbdən yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə və həmin bitkilərin götürülməsinə etirazı yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçisi, polis əməkdaşları və mütəxəssis-aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs Salyan şəhəri Q.Əsgərov küçəsi ev 5-də yerləşən yaşadığı fərdi yaşayış evinin həyatyanı torpaq sahəsinə baxış keçirmişlər. Baxış zamanı həyətində müxtəlif yerlərdə 16 ədəd çətənə bitkisinə oxşar bitki aşkar olunmuşdur.Lakin ekspert sonradan iki ədəd bitkinin cücərmə fazasında olduğundan növünü müəyyənləşdirə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə elan olunmuş 15 mart 2023-cü il tarixli şəxsi axtarış keçirilməsi protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi soruşulduqda, o, yaşadığı evin həyətyanı sahəsinin bağ hissəsində və həyətyanı sahədə yerləşən yarımtikilidə təxminən 15-16 ədəd narkotik tərkibli çətənə bitkiləri əkdiyini bildirmişdir. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, Salyan şəhəri Q.Əsgərov küçəsində yerləşən yaşadığı 5 nömrəli evin həyətyanı sahəsində əkdiyi narkotik tərkibli çətənə bitkilərinin olduğu yerə baxış keçirilməsinə və həmin bitkilərin götürülməsinə etirazı yoxdur və bununla bağlı ərizə verə bilər. 15 mart 2023-cü il tarixli baxış keçirilməsi və götürmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsində yerləşən yarımtikilidən 2 ədəd plastik vedrədə və 2 ədəd plastik su qabında olan, dibçək şəklində, kök üstə yaş vəziyyətdə, gövdəsinin və yarpaqlarının quruluşuna görə 5 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əkdiyi narkotik tərkibli çətənə bitkilərindən yaşadığı evin həyətyanı sahəsinin digər tərəfində də olduğunu bildirmişdir. Həyətyanı sahədə olan plastik qabda dibçək şəklində, kök üstə yaş vəziyyətdə, gövdəsinin və yarpaqlarının quruluşuna görə daha 6 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Baxış zamanı həyətyanı sahənin arxa tərəfində üzərinə plastik qab qoyulmuş torpaq səthinin üstündə kök üstə yaş vəziyyətdə, gövdəsinin və yarpaqlarının quruluşuna görə daha 2 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Bundan sonra həyətyanı sahənin arxa tərəfində üzərinə plastik qab qoyulmuş torpaq səthinin üstündə kök üstə yaş vəziyyətdə, gövdəsinin və yarpaqlarının quruluşuna görə daha 3 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən və orada yerləşən yarımtikilidən aşkar olunmuş ümumilikdə 16 (on altı) ədəd bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, özünə məxsus olduğunu, özü tərəfindən 3-4 gün bundan əvvəl oraya əkildiyini, həmin bitkilərə özü tərəfindən su verilib qulluq göstərildiyini və həmin bitkiləri özü istifadə etmək məqsədi ilə əkdiyini bildirmişdir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/304 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki: - 5 ədəd nəm vəziyyətdə, ümumi çəkisi – 0,42 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, eyni cins, qrup əlamətlərinə malik tərkibində narkotik maddələr (komponentlər) olan eyni tərkibli çətənə (kannabis) bitkiləridir; - 9 ədəd nəm vəziyyətdə, ümumi çəkisi – 0,17 qram olan bitki şitilləri əkilibbecərilməsi qadağan olunmuş, eyni cins, qrup əlamətlərinə malik narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. - 2 ədəd bitki cücərtisi narkotik təbiətli bitkilərə aid deyildir. Aqronomun rəyinə əsasən təqdim olunmuş bitkilərə və şitillərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Əlavə məhkəmə-bioloji ekspertizasının 31 may 2023-cü il tarixli 7/772 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qəhvəyi rəngli kağız paketdəki üzərində “...Təqsirləndirilən şəxs yaşadığı...” yazıları və imzalar olan kağız paketin içərisində: - sayı 05 (beş) ədəd quru vəziyyətdə ümumi çəkisi - 0,19 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. - sayı 09 (doqquz) ədəd quru vəziyyətdə ümumi çəkisi – 0,08 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan ounmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Təqdim olunmuş çətənə (kannabis) bitkiləri və şitilləri eyni növ bitkilərə aiddirlər. - Qalan 02 (iki) ədəd bitki nümunələri inkişafının cücərmə fazasında olduğuna görə onların hansı növ bitkilərə aid olmasını müəyyən etmək mümkün olmadı. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə və şitillərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 323 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. “Salyan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 25 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Salyan şəhəri Q.Əsgərov küçəsi ev 5-də yaşayan, 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Tiryək narkomaniyası” diaqnozu ilə qeydiyyatda olsa da, xəstəxananın psixonevroloji qeydiyyatında yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,09 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri iş üzrə 31 may 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, törətdiyi əməli səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə tutulmuş, 17 mart 2023-cü ildə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəza müddətinə hesablanmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, məhkəmə iclası zalında həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2023-cü ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, narkoloji kabinetdə profilaktiki qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan iki CD diskinin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. İş üzrə maddi sübut-Salyan rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,09 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 127,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəza müddətinə hesablansın və üzərində bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin, məhkəmə iclası zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, narkoloji kabinetdə profilaktiki qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut-Salyan rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,09 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki CD diskinin cinayət işinə əlavə olunması nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 127,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar