Məhkəmə qərarları › İş №1(057)-111/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-111/2025

19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-111/2025 19.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X8 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci ildə Salyan rayonunun Xalac kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, Salyan rayonunun Şəkərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 18 avqust 2025-ci il tarixdə saat 06:20 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu Yenikənd kəndi ərazisindən keçən 35-ci kilometrində idarə etdiyi VAZ2107 minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə torpaq örtüklü, ikinci dərəcəli yolla 20-30 km/saat sürətlə hərəkətdə olarkən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə onların sonrakı hərəkət istiqamətindenasılı olmayaraq yol verməli olduğu, bununla da hadisənin qarşısını almağa texniki imkanı olsa da bunu etməyərək «X11» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq baş yola daxil olub sola doğru manevr etdiyindən, idarə etdiyi VAZ-2107 minik markalı avtomobilin qabaq sağ hissəsi baş yolla hərəkət üstünlüyünə malik olan və yolların kəsişdiyi yolayrıcına yaxınlaşan Şahid1 Ələt qəsəbəsi istiqamətində idarə etdiyi 60 km/saat sürətlə hərəkətdə olan Mercedes Benz C220 minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan VAZ-2107 minik markalı avtomobildə olan sərnişin X4 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran qapalı kəllə beyin travması, beyinin qişaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar, kəllə əsası sümüyünün sınığı, sol almacıq, alt çənə sümüklərinin sınıqları, sol göz orbitasının qançırı və sağda İV,V,Vİ,Vİİ qabırğaların sınığı xəsarətlərini yetirməklə ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, «V» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında VAZ-2107 minik markalı 54-BN055 dövlət qeydiyyat nişanlı avtomobili idarə edir və Salyan rayonunun Yenikən kəndi ərazisində istixanada fəhlə işləyir. İstixanaya özünə məxsus VAZ-2107 minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedib-gəlir. 18 avqust 2025-ci ildə saat 06 radələrində həmkəndlisi X6 ilə işdən çıxıb idarə etdiyi VAZ-2107 minik markalı 54BN055 dövlət qeydiyyat nişanlı avtomobillə evə gedərkən saat 06:20 radələrində texniki cəhətdən saz olan həmin avtomobillə istixana yolu ilə, yəni ikinci dərəcəli torpaq yolu ilə Ələt-Astara-İran sərhədi yolu istiqamətində hərəkət edib baş yola çatdıqda təxminən 20-30 km/saat sürətlə baş yola daxil olaraq sola döndüyü vaxt Ələt qəsəbəsi istiqamətinə yaxın məsafədən minik avtomobili, yəni sonradan bildiyi Mercedes Benz C220 minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyini görmüşdür. Toqquşmamaq üçün sükanı bir qədər sola istiqamətləndirdiyi anda həmin Mercedes Benz C220 minik markalı avtomobilin qabaq sağ hissəsi onun idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən idarə etdiyi avtomobil fırlanaraq istixana yoluna doğru çəpinə dayanmışdır. Hadisə nəticəsində xəsarət alaraq avtomobildən çıxmışdır. Qəribxan isə ağır bədən xəsarəti alaraq avtomobilin salonunda sıxılıb qalmışdır. Az sonra hadisə yerinə DYP əməkdaşları, TTY avtomobili ilə həkim briqadası və FHN-nin əməkdaşları gəlmişlər. Onu Salyan MRX-ya aparmışlar. Sonradan bilmişdir ki, idarə etdiyi avtomobillə toqquşan avtomobilin sürücüsü Şahid1 olmuşdur və Qəribxan aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hadisə zamanı Qəribxan onun idarə etdiyi avtomobildə qabaq sağ oturacaqda sərnişin qismində oturmuşdur. Avtomobildə başqa sərnişin olmamışdır. Əməli ehtiyatsızlıqdan törətdiyini, dəymiş ziyanı ödəməklə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun özünün, zərər çəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının, məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının rəyləri və cinayət işinin digər istintaq sənədləri ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, 18 avqust 2025-ci ildə saat 06:20 radələrində ƏlətAstara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən 35-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş X6 onun atasıdır. Atası xx.xx.1955-ci il təvəllüdlü olmaqla, yaşadıqları kəndin ərazisində istixanada işləmişdir və ailə üzvləri ilə birgə yaşamışdır. 17 avqust 2025-ci ildə atası istixanaya işə getmiş, səhəri gün, yəni xx.xx.2025ci ildə saat 07 radələrində atasının iş yerinə getdiyi vaxt görmüşdür ki, həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ2107» minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu Yenikənd kəndi ərazisindən keçən hissəsində Mercedes Benz C220 minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub Avtomobillərə yaxınlaşdıqda atasının ağır xəsarətlər alaraq toqquşan «VAZ-2107» minik markalı avtomobilin salonunda sıxılmış vəziyyətdə qaldığını görmüşdür. Köməklik edib atasını avtomobildən çıxartdıqda onun hərəkətsiz vəziyyətdə olduğunu görmüşdür. Hadisə yerində olan TTY avtomobilinin həkimləri müayinə edib atasının öldüyünü bildirmiş meyitini morqa aparmışlar. Atasının meyiti Salyan rayon xəstəxananın morqunda tibbi ekspertiza müayinəsindən keçdikdən sonra təhvil alaraq həmin gün yaşadıqları Salyan rayonunun Şəkərli kənd qəbirstanlığında dəfn etmişlər. Sonradan məlum olmuşdur ki, həmkəndlisi Təqsirləndirilən şəxs onun atası ilə birlikdə idarə etdiyi «VAZ-2107» minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə istixanadan çıxıb evə gələrkən istixana yolundan Ələt-Astara-İran sərhədi avtomobil yoluna çıxdığı vaxt Ələt qəsəbəsi istiqamətinə hərəkətdə olan Salyan şəhərində yaşayan Şahid1 idarə etdiyi «Mercedes Benz C220» minik markalı 99- BU-881 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə ilə bağlı sürücülərə qarşı şikayətləri və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, «BS» kateqoriyalı sürücülük vəsiqəsi vardır. 18 avqust 2025-ci ildə idarə etdiyi «Mercedes Benz C220» minik markalıi 99BU881 dövlət qeydiyyat nişanlı avtomobillə bacısı oğlu Şahid2 və qonşusu Şahid3 ilə birlikdə Salayan şəhərindən Bakı şəhərinə getmək üçün yola düşümüşlər. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Sevinc qabaq sağ oturacaqda, İbrahim isə arxa oturacaqda əyləşmişdir. Saat 06:20 radələrində ƏlətAstara- İran sərhədi yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsi ilə 60 km/saat sürətlə Ələt qəsəbəsi istiqamətinə hərəkətdə olarkən təxminən 30-35 metr qarşıda dəqiq markasını bilmədiyi minik avtomobili hərəkətdə olmuşdur. Həmin avtomobil yolun sağ kənarına ayrılan yolayrıcısının bərabərliyindən keçən kimi köməkçi yoldan «VAZ- 2107» minik markalı avtomobil dayanmadan yaxın məsafədən onun hərəkət zolağına daxil olub sola doğru çəpəki hərəkət etməyə başlamışdır. Bunu görən kimi sükanı sola buraraq ayağını tormoza atmışdır. Bu zaman idarə etdiyi avtomobilin qabaq sağ hissəsi həmin «VAZ-2107» minik markalı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra idarəetməni itirərək avtomobil əvvəlcə sola, sonra isə sağa istiqamətlənib toquşma yerindən bir qədər qarşıda sağ zolaqda dayanmışdır. Hadisə nəticəsində xəsarət almadığı üçün avtomobilində olan sərnişinlərə köməklik edib avtomobildən çıxartmışdır. Bundan sonra həmin «VAZ-2107» minik markalı avtomobilə yaxınlaşmışdır. Avtomobilin sürücüsü baş nahiyəsindən xəsarət alsa da özü avtomobildən düşmüş, sərnişin isə xəsarətlər alaraq avtomobilin salonunda sıxılmış vəziyyətdə qalmışdır. Bu səbəbdən TTY stansiyasına və DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Az sonra hadisə yerinə TTY avtomobili, DYP əməkdaşları və həmçinin FHN-nin əməkdaşları gəlmişlər. FHN-nin əməkdaşları xüsusi alət və avadanlıqlardan istifadə edərək həmin avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxarmışlar. Həkimlər müayinə edib həmin sərnişinin aldığı xəsarətlərdən öldüyünü bildirərək onu morqa aparmışlar. Sonradan məlum olmuşdur ki, «VAZ-2107» minik markalı 54BN055 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Salyan rayonunun Şəkərli kəndində yaşayan Təqsirləndirilən şəxs, ölmüş sərnişin isə onun həmkəndlisi 1955-ci il təvəllüdlü X6 olmuşdur. Hadisə nəticəsində xəsarət almış Şahlar Razayevi və Şahid3 TTY avtomobili ilə xəstəxanaya aparmışlar. Polis əməkdaşları ilə birlikdə hadisə yerinə keçirilən baxışda iştirakl edib avtomobillərin toqquşma yerini göstərmişdir. Ölçülərək müəyyən olunmuşdur ki, toqquşma yeri yolun Ələt qəsəbəsi istiqamətinə sağ bütöv sarı xətdən 2,9 metr sola doğru məsafədə, onun hərəkət zolağında baş vermiş və «VAZ-2107» minik markalı avtomobil onun yoluna çıxdığı andan toqquşma yerinə kimi 8,6 metr məsafə qət etmişdir. Tərtib olunmuş sxem və protokolu imzaladıqdan sonra sərxoşluq müayinəsindən keçmişdir. Cinayət işi üzrə Şahid2 ifadəsində göstərmişdir ki, 18 avqust 2025-ci ildə saat 06 radələrində qonşusu Şahid3 ilə birlikdə dayısıŞahid1 idarə etdiyi «Mercedes Benz C220» minik markalı 99BU881 dövlət qeydiyyat nişanlı avtomobillə Salyan şəhərindən Bakı şəhərinə getmək üçün yola düşümüşlər. Sevinc qabaq sağ oturacaqda, özü isə arxa oturacaqda əyləşmişdir. Saat 06:20 radələrində ƏlətAstara-İran sərhədi yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsi ilə Ələt qəsəbəsi istiqamətində hərəkətdə olduqları vaxt qarşıda dəqiq markasını bilmədiyi minik avtomobili hərəkətdə olmuşdur. Həmin avtomobil yolun sağ kənarına ayrılan yolayrıcısının bərabərliyindən keçən kimi istixana yolundan «VAZ-2107» minik markalı avtomobil dayanmadan yaxın məsafədən onların hərəkət zolağına daxil olub sola doğru çəpəki hərəkət etməyə başlamışdır. Dayısı bunu görən kimi sükanı sola burduğu anda dayısının idarə etdiyi avtomobilin qabaq sağ hissəsi həmin «VAZ-2107» minik markalı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra dayısının idarə etdiyi avtomobil sola, sonra sağa istiqamətlənib toquşma yerindən bir qədər qarşıda sağ zolaqda dayanmışdır. Hadisə nəticəsində xəsarət almamışlar və avtomobildən düşüb həmin «VAZ-2107» minik markalı avtomobilə yaxınlaşmışlar. Avtomobilin sürücüsü baş nahiyəsindən xəsarət alsa da özü avtomobildən düşmüş, sərnişin isə xəsarətlər alaraq avtomobilin salonunda sıxılmış vəziyyətdə qalmışdır. Hadisə şahidləri TTY stansiyasına və DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişlər. Az sonra hadisə yerinə TTY avtomobili, DYP əməkdaşları v həmçinin FHN-nin əməkdaşları gəlmişlər. FHN-nin əməkdaşları xüsusi alət və avadanlıqlardan istifadə edərək avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxarmışlar. Həkimlər müayinə edib həmin sərnişinin aldığı xəsarətlərdən öldüyünü bildirərək meyitini morqa aparmışlar. Xəsarət almış «VAZ-2107» minik markalı avtomobilin sürücüsü Şahlar Razayevi və Şahid3 TTY avtomobili ilə xəstəxanaya aparmışlar. Cinayət işi üzrə Şahid3 da Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2025-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Ələt-Astara-İran sərhəddi avtomobil yolununun 35-ci kilometrlidir. Yol iki istiqamətlidir, hərəkət zolaqlarının sayı ikidir, yol örtüyünün hər iki istiqamət üçün ümumi eni 8,9 metr, işlək hissəsinin eni 7,4 metr, ehtiyat hissəsinin eni 1 metr, səkinin eni 0,5 metrdir. Yolun işlək hissəsi üfuqi, düzdür, yol örtüyü asfaltdır, yol örtüyünün vəziyyəti qurudur. «VAZ-2107» minik markalı 54BN055 dövlət qeydiyyat nişanlı avtomobil qabaq sağ tərəfi əzilmiş dağılmış vəziyyətdə yolun Ələt istiqamətində sağ zolaqda qarşısı sağa doğru çəpəçi dayanmışdır. «Mercedes Benz C220» minik markalı 99BU881 dövlət qeydiyyat nişanlı avtomobil qabaq sağ tərəfi əzilmiş dağılmış vəziyyətdə sağ zolaqda dayanmışdır. Toqquşma yeri yolun sağ yan xətdən 2,9 metr sola doğru məsafədədir. «VAZ-2107» minik markalı 54BN055 dövlət qeydiyyat nişanlı avtomobil baş yola daxil olaraq qövsvari 8,6 metr məsafə qət etmişdir. DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2025-ci il tarixli 3-13-16/2-173605/2025 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə xx.xx.2032-ci il tarixədək müddətə etibarlı olan BC 902854 nömrəli «B1 V» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. xx.xx.2025-ci il tarixli 3194/K nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2025-ci il tarixli “zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” qərardan görünür ki, X9 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. İş üzrə təyin edilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 24 oktyabr 2025-ci il il tarixli 8/2187 №-li rəyinə əsasən VAZ-2107 minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X11» Azaybaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil və Şahid1 idarə etdiyi Mercedes Benz C220 minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Bax iş vərəqə: 46 «MTE və PA» Birliyinin Salyan rayon şöbəsinin eksperti Müşfiq Ağabəyov tərəfindən xx.xx.2025-ci il-xx.xx.2025-ci il tarixlərde keçirilmiş məhkəmə-tibbi ekspertizasının 36 №-li meyitin ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, X3 meyitində qapalı kəllə beyin travması, beyinin qişaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar, kəllə əsası sümüyünün sınığı, sol almacıq, alt çənə sümüklərinin sınıqları, sol göz orbitasının qançırı və sağda İV,V,Vİ,Vİİ qabırğaların sınığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən əmələ gəlmişdir, xx.xx.2025-ci ildə sərnişini olduğu minik avtomobilinin digər minik avtomobili ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ölümünə səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X3 ölümünə səbəb başın küt travmasından törənmiş baş beyin toxumasına və mədəciklərinə qansızma, kəllə əsası sümüklərinin sınığı olmuşdur. Ölüm onun meyitinin müayinə olunduğu vaxtdan 2-3 saat əvvəl baş vermişdir. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X12 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının rəyini və Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyini müzakirə edərək, məhkəmə həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. xx.xx.2025-ci il tarixli “maddi sübutun tanınması haqqında” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil və Şahid1 idarə etdiyi Mercedes Benz C220 minik markalı **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə qaytarılmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmə barədə” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 263.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini (CM59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqı gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən (cəzanı ağırlaşdıran hallar yoxdur) halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməli, cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 minik markalı **-BN- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq X5 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Müdafiəçi Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nın 56.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq X5 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Müdafiəçi Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Şahid1 idarə etdiyi Mercedes Benz C220 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan şəxsə isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar