Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-112/2024 10.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1-də qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Dövlət ittihamçısı küçəsi, ev 22-də kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 2023-cü il mayın 31-də saat 12:30 radələrində Salyan şəhəri, A.Hüseynov küçəsi, 14-də yaşayan xx.xx.2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bacısı xx.xx.2014-cü il təvəllüdlü Şahid1 ilə birlikdə yaxınlıqdakı ərzaq mağazasından çörək alıb küçəyə çıxdıqlarını görüb onlara yaxınlaşıb dondurma və oyuncaq verəcəyi bəhanəsi ilə onları Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1 ünvanında yerləşən özünə məxsus evinə dəvət etmiş, bir neçə dəqiqədən sonra Yaqut və Nəzrin bacıları onun evinə gəldikdə isə uşaqlara dondurma və oyuncaq verdikdən sonra yaşadığı evin həyətində cinsi ehtirasını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs özünə tərəf çəkərək qucaqlayıb boyun nahiyyəsini öpüb dili ilə yalamış, daha sonra dodağını öpüb soraraq on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmə cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq ailəsilə birlikdə Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi, Dövlət ittihamçısı küçəsi ev 22-də kirayədə yaşayırmış. Məhkum olunmamış, toy məclislərində meyxana söyləməklə ailəsini saxlayırmış, narkotik qəbul etmirmiş, lakin spirtli içki qəbul edir. Bəzən Bakıdan gəlib gəlib Salyan şəhərindəki evində bir müddət tək yaşayırmış, sonra yenidən Bakı şəhərinə qayıdırmış. 2023-cü ilin may ayının 31-də günortaya yaxın saatlarda, o bir qədər spirtli içki qəbul etmişdir və təxminən saat 12 radələrində Salyan şəhəri A.Hüseynov küçəsində Nəhməd adlı şəxsin işlətdiyi ərzaq mağazasının qarşısında kölgədə dayanmışdır. Həmin vaxt Turanənin azyaşlı qızları Yaqut və Nəzrinin birlikdə Nəhmədin mağazasına gəlib çörək aldıqlarını görmüşdür. O, həmişə həmin uşaqları küçədə görəndə onlara dondurma alıb vermişdir və bu dəfə də Yaqut və Nəzrini gördükdə onlara demişdir ki, onlara dondurma və sok almışdır, onun evə gəlsinlər, onlara dondurma, sok və yumşaq oyuncaqlar verəcəkdir. Uşaqlar sevinib gələcəklərini demişlər və qaçaraq öz evlərinə tərəf getmişlər. Özü isə oradan ayrılıb yaxınlıqdakı öz evinin həyətinə gəlmişdir. Sonra Yaqut və Nəzrin onun həyətinə gəlmişlər. O, uşaqları görüb onları evə dəvət etmişdir, sonra onlar evin otağına keçmişlər, burada o, uşaqlara dondurma və limonad vermişdir. Sonra uşaqları o biri otağa dəvət etmişdir, bu otaqdakı divanın baş hissəsində cərgə ilə düzülmüş yumşaq uşaq oyuncaqlarını göstərib hansını istəsələr götürə biləcəklərini demişdir. Uşaqlar hərəyə bir yumşaq oyuncaq götürmüşlər və sonra onlar birlikdə evdən həyətə çıxmışlar. Həmin gün bir neçə saatdan sonra onu rayon polis şöbəsinə dəvət etmişlər. Əlavə olaraq bildirmişdir ki, həyətdə uşaqlar onunla sağollaşıb gedərkən uşaqların üzündən bir əmi, baba kimi öpmüşdür. Ona köməklik göstərilməsini xahiş etmişdir. Sonda Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 153.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Halbuki ibtidai istintaq zamanı, yəni xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, tutduğu əməldən peşman olduğunu bildirməklə ifadəsində göstərmişdir ki, Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq ailəsilə birlikdə Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi, Dövlət ittihamçısı küçəsi ev 22-də kirayədə yaşayırmış. Məhkum olunmamış, toy məclislərində meyxana söyləməklə ailəsini saxlayırmış, narkotik qəbul etmirmiş, lakin spirtli içki qəbul edir. Bəzən Bakıdan gəlib gəlib Salyan şəhərindəki evində bir müddət tək yaşayırmış, sonra yenidən Bakı şəhərinə qayıdırmış. Salyan şəhər sakini X1 yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur və həmin ərizədə göstərilənlər qismən doğruymuş. Belə ki, Turanə onun uzaq qohumudur, ailəsi ilə birlikdə Salyan şəhərində qonşu küçədə kirayədə yaşayırmış. 2023-cü ilin may ayının 31-də günortaya yaxın saatlarda, o bir qədər spirtli içki qəbul etmişdir və təxminən saat 12 radələrində Salyan şəhəri, A.Hüseynov küçəsində Nəhməd adlı şəxsin işlətdiyi ərzaq mağazasının qarşısında kölgədə dayanmışdır. Həmin vaxt Turanənin azyaşlı qızları Yaqut və Nəzrinin birlikdə Nəhmədin mağazasına gəlib çörək aldıqlarını görmüşdür. O, həmişə həmin uşaqları küçədə görəndə onlara dondurma alıb vermişdir və bu dəfə də Yaqut və Nəzrini gördükdə onlara demişdir ki, onlara dondurma və sok almışdır, onun evə gəlsinlər, onlara dondurma, sok və yumşaq oyuncaqlar verəcəkdir. Uşaqlar sevinib gələcəklərini demişlər və qaçaraq öz evlərinə tərəf getmişlər. Özü isə oradan ayrılıb yaxınlıqdakı öz evinin həyətinə gəlmişdir. Təxminən 15 dəqiqədən sonra Yaqut və Nəzrin onun həyətinə gəlmişlər. O, uşaqları görüb onları evə dəvət etmişdir, sonra onlar evin otağına keçmişlər, burada o, Yaqut və Nəzrinə dondurma və “Fanta” limonadı vermişdir. Sonra uşaqları o biri otağa dəvət etmişdir, bu otaqdakı divanın baş hissəsində cərgə ilə düzülmüş yumşaq uşaq oyuncaqlarını göstərib hansını istəsələr götürə biləcəklərini demişdir. Yaqut və bacısı Nəzrin hərəyə bir yumşaq oyuncaq götürmüşlər və sonra onlar birlikdə evdən həyətə çıxmışlar. Həyətdə uşaqlar onunla sağollaşıb gedərkən özü də bilmədən Yaqutu qucaqlayıb boynundan bir neçə dəfə öpüb dili ilə boynunu yalamışdır, sonra isə dodağını öpmüşdür. Yaqut əlləri ilə onu itələyib bacısı Nəzrin ilə birlikdə həyətdən çıxıb qaçıb getmişlər. O, Yaquta qarşı həmin hərəkəti necə etdiyini özü də bilməmişdir, həmin vaxt sərxoş olduğundan nə etdiyini dərk etməmişdir. Həmin gün bir neçə saatdan sonra onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları onu sərxoşluq müayinəsindən keçirib sərxoş olduğunu görüb evə gedib yatıb ertəsi gün polis şöbəsinə gəlməyini tapşırmışlar. O, evinə gəldikdən sonra bir qədər ayılmışdır və anlamışdır ki, bir az əvvəl Yaquta qarşı etdiyi hərəkətə görə anası Turanə şikayət etmişdir və tutulacağından qorxub həmin axşam Bakı şəhərinə getmiş və həmin vaxtdan sonra Salyan rayonuna gəlməmişdir. 2024-cü il martın 16-da Bakı şəhərində metro stansiyasında olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və ona məlumat verilmişdir ki, Salyan rayon polis şöbəsi tərəfindən barəsində axtarış elan edilmişdir. Daha sonra gecə saatlarında onu Salyan rayon polis şöbəsinə gətirib müvəqqəti saxlama yerinə təhvil vermişlər. Tutduğu əməldən peşmandır, bir daha belə hərəkətlər etməyəcəkdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində qanuni nümayəndəsi və müəllim-psixoloqun iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bacısı Nəzrinlə birlikdə yaşadıqları evin yaxınlığındakı Nəhməd babanın dükandan çörək almağa gedərkən həmin dükanın yanında dayanan İsmayıl əmi onlarla demişdir ki, gələrsiniz sizə dondurma, sok almışam onu verəcəm. O və bacısı öz evlərinə gəlib aldıqları çörəyi evə qoyub İsmayıl əminin yaşadığı evinin qarşısına gəlmişlər və görmüşlər ki, İsmayıl əmi telefonla danışırdı, onlara demişdir ki, gəlin evə. Həmin vaxtı anası və balaca bacısı anasının iş yerində omuşdur. O və bacısı birlikdə İsmayıl əminin arxasınca evə girmişlər. İsmayıl əmi ona və bacısına dondurma və balaca “fanta” limonadı vermişdir və sonra onları evin o biri otağına dəvət etmişdir. İsmayıl əmini anasının qohumu kimi tanıyır. Onlar İsmayıl əminin arxasınca evə qalxaraq otağına keçmişlər. Onlardan başqa evdə heç kim olmamışdır. Otaqdakı divanın baş hissəsində uşaq oyuncaqları olmşdur. İsmayıl əmi həmin oyuncaqları onlara göstərib hansını istəsələr götürə biləcəklərini demişdir. O və bacısı hərəyə bir yumşaq oyuncaq götürmüşlər və sonra evdən həyətə çıxmışlar. Həyətdə İsmayıl əmi onu özünə tərəf çəkib qucaqlayıb boğazından və dodağından öpmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, İsmayıl əmi onun üzündən deyil dodağından və boğazından öpmüşdür. Əvvəllər İsmayıl əmi onlara dondurma və sok alsa da, heç vaxt onları evə dəvət etməmişdir. Nəzrin qapının ağzında olanda görmüşdür ki, onu İsmayıl əmi qucaqlayıb, həmin vaxtı o, Nəzrini çağırmışdır, bacısı daha cəsarətlidir, əlləri ilə İsmayıl əminin sinəsindən itələdikdən sonra onlar qaçmışdırlar. Həyətdən çıxıb qaçaraq əllərində olan dondurma və soku yaxınlıqdakı Yaşar əminin dükanının yanında olan otların arasına tullamışlar. İsmayıl əmi evin qapısını aça bilmədiyi üçün qapının şüşəsini sındırdıqdan sonra qapını açmışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə Zülfi qızı izahatında göstərmişdir ki, ailəsilə birlikdə, yəni əri Müzahir, qızları Yaqut, Nəzrin və Nuray ilə birlikdə Salyan şəhəri A.Hüseynov küçəsi ev 13-də yaşayırmış. Özü Salyan şəhərindəki qadın gözəllik salonunda işləyirmiş, hazırda isə “OBA” marketdə şləyir. Əri isə Gəncə şəhərində işləyir. İşə gedərkən uşaqlara demişdir ki, evdə çörək yoxdur, mağazadan alarsınız. 2023-cü il mayın 31-də saat 13 radələrində işdən çıxıb evə gəlmişdir, evin qapsı açıq olmuşdur, uşaqlar evdə olmamışdır, qızı Nəzrin təlaşlı halda qaçaraq ona tərəf gəlmişdir, o, ilk öncə elə bilmişdir ki, itə görə qorxub qaçıb. Sonradan Nəzrin ona olanları demişdir. O, da bu barədə 102 xidmətinə zəng vurub məlumat vermişdir. İsmayıl onun bibisinin qaynıdır. Nəzrinin demişdir ki, Nəhməd əminin dükanına çörək alıb evə qayıdarkən İsmayıl əmi onlara “gələrsiz bizə, sizə şokoladlı dondurma almışam, sizə qəşənk oyuncaqlar verəcəm” demişdir, o bacısı ilə evə gəlib aldıqları çörəyi evə qoyub İsmayıl əminin qonşu küçədə yaşadığı evinin qarşısına getmişlər, İsmayılın yaşadığı evin həyətinin küçə qapısını döyüb həyətə girmişlər, sonra “gəlin keçək evə, sizə fanta, dondurma və mişka oyuncaqlar verəcəm” deyib uşaqları evinə aparmışdır, bacılara dondurma və “Fanta” limonadı, hərəsinə bir yumşaq oyuncaq vermişdir, sonra evdən həyətə çıxdıqda İsmayıl “indi gəlin sizi maç-maç edim” deyib Yaqutu özünə tərəf çəkib qucaqlayıb özünə sıxmışdır, əyilib Yaqutun boynundan öpmüşdür, sonra Yaqutun dodağını öpüb sormağa başlamışdır, sonra bacılar İsmayılın həyətindən çıxıb evə tərəf qaçmışlar və yolda İsmayıl onlara verdiyi dondurmanı, limonadı və oyuncaqları yolun kənarına atmışlar. Nəzrinin danışdığını qızı Yaqut da təsdiq etmişdir və buna görə, o, həmin gün Salyan rayon polis şöbəsinə gəlib şikayət ərizəsi yazmışdır, sonra hadisə barədə izahat vermişdir. Təqsirləndirilən şəxs onun uzaq qohumudur, qonşu küçədə yaşayırmış, aralarında gediş-gəliş və yaxın münasibətlər olmamışdır. İsmayılı özü bacılarına görə bağışlasa da, qızı Nəzrin bağışlamır. Sonrakı məhkəmə iclaslarında zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Zülfi qızı bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayəçi olmaması barədə ərizə yazarkən İsmayılın bacılarına görə yazmışdır, onunla barışmamışdır, şikayəçidir. Onun barəsində sərt cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində qanuni nümayəndəsi və müəllimpsixoloqun iştirakı ilə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bacısı Yaqutla birlikdə yaşadıqları evin yaxınlığındakı Nəhməd babanın dükandan çörək alıb qayıdanda İsmayıl onlarla demişdir ki, gələrsiniz sizə dondurma, sok almışam və mişka verəcəm. O və bacısı öz evlərinə gəlib aldıqları çörəyi evə qoyub İsmayıl əminin yaşadığı evinin qarşısına gəlmişlər və görmüşlər ki, İsmayıl telefonla danışır, onları görüb demişdir ki, gəlin evə. O və bacısı birlikdə İsmayıl əminin arxasınca evə girmişlər. İsmayıl onların üzündən öpüb evə dəvət etmişdir. İsmayıl ona və bacısına demişdilər ki, hansı mişkanı istəyirsiniz götürün. Onlar oyuncaq götürüb aşağı düşəndə ona sok, bacısına isə dondurma verib demişdir ki, gəlin sizi öpüm. Onun üzündən öpdükdən sonra o, keçib getmişdir, sonra isə bacısı Yaqutun üzündən deyil boynundan və dodağından öpmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər də İsmayıl ona və bacısına dondurma və ya sok almışdır. Lakin heç vaxt onları evə dəvət etməmişdir. Onlar evin həyətinə girdikdən sonra İsmayıl onların üzündən öpmüşdür. Evdən çıxarkən isə İsmayıl onun üzündən öpsə də bacısının üzündən öpməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, şəxsiyyət vəsiqəsində adı Oktay kimi göstərilsə də, onu Yaşar kimi çağırırlar. Salyan şəhəri, Ə.Hüseynov küçəsində icarə əsasında ərzaq dükanı işlədir. Təqsirləndirilən şəxs qonşu kimi uzun illərdir sakit və heç kimlə işi olmayan bir adam kimi tanımışdır. Həmin günü mağazda olan zaman iki balaca uşaq ona yaxınlaşıb demişlər ki, baba bizi ötür anamın yanına. Uşaqları və valideynlərini tanıyırmış, qonşuluqda kirayə yaşayırlar. Uşaqlar da tez-tez mağazadan ərzaq alırmışlar. İsmayılgilin həyətindən qorxub qaçdıqlarını demişdilər. O, da bayıra çıxıb uşaqları yola salmışdır. Çöldə heç kim olmamışdır. Təxminən bir saatdan sonra dükanda olduğu zaman görmüşdür ki, İsmayılın yaşadığı evin qarşısında polis avtomobili dayanmış, polis əməkdaşları İsmaylıın həyətinə daxil olub bir neçə dəqiqədən sonra İsmayıl ilə birlikdə küçəyə çıxıb avtomobilə əyləşib oradan getmişlər. İstintaq zamanı, yəni xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Salyan rayon PŞnin rəisinin adına əlyazma halında yazmış olduğu ərizədə aşağıdakılar göstərilmişdir “etdiyim cinayət əməlindən peşmanam, xahiş edirəm bunu nəzərə alıb cəzamın yüngülləşdirilməsində mənə köməklik edəsiniz. Bir daha belə hərəkətlərə yol verməyəcəm”. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru İlqar İsmayılovun 05 iyun 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə cinayət işi başlanaraq icraatına qəbul edilmişdir. Cinayət işinin 8-ci vərəqində olan 31 may 2023-cü il tarixli, 53 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair protokoldan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğunda olduğu müəyyən olunmuşdur. Cinayət işinin 18-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X10 247A saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə müayinəsi zamanı bədən səthi üzərində hər hansı bir xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin 28-30-cu vərəqlərində olan 05 iyun 2023-cü il tarixli protokol və C №103146 nömrəli diplomun ksero surətlərindən görünür ki, cinayət işi üzrə X2 mütəxəssis təyin edilmişdir. Ona Bakı Dövlət Universiteti tərəfindən Dövlət Attestasiya Komissiyasının 18 iyun 2021-ci il tarixli qərarı ilə psixologiya ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. Cinayət işinin 62-ci vərəqində olan 20 iyun 2023-cü il tarixli “məcburi gətirilmə haqqında” qərardan görünür ki, xx.xx.1965-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib məcburi qaydada istintaq orqanına gətirilərək müvafiq istintaq hərəkətlərinin aparılmasında iştirakının məcburi qaydada təmin edilməsi qərara alınmışdır. Cinayət işinin 65-ci vərəqində olan 03 iyul 2023-cü il tarixli “şübhəli şəxsin tutulmasından ötrü barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, xx.xx.1965-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli kimi barəsində axtarış elan olunması və onun olduğu yer müəyyən edildikdə tutularaq Salyan RPŞ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 68-ci vərəqində olan 03 iyul 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yeri müəyyən edilib istintaq orqanına təqdim edilənədək cinayət təqibi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılması qərara alınmışdır. Cinayət işinin 72-ci vərəqində olan 16 mart 2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Salyan rayon PŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili X4 tərtib edir həmin protokolu Salyan rayon PŞ-nin İTB-nin sahə polis nəfəri, X5 iştirakı ilə ondan ötrü ki, Salyan RPŞ-nin İstintaq Bölməsində istintaqı aparılan xx.xx.2025-cü il tarixli ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə nəzərdə tulmuş cinayət əməlini törətməklə xx.xx.2024-cü il tarixdən Salyan rayon PŞ-nin İB tərəfindən axtarışa elan olunmuş, xx.xx.2024-cü il tarixdə isə barəsində Salyan RPŞ-də 720421 nömrəli axtarış işi açılmış, xx.xx.1965-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə saat 18:25-da Bakı şəhəri BPİ-nə bilavasitə tabe olan Bakı Metropolitenində Pİ-nin əməkdaşları tərəfindən “Koroğlu” metrostansiyasında saxlanılaraq saat 23:45-də Salyan RPŞ-nə gətirilmişdir. Cinayət işinin 143-cü vərəqində olan xx.xx.2024-cü il tarixli Qanuni nümayəndə tərəfindən Salyan RPŞ-nə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti yoxdur. Ərizənin nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinin 94-95-ci vərəqlərində olan 18 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunması qərara alınmışdır. Cinayət işinin 110-115-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 4(057)- 22/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş həbsdə saxlanma müddəti 03 ay müddətə müəyyən edilmişdir. Cinayət işinin 150-ci vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X12 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X10 18-1-68/2-699/2024 saylı, 5 aprel 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. Cinayət işinin 151-152-ci vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 154-155-ci vərəqlərində olan Salyan rayon İHB-nın Salyan şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilən 15 aprel 2024-cü il tarixli, 5-71- 6/2-876/2024 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır və yaşadığı müddət ərzində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. Cinayət işinin 169-171-ci vərəqlərində olan fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evi, evin həyətində Yaqut və bacısı Nəzrini öpdüyü yerləri göstərmişdir. Cinayət işinin 173-175-ci vərəqlərində olan fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona və bacısına oyuncaqlar verdiyi yeri, Təqsirləndirilən şəxs evinin həyətində ona qarşı əxlaqsız hərəkətlər edildiyi yeri göstərmişdir. Cinayət işinin 177-179-cu vərəqlərində olan fotoşəkillərdən görünür ki, Şahid1 Təqsirləndirilən şəxs ona və bacısına oyuncaqlar verdiyi yeri, Təqsirləndirilən şəxs evinin həyətində onun bacısı Şahid1 qarşı əxlaqsız hərəkətlər edildiyi yeri göstərmişdir. Cinayət işinin 182-184-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X10 171 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilməmişdir. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Cinayət işinin 192-194-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 1606 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik qeyd olunmadığından onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs tərətdiyi cinayət əməlini adekvat olaraq qavramaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqli imkanlarında gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillik əlamətləri müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, həmçinin fərdi-psixi xüsusiyyətlərinə görə onda, kənar şəxslərin təsir altında hərəkət etməyə meyillik müəyyən edilməmişdir. Cinayət işinin 197-199-cu vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 1180 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Şahid1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Şahid1 həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Şahid1 bu iş üzrə zərərçəkmiş şəxs qismində keçdiyi üçün onun məcburi müalicəyə ehtiyacının olub-olmaması barəsində qoyulmuş sual ona şamil edilmir. Şahid1 psixi fəaliyyəti, əqli və intellektual inkişafı, qavrama qabiliyyəti yaş xüsusiyyətlərinə uyğundur. Şahid1 aktivlik, ünsiyyətçilik, çətin situasiyalar zamanı çıxış yolu tapa bilmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Şahid1 yaş xüsusiyyətləri nəzərə alınmaqla o, yaranmış şəraitin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Şahid1 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilməmişdir. Şahid1 özündən uydurmaya meyillilik əlamətləri müşahidə edilməmişdir. Şahid1 azyaşlı olduğundan onunla edilən hərəkətlərin xarakter və mənasını anlamaya bilər. Şahid1 fərdipsixi xüsusiyyətlərinə, həmçinin hadisə zamanı keçirdiyi emosional vəziyyətinə görə, iş üzrə təqsirləndirilən şəxsə müqavimət göstərə bilmişdir. Şahid1 əqli inkişafında gerilik əlamətləri aşkar edilməmişdir. Cinayət işinin 201-203-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 1181 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs bu iş üzrə zərərçəkmiş şəxs qismində keçdiyi üçün onun məcburi müalicəyə ehtiyacının olub-olmaması barəsində qoyulmuş sual ona şamil edilməmişdir. Zərərçəkmiş şəxs idrak (yaddaş, diqqət, qavrama) proseslərinin yaş xüsusiyyətlərinə uyğun çıxış etdiyi, əqli və psixi inkişafı normaya uyğun olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs mülayimlik, ünsiyyətçilik, hər kəslə yaxşı yola getmək, utancaqlıq, adaptivlik, həsasslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri nəzərə alınmaqla yaranmış şəraitin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilməmişdir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmadığından onunla edilən hərəkətlərin xarakter və mənasını anlamaya bilərdi. Zərərçəkmiş şəxs ona qarşı edilən qanunazidd hərəkətlər zamanı fərdi-psixi xüsusiyyətlərinə və keçirdiyi emosional vəziyyətinə (həyəcan, qorxu) görə təqsirləndirilən şəxsə müqavimət göstərə bilərdi. Zərərçəkmiş şəxs əqli inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, ifadələrin yerində yoxlanması, sərxoşluq hallarının təyini məqsədilə tibbi müayinə, axtarış, baxış, ekspertiza və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizmcinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsinə əsasən eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1 və 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2) və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 120 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 120 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-112/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-112/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver