Məhkəmə qərarları › İş №1(057)-110/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-110/2025

16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-110/2025 16.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X8 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi vəkili X5 iştirakları ilə, xx.xx.1993-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə matamfetamin əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2025-ci il iyunun 17-də saat 11:10 dəqiqədə Salyan şəhəri ərazisindən keçən Kür çayının sahilində A.Hüseynov küçəsi yaxınlığında qanunsuz olaraq psixotrop maddələrin əldə edilməsi, daşınması və saxlanmasında şübhəli bilindiyi üçün saxlanılaraq üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,444 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Salyan şəhəri M.Rəsulzadə küçəsi ev 33-də yaşayır və hazırda işsizdir. X.R.Ulutürk küçəsindən keçərkən X.R.Ulutürk heykəlinin yaxınlığında olan Palma ağacının dibində bir ədəd sellofan büküm diqqətini cəlb etmişdir. O, həmin sellofan bükümü götürüb içərisinə baxarkən onun içərisində metamfetamin olduğunu görmüşdür. Həmin metanfetamini özü sonradan istifadə etmək məqsədilə götürüb şalvarının cibində gizlətmişdir. Sonra həmin metamfetaminin üzərindən bir qədər istifadə etmişdir. Metamfetaminin qalan hissəsini isə üzərində istifadə etmək məqsədilə gəzdirmişdir. 17 iyun 2025-ci il tarixdə saat 11:10-da Salyan şəhəri ərazisindən keçən Kür çayının sahilində A.Hüseynov küçəsi yaxınlığında piyada hərəkət edən zaman mülki geyimdə olan şəxslər onu saxlayıb özlərini polis əməkdaşları kimi təqdim edib narkotik vasitələrin və qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O, saxlanıldıqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla ona təklif etmişlər ki, üzərində qadağan olunmuş əşya və ya predmet vardırsa onları özü çıxarıb təqdim etsin. Bundan sonra o, əlacsız qaldığından əynində olan boz rəngli cins şalvarın sol yan cibindən sellofan bükümdə olan metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. O, həmin metamfetamindən heç kimə vermədiyini, yaxud satmadığını, üzərində saxlayarkən satış məqsədinin olmadığını və üzərindən bir qədər istifadə etdiyini bildirmişdir. Himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaları üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut, şəxsi axtarış və götürmə və digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis X1 Qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 17 iyun 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən raportla məruzə edilərək Salyan şəhəri M.Rəsulzadə küçəsi ev 33-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması və daşımasında şübhəli olması bildirilmişdir. Alınmış məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunaraq bu məqsədlə o, Şahid2 və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib olunmuşdur.Daha sonra Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər tərəflərindən əməliyyat nəzarətinə götürülmüşdür. 2025-ci ilin iyunun 17-də saat 11:10-da Salyan şəhəri ərazisindən keçən Kür çayının sahilində A.Hüseynov küçəsi yaxınlığında olduğunu müşahidə edib video çəkiliş aparmaqla ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində qadağan olunmuş əşya və ya predmet vardırsa onları könüllü çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən sellofan bükümü çıxarıb onlara fəqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs sellofan bükümdə nə olduğunu soruşduqda o, sellofan bükümdəki kütlənin metamfetamin olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Onlar Təqsirləndirilən şəxsdən metamfetaminə bənzər kütləni haradan əldə etdiyini, istifadə edib-etmdəyini və kiməsə satıb-satmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs həmin metamfetaminə bənzər kütləni 2-3 gün bundan qabaq X.R.Ulutürk küçəsindən keçərkən X.R.Ulutürkün heykəlinin yaxınlığında olan Palma ağacının dibindən tapdığını, özünün istifadəsi üçün götürüb üzərində saxladığını, həmin metaiifetamirdən” heç Kimə”vermədiyini, yaxud satmadığını, üzərində saxlayarkən satış məqsədinin olmadığını və üzərindən bir qədər istifadə etdiyini bildirmişdir. Sonra tərəflərindən metamfetaminə bənzər kütlənin olduğu sellofan büküm elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisinin 0,52 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” metamfetaminə bənzər kütlə tərəflərindən qablaşdırılmış, üzəri şöbənin “Zərflər üçün No 113” saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs iştirakı ilə tərəflərindən “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsinə dair” protokol tərtib olunmuş və tərtib edilmiş protokol iştirakçılara ucadan oxunduqdan sonra iştirakçılar trəfindən imzalanmışdır.Daha sonra Təqsirləndirilən şəxs maddi sübutla birlikdə raportla aiddiyatı üzrə İstintaq Bölməsinə təhvil verilmişdir. Şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid3 da Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 17 iyun 2025-ci il tarixdə Salyan Rayon Polis X1 qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsinə dair” protokoldan və CD diskdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Salyan RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis leytenantı Orxan Axundov tərəfindən tərtib edilmiş 17 iyun 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Salyan RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis leytenantı Orxan Axundov tərəfindən 17 iyun 2025-ci il tarixli “cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2025-ci il tarixdə saat 12:55 dəqiqədə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 18 iyun 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 18 iyun 2025-ci il tarixli 18/479 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: Təqsirləndirilən şəxs üzərindən..." sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,444 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi-0,444, qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,394 qramdır. Metamfetaminin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (siyahı İ) daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş 18 iyun 2025-ci il tarixli 18/479 №-li rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. 18 iyun 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. 18 iyun 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 18 iyun 2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə” qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. Cinayət işi üzrə 19 iyun 2025-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,394 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2028-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 il 08 ay 23 gün hissəsi, 10 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib, xx.xx.2023-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 03 ay 06 gün vaxtından əvvəl şərti azaq olunmuşdur. “Salyan rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 30 iyun 2025-ci il tarixli 18-1-68/2-1095/2025 saylı arayışından görünür ki, xx.xx.1998-cü il təvəllüdlü, Salyan şəhəri M.Rəsulzadə küçəsi ev 33-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji qeydiyyatda yoxdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 375 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs STİMULYATORLARİN QƏBULUNDAN YARANAN ASLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, halhazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkololji kabinetində qeydiyyata götürülməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir.Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. Salyan rayon İHB-nin Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 iyul 2025-ci il tarixli, 5-71-6/2-180/2025 saylı məktubuna əlavə edilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun ailə tərkibi 2004-cü il təvəllüdlü arvadı X6, oğlu xx.xx.2025-ci il təvəllüdlü X3 ibarətdir. Salyan rayon Məhkəməsinin 7(057)-49/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin xx.xx.2022- ci il tarixli, 1(057)-132/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3- cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 08 ay 23 gün hissəsi, iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 10 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanması, barəsində «həbs» qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalında dərhal həbs edilməsi qərara alınmışdır. 11 sentyabr 2025-ci il tarixli “ibtidai istintaq müddətinin uzadılması barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay olmaqla 5 ayadək, yəni 18 sentyabr 2025-ci il tarixdən, 18 noyabr 2025-ci il tarixədək uzadılması qərara alınmışdır. 05 noyabr 2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı iş üçün əhəmiyyət kəsb edən yeni hallar aşkar olunmamışdır. İfadənin yerində yoxlanılması zamanı “Redmi” markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmış və protokola əlavə edilmişdir. İbtidai istintaq orqanının xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunmuş,qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 2025-ci il iyunun 18-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş,Təqsirləndirilən şəxs üzərində saxladığı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini heç bir etiraz etmədən polis əməkdaşlarına təqdim etməsinin könüllü təqdim etmə kimi qiymətləndirilmədiyi nəzərə alınmış, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmiş,Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,394 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, məhkəmə-kimyəvi ekspertizanın 18 iyun 2025-ci il tarixli 18/479 №-li və məhkəmə-narkoloji ekspertizasının 04 iyul 2025-ci il tarixli, 375 №-li rəyləri, ifadələr və protokollar, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsinə dair protokolu əks etdirən CD disk iş üzrə sübut növü kimi qiymətləndirilməli və cinayət işinə əlavə olunmuşdur.Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum edilmədən islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs daha əvvəllər də Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmiş, lakin cəza siyasətinin humanistləşdirilməsi məqsədilə barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan alternativ cəza, yəni azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunmuşdur. Lakin təqsirləndirilən şəxs bu cəzadan nəticə çıxarmamış və yenidən eyni qəbildən olan cinayət əməlini törətmişdir. Məhkəmə müəyyən etdi ki, təqsirləndirilən şəxs barəsində əvvəllər tətbiq edilən alternativ cəza məqsədinə çatmamış, onun islah olunması üçün yetərli olmamış, o, ictimai təhlükəli davranışını davam etdirmişdir. Təqsirləndirilən şəxsin yenidən cinayət törətməsi onun cəmiyyət üçün təhlükə təşkil etdiyini və azadlıqdan məhrum etmə cəzasının zəruriliyini göstərir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0.394 qram ola maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 02 ədəd “DVD” diskin cinayət işinin materiallarında əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci 31.95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Müdafiəçi vəkili X7 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 02 (iki) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0.394 qram ola maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 2 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 31.95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Müdafiəçi vəkili X7 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar