Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-116/2024 23.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 05 avqust 1965-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib yerini dəyişməklə üzərində daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 may 2024-cü il tarixdə saat 15:50 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi ünvan 2 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə şəxsi axtarışı keçirilərkən əlindəki bir ədəd polietilen torbada ona məxsus ümumi təmiz çəkisi 410,00 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 may 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığından keçən Kür çayının sahilinə zibil atmağa gedərkən oradakı zibil qutusunun yanında yerə qoyulmuş sellofan torba olduğunu görüb açıb onun içərisinə baxdıqda torbanın içərisində "nəşə" kimi tanıdığı kütlə olduğunu görmüş və onu tez yaxınlıqdakı yulğun kollarının arasında gizlətmişdir. Bir gün sonra həmin torbanı gizlətdiyi yerdən götürüb yaşadığı evə tərəf getməyə başlamışdır. Evə çatana az qalmış küçədə polis əməkdaşları ilə rastlaşmışdır. Polis əməkdaşları əlindəki torbada nə olması ilə maraqlanmışlar. O da polsi əməkdaşlarına səmimi olaraq etiraf etmişdir ki, əlindəki torbada "nəşə" kimi tanıdığı kütlə vardır, onu dünən Kür çayının sahilində qoyulmuş zibil qutusunun yanında yerdən tapmışdır. Onu polis şöbəsinə aparmışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər məhkum olunmuşdur. Qaraciyər xəstəliyindən əziyyət çəkdiyi üçün hərdən bir narkotik vasitələrdən istifadə edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 Fizuli oğlu ifadəsində göstərmişdir ki, 06 may 2024-cü il tarixdə nahardan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatı şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid3 daxil olmuşdur. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə müvafiq qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdı. Əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs Salyan şəhəri, E.Hüseynov küçəsində “Babazanlı” ərazisində əlində torba getdiyini görüb yaxınlaşıb özlərini təqdim etmiş və onun əlindəki polietilen torbada nə olması ilə maraqlanmışlar. Həmin vaxt özünü itirən Təqsirləndirilən şəxs əlindəki polietlen torbada onların öz aralarında "nəşə" adlandırdıqları maddə olduğunu bildirmiş, ona görə də ona birlikdə Salyan Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. Birlikdə xidməti avtomobillə rayon polis şöbəsinə aparmışlar. Müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə vidoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Üzərində qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş, əlindəki polietilen torbanı təqdim etmiş, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu məlum olmuşdur. Sorğu zamanı o, təqdim etdiyi polietilen torbadakı kütləni bir gün əvvəl Kür çayının sahilində qoyulmuş zibil qutusunun yanında yerdən tapdığını, onu özünün qəbul etməsi üçün yaşadığı evə aparmaq istədiyini və ondan satmaq məqsədinin olmadığını bildirmiş, sonra onun üzərindən aşkar edilib götürülmüş həmin polietlen torba içrisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəklmiş və onun çəkisinin 400,00 qrama yaxın olması müəyyən edilmişdir. Səmimi olaraq etiraf etdi ki, narkotik vasitəni bir gün əvvəl Kür çayının sahilindən taparaq gizlətdiyini, indi onu götürərək evə aparır, özü istifadə etmək üçün. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 06 may 2024-cü il tarixdə Elçin adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat müvəkkilləri Şahid1 və Şahid3la birlikdə Elçinin ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 15:50-16:00 radələrində Elçini yaşadığı evin yaxınlığında Elçin Hüseynov küçəsində əlində torba getdiyini görüb yaxınlaşıb özlərini təqdim etmiş və onun əlindəki polietilen torbada nə olması ilə maraqlanmışlar. Həmin vaxt Elçin əlindəki polietlen torbada qurudulmuş marixuana olduğunu bildirmişdir. Birlikdə rayon polis şöbəsinə getmişlər. Müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə vidoçəkilişlə üzərində baxış keçirilmişdir. Üzərində heç bir qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş, əlindəki polietilen torbanı təqdim etmiş, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu mlum olmuşdur. Sorğu zamanı o, təqdim etdiyi polietilen torbadakı kütləni bir gün əvvəl Kür çayının sahilində qoyulmuş zibil qutusunun yanında yerdən tapdığını, onu özünün qəbul etməsi üçün yaşadığı evə aparmaq istədiyini və ondan satmaq məqsədinin olmadığını bildirmiş, sonra onun üzərindən aşkar edilib götürülmüş həmin polietilen torba içrisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Səmimi olaraq etiraf etdi ki, narkotik vasitəni bir gün əvvəl Kür çayının sahilindən taparaq gizlətdiyini, indi onu həmin yerdən götürərək evə aparır, özü istifadə etmək üçün. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni Kür çayının sahilindən tapması barədə verdiyi ifadəyə inanmamışlar. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ərazidə yaşayan sakin kimi tanıyır. 06 may 2024-cü il tarixdə onun barəsində ona əməliyyat məlumat daxil olmuşdur, raportla rəhbərliyə müraciət etmişdir. Əməliyyat müvəkkilləri Şahid1 və Şahid2la birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 15:50 radələrində Elçini yaşadığı evin yaxınlığında Elçin Hüseynov küçəsində “Babazanlı” ərazisində əlində torba getdiyini görüb yaxınlaşıb özlərini təqdim etmiş və onun əlindəki polietilen torbada nə olması ilə maraqlanmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs torbada “nəşə” kimi tanıdığı qurudulmuş marixuana olduğunu bildirmişdir. Birlikdə rayon polis şöbəsinə getmişlər. Müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə vidoçəkilişlə üzərində baxış keçirilmişdir. Elçin polietilen torbanı təqdim etmiş, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu mlum olmuşdur. Sorğu zamanı o, təqdim etdiyi polietilen torbadakı kütləni bir gün əvvəl Kür çayının sahilində qoyulmuş zibil qutusunun yanında yerdən tapdığını, onu özünün qəbul etməsi üçün yaşadığı evə aparmaq istədiyini və ondan satmaq məqsədinin olmadığını bildirmiş, sonra onun üzərindən aşkar edilib götürülmüş həmin polietlen torba içrisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəklmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Salyan RPŞ-nin İB-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Arzu Hacıyevin 07 may 2024-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 13-cü vərəqində olan xx.xx.2024-cü il tarixli “Şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işinin 22-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 06 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüquqları 06 may 2024-cü il tarixdə, saat 15:50 dəqiqədən məhdudlaşdırılmış, 06 may 2024-cü il tarixdə saat 16:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 29-cu vərəqində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq Salyan RPŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işinin 30-31 vərəqlərində olan “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” 06 may 2024-cü il tarixli protokoldan görünür ki, Salyan RPŞ-nin İB-nin müstəntiqi X3 Azərbaycan Respublikası CPM-in 85.4.2, 207.4, 242 və 445.2-ci maddələrinin tələblərini rəhbər tutaraq tərtib edir həmin protokolu şübhəli şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Salyan rayon Vəkil Bürosunun vəkili X8, Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1, Salyan RPŞ-nin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili Şahid2, Salyan RPŞ-nin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili Şahid3, Salyan RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti Yüzbaşıyev Fuad Elxan oğlunun iştirakları ilə ondan ötrü ki, 2024-cü il mayın 06-da tərəfdən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi və götürmə istintaq hərəkətini keçirmişdir. Belə ki, Salyan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində saxlaması və daşımasına dair əsaslı şübhələr müəyyən edilmiş və o, 2024-cü il mayın 06-da saat 15:50 dəqiqədə Salyan şəhəri E.Hüseynov küçəsində yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 16:05 dəqiqədə rayon polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zərurəti yaranmışdır. Şəxsi axtarış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində tünd göy rəngli gödəkçə, ağ mavi rəngli uzunqol köynək, qara rəngli cins şalvar və qara rəngli ayaqqabı vardır. Şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri ilə bağlı yazılı bildiriş təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin anda sağ əlində tutduğu qırmızı rəngli sellofan torbanı masanın üzərinə qoymuşdur. Həsənovun təqdim etdiyi sellofan torbaya baxış keçirilərkən içərisində yaşıl rəngli, spesifik qoxulu narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadır və özünə məxsusdur. Təqsirləndirilən şəxs həmin kütləni 2024cü il mayın 05-də səhər saatlarında yaşadığı evin yaxınlığından keçən Kür çayının kənarında zibil atan zibil qutusunun yanında yerdən tapmış və istifadə etmək məqsədilə əvvəl gizlədib, sonra da aparacağını bildirmişdir. Həmçinin, həmin kütlədən heç kimə verməmiş yaxud satmamışdır. Təqsirləndirilən şəxs həmin kütləni üzərində salayarkən satış məqsədi olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən əlavə əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 1 ədəd sellofan torba elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 400 qram olmasi müəyyən olunmuşdur. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 01 ədəd selofan torba tərəfindən sellofana qoyularaq qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera ilə çəkiliş aparılmış, həmin videogörüntü diskə köçürülərək protokola əlavə olunacaqdır. Cinayət işinin 39-41-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 07 may 2024-cü il tarixli, 3-16-16/2-18/470 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan polietilen torbada olan 01 ədəd polietilen torbada təmiz çəkisi - 410 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf olundu- 0.10 qram, qalıq-409.90 qram. Cinayət işinin 48-49-cu vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin 08 may 2024-cü il tarixli qərarından görünür ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 61-62-ci vərəqlərində olan “qətimkan tədbirinin seçilməsi haqqında” Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin qərarından görünür ki, xx.xx.1965-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan şəhəri, E.Hüseynov küçəsi, ev 30-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 63-cü vərəqində olan “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 08 may 2024-cü il tarixli qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. Cinayət işinin 64-cü vərəqində olan “maddi sübut kimi tanıma haqqında” 08 may 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 409.90 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 72-73-cü vərəqlərində olan Salyan rayon İcra Hakimiyyəti başçısının Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 15 may 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, E.Hüseynov küçəsi, ev 30 ünvanında ailəsi ilə birlikdə yaşayır və onun haqqında Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 76-78-ci vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 80-ci vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X12 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X10 18-1-68/2-1048/2024 saylı, 23 may 2024-cü il tarixli məktunundan görünür ki, poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatına əsasən, Salyan şəhər sakini, Təqsirləndirilən şəxs 1997-ci il tarixindən “Tiryək” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır. Poliklinika şöbəsinin həkimpsixiatrı Xatirə Ağayevanın məlumatına əsasən qeydiyyatda yoxdur. Cinayət işinin 81-ci vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X7 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 431 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əlində tutduğu sellofan torbanı təqdim etmiş, sellofan torbaya baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmiş və həmin kütlə elektron tərəzidə çəkildikdə çəkisi 400 qram təşkil etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi - 409.90 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli, tutulduğu müddət nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində aparılmış ekspertizadan sonra qalıq qalmış 409.90 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 01 ədəd “DVD” disk iş materiallarında saxlanılması nəzərə alınamlıdır (CPM-132). Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün (06-08 may 2024-cü il) tarixlərində həbsdə saxlanılması nəzərə alınaraq bir günə bir gün hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi ziyan yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün (06-08 may 2024-cü il) həbsdə saxlanılması nəzərə alınaraq bir günə bir gün hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 23 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 409.90 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 01 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-116/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-116/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver