Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-119/2023 03.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, X3 nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə X3 X4 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X6 rayon məhkəməsinə verdiyi şikayət ərizəsində 10 oktyabr 1955-ci ildə Salyan rayonunda anadan olmuş, əvvəllər Azərbaycan Respublikası CM-nın 178.2.2 və 178.2.4cü maddlərində nəzərdə tutulan dələduzluq cinayətlərini törətdiyinə görə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət məsuliyyətndən azad edilmiş, hazırda Salyan rayonu, Həsənli kəndində qeydiyyatda olan və yaşayan X4 ona qarşı Azərbaycan Respublikası CM-nın 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş böhtan cinayətini törətdiyinə görə təqsirli bilinib ona həmin cinayət qanunun maddələrində nəzərdə tutulmuş ən ağır sanksiyanın tətbiq edilməsi haqqında ittiaham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 nümayəndəsi vəkil Nümayəndə bildirmişdir ki, verilmiş şikayət Salyan Rayon Məhkəməsinə aiddir.Şikayətdə törədilmiş cinayət barədə məlumatlar tam qeyd olunmuş, X4 DİN-nin 102 xidmətinə dəfələrlə zəng edərək X5 şərəf və ləyaqətini alçaltmış, onu ağır cinayət törətməkdə ittiham edərək böhtan atmışdır. Odur ki, X1 Azərbaycan Respublikası CM-nın 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb olunması məqsədi ilə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X2 rəsmi məhkəmə bildirişi göndərilmiş, lakin sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə X3 nümayəndəsi vəkil Nümayəndə dinləyib ərizə və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, ərizə Azərbaycan Respublikası CPM-nın 293-cü maddəsinin tələblərinə uyğun olmayan formada tərtib olunduğundan icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, ərizədə törədilmiş cinayət haqqında məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) qeyd olunmamış, əməlin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi qeyd olunmamışdır. Azərbaycan Respublikası CPM-nın 293.3-cü maddəsində qeyd olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Qeyd edilənlərə əsasən X3 xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunaraq icraata qəbul olunmasından imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 293,302, 321 və 384.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: X3 X4 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar müşavirə otağında kompyüterdə hazırlanmışdır. Sədrlik edən Hakim Ağarza Səmədov
Məhkəmə qərarları › İş №1(057)-119/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №1(057)-119/2023
03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver