Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-125/2023 20.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Salyan Rayon Vəkil Bürosunun vəkili-Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1966-cı il təvəllüdlü, Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, xx.xx.2007-ci ildə Salyan Rayon Məhkəməsinin hökmü ilə CM-nın 234.1-ci maddəsi ilə 2 il azıdlıqdan məhrum etmə cəzasına məhkum olunmuş,xx.xx.2009-cu ildə AR Milli Milli Məclisinin xx.xx.2009-cu il tarixli Amnistiya Qərarına əsasən azad olunmuş, xx.xx.2017-ci ildə Salyan Rayon Məhkəməsinin hökmü ilə CM-nın 177.2.3-cü maddəsi ilə 3000 manat cərimə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən 02 il, 05 ay, 27 gün müddətinə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzalarına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Salyan rayonu, Arbatan kəndində pasport qeydiyyatında olan və hazırda Salyan şəhəri Ə.Quliyev küçəsi, ev 15, mənzil 4-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 20 iyul 2023-cü ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, qəsdən, tamah niyyəti ilə, özgə əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə binaya qanunsuz olaraq daxil olub xeyli miqdarda özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 2023-cü ilin yanvar və fevral ayları ərzində, vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 4 dəfə, ayrı-ayrı tarix və vaxtlarda “AzərİstilikTəchizat ASC-yə” məxsus olan, istismarda olmayan, Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən 52M-40 nömrəli qazanxanaya qapını əli ilə açmaqla qanunsuz olaraq daxil olub həmin qazanxanadan dəyəri 3400 manat olan 1 ədəd S5203 markalı daxili istilik xətti, dəyəri 2250 manat olan S5204 markalı 1 ədəd daxili elektrik xətti, dəyəri 300 manat olan S5205 markalı 1 ədəd daxili qaz xətti, dəyəri 1000 manat olan Alarko AL 6/13 S5212 markalı 1 ədəd sirkulyasiya nasosu, dəyəri 1000 manat olan Alarko AL 6/13 S5213 markalı 1 ədəd sirkulyasiya nasosu, dəyəri 3100 manat olan Alarko 0.2Qkall S5209 markalı 1 ədəd Qaz odluğu, dəyəri 700 manat olan S5211 markalı 1 ədəd su yumşaldıcı cihaz, dəyəri 315 manat olan Magus 0.37 kv S5214 markalı 1 ədəd qidalandırıcı nasos, dəyəri 4200 manat olan DN50 odluq üçün S5218 markalı 1 ədəd qaz tənzimləyici, dəyəri 200 manat olan Makel mexaniki S5215 markalı 1 ədəd elektrik sayğacı və dəyəri 230 manat olan Abşeron ÇSS-25 S5216 markalı 1 ədəd soyuq su sayğacını götürüb aparmaqla, zərərçəkmiş şəxs “AzərİstilikTəchizat ASC-yə” cəmi 16695 manat məbləğində maddi ziyan vuraraq xeyli miqdarda özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək çox əşyalar oğurlamadığını, 100-120 manat dəyərində kran,şveller, mühərrik, boru və sair əşyaları götürdüyünü bildirmişdir. Hadisə barədə başqa ifadə vermək istəmədiyini bildirdiyindən məhkəmədə onun istintaq zamanı vermiş olduğu ifadəsi Azərbaycan Respublikası CPMnın 327.1-ci maddəsinə əsasən elan olunmuşdur. Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsində 22 iyun 2023-cü il tarixdə ona Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş yeni məzmunlu ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, o, hazırda heç bir yerdə işləmir, əvvəllər narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə iki dəfə məhkum olunmuş, heç bir yerdə işləmədiyi üçün rəsmi gəlirim də yox imiş, bu səbəbdən də o, maddi sıxıntılar yaşayırmış, maddi sıxıntılara görə demək olar ki, hər gün spirtli içki qəbul edirmiş, spirtli içkilərə olan aludəçiliyi onu oğurluğa vadar etmiş, yaşadığı Salyan şəhəri, Əlövsət Quliyev küçəsində yerləşən yataqxananın yanında AzərİstilikTəchizat ASC-yə məxsus qazanxana var imiş, həmin qazanxana təxminən 2015-ci ildə quraşdırılmış, qazanxananın quraşdırılmasında məqsəd onun ailəsi ilə birlikdə yaşadığı və digər sakinlərin yaşadığı yataqxananın istilik təminatını ödəmək imiş, həmin qazanxana ona məlum olmayan səbəblərdən fəaliyyət göstərməmiş, rayon ərazisində kütəvi aparılan qazlaşdırma nəticəsində demək olar ki, bütün evlərə, həmçinin, onun yaşadığı yataqxanaya da qaz xətti çəkilmiş, həmin qazanxana fəaliyyət göstərməsə də o, qazanxanaya adını Elmir kimi tanıdığı şəxsin 3-4 aydan bir gəlib baş çəkməsini görürmüş, o, işləmədiyi üçün demək olar ki, ilin əksər aylarını və günlərini yataqxananın qarşısında qonşularla söhbət etmək və müxtəlif oyunlar oynamaqla keçirirmiş, Elmiri o, həmin qazanxananın işçisi kimi tanıyırmış, həmin qazanxana işlək vəziyyətdə olmadığı və istifadə edilmədiyi üçün o, bəzi hallarda küçədə olarkən həmin qaznxanaya gəlib bir neçə dəfə baxmış, həmin qazanxananın qapısında qıfıl yox imiş, qazanxananın qapısı yerə basıdırılmış mismarla örtülmüş vəziyyətdə imiş, 2023-cü ilin yanvar ayı imiş, onun pula ehtiyacı var imiş, pulu necə əldə edəcəyi barədə düşünmüş, bir qədər borcları da var imiş, özünə spirtli içki almaq üçün pul da lazım imiş, kiminsə ona borc verəcəyini düşünmürmüş, belə olduğu təqdirdə o, oğurluq edib pul əldə etmək qərarına gəlmiş, oğurluq üçün ən uyğun yer yaşadığı yataqxananın düz yanında yerləşən qaznxana imiş, çünki, qazanxananın nəzarətsiz olmasını bilirmiş, bu amil onun işini asanlaşdırırmış, bundan başqa qazanxananın qapısı da qıfılla bağlı deyilmiş, qapı yalnız yerə bərkidilmiş mismarla bağlanıbmış, qapını açmaq isə onun üçün çox asan imiş, bundan başqa da o, qazanxanada müxtəlif qurğu və avadanlıqların olmasını da yaxınlıqda yaşadığı üçün bilirmiş, ümumiyyətlə düşündüyüm o imiş ki, qazanxanada olan qurğu və avadanlıqları hissə-hissə müəyyən zaman kəsiyində götürüb aparsın və satsın, həmin qazanxanada olan bütün qurğu və avadanlıqları oğurlamaq fikrində imiş, 2023-cü ilin yanvar ayının xatırlamadığı günündə havanın qaranlıq vaxtı, saat təxminən 21-22 radələrində oğurluq etmək üçün özü ilə 1 ədəd boru açarı və 1 ədəd də kəlbətin götürüb həmin qaznxanaya gəlmiş, diqqətlə ətrafa baxıb ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra qapının yerə bərkidilmiş mismarını əli ilə dartıb çıxarmış, qapını açıb içəri daxil olmuş, içəri qaranlıq imiş, qazanxanadan özü ilə götürdüyü qaz boru açarı və kəlbətinlə ilkin olaraq 2 ədəd nasos və 1 ədəd qaz borusuna bənzər bir borunu açıb götürmüş, sonra onları qazanxananın qapısının yanına qoymuş, qapını həmin mismarı yerinə basdırmaqla bağlayıb oradan çıxmış, oğurladığı həmin avadanlıqları yataqxananın həyətinə yığıb evə getmiş, evdə gecələdikdən sonra sabahı günü həmin 3 ədəd avadanlığı götürüb yaşadığı yataqxananın yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə gətirmiş, metal qəbulu məntəqəsini Şahin adlı şəxsin oğlu Sübhanın işlətməsini bilirmiş, həmin avadanlıqları metal qəbulu məntəqəsində Sübhana vermiş, Sübhan həmin alətləri ondan haradan əldə etməsini soruşduqda o da Sübhana həmin alətlərin özünə məxsus olmasını bildirmiş, Sübhan ona həmin alətləri metal kimi çəkib götürəcəyini demiş, o da pula ehtiyacı olduğu üçün etiraz etmədən razılaşmış, Sübhan həmin qurğuları çəkərək çəkiyə uyğun olaraq ona 40 manat pul verə biləcəyini bildirmiş, o da etiraz etmədən 40 manat pulu Sübhandan alaraq həmin qurğuları vermiş, həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, bundan təxminən 5-6 gün sonra o, yenə də həmin qazanxanadan oğurluq etmək fikrinə düşmüş, çünki, birinci oğurluğu çox rahat formada etmiş, bu zaman heç bir problem yaşamamış, yenə də hava qaraldıqdan sonra saat təxminən 22-23 radələrində özü ilə kəlbətin və 1 ədəd qaz boru açarını götürüb qazanxanaya gəlmiş və qapının mismarını çıxarıb içəri daxil olmuş, qazanxanadan bu dəfə isə 1 ədəd motora bənzər qurğu, 1 ədəd boruya bənzər qurğu və 1 ədəd də sayğaca bənzər qurğunu götürmüş, qapını bağlayıb eyni qaydada oradan çıxmış, sabahı günü həmin oğurladığı avadanlıqları yenə də Sübhanın işlətdiyi metal qəbulu məntəqəsinə aparıb 55 manat pul müqabilində satmış, pulu isə spirtli içkiyə vermiş, təxminən 3-4 gün sonra yenə də pula ehtiyacı yarandığı üçün həmin qazanxanadan oğurluq etmək qərarına gəlmiş, günün qaranlıq vaxtı saat təxminən 22-23 radələrində özü ilə əvvəllər oğurluq zamanı istifadə etdiyi alətləri götürərək qazanxananı həmişəki üsulla açıb içəri daxil olmuş, qazanxanadan 1 ədəd nasosa bənzər qurğu və 1 ədəd də başqa bir dəqiq xatırlamadığı qurğunu açıb götürmüş, həmin qurğuları da yataqxananın həyətinə yığmış, sabahı günü yenə də həmin qurğuları aparıb metal qəbulu məntəqəsinə 25 manat pul müqabilində təhvil vermiş, son olaraq həmin yerə oğurluğa 2023-cü ilin fevral ayında girmiş, üçüncü dəfə etdiyi oğurluqdan təxminən 10 gün sonra həmin qazanxanaya girib oradan 1 ədəd boruya bənzər qurğunu açıb götürmüş, həmin boruya bənzər qurğunu da sabahı günü 10 manat pul müqabilində həmin metal qəbulu məntəqəsində satmış, oğurldığım bütün qurğu və avadanlıqları pul əldə etmək məqsədilə satmış və əldə etdiyi bütün pulları öz şəxsi ehtiyaclarına xərcləməsini bildirmiş, bütün cinayət əməllərini tək halda törətmiş, oğurladığı bütün qurğu və avadanlıqları yaşadığı evin yaxınlığında yerləşən metal qəbulu məntəqəsini işlədən Sübhan adlı şəxsə satmış, həmin şəxsin də ona satdığı bütün qurğu və avadanlıqların cinayət yolu ilə əldə edilməsindən xəbərdar olmadığını bildirmişdir. Məhkəmədə zərərçkəmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək işə iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmədə onun istintaq zamanı vermiş olduğu ifadəsi Azərbaycan Respublikası CPMnın 329.1-ci maddəsinə əsasən elan olunmuşdur. O, həmin ifadəsində hazırda "xxxx" ASC-nin X5 İstismarı Sahəsinin rəisi vəzifəsində işləyir, ixtisasca mühəndisdir, təxminən 13 ildir ki, həmin işdə çalışır, müddətsiz müqavilə əsasında həmin iş yerində işləyir, onun işi rayon ərazisində olan və yaşayış və qeyri-yaşayış binalarına istiliyin verilməsini təmin edən qazanxanalara nəzarət etmək və onların işlək vəziyyətdə olmasına xidmət etməkdir, rayon ərazisində ümumilikdə 15 qazanxana olsa da onlardan yalnız 2-si hazırda fəaliyyət göstərir, xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə etdiyim, həmçinin həmin tarixdə Salyan RPŞ-yə etdiyi yazılı müraciətlə bağlı onu deyə bilər ki, 02 mart 2023-cü il tarixdə, saat 12 radələrində Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən AzərİstilikTəchizat ASCnin 52-M40 saylı qazanxanasına baş çəkmək üçün getmiş, qazanxanaya girməzdən öncə qazanxananın plastikdən olan qapıları bağlı vəziyyətdə imiş, pəncərələri isə toxunulmaz vəziyyətdə imiş, qazanxananın qapısının tutacağını əli ilə dartan zaman qapının açıq olduğunu görüb təəcüblənmiş və qapını açaraq içəri daxil olmuş, içəri daxil olduqda içəridə qazanxanaya aid olan bir sıra qurğu və avadanlıqların qazanxanada olmadığını və oğurlandığını aşkar etmiş, daha sonra bu barədə həmin günün axşamı DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, həmçinin Salyan RPŞ-yə yazılı qaydada həmin tarixdə müraciət etmişdir. Şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, Hamletlə heç bir düşmənçilik və ədavəti yoxdur. Hadisə yadında qalmamış, Hamletdən dəmirləri çoxdan almışdır.Hansı dəmir olduğu yadında qalmamışdır.İstintaq zamanı ifadə vermiş, lakin yadında qalmamışdır.Amma ifadəni təsdiq edir. Şahid ittihamın mahiyyəti üzrə ifadə vermək istəmədiyi üçün onun istintaq zamanı vermiş olduğu ifadəsi Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı elan olunmuşdur. O, həmin ifadəsində bildirmişdir ki,Təqsirləndirilən şəxs tanıyır, Hamletlə heç bir düşmənçilik və ədavəti yoxdur, hazırda Salyan şəhəri 20 Yanvar küçəsi ərazisində yerləşən metal qəbulu məntəqəsini işlədir, həmin metal qəbulu məntəqəsini icarə əsasında işlədir, 2023-cü ilin yanvar ayının xatırlamadığı günündə Hamlet işlədiyi metal qəbulu məntəqəsinə gələrək 2 ədəd nasos və 1 ədəd qaz borusuna bənzər bir borunu satmaq istədiyini ona demiş, o da həmin əşyalara baxıb onların metaldan olmasını görmüş, Hamletdən həmin əşyaları haradan əldə etməsini soruşduqda Hamlet də ona həmin əşyaların özünə məxsus olmasını və pul lazım olduğu üçün satdığını demiş, o, Hamletin arabir usta kimi də çalışdığını bilirmiş, hətta Hamlet bir müddət onun işlədiyi metal qəbulu məntəqəsində də işləmiş, o, Hamletdən həmin əşyaları götürməzdən öncə ona “birdən oğurluq əşyalar olar ha?” deyə sual edib soruşmuş, Hamlet də ona “narahat olma, özümə məxsusdur, oğurluq olsa burda niyə satıram” demiş, o, Hamleti tanıdığı üçün ondan həmin əşyaları almaq qərarına gəlmiş, həmçinin, onun işi metal alqı-satqısını həyata keçirmək imiş, həmin əşyaları tərəzidə çəkmiş və çəkisinə uyğun olaraq Hamletə təxminən 30, ya da 40 manat pul vermiş, təxminən 1 həftə və ya 10 gün sonra Hamlet yenə də o, metal qəbulu məntəqəsində olan zaman oraya gəlmiş, Hamlet özü ilə 1 ədəd motora bənzər qurğu, 1 ədəd boruya bənzər qurğu və 1 ədəd də sayğaca bənzər qurğunu gətirib ona göstərmiş və həmin əşyaları satmaq istədiyini ona demiş, o da həmin əşyalara baxıb onların metaldan olmasını görmüş, Hamletdən yenə də həmin əşyaların oğurluq olub-olmamasını soruşmuş, Hamlet də ona həmin əşyaların özünə məxsus olmasını demiş, bundan sonra o, həmin əşyaları tərəzidə çəkmiş və çəkisinə uyğun olaraq Hamletə təxminən 50 manat pul vermiş, Hamlet pulu alıb çıxıb getmiş, bundan bir neçə gün sonra o, metal qəbulu məntəqəsində olduğu vaxt Hamlet əlində 1 ədəd nasosa bənzər qurğu və 1 ədəd də başqa bir metaldan olan qurğunu gətirib satmaq istədiyini demiş, o, bir daha Hamletdən həmin əşyaları haradan əldə etməyini soruşmuş, Hamlet də ona həmin əşyaların özünə məxsus olmasını demiş, o, Hamleti dilə tutub həmin əşyaların onun özünə məxsus olmasını onun özündən dəfələrlə dəqiqləşdirdikdən sonra həmin əşyaları tərəzidə çəkmiş, çəkisinə uyğun Hamletə 20, ya 30 manat pul vermiş, 2023-cü ilin fevral ayında da Hamlet 1 ədəd boruya bənzər qurğu və 1 ədəd də metaldan olan başqa qurğunu gətirib satmaq istədiyini ona demiş, o, əvvəlcə həmin əşyaları almaq istəmədiyini ona demiş, lakin, Hamlet ailə üzvlərinin səhətində yaranmış problemlərlə bağlı pul lazım olduğunu demiş və o, bundan sonra həmin əşyaları götürmüş, çəkisinə uyğun Hamletə təxminən 10, ya 20 manat pul vermiş, o, sonradan Hamletin həmin əşyaları yaşadığı evin yaxınlığında yerləşən Azəristiliktəchizat ASC-yə məxsus olan qazanxanadan oğurlamasını və Hamletin polis əməkdaşları tərəfindən həmin cinayət əməlinə görə saxlanılmasını bilmiş, əvvəlcədən isə onun bu barədə heç bir məlumatı yox imiş, Hamletin həmin qazanxananın yerləşdiyi yerin yaxınlığında yaşadığını bildirmişdir. Şahid istintaq zamanı vermiş olduğu ifadəsi elan olunduqdan sonra o, ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə elan olunmuş “Salyan rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2023-cü il tarixli, PHŞ-6-68/2-1314/2023 nömrəli məktubundan görünür ki, Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən yataqxanada yaşayan, 1966-cı il təvəllüdlü, Təqsirləndirilən şəxs “Həşiş” narkomaniyası diaqnozu ilə dispanser qeydiyyatda dayanır. Həkim-psixiatr Xatirə Ağayevanın məlumatına əsasən qeydiyyatda yoxdur. DİN-in BƏSİİ-dən alınmış 13 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən 02 il, 05 ay, 27 gün müddətinə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzalarına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra və Probasiya şöbəsinin 16 iyun 2023-cü il tarixli 356540/04 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 3000 manat cərimə cəzasını ödəməmişdir. Salyan rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən 02 il, 05 ay, 27 gün müddətinə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzalarına məhkum edilmişdir. Salyan rayon İcra Hakimiyyəti Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi MMC-nin 19 iyun 2023-cü il tarixli, 700 nömrəli arayışında göstərilir ki, Təqsirləndirilən şəxs ailə üzvləri: arvadı-1970-ci il təvəllüdlü X3, oğlu-1993-cü il təvəllüdlü X4r. Həmin MMC-nin xx.xx.2023-cü il tarixli, 700 nömrəli xasiyyətnaməsində göstərilir ki, xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Salyan şəhəri, Ə.Quliyev küçəsi 15 saylı evin 4 saylı mənzilində yaşayır və yaşadığı müddətdə onun barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. Məhkəmədə tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023cü il tarixli, 9/3199 nömrəli rəyindən görünür ki, AzərİstilikTəchizat ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışdan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən malların istifadədə olması nəzərə alınmaqla(təxminən 50-60% amortizasiya tətbiq edilməklə) 2023-cü ilin yanvar-fevral aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 16695.00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, törətdiyi əməli səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən 02 il, 05 ay, 27 gün müddətinə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzalarına məhkum edilmişdir. Təqsirləndirilən şəxs ona təyin olunmuş cərimə cəzasını ödəməmişdir.Ona görə də onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nın 18.4-cü maddəsində qeyd olunmuşdur ki, residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar 18.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 may 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 28 sentyabr 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsi yalnız azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların yaratmış olduğu məhkumluğu nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri düzgün tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs barəsində 11 may 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 may 2023-cü ildən hesablanmışdır. Ona görə də cəzasının əvvəli 11 may 2023-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 11 may 2023-cü ildən hesablanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib ona iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 may 2023-cü ildən hesablansın. Barəsində seçilmiş 11 may 2023-cü il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-125/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-125/2023
20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver