Məhkəmə qərarları › İş №1(057)-111/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №1(057)-111/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-111/2024 03.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmişlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1996-cı ildə Salyan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci ildə Qaradağ Rayon Məhkəməsinin Qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2023-cü ildə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarı ilə 23 gün müddətində vaxtından əvvəl şərti azad edilib, xx.xx.2023-cü ildə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1-də qeydiyyatda olan və Salyan rayonu Arbatan kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, o, təkrarən oğurluq, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama, həmçinin talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmə cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü il fevralın 12-də saat 10 radələrində Salyan rayonu Arbatan kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus olan və küçədə otlayan 250 manat dəyərində 8 aylıq, diri halda çəkisi 17 kq olan 1 baş erkək cinsli olmaqla ümumilikdə 250 manat dəyərində 1 baş xırdabuynuzlu heyvanı (qoyun) gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 250 manat maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü il fevralın 14-də saat 02 radələrində Salyan rayonu Arbatan kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus olan saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olub həyətdəki tövlədən 330 manat dəyərində 8 aylıq, diri halda çəkisi 25 kq olan 1 baş erkək cinsli, 330 manat dəyərində 8 aylıq, diri halda çəkisi 25 kq olan 1 baş erkək cinsli olmaqla ümumilikdə 660 manat dəyərində 2 baş xırdabuynuzlu heyvanı (qoyun) gizli yolla talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 660 manat maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, 2024-cü il aprelin 14-də saat 03 radələrində sürücülük hüququ olmadan Salyan şəhəri Y.Qaqarin küçəsi ev 17-də yaşayan Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi VAZ 21063 markalı,**-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sonuncunun yaşadığı evin qarşısında dayandığını görüb qapısının açıq olması və avtomobilin açarının da üzərində olması səbəbilə mühərriki işə salıb qaçırmaqla Köhnə Ələt-Astara avtomobil yolu ilə Biləsuvar rayonu istiqamətində idarə etməklə talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti əməli məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, 185.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus 1 baş qoyunu oğurlamamışdır. Rövşəni tanımamışdır.Polis şöbəsində Rəşad ona hadisə yerində haradan girdiyini göstərmiş və oradan girdiyini deməsini bildirmişdir. Daha sonra onu 3 nəfərlə hadisə yerinə aparmışlar. Müstəntiqin orada olub-olmamasını dəqiq bilmir. xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Tutulmamışdan bir gün sonra onu hadisə yerinə aparmışlar. Şəkil çəkdirmişlər və əlini qaldırıb yuxarıda tutmasını demişlər, nəyi göstərdiyini bilməmiş, heç nə başa düşməmiişdir. Tahiri tanımır, xx.xx.2024-cü il tarixdə onun həyətində tövlədən 2 baş quzu oğurlamamış, həyətinə girməmişdir. Orda da şəkil çəkdirmişlər. Rəşad ona boynuna almağını yoxsa anasını polisə gətirəcəyini və evinə narkotika qoyacağını demişdir.Ona görə də qorxusundan ifadə vermişdir. xx.xx.2024-cü il tarixdə gecə vaxtı Qaqarin küçəsində dayanan 06 markalı avtomobili qaçırmış və Biləsuvar rayonuna getmişdir.Polisdən qorxduğum üçün maşını orada qoyub geri qayıtmışdır. Təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi ilə istintaq zamanı vermiş olduğu ifadəsi arasında ziddiyyət olduğu üçün məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nın 327.1-ci maddəsinə əsasən onun istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur.O, həmin ifadəsində qeyd etmişdir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ildə Salyan Rayon Polis X2 barəsində CM-nın 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanılmış və cinayət işi yekunlaşdıqdan sonra rayon Məhkəməsinə verilmişdir. Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Barəsində şikayət edən Salyan rayonu Arbatan kəndində yaşayan Zərərçəkmiş şəxs2 tanımır, onunla aralarında heç bir ədavət və şəxsi düşmənçilik münasibətləri olmamışdır. 2024-cü il fevralın 12-də saat 10 radələrində yaşadığı Salyan rayonu Arbatan kəndində piyada gəzən zaman küçədə xırdabuynuzlu heyvanlar olduğunu görmüşdür. Maddi durumu aşağı olduğu üçün xırdabuynuzlu heyvanlardan birini oğurlamaq qərarına gəlmişdir. O, ətrafa baxmış və ətrafda heç kimin olmadığını görmüşdür. O, yerdən ip taparaq xırdabuynuzlu heyvanlardan birinin boynuna keçirib özü ilə aparmışdır. O, bildirmişdir ki, Arbatan kəndindən keçən dəmir yolu xətti ilə piyada gedərək Salyan rayonu Aşağı Noxudlu kəndinə gedən istiqamətdə dayanmışdır. Bu zaman yoldan keçən tanımadığı taksiyə əl işarəsi etmiş, tanımadığı şəxs idarə etdiyi avtomobili saxlamış, o, həmin şəxsdən Sabirabad rayonunda yerləşən heyvan bazarına getmək istədiyini demiş, həmin şəxs də problem olmadığını deyərək apara biləcəyini bildirmişdir. O, avtomobilin yük yerinə oğurladığı 1 baş xırdabuynuzlu heyvanı qoymuşdur. Təxminən 1 saatdan sonra Sabirabad rayonunda yerləşən heyvan bazarına çatmışlar, o, həmin taksi sürücüsünə 10 manat zəhmət haqqı vermişdir. O, bazarda olarkən oğurladığı 1 baş xırdabuynuzlu heyvanı tanımadığı şəxsə 90 manata satmışdır. Sonra oradan yoldan keçən tanımadığı avtomobilə əyləşərək Salyan rayonuna qayıtmışdır. Oğurladığı 1 baş xırdabuynuzlu heyvanı sataraq əldə etdiyi 90 manat pulu öz şəxsi məsrəflərinə xərcləmişdir. Sonradan Zərərçəkmiş şəxs2 barəsində şikayət etdiyini öyrənmişdir. Zərərçəkmiş şəxs2 məxsus küçədən oğurladığı 1 baş xırdabuynuzlu heyvanı oğurladığını etiraf etmişdir. O, etdiyi səhvi başa düşür və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Bundan başqa barəsində şikayət edən Salyan rayonu Arbatan kəndində yaşayan Zərərçəkmiş şəxs3 tanımır, onunla aralarında heç bir ədavət və şəxsi düşmənçilik münasibətləri olmamışdır. 2024-cü il fevralın 14-də saat 01 radələrində yaşadığı evdə olarkən maddi durumunun aşağı olması səbəbi ilə yenidən oğurluq etmək qərarına gəlmişdir. O, evdən çıxaraq küçədə piyada gəzmişdir. Təxminən 02 radələrində o, yaşadığı Salyan rayonu Arbatan kəndində küçədə piyada hərəkət edən zaman tanımadığı evin qarşısında dayanmışdır. O, ətrafa baxmış və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan həyətə daxil olmuşdur. O, həyətdə gəzərək xırdabuynuzlu heyvanların səsini eşitmiş və tövləyə tərəf getmişdir. O, tövlənin girişində yerdə ip olduğunu görüb həmin ipi götürmüş, sonra tövləyə daxil olub 2 baş xırdabuynuzlu heyvanın boynuna keçirib tövlədən çıxmışdır. Sonra həyətdə piyada hərəkət edərək darvaza tərəfə getmiş, o, darvazanın piyada qapısını arxadan açaraq küçəyə çıxmışdır. O bildirmişdir ki, həmin günü Salyan rayonu Aşağı Noxudlu kəndi yolunda yerləşən heyvan bazarının işlədiyini bilmişdir. O, Arbatan kəndindən keçən dəmir yolu xətti ilə piyada gedərək Salyan rayonu Aşağı Noxudlu kəndinə gedən yolda yerləşən heyvan bazarına getmişdir. O, bazarda olarkən oğurladığı 2 baş xırdabuynuzlu heyvanı tanımadığı şəxsə 180 manata satmışdır. Sonra oradan çıxaraq yaşadığı evə qayıtmışdır. Oğurladığı 2 baş xırdabuynuzlu heyvanı sataraq əldə etdiyi 180 manat pulu öz şəxsi məsrəflərinə xərcləmişdir. Sonradan Zərərçəkmiş şəxs3 barəsində şikayət etdiyini öyrənmişdir. Zərərçəkmiş şəxs3 məxsus yaşadığı evin həyətindəki tövlədən oğurladığı 2 baş xırdabuynuzlu heyvanı oğurladığını etiraf etmişdir. O, etdiyi səhvi başa düşür və əməlimdən səmimi peşman olduğunu bildirmişdir. Bundan başqa barəsində şikayət edən Salyan şəhər sakini Zərərçəkmiş şəxs1 tanımır, onunla aralarında heç bir ədavət və şəxsi düşmənçilik münasibətləri olmamışdır. 2024-cü il aprelin 14-də saat 02 radələrində o, yaşadığı Salyan rayonu Arbatan kəndində yerləşən evdən çıxaraq Elçin şadlıq sarayının yanında 24 saat işləyən marketə getmişdir. O, marketdən “GO” spirtli içkisi alaraq içə-içə Salyan rayonu Ə.Quliyev küçəsində yerləşən Gilan yaşayış kompleksinə getmişdir. Həmin tarixdə saat 03 radələrində Salyan şəhəri Y.Qaqarin küçəsindən keçən zaman küçədə yol kənarında VAZ 21063 markalı, əvvəlini xatırlamadığı sonu isə 221 nömrəsi olan dayanmış avtomobil olduğunu görmüşdür. O, ətrafa baxmış və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra avtomobilə yaxınlaşaraq qapının açıq olub-olmadığını yoxlamışdır. Bu zaman avtomobilin qapısının açıq olduğunu görüb qapını açaraq avtomobilə əyləşmişdir. O, avtomobilin içərisinə baxmış, avtomobilin açarının üzərində olduğunu aşkar etmişdir. O, avtomobili işə salaraq hərəkət etdirmişdir. O, avtomobili X6 avtomobil yolu ilə idarə edən zaman Salyan rayonu Qızılağac kəndində yerləşən “LUKOİL” yanacaq doldurma məntəqəsində saxlamışdır. O, yanacaq doldurma məntəqəsində olarkən tanımadığı operator ona yaxınlaşmış və həmin şəxsə avtomobilə 5 manatlıq benzin vurmasını xahiş etmişdir. Həmin şəxs də 5 manatlıq benzin vurmuşdur. Sonra o, avtomobili X6 avtomobil yolu ilə idarə edərək Biləsuvar rayonuna gedib çatmışdır. Biləsuvar rayonunda olarkən yol patrul xidməti avtomobili görmüş, qorxduğu üçün idarə etdiyim VAZ 21063 markalı, əvvəlini xatırlamadığı sonu isə 221 nömrəsi olan avtomobili tanımadığı küçənin girişində kənarda saxlamışdır. O, oradan keçən tanımadığı Kamaz markalı yük avtomobilinə əl işarəsi etmiş, Kamaz markalı yük avtomobilin sürücüsü saxlamışdır. O, Salyan rayonuna getmək istədiyini demiş, tanımadığı sürücü isə Salyan rayonundan keçəcəyini bildirmiş, o da yük avtomobilinə əyləşmişdir. Təxminən 1 saatdan sonra Salyan rayonunda yük avtomobilindən düşərək yaşadığı Salyan rayonu Arbatan kəndində yerləşən evinə getmişdir. Bildirmişdir ki, onun həmin avtomobili talamaq fikrim olmamışdır, sadecə olaraq idarə etmək istəmişdir. Törətdiyi əməldən peşmandır, özünü təqsirli hesab edir və məsuliyyətini dərk edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs 2024-cü il iyunun 03-də istintaqa verdiyi əlavə ifadəsində göstərmişdir ki, mobil telefon işlətmir, buna görə də telefon nömrəsi yoxdur. Salyan RPŞ-nin TB-də izahat verən zaman ondan anket məlumatları soruşulduqda, o da anket məlumatlarını demişdir. Sonra telefon nömrəsi soruşulmuş, o da də telefon nömrəsi olmadığını demişdir. Təhqiqatçı isə valideyni və ya yaxın qohumunun telefon nömrəsini verməyini bildirdikdə, o da anası Pərvanənin ***-***-**-** saylı mobil telefon nömrəsini vermişdir. O, ümumiyyətlə telefon işlətmir, buna görə də onun telefon nömrəsi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin ödənildiyini qeyd edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir.Ona görə də məhkəmə Azərbacan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı onun istintaq zamanı vermiş olduğu ifadəsini elan etmişdir.O, həmin ifadəsində göstərmişdir ki, onun özünə məxsus olan Vaz 21063 markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vardır. O, gündəlik olaraq avtomobili ilə Salyan rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Hər gün səhər saat 09 radələrində evdən çıxır, axşam saat 23 radələrində isə evinə geri qayıdır. Evə gəldikdən sonra da avtomobilini yaşadığı evin qarşısında saxlayır. 2024-cü il aprelin 13-də gecə saat 23 radələrində o, evinə getmişdir. O, Vaz 21063 markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini yaşadığı evin qarşısında saxlamışdır. Sonra o, evinə daxil olub yeməyini yeyib yatmışdır. 2024-cü il aprelin 14-də səhər saat 09 radələrində o, yuxudan oyanmış, yemək yedikdən sonra işə getmək üçün avtomobilini evin qarşısında saxladığı yerə getmişdir. Bu zaman avtomobilinin evinin qarşısında olmadığını görmüşdür. O, dərhal bu barədə maraqlanmış, lakin heç kim avtomobilini kimin idarə etməsini və harada olduğunu bilməmişdir. Ona aydın olmuşdur ki, Vaz 21063 markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılmışdır. Ona görə də dərhal Salyan Rayon Polis Şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun Vaz 21063 markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini qaçıran naməlum şəxs və ya şəxslər barəsində heç bir məlumatı yoxdur. 2024-cü il aprelin 15-də Salyan Rayon Polis Şöbəsindən mobil telefon vasitəsilə məlumat verilərək ona məxsus olan qaçırılmış Vaz 21063 markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin tapıldığını bildirmişlər. Sonradan avtomobilini qaçıran şəxsində məlum olduğunu bildirərək Salyan şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bildirmişlər. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında bildirmişdir ki, tarix yadında olmamışdır.Təqribən yanvar-fevral aylırı olmuşdur. Səhər vaxtı durub hevanlara baxmış,bir baş heyvanın olmadığı görmüşdür.102 xidmətinə zəng vurmuş, sonradan araşdırma aparılmış və məlum olmuşdur ki, oğurluğu Əliağa etmişdir.Ona heç bir ziyan ödənilməmiş, ziyanın ödənilməsi barədə ərizənin yazılmasına səbəb polisə gəlib getməmək olmuşdur.Heyvanı tövlədən oğurlanmışdır.Polisdə ona dediyi kimi izahat yazaraq heyvanın küçədən oğurlandığını ğildirmişdir.Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs3 göstərmişdir ki, 2024-cü il fevralın 13-də axşam saatlarında həyətindəki tövlədə saxladığı özünə məxsus olan 17 baş xırdabuynuzlu heyvana yem və su verdikdən sonra evə daxil olmuş, sonra öz işləri ilə məşğul olmuşdur. Həmin tarixdə axşam saatlarında gecə olduğu üçün yatmışdır. 2024-cü il fevralın 14-də saat 07 radələrində o, yuxudan oyandıqdan sonra hazırlaşıb tövləyə getmiş və heyvanlara yem vermişdir.Tövlədə olan zaman xırdabuynuzlu heyvanları saymış, bu zaman 2 baş xırdabuynuzlu heyvan olmadığını aşkar etmişdir. O, həyəti axtarmış, lakin tapa bilməmişdir. Bundan sonra o, özünə məxsus olan xırdabuynuzlu heyvanlardan 2 baş xırdabuynuzlu heyvanın oğurlandığını başa düşmüşdür. Ümumilikdə ona 660 manat dəyərində maddi ziyan dəymiş, ziyan ödənilmədiyi üçün şikayətçi olduğunu bildirmişdir. Şahid qismində məhkəmədə ifadə verən təqsirləndirilən şəxsin anası X3 bildirmişdir ki, oğlunun 12-14 fevral 2024-cü il tarixlərdə vdə olub olmamasını bilmir, lakin əksər vaxtlarda oğlu evdə olmuşdur.Özünün ********** nömərli telefonu var, həmin telefondan oğlu da istifadə edir.Rövşənin 1 baş heyvanın oğurlanmasından məlumat yoxdur.Oğlunun oğurluq etməsini polisdə ona məlumat vermişlər.Oğlu Kürdəxanıda olan zaman ona zəng vurmuş və oğurluqları eləmədiyini bildirmişdir.Onu hədələdikləri üçün boynuna almışdır.Oğluna təsir göstərilməsi barədə şikayət etməmişdir.Özü zərərçəkən Tahirə şikayətçi olmaması üçün 400 manat pul vermişdir. Məhkəmədə elan olunmuş Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsindən alınmış 25 aprel 2024-cü-ci il tarixli 3-22-1-2-47/2-10-2024 nömrəli mütəxəssis rəyindən görünür ki, 1) 8 aylıq, diri halda çəkisi 25 kq olan 1 baş erkək cinsli- 330 manat dəyərində; 2) 8 aylıq, diri halda çəkisi 25 kq olan 1 baş erkək cinsli-330 manat dəyərində; 3) 8 aylıq, diri halda çəkisi 17 kq olan 1 baş erkək cinsli-250 manat dəyərindədir. DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 20 aprel 2024-cü il tarixli 3-13-11/2- 5039/2024 saylı məktubundan görünür ki, 2024-cü il aprelin 14-də Salyan şəhəri Y.Qaqarin küçəsi ev 17-nin qarşısından qaçırılmış vətəndaş Zərərçəkmiş şəxs1 məxsus olan VAZ 21063 markalı,**-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Biləsuvar rayonunda tapılması ilə əlaqədar olaraq avtomobilin müayinəsi zamanı ekspert tərəfindən götürülmüş əl izləri xx.xx.2024-cü il tarixdə KTİ-nə daxil olmuşdur. DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi xx.xx.1996-cı il tarixdə Salyan şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağı (avtomobilin qabaq sol qapısı şüşəsinin iç hissəsindən) ilə eynilik müəyyən edilmişdir. Digər eynilik aşkar edilməmişdir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Şirvan RQİ və TBŞ-nin 29 aprel 2024-cü il tarixli 3-13-16-7/2-3723/2024 saylı arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsinin olması barədə Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyil. DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci ildə Qaradağ rayon Məhkəməsinin qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmışdır. xx.xx.2023-cü ildə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarı ilə 23 gün müddətində vaxtından əvvəl şərti azad edilib, xx.xx.2023-cü ildə cəzasını çəkib qurtarmışdır. Salyan rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 1(057)-121/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 7(002)-538/2022 saylı qərarının surətindən görünür ki, Salyan rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 02 il 01 ay 04 gün azadlıqdan məhrumetmə cəzası 06 ay azaldılmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 7(003)-432/2023 saylı qərarının surətindən görünür ki, xx xxxx 1996-cı il tarixdə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Salyan şəhəri T.Xəlilbəyli küçəsi 44 saylı evdə qeydiyyatda olmaqla yaşamış – məhkum Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü ilə ona təyn edilmiş 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasının – Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1 fevral 2022-ci il tarixli qərarına əsasən “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qanununun 4-cü bəndi tətbiq edilməklə cəza müddəti 6 ay azaldılaraq üzərində saxlanılmış 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 23 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Salyan RMX-nin 08 may 2024-cü il tarixli 18-1-68/2-935/2024 saylı məktubundan görünür ki, ünvan 1-də qeydiyyatda olan və Salyan rayonu Arbatan kəndində yaşayan, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. Salyan rayon İHB-nin Salyan rayonu Arbatan kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 may 2024-cü il tarixli 5-71-8/2-234/24 nömrəli məktuba əlavə olunmuş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs valideyni ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Salyan rayon “Heyvan” bazarının 01 iyun 2024-cü il tarixli 59 nömrəli məktubundan görünür ki, Salyan rayon “Heyvan” bazarı həftənin üçüncü günü fəaliyyət göstərir. Sabirabad Rayon “Fərid” mal-qara alqı-satqısı bazarının 03 iyun 2024-cü il tarixli arayışından görünür ki, Sabirabad rayonu ərazisində yerləşən heyvan bazarı həftənin birinci günü səhər saat 05:00-dan 08:00-dək fəaliyyət göstərir. Təqsirləndirilən şəxs 2024-cü il aprelin 14-də saat 03 radələrində talama məqsədi olmadan avtomobili qanunsuz olaraq ələ keçirdiyi Zərərçəkmiş şəxs1 məxsus olan VAZ 21063 markalı,**-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Müdafəçinin vəsatəti əsasında təqsirləndirilən şəxsin istifadəsində olan telefonla bağlı sorğu edilmiş və Azercell Telekom MMC-dən alınmış xx.xx.2024-cü il tarixli cavabdan iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən olunmamışdır. Məhkəmədə elan olunmuş hər üç zərərçəkmişin vermiş olduqları ərizələrdən görünür ki, onlara dəymiş zərər ödənilmiş,təqsirləndirilən şəxslə barışmış və heç bir şikayətləri olmamışdır. Zərərçəkmişlərə dəymiş zərərin ödənilməsi, sonuncuların şikayətçi olmaması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalı, cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihama dair məhkəmə qeyd edir ki, o, həmin cinayəti törətməklə zərərçəkmişə vurduğu zərəri ödəmiş, sonuncu onunla barışmış və ondan şikayətçi deyildir.Ona görə də Salyan Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli qərarı ilə ittihamın həmin hissəsinə xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nın 73-1.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nın 40.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.2. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 40.4. Şəxsin iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 40.5. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. Həmin Məcəllənin 41.3-cü madəsində qeyd olunmuşdur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 40, 305, 346.1.8 və 347ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protest verilə bilər. Sədrlik edən: Hakim: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar