Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-120/2023 12.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X8 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1989-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair və xx.xx.1981-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan şəhəri, M.Ə.Sabir küçəsi, ev 10-da qeydiyyatda olan, Salyan şəhəri T.Davudzadə küçəsi, ev 6-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, о, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama və təkrarən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü il fevralın 12-də saat 02 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanında yerləşən saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 150 manat dəyərində 01 ədəd “Stels” markalı velosipedi və həyətyanı sahədə yerləşən tövlədən hər biri 40 manat dəyərində 3 kq çəkidə 05 ədəd dişi cinsli ev quşu olan hind quşlarını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 350 manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü il fevralın 13-də saat 03 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 4 ünvanında yerləşən saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətyanı sahəsindəki tövləyə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus hər biri 36 manat dəyərində 4 kq çəkidə 03 ədəd erkək cinsli ev quşu olan qazları, hər biri 17 manat dəyərində 2 kq çəkidə 03 ədəd ev quşu olan xoruzları və hər biri 31 manat 25 qəpik dəyərində 2,5 kq çəkidə 02 ədəd erkək cinsli ev quşu olan ördəkləri gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 221 manat 50 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2023-cü il fevral ayının ortalarında gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus ünvan 5 ünvanında yerləşən saxlanc yeri hesab edilən fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan vahid niyyətlə 04 gün ərzində hissə-hissə olmaqla sonuncuya məxsus 60 manat dəyərində “Kumtel” markalı elektrik sobasını, 10 manat dəyərində “Nikai” markalı mixeri, 30 manat dəyərində “Sonashi” markalı şirəçəkəni, 50 manat dəyərində “Nikai” markalı ətçəkəni, 40 manat dəyərində 09 ədədli qazan dəstini, 80 manat dəyərində “İndesit” markalı soyuducunun motorunu, 350 manat dəyərində “Samsung” markalı 43 düym ölçülü televizoru, hər biri 25 manat dəyərində 02 ədəd ütünü, 250 manat dəyərində “Mitsubishi” markalı kondisionerin motorunu, 200 manat dəyərində “Supermax” markalı kondisionerin motorunu, 80 manat dəyərində “Galaxy” markalı tozsoranı, 80 manat dəyərində 1,5 qram çəkidə 585 əyarlı qızıl qolbağını və 60 manat dəyərində mikrodalğalı sobanın motorunu gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1380 manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını açıq talamaq məqsədilə 2023-cü il fevralın 25-də saat 02 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində sonuncunun əlindən 08 ədəd yüz manatlıq, 01 ədəd 50 manatlıq, 01 ədəd 10 manatlıq və 01 ədəd 5 manatlıq əsginas olmaqla, ümumilikdə 865 manat pulunu dartıb aldıqdan sonra qaçıb evdən uzaqlaşaraq həmin pulu açıq yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 865 manat maddi ziyan vurmaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2023-cü il martın 2-də saat 03 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı ünvan 7 ünvanında yerləşən saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətyanı sahəsindəki tövləyə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus hər biri 120 manat dəyərində 12 kq çəkidə 02 ədəd erkək cinsli ev quşu olan hind quşlarını və hər biri 10 manat dəyərində 1 kq çəkidə 05 ədəd ev quşu olan toyuqları gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 290 manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, о, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci il dekabr ayının sonlarında saat 14-15 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 5 ünvanında yerləşən saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus tövlənin, bağ sahəsinin və saunanın hər biri 120 manat dəyərində 1 x 2 metr ölçüdə olan 7 ədəd dəmir qapısını, 80 manat dəyərində 1 x 1 metr ölçüdə olan 1 ədəd dəmir qapısını, 40 manat dəyərində 1 ədəd dörd gözlü plitəli qaz sobasını, 150 manat dəyərində 150 mm diametrli, divarının qalınlığı 0,8 mm olan 5 metr uzunluğunda 1 ədəd dəmir borunu və 500 manat dəyərində 1 ədəd sauna qızdırıcı sobanı gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1610 manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü il fevralın 12-də saat 02 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanında yerləşən saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 150 manat dəyərində 1 ədəd “Stels” markalı velosipedi və həyətyanı sahədə yerləşən tövlədən hər biri 40 manat dəyərində 3 kq çəkidə 5 ədəd dişi cinsli ev quşu olan hind quşlarını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 350 manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü il fevralın 13-də saat 03 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 4 ünvanında yerləşən saxlanc yeri hesab edilən fərdi yaşayış evinin həyətyanı sahəsindəki tövləyə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus hər biri 36 manat dəyərində 4 kq çəkidə 03 ədəd erkək cinsli ev quşu olan qazları, hər biri 17 manat dəyərində 2 kq çəkidə 03 ədəd ev quşu olan xoruzları və hər biri 31 manat 25 qəpik dəyərində 2,5 kq çəkidə 2 ədəd erkək cinsli ev quşu olan ördəkləri gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 221 manat 50 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uşaq yaşlarından Təqsirləndirilən şəxs2 tanıyır. 2023-cü il fevralın 12-də saat 02 radələrində Təqsirləndirilən şəxs2 ilə oğurluq etmək üçün birlikdə “Bayraq meydanı” deyilən yerin yaxınlığında yerləşən Salyan şəhəri, N.Babayev küçəsinə getmişlər. Orada bir neçə evin həyətyanı sahələrinə hasarlardan boylanıb baxmaqla ev quşlarının saxlanıldığı hinləri nəzərdən keçirəndə həmin küçədə yaşayan, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinin hasarına çıxmaqla həyətə boylanıb baxdıqda həyətdə hin olduğunu görmüşlər. Həmin vaxt o, hasardan aşmaqla həyətə tullanmış, Emin isə küçədə hasarının yan tərəfində gözləmişdir. O, həyətə tullandıqdan sonra orada yerləşən tövlənin pəncərəsindən içəri daxil olub tövlədə olan ev quşlarından 5 ədəd hind quşunu oğurlayıb 2 ədəd kisəyə yığaraq oradan çıxmışdır. Daha sonra həyətdə evin qarşısında 1 ədəd velosipedi görüb onu da oğurlamaq qərarına gəlmişdir. Velosipedi və 2 ədəd kisədə olan 5 ədəd hind quşlarını götürüb həyətin qapısını açaraq küçəyə çıxmışdır. Küçədə ev quşları olan kisələrin birini Eminə vermiş və digərini isə özü götürmüşdür. Birlikdə hind quşlarını yaşadıqları evin yaxınlığına kimi aparmışlar. Həyətdən götürdükləri velosipedi məhəllədə yerləşən kluba qoymuşdur. 5 ədəd hind quşunu satmaq üçün Emin ilə Salyan şəhəri avtovağzalı ərazisinə getmişlər. Səhərə yaxın alaqaranlıq vaxtı 5 ədəd hind quşunu avtovağzal ərazisində yerləşən bazarda əvvəllər tanımadığı şəxsə 100 manata satmış və əldə etdikləri pulu aralarında bölmüşlər. Təxminən iki gün sonra məhəllədə yerləşən, velosipedi qoyduqları kluba getdiyi vaxt velosipedin orada olmadığını görmüşdür. Bundan başqa, fevralın 12-də Təqsirləndirilən şəxs2 ilə birlikdə yenidən həyətlərə girib oğurluq etməyi qərara almışlar. Fevral ayının 13-də saat 03 radələrində Təqsirləndirilən şəxs2 ilə küçədə görüşmüş və oğurluq etmək üçün birlikdə Salyan şəhəri, B.Talıblı küçəsinə getmişlər. Orada bir neçə evin həyətyanı sahələrinə hasarlardan boylanıb baxmaqla ev quşlarının saxlanıldığı hinləri nəzərdən keçirdəndə həmin küçədə yaşayan, sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 daş hasarına bitişik hin olduğunu görmüşlər. Həmin vaxt o, hasardan aşmaqla həyətə tullanmış, Emin isə küçədə onu gözləmişdir. Tövləyə daxil olub oradan 3 ədəd qaz, 3 ədəd xoruz və 2 ədəd ördəyi oğurlayıb ağ rəngli kisələrə yığmış, hasarın üstündən keçirməklə Eminə vermiş, birlikdə yaşadıqları evin yaxınlığına aparmışlar. Eminə orada gözləməyini demiş və həmin ev quşlarını Salyan şəhər bazarına satmağa aparmışdır. Bazarda əvvəllər tanımadığı alverçiyə oğurladıqları ev quşlarının hamısını 60 manata satmış və Eminin olduğu yerə qayıdaraq satdığı ev quşlarının pulundan 20 manat Eminə pul vermişdir. Bir neçə gün sonra, fevral ayının ortalarında Salyan şəhəri Zavod məhəlləsi deyilən yerə yaxın ərazidə sahibsiz ev görmüşdur. Həmin ev Kür çayının kənarında yerləşdiyi üçün gecə saatlarında Kür çayının sahili ilə gedərək həmin evin həyətinə daxil olmuş, həyətdə pəncərənin üzərində olan dəmir barmaqlıqlar vasitəsilə evin ikinci mərtəbəsinə çıxmışdır. Pəncərədən evin içinə daxil olmuşdur. Gecəni həmin evdə qalmışdır. Növbəti gün səhər saatlarında evin qonaq otağında olan televizoru götürüb Salyan şəhəri Avtovağzal ərazisində tanımadığı şəxsə 100 manata satmışdır. Sonrakı 3 gün ərzində həmin evdə qalmış, hər gün evdən müxtəlif əşyalar götürüb Salyan şəhəri Avtovağzal ərazisində yaxud digər ərazilərdə tanımadığı şəxslərə satmışdır. Ümumilikdə həmin evdən 1 ədəd elektrik sobası, 1 ədəd mixer, 1 ədəd şirəçəkən, 1 ədəd ətçəkən, 9 ədədli qazan dəsti, 1 ədəd soyuducu motoru, 1 ədəd televizor, 2 ədəd ütü, 2 ədəd kondisioner motoru, 1 ədəd tozsoran, 1 ədəd mikrodalğalı sobanın motoru və 1 ədəd qızıl qolbağı oğurlayıb tanımadığı adamlara satmışdır. Həmin evə tək daxil olmuş və oğurluq cinayətini tək törətmişdir. Bu işdə ona heç kim köməklik etməmişdir. Bundan başqa, ailədaxili problemləri olduğu üçün tez-tez Salyan şəhəri, B.Talıblı küçəsində yaşayan Zərərçəkmiş şəxs4 yaşadığı evə getmiş və gecəni Kamilin evində keçirmişdir. Kamil hərdən ona 5-10 manat siqaret almaq üçün pul da vermişdir. Kamil ilə münasibətləri yaxşı olmuşdur. 2023-cü il fevralın 25-də saat 02 radələrində yenə də pula ehtiyacı olduğu üçün Kamilin yaşadığı evə getmişdir. Qapını döydükdən sonra Kamil qapını açmış və onu evə dəvət etmişdir. İçəri keçdikdən sonra Kamildən ona 5-10 manat pul verməsini xahiş etmiş, Kamil də əlini şalvarının cibinə salaraq pul çıxartmışdır. Həmin anda Kamilin əlində 100 manatlıq əsginasların olduğunu görmüş və pulu gördüyü anda Kamilin əlindən həmin pulların hamısını götürmək qərarına gəlmişdir. Bu məqsədlə ani şəkildə Kamilin əlində olan pulların hamısını dartıb aldıqdan sonra evdən çıxaraq qaçmağa başlamışdır. Kamil onun ardınca qışqıraraq bayıra çıxmış, lakin Kamil qoca olduğu üçün ona çata bilməyəcəyini bilmişdir. Buna görə də, qaçaraq Kamilin yaşadığı evdən uzaqlaşmış və həmin gecə öz yaşadığı evə getməmişdir. Gecəni heç kimin yaşamadığı daxmada keçirmişdir. Həmin yerdə Kamildən götürdüyü pulları saymış və ümumilikdə 865 manat pul olduğunu görmüşdür. Növbəti günlərdə həmin pulu borclarına və şəxsi məsrəflərinə xərcləmişdir. Sonrakı müddətdə Kamili heç vaxt görməmişdir. Bundan başqa, sonuncu dəfə 2023-cü il martın 2-nə keçən gecə saatlarında Salyan şəhəri, B.Talıblı küçəsində gəzdiyi vaxt sonradan adını bildiyi Zərərçəkmiş şəxs5 məxsus evin həyətinə boylandıqda orada hin olduğunu görmüşdür. Həmin hindən toyuq və hind quşu oğurlamaq məqsədilə hasarın üzərindən keçərək həyətə daxil olmuşdur. Hinə tərəf gedib qapını açaraq hinin içinə girmiş, hində 2 ədəd hind quşu və 25-30 ədəd toyuq olmuşdur. Özü ilə götürdüyü kisəyə 2 ədəd hind quşunu və 5 ədəd toyuğu qoyaraq gəldiyi yolla həyətdən küçəyə çıxmışdır. Səhərə yaxın həmin hind quşlarını və toyuqları Salyan şəhərində Avtovağzal ərazisində yerləşən bazarda tanımadığı şəxslərə satmış, əldə etdiyi pulu isə özü üçün xərcləmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda törətdiyi əməllərdən peşmandır, bir daha cinayət etməyəcəyinə dair söz verdiyini deyərək yüngül cəza verilməsini xahiş etmişdir. Eyni zamanda göstərmişdir ki, zərər çəkmiş şəxslərə vurulmuş ziyanı ödəmək istəsə də maddi imkanı yoxdur. Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərər çəkmiş şəxslərin, şahid ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uşaqlıq yaşlarından tanıdığı Təqsirləndirilən şəxs1 ilə hər dəfə görüşəndə söhbət zamanı ayrı-ayrı şəxslərə məxsus həyətlərə girib oğurluq etmək qərarına gəlmişlər. 2023-cü il fevralın 12-də saat 02 radələrində Təqsirləndirilən şəxs1 ilə oğurluq etmək üçün, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinin birlikdə “Bayraq meydanı” deyilən yerin yaxınlığında yerləşən Salyan şəhəri, N.Babayev küçəsinə getmişlər. Orada bir neçə evin həyətyanı sahələrinə hasarlardan boylanıb baxmaqla ev quşlarının saxlanıldığı hinləri nəzərdən keçirəndə həmin küçədə yaşayan, əvvəllər tanımadığı mişar daşlarından tikilmiş hasarına çıxmaqla həyətə boylanıb baxdıqda həyətdə hin olduğunu görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 hasardan aşmaqla həyətə tullanmış, o isə Şamilin hindən oğurlayacağı ev quşlarını almaq üçün küçədə yəni həyətin hasarının yan tərəfində gözləmişdir. Bir neçə dəqiqə sonra Şamil həyətin giriş qapısını içəri tərəfdən açaraq əlində 02 ədəd kisədə hindən oğurladığı ev quşlarını və həyətdən oğurladığı 01 ədəd velosipedi gətirmişdir. Şamil küçədə ev quşları olan kisələrin birini ona vermiş və digərini isə özü götürmüşdür. Həmin vaxt kisələrə baxaraq nəzərdən keçirəndə özündə olan kisədə 02 ədəd hind quşu, Şamilin əlində olan kisədə isə 03 ədəd hind quşunun olduğunu görmüşdür. Birlikdə köməkləşərək həmin kisələrdə olan hind quşlarını yaşadıqları evin yaxınlığına aparmışlar. Şamil həyətdən götürdükləri velosipedi daha sonra istifadə etmələri üçün məhəllədə yerləşən kluba qoymuşdur. Bundan sonra həyətdə yerləşən tövlədən götürdükləri 5 ədəd hind quşunu satmaq üçün Şamil ilə Salyan şəhəri avtovağzalı ərazisinə getmişlər. Səhərə yaxın alaqaranlıq vaxtı 5 ədəd hind quşunu avtovağzal ərazisində yerləşən bazarda əvvəllər tanımadığı alverçiyə 100 manata satmış və əldə etdikləri pulu aralarında bölmüşlər. 2023-cü il fevralın 12-də Təqsirləndirilən şəxs1 ilə küçədə görüşəndə yenidən həyətlərə girib oğurluq etməyi qərara almışlar. Bu səbəbdən növbəti gün yəni fevralın 13-də gecə saat 03 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan danışıb razılaşdıqları kimi küçədə görüşmüş və oğurluq etmək üçün birlikdə Salyan şəhəri, B.Talıblı küçəsinə getmişlər. Orada bir neçə evin həyətyanı sahələrinə hasarlardan boylanıb baxmaqla ev quşlarının saxlanıldığı hinləri nəzərdən keçirəndə həmin küçədə yaşayan, sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 mişar daşlarından tikilmiş, lakin alçaqdan olan həyətinin hasarına qaranlıq olan tərəfdən çıxmaqla həyətə boylanıb baxdıqda içəridən hasara bitişik hin olduğunu görmüşlər. Həmin vaxt Şamil hasardan aşmaqla həyətə tullanmış, o isə Şamilin hindən oğurlayacağı ev quşlarını alma üçün küçədə yəni həyətin giriş qapısının qarşısında gözləmişdir. Şamil həmin həyətdəki tövlədən ev quşları olan 03 ədəd qaz, 03 ədəd xoruz və 02 ədəd ördəyi oğurlayıb ağ rəngli kisələrə yığmışdır. Şamil ev quşları olan kisələri hasarın yaxınlığına kimi gətirərək hasarın üstündən keçirməklə ona vermiş və o da kisələrdə olan ev quşlarını Şamildən alıb küçədə yerə qoymuşdur. Şamil özü də hasarı tullanma yolu ilə küçəyə tərəf keçəndən sonra özü də kisələrə baxaraq nəzərdən keçirəndə ağ rəngdə olan kisənin birində 03 ədəd qaz, digərində 03 ədəd xoruz və üçüncü kisədə isə 2 ədəd ördək ev quşlarının olduğunu görmüşdür. Birlikdə köməkləşərək həmin kisədə olan ev quşlarını yaşadıqları evin yaxınlığına aparmışlar. Şamil ona həmin yerdə gözləməyini demiş və həmin ev quşlarını özü ilə tanışına satmağa aparmışdır. Şamil gedəndən bir neçə dəqiqə sonra onun yanına qayıdaraq həmin ev quşlarını adını demədiyi şəxsə 60 manata satmasını deyib satdığı ev quşlarının pulundan ona cəmi 20 manat pul vermişdir. Zərərçəkmiş şəxs1 qonşu kimi tanıyır. Svetlananın evi onun yaşadığı evdən 200-250 metr aralıda Kür çayının bəndinin yaxınlığında yerləşir. Svetlananın evindən heç bir vaxt oğurluq etmədiyini göstərmişdir. Eyni zamanda suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda Zərərçəkmiş şəxs1 yaşadığı evdən oğurluq etməsi ilə bağlı ifadə verməsinə səbəb ifadəni oxumadan imzalamasıdır. Zərərçəkmiş şəxs1 yaşadığı evdən oğurluq etməsə də, müstəntiq tərəfindən ifadəsi yerində yoxlanılarkən, foto şəkillər çəkilərkən müstəntiqin göstərişi əsasında əli ilə onun dediyi yerləri göstərmişdir. Sonda Təqsirləndirilən şəxs2 hazırda törətdiyi əməllərdən peşman olduğunu, maddi imkanı olmadığı üçün zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəyə bilmədiyini, özünü ona elan edilmiş ittihamlarda təqsirli hesab edib, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərər çəkmiş şəxslərin, şahid ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 1-də özünə məxsus evi olsa da, təxminən 1 il olar ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində uşaqları ilə birlikdə müvəqqəti olaraq kirayədə yaşayır. Buna baxmayaraq, ay ərzində bir-iki dəfə Salyan şəhərinə özünə məxsus həmin evə gəlib baş çəkir. Adətən evdən gedən zaman evin və həyətin giriş qapılarını qıfıl ilə bağlayır. 2022-ci il dekabrın 18-də Bakı şəhərində olduğu vaxt evinə baxması üçün bacısı Kəmalə Məmmədova həmin evə getmiş və təxminən 1 həftə onun evində qalmışdır. Daha sonra Kəmalə də evdən çıxıb getmişdir. 2023-cü il yanvarın 3-də anasına evinə qoyması üçün çanta vermişdir. Həmin gün axşam saatlarında bacısı Kəmalə onun evinə gedən zaman həyətdən dəmir qapıların, evində olan saunanın qapısının, saunanı qızdıran və həyətdə olan dörd gözlü sobalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmiş və ona demişdir. Buna görə də, 2023-cü il yanvarın 4-də evinə gəlib baxış keçirdiyi vaxt həyətdə olan tövlənin dəmir qapılarının, bağ sahəsinin girişinin dəmir qapılarının, saunanın giriş qapısının, həmçinin saunanı qızdıran sobanın və həyətdə olan dörd gözlü qaz sobasının, eləcə də 5 metr uzunluğunda dəmir borunun oğurlandığını aşkar etmişdir. Yaşadığı evin həyətindən ona məxsus 7 ədəd hər biri 120 manat dəyərində olmaqla 840 manat dəyərində olan 2 metr uzunluğunda, 1 metr enində dəmir qapı, 1 ədəd 80 manat dəyərində uzunluğu və eni 1 metr olan dəmir qapı, 1 ədəd 40 manat dəyərində dörd gözlü plitəli qaz sobası, 1 ədəd 150 manat dəyərində 5 metr uzunluğunda, 150 mm diametrli, divarının qalınlığı 0,8 mm olan dəmir boru və 1 ədəd 500 manat dəyərində sauna qızdırıcı soba oğurlanmış və baş vermiş həmin hadisə nəticəsində ona 1610 manat maddi ziyan dəymişdir. 2023-cü ilin fevral ayının 19-da Salyan şəhərində yaşayan bacısı Kəmalə Məmmədova onun evinə nəzarət etmək üçün getdiyi vaxt evdən bəzi əşyaların oğurlanmasını aşkar etmiş və ona zəng edərək məlumat vermişdir. Özü isə fevralın 20-də Salyan şəhərinə gəlmiş və yaşadığı evə getdiyi vaxt evə naməlum şəxs və ya şəxslərin daxil olduğunu və evindəki əşyaların oğurlandığını görmüşdür. Bundan sonra bacısı Kəmalə DİN-in “102” xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra həmin evə polis əməkdaşları gəlmiş və ərizə yazaraq şikayət etmişdir. Ona məxsus evdən “Kumtel” markalı elektrik sobası, “Nikai” markalı mixer, “Sonashi” markalı şirəçəkən, “Nikai” markalı ətçəkən, 9 ədədli qazan dəsti, “İndesit” markalı soyuducunun motoru, “Samsung” markalı 43 düym ölçülü televizor, 2 ədəd ütü, “Mitsubishi” markalı kondisionerin motoru, “Supermax” markalı kondisionerin motoru, “Galaxy” markalı tozsoran, 1,5 qram çəkidə 585 əyarlı qızıl qolbağı və mikrodalğalı sobanın motoru oğurlanmışdır. Həmin əmlakların dəyərlərini bilməsə də, lakin aldığı vaxtki qiymətlərinə əsasən ona ümumilikdə 5000-6000 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 suallara cavab verərkən göstərmişdir ki, evindən oğurluq edən şəxslərin tutulması barədə ona Salyan RPŞ-nin əməkdaşı Tural Məlikov zəng vurub məlumat vermişdir. Tural Məlikovun verdiyi məlumatdan sonra o, Təqsirləndirilən şəxs1lə yanaşı Təqsirləndirilən şəxs2 də onun evindən oğurluq etdiyini bilmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, bir neçə ay əvvəl Salyan şəhəri ərazisində yerləşən mağazaların birindən 230 manata “Stels” markalı velosiped almışdır. Yaşadığı evin həyətində yerləşən ev quşları olan tövlədə özünə məxsus 06 baş hind quşu, bir neçə baş isə qaz və toyuq saxlamışdır. 2023-cü il fevralın 11-də saat 19 radələrində işlədiyi yerdən gəlib velosipedi həyətdə evin qarşısında saxlayıb evə daxil olmuşdur. Ailə üzvləri isə həmin gün axşam saatlarında saxladıqları ev quşlarına baxıb tövlənin qapısını bağlamışlar. Növbəti gün, yəni fevralın 12-də saat 08 radələrində yuxudan durub həyətə düşdükdə velosipedin evin qarşısında olmadığını və həyətin giriş qapısının açıq olduğunu görmüşdür. Atasının işə getdiyini və velosipedi evin həyətində harasa qoymasını zənn edib atasına zəng etmiş, atası isə evdə olduğunu və velosipedi görmədiyini bildirmişdir. Daha sonra həyətə baxış keçirdikdə, orada yerləşən ev quşları saxladığı tövlənin pəncərəsinin sınıq vəziyyətdə olduğunu görmüşdür. Tövləyə daxil olduqda oradan 5 hind quşunun da olmadığını görüb özünə məxsus velosipedin və həmin hind quşlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını düşünmüş və Azərbaycan Respublikasının DİN-in “102” xidmətinə zəng vurub bu barədə polis ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 350 manat maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs sonda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş maddi ziyan ödənilmədiyini, lakin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, bu barədə müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyi üçün evdə ancaq özü üçün müxtəlif cinsli ev quşları saxlayaraq ətindən və yumurtasından istifadə edir. Həyətində tövlə var. Fevralın 13-də saat 09 radələrində evdən çıxaraq həyətdə olan tövləyə yaxınlaşıb ev quşlarına yem verdikdə ev quşlarından 3 ədəd erkək cinsli qazın, 2 ədəd erkək cinsli ördəyin və 3 ədəd xoruzun tövlədə olmadığını və naməlum şəxs (şəxslər) tərəfindən oğurlanmasını aşkar etmişdir. Bununla bağlı həyəti və evin ətrafını gəzib nəzərdən keçirəndə məlum olmuşdur ki, naməlum şəxs (şəxslər) gecə saatlarında tövlənin qapısını açaraq içəri daxil olmuş və 3 ədəd erkək cinsli qazı, 2 ədəd erkək cinsli ördəyi və 3 ədəd xoruzu oğurlamışlar. Fevralın 14-də Salyan Rayon Polis Şöbəsinə gəlib bu barədə ərizə ilə müraciət etmişdir. Yaşadığı evin həyətində yerləşən tövlədən ona məxsus 3 ədəd hər biri 36 manat dəyərində olmaqla 108 manat dəyərində diri çəkisi 4 kq erkək cinsli ev quşu olan qazlar, 3 ədəd hər biri 17 manat dəyərində olmaqla 51 manat dəyərində diri çəkisi 2 kq ev quşu olan xoruzlar və 2 ədəd hər biri 31 manat 25 qəpik dəyərində olmaqla 62 manat 50 qəpik dəyərində diri çəkisi 2,5 kq erkək cinsli ev quşu olan ördəklər oğurlanmış və baş vermiş hadisə nəticəsində ona ümumilikdə 221 manat 50 qəpik maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 sonda Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanı tam olaraq ödəməsi, onunla barışması və heç bir şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs1 şikayətçi olduğunu bildirib, bu barədə xx.xx.2023-cü il tarixli müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayətçi və tələbkar olduğunu bildirib, bu barədə xx.xx.2023-cü il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 10 ildir tanıyır. Şamil heç bir yerdə işləmədiyi və maddi cəhətdən çətinliyi olduğu üçün arabir Şamilə 5-10 manat maddi yardım etmişdir. Şamil hərdən onun yaşadığı evə gəlmiş və Şamilə yaşadığı evdə gecələməyə icazə vermişdir. 2023-cü il fevralın 25-də saat 02 radələrində yaşadığı evdə yatmağa hazırlaşdığı vaxt qapı döyülmüş, qapını açdıqda Şamilin gəldiyini görmüşdür. Şamilin yenə də gecələmək üçün gəldiyini düşünərək evinə qəbul etmişdir. Yatağına tərəf getdiyi vaxt Şamil ondan pul verməyini istəmiş və pul aldıqdan sonra gedəcəyini demişdir. 4-5 gün əvvəl 330 manat məbləğində təqaüdünü almış, bundan başqa, son 1-2 həftə ərzində meyvə-tərəvəz sataraq təxminən 1000 manat məbləğində pul qazanmışdır. Sonrakı müddətdə isə həmin pullardan xərcləmiş və ümumilikdə 865 manat pulu qalmışdır. Həmin pulu əynində olan şalvarının sağ yan cibində saxlamışdır. Şamil pul istədikdə isə 5-10 manat pul vermək üçün əlini cibinə salaraq pulunu çıxartmaq istəmişdir. Şamil onun cibindən yüz manatlıq əsginasları çıxardığını gördükdə əlini uzadıb onun əlində olan bütün pulu dartaraq almış və daha sonra qapıdan çıxaraq qaçmağa başlamışdır. Qapıdan çıxaraq Şamilin ardınca getmək istəsə də, lakin yaşlı olduğu üçün gedə bilməmişdir. Yaşadığı evin ətrafında bir qədər gəzdikdən sonra evə qayıtmış və daha sonra DİN-in “102” xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra yaşadığı evə polis əməkdaşları gəlmiş və ərizə yazaraq şikayətini bildirmişdir. Şamil onun əlində olan 8 ədəd yüz manatlıq, 1 ədəd 50 manatlıq, 1 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq əsginas olmaqla ümumilikdə 865 manat pulunu dartıb alıb qaçaraq ona qarşı soyğunçuluq etmişdir. Hadisə baş verdiyi gün Şamili özü evinə qəbul etmişdir. Şamil onun əlində olan 865 manat pulunu dartıb alıb qaçsa da, lakin ona qarşı heç bir zorakılıq etməmiş, ona xəsarət yetirməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 sonda Təqsirləndirilən şəxs1 şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə hind quşları və toyuqlar saxlamış, ümumilikdə 02 ədəd hind quşu və 30 ədəd toyuğu olmuşdur. Hər gün axşam saatlarında həmin hind quşlarına və toyuqlara yem verib sayaraq tövləyə salmış, növbəti gün səhər saat 7 radələrində isə tövlənin qapısını açmışdır. 2023-cü il martın 1-də saat 19 radələrində yenə də hind quşlarını və toyuqları yemləyib sayaraq tövləyə salmış, gecə boyu həyətdən hər hansı səs eşitməmişdir. Növbəti gün, yəni martın 2-də saat 7 radələrində tövlənin qapısını açdığı vaxt 2 ədəd hind quşunun və 5 ədəd toyuğun tövlədə olmadığını görmüşdür. Həyəti və küçəni axtarsa da, lakin hind quşlarını və toyuqları tapa bilməmiş, buna görə də Salyan Rayon Polis Şöbəsinə gələrək oğurluq olması barədə ərizə yazmışdır. Hind quşlarının qiymətini bilmədiyi üçün ilkin ərizəsində və izahatında ona ümumilikdə 150-160 manat maddi ziyan dəydiyini göstərmişdir. Lakin 2 ədəd hind quşunun hər biri 10 kq çəkidə erkək cinsli olmaqla, 1 ədədinin dəyəri 120 manat, 5 ədəd toyuğun isə hər biri 1 kq çəkidə olmaqla 1 ədədinin dəyəri 10 manat olmuşdur. Beləliklə, 2 ədəd hind quşunun və 5 ədəd toyuğun oğurlanması nəticəsində ona ümumilikdə 290 manat maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs1 şikayəti və tələbinin olmadığını bildirib, bu barədə xx.xx.2023-cü il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşı X6 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Salyan şəhər sakini kimi tanımışdır. Təqsirləndirilən şəxs2 polis şöbəsinə gətirərkən o, da polis şöbəsində olmuşdur. X3 mobil telefonunun onda olduğunu bildiyi üçün xahiş etmişdir ki, Svetlanaya zəng vurub polisə gəlməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Dövlət ittihamçısı vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Salyan RPŞ-nin müstəntiqi X4 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ifadəsini müdafiəçinin iştirakı ilə vermişdir. İfadə onun tərəfindən kompüter vasitəsi ilə yazılmasına etiraz etməmişdir. İfadə Eminin sözləri ilə yazılmış, təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən oxunduqdan sonra imzaları ilə təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və zərər çəkmiş şəxslərin) ifadələri ilə yanaşı, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin cild 1, 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Salyan RPŞ-nin İB-nin müstəntiqi Rza Məmmədovun 26 mart 2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs2 12 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” Xidməti-X10 müraciət edərək evinin həyətindən nəməlum şəxs (şəxslər) tərəfindən 200 manat dəyərində 05 ədəd hind quşunun və 150 manat dəyərində 01 ədəd velosipedinin oğurlanaraq ümumilikdə ona 350 manat maddi ziyan dəydiyi ilə bağlı məlumat vermiş və həmin fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin cild 1, 10-12-ci vərəqlərində olan 12 fevral 2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı Salyan şəhəri, N.Babayev küçəsində yerləşən evin qarşısında baxış keçirilmiş və fotoşəkilləri çəkilmişdir. Cinayət işinin cild 1, 19-20-ci vərəqlərində olan “cinayət işi başlanmasının rədd edilməsi barədə” Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Fuad Mirzəzadənin 21 fevral 2023cü il tarixli qərarından görünür ki, Salyan şəhəri, N.Babayev küçəsində yaşayan Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış material üzrə nəməlum şəxs və ya şəxslərin əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş, Salyan şəhəri, N.Babayev küçəsində yaşayan Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin qarşısında olan velosipedi və 5 ədəd hind quşunu oğurlayan şəxs və ya şəxslərin əməllərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (xırda talama) tərkibi olduğundan müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərar Salyan RPŞ-nin İT və CAB verilməsi qərara alınmışdır. Cinayət işinin cild 1, 36-cı vərəqində olan 26 mart 2023-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 oğurluq etməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin cild 1, 45-46-cı vərəqlərində olan 26 mart 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 azadlığı xx.xx.2023-cü il tarixdə, saat 18:20 dəqiqədə məhdudlaşdırılmaqla tutulmuşdur. Cinayət işinin cild 1, 84-87-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 fevral 2023-cü il tarixli, 9/321 nömrəli rəyindən görünür ki, respublika ərazisində yerləşən ticarət şəbəkələrində, internet saytlarında, bazarlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə analoji malların markasına, modelinə uyğun olaraq ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: uzunluğu 2 metr, eni 1 metr olan dəmir qapı 120 manat; - uzunluğu və eni 1 metr olan dəmir qapı 80 manat; - dörd gözlü plitəli qaz sobası 40 manat; - uzunluğu 5 metr, 150 mm diametrli, divarının qalınlığı 0,8 mm olan dəmir boru 150 manat. Cinayət işinin cild 1, 99-cu vərəqində olan 25 fevral 2023-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 oğurluq etməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işinin cild 1, 108-109-cu vərəqlərində olan 25 fevral 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 azadlığı xx.xx.2023-cü il tarixdə, saat 12:10 dəqiqədə məhdudlaşdırılmış, 13:30-da tutulmuşdur. Cinayət işinin cild 1, 123-127-ci vərəqlərində olan “baxış keçirilməsi barədə” 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 yaşadığı evin həyətindəki ev quşları saxladığı hinin foto şəkili çəkilmişdir. Cinayət işinin cild 1, 153-154-cü vərəqlərində olan 27 fevral 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin cild 1, 163-164-cü vərəqlərində olan 27 fevral 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin cild 1, 166-cı vərəqində olan 27 fevral 2023-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerində azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 MSY-dən azad olunmuşdur. Cinayət işinin cild 1, 169-170-ci vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-nin 180.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 08 may 2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin cild 1, 175-177-ci vərəqlərində olan 28 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin cild 1, 190-191-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin cild 1, 193-203-cü vərəqlərində olan 29 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evində və həyatyanı sahədə oğurluq etdiyi əşyaların yerinə baxış keçirilmiş və fotoşəkilləri çəkilmişdir. Cinayət işinin cild 1, 204-205-ci vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Salyan Rayon Məhkəməsinin 05 yanvar 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23 iyun 2020-ci il tarixdə cəzasını tam çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin cild 1, 216-217-ci vərəqlərində olan 30 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin cild 1, 234-238-ci vərəqlərində olan “baxış keçirilməsi barədə” 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 yaşadığı evdə Təqsirləndirilən şəxs1 tərəfindən onun əlindən 865 manat pulu dartıb aldığı yerə baxılmış və foto şəkillər çəkilmişdir. Cinayət işinin cild 1, 256-257-ci vərəqlərində olan 31 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin cild 1, 266-268-ci vərəqlərində olan Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən tərtib olunmuş 03 aprel 2023-cü il tarixli, 51 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 evlidir, 2007 və 2020-ci il təvəllüdlü övladları var, barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. Cinayət işinin cild 2, 1-2 vərəqlərində olan “cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” 01 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinə bir icraatda birləşdirilərək cinayət işinin istintaqı ********* statistik nömrəsi ilə aparılması və istintaqın davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin cild 2, 4-cü vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının 30 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. Cinayət işinin cild 2, 11-15-ci vərəqlərində olan 20 fevral 2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayş evindən oğurlanmış əşyaların yeri müəyyən edilmiş və fotoşəkilləri çəkilmişdir. Cinayət işinin cild 2, 24-26-cı vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 aprel 2023-cü il tarixli, 9/1856 nömrəli rəyindən görünür ki, 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - “Kumtel” markalı elektrik sobası 60 manat; - “Nikai” markalı mixer 10 manat; - “Sonashi” markalı şirəçəkən 30 manat; - “Nikai” markalı ətçəkən 50 manat; - 9 ədədli qazan dəsti 40 manat; - “İndesit” markalı soyuducunun motoru 80 manat; - “Samsung” markalı 43 düym ölçülü televizor 350 manat; - 2 ədəd ütü hər biri 25 manat; - “Mitsubishi” markalı kondisionerin motoru 250 manat; - “Supermax” markalı kondisionerin motoru 200 manat; - “Galaxy” markalı tozsoran 80 manat; - 1,5 qram çəkidə 585 əyarlı qızıl qolbağı 80 manat; mikrodalğalı sobanın motoru 60 manat. Cinayət işinin cild 2, 50-51-ci vərəqlərində olan 01 may 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona yenidən elan olunmuşdur. Cinayət işinin cild 2, 69-71-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin cild 2, 180-183-cü vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 1(057)-02/2016 saylı, 10 fevral 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş CM-nin 69.3-cü maddəsinə əsasən 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, zərər çəkmiş şəxslərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən hadisə yerinə baxış keçirilməsi, ifadələrin yerində yoxlanılması, habelə digər istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama əməlləri 177.2.1-ci maddəsinə əsasən, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyğunçuluq, yəni özgənin əmlakını açıq talama əməli 180.2.2-ci maddəsinə əsasən, təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdikləri əməlləri etiraf edərək səmimi peşmançılıq çəkmələrini, Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını və dəymiş ziyanın qismən ödənilməsini(zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, dəymiş ziyanın ödəməmələrini, habelə ziyanı ödəməyə heç bir cəhd etməmələrini, zərər çəkmiş şəxslərin onlardan şikayətçi olmalarını və əvvəllər məhkum edilmələrini isə şəxsiyyətlərini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzanın təyin olunmasını ona görə məqsədəmüvafiq hesab etmir ki, Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxslərə vurduğu ziyanın ödəməmiş, vurduğu ziyanı aradan qaldırmağa və zərər çəkmişlərlə barışmağa heç bir cəhd göstərməmiş, zərər çəkmiş şəxslər ondan şikayətçidilər. Barəsində bir neçə dəfə azadlıqdan məhrum etmə cəzası təyin olunmasına baxmayaraq islah olunmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlıqdan məhrum etmə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşağının olmasını, dəymiş ziyanın qismən ödənilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 yaşadığı evdən oğurluq etməməsi ilə bağlı verdiyi ifadəyə tənqidi yanaşır. Belə ki, təqsirləndirilən şəxs ifadəsini oxumadan imzaladığını desə də, əlavə şahidlər ifadə verərkən, Zərərçəkmiş şəxs1 yaşadığı evdən oğurluq etməsi ilə bağlı müstəntiq tərəfindən ifadəsinin təhrif olunması barədə heç bir əsas gətirə bilməmişdir. Bundan başqa, zərər çəkmiş şəxs biləbilə yalan xəbərçilik etməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərər çəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəza çəkməsinin əvvəli 01 may 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1 və 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəza çəkməsinin əvvəli 26 mart 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1 və 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini, müsbət və mənfi cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan 2 (iki) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CMnin 180.2.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini, müsbət və mənfi cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 izah edilsin ki, vurulmuş ziyanın ödənilməsi tələbi ilə bağlı ümumi iddia icraatı qaydasında təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı məhkəmədə iddia qaldırmaq hüquqları vardır. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq aşağıdakı hesaba köçürülməlidir: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq olaraq məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək müdafiəçilərin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olması qənaətinə gəlir. Belə ki, müdafiəçi 11 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 15 iş saatına görə 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan - ifadənin yerində yoxlanılmasının video görüntülərini əks etdirən 1 ədəd “DVD” diskin və Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 1-də yerləşən X2 məxsus evdə baş vermiş oğurluq faktı ilə ələqadar hadisə yerinin müayinəsi zamanı götürülmüş Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd əl izi, zərər çəkmmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus yaşayış evinin yaxınlığında quraşdırılmış təhlükəsizlik kamerasının qeydə aldığı videogörüntüləri əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmələri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs1 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs2 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 izah edilsin ki, vurulmuş ziyanın ödənilməsi tələbi ilə bağlı ümumi iddia icraatı qaydasında təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı məhkəmədə iddia qaldırmaq hüquqları vardır. İş üzrə maddi sübut olan - ifadənin yerində yoxlanılmasının video görüntülərini əks etdirən 1 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 1-də yerləşən X2 məxsus evdə baş vermiş oğurluq faktı ilə ələqadar hadisə yerinin müayinəsi zamanı götürülmüş Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd əl izi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus yaşayış evinin yaxınlığında quraşdırılmış təhlükəsizlik kamerasının qeydə aldığı videogörüntüləri əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmün surəti müdafiəçilər tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxslər isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-120/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-120/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver