Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-12/2025 14.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X12 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, məhkum olunmamış, Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 245-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 245-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qəbir üzərində təhqiredici hərəkət etmə cinayət əməlini törətmişdir. Belə ki, o, Salyan rayonu Çuxanlı kənd orta məktəbində müəllimə işləyən və onunla qonşuluqda yaşayan Şahid1 qarşı olan öz şəxsi hisslərinə qarşılıq almamağı səbəbindən sonuncunun guya əxlaqsız həyat tərzi keçirdiyini əri Zərərçəkmiş şəxs bildirmək məqsədilə arvadı Leylanın əxlaqsızlıqla məşğul olması, bununla da kənd cavanlarının və peşə fəaliyyəti ilə bağlı dərs dediyi şagirdlərin tərbiyəsinə və mənəviyyatına xələl gətirdiyini əsas gətirərək 2024-cü ilin mart ayından başlayaraq bu məzmunda çoxsaylı anonim məktublar yazıb Şahid1 yaşadığı evin həyətinə və əri Zərərçəkmiş şəxs məxsus avtomobilə ataraq, həmçinin sonuncuların işlədiyi Çuxanlı kənd orta məktəbinin və rayon təhsil şöbəsinin rəhbərliyinin ünvanına həmin məzmunda anonim ərizələr yazıb göndərərək Zərərçəkmiş şəxs arvadı Leyladan boşanmasına, yaxud onların yaşadıqları kənddən köçüb getmələrinə nail olmadığını görüb 2024-cü il iyunun 4-də gündüz saatlarında Çuxanlı kənd qəbirstanlığına gəlib Zərərçəkmiş şəxs burada dəfn olunmuş mərhum atası X3 qəbirüstü şəkilli məzar daşının üzərinə ağ rəngli təbaşirlə gəlini Şahid1 əxlaqsızlıqla məşğul olması barədə nalayiq məzmunda ifadələr yazaraq qəsdən ictimai mənəviyyatı, xalq arasında ümumi qəbul edilmiş qaydaları, bu sahədə mövcud olan adət və ənənələri kobud surətdə pozaraq mərhum Ağadadaş Heybətovun qəbri üzərində təhqiredici hərəkətlər etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 245-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 245-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ailəsilə birlikdə Salyan rayonu Çuxanlı kəndində yaşayır. 1981-ci ildən 2010-cu ilədək hərbi hava qüvvələrində baş gizir rütbəsində müxtəlif vəzifələrdə xidmət etmişdir, Əfqanstan və İ Qarabağ müharibəsi veteranıdır, hazırda təqaüdə çıxmışdır, fərdi qaydada kafel-metlax, tamet döşənməsi ilə məşğuldur. Şahid1 onunla yanbayan yaşayan qonşusudur, qonşusu Elşənə ərə gəlmişdir. Leyla və Elşən Salyan rayon Çuxanlı kənd Z.Həmidov adına tam orta məktəbdə müəllim işləyirlər. Onlarla həmişə münasibəti normal olmuşdur, aralarında ədavət və ziddiyyət olmamışdır. Leylanın əxlaqsızlıqla məşğul olması barədə hazırda adlarını xatırlamadığı digər həmkəndlilərindən eşitmişdir. Bütün bunlardan sonra Leylagillə yanbayan qonşu olduğu və öz evində qız uşağı böyütdüyü üçün Leylanın əxlaqsızlığının qarşısını almaq qərarına gəlmişdir. Buna görə Elşənin öz arvadı Leylanı boşayıb və ya qonşuluqdan köçüb getmələri üçün bir neçə dəfə Leylanın Əmirxan ilə və digər şəxslərlə əxlaqsızlıq etməsi barədə anonim məktubları öz xətti ilə yazıb Elşənin avtomobilinə və həyətindəki tövləsinə qoymuşdur. Daha sonra poçt vasitəsi ilə Elşənin və Leylanın işlədiyi kənd orta məktəbin direktoruna, Salyan Rayon Təhsil Şöbəsinin müdirinə Leylanın əxlaqsızlığı barədə anonim məktublar yazlb göndərmişdir. Bundan başqa Elşənin diqqətini bu məsələyə cəlb etmək üçün gündüz vaxtı küçədə heç kim olmayanda qara rəngli markerlə Elşənin yaşadığı evin küçə darvazasının üzərinə öz əli ilə Leylanın əxlaqsızlıqla məşğul olması barədə nalayiq məzmunda ifadələr yazmışdır. Lakin Elşən bunlardan bir nəticə çıxartmayıb Leylanı boşamamışdır. Buna görə, o, 2024-cü il iyunun 4-də gündüz saatlarında kənd qəbiristanlığında öz oğlunun məzarını ziyarət etdikdən sonra geri qayıdarkən yaxınlıqda Elşənin atası Ağadadaşın məzarının görüb baş daşının üzərinə gəlini Leylanın əxlaqsızlıqla məşğul olması barədə nalayiq məzmunda ifadələr yazmaq qərarına gəlmişdir. Buna görə öz avtomaşınında olan alçipandan qopartdığı ağ rəngli təbaşir parçası ilə Ağadadaşın məzar daşı üzərinə öz xətti ilə Leylanın əxlaqsızlıqla məşğul olması barədə nalayiq məzmunda ifadələr yazmışdır. Həmin yazını ona görə yazmışdır ki, düşünmüşdür ki, Elşən atasının məzarını ziyarət etməyə gəldikdə bu sözləri oxuyub arvadının pozğun olduğuna inanıb Leylanı boşayacaqdır. Məzar daşına həmin yazıları yazmaqda başqa məqsədi olmamışdır. O, məzar daşının üzərini cəmi bir dəfə yazmışdır, lakin Elşənin həmin yazıları görüb-görmədiyini bilməmişdir. Əvvəllər Leylaya bir qonşu kimi bəzən “WhatsApp” tətbiqi vasitəsilə mesajlar yazmışdır, onun paylaşdığı şəkillərə münasibətini bildirmişdir, lakin heç vaxt Leylaya “səni sevirəm” məzmunda mesaj yazmamışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Müharibə veteranı olduğunu, himayəsində bir azyaşlı uşağının olması və psixi pozuntusu olduğunu nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qəbir üzərində təhqiredici hərəkət etmə cinayətini törətməsi onun etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-xətşünaslıq ekspertizası üzrə rəy, digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar və cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin, işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Salyan rayonu Çuxanlı kəndində yaşayır, 2018-ci ildən Salyan rayonu Çuxanlı kənd Z.Həmidov adına tam orta məktəbin tədris və təlim-tərbiyə işləri üzrə direktor müavini və eyni zamanda, 2001-ci ildən həmin məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləyir. Arvadı Şahid1 da, həmin məktəbdə 2004-cü ildən riyaziyyat müəllimi işləyirmiş. O, Leyla ilə 2005-ci ildə ailə qurmuş, 2 qız və 1 oğlan övladları vardır. Arvadının haqqında şikayət etdikləri Təqsirləndirilən şəxs ilə çəpər qonşusudur. 2015-ci ildə guya onlar tərəfindən Hüseynin torpaq sahəsinin zəbt edilməsi səbəbindən aralarında mübahisə olmuşdur, bir müddət küsülü olmuşlar, lakin 2019-cu ildə barışmışlar, barışdıqdan sonra münasibətləri çox yaxşı olmuşdur. 2024-cü ilin mart ayının əvvəllərində işlədiyi məktəbin yanında saxladığı özünə məxsus “Priora” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşən zaman avtomobilin qapısı arasında kağız parçası qoyulduğunu görmüşdür. O, həmin vərəqi açıb oxuduqda kompüterdə yazılmış mətndən müəllifi bəlli olmayan şəxs tərəfindən arvadının əxlaqsızlıq etdiyi barədə məlumat verildiyini görmüşdür. Kağızdakı mətnin sonunda imza, tarix, müəllifin adı olmamışdır. O, həmin vərəqi gətirib evdə arvadına göstərmiş və arvadı bundan təəccüblənmiş, vərəqdə yazılanların yalan olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra, aprel ayının əvvəllərində həyətindəki tövlənin qapısı yanında şagird dəftər vərəqini aşkar etmişdir. Həmin vərəqdə əl yazısı ilə arvadının başqa kişilərlə intim münasibətlərdə olduğu barədə ona ünvanlanmış yazıları oxumuşdur. Həmin vərəqdə də mətndən başqa müəllifin adı, imzası və tarix qeyd olunmamışdır. O, həmin vərəqi götürüb heç kimə bir söz demədən özündə saxlamışdır. Bundan bir həftə sonra bu dəfə tövlənin içərisində bir ədəd yarım litrlik plaskitik butulkanın içərisində kağız vərəqini aşkar etmişdir. Həmin vərəqdə əllə yazılmış əvvəlki məktublardakı xətlə eyni olan mətndə arvadının əxlaqsızlıq etməsi barədə yazılar yazılmışdır. Bu dəfə də yazının sonunda müəllifin adı qeyd olunmamışdır. O, bu vərəqi də götürüb özündə saxlayıb heç kimə bir söz deməmişdir. May ayının əvvəllərində səhər saatlarında evdən çıxıb işə gedərkən həyət darvazasının küçə tərəfdən üzərinə qara rəngli markerlə tövlədən tapdığı vərəqlərdəki xətlərin eynisi olan arvadının əxlaqsızlıqla məşğul olması barədə nalayiq məzmunda ifadələr yazıldığını görmüşdür. O, dərhal arvadını çağırmış və yoldan keçənlər görməsin deyə həmin yazını pozmağa çalışmışlar, lakin yazının pozulmadığını gördükdə dükandan püskütrmə boya alaraq darvaza üzərindəki yazının üzərini boya ilə rəngləmişdir. Bundan 4-5 gün sora evinin ətrafına və həyətə videomüşahidə kameraları quraşdırmış və bundan sonra anonim məktubların həyətinə atılması dayanmışdır. Lakin may ayının sonlarında kəndin poçtundan ona zəng edilib məktəbin ünvanına məktublar gəldiyi barədə xəbər verilmişdir. O, poçta gedib məktubları götürmüş, məktubun biri məktəb direktorun adına, digəri isə Şirvan-Salyan Regional Təhsil İdarəsinin adına naməlum şəxs tərəfindən yazıldığı məlum olmuşdur. O, poçtan çıxıb hər iki məktubu açdıqda hər iki zərfin içərisində əllə yazılmış vərəqlər olduğunu görmüşdür. Həmin əlyazmalardakı xətlə tövləsindən tapdığı vərəqlərdəki əlyazmalar və məzmun eyni olmuşdur. Anonim ərizələr guya məktəbin yuxarı sinif şagirdləri və kişi müəllimləri tərəfindən onun arvadının əxlaqsızlıq edilməsi barədə yazılmışdır. O, həmin ərizələri arvadına göstərib özündə saxlamışdır. Bundan bir neçə gün sonra arvadı onun avtomaşınının şüşə təmizləyəninin altından əllə yazılmış daha bir vərəq tapmışdır, həmin vərəqdə də yenə arvadının əxlaqsızlıq etdiyi qeyd olunmuşdur. Onlar həmin məktubların kimin tərəfindən yazıldığı ilə maraqlansalar da, müəllifi tapa bilməmişlər. 2024-cü il iyunun 05-də günorta saatlarında mərhum bibisi Ceyranın lal-kar nəvəsi Ramal onların evinə gəlib əsəbi halda əl-qol işarəsi ilə kənd qəbiristanlığında öz atasının məzarını ziyarət edərkən onun atasının məzar daşının üzərinə əllə yazılar yazıldığını və bunun fotoşəkilini öz telefonu ilə çəkdiyini ona izah edib məzarın fotoşəklini ona göstərmişdir. O, şəkilə baxdıqda atasının məzar daşı üzərinə ağ rəngli təbaşirlə arvadının əxlaqsızlıqla məşğul olması barədə nalayiq məzmunda ifadələr yazıldığını oxumuşdur. Həmin əlyazmalar da əvvəllər həyətinə atılmış vərəqlərdəki əlyazmalar ilə eyni olmuşdur. O və arvadı dərhal evdən çıxıb qəbiristanlığa atasının məzarı yanına gəlmişlər və həmin yazıları özləri də görüb oxumuşlar. Daha sonra başqa şəxslərin yazıları görməməsi üçün məzar daşını yuyub yazıları silmişlər. Həmin gecə arvadı Leyla ona danışmışdır ki, qonşuları Hüseyn bu ilin mart ayının sonunda onun mobil telefonuna zəng edərək ondan xoşu gəldiyini və sevgisini bildirmişdir, arvadı isə Hüseyni tənbeh edib telefon nömrəsini blok etmişdir, lakin qorxduğu üçün Hüseynin hərəkəti barədə ona bir söz deməmişdir. Leylanın bu sözlərindən sonra ona aydın olmuşdur ki, Leyla rədd cavabı verdiyinə görə Təqsirləndirilən şəxs arvadı Leyla haqqında onun ünavnına anonim məktublar yazıb göndərəməyə başlamışdır və daha sonra atasının qəbir daşı üzərində təhqiramiz hərəkətlər etmişdir. Bu səbəbdən arvadı Leyla məcbur olaraq Hüseynin hərəkətləri barədə Baş prokurorluğa şikayət ərizəsi yazıb göndərmişdir. Salyan rayon prokurorluğunda aparılmış araşdırma zamanı Hüseynin ona yazdığı bütün məktubların əslini və atasının məzardaşının fotoşəklini izahatına əlavə etmişdir. O, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olduğunu, onunla heç bir düşmənçilik və ədavəti olmadığını bildirərək, sonuncunun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan alternativ cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə Salyan rayonu Çuxanlı kəndində yaşayır. O, 2004-cü ildən hazıradək Salyan rayon Çuxanlı kənd Z.Həmidov adına tam orta məktəbdə riyaziyyat müəllimi işləyirmiş. Əri Zərərçəkmiş şəxs da həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyir. Elşən ilə 2005-ci ildə ailə qurmuşlar, 2 qız və 1 oğlan övladları vardır. Haqqında şikayət etdiyi Təqsirləndirilən şəxs ilə çəpər qonşusudur. Hüseyn ailəlidir, 62 yaşı vardır, 2 qızı vardır, oğlu Murad isə 10 il əvvəl vəfat etmişdir. Qonşu kimi Hüseyn ilə münasibəti həmişə yaxşı olmuşdur. Atası 2014-cü ildə vəfat edəndən sonra güya atasının tapşırığı ilə Hüseyn onunla ünsiyyət saxlayırdı. Telefonunun “WhatsApp” qovluğunda Hüseynin “WhatsApp” nömrəsi var idi, hərdən “WhatsApp”da şəkil paylaşanda Hüseyn də xoş sözlər yazırmış, tez-tez onlara gəlib-getməyini istəyirmiş, işıqla, qazla, internetlə bağlı yersiz zənglər edirmiş. Hüseyn müxtəlif bəhanələrlə də onların evinə gəlibgetmişdir. 2024-cü ilin aprel ayında öz evində olarkən Hüseyn onun “WhatsApp” nömrəsinə “səni sevirəm” məzmunda sms yazıb göndərmişdir. O da cavab olaraq Hüseynə sms yazmışdır ki, “mənə belə sözlər yazma” və sonra Hüseynin “WhatsApp” nömrəsini blok etmişdir. Hüseyn bundan sonra bir daha ona zəng etməmiş və sms yazmamışdır. Hüseynin ona yazdığı həmin mesaj haqda dava-dalaş olmasın deyə ərinə bir söz deməmişdir. Bundan sonra Hüseynlə üz-üzə gəlsələr də həmin mesaj barədə Hüseynə heç nə deməmişdir. 2024-cü ilin mart ayının əvvəllərində əri Elşən işdən evə qayıdanda ona bir kağız vərəqi göstərib orada onun əxlaqsızlıq etməyi barədə yazılar olduğunu demişdir. O, həmin yazıları oxuduqdan sonra şok yaşamışdır, ərini həmin vərəqdə yazılanların yalan olmasına inandırmışdır. Onlar həmin yazının kim tərəfindən yazıldığını öyrənə bilməmişlər. May ayının əvvəlində səhər saatlarında əri işə gedəndə darvazanın küçəyə baxan hissəsinin üzərində yazı olduğunu ona demişdir. O, gəlib darvazaya baxdıqda qara rəngli markerlə onun əxlaqsızlıqla məşğul olması barədə nalayiq məzmunda ifadələr yazıldığını görmüşdür. Yoldan keçənlərin həmin yazını görməməsi üçün Elşən mağazadan püskürtmə boya alaraq yazının üstünü boya ilə rəngləmişdir. Bundan 4-5 gün sonra əri evin ətrafına və həyətə videomüşahidə kameraları quraşdırmışdır ki, yazıları yazan adamı tapa bilsin, lakin kameralar quraşdırıldıqdan sonra həyətə heç bir yazılı kağız atılmamışdır. Həmin ərəfədə əri ona demişdir ki, naməlum şəxs bir ay ərzində tövləyə üzərində onun əxlaqsızlıq etməyi barədə yazılar olan iki vərəq atmışdır, poçtla məktəbə məktub göndərmişdir. Elşən həmin kağızıları özündə saxladığını deyib ona göstərmişdir. O, həmin yazıları oxuyub daha böyük stress və şok yaşamışdır. Orada yazılanların hamısı böhtan idi və həqiqəti əks etdirmirdi. 2024-cü il iyunun 05-də ərinin qohumu lal-kar olan Ramal günorta saatlarında onların evinə gəlib əsəbi halda əlqol işarəsi ilə qəbiristanlıqda atasının məzarını ziyarət edərkən 2020-ci ildə vəfat etmiş qayınatasının məzar daşının üstünə əllə yazılar yazıldığını görüb şəkilini öz telefonuna çəkdiyini onlara izah edib, məzarın şəklini onlara göstərmişdir. Şəkilə baxdıqda qayınatasının məzar daşındakı şəklinin üzərinə ağ rəngli təbaşirlə onun əxlaqsızlıqla məşğul olması barədə nalayiq məzmunda ifadələr yazıldığını oxumuşdur. Əri həmin şəkli Ramalın telefonundan öz telefonuna köçürmüşdür. Bundan sonra onlar birlikdə qəbiristanlığa qayınatasının məzarı yanına getmişlər və həmin əlyazmaları özləri də görüb oxumuşlar. Başqa şəxslərin həmin yazıları görməməsi üçün məzar daşını yuyub yazıları silmişlər. Onlar yenə də yazıları kimin tərəfindən yazıldığını bilməmişlər. O, həmin gecə qonşuları Hüseynin bu ilin aprel ayında ona sevgi mesajı yazması barədə ərinə danışmışdır. Başa düşmüşlər ki, Hüseynin sevgi mesajına müsbət cavab vermədiyi və yaxınlıq etmədiyim üçün Hüseyn onun haqqında böhtan yaymağa başlamışdır. Bundan sonra bütün yazıların Hüseyn tərəfindən yazıldığını və qayınatasının qəbir daşı üzərində təhqiramiz hərəkətlərin də Hüseyn tərəfindən edildiyini başa düşmüşlər. Hüseynin xəttini tanımadığından yazıların şəxsən Hüseyn tərəfindən yazılıb-yazılmadığını dəqiq bilməmişlər, həmin əlyazmalar tanıdığı şəxslərin heç brinin xətlərinə oxşatmamışdır. O, baş verən bu hadisələrdən rüsvay olduğundan öz həyatına qəsd etmək fikrində olduğunu ərinə demişdir, lakin ərinin onun səmimiyyətinə inandığını, ona ürək-dirək verdiyini görüb özünə qəsd etmək fikrindən daşınmışdır. Ona görə məcbur olaraq Hüseynin hərəkətləri barədə Baş Prokurorluğa şikayət ərizəsi yazıb imzalayıb göndərmişdir. Ümumiyyətlə onun ərindən başqa heç bir sevgilisi, görüşdüyü kişi olmamışdır, həmin məktublarda yazılanların hamısı şər və böhtandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə Salyan rayonu Çuxanlı kəndində yaşayır, şəxsi təsərrüfatında olan iri buynuzlu heyvanları saxlamaqla məşğuldur. Zərərçəkmiş şəxs və arvadı Leyla onun qohumları və qonşularıdır, münasibətləri həmişə yaxşı olmuşdur, ədavət və ziddiyyət olmamışdır, hazırda da yoxdur. Təqsirləndirilən şəxs da qonşusudur, onunla da münasibəti həmişə yaxşı olmuşdur, aralarında ədavət və ziddiyyət olmamışdır, hazırda da yoxdur. 2024-cü ilin aprel-may aylarında söhbət zamanı Hüseyn ona Leylanın həmkəndliləri Əmirxan ilə sevgili olduğunu, görüşüb intim münasibətdə olduqlarını gördüyünü danışmışdır. Həmin vaxt Hüseynin danışdıqlarına inanmayaraq insanların şəxsi həyatına qarışmamağı, bu kimi şaiyələr yaymamağı tapşırmışdır. Əmirxan Bayramov da onun həmkəndlisidir, Əmirxanın və Leylanın nə kimi münasibətləri olduğunu bilmirmiş, onları ikilikdə bir yerdə görməmişdir. Təqsirləndirilən şəxs söylədikləri yalandır. Çünki o, heç vaxt nə Hüseynə, nə də başqasına Leylanın əxlaqı, kiminləsə görüşüb-görüşməməsi barədə heç bir söz deməmişdir. Lakin xatırlamadığı kənd sakinlərindən kimsə Leylanın yad kişilərlə görüşüb əxlaqsızlıq etdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə Salyan rayonu Çuxanlı kəndində yaşayır. 2018-ci ilədək Çuxanlı kənd orta məktəbində 48 il rus dili müəllimi işləmişdir, hazırda yaşla əlaqədar təqaüdə çıxmışdır. Zərərçəkmiş şəxs onun əmisi nəvəsidir, birlikdə eyni məktəbdə işləmişlər. 2024-cü ilin aprel ayının əvvəllərində Elşən ilə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs onun evinə gələrək bir neçə gündən sonra öz evində verəcəyi ehsana onu dəvət etmiş və həmin vaxt söhbət edərkən Hüseyn ona qonşusu Leylanı hərbi hissədə gizir işləyən həmkəndliləri Əmirxanla evlərinin yaxınlığındakı köhnə kollektorun içində intim münasibətdə olduqlarını gördüyünü danışmışdır. O, Hüseynin bu sözlərindən sonra çox pis olub təəccüblənmiş və öz ailə üzvlərinin bu söhbəti eşitməməsi, həmçinin yaşına uyğun olmaması üçün Hüseyni bu haqda ətraflı sorğu-sual etməmişdir. Hüseyn də bu haqqda əlavə heç nə danışmadan çıxıb getmişdir. Ona görə də, Hüseynin danışdığı hadisəni nə vaxt gördüyünü, gördüyü anda hansı reaksiya verdiyini, nə kimi tədbir gördüyü barədə heç nə bilməmişdir. Bundan sonra Hüseyndən bir daha Leyla ilə bağlı əlavə heç nə eşitməmişdir. Əvvəlcə Hüseynin söylədikləri barədə Elşənə və kiməsə başqasına bir söz deməmişdir. Lakin bir müddət sonra Hüseynin ona Leyla ilə bağlı danışdığının kənddə yaşayan qohumlar arasında da danışıldığını eşitmişdir. Sonradan öz bacısı Yaqutla söhbət edərkən Hüseynin bir müddət əvvəl Leyla barədə ona danışdığını bacısına demişdir. Daha sonrakı gün Elşən ondan Hüseynin ona Leyla haqda nəsə deyib-demədiyini soruşduqda, o da Hüseyndən eşitdiklərini Elşənə danışmışdır. İyun ayının ortalarında isə Elşən ona Hüseynin onun atasının məzar daşı üzərinə Leyla haqda nalayiq sözlər yazdığını bildirmişdir. Daha sonra kənd sakinlərindən eşitmişdir ki, həqiqətən Hüseyn kənd məzarlığında Elşənin atasının məzar daşı üzərinə nəlayiq ifadələr yazmışdır. O, Zərərçəkmiş şəxs arvadı Leylanı namuslu və əxlaqlı insan kimi tanımışdır, Leylanın kiminləsə sevgili olduğunu, ərinə xəyanət etdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə Salyan rayonu Çuxanlı kəndində yaşayır, əvvəllər N saylı hərbi hissədə zabit işləmişdir, hazırda yaşla əlaqədar təqaüdə çıxmışdır. Təqaüdə çıxdıqdan sonra 2018-ci ildən hazıradək yaşadığı Çuxanlı kəndində “Fərid market” adlı ərzaq mağazasını icarəyə götürüb işlədirmiş. Həmin mağazada satıcı kimi öz gəlini Dünyaxanım və özü işləyirlər. Zərərçəkmiş şəxs və arvadı Leylanı yaşadığı Çuxanlı kənd sakinləri kimi tanıyırmış, münasibətləri bir həmkəndli kimi həmişə yaxşı olmuşdur, aralarında ədavət və ziddiyyət olmamışdır, hazırda da yoxdur. Həmçinin Təqsirləndirilən şəxs da bir həmkəndli kimi tanıyırmış, onunla da aralarında ədavət və ziddiyyət olmamışdır. X15 ad-soyadında bir həmkəndlisi yaşayırmış. Ramalın uşaqlıqdan nitqində qüsur varmış, yalnız əl hərəkətləri ilə ünsiyyət saxlaya bilirmiş, lakin çox gözüaçıq, xoşxasiyyət və mehribanmış. Ramal mağazanın daimi müştərisidir, tez-tez ərzaq almaq üçün mağazaya gəlib-gedirmiş. 2024-cü ilin iyun ayının əvvəlində, dəqiq xatırlamadığı gündə işlətdiyi mağazada tək olan vaxt Ramal həyəcanlı vəziyyətdə mağazaya girib öz mobil telefonundakı qəbir daşının fotoşəkilini ona göstərərək həmin məzar daşını bir az əvvəl öz mobil telefonu ilə kənd qəbirstanlığında çəkdiyini əl işarələri ilə ona izah etmişdir. O, Ramalın telefonundakı fotoşəkilə diqqətlə baxdıqda fotodakı məzar daşının həmkəndlisi mərhum Ağadadaş Heybətovun qəbri olduğunu və üzərində ağ rənglə əl yazısı ilə Leylanın əxlaqsızlıqla məşğul olması barədə nalayiq məzmunda ifadələr yazıldığını oxumuşdur. Ramal əl işarələri ilə ona izah etmişdir ki, bu fotoşəkil haqda Ağadadaşın oğlu Elşənə də məlumat vermişdir. O, həmin yazının kim tərəfindən və nə üçün yazıldığını bilməmişdir və Ramal da bu barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə Salyan rayonu Çuxanlı kəndində yaşayır, təqaüdçüdür, hərdən özünə məxsus Vaz-2107 markalı avtomobil ilə yaşadığı kənd ərazisində taksi fəaliyyəti ilə məşğul olurmuş. Zərərçəkmiş şəxs və arvadı Leylanı yaşadığı Çuxanlı kənd sakinləri kimi tanıyırmış, münasibətləri həmişə yaxşı olmuşdur, aralarında ədavət və ziddiyyət olmamışdır, hazırda da yoxdur. X13 uşaqlıqdan lal və kardır, yalnız əl hərəkətləri ilə ünsiyyət saxlaya bilir. Ramalın atası bir ilə yaxındır vəfat etmişdir və hər bir-iki aydan bir Ramal kənd qəbirstanlığına gedib öz atasının məzarına baş çəkirmiş, ağacları sulayıb təmizlik işləri görürmüş. 2024-cü il iyunun 5-də Ramalın xahişi ilə onu öz avtomobilində kənd qəbiristanlığına aparmışdır. O da kömək məqsədi ilə Ramalın atasının məzarına yaxınlaşmış və birlikdə təmizlik işləri görmüşlər. İşlərini bitirdikdən sonra Ramal yaxınlıqda olan digər qohumlarının məzarlarına baş çəkməyə getmişdir, o isə Ramalın atası Cəbraylın məzarı yanında qalmışdır. Təxminən 7-10 metr aralıda Ramal qohumu Ağadadaş Heybətovun məzarının yanında dayanıb əli ilə işarə edib həyəcanlı vəziyyətdə məzarı göstərə-göstərə onu yanına çağırmışdır. O, yaxınlaşıb Ağadadaşın məzarına baxdıqda məzardaşı şəklinin üzərinə ağ rəngli təbaşirlə Leylanın əxlaqsızlıqla məşğul olması barədə nalayiq məzmunda ifadələr yazıldığını oxumuşdur. Ramal öz mobil telefonu ilə həmin məzar daşının və əlyazmanın fotoşəkilini çəkmişdir. Həmin vaxtı qəbirstanlıq ərazisində və ətrafda kənar heç kim olmamışdır. Onlar həmin təhqiramiz ifadələrin kimin tərəfindən yazıldığını bilməmişlər. O, məzar daşı üzərindəki yazını pozmaq istəsə də Ramal buna icazə verməyib Ağadadaşın oğlu Elşənə bu barədə məlumat verəcəyini əl hərəkətləri ilə izah etmişdir. Bundan sonra onlar məzarlıqdan çıxıb kəndə qayıtmışlar. O, həmin yazının kim tərəfindən yazılması ilə maraqlanmamışdır və bunu kimin və nə üçün etdiyini bilməmişdir. Sonradan kənddə gəzən söz-söhbətdən eşitmişdir ki, həmin yazını həmkəndlisi Təqsirləndirilən şəxs yazmışdır. O, Təqsirləndirilən şəxs bir həmkəndli kimi tanıyırmış, aralarında ədavət və ziddiyyət olmamışdır. Zərərçəkmiş şəxs və arvadı Leylanı da kənd sakinləri kimi çoxdan tanıyırmış, hər ikisi kənd məktəbində müəllim işləyirlər, onları namuslu və əxlaqlı ailə kimi tanımışdır, bu günədək Leylanın haqqında heç bir mənfi söz eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Əlibaba oğlu verdiyi ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə Salyan rayonu Çuxanlı kəndində yaşayır, təqaüdçüdür, heç yerdə işləmir. Zərərçəkmiş şəxs və arvadı Leyla onun həmkəndliləridir, münasibətləri həmişə yaxşı olmuşdur, aralarında ədavət və ziddiyyət olmamışdır, hazırda da yoxdur. Əmirxan Bayramov onun həmkəndli və qohumudur, Əmirxanın arvadı onun dayısı nəvəsidir, münasibətləri normaldır, aralarında ədavət olmamışdır, hazırda da yoxdur. Əmirxan ilə Şahid1 heç vaxt bir yerdə görməmişdir, onların arasında intim münasibətlərin olduğunu eşitməmişdir, bu haqda heç kimlə heç bir söhbəti olmamışdır. Lakin 2024-cü ilin may ayında balıq tutmağa gedərkən həmkəndlisi Təqsirləndirilən şəxs yolda ona danışmışdır ki, qonşusu Leyla kənddə əxlaqsızlıq edir, başqa-başqa kişilərlə intim münasibətlərdə olur. O, həmin vaxt bu kimi sözlərinə görə Hüseyni danlamışdır, yaşına uyğun olmayan söhbətlər etməməsini tapşırmışdır. Lakin həmin vaxt Hüseyn bu barədə hamıya, hətta Leylanın ərinin qohumlarına da danışacağını bildirmişdir. Hüseynin araşdırma zamanı güya onun Leyla ilə Əmirxanı əkin sahəsində cinsi əlaqədə olarkən gördüyünü və onları tənbeh edib qovduğu barədə göstərdikləri tamamilə yalandır. Çünki o, Leylanın kiminləsə intim münasibətdə olduğu barədə heç kimə danışmamış və bu kimi hal baş verməmişdir. Hüseynlə həmin balıq ovundan qayıdarkən yolüstü kənd qəbiristanlığına gedib qohumları ziyarət edib geri qayıdan zaman Hüseyn onun yanında Elşənin vəfat etmiş atası Ağadadaşın məzarını görüb goruna nalayiq ifadələr işlədib gəlini Leylanın əxlaqsızlıq etməklə Ağadadaşı biabır etdiyini demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 15 iyul 2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 245-ci maddəsi ilə istintaq edilən ********** saylı ciniayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir. 19 iyul 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, mərhum Ağadadaş Heybətovun qəbiri üzərində təhqiredici hərəkətlər edildiyindən mərhumun oğlu Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Texniki rabitə kanallarından məlumatların ələ keçirilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” qərardan görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin kimin adına qeydiyyatda olması, həmin nömrədən çıxan və daxil olan bütün zənglər barədə məlumatların "xxxx" MMC-dən əldə edilməsinə dair müstəntiq İlqar İsmayılovun verdiyi 20 iyul 2024-cü il tarixli vəsatəti təmin edilməmişdir. Təqsirləndirilən şəxs Salyan RPŞ-yə ünvanladığı 27 iyul 2024-cü il tarixli ərizədən görünür ki, o, 1984-1987-ci illərdə Əfqanıstanda, 1991-1992-ci illərdə Qarabağ müharibəsində iştirak etmiş, hərbi əməliyyatlar zamanı kontuziya almış, qapalı kəllə-beyin travması almış, səhətində problemlər olduğunu bildirərək onun barəsində pisxiatirik ekspertizadan keçirilməsini xahiş etmişdir. Salyan RPŞ-nə verilmiş əməliyyat tapşırığına alınmış cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu Çuxanlı kəndində yaşayan Təqsirləndirilən şəxs normal həyat tərzi keçirir, onun digər cinayətlərdə iştirakını müəyyən etmək mümkün olmamışdır, Şahid1 və onun ailə üzvləri ilə ədavəti və düşmənçiliyinin olması müəyyən edilməmişdir. Salyan Rayon Polis X10 müstəntiqi, polis mayoru X8 tərtib edilmiş 09 avqust 2024cü il tarixli “CD formalı diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə texniki rabitə kanallarından məlumatların ələ keçirilməsinə dair məhkəmə qərarı əsasında əldə edilmiş "xxxx" MMC-nin 16774 №-li 06 avqust 2024-cü il tarixli məktubu ilə daxil olmuş ***-***-**-** mobil telefon nömrəsinə dair 01 ədəd CD diskdə olan məlumatlara Salyan RPŞ-nin İstintaq Bölməsində xidməti otağında tərəfindən baxış keçirilmişdir.Diskdə olan məlumatların öyrənilməsi və təhlili zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumatlar aşkar edilməmişdir. Odur ki, məhkəmə qərarı əsasında "xxxx" MMC-dən əldə edilmiş Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** saylı mobil telefon nömrəsinə dair məlumatları özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Salyan Rayon Mərkəzi xəstəxanası X21 tərəfindən verilmiş 14 avqust 2024-cü il tarixli 18-1-68/2-1583/2024 saylı məktubundan görünür ki, poliklinka şöbəsinin həkimpsixiatrı Xatirə Ağayevanın və həkim-naroloqu Saraxanım Zərgərlinin məlumatlarına əsasən Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psxiatrik Ekspertiza Mərkəzi” X21 tərəfindən verilmiş 13 avqust 2024-cü il tarixli 2355 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi vəziyyətinin uzun müddət və əsaslı müayinə olunması zərurəti yaranmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs barəsində istintaqın qərarda qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq mümkün olmur. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs psixiatrik və psixoloji müayinəsini stasionar şəraitdə davam etdirmək, ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 06 sentyabr 2024-cü il tarixli 4/1324 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş ********* №-li cinayət işinin 25-ci vərəqəsində olan “Salam Müəllim. Bizim evimizdə yenə sizin ailəniz barədə Anamla Atam söhbət edən eşitmişəm...” sözləri ilə başlayıb, “... bir qadına layiq deyilsən müəllim” sözləri ilə bitən məktubdakı yazılar, 26-cı vərəqində olan “Müəəlim salam Mən sizə yazdım ki özün oxu və tədbir gör ...” sözləri ilə başlayıb “... Özün güd görəcəksən heç kim bilməsin. ağızı boş olma danışma heç kimə” sözləri ilə bitən məktubdakı yazılar, 28-ci vərəqində olan “X20 müəllim...” sözləri ilə başlayıb, “...Yuxarı sinif şagirdləri” sözləri ilə bitən məktubdakı yazılar, 29-cu vərəqində olan “Salam Salyan rn təhsil şöbəsinin qeyrətli kollektivi...” sözləri ilə başlayıb, “...Yuxarı sinif şagirdləri.” sözləri ilə bitən məktubdakı yazılar, 30-cu vərəqində “Çox əxlaqsız tərbiyəsiz şərəfsiz özünü tanı...” sözləri ilə başlayıb, “...Bir nüsxəsi Salyan təsil şöbəsinə” sözləri ilə bitən məktubdakı yazılar, 31-ci vərəqində olan “Salam müəllim. Bu yazdığım ardıolacaq...” sözləri ilə başlayıb, “...Qəhbə saxlama rədd et getsin Allahın olsun” sözləri ilə bitən məktubdakı yazılar tədqiqata təqdim edilmiş fotoşəkildəki mərhum X3 məzar daşı üzərində yazılmış “Qəhbə Leyla itdə sikir Gəlinin Leyla qəhbəlik edir” yazıları – Təqsirləndirilən şəxs Əliağa oğlu tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli 4/1324 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 126 (yüz iyirmi altı) manat təşkil edir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X7 Hüquqi Şəxsi tərəfindən verilmiş məhkəmə-psixiatrik ekspertizasının, məhkəmə-xətşünaslıq ekspertizasının rəyini müzakirə edərək həmin rəyi işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. Salyan rayon Məhkəməsinin 4(057)-89/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs psixiatrik stasionarda yerləşdirilməsinə dair Salyan rayon PŞ-nin müstəntiqi X4 vəsatəti və Salyan rayon prokuroru Rəşad Mansurovun təqdimatı təmin edilməmişdir. 02 oktyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 245-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiaham ona elan olunmuşdur. 02 oktyabr 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 02 oktyabr 2024-cü il tarixli “cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 245-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay - 5 ayadək, yəni 11 oktyabr 2024-cü il tarixdən, 11 dekabr 2024-cü il tarixədək uzadılması qərara alınmışdır. Salyan rayon Məhkəməsinin 4(057)-90/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs psixiatrik ekspertiza mərkəzinin stasionar ekspertiza şöbəsinə yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin stasionar məhkəmə psixiatrik-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 185 №-li rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən “Şəxsiyyətin paranoyyal inkişafı” formasında psixi patologiyadan əziyyət çəkdiyindən o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Şəxsiyyətin paranoyyal inkişafı” formasında psixi patologiyadan əziyyət çəkir. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə məburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Təqsirləndirilən şəxs aşkar edilən “Şəxsiyyətin paranoyyal inkişafı” formasında psixi pozuntunun profilaktik olaraq həkim-psixiatrın müşahidəsinə verilməsi tövsiyyə edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qavrama prosesində adekvatlığın zəifləməsi qeydə alınır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarında bəzi dəyişiklik qeydə alınsa da, əqli-intellektual imkanlarının ümumən normaya uyğun olduğu nəticəsinə gəlinir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs şəxsiyyətində, fərdi-psixi xüsusiyyətlərində müəyyən edilən dəyişikliklə əlaqədar bəzi faktları özündən uydurub danışması mümkündür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs fərdi xüsusiyyətlərində kənar təsir altına düşmək müəyyən olunmamışdır. Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan rayonu, Çuxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-71-10/2-735/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Çuxanlı kəndində yaşayır və onun aşağıdakı tərkibdə ailə üzvü var: arvadı-xx.xx.1969-cu il təvəllüdlü X11 və qızı-xx.xx.2024-cü il təvəllüdlü X6 ibarətdir. Həmin nümayəndə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-71-10/2-736/2024 nömrəli xasiyyətnamədə göstərilir ki, Salyan rayonu, P.Gəncəli kəndində anadan olmuş və hal-hazırda Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı müddətdə həmyaşıdlarının hörmətini qazanmış və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. xx.xx.1987-ci il tarixli Səhra Poçtu N saylı hərbi hissənin arayışından görünür ki, Təqsirləndirilən şəxs içdiyi anda sadiq olaraq cəsarət və qəhrəmanlıq göstərməklə hərbi tapşırığı yerinə yetirərkən xx.xx.1987-ci il tarixində kontuziya almış, qapalı kəllə-beyin travması, baş beynin yüngül dərəcəli sarsıntısı ilə əlaqədar olaraq xx.xx.1987-ci il tarixindən 99 saylı sp h/hissəsində ambulator müalicədə olmuşdur. xx.xx.1987-ci il tarixində 99427 saylı sp h/hissəsinin hərbi-həkim komissiyası tərəfindən 120-ci maddəsi 3cü qrafasına /SSRİ SN-nin əmri №165 - 1973-cü il/ əsasən sıravi xidmətə yararlı hesab edilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubliey medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2003-cü il tarixli əmr ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) Yubley Medalı ilə təltif edilmişdir. “Qüsursuz Xidmətə Görə” 2-ci dərəcəli medalın vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2008-ci il tarixli əmr ilə “Qüsursuz Xidmətə Görə” 2-ci dərəcəli medalı ilə təltif edilmişdir. “Qüsursuz Xidmətə Görə” 3-cü dərəcəli medalın vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2003-cü il tarixli əmr ilə “Qüsursuz Xidmətə Görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. Medalın vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “X1 Bitməsinin 25 illik xatirəsinə” Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 28 yanvar 2014-cü il tarixli əmri ilə təltif edilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2007-cü il tarixli əmr ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” Medalı ilə təltif edilmişdir. “N” saylı hərbi hissə tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə pensiya alan Təqsirləndirilən şəxs Silahlı Qüvvələrdə xidməti təqvimlə 28 il 8 ay 21 gün, güzəştlə 9 il 10 ay 23 gün, ümumi 38 il 4 ay 14 gün təşkil edir. Təqsirləndirilən şəxs 156 maddənin “B” bəndi ilə (yaşa görə) Silahlı Qüvvələrdən ehtiyata tərxis olunmuşdur. İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 245-ci maddəsi iə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış,Şahid1 şərəf və ləyaqətini ləkələyən və ya nüfuzdan salan məlumatların yayılması xüsusatı üzrə xüsusi ittiham qaydasında məhkəməyə miraciət etmək hüququ izah edilsin, X5 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələri, cinayət işinin digər rəsmi sənədləri sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Salyan rayonu Çuxanlı kənd orta məktəbində müəllimə işləyən və onunla qonşuluqda yaşayan Şahid1 qarşı olan öz şəxsi hisslərinə qarşılıq almamağı səbəbindən sonuncunun guya əxlaqsız həyat tərzi keçirdiyini əri Zərərçəkmiş şəxs bildirmək məqsədilə arvadı Leylanın əxlaqsızlıqla məşğul olması, bununla da kənd cavanlarının və peşə fəaliyyəti ilə bağlı dərs dediyi şagirdlərin tərbiyəsinə və mənəviyyatına xələl gətirdiyini əsas gətirərək 2024-cü ilin mart ayından başlayaraq bu məzmunda çoxsaylı anonim məktublar yazıb Şahid1 yaşadığı evin həyətinə və əri Zərərçəkmiş şəxs məxsus avtomobilə ataraq, həmçinin sonuncuların işlədiyi Çuxanlı kənd orta məktəbinin və rayon təhsil şöbəsinin rəhbərliyinin ünvanına həmin məzmunda anonim ərizələr yazıb göndərərək Zərərçəkmiş şəxs arvadı Leyladan boşanmasına, yaxud onların yaşadıqları kənddən köçüb getmələrinə nail olmadığını görüb 2024-cü il iyunun 4-də gündüz saatlarında Çuxanlı kənd qəbirstanlığına gəlib Zərərçəkmiş şəxs burada dəfn olunmuş mərhum atası X3 qəbirüstü şəkilli məzar daşının üzərinə ağ rəngli təbaşirlə gəlini Şahid1 əxlaqsızlıqla məşğul olması barədə nəlayiq məzmunda ifadələr yazaraq qəsdən ictimai mənəviyyatı, xalq arasında ümumi qəbul edilmiş qaydaları, bu sahədə mövcud olan adət və ənənələri kobud surətdə pozaraq mərhum Ağadadaş Heybətovun qəbri üzərində təhqiredici hərəkətlər etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 245-ci maddəsinə əsasən, qəbir və ya meyit üzərində təhqiredici hərəkət iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olması, 59.1.9-cu maddəsinə əsasən anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müyyən edilməmişdir. Göstərilənləri nəzərə almaqla, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, o, əməlindən səmimi peşman olmuş, himayəsində bir azyaşlı uşağı və anlaqlılığı istisna etməyən psixi pozuntusu vardır. Həmçinin zərərçəkmiş şəxs onun azyaşlı uşağının olması səbəbi ilə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan alternativ cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən, probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən, probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 40-cı maddəsinə əsasən, islah işləri növündə cəza məhkumun əsas iş yeri üzrə çəkilir. 43.1-ci maddəsinə əsasən, islah işləri növündə cəzanın çəkilməsi hökm qanuni qüvvəyə mindiyi gündən icraya yönəldilir. 44.1-ci maddəsinə əsasən, islah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulur. 45.1-ci maddəsinə əsasən, islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəzanın əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs iş yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə ekspertiza xərci 126 (bir yüz iyirmi altı) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulmalı, həmçinin fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN **********) hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 245-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 01 (bir) il 10 (on) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzanın əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 126 (bir yüz iyirmi altı) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-12/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-12/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver