Məhkəmə qərarları › İş №1(057)-113/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-113/2025

19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-113/2025 19.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X4 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 474,86 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək təmiz çəkisi 470 qram olan hissəsini ünvan 1 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinə daşıyaraq çarpayının arxasında qanunsuz olaraq saxlamış, ayrı-ayrılıqda təmiz çəkiləri 1,40 qram, 0,55 qram, 1,06 qram, 0,38 qram, 0,33 qram, 0,58 qram, 0,56 qram, ümumi təmiz çəkisi 4,86 qram olan hissəsini isə qanunsuz olaraq yerini dəyişməklə üzərində saxlayaraq daşımış, 2025-ci il sentyabrın 05-də Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, üzərində və yaşadığı evdə saxlamasında şübhəli bilindiyi üçün həmin tarixdə saat 16:31 dəqiqədə Salyan şəhəri, M.Rəsulzadə küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq, hüquqları izah olunmuş, üzəri yoxlanılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 1,40 gram, 0,55 gram, 1,06 gram, 0,38 gram, 0,33 gram, 0,58 gram, 0,56 gram. ümumi təmiz çəkisi 4,86 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, yaşadığı evində çarpayının arxasından isə xeyli miqdarda ümumi təmiz çəkisi 470 qram orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, əvvəllər də narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuşdur. Belə ki, o, uzun müddətdir "nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana istifadə edir. Saxlanılmamışdan təxminən 15 gün əvvəl o, işlə əlaqədar olaraq Salyan rayonu, Arbatan kəndinə getmişdir. O, işini həll etdikdən sonra piyada Salyan rayonu, Arbatan kəndində qayıdarkən yol kənarında qara sellofan torba olduğunu görmüşdür. O, həmin torbaya baxan zaman torbanın içərisində "nəşə" kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin sellofan torbada olan qurudulmuş marixuananı yaşadığı evə gətirmiş və onu şəffaf rəngli sellofan torbaya yığmışdır. O, tapdığı həmin qurudulmuş marixuanadan hər gün istifdə etməyə başlamışdır. 2025-ci il sentyabrın 04-də günorta saatlarında o, qurudulmuş marixuanın bir hissəsini rahat istifadə etmək üçün ayrıca 07 ədəd kağız bükümdə qablaşdırmışdır. 2025ci il sentyabr 05-də saat 17 radələrində o, Salyan şəhəri, M.Rəsulzadə küçəsində yaşadığı evin yaxınlığında olarkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib Salyan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə, daşımaqda və saxlamaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələrim barədе məlumat vermişlər. O, saxlanıldıqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla onun üzərini yoxlamışlar. Həmin anda o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan içərisində marixuananın olduğu 07 ədəd bükümü çıxarıb polis əmədaşlarına təqdim etmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmişdir, lakin baxış zamanı onun üzərindən əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Onun təqdim etdiyi 07 ədəd bükümə baxıldıqda, həmin bükümlərdə qurudulmuş marixuanaya oxşar kütlələrin olduğu müəyyən edilmişdir. Ondan həmin kütlələr barədə soruşulduqda bildirmişdir ki, həmin kütlələr nəşə kimi tanıdığı narkotik vasitə marixuanadır. Həmin kütlələri saxlanılmamışdan təxminən 15 gün əvvəl Salyan rayonu, Arbatan kəndindən evə qayıdarkən yol kənarında yerdən tapmış və istifadə etmək məqsədilə aparıb yaşadığı evdə çarpayının arxasında gizlətmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmək məqsədilə üzərindən götürərək ayrıca 07 ədəd kağız bükümdə qablaşdıraraq üzərində saxlamışdır. O, həmin kütlələrdən heç kimə verməmiş, yaxud satmamışdır. Həmçinin, həmin kütlələri üzərində saxlayarkən satış məqsədi olmamışdır. Polis əməkdaşı tərəfindən onun üzərindən aşkar edilmiş içində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olan 07 ədəd büküm elektron tərəzi vasitəsilə çəkilmiş, ayrıayrılıqda çəkilərinin 2,90 qram, 6,48 qram, 6,42 qram, 2,36 qram, 3,27 qram, 3,36 qram, 2,60 qram olması müəyyən olunmuşdur. Onun üzərindən aşkar edilmiş içində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olan 07 epep büküm polis əməkdaşı tərəfindən 01 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, "Zərflər üçün N 113" möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra polis əməkdaşı tərəfindən götürülmüşdür. Polis əməkdaşı ondan yaşadığı evdə dövriyyəsi qadağan olunmuş əşya vƏ ya predmet olub-olmadığını soruşduqda o, yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana olduğunu demişdir. Polis əməkdaşı narkotik vasitəni təqdim edə biləcəyini soruşduqda o, təqdim edə biləcəyini demişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana gələrək evə daxil olmuş və evdə çarpayının arxasında gizlətdiyi şəffaf rəngli sellofan torbanı götürüb polis əməkdaşlarına təqdim etmişdir. Onun təqdim etdiyi 01 ədəd sellofan torbaya baxıldıqda, həmin torbanın içində narkotik vasitə qurudulmuş marixuananın olduğu müəyyən edilmişdir. Ondan həmin kütlə barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə narkotik vasitə qurudulmuş marixuanadır. Polis əməkdaşı tərəfindən içində qurudulmuş marixuana olan 01 ədəd sellofan torba elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 445 qram olması müəyyən olunmuşdur. Onun yaşadığı evdən aşkar edilmiş içində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd sellofan torba polis əməkdaşı tərəfindən qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra polis əməkdaşı tərəfindən götürülmüşdür. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində polis əməkdaşı tərəfindən protokol tərtib olunmuş, tərtib edilmiş protokol ona ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Daha sonra polis şöbəsində müstəntiq tərəfindən ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma, üzərində və yaşadığı evdə saxlamaqda şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğu elan olunmuş və hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaları üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut, şəxsi axtarış və götürmə və digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 istintaqa verdiyi ifadəsində östərmişdir ki, Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05 sentyabr 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən raportla məruze edilərək Salyan şəhəri M.Rəsulzadə küçəsi, ev 29-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Əbülfət oğlunun qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması və daşımasında şübhəli olması bildirilmişdir. Alınmış məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə. dair müvafiq qərar qəbul olunaraq bu məbsəplə o, Şahid3 və RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər tərəflərindən əməliyyat nəzarətinə götürülmüşdür. Təqsirləndirilən şəxs 2025-ci ilin sentyabrın 05-də saat 16:31-da Salyan şəhəri, M.Rəsulzadə küçəsində yaşadığı evin yaxınlığında olduğunu müşahidə edib video çəkiliş aparmaqla ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində qadağan olunmuş əşya və ya predmet vardırsa onları könüllü çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən kağız bükümləri çıxarıb onlara təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs kağız bükümlərdə nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs kağız bükümlərdə marixuana olduğunu demişdir. Onlar kağız bükümləri sayaraq hər birinin içərisinə baxış keçirən zaman 07 ədəd kağız büküm olduğunu və hər bir kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olduğunu müəyyən etmişlər. Onlar Təqsirləndirilən şəxs marixuanaya bənzər kütlələri haradan əldə etdiyini, istifadə edib-etmdəyini və kiməsə satıb-satmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs həmin marixuanaya bənzər kütlələri saxlanılmamışdan təxminən 15 gün qabaq Arbatan kəndindən qayıdarkən yolun kənarından sellofan torbada tapdığını, heç kimə pay vermədiyini və ya satmadığını və özünün istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tapdığı narkotik vasitə qurudulmuş marixuananın hamısını qablaşdıraraq üzərində gəzdirdiyini soruşan zaman o, marixuananın bir hissəsini yaşadığı evdə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı qurudulmuş marixuananı təqdim etməsini təklif edildikdə o, yaşadığı evdə saxladığı qurudulmuş marixuananı onlara təqdim edə biləcəyini demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs iştirakı və razılığı ilə onun yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin yataq oğındakı çarpayının arxasında gizlətdiyi şəffaf rəngli sellofan torbanı götürüb onlara təqdim etmişdir. Tərəflərindən həmin sellofan torba açılıb içərisinə baxış keçirilən zaman sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğunu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bundan başqa da dövriyyəsi qadağan olunmuş əşya olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs bundan başqa dövriyyəsi qadağan olunmuş əşyanın olmadığını demişdir. Tərəflərindən Təqsirləndirilən şəxs yaşadığı evə vizual baxış keçirilmiş, lakin baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Sonra tərəflərindən qurudulmuş marixuanaya bənzər kütlələrnin olduğu kağız bükümlər elektron tərəzidə çəkilmiş və həmin kütlələrin çəkilərinin ayrı-ayrılıqda 2,90 qram, 6,48 qram, 6,42 qram, 2,36 qram, 3,27 qram, 3,36 qram və 2,60 qram olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlələr tərəflərindən 01 ədəр zərfdə qablaşdırılmış, üzəri şöbənin “Zərflər üçün N 113" saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra götürülmüşdür. Sonra tərəflərindəeu qurudulmuş marixuanaya bənzər kütlənin olduğu sellofan torba elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisinin 445 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin sellofan torba tərəflərindən qablaşdırılmış, üzəri şöbənin "Zərflər üçün № 113" saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs bizimlə birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs iştirakı ilə tərəflərindən "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsinə dair" protokol tərtib olunmuş və tərtib edilmiş protokol iştirakçılara ucadan oxunduqdan sonra iştirakçılar trəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs maddi sübutla birlikde raportla aidiyyatı üzrə İstintaq Bölməsinə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 05 sentyabr 2025-ci il tarixli “əməliyyat qurupunun təşkil edilməsi barədə” qərardan və CD diskdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. 05 sentyabr 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şəxsin üzərinə və yaşadığı evinə baxış keçirilməsinə dair” protokoldan və CD diskdən görünür ki, 01 ədəd möhürənmiş zərfə və 01 ədəd möhürlənmiş sellofan torba baxış keçirilən zaman həmin zərfdə və sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu müəyyən edilmişdir. 05 sentyabr 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” qərardan və protokoldan və CD diskdən görünür ki, şübhəli şəxs qismində saxlanılan zaman Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. 05 sentyabr 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2025-ci il tarixdə saat 18:45 dəqiqədə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2025-ci il tarixli 18/642 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: 2025-ci il tarixli 18/642 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.40 qram, 0,55 qram, 1.06 qram, 0,38 qram, 0,33 qram, 0,58 qram, 0,56 qram, ümumi çəkisi 4,86 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs yaşadığı evdən..." sözləri yazılmış polietilen torbada təmiz çəkisi 470,0 qram olan bitki mənşəli kütlə tərkibində tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. Qeyd: Marixuananın təmiz çəkisi-474,86 qram, tədqiqata istifadə olundu -0,16 qram (hər.ob-0,02 qram), qalıq-474,70 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən verilmiş 06 sentyabr 2025-ci il tarixli 18/642 №-li rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. 06 sentyabr 2025-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə”b qərardan görünür ki, ********* nömrəli cinayət işi başlanılması və icraata qəbul edilməsi qərara alınmışdır. 07 sentyabr 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. 07 sentyabr 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 07 sentyabr 2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs tutulmadan azad edilməsi qərara alınmışdır. 07 sentyabr 2025-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış ümumi təmiz çəkisi 474,70 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmalarından ötrü Salyan RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 11 sentyabr 2025-ci il tarixli, 494 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuşdur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Daxili İşlər Nazirliyi BƏSİİ-nin 30 oktyabr 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Neftçala Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmişdir. Neftçala Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan RİHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 sentyabr 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Salyan RMX-nin 22 sentyabr 2025-ci il tarixli 18-1-68/2-1490/2025 saylı arayışından görünür ki, ünvan 2 ünvanda yaşayan, xx xxxxxxx 1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2001-ci il tarixdən "Həşiş” ilə narkoloji qeydiyyatdadır. 20 oktyabr 2025-ci il tarixli "Diskə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2025-ci il tarixdə 16:31 dəqiqədə Salyan şəhəri, M.Rəsulzadə küçəsində yaşadığı. evin yaxınlığında saxlanılaraq üzərinə və yaşadığı evə baxış keçirilmiş və baxış zamanı əynində olan cins şalvarın sağ yan cibindən 07 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək 1 ədəd zərfdə qablaşdırılmış, bundan başqa yaşadığı evdən çarpayısının arxasından 01 ədəd sellefon torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək olduğu sellofan torbada qablaşdırılmışdır. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir.Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. 29 oktyabr 2025-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə”b qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaq davam etdirilməsi qərara alınmışdır. İbtidai istintaq orqanının 15 noyabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunmuş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 2025-ci il sentyabrın 07-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan ədilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə saxladığı kustar isulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı heç bir etiraz etmədən polis əməkdaşlarına təqdim etməsinin könüllü təqdim etmə kimi qiymətləndirilmədiyi nəzərə alınmış,Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmiş,Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 474,70 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib sax lanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, Məhkəmə-kimyəvi ekspertizanın 06 sentyabr 2025-ci il tarixli 18/642 №-li və məhkəmə-narkoloji ekspertizasının 11 sentyabr 2025-ci il tarixli, 494 №-li rəyləri, ifadələr, protokollar, Əməliyyat-axtarış tədbirini və şəxsin üzərinə baxış keçirilməsini əks etdirən disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə olunmuşdur. Salyan Rayon Məhkəməsinin 1(057)-113/2025 saylı, xx.xx.2026-cı il tarixli qərarından görünür ki, xx.xx.1971-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan şəhəri M.Rəsulzadə küçəsi ev 29-da qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs haqqında məhkəmədən gizləndiyinə görə axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirimim dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilməsi və tutulduqda saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi, Təqsirləndirilən şəxs tapılanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Salyan Rayon Polis Şöbəsinin 15 yanvar 2026-cı il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, Salyan rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 1(057)-113/2025 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa elan olunmuş və barəsində Salyan rayon Polis Şöbəsi tərəfindən xx.xx.2026-ci il tarixdə 720297 nömrəli axtarış işi açılmış, xx.xx.1971-ci ildə Salyan rayonunda anadan olmuş və ünvan 1-da qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə saat 11:45-də Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Salyan şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq saat 12:00-da Salyan RPŞ-ə gətirilmiş və Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi məqsədilə barəsində müvafiq sənədləşdirmə aparıldıqdan sonra Salyan rayon X3 Saxlama Yerinə təhvil verilmişdir. Həmin məktuba əlavə olunmuş “axtarışda olan şəxsin tutulması” barədə 15 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, Salyan rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 1(057)- 113/2025 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa elan olunmuş və barəsində Salyan rayon Polis Şöbəsi tərəfindən xx.xx.2026-ci il tarixdə 720297 nömrəli axtarış işi açılmış, xx.xx.1971-ci ildə Salyan rayonunda anadan olmuş və ünvan 1-da qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə saat 11:45-də Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Salyan şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq saat 12:00-da Salyan RPŞ-ə gətirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum edilmədən islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Həmçinin, stimulyatorların qəbulu nəticəsində KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı şəxslərdən uzaqlaşmadan islah olunması mümkün hesab etmir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan qalıq çəkisi 474.70 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 2 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci 31.95 manat (otuz bir manat doxsan beş qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul həmin büronun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan qalıq çəkisi 474.70 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 2 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci 31.95 manat (otuz bir manat doxsan beş qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul həmin büronun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar