Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-127/2025 03.03.2026 SALYAN RAYON MƏHKƏMƏSİ X17 Yaqub oğlunun sədrliyi, X12 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X9 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2006-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1ində qeydiyyatda olan və Salyan şəhəri B.Talıblı küçəsi ev 16-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2025-ci il oktyabrın 30-da saat 16:30 radələrində Salyan şəhəri N.Babayev küçəsində yerləşən “Sizin” marketin arxa tərəfində əsassız yerə özünü Salyan şəhər sakini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub əxlaqa və hüquqa zidd davranışlar sərgiləyərək Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra heç bir səbəb olmadan istintaqa məlum olmayan tarixdə əldə edib üzərində gəzdirdiyi beşbarmaqla onun üz və bədən nahiyələrinə vuraraq alt çənənin sağ şaxəsinin yerini dəyişən sınığı, sol almacıq sümüyü nahiyəsinin, ənsə və döş qəfəsinin arxa hissəsinin əzilməsi ilə nəticələnən xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadə düzdür, həmin ifadəni təsdiq edir. 30 oktyabr 2025-ci il tarixdə Salyan şəhəri N.Babayev küçəsində yerləşən “Sizin” marketin qarşısında meyvə-tərəvəz satmaqla məşğul olan Şahid2 yanına getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs və Şahid1 da orada olmuşdur. Onlar söhbət etdikdən sonra o, oradan çıxıb getmiş, təxminən 20-30 dəqiqədən sonra Samirgilin yanına geri qayıtmışdır. Həmin vaxt Samir Sahibin onun arxasınca xoşagəlməz ifadələr işlətdiyini bildirmiş, o, Samirlə sözlü mübahisə etmişlər. O, Samirdən onunla birlikdə birinci mərtəbəsində “Sizin” market yerləşən binanın arxasına keçməyini istəmiş, Samir də həmin binanın arxasına keçmişdir. Onlar marketin arxasına keçən kimi o, Samirin çənəsinə bir yumruq zərbəsi endirmiş, Samir zərbənin təsirindən yerə yıxılmışdır. O, bununla kifayətlənməyərək yerə yıxılan Samirin sifətinə və bədəninə yumruq və dirsəyi ilə bir neçə zərbə endirmişdir. O, bundan sonra oradan uzaqlaşmışdır. Həmin vaxt onlardan bir qədər aralıda olan Nicata gedib Samirə kömək etməsini demişdir. Onun beşbarmaq ailəti olmamış, Samiri beşbarmaqla vurmamış, onu yanlız yumruqla vurmuşdur.O, törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Söz verir ki, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcək, odur ki, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhərində eyni küçədə yaşadığına görə tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 30 oktyabr 2025-ci il tarixdə onlarla bir küçədə yaşayan Şahid2 Ələt- Astara avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində yolun kənarında, “Sizin” marketin qarşısında meyvə-tərəvəz satmaqla məşğul olmuşdur. Nicatla onun yaxın münasibəti vardır. Həmin tarixdə, günün ikinci yarısında Nicatın yanına getmişdir. Həmin vaxt Nicatın bibisi oğlu Sahib də onun yanında olmuşdur. Bir qədər sonra Dilavər də ora gəlmişdir. Söhbət zamanı Sahiblə Dilavər sözlü mübahisə etmişlər. O, Sahiblə Dilavərə “gedin, şərinizi burdan uzaq edin” demişdir. Sahiblə Dilavərin mübahisəsi ciddiləşmədiyi üçün onlar sakitləşmişdir. Bundan sonra Dilavər ondan 3-4 ədəd siqaret istəmişdir. O da hər dəfəsində Dilavərə 1 ədəd siqaret vermiş, lakin, sonuncu dəfə ondan siqaret istəyən zaman siqaretinin olmadığını demişdir. Halbuki, həmin vaxt üzərində 2 qutu siqaret olmuş, Dilavər onun üzərində siqaret olduğunu bilmişdir. Bundan sonra Dilavər oradan çıxıb getmişdir. Bir qədər sonra Sahib də oradan çıxıb gedərkən təxminən saat 16 radələrində Dilavər geri qayıtmışdır. Həmin vaxt Sahib onlardan təxminən 50 metr uzaqlaşmışdır. O, Dilavərə Sahibin onun arxasınca danışdığını demişdir. Bunu eşidən kimi Dilavər Sahibə səslənərək geri qayıtmasını istəmiş, sonuncu Dilavərin sözünə məhəl qoymayaraq oradan uzaqlaşıb getmişdir. Təxminən saat 16 radələrində onların yanına gələn Dilavər ondan sakit formada onunla birlikdə “Sizin” marketin arxasına keçməyini istəmiş, o da Dilavərin istəyi ilə onun dediyi yerə getmişdir. Onlar birinci mərtəbəsində “Sizin” market yerləşən binanın arxa tərəfinə getmişlər. Binanın arxa tərəfində Dilavər ona “sən kimsənki dayanıb burda reketlik edirsən, siqaret istəyəndə yoxumdu deyirsən” demiş və gözlənilmədən əlindəki beşbarmaqla onun alt çənəsinə zərbə vurmuş, o, həmin zərbənin təsirindən sərt şəkildə yerə yıxılmışdır. O, yerdə uzanmış vəziyyətdə olan zaman Dilavər onun sifət nahiyəsinə 7-8 dəfə yumruqla vurmuş, sonra çıxıb getmişdir. O, bir qədər yerdə uzanmış vəziyyətdə qaldıqdan sonra çətinliklə ayağa qalxmış, həmin vaxt Nicat tələsik onun yanına gəlmişdir. O, Nicatın köməkliyi ilə evinə getmişdir. Həmin vaxt ciddi ağrıları olmadığı üçün xəstəxanaya getməmişdir. Lakin, gecə ağrıları olduğu üçün atası X16 zəng etmiş, onu Salyan RMX-na aparmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə xx.xx.2026-cı il tarixli ərizə təqdim edərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan şikayəti və tələbi yoxdur. Bütün məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə xx.xx.2026-cı il tarixli notariat qaydasında ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifdə düzdür. Hazırda Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində yolun kənarında, “Sizin” adlanan marketin qarşısında meyvə-tərəvəz satmaqla məşğul olur. 30 oktyabr 2025-ci il tarixdə günün ikinci yarısında Samir və bibisi oğlu Sahib onun yanına gəlmişlər, bir qədər sonra Dilavər də onların yanına gəlmişdir. Dilavər Samirdən 3-4 dəfə hər dəfəsində də 1 ədəd olmaqla siqaret almış, sonuncu dəfə isə Samir Dilavərə siqaretinin olmadığını demişdir. Bir qədər sonra Dilavər oradan çıxıb getmişdir. Dilavər getdikdən sonra Sahib onlara Dilavərlə güləşsə bəlkə ona qalib gələ biləcəyini demiş, sonra oradan uzaqlaşmışdır. Bir qədər sonra Dilavər yenidən onların yanına gəlmişdir. X4 güləşəcəyi təqdirdə ona qalib gələ biləcəyini dediyini bildirmişdir. Dilavər bu vaxt onlardan bir qədər aralıda olan Sahibə səslənərək ona yaxınlaşmasını istəmiş, lakin, Sahib oradan getmişdir. Dilavər ondan Sahibi çağırmasını istəsə də, o, bundan imtina etmişdir. Dilavər Samirə onunla birlikdə yaxınlıqdakı binanın arxasına keçməyini demiş, Samir Dilavər ilə birlikdə binanın arxasına getmişdir. O gedib avtomobildə oturmuş, bir neçə dəqiqədən sonra Dilavər gəlib ona tez marketin arxasına getməyini demiş, o, marketin arxasına getmiş, orada Samirin üst başının toz-torpaq içində olduğunu və üzünün şişdiyini görmüşdür. O, Samirdən nə baş verdiyini soruşduqda Samir Dilavərin onu vurduğunu bildirmişdir. O, Samirə köməklik edərək onun üst-başını təmizləmiş, Samir özünü pis hiss etdiyini deyərək evinə getmişdir. Bu hadisədən bir neçə gündən sonra Dilavər onun yanına gəlmişdir. O, Dilavərdən nəyə görə Samiri vurduğunu soruşmuşdur. Dilavər ona Samirin Sahibin sözünü ona çatdıraraq araqatışdırdığını, buna görə də onu vurduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Şahid2 onun dayısı oğludur, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Salyan şəhər sakini kimi tanıyır. Nicat Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində yolun kənarında, “Sizin” marketin qarşısında meyvə-tərəvəz satmaqla məşğul olur. O, 30 oktyabr 2025-ci il tarixdə Nicatın yanına getmiş, bir qədər sonra Samirlə Dilavər də oraya gəlmişdir. Bir qədər söhbət etdiksən sonra Dilavər oradan çıxıb getmişdir. O, söhbət zamanı Samir və Nicata əgər Dilavərlə güləşərsə Dilavərə qalib gələ biləcəyini demişdir. Bir qədər sonra ona zəng gəldiyi üçün o, oradan bir qədər uzaqlaşmışdır. Təxminən 20-30 metr oradan uzaqlaşdıqdan sonra Dilavər onu çağıraraq yanına yaxınlaşmağını istəmiş, lakin, o geri qayıtmamış və oradan uzaqlaşmışdır. Sonradan bilmişdir ki, o, oradan getdikdən sonra Dilavər Samiri orada döymüşdür. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, N.Babayev küçəsində Dilavər adlı şəxs onu döyərək sağlamlığına xəsarət yetirmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X5 tərəfindən tərtib olunmuş 01 noyabr 2025-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri Salyan şəhəri N.Babayev küçəsində yerləşən “Sizin” marketin arxasıdır. Belə ki, “Sizin” market hündür mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Yerin örtüyü daş piltədir. Digər tərəfdən binanın həyəti mişar daşları ilə hasara alınmışdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. İstintaq hərəkəti saat 10:20-də başlamış, saat 10:40-da başa çatmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X14 xx.xx.2025-ci il tarixli 555 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki,
1. Zərərçəkmiş şəxs aşağıdakı xəsarətlər aşkar edilmişdir: alt çənənin sağ şaxəsinin yerini dəyişən sınığı, sol almacıq sümüyü nahiyəsinin ənsə və döş qəfəsinin arxa hissəsinin əzilməsi.
2. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmiş qərarda göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə beşbarmaqla vurma nəticəsində əmlə gələ bilərdi. Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X14 xx.xx.2025-ci il tarixli 555 saylı canlı şəxsin ekspertizası rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Resoublikasının 127.2.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. İş materiallarında olan müstəntiq Samir Eynullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin müstəntiqi Samir Eynullazadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “üzləşdirmə-dindirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs üzləşdirilmiş, onlar ayrı-ayrılıqda ifadələrində vermiş olduqları xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(057)- 54/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 29 gün müddətə, yəni xx.xx.2026-cı il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahverdi Cəfərov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Salyan RPŞ-nin İBnin müstəntiqi, polis baş leytenantı Samir Eynullazadənin ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığı icraatına daxil olmuşdur. Əməliyyat tapşırığının icrası ilə bağlı tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və əldə edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, ünvan 1ində qeydiyyatda olan və Salyan şəhəri B.Talıblı küçəsi ev 16-da yaşayan Təqsirləndirilən şəxs 2025-ci il oktyabrın 30-da Salyan şəhəri N.Babayev küçəsində yerləşən “Sizin” marketin arxa tərəfində heç bir səbəb olmadan üzərində gəzdirdiyi beşbarmaqla Zərərçəkmiş şəxs üz və bədən nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs qarşı qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Lakin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurarkən istifadə etdiyi beşbarmağı müəyyən edərək istintaqa təqdim etmək mümkün olmamışdır. Bundan başqa cinayət işi üzrə istintaqa məlum olmayan əlavə şahid dairəsi müəyyən edilməmişdir. İş materiallarında olan DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Salyan rayon İcra və Probasiya şöbəsinin xx.xx.2026-cı il tarixli məktubundan və xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Salyan Rayon Məhkəməsinin 1(057)-138/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş xx.xx.2006-cı il təvəllüdlü, ünvan 1i ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən cəzadan azad edildiyi üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Salyan RMX-nin 18 dekabr 2025-ci il tarixli 18-1-68/2- 1957/2025 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. İş materiallarında olan Salyan rayon İHB-nin Salyan şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilimş xx.xx.2025-ci il tarixli 5-71-6/2-2198/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 1967-ci il təvəllüdlü atası X3 və anası 1968-ci il təvəllüdlü X1 ibarətdir. İş materiallarında olan Salyan rayon İHB-nin Salyan şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilimş xx.xx.2025-ci il tarixli 5-71-6/2-2199/2025 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Salyan RPŞ-nin müstəntiqi Samir Eynullazadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, istintaq hərəkəti həmin tarixdə saat 11:09-dan 11:47-dək Salyan şəhəri N.Babayev küçəsində yerləşən “Sizin” marketin arxa tərəfində aparılmış, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş Samirə zərbələr endirərək sağlamlığına az ağır zərər vurmasını bir daha etiraf edərək ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı “Redmi” markalı mobil telefon ilə fotoçəkiliş aparılmış və tərtib olunmuş protokola əlavə olunmuşdur. İş materiallarında olan istintaq orqanının xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 2025-ci il noyabrın 27-də Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət hesab edilmiş; təqsirləndirilən şəxs, zərərçəkmiş və şahid ifadələri, hadisə yerinə baxış protokolu, üzləşmə protokolu, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 555 nömrəli rəyi, digər istintaq hərəkətlərinin protokol və sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə toplanmış dəlillərlə kifayət qədər sübuta yetirilmiş və hazırda onun barəsində cinayət təqibinə xitam verilməsinə əsas olan hallar mövcud olmadığı nəzərə alınmış; Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 228-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, yəni Zərərçəkmiş şəxs məlum hadisə zamanı beşbarmaqla vurması sübuta yetirilməmişdir. İş materiallarına əlavə edilmiş Salyan RMX-nin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində, ailə həkimi Sevinc Dadaşova tərəfindən müayinə olunmuş və ona “B01.8-Digər ağırlaşmalarla müşahidə olunan su çiçəyi” diaqnozu qoyulmuşdur, xx.xx.2023-cü il tarixində təkrar müayinə zamanı “B01-Su çiçəyi (varicella) diaqnozu qeyd edilmişdir”, xx.xx.2025-ci il tarixində isə həkimnevropatoloq müayinəsində olmuş və ona “G.50.8-Üçlü sinirin digər zədələnmələri, G90.8- Vegetativ (antonom) sinir sisteminin digər pozğunluqları” diaqnozları qoyulmuşdur. Qeyd olunan “G90.8-Vegetativ (antonom) sinir sisteminin digər pozğunluqları” diaqnozu ilə əlaqədar Təqsirləndirilən şəxs müayinə və müalicəsinin davam etdirilməsi üçün həmin tarixdə Salyan RMX-nın Terapiya şöbəsində stasionar müalicəyə göndərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 2025-ci il oktyabrın 30-da saat 16:30 radələrində Salyan şəhəri N.Babayev küçəsində yerləşən “Sizin” marketin arxa tərəfində əsassız yerə özünü Salyan şəhər sakini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub əxlaqa və hüquqa zidd davranışlar sərgiləyərək Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra heç bir səbəb olmadan istintaqa məlum olmayan tarixdə əldə edib üzərində gəzdirdiyi beşbarmaqla (küt alətlə) onun üz və bədən nahiyələrinə vuraraq alt çənənin sağ şaxəsinin yerini dəyişən sınığı, sol almacıq sümüyü nahiyəsinin, ənsə və döş qəfəsinin arxa hissəsinin əzilməsi ilə nəticələnən xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurması məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 127.2.3cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1-ci və 59.1.12-ci maddələrinə əsasən, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hal kimi qəbul edir, cəzanı ağırlaşdıran halları müəyyən emtəmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına, həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 2 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə həbsə saxlanıldığı cəmi 03 (üç) ay 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 06 (altı) ay 08 (səkkiz) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri B.Talıblı küçəsi ev 16-da yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs hal-hazırda əməlindən səmimi peşman olmuş, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, məhkəmə iclası zalında həbsdən dərhal azad edilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə 27 noyabr 2025-ci il tarixdən hazıradək həbsdə saxlanıldığı cəmi 03 ay 04 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 06 (altı) ay 08 (səkkiz) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri B.Talıblı küçəsi ev 16-da yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbsdən dərhal azad edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmuruna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN: ADİL VƏLİYEV