Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-127/2024 10.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1964-cü ildə Salyan rayonu Kürqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən,Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1, 69.3, 93.1.2-ci maddələri ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarı ilə 01 ay 11 gün müddətinə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Salyan rayonu Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 29 aprel 2024-cü il tarixdə saat 17:00 radələrində Salyan rayonu Kürqaraqaşlı kəndi ərazisində yaşadığı evin yaxınlığında şübhəli kimi saxlanılaraq ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusunda təmiz çəkisi 8,88 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və göstərmişdir ki, 27 aprel 2024-cü il tarixdə saat 13 radələrində Tural müəllimlə Salyan vağzalında rastlaşmış və Tural birinci günü gəlib ona dəyməsini bildirmişdir. Birinci günü saat 10 radələrində X3 gəlmiş, qapıda Şahverdi adlı polis əməkdaşı ilə rastlaşmış və Turalın harada olduğunu soruşmuşdur.Şahverdi Turalın içəridə olduğunu və onunla birlikdə içəri girməsini bildirmişdir.Turalın otağında boynuna oğurluq qoymaq istəmişlər, lakin hansı oğurluğun olmasını bildirdikdə deyə bilmədikləri üçün narkotikaya çevirmişlər.Otaqda 6-7 nəfər polis əməkdaşı olmuşdur.Təziyq göstərlikləri üçün narkotik maddəni üzərində olmasını boynuna almışdır.Tural selofan paketdə marixuana gətirib siqaret qutusunun içərisinə yığıb ekspertə gönəriməsi üçün götürmüşlər.Özləri çəkisini müəyyən etmişlər, lakin narkotik maddə marixuana onun yanında çəkilməmişdir.Vəkilin yanında özünün olduğunu demişdir. Onu heç kim döyməmiş, lakin işgəncə vermək istəmişlər. Qorxusundan boynuna almış və özünün olduğunu demişdir. Prokurorluğa bu barədə şikayət etmişdir. 29 aprel 2024-də Tural ona telefonla zəng etməmiş, özü birinci günü saat 10 radələrində polisə gəlmişdir.Özünü təqsirli bilmir, ona görə də ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun istintaq zamanı vermiş olduğu ifadəsi Azərbaycan Respublikası CPM-nın 327.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı elan olunmuşdur. O, həmin ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Salyan rayonu Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşayır. Qanunsuz olaraq narkotik vasitələrin saxlanmasına görə əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə 01 ay 11 gün cəzadan vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Bildirmişdir ki, azadlığa çıxdıqdan sonra da müəyyən vaxtlarda narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. 27 aprel 2024-cü il tarixdə gündüz saatlarında keçmiş 1 may küçəsi deyilən, hazırki Salyan şəhəri E.İmanov küçəsi ərazisindən keçərkən siqaret qutusu diqqətini cəlb etmişdir. Əyilib həmin qutunu yerdən qaldırıb içərisinə baxdıqda orada “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Ona görə, tapdığı narkotik vasitə qurudulmuş marixuananı qəbul etmək üçün özündə saxlamaq qərarına gəlmiş və siqaret qutusunu götürüb cibinə qoymuşdur. Həmin narkotik vasitədən bir qədər istifadə etmiş və qalanını da istifadə etmək üçün saxlamışdır. 29 aprel 2024-cü il tarixdə saat 17:00 radələrində Salyan rayonu Kürqaraqaşlı kəndi ərazisində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim etdikdən sonra birlikdə Salyan rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və şöbədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulmağı ona elan olunmuşdur. Təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona təklif olunmuşdur ki, üzərində qadağan olunmuş əşya vardırsa təqdim etsin və o bildirmişdir ki, üzərində “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana vardır. Bundan sonra əynində olan cins şalvarın sol yan cibindən siqaret qutusunu çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi siqaret qutusunun içərisinə baxıldıqda oradan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd siqaret qutusunda olan kütlə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadır, özünə məxsusdur, həmin maddəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən kağız zərfdə qablaşdırılmış, möhürlü kağızla ağzı möhürlənmiş, üzəri o, müdafiəçisi və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə müdafiəçinin iştirakı ilə tərtib olunmuş protokol ona ucadan oxunduqdan sonra doğru bilib protokolu imzası ilə təsdiq etmişdir. Bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı əldə etməkdə məqsədi onu qəbul etmək olmuşdur. Əldə etdiyi narkotik vasitə qurudulmuş marixuanadan başqa şəxsə satmamış və satmaq niyyəti olmamışdır. Əlavə olaraq bildirmişdir ki, Salyan rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar təqdimata, eləcə də Şirvan Apellyasiya Məhkəməsində bununla bağlı protestə baxılarkən 29 aprel 2024-cü il tarixdə Salyan rayonu Kürqaraqaşlı kəndində yaşadığı evdə olan zaman Salyan rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 mobil telefonla zəng vuraraq onu rayon polis şöbəsinə çağırması, polis şöbəsində narkotik vasitə qurudulmuş marixuananı cibinə qoyması, qorxduğu üçün videoçəkiliş zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirməsi barədə bildirdikləri əslində belə olmamışdır. 29 aprel 2024-cü il tarixdə saat 17:00 radələrində Salyan rayonu Kürqaraqaşlı kəndi ərazisində yaşadığı evin 50-100 metr yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim etdikdən sonra birlikdə Salyan rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən üzərində olan, özünə məxsus narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bir daha bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana özünə məxsus olmuş və həmin vaxt üzərindən aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitə qurudulmuş marixuana heç kim tərəfindən üzərinə qoyulmamışdır. Bildirmişdir ki, uzun müddət yəni 19 il həbs həyatı yaşadığı üçün cəza çəkməkdən boyun qaçırmaqdan ötrü Salyan rayon Məhkəməsində və Şirvan Apellyasiya Məhkəməsində belə bildirmişdir. Şahid qismində məhkəmədə ifadə verən Şahid2 bildirmişdir ki, 29 aprel 2024-cü ildə saat 17 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və qrupun tərkibinə əməliyyatçılar Sabir, Tural və özü daxil olmuşlar. Haqverdini yaşadığı Kürqaraqaşlı kəndində evinin yaxınlığında (mərkəzi xəstəxananın yaxınlığında) görüb özlərini təqdim etdikdən sonra onu polisə dəvət etmişlər.Polis şöbəsində onun üzərinə müstəntiq vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və baxış zamanı üzərindən narkotik maddə marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Haqverdi həmin maddəni 27 aprel 2024-cü ildə Salyan şəhəri, E.İmanov küçəsində tapdığını demişdir. Təqsirləndirilən şəxsdə tapılan maddə çəkilmiş, lakin çəkisi yadında qalmamışdır. Maddə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. 27 aprel 2024-cü ildə Salyan vağzalında Haqverdini görməmiş, onun bu barədə dedikləri doğru deyildir.Polis şöbəsində Haqverdini heç kim hədələmiş və heç kim təzyiq göstərməmişdir.Onun bu barədə dedikləri həqiqətə uyğun deyildir. Şahid qismində məhkəmədə izahat verən Şahid3 bildirmişdir ki, 29 aprel 2024-cü ildə səhər saatlarında şöbəyə əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumat əsasında Tural, Sabir və özü də daxil olmaqla əməliyyat qrupu yaradılmışdır. Haqverdini yaşadığı Kürqaraqaşlı kəndində evinin yaxınlığında görüb özlərini təqdim etdikdən sonra onu polisə dəvət etmişlər.Polis şöbəsində onun üzərinə müstəntiq vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirmiş və baxış zamanı üzərindən narkotik maddə marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür.Haqverdi həmin maddəni 27 aprel 2024-cü ildə Salyan şəhəri, 1 May küçəsində tapdığını demişdir. Təqsirləndirilən şəxsdə tapılan maddə çəkilmiş, lakin çəkisi yadında qalmamışdır. Haqverdi polis şöbəsinə özü gəlməmiş və onun bu barədə dedikləri düz deyildir. Şahid qismində dindirilmiş Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 29 aprel 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunaraq bu məqsədlə o, RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupunun təşkil edilmişdir.Daha sonra Təqsirləndirilən şəxs həmin gün saat 17:00 radələrində Salyan rayonu Kürqaraqaşlı kəndi ərazisində yaşadığı evin yaxınlığında aşkar edib tutub polisə aparmışlar.Təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmış axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusunun içərisinə baxıldıqda orada yaşıl rəngli, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin olduğu aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, siqaret qutusunda olan kütlə narkotik vasitə qurudulmuş marixuanadır, özünə məxsusdur, həmin narkotik vasitəni iki gün bundan əvvəl yəni 27 aprel 2024-cü il tarixdə keçmiş 1 may küçəsi deyilən, hazırki Salyan şəhəri E.İmanov küçəsi ərazisində yerdən tapmış və özü qəbul etmək məqsədilə götürüb üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd siqaret qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən kağız zərfdə qablaşdırılmış, üzəri Təqsirləndirilən şəxs, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmış və iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Bu barədə tərtib olunmuş protokola özü də imza etmişdir. Məhkəmədə elan olunmuş 29 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana vardır. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “Sobranie” markalı siqaret qutusunun içərisinə baxıldıqda orada yaşıl rəngdə, spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd siqaret qutusunda olan kütlə narkotik vasitə qurudulmuş marixuanadır, özünə məxsusdur, həmin narkotik vasitəni iki gün bundan əvvəl yəni 27 aprel 2024-cü il tarixdə keçmiş 1 may küçəsi deyilən, hazırki Salyan şəhəri, E.İmanov küçəsi ərazisində yerdən tapmış, həmin narkotik vasitə qurudulmuş marixuananı qəbul etmək üçün üzərində saxlamışdır. Həmçinin bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanadan başqa şəxsə satmamış və satmaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzi vasitəsilə çəkildikdə 14,68 qram olması müəyyən edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 30 aprel 2024-cü il tarixli 18/446 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd siqaret qutusunda təmiz çəkisi – 8,88 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 10 may 2024-cü il tarixli, 432 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. “Salyan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 21 may 2024-cü il tarixli, 18-1-68/2-1020/2024 nömrəli məktubundan görünür ki, Salyan rayonu Kürqaraqaşlı kənd sakini, xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 2000-ci il tarixdən “Tiryək narkotiki” ilə narkoloji qeydiyyatda olsa da, psixonevroloji qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3, 93.1.2-ci maddələri ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarı ilə 01 ay 11 gün müddətinə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 8,78 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə 04 may 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Məhkəmədə baxış keçirilən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub üzərinə baxış keçirilən zaman və həmçinin sonradan təqsirləndirilən şəxs qismində ifadəsi alınarkən videoçəkilişdən istifadə olunduğu üçün həmin videodisklərə məhkəmə baxışı zamanı baxış keçirilmişdir.Həmin videodisklərə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etmiş və üzərində aşkar olunmuş narkotik maddənin özünə məxsus olmasını bildirmişdir.Eyni zamanda ona heç bir təzyiqin olmadığını qeyd etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuş olsa belə, onu həmin cəza ilə islah etmək mümkün deyildir. O, narkotik vasitələrlə bağlı cinayətlərə görə məhkum olunmuş, əməlində cinayətlərin residivi var,ona təyin olunmuş cəzalarla islah olunmamış və qısa müddət keçməmiş yenidən oxşar cinayət əməlini törətmişdir. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Eyni zamanda məhkəmə baxışı zamanı aydın olmuşdur ki, təqsirləndirilən şəxsin qeyd olunan narkotik maddənin ona məxsus olmaması və polis əməkdaşı tərəfindən üzərinə qoyulması barədə vermiş olduğu vəsatət əsassız olduğundan təmin olunmamalıdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan dindirmə zamanı və həmçinin sonrakı istintaq hərəkətlərində eyni qaydada təqsirini etiraf edərək narkotik madə marixuananın ona məxsus olduğunu etiraf etmiş, heç bir zor və ya təzyiqə məruz qalmadığını bildirmişdir.Onun məhkəmə baxışı zamanı təqsirini etiraf etməməsi barədə irəli sürdüyü vəsatətlər əsassız olduğundan və həmçinin özünü müdafiə xarakteri daşıdığından təmin olunmamalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən olunmamış, cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 10 sentyabr 2024-cü ildən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş xx.xx.2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, nakrokoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 8,78 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-nin işə əlavə olunması nəzərə alınmalıdır. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddə ilə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəza müddətinə hesablansın və üzərində bir il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş xx.xx.2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, barəsində həbs qətimkan tədbiri seçilsin,məhkəmə iclas zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəzaçəkmə müddətinin əvvəli 10 sentyabr 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 8,78 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış üç ədəd DVD-nin işə əlavə olunması nəzərə alınsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-127/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-127/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver