Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-117/2023 05.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X14 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - X1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili X10, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Fərdi qaydada fəaliyyət göstərən vəkil X4, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs3 və onun müdafiəçi Salyan Rayon Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx.xx.1987-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3cü maddəsinə əsasən 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 7(057)-468/2023 saylı, 17 avqust 2023-cü il tarixli qərarı ilə azadlığın məhudlaşdırılması cəzası 01 il 03 ay 10 gün müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmiş, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində "xxxx" qətimkanı seçilmiş, hazırda 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən X9 xx.xx.1990-cı ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində "xxxx" qətimkanı seçilmiş Təqsirləndirilən şəxs2 Şahkərim oğlunun xx.xx.1995-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində "xxxx" qətimkanı secilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü il fevralın 7-də, saat 23:30 radələrində Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus metal torlarla əhatə olunmuş saxlanc yeri hesab edilən əraziyə qapıdan keçməklə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus bir metrinin dəyəri 02 manat olan 60 metr uzunluğunda 20 mm diametrli metal borunu, bir metrinin dəyəri 05 manat olan 30 metr uzunluğunda 50 mm diametrli metal borunu, bir metrinin dəyəri 12 manat olan 30 metr uzunluğunda 40 mm diametrli metal armaturu, bir metrinin dəyəri 10 manat olan 120 metr uzunluğunda 100 mm diametrli metal borunun iki hissəyə ayrılmış hissələrini gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1830 manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdirlər. Bununla da, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, daimi olaraq heç bir yerdə işləmədiyi üçün maddi sıxıntıları və borcları olmuşdur. 2023-cü il fevralın 7-də saat 23 radələrində yaşadıqları qəsəbə ərazisində tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə görüşüb söhbət etdikləri vaxt bir-birilərinə maddi sıxıntılarından və borclarından danışmışlar. Həmin anda Təqsirləndirilən şəxs3 qəsəbə ərazisində yerləşən tanımadığı şəxsə məxsus bağ sahəsində istifadəsiz qalmış metal boruların, aramaturların olduğunu, həmin metalları oğurlayıb satmağı və əldə edəcəkləri pulu da yarı bölməyi təklif etmişdir. Həmin anda o da, Rəvan da Təqsirləndirilən şəxs3 təklifi ilə razılaşmışlar. Həmin günü saat 23:30 radələrində piyada halda Təqsirləndirilən şəxs3 ilə birlikdə həmin yerə getmişlər. Həmin yerdə tanımadığı şəxsə məxsus boş bağ sahəsi olmuş və həmin bağ sahəsi metal tor və böyürtkən kolları ilə əhatə olunmuşdur. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra qapının üzərində olan məftili çıxarıb qapını açmış və bağ sahəsinə daxil olmuşlar. Həmin bağ sahəsinin ətrafında da ayrı-ayrı şəxslərə məxsus bağ sahələri yerləşdiyi üçün yaxınlıqda yaşayış evi olmamışdır. Bağ sahəsinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs3 girişdən sağ tərəfdə metal torun və böyürtkən kollarının aşağı hissəsinə yığılmış metalları göstərib həmin metalları oğurlayacaqlarını demişdir. Həmin hissədə çəpərə paralel şəkildə metal borular, metal armaturlar və metal boruların 02 hissəyə kəsilmiş halda hissələri olmuşdur. Böyürtkən kollarının aşağısından həmin metal boruları, boru hissələrini və armaturları kənara dartaraq çıxardıqdan sonra yaxınlıqda yerləşən onun yaşadığı evin bağ sahəsinə daşımağı qərara almışlar. Böyük olan hissələri isə qatlayıb qıraraq daşıya biləcəkləri şəkilə salmışlar. Eyni zamanda, Rəvan özündə olan metal kəsən mişar dişliyi ilə metal boru hissələrini kiçik hissələrə bölmüş, metallar ağır olduğu üçün onları hissə-hissə daşımaq qərarına gəlmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs3 və Rəvan götürə biləcəkləri qədər metal boru, armatur və boru hissəsi götürüb daşımağa başlamış, təxminən 2 km aralıda yerləşən onun yaşadığı evin bağ hissəsinə gedərək götürdükləri metalları həmin yerə yığmışlar. Gecə vaxtı olduğu üçün yolda da onları heç kim görməmişdir. Daha sonra yenidən metalları götürdükləri bağ sahəsinə qayıtmışlar, götürə biləcəkləri qədər metallardan götürmüş və daşımağa başlamışlar. Həmin metalları da onun yaşadığı evin bağ sahəsinə aparmışlar. Orada oğurladıqları metalları növbəti gün səhər metal qəbul edən şəxsə satmaq barədə razılığa gəlmiş, bundan sonra hər kəs öz yaşadığı evə getmişdir. Növbəti gün, yəni fevralın 8-də saat 11 radələrində Təqsirləndirilən şəxs3 və Rəvan onun yaşadığı evə gəlmişlər. Həmin vaxt Rəvan əvvəlki müddətdən tanıdıqları Cavad adlı metal qəbul edən şəxsə zəng edib onun yaşadığı evə gəlməsini istəmişdir. O, əvvəlki müddətdə də öz həyətinə məxsus olan metalları Cavada satdığı üçün Cavad onu tanımışdır. Təxminən yarım saat sonra Cavad idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə onun yaşadığı evin yaxınlığına gəlmişdir. Evdə anası və nənəsi ilə birlikdə yaşasa da, lakin onlar həmin gündən təxminən 10-15 gün əvvəl Bakı şəhərinə getmişlər. Cavad onun yaşadığı evə gəldiyi vaxt o, telefonuna balans yükləmək üçün marketə getmiş, lakin yolda getdiyi vaxt Cavad da onu görmüşdür. Təxminən yarım saat sonra geri qayıtdığı vaxt artıq Cavad çıxıb getmiş, Təqsirləndirilən şəxs3 və Rəvan metalları Cavada satdıqlarını deyib ona 30 manat pul vermişlər. Sonrakı müddətdə həmin pulu özü üçün xərcləmiş, Təqsirləndirilən şəxs3 yaxud Rəvan ilə isə görüşməmişdir. Törətdiyi əməldən peşmandır, zərər çəkmiş şəxsə vurulmuş zərəri ödəmişlər, barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü il fevralın 7-də saat 23 radələrində yaşadıqları qəsəbə ərazisində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə görüşüb söhbət etdikləri Təqsirləndirilən şəxs3 onlara yaşadıqları qəsəbə ərazisində yerləşən tanımadığı şəxsə məxsus bağ sahəsində istifadəsiz qalmış metal boruların, armaturların olduğunu, həmin metalları oğurlayıb satmağı və əldə edəcəkləri pulu da bölməyi təklif etmişdir. Onlar da Təqsirləndirilən şəxs3 təklifi ilə razılaşmışlar. Saat 23:30 radələrində piyada halda Təqsirləndirilən şəxs3 göstərdiyi yerə getmişlər. Həmin bağ sahəsi metal tor və böyürtkən kolları ilə əhatə olunmuşdur. Həmin bağ sahəsinin ətrafında da ayrı-ayrı şəxslərə məxsus bağ sahələri yerləşdiyi üçün yaxınlıqda yaşayış evi olmamışdır. Bağ sahəsinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs3 girişdən sağ tərəfdə metal torun və böyürtkən kollarının aşağı hissəsinə yığılmış metalları göstərib həmin metalları oğurlayacaqlarını demişdir. Həmin hissədə çəpərə paralel şəkildə metal borular, metal armaturlar və metal boruların 02 hissəyə kəsilmiş halda hissələri olmuşdur. Birlikdə böyürtkən kollarının aşağısından həmin metal boruları, boru hissələrini və armaturları kənara dartaraq çıxardıqdan sonra yaxınlıqda yerləşən Təqsirləndirilən şəxs1 yaşadığı evin bağ sahəsinə daşımağı qərara almışlar. Böyük olan hissələri isə qatlayıb qıraraq daşıya biləcəkləri şəkilə salmışlar. Eyni zamanda, o, özündə olan metal kəsən mişar dişliyi ilə metal boru hissələrini kiçik hissələrə bölmüş, metallar ağır olduğu üçün onları hissə-hissə daşımaq qərarına gəlmişlər. Bundan sonra götürə biləcəkləri qədər metal boru, armatur və boru hissəsi götürüb daşımağa başlamış, təxminən 2 km aralıda yerləşən Təqsirləndirilən şəxs1 yaşadığı evin bağ hissəsinə gedərək götürdükləri metalları həmin yerə yığmışlar. Gecə vaxtı olduğu üçün yolda da onları heç kim görməmişdir. Daha sonra yenidən metalları götürdükləri bağ sahəsinə qayıtmışlar. Yenə də götürə biləcəkləri qədər metallardan götürmüş və daşımağa başlamışlar. Həmin metalları da Təqsirləndirilən şəxs1 yaşadığı evin bağ sahəsinə aparmışlar. Orada oğurladıqları metalları növbəti gün səhər metal qəbul edən şəxsə satmaq barədə razılığa gəlmiş, bundan sonra hər kəs öz yaşadığı evə getmişdir. Növbəti gün, yəni fevralın 8-də saat 11 radələrində Təqsirləndirilən şəxs3 ilə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişlər. Həmin vaxt o, əvvəlki müddətdən tanıdığı Cavad adlı metal qəbul edən şəxsə zəng edib Təqsirləndirilən şəxs1 yaşadığı evə gəlməsini istəmişdir. Təqsirləndirilən şəxs1 əvvəlki müddətdə də öz həyətinə məxsus olan metalları Cavada satdığı üçün Cavad Təqsirləndirilən şəxs1 tanımışdır. Yarım saat sonra Cavad “Qazel” markalı yük avtomobili ilə Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığına gəlmişdir. Cavad həmin yerə gəldiyi vaxt Təqsirləndirilən şəxs1 marketə getdiyini deyib onların yanından uzaqlaşmış, lakin Cavad da Təqsirləndirilən şəxs1 görmüşdür. Təqsirləndirilən şəxs3 ilə birlikdə Cavada bağa yığdıqları metalları göstərib həmin metalların Təqsirləndirilən şəxs1 məxsus olduğunu və satmaq istədiklərini demişlər. Cavad özü də Təqsirləndirilən şəxs1 gördüyü və tanıdığı üçün onlarla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs3 ilə birlikdə metalları Cavada məxsus yük avtomobilinin yük yerinə yığmışlar. Cavad həmin metalları tərəzi ilə çəkdikdən sonra onlara ümumilikdə 90 manat pul vermiş və çıxıb getmişdir. Həmin 90 manat pulu 3 yerə bölmüş və Təqsirləndirilən şəxs1 gəldikdən sonra ona 30 manat pul vermişlər. Eyni zamanda göstərmişdir ki, törətdiyi əməldən peşmandır. Himayəsində 04 azyaşlı uşağı var. Zərər çəkmiş şəxslə barışmışlar, ona dəymiş ziyanı tam ödəmişdilər. Həmin ziyandan 1000 manatını özü ödəmişdir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2023cü il fevralın 7-də saat 23 radələrində yaşadıqları qəsəbə ərazisində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə görüşüb söhbət etdikləri vaxt birbirilərinə maddi sıxıntılarından və borclarından danışmışlar. Fevral ayının əvvəlində yaşadığı qəsəbə ərazisində yerləşən tanımadığı şəxsə məxsus bağ sahəsində istifadəsiz qalmış metal boruların, armaturların olduğunu gördüyü üçün həmin anda Təqsirləndirilən şəxs1 və Rəvana bu barədə deyib həmin metalları oğurlayıb satmağı və əldə edəcəkləri pulu da bölməyi təklif etmişdir. Həmin anda Təqsirləndirilən şəxs1 də, Rəvan da onun təklifi ilə razılaşmışlar. Saat 23:30 radələrində piyada halda onun göstərdiyi yerə getmişlər. Həmin yerdə tanımadığı şəxsə məxsus boş bağ sahəsi olmuş və həmin bağ sahəsi metal tor və böyürtkən kolları ilə əhatə olunmuşdur. Kənddaxili yolun kənarında yerləşən həmin bağ sahəsinin metal tordan olan qapısı olmuşdur. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra qapının üzərində olan məftili çıxarıb qapını açaraq bağ sahəsinə daxil olmuşlar. Bağ sahəsinə daxil olduqdan sonra o, girişdən sağ tərəfdə metal torun və böyürtkən kollarının aşağı hissəsinə yığılmış metalları göstərib həmin metalları oğurlayacaqlarını demişdir. Həmin hissədə çəpərə paralel şəkildə metal borular, metal armaturlar və metal boruların 02 hissəyə kəsilmiş halda hissələri olmuşdur. Birlikdə böyürtkən kollarının aşağısından həmin metal boruları, boru hissələrini və armaturları kənara dartaraq çıxardıqdan sonra yaxınlıqda yerləşən Təqsirləndirilən şəxs1 yaşadığı evin bağ sahəsinə daşımağa qərar vermişlər. Böyük olan hissələri isə qatlayıb qıraraq daşıya biləcəkləri şəkilə salmışlar. Eyni zamanda, Rəvan özündə olan metal kəsən mişar dişliyi ilə metal boru hissələrini kiçik hissələrə bölmüşdür. Metallar ağır olduğu üçün onları hissə-hissə daşımaq qərarına gəlmiş, bundan sonra o, Təqsirləndirilən şəxs1 və Rəvan götürə biləcəkləri qədər metal boru, armatur və boru hissəsi götürüb daşımağa başlamışlar. Təxminən 2 km aralıda yerləşən Təqsirləndirilən şəxs1 yaşadığı evin bağ hissəsinə gedərək götürdükləri metalları həmin yerə yığmışlar. Gecə vaxtı olduğu üçün yolda onları heç kim görməmişdir. Daha sonra yenidən metalları götürdükləri bağ sahəsinə qayıtmışlar. Yenə də götürə biləcəkləri qədər metallardan götürmüş və daşımağa başlamışlar. İkinci dəfə bağ sahəsindən çıxdıqları vaxt bağın qapısını da bağlamışlar. Həmin metalları da Təqsirləndirilən şəxs1 yaşadığı evin bağ sahəsinə aparmışlar. Orada oğurladıqları metalları növbəti gün səhər metal qəbul edən şəxsə satmaq barədə razılığa gəlmiş, bundan sonra hər kəs öz yaşadığı evə getmişdir. Növbəti gün, yəni fevralın 8-də saat 11 radələrində o, Rəvan ilə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişdir. Həmin vaxt Rəvan əvvəlki müddətdən tanıdığı Cavad adlı metal qəbul edən şəxsə zəng edib Təqsirləndirilən şəxs1 yaşadığı evə gəlməsini istəmişdir. Təxminən yarım saat sonra Cavad idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığına gəlmişdir. Cavad həmin yerə gəldiyi vaxt Təqsirləndirilən şəxs1 marketə getdiyini deyib onların yanından uzaqlaşmış, lakin Cavad da Təqsirləndirilən şəxs1 görmüşdür. Rəvanla birlikdə Cavada bağa yığdıqları metalları göstərib həmin metalların Təqsirləndirilən şəxs1 məxsus olduğunu və satmaq istədiklərini demişlər. Cavad özü də Təqsirləndirilən şəxs1 gördüyü və tanıdığı üçün onlarla razılaşmışdır. Bundan sonra o, Rəvanla birlikdə metalları Cavada məxsus yük avtomobilinin yük yerinə yığmışlar. Cavad həmin metalları tərəzi ilə çəkdikdən sonra onlara ümumilikdə 90 manat pul vermiş və çıxıb getmişdir. Həmin 90 manat pulu 3 yerə bölmüş və Təqsirləndirilən şəxs1 gəldikdən sonra sonuncuya da 30 manat pul vermişlər. Sonrakı müddətdə 30 manat pulu özü üçün xərcləmiş, Təqsirləndirilən şəxs1 yaxud Rəvan ilə isə görüşməmişdir. Törətdiyi əməldən peşmandır, özünü təqsirli hesab edir və məsuliyyətini dərk edir. Eyni zamanda göstərmişdir ki, himayəsində bir azyaşlı oğlu var. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması barədə protokollar, təqsirləndirilən şəxslərin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, zərər çəkmişin, şahid ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Salyan rayonu, Qaraçala qəsəbəsində özünə məxsus fərdi yaşayış evi, eyni zamanda, həmin evin yaxınlığında boş bağ sahəsi var. Təxminən 4-5 il əvvəl həmin bağ sahəsində çardaq quraşdırmış və üzümçülüklə məşğul olmuşdur. Lakin 02 il əvvəl həmin çardağı sökərək metal hissələrini bağın kənarında çəpərin yanında yerə yığmışdır. Bağ bütünlüklə metal torla əhatə olunmuşdur və metaldan olan giriş qapısı var. Hərdən həmin bağ sahəsinə gedərək nəzarət etmiş, bağ sahəsinin qapısını isə məftillə bağlamışdır. Sonuncu dəfə 2023-cü il fevralın 7-də səhər saatlarında bağın yaxınlığından keçərkən bağın kənarında olan metalların yerində olduğunu və qapının bağlı olduğunu görmüşdür. Fevralın 8-də səhər saatlarında isə yenə də bağın yanından keçdiyi vaxt giriş qapısının qarışında yerdə armatur hissəsi olduğunu görmüş, eyni zamanda, bağda çəpərin kənarına yığılmış metalların yerində olmadığını aşkar etmişdir. Bağa daxil olub ətraflı şəkildə baxdıqdan sonra məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər fevralın 7-də gecə saatlarında bağa daxil olaraq orada yığdığı metalları oğurlamışlar. İlkin olaraq bu barədə şikayət etmək istəməsə də, lakin fevralın 9-da bu barədə şikayət etmək qərarına gəlmiş və Salyan Rayon Polis Şöbəsinə gələrək bu barədə ərizə yazmışdır. Bağ sahəsində ona məxsus 60 metr uzunluğunda 20 mm diametrli metal boru, 30 metr uzunluğunda 50 mm diametrli metal boru, 30 metr uzunluğunda 40 mm diametrli metal armatur, 120 metr uzunluğunda 100 mm diametrli metal borunun iki hissəyə ayrılmış hissələri olmuşdur. Metal armaturun 1 metrinin dəyəri 12 manat olmuş, digər əmlakların hər birinin ayrı-ayrılıqda konkret dəyərlərini bilməsə də, oğurluq nəticəsində ona ümumilikdə 1830 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsləri tanıdığını, ayrıayrı vaxtlarda həmin şəxslərə işləmək üçün iş verdiyini, maddi yardım üçün ona müraciət etdikdə onlara imkanı daxilində maddi yardım göstərdiyini göstərmişdir. Eyni zamanda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 12 sentyabr 2023-cü il tarixində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş ziyanın ödənildiyi üçün barələrində şikayətçi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qisimində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, səyyar şəkildə metal satan şəxslərdən 35 qəpiyə metal qəbul edir, daha sonra həmin metalları Salyan rayonu, Parça Xalac kəndində yerləşən qardaşına məxsus metal qəbulu məntəqəsinə 40 qəpiyə satır. Qəbul etdiyi metalları özünə məxsus “Qazel” markalı yük avtomobil ilə daşıyır. Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır. Röyal yaşadığı evdə olan metal su qızdırıcı sobanı ona satmış, həmin vaxt Röyalın anası və nənəsi də yanında olmuşdur. Bundan başqa, bir neçə ay əvvəl Röyal 03 dəfə ayrı-ayrı vaxtlarda ona müxtəlif çəkilərdə öz yaşadığı evə məxsus olan metallar satmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da uzun müddətdir tanıyır, onlar da əvvəlki müddətdə ona öz həyətlərinə məxsus müxtəlif metallar satmışlar. 2023-cü il fevralın 8-də saat 11 radələrində Rəvan ona zəng edərək Təqsirləndirilən şəxs1 həyətində metallar olduğunu deyib həmin metalları götürməyi üçün getməyini istəmiş, Təqsirləndirilən şəxs1 özünün nə üçün zəng etmədiyini soruşduqda telefonunda balansının olmadığını demişdir. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs1 Rəvanın mobil telefonu ilə ona zəng edərək yaşadığı evə getməyini istəmiş, o da idarə etdiyi “Qazel” markalı avtomobili ilə Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişdir. Həmin yerə çatdığı vaxt Təqsirləndirilən şəxs1 qısa müddətli işinin olduğunu deyib çıxıb getmiş, Rəvan və Təqsirləndirilən şəxs3 isə həmin yerdə olmuşlar. Daha sonra Rəvan və Təqsirləndirilən şəxs3 ona Təqsirləndirilən şəxs1 yaşadığı evin bağ hissəsində yerə yığılmış metalları göstərib həmin metalların Təqsirləndirilən şəxs1 məxsus olduğunu və satmaq istədiklərini demişlər. Əvvəlki müddətdə də Təqsirləndirilən şəxs1 özünə məxsus metallar aldığı üçün onlara inanmışdır. Daha sonra dəmir kəsən mişarla yerə yığılmış metalları hissələrə bölüb tərəzidə çəkərək avtomobilin yük yerinə yığmışdır. Metalların ümumi çəkisi 300 kiloqrama yaxın olduğu üçün hər kiloqramı 33 qəpikdən olmaqla Təqsirləndirilən şəxs3 90 manat pul vermişdir. Bundan sonra həmin yerdən uzaqlaşıb digər ərazilərə gedərək müxtəlif şəxslərdən metal qəbul etmişdir. Həmin gün topladığı metalları məntəqəyə təhvil vermişdir. Məntəqədə yığılmış metallar həftədə 01 gün yük avtomobilinə yüklənərək əridilməsi üçün Bakı şəhərinə zavoda göndərilir. Fevralın 9-da da səhər saatlarında məntəqədə yığılmış bütün metallar, o cümlədən Təqsirləndirilən şəxs1 aldığı metallar əridilməsi üçün Bakı şəhərinə zavoda göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X3 23 fevral 2023-cü il tarixli qərarından görünür ki, Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs 2023-cü il fevralın 9-da Salyan rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək fevralın 7-də özünə məxsus həyətyanı sahədən ümumilikdə 3000 manat dəyərində olan müxtəlif metalların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması ilə bağlı məlumat vermiş və ilkin araşdırma zamanı Salyan rayonu, Qaraçala qəsəbə sakinləri Tağıyev X12 Röyal Arzu oğlu və Təqsirləndirilən şəxs2 2023-cü ilin fevralın 7-də saat 23:30 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus bağ sahəsinə qanunsuz daxil olara oradan sonuncuya məxsus ümumilikdə 3000 manat dəyərində olan müxtəlif metalları gizli yolla talamalarına dair əsaslı şübhələr müəyyən edilmiş, həmin fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 8-14-cü vərəqlərində olan 09 fevral 2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Salyan rayonunun, Qaraçala qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəyə baxış keçirilmiş və fotoşəkilləri çəkilmişdir. Cinayət işinin 25-ci vərəqində olan 13 fevral 2023-cü il tarixli məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işinin 52-ci vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin № 9/1172 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən və rəydəki cədvəldən görünür ki, 20 mm və 50 mm diametrli metal boruların, 40 mm diametrli armaturun və 100 mm diametrli metal borunun iki hissəyə ayrılmış hissəsinin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxmini 17 manat müəyyən edilmişdir. Cinayət işinin 36-41-ci vərəqlərində olan Salyan rayon İHB-nın Qaraçala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində tərtib olunmuş 21 fevral 2023-cü il tarixli, 237, 240 və 241 nömrəli arayışlardan və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 subaydır və barəsində yaşayış yeri üzrə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs2 evlidir və barəsində yaşayış yeri üzrə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs3 evlidir, barəsində yaşayış yeri üzrə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 42-ci vərəqində olan “zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 51-52-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1172 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş malların 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 17,0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işinin 64-67-ci vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb olunmamışdırlar, Təqsirləndirilən şəxs1 isə cinayət işinin 68- 75-ci vərəqlərində olan 06 oktyabr 2022-ci il tarixli, 1(001)-596/2022 saylı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin 76-85-ci vərəqlərində olan 02 mart 2023-cü il tarixli və 171-175-ci vərəqlərində olan 02 mart 2023-cü il tarixli “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokollar və həmin protokollara əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2023-cü il fevral ayının 7-də Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bağ sahəsindən Təqsirləndirilən şəxs3 ilə, üçü birlikdə müxtəlif metalları necə oğurlaması və onları öz yaşadığı evin bağ sahəsində yığdıqları yer əks olunmuşdur. Cinayət işinin 93-94-cü vərəqlərində olan 11 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 121-122-ci vərəqlərində olan 16 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 138-ci vərəqindən görünür ki, Təqsirləndirilən şəxs3 Salyan RPŞ-ya çağırışdan yayınmışdır və barəsində məcburi qaydada istintaq orqanına gətirilməsi haqqında qərar çıxmışdır. Cinayət işinin 142-ci vərəqindən olan ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Salyan RPŞ-nin rəisi Nəzər Əsgərova ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanın 1000 manatını artıq ödədiyini və ona qarşı şikayətinin və ya tələbinin olmamasını bildirmişdir. Cinayət işinə əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən yazılmış və 12 sentyabr 2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin dəftərxanasına daxil olmuş ərizədən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı şikayəti yoxdur. Cinayət işinin 147-ci vərəqində olan “şübhəli şəxs barəsində axtarış elan edilməsi və ittiham elan edilməsində ötrü tutulması haqqında” 26 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 ittiham elan edilməsində ötrü barəsində axtarış elan edilmiş və müəyyən edildikdə tutularaq Salyan RPŞ-nin müvəqqəti saxlama yerinə təqdim edilmişdir. Cinayət işinin 176-177-ci vərəqlərində olan 04 iyun 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinə əlavə olunmuş Salyan Rayon Məhkəməsinin 7(057)-468/2023 saylı, 17 avqust 2023-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-596/2022 saylı, 06 oktyabr 2022-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına təyin edilmiş Təqsirləndirilən şəxs1 cəzasının hər iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla bir il üç ay on gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikasının CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onların əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 himayələrində azyaşlı uşaqlarının olmasını, hər üç təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilməsi və zərər çəkmiş şəxslə barışıq əldə edilməsi yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməsi şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzanın-yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlıqdan məhrumetmə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəza növünün, yəni, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq sayır, belə ki, sonuncular zərər çəkmişə dəymiş ziyanın ödənilməsində fəal iştirak etmişlər və himayələrində azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəza çəkməsinin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1 və 158.6), barəsində “həbs” qətimkan tədbiri seçilməli, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirlənidirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 istintaq zamanı tutma altında saxlandığı 2 (iki) gün müddət azadlıqdan mərhumetmənin bir günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə həmin maddələrdə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddələr tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini, müsbət və mənfi cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 7(057)- 468/2023 saylı, 17 avqust 2023-cü il tarixli qərarı ilə təyin edilmiş 01 il 01 ay 22 gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsini hazırki hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirməklə üzərində qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini, müsbət və mənfi cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş əvvəlki cəza azadlıqdan məhrumetmə ilə əlaqədar olmadığından onun tərəfindən hazırkı iş üzrə yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaratmır. Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilməli və onun faktiki azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yanlız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müvafiq olaraq məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkilləri X19, X16 və fərdi fəaliyyət göstərən X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olması qənaətinə gəlir. Belə ki, müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili X13, fərdi qaydada fəaliyyət göstərən vəkil X5 və Salyan Rayon Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdikləri 15 iş saatına görə 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Salyan Rayon Vəkil Bürosunun hesabına və Fərdi qaydada fəaliyyət göstərən vəkil X4 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 il 03 ay 10 gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi olan 01 il 01 ay 22 gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 oktyabr 2023-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "xxxx" qismində qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun Salyan Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərarı ilə faktiki azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza çəkmə müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən evini axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 istintaq zamanı tutma altında saxlandığı 2 (iki) gün müddət azadlıqdan mərhumetmənin bir günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən evini axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili X13 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs1 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesabına köçürülsün. Salyan Rayon Vəkil Bürosunun vəkili X11 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesabına köçürülsün. Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil X6 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2**********0000001944 VÖEN ********** hesablarına köçürülsün. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu və həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan 20 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-117/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-117/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver