Məhkəmə qərarları › İş №1(057)-126/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-126/2025

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-126/2025 12.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ X14 Yaqub oğlunun sədrliyi, X10 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan şəhəri 20 Yanvar küçəsi ev 21-də qeydiyyatda olmaqla Salyan şəhəri Ə.Hüseynov küçəsi ev 76-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,680 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib yerini dəyişməklə üzərində saxlamaqla daşımış, 2025-ci il noyabrın 27-də saat 16:35 dəqiqədə Salyan şəhəri A.Hüseynov küçəsində Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb hüquqları izah olunduqdan sonra üzəri yoxlanılmış və əynindəki qara rəngli şalvarının sol yan cibindən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Uzun müddətdir “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin qəbul edir. 2025-ci il noyabrın 26-da axşam saatlarında Salyan şəhərində yaşadığı evin yaxınlığındakı məhəllədə yerdən büküm tapmış, içərisinə baxdıqda “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu görüb götürmüşdür. Tapdıqdan sonra isə həmin metamfetamindən özü qəbul etmiş, lakin heç kimə verməmiş, satmamış, satmaq məqsədi və niyyəti olmamışdır. Noyabrın 27-də A.Hüseynov küçəsində saat 16 radələrində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Üzərində baxış keçiriləcəyi bildirildikdə, o, üzərində olan 1 ədəd selofan bükümdə olan metamfetamini çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş həmin 1 ədəd bükümdə olan metamfetamin polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdə çəkisi 0,86 qram olmuş, həmin metamfetamin kağız zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş və o zərfin üzərini imzalamışdır. Sonra polis əməkdaşları ilə birlikdə Salyan rayon polis şöbəsinə gəlmiş, üzərindən psixotrop maddə metamfetaminin aşkar edilməsi barədə tərtib edilmiş protokolu imzalamışdır. Müstəntiq tərəfindən ona hüquq və vəzifələri yenidən izah olunmuş və o hüquqlarının qorunması üçün müdafiəçi ilə təmin olunmuşdur. O, saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən heç bir fiziki və psixi zorakılığa məruz qalmamışdır. Əmlindən peşmandır. Bir daha belə hüquqazidd əməllərə yol verməyəcəkdir. Ona görə də ona həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında xx.xx.2026-cı il tarixdə ərizə təqdim edərək göstərmişdir ki, özünü hazırki cinayət əməli üzrə təqsirli bilir, əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin verdikləri ifadələr ilə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Salyan RPŞ-nin X5 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında müvafiq qərar qəbul olunmuş, əməliyyat qrupu yaradılmışdır. 2025-ci il noyabrın 27-də saat 16:35 də Təqsirləndirilən şəxs Salyan şəhəri A.Hüseynov küçəsində müşahidə edib yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib hüquq və vəzifələrinə dair məlumat vermişlər. Videoçəkiliş aparılmaqla üzərində narkotik vasitə və digər qadağan olunmuş əşyaların olub-olmadığını, əgər vardırsa təqdim edilməsini təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan içərisində “patı” adlanan narkotik vasitə olan 01 ədəd selofan bükümü çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin selofan bükümdəki kütlə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir, özünə məxsusdur, həmin metamfetamini 1 gün əvvəl Salyan şəhərində yaşadığı evin yaxınlığındakı məhəllədə gəzişərkən yerdən tapmışdır, metamfetamin olduğunu bilib özü qəbul etmək üçün götürüb üzərində saxlamışdır, bir qədər özü qəbul etmişdir, lakin heç kimə verməmiş və satmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin bir ədəd bükümdə olan metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisinin 0,86 qram olduğu müəyyən olunmuş, kağız zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxsla birlikdə Salyan rayon polis şöbəsinə gəlmişlər, üzərindən psixotrop maddə metamfetaminin aşkar edilməsi barədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılmasını, üzərində baxış keçirilərək maddi sübutun götürülməsini əks etdirən videogörüntü, bu barədə tərtib edilmiş protokol və maddi sübut videoçəkiliş aparılmaqla istintaqa təqdim edilmişdir. Bu barədə tərtib edilmiş protokol oxunduqdan sonra imzalanmışdır. Təqsirləndirilən şəxs heç bir psixi və fiziki zorakılıq göstərilməmişdir. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 məhkəmə istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Salyan RPŞ-nin müstəntiqi Orxan Axundov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Salyan şəhəri, 20 Yanvar küçəsi ev 21-də qeydiyyatda olan və Salyan şəhəri, Ə.Hüseynov küçəsi ev 76-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və üzərində saxlamasında şübhəli bilindiyi üçün xx.xx.2025-ci il tarixdə saat 16:35-də Salyan şəhəri A.Hüseynov küçəsində saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılmış, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə tərəflərindən aşkar edilərək götürülmüş və həmin maddə 1 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa əynində olan qara rəngli şalvarının sağ yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan Tecno markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs saat 17:00-da Salyan RPŞ-nə gətirilmişdir. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib olunmuş və videoçəkiliş DVD diskə köçürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şəxsin üzərinə baxış keçirilməsinə dair” protokoldan və ona əlavə olunmuş məhkəmə istintaqı zamanı baxış keçirilərək tədqiq olunmuş əməliyyat-axtarış tədbirinə dair diskdən görünür ki, baxış 16:35-də başlanmış, 16:42-də bitmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və üzərində saxlamasında şübhəli bilindiyi üçün xx.xx.2025-ci il tarixdə saat 16:35-də Salyan şəhəri A.Hüseynov küçəsində saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılmış, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə və qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Tecno” markalı üzərində ***-***- **-** mobil nömrəsi olan telefon tərəflərindən aşkar edilərək götürülmüş, elektron tərəzi vasitəsi ilə çəkilmiş, həmin kütlənin çəkisinin 0,86 qram olması müəyyən olunmuş və həmin kütlə 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən digər hər hansısa iş üzrə əhəmiyyət kəsb edən əlavə əşya predmet maddə aşkar edilməmişdir. Baxış və götürmə günün işıqlı vaxtında keçirilmişdir. Baxış və götürmə zamanı “İphone” markalı mobil telefonun videokamerası vasitəsi ilə NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Salyan RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokola 1 (bir) ədəd disk əlavə olundu. Protokolun tərtibinə saat 17:05 dəqiqədə başlanmış, protokolun tərtibi saat 17:30 dəqiqədə bitmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin İB-nin müstəntiqi Hacıbala Əlisgəndərli tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” haqqında qərardan görünür ki, Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 təqdim etdiyi sənədlərə, maddi sübuta və DVD diskə baxış keçirilmiş və götürmə aparılmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin İB-nin müstəntiqi Hacıbala Əlisgəndərli tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, üzərində saxlamasında şübhəli bilindiyi üçün xx.xx.2025-ci il tarixdə saat 16:38-də Salyan şəhəri A.Hüseynov küçəsində saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılan zaman əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə və qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Tecno” markalı üzərində ***-***-**-** mobil nömrəsi olan telefon aşkar edilərək götürülmüşdür. Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Füzuli oğlu tərəfindən təqdim olunan 01 ədəd qablaşdırılmış və möhürlənmiş zərfdə olan maddi sübuta, 01 ədəd “Tecno” markalı mobil telefona və 01 ədəd DVD diskdə olan videogörüntüyə tərəfimdən baxış keçirilmişdir. Tərəfindən DVD diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, üzərində saxlamasında şübhəli bilindiyi üçün xx.xx.2025-ci il tarixdə saat 16:35-də Salyan şəhəri A.Hüseynov küçəsində saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılan zaman əynindəki qara rəngli gödəkcəsinin sol yan cibində 0,86 qram çəkidə psixotrop maddə metamfefaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Tecno” markalı telefon da polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra tərəfindən möhürlənmiş zərfdə olan maddi sübuta baxış keçirilmiş, zərf açıldıqda içərisində 01 ədəd selofan bükümdə ağ rəngli kristalik formada psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmiş, həmin büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0,87 qram olduğu müəyyən edilmiş, daha sonra həmin büküm yenidən zərfə qoyularaq qablaşdırılmış, möhürlü kağızla möhürlənmiş, iştirakçılar tərəfindən üzəri umzalandıqdan sonra götürülmüşdür.Baxış və götürmə zamanı “İphone” markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Tərtib edilmiş protokola 01 ədəd DVD disk əlavə olunmuşdur. İş materiallarında olan müstəntiq Hacıbala Əlisgəndərli tərəfindən tərtib edilmiş 27 noyabr 2025-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:55-də Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulması azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 2025-ci ili noyabrın 27-də saat 16:35-dən hesab edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/808 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,680 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin rəyin təsviri - əsaslandırıcı hissəsindən görünür ki, metamfetaminin təmiz çəkisi - 0,680 qram tədqiqata sərf edildi-0,05 qram, qalıq – 0,630 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 Bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18/808 saylı rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 67,30 (altmış yeddi manat otuz qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X9 Yoxlamanın nəticəsinə dair (məhkəmə-narkoloji ekspertizası) xx.xx.2025-ci il tarixli 607 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan müstəntiq Orxan Axundov tərəfindən qəbul edilmiş 29 noyabr 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan müstəntiq Orxan Axundov tərəfindən qəbul edilmiş 29 noyabr 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan müstəntiq Orxan Axundov tərəfindən qəbul edilmiş 29 noyabr 2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. İş materiallarında olan müstəntiq Orxan Axundov tərəfindən qəbul edilmiş 29 noyabr 2025-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,630 qram metamfetamin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan müstəntiq Orxan Axundov tərəfindən tərtib edilmiş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 2025-ci il noyabrın 27-də saat 16:35 dəqiqədə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilib götürülmüşdür. İş materiallarında olan Salyan RİHB-nın Salyan şəhər İƏÜDN-nin xx.xx.2025-ci il tarixli 5-71-6/2-2157/2025 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 1975-ci il təvəllüdlü atası- X6, 1974-cü il təvəllüdlü anası X4 ibarətdir. İş materiallarında olan Salyan RİHB-nın Salyan şəhər İƏÜDN-nin xx.xx.2025-ci il tarixli 5-71-6/2-2158/2025 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan DİN-in BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 əməliyyat tapşırığına cavab olaraq verdiyi xx.xx.2025-ci il tarixli raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini 26 noyabr 2025-ci il tarixdə axşam saatlarında Salyan şəhərində yaşadığı evin yaxınlığındakı məhəllədə piyada gedərkən yerdən tapmış və özünün şəxsi istifadəsi üçün saxlamışdır. Əlavə olaraq isə Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə bağlı hər hansısa bir məlumat əldə etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs sakinlər arasında narkotik vasitə və ya psixotrop maddə istifadəçisi kimi də tanınır. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ildən “Opiatların qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır, lakin psixonevroloji qeydiyyatda yoxdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Tecno” markalı mobil telefonda “***-***-**-**” saylı mobil nömrəsinin olduğu müəyyən edilmişdir. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs məxsus olan “Tecno” markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansısa hal aşkar edilməmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 14 may 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 2025-ci il noyabrın 29-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, ona CM-nin 234.2-ci maddəsi ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, onun üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,630 qram metamfetamin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, məhkəmə-kimyəvi ekspertizasının 18/808 nömrəli və məhkəmə-narkoloji ekspertizasının 607 nömrəli rəyləri, ifadə və protokollar, şəxsin üzərinə baxış və götürməni, həmçinin maddi sübutun və sənədlərin istintaqa təqdim edilməsini əks etdirən 2 ədəd CD disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,680 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib yerini dəyişməklə üzərində saxlamaqla daşımış, 2025-ci il noyabrın 27-də saat 16:35 dəqiqədə Salyan şəhəri A.Hüseynov küçəsində Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb hüquqları izah olunduqdan sonra üzəri yoxlanılmış və əynindəki qara rəngli şalvarının sol yan cibindən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 17-1.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri Ə.Hüseynov küçəsi ev 76-da yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs hal-hazırda əməlindən səmimi peşman olmuş, əvvəllər məhkəmə məsuliyyətinə cəlb olunmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət edilməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X8 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,630 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 67,30 (altmış yeddi manat otuz qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə olunmuş 3 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri Ə.Hüseynov küçəsi ev 76-da yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X8 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,630 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri 67,30 (altmış yeddi manat otuz qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 03 ədəd DVD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar