Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-12/2023 10.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ 10 yanvar 2023-cü ildə Salyan şəhərində Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Məhkəmə iclas katibi X2 Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1967-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Salyan şəhəri Q. Əsgərov küçəsi ev 22-də qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin əldə edib yerini dəyişməklə üzərində daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə şəxsi axtarışı keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə ona məxsus ümumi təmiz çəkisi 0,486 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 28 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində Salyan şəhərində yaşadığı Qulu Əsgərov küçəsində olarkən yerdə içərisində metamfetamin olan olan bir büküm görmüş və istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 11 radələrində yaşadığı Salyan şəhəri Qulu Əsgərov küçəsində olarkən polis əməkdaşları onu tutub polisə aparmışlar. Salyan Rayon Polis Şöbəsində axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir bükümü təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş bir bükümdəki maddənin “patı” adlandırdıqları metamfetamin olduğunu, özünə məxsus olmaqla onu həmin gün səhər saatlarında yaşadığı küçədə yerdən tapdığını, özünün istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir.Təqdim etdiyi bir ədəd büküm içərisindəki maddə ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,67 qram olması müəyyən edilmişdir. Sonra həmin büküm ekspertizaya göndərilməsi üçün kağız paketə qoyularaq götürülmüşdür. Törətdiyi əmələ görə peşimandır,bir daha belə hərəkətlərə yol verməyəcəyini qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Məhkəmədə şahid kimi dindirilmiş Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, əldə olunmuş əməliyyat məlumatları əsasında 28 oktyabr 2022-ci il tarixdə tərəfindən raportla məruzə edilərək Salyan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və alınmış məlumatın yoxlanılması üçün şöbədə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuşdur. Bu məqsədlə Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. 28 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı Salyan şəhəri, Q. Əsgərov küçəsində olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim edərək birlikdə Salyan Rayon Polis Şöbəsinə getməyi ona təklif etmişlər. Bundan sonra birlikdə rayon polis şöbəsinə gəlmiş, polis şöbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, qadağan olunmuş əşya və ya predmet vardırsa çıxarıb onları özü təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir büküm çıxarıb onu təqdim etmiş və bildirmişdir bükümün içərisindəki onların öz aralarında “patı” kimi adlandırdıqları maddədir, onu həmin gün səhər saatlarında yaşadığı küçədə yerdən tapmışdır. Həmin bükümün içərisinə baxıldıqda orada ağ rəngli, kristal formalı, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar maddə olduğu aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yerdən tapdığı həmin bükümdəki maddəni özü qəbul etmək üçün üzərində saxlamış, ondan kiməsə də verməmiş və ya satmamışdır. O, heç vaxt narkotik vasitələrin qanunsuz satışı ilə də məşğul olmamış, yalnız onun qəbul edəni olmuşdur. Hazırda səhvini başa düşməklə tutduğu əməldən də səmimi peşimandır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdəki maddə elektron tərəzidə çəkilmiş, çəkisinin 0,67 qram olması müəyyən edilmiş, sonra həmin büküm ekspertizaya təqdim edilməkdən ötrü kağız paketə qoyulub qablaşdırılmış, ağzı möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilmiş və həmin protokola özü də imza etmişdir. İş üzrə şahid kimi dindirilmiş Şahid2 Şahid1 dediklərini bir daha təsdiqləmişdir. Məhkəmədə elan olunmuş 28 oktyabr 2022-ci il tarixli şəxsi axtarış, götürmə barədə protokoldan və videogörüntüdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində axtarış aparılan zaman onun üzərindən bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 28 oktyabr 2022-ci il tarixli, 18/1170 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi–0,486 qram olan maddə kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazsində dövriyyəsi qadağan edilmiş psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı"na daxildir. (İ siyahı) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1122 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,436 qram psixotrop maddə olan metamfetamin 31 oktyabr 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Salyan Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmündə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən və Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 06 mart 2018-ci tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsinə əsasən 02 il, 02 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və o, 2019-cu il dekabrın 27-də Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən 05 ay 07 gün müddətinə cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 05 ay 07 gün müddətindən vaxtından əvvəl şərti azad olunmuş və həmin müddət başa çatmamış, 18 aprel 2020-ci ildə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Ona görə də Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən 05 ay 07 gün müddətinə cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə ləğv olunmuş və ona CM-nın 67-ci madəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində olan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 7(001)423/2019 saylı qərarı ilə azadlıqdan məhrum etmə cəzasının beş ay yeddi gün müddətə şərti olaraq vaxtında əvvəl azad etmə ləğv edilmiş, Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə ona təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində iki il dörd ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 aprel 2020-ci il tarixdən 17 iyul 2020-ci il tarixədək həbsdə olduğu üç ay bir gün müddət ona təyin edilmiş iki il, dörd ay müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanmış və üzərində iki il, iyirmi doqquz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nın 76.6.3-cü maddəsində qeyd olunmuşdur ki, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Salyan Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nurlan Mirzəyevin vermiş olduğu 29 iyul 2020-ci il tarixli 44776-20/04 saylı arayışından aydın olmuşdur ki, Elyasov X3 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən 05 ay 07 gün müddətinə cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2020-ci ildə icra şöbəsində qeydiyyata alınmış,xx.xx.2020-ci il tarixdə AR CM-nın 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmiş və törətdiyi hazırkı cinayətə görə ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalı olduğu üçün törətdiyi cinayətlərin residivi təhlükəli sayılmalıdır. Ona görə də məhkəmə ona təhlükəli residivə görə cəza təyin olunmasını ədalətli, qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CM-nın 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.2. Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, törətdiyi əməli səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cinayətlərin təhlükəli residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci il tarixdən 30 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu iki gün müddət ona təyin olunmuş cəza müddətinə hesablanmalıdır. Barəsində seçilmiş 30 oktyabr 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2023-cü ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, narkoloji kabinetdə profilaktiki qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan bir CD diskinin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. İş üzrə maddi sübut-Salyan rayon polis şöbəsində saxlanılan 0,436 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci il tarixdən 30 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu iki gün müddət ona təyin olunmuş cəza müddətinə hesablansın, üzərində bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş 30 oktyabr 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə profilaktiki qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut-Salyan rayon polis şöbəsində saxlanılan 0,436 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir CD diskinin cinayət işinə əlavə olunması nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-12/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-12/2023
10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver