Məhkəmə qərarları › İş №1(057)-120/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-120/2025

29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-120/2025 29.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X13 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X3 Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Müdafiəçi2, Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx xxx 2000-ci ildə Neftçala rayonu, Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkumluğu olmayan, Neftçala rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 179.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 179.2.2-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, ona etibar olunmuş özgə əmlakını təkrar mənimsəməklə talamış, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, 2024-cü ilin avqust ayında, istintaqa dəqiq məlum olmayan vaxtda, Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 ilə birgə heyvandarlıq fəaliyyəti ilə məşğul olmaq barədə aralarında olan razılaşmadan istifadə edərək, Neftçala rayonu, Qaraqaşlı kəndində yaşadığı evin həyətyanı sahəsində ferma tikintisinin maliyyələşdirilməsi, heyvanların alınması, həmin fəaliyyətlə əlaqədar digər xərclər üçün sonuncu tərəfindən 2024-cü ilin avqust ayından dekabr ayı aralığında olan müddətdə ona verilmiş 22.535 manat məbləğində pul vəsaitindən 21.463,6 manatını həmin işlərə sərf edərək qalan ona etibar olunmuş 1.071,4 manat məbləğində pul vəsaitini, eləcə də, Zərərçəkmiş şəxs2 vəsaiti hesabına alınmaqla həmin ünvanda saxlanılması üçün ona etibar edilmiş 5 (beş) baş iri buynuzlu heyvandan 1 (bir) baş dananı 13 dekabr 2024-cü il tarixdə zərərçəkmiş şəxsdən xəbərsiz şəkildə 1600 manat məbləğində pula sataraq əldə etdiyi pul vəsaitini özünün şəxsi ehtiyaclarına xərcləməklə, Zərərçəkmiş şəxs2 məxsus ona etibar edilmiş ümumilikdə 2671,4 (iki min altı yüz yetmiş bir manat qırx qəpik) manat məbləğində özgə əmlakını vahid niyyətlə əhatə edilən qəsdlə mənimsəyib talamışdır. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 maliyyələşdirməsi əsasında yaradılmış təsərrüfatda sonuncunun vəsaiti hesabına alınmaqla həmin təsərrüfatın fəaliyyəti ilə əlaqədar istifadə edilməsi üçün ona verilmiş “VAZ-21011” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünə məxsus olması və avtomobilin faktiki sahibi olması barədə X8 inandırıb aldadaraq, avtomobili ona satacağı barədə yalan vəd verib Əli Cümiyevin etibarından istifadə edərək sonuncudan 2025-ci ilin yanvar ayının əvvəlindən ortalarınadək olan müddətdə, ayrı-ayrı tarixlərdə Salyan rayonu Nəriman Nərimanov küçəsində yerləşən Salyan Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında 500 manat, bundan bir neçə gün sonra Salyan rayonu Heydər Əliyev küçəsində yerləşən Cümə məscidinin qarşısında 500 manat məbləğində pulu nağd almaqla, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs1 işlədiyi Salyan rayonu Böyükağa Talıblı küçəsində yerləşən “Qələbə” yanacaqdoldurma mərkəzindən "xxxx" ASC-yə aid 4098-5844-9793-3950 nömrəli bank kartı hesabına göndərdiyi 300 manat pulu əldə edib verdiyi vədinə əməl etməyərək ümumilikdə vahid niyyətlə əhatə edilən qəsdlə Əli Cümiyevə məxsus 1300 (min üç yüz) manat pulu alıb ələ keçirməklə, zərərçəkmiş X9 maddi ziyan vurub təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs2 maliyyə vəsaiti hesabına alınmış və ona etibar edilmiş, faktiki dəyəri 1400 manat olan “VAZ-21011” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə, saat 23:25 radələrində Salyan şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən “Zeus” adlı iaşə obyektinin yaxınlığında Şahid2 ilə aralarında olan razılaşmaya əsasən, avtomobilin üzərində mövcud olan 600 manat məbləğində inzibati xətalar üzrə tətbiq edilmiş cərimələr və 121 manat məcburi texniki baxış üçün nəzərdə tutulmuş dövlət rüsumu çıxıldıqdan sonra 600 manat məbləğində pulu nağd şəkildə qəbul edib, mobil notariat qaydasında etibarnamə verərək, avtomobili Şahid2 satmış, əldə etdiyi pulu öz şəxsi məqsədləri üçün istifadə etmiş və bununla da Zərərçəkmiş şəxs2 məxsus, ona etibar edilmiş 1400 (min dörd yüz) manat dəyərində özgə əmlakı təkrarən mənimsəyib talamışdır. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 179.2.2cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, CM-nin 179.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, 2024-cü ilin avqust ayında müğənni Zərərçəkmiş şəxs2 ilə dostunun toy məclisinə onu dəvət etmək üçün zəng etdikdə tanış olmuşdur. Sonradan aralarında səmimi dost münasibətləri yaranmışdır. Telefon danışıqları zamanı onun işsiz olduğunu öyrənən Kərim əvvəlcə xəstəxanada mühafizəçi kimi iş təklif etmiş, lakin o razılaşmamışdır. Daha sonra Kərim heyvandarlıqla məşğul olmağı təklif etmişdir. Kərim evlərinə gələrək şəraitlə tanış olmuş və həyətə tövlə tikilərək təsərrüfat qurulmasını təklif etmişdir. Razılaşmalarına əsasən, təsərrüfatdan əldə olunan gəlirin 70 faizini Kərim, 30 faizini isə o götürəcəkmiş. Bundan əlavə, Kərim ona aylıq əməkhaqqı verəcəyini və maddi köməklik göstərəcəyini demiş, həmçinin torpaq sahəsi alaraq əkinçiliklə də məşğul olmağı planlaşdırmışdır. O bildirmişdir ki, razılaşmadan sonra Kərim 2024-cü ilin avqustundan noyabr ayına qədər hissə-hissə pul göndərmiş, həmin vəsaitlə həyətlərində tövlə tikmiş və Kərimlə birlikdə Salyan rayonunda heyvan bazarından 5 baş dana almışlar. Heyvanlar alınarkən Kərim ödənişləri birbaşa satıcılara etmiş, yanında prodüseri Rusif və köməkçisi Araz olmuşlar. Heyvanlara ümumilikdə təxminən 4000 manat xərcləndiyini bildirmişdir. O, təsərrüfatın idarəsi üçün Kərimin maliyyəsi hesabına 2024-cü ildə “tap.az” platformasından Salyan sakini Fariz adlı şəxsdən VAZ-21011 markalı, **-BA- *** dövlət qeydiyyat nişanlı avtomobili 1250 manata aldığını, lakin avtomobilin Farizin adına deyil, Şirvan rayon sakini, adını xatırlamadığı şəxsə məxsus olduğunu, bu səbəbdən nə öz adına sənədləşdirə, nə də etibarnamə ala bildiyini bildirmişdir. O göstərmişdir ki, noyabr ayından sonra Kərim pul göndərməyi dayandırmışdır. Pul çatışmazlığı səbəbindən ona dəfələrlə zəng etdiyini, mesaj yazaraq ya pul göndərməsini, ya da heyvanlara baxmaq üçün işçi tutmasını xahiş etdiyini, lakin cavab almadığını, hətta nömrəsinin bloklandığını demişdir. Prodüseri Rusifə də mesaj yazaraq bir dananı satacağını bildirmiş, lakin buna da məhəl qoyulmamışdır. 13 dekabr 2024-cü ildə bir dananı evlərinin həyətində, adını xatırlamadığı şəxsə 1050 manata satdığını bildirmişdir. Bu barədə Kərimin məlumat alandan sonra polisə şikayət etdiyini, o isə izahat verərək qalan 4 baş dananı və yemləri gəlib apara biləcəyini bildirmişdir. 16 dekabr 2024-cü ildə Kərim gələrək 4 baş dananı və 200 ədəd ot bağlamasını aparmışdır. Tövlənin isə hazırda həyətdə olduğunu, Kərimin istədiyi zaman götürə biləcəyini demişdir. O bildirmişdir ki, 2025-ci ilin yanvar ayında maddi çətinliklər səbəbindən Kərimin göndərdiyi pulla aldığı avtomobili satmaq qərarına gəlmiş və avtomobili “tap.az” elan saytına yerləşdirmişdir. Yanvar ayında avtomobili yanacaq doldurmaq üçün Salyan rayonu, Talıblı küçəsində yerləşən “Qələbə OİL” YDM-ə getmiş, orada çalışan operator Əli adlı şəxs avtomobili almaq istədiyini demişdir. O, avtomobili 1000 manata sata biləcəyini bildirmişdir. Elə həmin vaxt Salyan RPŞ-nin əməkdaşları avtomobili sənədsiz idarə etdiyinə görə cərimə meydançasına yerləşdirmişlər. Sonradan Əlinin yenidən əlaqə saxlayaraq avtomobili almaqda israr etdiyini, onunla birlikdə cərimə meydançasına gedib avtomobilə baxdığını, Salyan şəhəri, Babək adlı keçmiş kinoteatrın yaxınlığında ona 500 manat beh verdiyini bildirmişdir. Etibarnamə ala bilmədiyindən avtomobili meydançadan çıxara bilmədiyini, bir neçə gün sonra Əlinin yenidən əlaqə saxladığını və əlavə ödəniş etdiyini, ümumilikdə 1000 manat verdiyini, daha sonra avtomobilin cərimələrinə görə əlavə 300 manat istədiyini, həmin pulu da Əlinin onun bank kartına göndərdiyini bildirmişdir. O göstərmişdir ki, həmin pulu şəxsi ehtiyaclarına xərcləmiş və avtomobili çıxara bilməmişdir. Sonradan avtomobili çıxardıqdan sonra Əliyə zəng edib təhvil vermək istəmiş, lakin Əli artıq pullarını geri tələb etmişdir. O, daha sonra Şahid2 və onun tanışı Mirzəyev Namiqlə əlaqə saxlayaraq avtomobili onlara göstərdiyini, 23 yanvar 2025-ci ildə saat 23 radələrində Salyan şəhəri, “Zeus” kafesinin yanında görüşərək avtomobili 600 manat nağd, 600 manat inzibati cərimələr və 121 manat texniki baxış rüsumu olmaqla ümumilikdə 1321 manata satdığını bildirmişdir. Avtomobili idarə etmək üçün Namiqə mobil notariat vasitəsilə onlayn etibarnamə verdiyini, aldığı pulları şəxsi ehtiyaclarına xərclədiyini qeyd etmişdir. O, avtomobili 1321 manat məbləğində Salyan rayon sakini Şahid2 satmışdır. Cəlilabad rayon sakini olması barədə verdiyi məlumat isə həmin şəxslərin Cəlilabad rayon sakini olduqlarını güman etməsi ilə bağlı olmuşdur. Məbləğləri isə qarışıq yadında saxlamışdır. Zərərçəkmiş şəxs1lə 2024 və 2025ci illər tarixləri arasındakı fərq barədə suala o cavab vermişdir ki, o, Zərərçəkmiş şəxs1lə ilk dəfə rastlaşdığı tarixləri səhv sala bilmişdir, çünki dəqiq xatırlamır. Ola bilsin ki, Zərərçəkmiş şəxs1 düz demiş və onlar 2024-cü ilin dekabr ayında yanacaqdoldurma məntəqəsində görüşmüşlər. Lakin o, avtomobilin üzərində “Satılır” yazısının heç vaxt olmadığını bildirmişdir. Behin verilməsi yerindəki ziddiyyət barədə suala o cavab vermişdir ki, o, beh kimi 500 manatı dediyi kimi Babək kinoteatrının yaxınlığında almışdır. İkinci dəfə aldığı 500 manatın isə harada və hansı tarixdə verildiyini dəqiq xatırlamamışdır. Polis şöbəsinə daxil olma, cərimələr və rüşvət iddiası barədə suala o cavab vermişdir ki, o, Zərərçəkmiş şəxs1 hansı şəraitdə qalan 500 manatı verdiyini xatırlamadığını, lakin onunla birlikdə Salyan RPŞ DYPB-nə daxil olduğunu bildirmişdir. Otaqlardan birində polis əməkdaşının ona avtomobilin üzərində çoxsaylı cərimələr olduğunu və etibarnamə olmadığı üçün cərimələr ödənilsə belə avtomobili meydançadan çıxara bilməyəcəyini dediyini bildirmişdir. Bu səbəbdən həmin vaxt avtomobili çıxara bilməmişdir. Sonradan Şirvan şəhərinə gedərək etibarnamə aldığını, lakin cərimələrin çoxluğu səbəbindən avtomobili yenə çıxara bilmədiyini, buna görə Əlidən 300 manat istədiyini bildirmişdir. Lakin o, polis əməkdaşlarına rüşvət vermədiyini və belə söz demədiyini qeyd etmişdir. O, avtomobili çıxardıqdan sonra Əli ilə görüşsə də ona verməmiş, səbəb etibarnamə yoxluğu deyil, avtomobilin üzərində qalan cərimələr olmuşdur. Çünki cərimələri ödəyə bilməmişdir. O, avtomobili cərimələrlə birlikdə vermək istəmiş, lakin Əli avtomobili almaqdan imtina edərək pullarını geri istəmişdir. Avtomobilin sənədlərinə dair məlumatın ziddiyyəti barədə suala o cavab vermişdir ki, o, Zərərçəkmiş şəxs1 söylədiklərini təkzib etmiş və bildirmişdir ki, Əli avtomobilin sənədlərində çatışmazlıqlar olduğunu və etibarnamə olmadığını əvvəldən bilmişdir. Zərərçəkmiş şəxs X10 və Şahid3 istintaqa göndərilən pulların qeydiyyatına dair təqdim etdikləri dəftərdə ad, soyad, ata adının və imzanın olması olması barədə bildirmişdir ki, həmin yazılar ona məxsusdur və onun tərəfindən icra olunmuşdur. Göndərilən pulların qeydiyyatına dair dəftərdən ona ümumilikdə 11 avqust 2024xx.xx.2024-cü il tarixləri aralığında 22335 manat məbləğində pul göndərməsini təsdiq edərək bildirmişdir ki, həmin dəftərdə qeyd olunan pullar ona göndərilmişdir. Dəftərdə yaşadığı evin həyətyanı sahəsində tövlənin tikintisi üçün ümumilikdə isə 13.075 manat məbləğində pul xərclənməsi göstərilməsi barədə bildirmişdir ki, o tövlənin tikintisi zamanı xərclərə dair məbləği tam olaraq xatırlamır, lakin həmin məbləğlərin dəftərdə qeyd olunduğundan tikinti üçün xərcləndiyini ehtimal etmişdir. Təyin edilmiş tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 02/07-270/25 saylı rəyində tövlənin tikintisinə ümumilikdə 12003,6 manat məbləğində xərclənməsi. Lakin dəftərdə həmin məbləğin 13075 manat təşkil etməsi barədə suala cavab olaraq bildirmişdir ki, hesablanan smeta xərclərə dair 12003,6 manat məbləğin olması barədə dəqiq bir söz deyə bilməmişdir. Çünki tikinti materialların qiyməti vaxtaşırı zamanla fərqlənmişdir. Qiymətlər gah qalxmış, gah da enmişdir. Ehtimal etmiş ki, o, tövlənin tikintisi zamanı aldığı tikinti materialların qiyməti ilə onların baxış keçirib həmin vaxta zamana dair tikinti materialların qiyməti fərqlənmişdir. Bu səbəbdən fərqlilik yaranmışdır. Lakin bildirmiş ki, həmin tikinti zamanı onun tərəfindən heç bir məbləğdə pul mənimsənilməmişdir. Qeyd olunan xərclərə dair dəftərdə pulların ona verilməsi barədə göstərmişdir ki, ümumilikdə danalara 3950 manat pul xərclənmiş, həmin danaların pullarını Zərərçəkmiş şəxs2 şəxsən özü danaları alarkən hal hazırda xatırlamadığı satıcıya vermişdir. Yəni ki, həmin pul ona verilməmiş, sadəcə olaraq dəftərdə qeydiyyatı aparılmışdır. Həmin danaların daşınması üçün qeyd olunan məbləğlərdə taksilərə pul verilmişdir. Heyvanların yeminə xərclənən ot, saman, dərman, qara un, yonca, gübrə, duz, kəpək, vitamin üçün dərmanların alınmasının təsdiqinə dair o fotoşəkillər təqdim etmişdir. Həmin fotoşəkillərdən də görünmüş ki, qeyd olunan məhsullar alınmışdır. Doğrudur, xx.xx.2024-cü il tarixdə dərmanlar və telefonun krediti üçün ona 100 manat pul, xx.xx.2024-cü il tarixdə onun səhhətimdə yaranan problemlərdən ötrü Kərim 200 manat pul göndərmişdir. Həmin pullar onun tərəfindən mənimsənilməmiş, qeyd olunan məqsədlər üçün xərclənmişdir. xx.xx.2024-cü il traktor üçün 100 manat, xx.xx.2024-cü il tarixdə bələdiyyə torpağı üçün 200 manat, xx.xx.2024-cü il tarixdə kənd bələdiyyəsi üçün 100 manat, xx.xx.2024-cü il tarixdə traktor üçün 140 manat, xx.xx.2024-cü il tarixdə sahənin suvarlanması üçün 80 manat, dəftərdə ki qeydlər barədə bildirmiş ki, həmin ərəfədə Kərim əkinlə məşğul olmaq istəmişdir. Bələdiyyə isə onun vətən müharibəsi iştirakçısı olduğuna görə Neftçala rayonu, Duzdağ adlanan ərazidə pulsuz əkin üçün torpaq vermiş, o isə həmin torpaq sahəsinə əkmək üçün toxum almışdır. Həmin pulları həmin toxumun əkilməsinə və traktora xərclənmişdir. Həmin pulların xərclənməsinə dair, yəni ki alınan malların fotoşəkillərini və traktorların sahədə işləməsinə və suvarlanmasına dair video görüntüləri təqdim etmişdir. Qeyd olunan xərclərə dair dəftərdən 20 avqust 2024-cü il tarixdə onun bank kartı vasitəsi ilə 200 manat göndərilməsi xüsusatı barədə bildirmiş ki, hal hazırda dəqiq olaraq xatırlamır hansı səbəblə göndərilmiş, onu bilmiş ki, həmin ərəfədə onlar heyvanların və yemlərin alışı ilə məşğul olmuşlar, çox güman ki yem üçün göndərilmişdir. Onun xx.xx.2025-ci il tarixdə satdığınız iribuynuzlu 01 ədəd dananın hansı olması barədə bildirmişdir ki, həmin dana Zərərçəkmiş şəxs2 tərəfindən onun iştirakı ilə alınmış, həmin dana ilə birlikdə həmin tarixdə bir ədəd danada alınmış, hər ikisinə ümumilikdə 1840 manat pul ödənilmişdir. Həmin satdığı dananın alış qiyməti təxminən 940 manat olmuşdur. Törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etdiyini, müharibə veteranı olduğunu bildirərək, qeyd olunanların nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, baxış protokolları, ekspert rəyi və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2024-cü ilin avqust ayında tanımışdır. Onu tanıma səbəbi Muradın onun istifadə etdiyi mobil nömrəyə “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə yazaraq işsiz olduğunu bildirməsi olmuşdur. Həmin yazışma zamanı Murad yanında iş olarsa mühafizəçi kimi işləmək istədiyini demişdir. O isə Murada yanında elə bir işin olmadığını, özünün nə iş bacardığını soruşduğunu bildirmişdir. Murad isə heyvan saxlamağı bacardığını və Neftçala rayonu, Qaraqaşlı kəndində yaşadığı ünvanda heyvan saxlamaq üçün şərait qurmaq imkanının olduğunu, lakin maddi imkanının olmadığını demişdir. Həmin vaxt Murad adlı şəxsə maliyyə baxımından nə lazımdırsa kömək edə biləcəyini demişdir. Razılaşdıqlarına əsasən heyvan aldıqdan sonra həmin heyvanları birlikdə saxlayacaqdılar, o təsərrüfata çəkdiyi xərci götürdükdən sonra əldə olunan qazancın 70 faizi ona, 30 faizi isə Murada çatacaqdı. Bu razılaşmaya əsasən, 11 avqust 2024-cü il tarixdən 2024-cü ilin noyabr ayına qədər təsərrüfatın qurulması məqsədilə Muradın "xxxx"a məxsus 4098-5844-9793-3950 nömrəli bank kartı hesabına və birbaşa əlbəəl olaraq ümumilikdə 22.635 (iyirmi iki min altı yüz otuz beş) manat pul ödəmişdir. Həmin vəsaitdən istifadə etməklə saxlamaq məqsədilə 5 baş iri buynuzlu erkək heyvan almışlar. Bu heyvanlara ümumilikdə təxminən 3.950 manat, avtomobil alınması üçün 1.400 manat vermişdir. Qalan 17.285 manat isə Murada avtomobil alınması, təsərrüfat tikililəri, əkin sahələrinin alınması və əkilməsi, heyvan yemi və digər xərclər üçün verilmişdir. xx.xx.2024 tarixdə Murad icazəsiz şəkildə bir baş iri buynuzlu erkək heyvanı ona məlum olmayan şəxsə 1600 manata sataraq pulu mənimsəmişdir və bu barədə ona Muradın anası məlumat vermişdir. O, həmin gün “102” xidmətinə müraciət etmişdir. Qalan 4 baş erkək dananı Muradın həyətindən çıxararaq, təxminən 6000 manat dəyərində olsa da, cəmi 2500 manata satmışdır. Onun bunu ziyanına etməsinin səbəbi Muradın heyvanları tələb etdikdə onu telefonda tüfənglə vuracağı ilə hədələməsi olmuşdur. Murad tüfəngi də ona göndərilən pullarla alınmışdır. O, Muradı dəfələrlə tüfənglə görmüşdür. O qeyd etmişdir ki, polisə müraciətdən sonra Murad onun vəsaiti ilə aldığı VAZ-21011 markalı avtomobili satmış, həmçinin ov silahını da başqasına vermişdir. O, Təqsirləndirilən şəxs ona dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Ona həmin 5 baş dananın içində ən böyüyünü Muradın 1600 manata satdığını xx.xx.2024-cü il tarixdə Muradın anası bildirmişdir. Şahid1 Neftçala Rayon Prokurorluğuna verdiyi ifadəsində həmin dananı Təqsirləndirilən şəxs ona 1000 manata satması barədə göstərməsi ilə bağlı o bildirmişdir ki, Şahid1 söylədikləri yalandır. Belə ki, Zibeydə özü ona mobil telefonda danışarkən Muradın həmin heyvanı 1600 manata satmasını bildirmişdir. Şahid1 ifadəsində onun Təqsirləndirilən şəxsla gəlirin 70%-30% nisbətində bölünməsi ilə yanaşı, ona aylıq əməkhaqqı verilməsi barədə razılaşmaları olduğunu göstərməsi ilə bağlı o bildirmişdir ki, Şahid1 söylədikləri yalandır. Onların razılaşmasına əsasən Murad bütün işləri yerinə yetirəcək və əldə olunan gəliri 70%-30% nisbətində böləcəkdilər. Əlavə aylıq əməkhaqqı barədə heç bir razılaşma olmamışdır. 2024-cü ilin avqust–dekabr ayları ərzində o Murada bir çox maddi köməklik etmişdir: Muradın əməliyyatı üçün 200 manat vermiş, evlərinə internet kabeli çəkdirmiş, nəqliyyat vasitəsi almışdır. Bundan başqa, Muradgilə baş çəkəndə hər dəfə bazarlıq edib ərzaq aparmışdır. Bütün bu xərclər gəlir bölgüsünə daxil edilməmişdir. Ümumilikdə 22.635 manat pul xərcləmiş, satdığı danalardan yalnız 2.500 manat əldə etdiyindən ona 20.135 manat məbləğində ziyan dəymişdir. Təqsirləndirilən şəxs ifadəsində “VAZ-21011” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1250 manata alınması barədə göstərdiyinin yalan olduğunu, avtomobilin 1400 manata alındığını bildirmişdir. Yalnız onların xərclərin qeydə alındığı dəftərdə bu məbləğ 1200 manat kimi qeyd olunmuş, faktiki olaraq isə 1400 manat ödənilmişdir. Neftçala Rayon Prokurorluğuna verdiyi ifadədə heyvanları satmasına səbəb kimi Təqsirləndirilən şəxs onu tüfənglə vurmaqla hədələməsini göstərməsi, lakin Neftçala RPŞ-dən daxil olmuş 11 iyun 2025-ci il tarixli məktubdan Təqsirləndirilən şəxs adına qeydiyyatda ov silahı olmaması, xx.xx.2022-ci ildə aldığı ov silahını xx.xx.2023-cü ildə Rəxşən Qəniyevaya bağışlaması barədə bildirdiyi məsələlərə dair o qeyd etmişdir ki, bu barədə dəqiq məlumatı yoxdur. Yalnız onu bilmişdir ki, Muradın idarə etdiyi, özünün aldığı avtomobildə bir neçə dəfə ov tüfəngi görmüşdür. Həmin tüfəng qeydiyyatda olan silahdırmı, yoxsa yox — deyə bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində 2024-cü ilin noyabrından etibarən ondan pul istəməsi, lakin onun göndərməməsi, Muradı bloklaması, prodüseri Rusifə və köməkçi Araz vasitəsilə də əlaqə qurmağa çalışması, lakin heç bir cavab ala bilməməsi, bu səbəbdən dananı satması barədə göstərdiklərinə münasibət olaraq bildirmişdir ki, bu, həqiqəti əks etdirmir. Noyabr ayında Muradın anası Zibeydə ona telefonla zəng edərək Muradın Bakıya işləməyə getmək istədiyini və onun yerinə heyvanlara qulluq edəcək adam tapmasını xahiş etmişdir. O, bu iş üçün nə qədər pul lazım olduğunu soruşduqda ayda təxminən 150 manat lazım olacağını bildirmişdir. O isə razılaşmışdır, çünki artıq Muradın məsuliyyətsiz davranışlarını görmüşdür. Lakin, buna baxmayaraq, Murad heç yerə getməmişdir. Həmin dövrdə aralarında telefon danışığı zamanı sözlü mübahisə yaranmış, Murad heyvanları zəhərləyib öldürəcəyini demiş və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə o, Muradı bloklamışdır. Artıq səbri tükənmişdir. Rusifə və Araza mesaj yazması barədə deyilənlər isə yalandır, belə bir hal baş verməmişdir. Əlavə etmiş ki, həmin xərclərə dair dəftərdə xx.xx.2024-cü il tarixə 140 manat torpağa traktorla səpməyə görə və torpağın behindən 100 manat qayıtdığı barədə qeyd olunmuşdur. Lakin həmin 100 manat pul Murad tərəfindən onlara qaytarılmamış, xx.xx.2024-cü il tarixdə onun avtomobili üzrə olan inzibati xəta haqqında cərimənin ödənilməsi üçün Murad tərəfindən xərclənmişdir. Bu səbəbdən dəftərdə xx.xx.2024-cü il tarixə aid 100 manat göndərilməsi barədə qeydi nəzərə alınmamasını və ümumi məbləğə hesablanmamasını xahiş etmidir. Qeyd olunan dəftərdə ki hesablamaya əsasən onun Təqsirləndirilən şəxs göndərdiyi və verdiyi pul məbləği ümumilikdə 22335 manat məbləğ təşkil edir, lakin əlavə etmişdir ki, Vaz 21011 markalı nəqliyyat vasitəsi ona alınmasına dair dəftərdə 1200 manat qeyd olunsa da, həmin avtomobil faktiki olaraq 1400 manat məbləğə alınmışdır. Bu səbəbdən ümumi məbləğ 22535 manat təşkil edir. Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilməsə də, himayəsində yaşlı anası olduğu və özünün müharibə veteranı olması səbəbindən, onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ona tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Salyan rayonu, Böyükağa Talıblı küçəsində yerləşən “Qələbə” yanacaqdoldurma mərkəzində operator vəzifəsində işləmişdir və onunla rəsmi əmək müqaviləsi bağlanmışdır. 2024-cü ilin dekabr ayında, tarixini dəqiq xatırlamadığı vaxtda işdə olarkən “VAZ 21011” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yanacaqdoldurma məntəqəsinə gələrək benzin vurmaq istəmişdir. O, həmin nəqliyyat vasitəsinə benzin vurduğu zaman avtomobilin arxa sağ sərnişin şüşəsində satılması ilə bağlı kağız üzərində elan görmüşdür. Elanı gördükdən sonra adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs avtomobilin satılıb-satılmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs avtomobilin satıldığını təsdiqləmişdir. Avtomobilin qiyməti ilə maraqlandıqda Təqsirləndirilən şəxs avtomobili ona 1000 manata sata biləcəyini bildirmişdir. Bundan sonra o, Muradın mobil nömrəsini götürərək telefonuna qeyd etmişdir. Təxminən 10–15 gün sonra, 2025-ci il yanvarın 6-da o, Təqsirləndirilən şəxs zəng edərək avtomobilin satılıb-satılmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs avtomobilin hələ də satılmadığını bildirmişdir. Avtomobilə baxmaq istədiyini bildirəndə Təqsirləndirilən şəxs “WhatsApp” vasitəsilə avtomobilin ətraflı fotoşəkillərini ona göndərmişdir. Bir-iki gün sonra o yenidən Murada zəng vuraraq avtomobilə əyani baxmaq istədiyini demişdir. Təqsirləndirilən şəxs avtomobilin Salyan RPŞ-nin cərimə meydançasında olduğunu və orada baxa biləcəyini söyləmişdir. Muradın dediyinə görə, onun dostu avtomobili etibarnaməsiz idarə etdiyi üçün yol patrul xidmətinin əməkdaşları avtomobili saxlamış və cərimə meydançasına yerləşdirmişlər. Həmin gün günorta saatlarında onlar birlikdə cərimə meydançasına gedərək avtomobilə baxmışlar. Təqsirləndirilən şəxs avtomobilin cərimə meydançasından çıxarılması və onun avtomobili almaq niyyətini təsdiqləmək üçün 500 manat beh istəmişdir. O isə Salyan RPŞ-nin qarşısında Murada əlbəəl 500 manat vermişdir və onlar sağollaşmışlar. Muradın dediyinə görə, avtomobili 1–2 gün ərzində çıxaracaqdı. Bir neçə gün sonra Murad ona zəng edərək Salyan RPŞ-yə birlikdə gedib avtomobili çıxarmalı olduqlarını demişdir. Onlar RPŞ-yə getmişlər. Murad içəriyə daxil olmamışdan əvvəl ondan qalan 500 manat pulu istəmişdir ki, avtomobilin cərimələrini ödəsin. Onlar birlikdə Salyan RPŞ-nin ərazisində yerləşən DYPByə daxil olmuşlar. Murad tanımadığı otaqlardan birinə girib çıxmış və avtomobili çıxara bilmədiyini, etibarnamə lazım olduğunu bildirmişdir. O, qısa müddətdə etibarnamə məsələsini həll edib avtomobili ona verəcəyini demişdir. Yanvar ayının ortalarında Murad yenidən ona zəng edərək avtomobili çıxarması üçün polis əməkdaşları ilə razılığa gəldiyini, lakin avtomobilin üzərində bir neçə cərimə qaldığını, həmin cərimələri ödəyərək avtomobili çıxarmaq üçün əlavə 300 manat lazım olduğunu demişdir. O elə düşünmüşdür ki, Murad bu pulu yol polisi əməkdaşlarına rüşvət qismində verəcəkdir. Lakin rüşvət verəcəyi barədə ona Murad heç bir söz deməmiş və kiməsə pul verməsinin şahidi olmamışdır. Sadəcə olaraq o belə düşünmüşdür. O,avtomobili almaq niyyəti ilə çarəsiz qalaraq, işlədiyi “Qələbə” yanacaqdoldurma məntəqəsində öz bank kartından Muradın bank kartına 300 manat göndərmişdir. O göstərmişdir ki, ertəsi gün Murad avtomobil ilə onun yanına gəlmişdir. Söhbət zamanı Murad yenə etibarnamə ala bilmədiyini, avtomobili ona versə, yol patrul xidmətinin əməkdaşlarının avtomobili yenidən cərimə meydançasına yerləşdirə biləcəyini demişdir. O, məsələni bir neçə gün ərzində həll edib avtomobili ona verəcəyini bildirmişdir. O qeyd etmişdir ki, bir neçə gün sonra Murada zəng etdikdə Murad avtomobili artıq satdığını və pulu qaytaracağını demişdir. Lakin indiyədək nə avtomobili ona vermiş, nə də aldığı ümumilikdə 1300 manat pulu geri qaytarmışdır. O bildirmişdir ki, Murad onunla əlaqə saxladıqda müxtəlif bəhanələr gətirərək onu aldadır. O, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 300 manat pulu özünə məxsus "xxxx" ASC-nin 5167-5133-3088-0717 nömrəli bank kartından Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-nin 4098-5844-9793- 3950 nömrəli bank kartına göndərdiyini bildirmişdir. Nəqliyyat vasitəsinin Zərərçəkmiş şəxs2 tərəfindən alınıb Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə suala o cavab vermişdir ki, bu barədə onun heç bir məlumatı olmamışdır və ümumilikdə fikrincə Təqsirləndirilən şəxs həmin avtomobilə ilk gündən etibarnaməsi olmamışdır. Təqsirləndirilən şəxs 300 manat pulu rüşvət qismində verməsi barədə suala cavab olaraq bildirmişdir ki, Salyan RPŞ-də ifadə verən zaman fikrini səhv çatdırmışdır. O Muradın həmin 300 manat məbləği rüşvət qismində polis əməkdaşlarına verəcəyini düşünmüş, çünki artıq neçə gündür ki Murad ondan 1000 manat pul almış və avtomobili cərimə meydançasından çıxarmamışdır. Lakin Murad ona bu barədə heç bir söz deməmiş və o bu halın şahidi olmamışdır. Təqsirləndirilən şəxs pul verilməsi zamanı hər hansı şəxsin şahid olub-olmaması barədə suala o cavab vermişdir ki, ona pulu verdiyi zaman orada yalnız ikisi olmuşlar. 300 manatın kart vasitəsilə göndərilməsi əməliyyatı da şəxsi telefonundan etdiyinə görə bu halın şahidi olmamışdır. Təqsirləndirilən şəxs avtomobilin sənədlərinin qaydasında olmadığını əvvəlcədən ona deməsi barədə suala o cavab vermişdir ki, Təqsirləndirilən şəxs dedikləri yalandır. O, ona avtomobilin sənədlərinin qaydasında olduğunu demişdir və o sonradan avtomobilə dair etibarnamənin olmadığını öyrənmişdir. Təqsirləndirilən şəxs 300 manatı alıb avtomobilin sənədlərini düzəltdikdən sonra guya ona “artıq gec olduğunu, özünə avtomobil aldığını” dediyini bildirməsi barədə suala o cavab vermişdir ki, bu hal yalandır və o belə söz deməmişdir. Avtomobilin sənədləri ilə əvvəlcədən tanış olub-olmaması barədə suala o cavab vermişdir ki, xeyr, o avtomobilin sənədləri ilə əvvəlcədən tanış olmamışdır. Təqsirləndirilən şəxs 500 manat beh və digər 500 manat pulu verməsi barədə hər hansı yazılı sənəd tərtib olunub-olunmaması barədə suala o cavab vermişdir ki, heç bir sənəd tərtib olunmamışdır. 300 manatın bank kartına göndərilməsi barədə bank çıxarışının olub-olmaması barədə suala o cavab vermişdir ki, onun elektron çıxarışı olmuşdur, lakin istifadə etdiyi mobil telefon nasaz olduğundan yenisi ilə əvəz etmişdir və bu səbəbdən təqdim etməkdə çətinlik çəkmişdir. Təqsirləndirilən şəxsla yazışmaların və avtomobilin fotoşəkillərinin mövcud olub-olmaması barədə suala o cavab vermişdir ki, xeyr, telefon nasaz olduğundan yenisi ilə əvəz edilmiş və həmin yazışmalar və fotoşəkillər onda qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 rayon prokurorluğuna verdiyi ifadəsində göstərmişdir ki, hazırda o Zərərçəkmiş şəxs2 meneceri vəzifəsində çalışır. Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində verdiyi ifadəsini təsdiq edərək bildirmiş ki, 2024-cü ilin avqust ayında Neftçala rayon sakini Təqsirləndirilən şəxs Kərimin mobil telefonuna ismarıc yazaraq işlə təmin olunmaq istədiyini bildirmişdir. Murad ilk olaraq Kərimin yanında mühafizəçi kimi işləmək istədiyini demiş, lakin Kərim ona mühafizəçiyə ehtiyacı olmadığını bildirmişdir. Murad isə heyvan saxlamağı bacardığını və Neftçala rayonu, Qaraqaşlı kəndində yaşadığı ünvanda heyvan saxlamaq üçün şərait qurmaq imkanının olduğunu, lakin maddi imkanı olmadığını qeyd etmişdir. Həmin vaxt Kərim Murada maliyyə baxımından nə lazımdırsa kömək edə biləcəyini bildirmişdir. Onların razılığına əsasən, Murad heyvan təsərrüfatı yaradacaq, Kərim isə onu maliyyələşdirəcək, əldə olunan gəlirlər isə 70%-30% nisbətində bölünəcəkdi. Bu razılaşmaya uyğun olaraq, Kərim 2024-cü ilin avqust-dekabr ayları ərzində Muradın təsərrüfat yaratması üçün kiçik ölçülü tövlə tikintisinə, 5 baş heyvan alınmasına və digər xərclərə ümumilikdə 22.635 manat vəsait vermişdir. Bu vəsaitin bir hissəsi Murada məxsus bank kartına köçürülmüş, digər hissəsi isə Kərim tərəfindən nağd şəkildə birbaşa Murada verilmişdir. Ödənilən vəsaitlərin bir hissəsinə dair qəbzlər Kərim tərəfindən istintaq orqanına təqdim olunmuşdur. Bildiyinə görə, 3.950 manat 5 baş heyvanın alınmasına, 1.400 manat nəqliyyat vasitəsinin alınmasına, qalan məbləğ isə təsərrüfat tikilisinə, heyvan yeminə və digər xərclərə sərf olunmuşdur. Bir müddət sonra onlar Muradın səhlənkarlığı və məsuliyyətsizliyindən şübhələnməyə başlamışlar. Belə ki, onun aldığı yemlər baha qiymətə alınmış, ümumiyyətlə vəsaitlərin sərf olunmasında sui-istifadə hallarına dair əsaslı şübhələri yaranmışdır. Murad gecə saatlarında müxtəlif bəhanələrlə təcili pul istəyir, guya X19 tərəfindən cərimələndiyini deyərək Kərimdən vəsait tələb edir və bu kimi digər şübhəli hallar müşahidə olunurdu. xx.xx.2024-cü il tarixdə Murad Kərimin icazəsi olmadan bir baş iri buynuzlu erkək heyvanı satmışdır. Bu barədə Murad özü Kərimin köməkçisi Rusifə WhatsApp vasitəsilə yazaraq məlumat vermişdir. Bu hadisədən sonra Kərim dərhal Neftçala rayonuna getmiş və polis orqanlarına ərizə ilə müraciət etmişdir. Muradın digər heyvanları da satacağından ehtiyatlanaraq, Kərim həmin gecə qalan 4 baş inəyi cəmi 2.500 manata satmağa məcbur olmuşdur. Çünki Murad onu hədələyərək, heyvanları ya zəhərləyəcəyini, ya da qıracağını demişdir. Daha sonra məlum olmuşdur ki, Kərimin Murada aldığı VAZ-21011 markalı avtomobil də Murad tərəfindən satılmış və əldə edilən məbləğ mənimsənilmişdir. Xərclərlə bağlı qeydiyyat dəftəri şəxsən onun tərəfindən tərtib olunmuşdur. Murad xərclər bölməsində hər ödəniş üçün imza atmışdır. Əlavə olaraq göstərmişdir ki, o, özü şəxsən Kərimin Murada aldığı nəqliyyat vasitəsində Murada məxsus ov tüfəngini görmüşdür. Tarixi dəqiq xatırlamır, lakin noyabr ayında Kərimin Murada olan etimadı artıq sarsılmışdır. Onlar arasında bir neçə dəfə telefon danışığı zamanı sözlü mübahisələr baş vermişdir. Murad Kərimə həmin ov tüfəngi ilə onu öldürəcəyi ilə hədə-qorxu gəlmişdir. Təqsirləndirilən şəxs ifadəsində 2024-cü ilin noyabr ayından etibarən Kərimdən pul istədiyini, lakin Kərimin onu blokladığını, həmçinin prodüseri Rusifə və o vasitəsilə əlaqə saxlamağa çalışdığını, lakin cavab ala bilmədiyini, bu səbəbdən dananı satdığını bildirməsi barədə xüsusat üzrə göstərmişdir ki, bu məlumatlar həqiqəti əks etdirmir. Murad onun mobil telefonuna heç bir müraciət etməmişdir. Doğrudur, Kərim onu həmin dövrdə bloklamışdır. Səbəb isə Muradın telefon danışığı zamanı nalayiq ifadələr işlətməsi olmuşdur. Lakin Murad dananı satacağı barədə heç bir xəbərdarlıq etməmişdir. Sadəcə olaraq, dananı satdıqdan sonra Rüsifə mesaj yazaraq bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs Neftçala rayonu, Qaraqaşlı kəndində məxsus olan evin həyətyanı sahəsində təsərrüfat təyinatlı fermanın (tövlə) tikintisi üçün ümumilikdə isə 13.075 manat məbləğində pul Zərərçəkmiş şəxs2 tərəfindən göndərdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 göstərdiklərini təsdiq edərək, 100 manat pul Murada geri qayıtsa da, o həmin pulu onlara geri göndərməmiş xx.xx.2024-cü il tarixdə onun avtomobili üzrə olan inzibati xəta haqqında cərimənin ödənilməsi üçün xərcləmişdir. Dəftərdə ki hesablamaya əsasən Kərimin Murada göndərdiyi pul vəsaiti 22335 manat məbləğ təşkil edir, lakin əlavə etmək etmiş ki, Vaz 21011 markalı nəqliyyat vasitəsi alınmasına dair dəftərdə 1200 manat qeyd olunsa da, həmin avtomobil faktiki olaraq 1400 manat məbləğə alınmışdır. Bu səbəbdən ümumi məbləğ 22535 manat təşkil etmişdir. Xərclərə dair dəftərə baxış keçirərkən 20 avqust 2024-cü il tarixdə 200 manat məbləğində pul verilməsi barədə göstərmiş ki, həmin pulu hansı səbəblə göndərilməsini hal hazırda xatırlamır. Güman etmiş ki, həmin pul heyvanları və onlara yem üçün göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, hazırda o, Zərərçəkmiş şəxs2 meneceri vəzifəsində çalışır. Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində verdiyi ifadəsini təsdiq edərək bildirmiş ki, 2024-cü ilin avqust ayında Neftçala rayon sakini Təqsirləndirilən şəxs Kərimin mobil telefonuna ismarıc yazaraq işlə təmin olunmaq istədiyini bildirmişdir. Murad ilk olaraq Kərimin yanında mühafizəçi kimi işləmək istədiyini demiş, lakin Kərim ona mühafizəçiyə ehtiyacı olmadığını bildirmişdir. Murad isə heyvan saxlamağı bacardığını və Neftçala rayonu, Qaraqaşlı kəndində yaşadığı ünvanda heyvan saxlamaq üçün şərait qurmaq imkanının olduğunu, lakin maddi imkanı olmadığını qeyd etmişdir. Həmin vaxt Kərim Murada maliyyə baxımından nə lazımdırsa kömək edə biləcəyini bildirmişdir. Onların razılığına əsasən, Murad heyvan təsərrüfatı yaradacaq, Kərim isə onu maliyyələşdirəcək, əldə olunan gəlirlər isə 70%-30% nisbətində bölünəcəkdir. Bu razılaşmaya uyğun olaraq, Kərim 2024-cü ilin avqust-dekabr ayları ərzində Muradın təsərrüfat yaratması üçün kiçik ölçülü tövlə tikintisinə, 5 baş heyvan alınmasına və digər xərclərə ümumilikdə 22.535 manat vəsait vermişdir. Bu vəsaitin bir hissəsi Murada məxsus bank kartına köçürülmüş, digər hissəsi isə Kərim tərəfindən nağd şəkildə birbaşa Murada verilmişdir. Ödənilən vəsaitlərin bir hissəsinə dair qəbzlər Kərim tərəfindən istintaq orqanına təqdim olunmuşdur. Bildiyinə görə, 3.950 manat 5 baş heyvanın alınmasına, 1.400 manat nəqliyyat vasitəsinin alınmasına, qalan məbləğ isə təsərrüfat tikilisinə, heyvan yeminə və digər xərclərə sərf olunmuşdur. Bir müddət sonra biz Muradın səhlənkarlığı və məsuliyyətsizliyindən şübhələnməyə başlamışlar. Belə ki, aldığı yemlər baha qiymətə alınmış, ümumiyyətlə vəsaitlərin sərf olunmasında sui-istifadə hallarına dair əsaslı şübhələri yaranmışdır. Murad gecə saatlarında müxtəlif bəhanələrlə təcili pul istəyir, guya X19 tərəfindən cərimələndiyini deyərək Kərimdən vəsait tələb edir və bu kimi digər şübhəli hallar müşahidə olunurdu. xx.xx.2024-cü il tarixdə Murad Kərimin icazəsi olmadan bir baş iri buynuzlu erkək heyvanı satmışdır. Bu barədə Mruad özü “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə ona bildirmişdir. Lakin bu hadisədən sonra Kərim dərhal Neftçala rayonuna getmiş və polis orqanlarına ərizə ilə müraciət etmişdir. Muradın digər heyvanları da satacağından ehtiyatlanaraq, Kərim həmin gecə qalan 4 baş inəyi cəmi 2.500 manata satmağa məcbur olmuşdur. Çünki Murad onu hədələyərək, heyvanları ya zəhərləyəcəyini, ya da qıracağını demişdir. Daha sonra məlum olmuşdur ki, Kərimin Murada aldığı VAZ-21011 markalı avtomobil də Murad tərəfindən satılmış və əldə edilən məbləğ mənimsənilmişdir. Xərclərlə bağlı qeydiyyat dəftəri şəxsən digər menecer Şahid3 tərəfindən tərtib olunmuşdur. Murad xərclər bölməsində hər ödəniş üçün imza atmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində 2024-cü ilin noyabr ayından etibarən Kərimdən pul istəməsi, lakin pulun verilməməsi, işçi tutmaq istəməsi, lakin Kərimin onu mobil telefonda bloklaması barədə xüsusatlar üzrə göstərmişdir ki, Murad doğurdanda işçi tutulmasını xahiş etmiş, hətta həmin işçiyə aylıq 150 manat məbləğində əmək haqqı verilməsini bildirmişdir. Onlar razılaşsalar da, anası Zibeydə etirazını bildirmiş, özü çətinliklə də olsa bu işin, yəni ki danalara nəzarət etmək öhdəsindən gələcəyini bildirmişdir. Eyni zamanda Kərimin pul istəməsi və ona pul verilməməsi yalan və böhtandır. Belə ki, onlar Murada yetərincə pul vermişlər, maddi baxımdan hər bir problemini həll etmişlər, lakin görmüşlər ki, Murad bu haldan sui-istifadə edir, hər dəfəsində bir bəhanə ilə onlardan pul alır. Bu səbəbdən ona pul verməyi dayandırmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Zərərçəkmiş şəxs1 ərizə ilə Salyan RPŞ-nə müraciət edərək bildirmişdir ki, 2025-ci il yanvar ayında Murad adlı şəxsə ona məxsus olan VAZ 21011 18BA513 nömrəli nişanlı avtomobilin almaq üçün 1300 manat versədə onu aldadaraq avtomibli verməmişdir. Onun barəsində tədbir görülməsini xahiş etmişdir. 11 fevral 2025-ci il tarixdə “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməsi qərara alınmışdır. 20 fevral 2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. Abasov X6 RPŞ-nə ünvanladığı ərizədən görünür ki, Neftçala rayonu Qaraqaşlı kənd sakini Təqsirləndirilən şəxs etibar edib hər biri 1000 manat əvəzində olduğu 5 baş iti buynuzlu heyvanlardan bir başını ondan xəbərsiz oğurlayaraq 13.12.24-cü il tarixdə naməlum şəxsə satmışdır. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs məxsus kartın son səkkiz rəqəmi 97933950 nömrəli kart hesabına 400 manat ödəniş etmişdir. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs məxsus kartın son səkkiz rəqəmi 97933950 nömrəli kart hesabına 100 manat ödəniş etmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs məxsus kartın son səkkiz rəqəmi 97933950 nömrəli kart hesabına 350 manat ödəniş etmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs məxsus kartın son səkkiz rəqəmi 97933950 nömrəli kart hesabına 300 manat ödəniş etmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs məxsus kartın son səkkiz rəqəmi 97933950 nömrəli kart hesabına 250 manat ödəniş etmişdir. "xxxx" MMC-nin 29 avqust 2024-cü il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs məxsus kartın son səkkiz rəqəmi 97933950 nömrəli kart hesabına 250 manat ödəniş etmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs məxsus kartın son səkkiz rəqəmi 97933950 nömrəli kart hesabına 200 manat ödəniş etmişdir. "xxxx" QSC-nin 29 avqust 2024-cü il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs məxsus kartın son səkkiz rəqəmi 97933950 nömrəli kart hesabına 250 manat ödəniş etmişdir. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs məxsus kartın son səkkiz rəqəmi 97933950 nömrəli kart hesabına 200 manat ödəniş etmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs məxsus kartın son səkkiz rəqəmi 97933950 nömrəli kart hesabına 270+10 manat ödəniş etmişdir. 01 aprel 2025-ci il tarixli “cinayət işinin icraatının dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. 30 aprel 2025-ci il tarixli “cinayət işi üzrə icraatın təələnməsi” qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Neftçala RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi polis kapitanı Araz Fərəcov tərəfindən icraat təzələnmiş və cinayət işi icraata qəbul edilərək istintaq davam etdirilmişdir. 30 aprel 2025-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsindən 179.1-ci maddəsinə tövsif olunmaqla aidiyyəti üzrə Neftçala Rayon Prokurorluğuna göndərilmişdir. 01 may 2025-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi icraatıa qəbul edilərək ibtidai istintaq davam etdirilmişdir. “Neftçala rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 02 may 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Neftçala RMX” PHŞ-nin Poliknika şöbəsində əsəb-ruhi, narkoloji və onkoloji kabinetlərində dispanser qeydiyyatlarında olmadığı göstərilmişdir. Salyan rayonlararası Psixiatiya xəstəxanasının 02 may 2025-ci il tarixli 105 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonlararası Psixiatiya xəstəxanasında qeydiyyatda olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 02 may 2025-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay (4 ayadək), yəni 09 iyul 2025-ci il tarixədək uzadılmışdır. Neftçala rayonu İcra Hakimiyyəti başçısının Cəngən kənd İnzibati Ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 267 nömrəli 12 may 2025-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Eyvazov X7 rayonu Qaraqaşlı kəndində yaşayır, onun ailə tərkibi anası xx.xx.1961-ci il təvəllüdlü Şahid1 ibarətdir.Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 16 may 2025-ci il tarixli “materialın aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, 09 may 2025-ci il tarixli HK-1/900 saylı ərazisi əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün Salyan RPŞ-nin İB-nə verilməsi qərara alınmışdır. 19 may 2025-ci il tarixli “cinayət işi üzrə icraatının dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. DİN-in Baş Əməliyyat və Statistik informasiya idarəsi tərəfindən verilmiş 19 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Eyvazov X7 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 600 manat cərimə cəzasına məhkum edilmişdir. Cəriməni tam ödəmişdir. Neftçala rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(053)-09/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 600 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 30 may 2025-ci il tarixli məlumatın təqdim edilməsi barədə məktubdan görünür ki, dövlət reyestrində Təqsirləndirilən şəxs hər hansı hüquqi şəxsin rəhbəri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. 17 iyun 2025-ci il tarixli “cinayət işinin icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və iş üzrə ibtidai istintaq davam etdirilmişdir. Avtotəmir Sexi tərəfindən verilmiş 25 iyun 2025-ci il tarixli məktubundan görünür ki, “Vaz 21011” markalı 18BA513 dövlət qeydiyyat nişanlı (1980-ci il buraxışlı, ağ rəngli sedan) avtomobilin 2024 və 2025-ci illər üzrə orta bazar qiyməti 1400 manat təşkil edir. 27 iyun 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid2 Vaz 21011 markalı nəqliyyat vasitəsini Salyan rayonu, Nəriman Nərimanov küçəsi “Zeus” adlanan iaşə obyektinin yaxınlığında Təqsirləndirilən şəxs ödəniş edərək aldığını əyani şəkildə göstərmişdir. 30 iyun 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etməklə ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 179.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. 30 iyun 2025-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 30 iyun 2025-ci il tarixli “cinayət işinin ərazi üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Neftçala Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-in 179.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu vasitəsilə Salyan Rayon Prokurorluğuna göndərilmişdir. 04 iyul 2025-ci il tarixli “cinayət işini icraata qəbul etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaq davam etdirilmişdir. 16 iyul 2025-ci il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməsi qərara alınmışdır. 16 iyul 2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, X15 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. 17 iyul 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunması qərara alınmışdır. 17 iyul 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. 21 iyul 2025-ci il tarixdə “cinayət işi üzrə əməlin tövsif olunması və cinayət işinin aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1, 32.4, 312.1-ci maddəsinə tövsif edilərək aidiyyəti üzrə Salyan rayon prokurorluğuna göndərilmişdir. 21 iyul 2025-ci il tarixdə “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilməsi qərara alınmışdır. 22 iyul 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixli qərarla Tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 02/07- 270/25 nömrəli rəyi, şübhəli və təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin dindirilməsi protokolları, üzləşdirmə protokolu, cinayət işinə əlavə edilmiş 02 ədəd disk, smeta xərclərinə dair dəftər, 11 ədəd qəbz sübut növü kimi tanınmışdır. 26 iyul 2025-ci il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 179.2.2-ci maddələri ilə elan olunmuş ittiham dəyişdirilərək əlavələr edilməklə ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 179.2.2-ci maddələri ilə yenidən ittiham elan olunması qərara alınmışdır. 28 iyul 2025-ci il tarixli “cinayət işlərinin bir icraata birləşdirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.1, 32.4, 312-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə 28 iyul 2025-ci il tarixdə birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. 31 iyul 2025-ci il tarixli “cinayət əməlinin tövsif edilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1, 32.4, 312 həmin məcəllənin 178.1 və 179.2.2-ci maddələrinə tövsif edilmişdir. 01 avqust 2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham rlan olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1 və 179.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. 01 avqust 2025-ci il tarixli “qətimkan tədbirinin təsdiq edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həmin tarixli qərarla təsdiq edilmişdir. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan Vaz 21011 minik 18BA512 markalı avtomobili etibarnamə əsasında 1 ay müddətinə verilmiş və xx.xx.2025ci il tarixədək verilmişdir. Azərbaycan Baş X19 İdarəsi Şirvan regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən verilmiş 09 avqust 2025-ci il tarixli məktubundan görünür ki, “VAZ-21011” markalı minik avtomobili ilk dəfə 04 may 1994-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan vətəndaş X2 adına rəsmiləşdirilmiş və ona 16299QA dövlət qeydiyyat nişanları verilmişdir. 10 avqust 2000-ci il tarixdə qeydiyyat nişanları dəyişdirilərək sözügedən nəqliyyat vasitəsinə **-BA-*** dövlət qeydiyyat nişanları təhkim edilmişdir. xx.xx.2025-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən yuxarıda göstərilən nəqliyyat vasitəsi Salyan rayonu, Yolüstü kəndində qeydiyyatda olan vətəndaş Şahid2 adına qeydiyyata alınmış və ona **-BL-*** dövlət qeydiyyat nişanları təhkim edilmişdir. “VAZ-21011” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı minik pəri sonuncu dəfə xx.xx.2025-ci il tarixdə texniki baxışa təqdim olunaraq, ona sazlığı barədə 16412631 saylı elektron talonu tərtib edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 09 sentyabr 2025-ci il tarixli 02/07-270/25 №-li məhkəmə-tikinti texniki mütəxəssis rəyindən görünür ki, qiymətləndiricinin ixtisas şəhadənaməsinə və smetaya əsasən, Neftçala rayonu Qaraqaşlı kəndində yaşadığı evin həyətyanı sahəsində heyvan saxlamaq üçün inşa olunmuş tövlədə aparılmiş tikinti işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 12003,6 (on iki min üç manat altmış qəpik) manat məbləğində müəyyən olunmuşdur. 06 oktyabr 2025-ci il tarixli “cinayət işi üzrə ibtidadi istintaq müddətinin uzadılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay müddətinə (5 ayadək), yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. 05 noyabr 2025-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkətləri aparılmışdır. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus nəqliyyat vasitəsi üçün 500 manat məbləğində behi 2025-ci ilin yanvar ayının ortalarında, saat 10 radələrində Salyan rayonu Nəriman Nərimanov küçəsində yerləşən Salyan RPŞnin qarşısında ona verməsi faktını təsdiq etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ikinci dəfə 500 manat məbləğində behi 2025-ci ilin yanvar ayının ortalarında, dəqiq tarixini xatırlamadığı vaxtda, saat 11 radələrində Salyan rayonu Heydər Əliyev küçəsində yerləşən Cümə Məscidinin qarşısında verməsi faktını təsdiq etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs1 300 manat məbləğində pulu xx.xx.2025-ci il tarixdə Salyan rayonu, Böyükağa Talıblı küçəsində yerləşən “Qələbə” yanacaqdoldurma mərkəzində öz bank kartından Təqsirləndirilən şəxs məxsus bank kartına 300 göndərdiyini, həmin pulu rüşvət qismində verəcəyi barədə göstərilən xüsusatı təkzib edərək, deyilən həmin məbləğlə bağlı səhv başa düşdüyünü, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halı təsdiq etdiyini bildirmişdir. İstintaq hərəkəti protokollaşdırılmış və istintaq materiallarına əlavə edilmişdir. 13 noyabr 2025-ci il tarixli “smeta xərclərinə dair dəftərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, dəftərin 01–06-cı səhifələrində olan xərclərə dair qeydlər hesablandı və ümumi məbləğ 22.335 manat təşkil etmişdir. Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq xidmətləri idarəsi tərəfindən verilmiş 01 dekabr 2025-ci il tarixli məktubdan görünür ki, qüvvəli yem 5 kq -1 gündə istifadə olunan yem, 750 kq -150 gündə istifadə olunan yem 337.5 manat, yonca kipi 5 ədəd -1 gündə istifadə olunan, 75 ədəd 300 manat -150 gündə istifadə olunan, cəmi 637,5 manat təşkil etmişdir. 02 dekabr 2025-ci il tarixli “təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittiham elan olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasından 10 gün müddətinə Salyan RPŞ-nin MSY-nə keçirilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Neftçalam rayon Şöbəsi tərəfindən verilmiş 27 yanvar 2026-ci il tarixli, 33 nömrəli arayışdan görünür ki, Neftçala rayonu Qaraqaşlı kənd sakini, xx xxx 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən 01 iyul 2021-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Tərtər-Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında N №-li hərbi hissənin tərkibində qurğu komandiri vəzifəsində iştirak etmişdir. 05 iyul 2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsində hərbi qeydiyyatdadır. İ-24754 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 179.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 178.2.2 və 179.2.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikasının CM-nin 179-cu maddəsi ilə təqsirli bilməməsi barədə verdiyi ifadəsini müzakirə edərək qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs özünü müdafiə edərək, ona etibar edilmiş əmlakı zərərçəkmiş tərəfindən əmək haqqı verilmədiyinə görə satdığını bildirmişdir. Lakin məhkəmə hesab edir ki, bu hal onun əməllərinə hüquqi bəraət qazandıra bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi təqsirkara etibar edilmiş əmlakın özgənin xeyrinə yönəldilməsini nəzərdə tutur. Təqsirləndirilən şəxsin istinad etdiyi hər hansı borc münasibəti həmin əmlak üzərində özbaşına sərəncam vermək hüququ yaratmır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş tərəfindən əmək haqqının verilməməsi iddiası tərəflər arasında mövcud ola biləcək mülki hüquqi mübahisə xarakteri daşıyır və bu hal təqsirləndirilən şəxsə ona etibar edilmiş özgə əmlakı satmaq və ya mənimsəmək səlahiyyəti vermir. Bundan əlavə, iş materialları ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs ona etibar edilmiş əmlakı satarkən zərərçəkmişə bu barədə məlumat verməmiş, onun razılığını almamış və əldə etdiyi pul vəsaitlərini öz şəxsi ehtiyaclarına yönəltmişdir. Bu hallar təqsirləndirilən şəxsin əməllərində özgə əmlakı vahid niyyətlə mənimsəmə əlamətlərinin mövcudluğunu təsdiq edir. Beləliklə, Təqsirləndirilən şəxs “əmək haqqı verilmədiyinə görə əmlakı satması” barədə izahatı onun cinayət məsuliyyətini istisna etmir və Cinayət Məcəlləsinin 179.2.2-ci maddəsi ilə tövsif edilmiş əməlin hüquqi qiymətləndirilməsinə təsir göstərmir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddələrinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddələrinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddələrinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.2.2-ci maddəsinə əsasən, eyni əməllər təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 179.1-ci maddəsinə əsasən, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 179.2.2-ci maddəsinə əsasən, eyni əməllər təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini, ona dəymiş ziyanının tamamilə aradan qaldırılmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və müharibə veteranı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşırıması növündə cəza təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrnin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarların şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuş zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etmiş, ona dəymiş ziyanı tamamilə aradan qaldırmışdır. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, məhkəmə törədilmiş cinayətin xarakterini, əməlin dələduzluqla əlaqədar olduğunu, zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanın ödənilmədiyini, həmçinin təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq təqsirləndirilən şəxsə cərimə cəzasının tətbiq edilməsinin lüzumsuz olduğunu və bu cəzanın tətbiqi ilə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməlin sanksiyasında nəzərdə tutulmuş daha yüngül, yəni cərimə cəzası tətbiq edilməklə cəza səmərəsiz olmaqla məqsədinə nail oluna bilməz. Belə ki, Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Elektron Məhkəmə İnformasiya Sistemi üzrə Təqsirləndirilən şəxs “əmlak məlumatları”ına dair çıxarışdan görünür ki, onun adına hər hansı daşınar və ya daşınmaz əmlak qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2 və 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti - azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2 və 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Neftçala rayonu, Qaraqaşlı kəndində yerləşən yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək barədə vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd smeta xərclərinə dair dəftər və 11 ədəd qəbzin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia təmin edilməli, 4071.40 (dörd min yetmiş bir manat qırx qəpik) manat məbləğində pul və 60.72 (altmış manat yetmiş iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil X5 məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN ********** hesabına köçürülsün. Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil X5 məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN ********** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 179.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 179.2.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 178.2.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 179.2.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Neftçala rayonu, Qaraqaşlı kəndində yerləşən yaşayış ünvanını hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd smeta xərclərinə dair dəftər və 11 ədəd qəbzin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia təmin edilsin. 4071.40 (dörd min yetmiş bir manat qırx qəpik) manat məbləğində pul və 60.72 (altmış manat yetmiş iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil X5 məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN ********** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar