Məhkəmə qərarları › İş №1(057)-128/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-128/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-128/2023 15.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Salyan Rayon Vəkil Bürosunun vəkili-müdafiəçi X8 iştirakı ilə xx xxxxxx 1972-ci ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, 26 avqust 2008-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı cəzçəkmə müəssisəsinin baş inspektoru (müəssisə rəisinin növbətçi köməkçisi) vəzifəsində xidmət edən, ədliyyə mayoru xüsusi rütbəsini daşıyan, əvvəllər məhkum olunmamış, Salyan rayonu Kürsəngi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 309.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in CM-in 309.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Belə ki, o, 26 avqust 2008-ci il tarixindən Salyan rayonu, Yenikənd kəndi ərazisində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsinin baş inspektoru (müəssisə rəisinin növbətçi köməkçisi) vəzifəsində işləməklə məhkumların kamera tipli otaqlarda, cərimə (intizam) təcridxanasında, birnəfərlik kameralarda saxlanılma şəraitinə riayət olunmasına nəzarət etmək, axtarışların və yoxlamaların aparılmasını, barələrində müvafiq qərarlar çıxarılmış şəxslərin cərimə (intizam) təcridxanasına, kamera tipli otaqlara keçirilməsini təşkil etmək, məhkuma tətbiq edilən əl qandalının onların tətbiq edilməsinə göstəriş verən şəxslərin, həmin şəxslərin rəislərinin göstərişinə əsasən, habelə məhkumların həyatı üçün təhlükə yarandıqda və onların qəflətən xəstələnməsi hallarında çıxarmasını təmin etmək, xidmət müddətində cəzaçəkmə müəssisəsinin rəisi və onun müavinlərinə, habelə cəzçəkmə müəssisəsinin rəisinin əməliyyyat-rejim işləri üzrə müavininə bilavasitə tabe olmaq, cəzaçəkmə müəssisəsinin rəisi və onun müavinləri müəssisədə olmadıqda, müəyyən olunmuş daxili qaydaların təmin olunmasına görə tam məsuliyyət daşımaq və bütün xidmət sahələrinin əməkdaşlarına göstəriş, həmçinin sərəncamlar vermə və digər səlahiyyətlərə malik vəzifəli şəxsi kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar 25 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından 5 saylı cəzaçəkmə müəssisəsinə keçirilməklə karantinə alınan, 27 fevral 2023-cü il tarixində saat 09 radələrində təsdiq olunan tədbirlər planı və istehsalat və yaşayış sahələrində axtarışların keçirilməsi barədə aylıq cədvələ uyğun olaraq karantin binasına baxış keçirilən zaman üzərinə natamam axtarış, şəxsi əşyalarına baxış keçirilməsinə kəskin etiraz edərək, özünü və şəxsi əşyalarını bu məqsədlə yoxlayıcıya təqdim etməkdən imtina etməsi səbəbindən müəssisə rəisinin 27 fevral 2023cü il tarixli, 25 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 107.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq 5 gün müddətində «cərimə təcridxanasına keçirmək» haqqında tənbeh edilərək cərimə təcridxanasının 7 nömrəli kamerasına keçirilən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü madddələri ilə məhkum olunmuş X7 həmin tarixdə saat 17 radələrində saxlanıldığı kameraya baxış, üzərinə isə axtarış keçirməsinə şərait yaratmamaqla çılğınlıq etməsinin, eləcə də özünə xəsarət yetirməsinin qarşısını almaq məqsədilə müəssisənin rəisi Şahid1 tərəfindən 27 fevral 2023-cü il tarixdən 28 fevral 2023-cü il tarixədək X20 əl qandalının tətbiq olunması haqqında qərar qəbul olunub Sübhan Ağayevin əllərinə qeyd olunan tarixdə saat 17:30 radələrində əl qandalı tətbiq etdikdən sonra sonuncunun özünü təkrar aqressiv apararaq hər iki ayağını döşəməyə, çarpayıya, divara vurmağa, eləcə də, çarpayının ikinci mərtəbəsinə çıxmağa, əlinə vurulan qandalı möhkəm dartıb qırmağa cəhd göstərməklə çılğınlıq etməsi, özünə xəsarətlər yetirməsi səbəbindən Sübhan Ağayevin həmin davranışının qarşısını başqa vasitə ilə aradan qaldırmaq mümkün olmadığı üçün onun özünə xəsarət yetirməsinin qarşısını almaq məqsədi ilə son zərurət halı kimi bilavasitə tabe olduğu cəzçəkmə müəssisəsinin rəisinin əməliyyat-rejim işləri üzrə müavini vəzifəsini icra edən Şahid2 göstərişinə əsasən saat 17:40 radələrində Sübhan Ağayevin hər iki əlinə ön tərəfdən vurulan əl qandalını digər əl qandalı ilə çarpayının dəmir başlığına birləşdirib, ayaqlarına da əl qandalı vurub 1 saata yaxın müddətdə Sübhan Ağayevi həmin vəziyyətdə saxladıqdan sonra onun tamamilə sakitləşməsini, özünə xəsarət yetirməyə cəhd göstərməməsini, çılğınlıq nümayiş etdirməməsini nəzərə alaraq ayaqlarında olan əl qandalını açsa da, heç bir səbəb və zərurət qalmadığı halda, həmçinin ona Şahid2 tərəfindən göstəriş verilməsinə, eləcə də müəssisə rəisi tərəfindən əl qandalının tətbiq olunması haqqında qərarda qandalın saxlanılması müddətinin göstərilməsinə baxmayaraq xidməti vəzifələrinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb 28 fevral 2023-cü il tarixinə, səhər saat 09 radələrinədək Sübhan Ağayevi hər iki əlinə vurulmuş əl qandalını onun dəmir çarpayının başlığına digər əl qandalı ilə birləşdirilmiş vəziyyətdə qanunsuz saxlayıb sonuncunun ləyaqətinin təhqir olunmasına gətirib çıxaran, onun qidalanmasını, təbii ehtiyaclarını ödəməsini, sərbəst hərəkət etməsini məhdudlaşdıraraq Sübhan Ağayevin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm ziyan vurmaqla vəzifə səlahiyyətlərini aşmışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 309.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 27 fevral 2023-cü il tarixində saat 09-da növbəni təhvil almışdır. 27 fevral 2023-cü ildə səhər təlimatı zamanı müəssisəyə yeni gələn məhkumların saxlanıldığı karantin binasına və məhkumların üzərinə və şəxsi əşyalarına baxış keçirmişlər. X4 özünü aqressiv aparıb hərbi hissədə əsgər olmadığını, bu səbəbdən onun üzərinə və əşyalarına baxış keçirilməsinə icazə verməyəcəyini bildirmişdir. Şahid2 onu intizama dəvət etməyə çalışmış, lakin X24 yenidən tələblərə tabe olmamışdır. Həmin vaxt Şahid2 göstərişi əsasında onu rəisin yanına aparmış, rəis məhkumun 5 gün müddətində cərimə təcridxanasına keçirilməsini tapşırmışdır. X24 tam axtarışa etiraz edib, səs-küy salaraq çılpaq soyunmayacağını, xüsusi ayrılmış təmiz geyimi geyinməyəcəyini bildirmişdir. Məhkum izahat verməkdən imtina etdiyi üçün Şahid2 onun izahat verməkdən imtina etməsi barədə akt tərtib etməsini Şahid6, üzərinə tam axtarış keçirilməsinə etiraz etməsi və ona verilən xüsusi geyimdən imtina etməsi barədə akt tərtib edilməsini rəsmiləşdirməyi ona tapşırmışdır. Sonradan məhkum Ağayevi təcridxananın 7-ci kamerasına yerləşdirilmişdir. Həmin günü saat 17:30 radələrində cərimə təcridxanasında olan nəzarətçilərin təhvil-təslimi zamanı o, rəis müavini Şahid2, təzə nəzarətçi Şahid8, köhnə nəzarətçi Şahid7 iştirak etmişlər. Elə ilk olaraq 7-ci kameradan təhvil-təslimə başlamışlar. Belə ki, qaydalara əsasən növbələr təhvil-təslim olunan zaman növbəni təhvil alan nəzarətçi bütün kameraların içərisinə baxış, məhkumun üzərinə isə natamam axtarış keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə 7-ci kameranın qapısı açılaraq həmin kamerada olan Sübhan Ağayevdən dəhlizə çıxması və onun kamerasına nəzarətçi baxış keçirilməsi tələb olunmuşdur.Həmin vaxt Sübhan Ağayev səs-küy salaraq kameradan çıxmayacağını bildirmişdir. Sübhan Ağayev etiraz əlaməti olaraq çılğınlıq edib çarpayıya təpik vurub özünə xəsarət yetirməyə cəhd etmişdir. Həmin vaxt Şahid2la birlikdə kameraya daxil olub onu sakitləşdirməyə çalışmışlar. Kameraya girən zaman Şahid8 gedib növbətçi hissədən qandal gətirmiş və Şahid2 göstərişi ilə məhkumun hər iki əlinə qabaq tərəfdən əl qandalı taxmışdır. Sonradan Şahid8 kameraya baxış keçirmiş, həmin vaxt Şahid2 müəssisə rəisi ilə telefon əlaqəsi saxlamış və müəssisə rəisinin adından ona götəriş vermişdir ki, Sübhan Ağayevin əlinə xüsusi vasitə qismində əl qandalı vurulmasını, sonuncunun özünə xəsarət yetirməyə cəhd göstərməsini və intizamsızlıq etməsini müvafiq qaydada rəsmiləşdirsin. Kameranı tərk edərkən Sübhan Ağayev yenidən kamerada hayküy salmağa və özünə xəsarət yetirməyə çalışmışdır. Daha sonra Şahid2la birlikdə yenidən Ağayevin olduğu kameraya daxil olmuşlar. Məhkum əlindəki qandalı açmaqlarını tələb edərək, hansı səbəbdən onun əlinə qandal vurmalarını soruşmuşdur. Həmin vaxt onun aqressiv olmasını görən Şahid2 ondan növbətçi hissədən qandal gətirməyini tələb etmişdir. Şahid8 növbətçi hissədən 2 ədəd qandal gətirmiş və onun əlindəki qandala digər qandal taxıb həmin qandalla əllərini çarpayısının dəmir başlığına bərkidmiş və daha bir qandalı onun ayağına bağlayaraq bu yolla X18 özünə ciddi xəsarət yetirməsinin qarşısını almağa çalışmışlar.Şahid2 göstərişinə uyğun olaraq o əvvəl Sübhan Ağayevin əlindəki qandalını digər qandalla çarpayısının dəmir başlığına birləşdirmişdir. Sonradan isə onu sakitləşdirib ayağına əl qandalı tətbiq etmişdir. Həmin günü saat 18:30 radələrində Şahid8 X18 özünü necə apardığını soruşmuşdur. Səxavət ona məhkumun sakitləşdiyini, özünü aqressiv aparmadığını bildirmişdir. Həmin vaxt Şahid2 ona məhkum Ağayevin ayağına və əli ilə çarpayısının dəmir başlığına vurduğu qandalların hər ikisini açaraq məhkumu kamerada sərbəst buraxmasını demişdir. Şahid2 verdiyi göstərişə uyğun olaraq Sübhan Ağayevin ayağındakı əl qandalını açsa da, əlini çarpayısının dəmir başlığına birləşdirən digər qandalı açmamışdır. X19 ayağından əl qandalını açdıqdan sonra Şahid2 bu barədə telefonla məlumat verdiyi zaman sonuncuya Sübhanın əlini də, dəmir çarpayı başlığından açdığını demişdir. 28 fevral 2023-cü il səhər təlimatından sonra saat 09 radələrində növbələrin təhvil-təslimi zamanı Şahid2 Sübhan Ağayevin kamerasını açıb onun əlindəki qandalları görüb ondan nə üçün həmin qandalları açmadığını soruşmuşdur. O Şahid2 məhkumun əlindəki qandalları açacağı halda özünə xəsarət yetirəcəyindən, intihar edəcəyindən qorxduğu üçün həmin qandalları onun əlində saxladığını bildirmişdir. Həmin vaxt Şahid2 ona irad bildirib Sübhan Ağayevi dərhal qandallardan azad edərək digər məhkumlarla bir kameraya yerləşdirilməsinə göstəriş vermişdir. Məhz həmin göstərişdən sonra o X18 əlindəki və əlini çarpayısının başlığına bağlayan qandalları açaraq Sübhan Ağayevi əl qandallarının hər iksindən azad etmişdir. Törətdiyi əmələ görə peşiman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X14 verdiyi ərizələrdə təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbinin olmadığını qeyd edərək işə iştirakı olmadan bfxılmasını xahiş etmişdir. Ona görə də məhkəmədə onun istintaq zamanı verdiyi ifadəsi Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən elan olunmuşdur.O, həmin ifadəsində göstərmişdir ki, Sübhan Ağayev oğludur. Oğlu Sübhan 2022-ci ildə oğurluq etdiyi üçün təxminən 5 ay olarmış ki, istintaq müddəti 3 saylı Bakı İstintaq Təcridxanasında saxlanmışdır. İstintaq müddətində oğlu ilə telefon əlaqəsi olmamışdır. Sübhanın anasından eşitmişdir ki, həmin təcridxanada saxlanılır. 25 fevral 2023-cü ildə artıq barəsində ittiham hökmü çıxdığı üçün Salyan rayonu ərazisində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdür. 28 fevral 2023-cü ildə Salyan rayon məhkəmə-tibbi eksperti yeznəsi Cavanşir Hümmətova o da, ona və qardaşına, oğlu Sübhan Ağayevin saxlandığı Salyan rayonu ərazisində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində ölməsi barədə məlumat vermişdir. Məlumat əsasında Neftçala rayonunda yerləşən morqa gedib həmin günü oğlunun meyitini təhvil alaraq həmin günü dəfn etmişlər.Oğlunun 5 saylı cəzaçəkmə müəssisəsində öz əcəli ilə ölməsi ilə bağlı müəssisə rəhbərliyi və işçilərindən hər hansı şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş 5 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsini icra edən Şahid2 bildirmişdir ki,27 fevral 2023-cü il tarixində müəssisəyə yeni gəlmiş məhkumların kamerasına və üzərilərinə baxış tədbiri nəzərdə tutulmuşdur. 25 fevral 2023-cü il tarixində 3 saylı İstintaq Təcridxanasından keçirilən X11 uca səslə narazılığını bildirərək üzərinə axtarış keçirilməsinə kəskin etiraz etmişdir.O böyük nəzarətçi Şahid5 həmin yerə çağırmış və onun, növbətçi köməkçisi Təqsirləndirilən şəxs iştirakı ilə müəssisə rəisi Şahid1 qəbuluna aparmşdır. Müəssisə rəisi Şahid1 məhkum 5 gün müddətində cərimə təcridxanasına yerləşdirilməsi barədə göstəriş vermişdir. Həmin göstərişə uyğun olaraq o, Təqsirləndirilən şəxs,Şahid5 məhkumu müəssisənin cərimə təcridxanasına aparmışlar.Kamerada ona üzərinə axtarış keçirilməsi üçün əynindəki paltarları çıxarılması təklif olunmuş , lakin Sübhan Ağayev buna kəskin etiraz edərək imtina etmişdir. Məhkum imtina etdiyi üçün bu barədə akt tərtib olunaraq onun özünə məxsus olan qara cins şalvar, qara uzunqol köynəklə kamerada saxlanılmışdır. Daha sonra öz xidməti otağına getmiş və oradan məhkumun izahatını alması üçün əməliyyat şöbəsinin böyük inspektoru Ruaf Məmmədov təcridxanaya göndərilmiş, lakin məhkum izahat verməmişdir. Həmin günü saat 17:30 radələrində növbələrin təhvil-təslim prosessi baş tutmuşdur.Təlimata uyğun olaraq o, növbətçi köməkçisi Təqsirləndirilən şəxs, nəzarətçilər Şahid7 və yeni növbənin nəzarətçisi Şahid8 cərimə təcridxanasında nəzarətçilərin növbələrinin təhvil-təslimi prosessində iştirak etmişlər. Elə birinci Sübhan Ağayevin saxlanıldığı 7 nömrəli kameradan axtarış və baxışa başlanılmışdır. Öncə kamera açılaraq Sübhan Ağayev kameradan təcridxananın dəhlizinə dəvət olunmuşdur. Həmin vaxt Sübhan Ağayev buna etiraz etmişdir. Sübhan Ağayev yenidən itaətsizliyini davam etmiş və davranışları ilə özünə xəsarət yetirməyə cəhd göztərmək istədiyi zaman onun bu hərəkətinin qarşısı nəzarətçi və Təqsirləndirilən şəxs tərəfindən alınaraq onun hər iki əlindən tutulub sakitləşdirilmişdir. Həmin vaxt onun götərişi ilə Təqsirləndirilən şəxs tərəfindən Sübhan Ağayevin əlinə qabaq tərəfdən əl qandalı vurulmuşdur. Prosess bitdikdən sonra o nəzarətçinin otağına keçib müəssisə rəisi Şahid1 məhkum Ağayevin çılğınlıq edib özünə xəsarət yetirməyə cəhd göstərməsi səbəbindən ona əl qandalı tətbiq edildiyini bildirmişdir. Şahid1 da, ona dərhal Təqsirləndirilən şəxs tərəfindən məhkuma xüsusi vasitə tətbiq olunması ilə bağlı rəsmiləşdirmə aparmasını tapşırmağını göstəriş vermişdir.Təxminən 15-20 dəqiqə ərzində onlar Hümbətlə birlikdə digər kameralara baxış keçirən zaman Sübhan Ağayev yenidən aqressiya göstərib, səsküy salmış, ayağını döşəməyə və divara vurub qandalın açılmasını qışqırıb tələb etməyə başlamış, həmçinin çarpayının ikinci mərtəbəsinə çıxıb özünü yerə atmağa cəhd etmişdir. Həmin vaxt o Hümbətlə birlikdə yenidən məhkumun saxlandığı 7 nömrəli kameraya daxil olmuşdur.Məhkum Ağayev onlara əlindəki qandal açılmayacağı təqdirdə özünə xəsarət yetirəcəyini, damarlarını kəsib intihar edəcəyini bildirmişdir. Sübhanın saxlandığı kamerasına gələnə qədər o çarpayının kameranın pəncərəsi tərəfdə olan ikinci mərtəbəsinə çıxıb pəncərənin şüşəsini sındırmağa cəhd etmişdir. Bütün bunların qarşısını almaq üçün məhkumun həm qollarına və ayaqlarına qandal vurmağı qərara almışlar. Məhkumun yanında Hümbətə sakitləşsə əlindəki və ayağındakı sonuncu vurulan iki qandalı açmasını demişdir. Təxminən 40 dəqiqə sonra saat 18:30 radələrində ona Təqsirləndirilən şəxs məlumat vermişdir ki, X24 sakitləşmiş, özünü sakit aparır, həmin səbəbdən məhkumun ayağına və əlinə vurulmuş qandalları açmasını demişdir. Sonradan həmin günü saat 19:40-da o müəssisəni tərk edib evə getmişdir. 28 fevral 2023-cü il tarixində saat 09:30-da növbələr dəyişilən zaman Sübhan Ağayevin saxlanıldığı 7 nömrəli kameraya daxil olmuşlar. Sübhan Ağayev əlində qandal və həmin qandala və çarpayının dəmir başlığına bitişik digər əl qandalı ilə çarpayısının üstündə yarım oturaq halda qalmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onun göstərişi ilə gecə məhkumun ayağındakı qandalı açsa da, yenidən aqressivləşib özünə xəsarət yetirməsindən qorxduğu üçün çarpayısının dəmir başlığına əlini bərkidən əl qandalını olduğu kimi saxlamışdır. Həmin vaxt Sübhan Ağayevin əlindəki qandallar Təqsirləndirilən şəxs tərəfindən açılmış, Sübhan Ağayev ayağa qalxıb bir qədər qaldıqdan sonra yenidən oturmuş və halının pis olduğunu demişdir. O və orada olanlar Sübhan Ağayevin üzünə su vurmuşlar və dərhal həkim çağırmışlar. Bir qədər sonra həkim Fədai Dadaşov kameraya gəlib məhkumu səsləmiş, ona naşatil spirti iylətmiş, nəbzini və təzyiqini ölçmüş, onlara təcili yardım çağırmağı tapşırmışdır. Dərhal təcili təxirəsalmaz tibbi yardım briqadasını müəssisəyə dəvət etmişdir. Bütün bunlardan sonra Fədai həkim X24də artıq həyat əlamətlərinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş 5 saylı cəzaçəkmə müəssisəsinin rejim nəzarət şöbəsinin rəisi vəzifəsini icra edən Şahid3, 5 saylı cəzaçəkmə müəssisəsinin nəzarətçisi vəzifəsində çalışan Şahid4, 5 saylı cəzaçəkmə müəssisəsinin böyük nəzarətçisi Şahid5, 5 saylı cəzaçəkmə müəssisəsində əməliyyat şöbəsinin böyük inspektoru (əməliyyat müvəkkili) vəzifəsində çalışan Şahid6,5 saylı cəzaçəkmə müəssisəsinin nəzarətçisi vəzifəsində çalışan Şahid7 Şahid2la oxşar ifadələr vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş 5 saylı cəzaçəkmə müəssisəsinin nəzarətçisi vəzifəsində çalışan Şahid8 bildirmişdir ki, 27 fevral 2023-cü il tarixində saat 17 radələrində təcridxananın 7 nömrəli kamerasında olan Sübhan Ağayevə yaxınlaşıb üzərinə və kameraya baxış keçirmək istədiklərini bildirmişlər. Sübhan Ağayev aqressiv reaksiya verərək kameradan dəhlizə çıxmaqdan imtina etmiş və qışqır-bağır salıb üzərini və kameranı axtarmağa qəti etiraz etdiyini, buna icazə verməyəcəyini bildirmişdir. Şahid2 növbətçi köməkçisi Təqsirləndirilən şəxs göstəriş verərək ona qandal tətbiq olunmasını demişdir. Hümbətin tapşırığına uyğun olaraq 2 ədəd əl qandalı gətirmiş və Təqsirləndirilən şəxs əl qandallarlından birini X18 əlinə vurmuşdur. X20 Təqsirləndirilən şəxs tərəfindən əl qandalı tətbiq edilən zaman məhkum aqressivlik nümayiş etməmiş, kamera təlimata uyğun olaraq tərəfindən yoxlanılıb qapı bağlanıldıqdan sonra isə Sübhan Ağayev yenidən getgedə aqressivlik göstərib əlinə qandal vurulmasına etiraz etməyə başlamışıdır. X18 əlinə əl qandalı vurulduqdan təxminən 10-15 dəqiqə keçdikdən sonra, elə saat 17:40 radələrində Təqsirləndirilən şəxs və Şahid2 digər kameraları yoxladıqları zaman X24 kameranın içində əlinə bağlanılmış qandalı əli ilə dartıb qırmağa cəhd göstərmiş və səsküy salaraq özünə xəsarət yetirməy çalışmışdır. Təqsirləndirilən şəxs Şahid2la birlikdə ona məhkum Ağayevin saxlanıldığı 7 saylı kameranı açmağı növbətçi hissədən 2 ədəd əl qandalı gətirməyini göstəriş vermişdir. Növbətçi hissədən 2 ədəd əl qandalı gətirib Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt istər Hümbər, istər Əfsun məhkumu sakitləşməyə çağırıb səs-küy salmasının qarşısını almaq istəmişlər. Məhkum Ağayev isə əlinə əl qandalının qanunsuz və qərəzli vurulduğunu, bu səbəbdən həmin qandalın açılmalı olduğunu bildirib onlara etiraz etməyə davam etmişdir. 2-3 dəqiqə ərzində Hümbət və Əfsun məhkum Ağayevi intizama, sakit olmağa dəvət etmişlər. Lakin məhkum Ağayev aqressivlik göstərib özünə xəsarət yetirməyə cəhd edəcəyini bildirdiyindən, onun özünə xəsarət yetirməsinin qarşısını almaq üçün Şahid2 Təqsirləndirilən şəxs göstəriş vermişdir ki, Sübhan Ağayevin əlindəki qandala əlavə qandal vurulub yatdığı çarpayının başlığındakı dəmir boruya birləşdirsin, həmçinin ayağına hər iki topuq nahiyədən əl qandalı vursun ki, ayağa qalxaraq özünə xəsarət yetirə bilməsin. Təqsirləndirilən şəxs da, Əfsun müəllimin dediyi kimi məhkumun ayağına topuq nahiyədən əl qandalı taxmış, həmçinin əlindəki qandalı digər qandalla çarpayısının tualet tərəfdən dəmir başlığına bərkitmişdir ki, məhkum tərpənə bilməsin. X25 yavaş-yavaş sakitləşməyə başlamışdır. Təxminən 40 dəqiqədən sonra Sübhan Ağayev tamamilə sakitləşmiş, daha qışqırıb, səs-küy salmamış və çarpayıda çox sakit formada uzanıb qalmışdır. Təqsirləndirilən şəxs onun zəngindən sonra təklikdə cərimə təcridxanasına gəlib ondan məhkum Ağayevin olduğu 7 nömrəli kameranı açmağı tələb etmişdir. Kameranı açdıqdan sonra içəri daxil olmuşdur. Həmin vaxt X24 sakit vəziyyətdə öz çarpayısında uzanmış və hər hansı aqressivlik etməmişdir, özünə xəsarət yetirməyə cəhd göstərməmişdir. Təqsirləndirilən şəxs məhkumun əlindəki əl qandalını dəmir çarpayısının başlığına birləşdirən digər qandalı onun əlində saxlasa da, ayağındakı qandalı açmışdır. Həmin vaxtdan növbəti gün, yəni 28 fevral 2023-cü il tarixinədək saat səhər 09 radələrinədək X24 əlindəki əl qandalı, həmçinin həmin qandalı çarpayısının dəmir başlığına birləşdirilmiş digər qandalla (iki qandalla) birlikdə çarpayısında sakit halda, heç bir aqressivlik göstərmədən qalmışdır. X20 gecə boyu suyu isə öz əlləri ilə vermişdir. Su verilən zaman da, məhkumun əli və əlinin çarpayısına bərkidilən qandalları açılmamışdır. Həmin qandallar, yəni əlindəki qandal və əlindəki qandalı çarpayının başlığına birləşdirən digər qandalın hər ikisi fasiləsiz olaraq 27 fevral 2023-cü il saat 17:40 radələrindən 28 fevral 2023-cü il saat 09 radələrinədək məhkumun Sübhan Ağayevin əlində qalmışdır. Həmin iki qandal 28 fevral 2023-cü il tarixində saat 09 radələrində rəis müavini Şahid2 göstərişi ilə Sübhan Ağayevin əlindən Təqsirləndirilən şəxs tərəfindən açılmışdır.Şahid2 nə üçün məhkumun əlindəki qandalları əlindən açmadığı barədə Təqsirləndirilən şəxs sual soruşmuşdur. Həmin vaxt Hümbət ona məhkumun yenidən aqressivləşib özünə xəsarət yetirməsindən qorxduğu üçün onu qandaldan açmadığını bildirmişdir. Sonradan Şahid2 X18 əlindəki əl qandalının açmasını demişdir. Təqsirləndirilən şəxs onun əlini və əlini çarpayıya birləşdirən qandalın hər ikisini açdıqdan sonra məhkum Ağayev anidən durub başı gicəllənmiş kimi yenidən çarpayıya oturaraq başını aşağı salıb özünü pis hiss etdiyini bildirmişdir. O həmin vaxt Təqsirləndirilən şəxs göstərişi ilə gedib Şahid2 kameraya çağırmışdır. Şahid2 kameraya gəlmişdir. Sonradan müəssisənin həkimi Fədai Dadaşov kameraya gələrək Sübhan Ağayevə tibbi yardım göstərmişdir.Sonradan təcili yardım briqadasının həkimləri gəlib məhkumun artıq keçindiyini demişlər. Məhkəmədə şahid qismində ifadəsi alınmış 5 saylı cəzaçəkmə müəssisəsinin tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru vəzifəsində çalışan Şahid9 bildirmişdir ki, X11 25 fevral 2023-cü il tarixdə müəssisəyə yeni gətirilən məhkumlarla birlikdə karantinə alınmışdır. Sübhan Ağayev özünün törətdiyi cinayət əməlini etiraf etməyərək şərlənərək tutulduğunu, təmizlik işlərini görməyəcəyini, bunu özünə qəbahət bildiyini bildirmişdir. Sübhan Ağayev cinayətkar aləm ideologiyası ilə özünü aparmağa meyilli olmaqla yanaşı bu davranışları ilə özünü digər məhkum yoldaşlarından fərqləndirmişdir. O məhkumu qəbul otağına dəvət edən zaman məhkumun reaksiya, davranışından və ümumi yataqxana tipli karantin kamerasında onunla danışığından artıq məhkumun cinayətkar aləmə meyilli ideologiyalı məhkum olmasını hiss etmişdir, sonradan qəbul zamanı fərdi profilaktiki söhbət zamanı həmin hissində yanılmadığına əmin olmuşdur. 27 fevral 2023-cü il tarixdə səhər saat 09-da səhər düzülüşü başa çatdıqdan sonra öz otağında olmuşdur. Həmin günü ərazidə olduğu zaman əməliyyat-rejimin əməkdaşları ilə söhbət əsnasında onlardan eşitmişdir ki, Sübhan Ağayev karantin yataqxanasına axtarış-baxış keçirilməsi tədbirinə maneçilik törədib, şəxsi əşyalarına baxış keçirilməsindən imtina etmişdir. Elə həmin günü saat 11-12 aralığında onu növbətçi hissəyə çağırmışlar. Növbətçi hissədə olduğu zaman növbətçi köməkçisi Təqsirləndirilən şəxs ona məhkumun rejim qaydalarını pozması haqqında tərtib etdiyi aktı təqdim edərək ondan X24 barəsində rəy yazmağını istəmişdir. O da, qaydalara uyğun olaraq məhkumla apardığı fərdi söhbət zamanı barəsində gəldiyi rəyə uyğun olaraq məhkum barəsində tənbeh tədbirinin görülməsini məqsədəmüvafiq hesab etməyi ilə bağlı rəyə gəlmişdir. Həmin günü saat 17 radələrində məhkumun növbələrin təhvil-təslimi zamanı axtarışdan imtina edərək özünə xəsarət yetirməyə cəhd etməsi barədə məlumatı da, ona Təqsirləndirilən şəxs vermişdir. X18 saat 17 radələrində törətdiyi hüquq pozuntusu aktı ilə tanış olaraq həmin aktda məhkuma cəza verilməsinin məqsədəmüvafiq olması barədə rəyə gəlmiş və bu barədə aktın arxasına rəy yazmışdır. Məhkəmədə elan olunmuş Sübhan Ağayevin hüquqi varisi X15 və anası X5 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, 28 fevral 2023-cü il tarixində 5 saylı cəzaçəkmə müəssisəsində oğlanları Sübhan Ağayevin vəfat etməsi ilə bağlı həmin müəssisənin rəhbərliyi və əməkdaşlarından heç bir şikayət, tələb və iddiaları yoxdur və gələcəkdə də, olmayacaqdır. Məhkəmədə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 27 mart 2023-cü il tarixli, 12 nömrəli rəyinə əsasən «1. X7 meyitində aşkar edilmiş morfoloji dəyişikliklərə əsasən ölümünün bilavasitə səbəbi toksiki hepatit, toksiki miokardit, ağciyər ödemi, baş beyin ödemi, kəskin qaraciyər çatışmazılığı fonunda neyrosilkulyator və ürək-ağciyər, funksiyalarının pozulması ilə əlaqədar kəskin ağciyər-ürək çatışmazlığı olmuşdur. Meyit əlamətlərinə əsasən demək olar ki, ölü meyitin meyitxanada müayinəsindən təxminən 6-8 saat əvvələ uyğun gəlir. 2. X7 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: 1. Başın tüklü hissəsinin sağ alın-təpə nahiyəsində tük diblərinin fasiləli qansızmaları(qançırı), 2. Sağ və sol bazunun orta 1/3-nin ön səthinin qansızması(qançın), 3. Hər iki mil-bilək oynağı nahiyəsinin və hər iki baldırın aşağı 1/3-nin sirkuliyar qansızma fonunda sıyrıqları, 4. Hər iki ayaq pəncəsinin, sol çiyin qurşağı nahiyəsinin qançırlı sıyrıqları, 5. Sağ və sol qalça qanadı nahiyəsinin və sağ diz oynağının ön səthinin qançırlı sıyrıqları. 3.4.5.6. Qeyd olunan xəsarətlər həyati olub, ölümündən bir qədər əvvəl bərk küt əşyanın(əşyalarm) təsirindən əmələ gəlmişdirlər, müxtəlif şəraitlərdə yetirilə bilərdilər, hər iki mil-bilək oynağı nahiyələrinin və hər iki baldırın aşağı 1/3-nin sirkuliyar xəsarətləri qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni qandalın sıxıcı təsirindən, digər xəsarətlər isə bədənin müvafiq nahiyələrinin şəxsin özü tərəfindən küt predmetlərə çırpması nəticəsində yaranmaları inkar olunmur. Həm ümumilikdə, həm də ayrı- ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir və ölümlə səbəbli əlaqələri yoxdur. 7.8.9.10. X7 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində etil, metil, butil, propil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər(həmçinin tiryək qrupu, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir.» Təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 08 may 2023-cü il tarixli, T-299/2023 nömrəli rəyinə əsasən « 1. Mərhum S.F.Ağayevin ölümünə səbəb toksiki hepatit, toksiki miokardit, ağciyər ödemi, baş beyin ödemi, kəskin qaraciyər çatışmazlığı fonunda neyrosirkulyator və ürək-ağciyər funksiyalarının pozulması ilə əlaqədar kəskin ağciyərürək çatışmazlığı olmuşdur. S.F.Ağayevin ölümü ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən meyitin meyitxanada müayinəsindən 6-8 saat əvvəl baş verməsinə uyğun gəlir. 2,4,5. Mərhum S.F.Ağayevdə başın tüklü hissəsinin sağ alın-təpə nahiyəsində tük diblərinin fasiləli qansızmaları (qançırı); sağ və sol bazunun orta 1/3-nin ön səthinin qansızması (qançırı); hər iki mil-bilək oynağı nahiyəsinin və hər iki baldırın aşağı 1/3-nin sirkulyar qansızma fonunda sıyrıqları; hər iki ayaq pəncəsinin, sol çiyin qurşağı nahiyəsinin qançırlı sıyrıqları; sağ və sol qalça qanadı nahiyəsinin və sağ diz oynağının ön səthinin qançırlı sıyrıqları olmuşdur. Qeyd olunan - xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü ildə, hər iki mil-bilək oynağının və hər iki baldırın aşağı 1/3-nin sirkulyar qansızma fonunda sıyrıqları qandalın sıxıcı təsirindən, digər xəsarətlər isə bədənin müvafiq nahiyələrinin şəxsin özü tərəfindən küt predmetlərə çırpılması nəticəsində törənə bilərdi, dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Həmin xəsarətlər həyati olub, həyat üçün hər-hansı təhlükəli - əlamətlərlə müşayiət olunmamışdır. 3,7,11. S.F.Ağayevin meyiti üzərində olan xəsarətlərin baş vermiş ölümlə birbaşa səbəbli əlaqəsi yoxdur. Mərhum S.Ağayevin ölümünə səbəb olmuş xəstəliyin hansı müddətə baş verə bilməsinin bu haqda xüsusi elmi metodika işlənib hazırlanmadığından təyin etmək mümkün deyildir. Bu hər bir orqanizmin fərdi xüsusiyyət və immun sisteminin nə vəziyyətdə olmasından aşlıdır. 6,8,9. S.F.Ağayevin ölümünə bilavasitə səbəb kimi qeyd olunmuş toksiki hepatit, toksiki miokardit, ağciyər ödemi, baş beyin ödemi, kəskin qaraciyər çatışmazılığı fonunda neyrosirkulyator və ürək-ağciyər funksiyalarının pozulması - ilə əlaqədar kəskin ağciyərürək çatışmazlığı diaqnozu onun kamerada saxlanması şəraitində yarana bilməzdi. Belə ki, kəskin ağciyər-ürək çatışmazlığı müstəqil xəstəlik deyil, ürəyə təsir edən müxtəlif xəstəliklərin (ateroskleroz, hipertoniya xəstəliyi, miokardit, işemik xəstəlik) ağırlaşması nəticəsində inkişaf edir. Lakin S.Ağayevin saxlanıldığı şərait mənfi emosional vəziyyət yaratdığından həmin xəstəliklərin kəskinləşməsinə səbəb ola bilərdi.

10. Kəskin ağciyər-ürək çatışmazlığı qəflətən inkişaf edir. Az bir müddət ərzində xəstədə təngənəfəslik artır, nəfəsalma tezləşmiş, fışıltılı olur, arterial təzyiq kəskin artır, dəri göyərir, dodaqlarda çəhrayı köpük əmələ gələ bilər. Bu vəziyyət insanın həyatı üçün çox ciddi təhlükə yaradır, xəstə dərhal reanimasiyaya yerləşdirilməlidir. 12,13. Mərhum S.Ağayevin əlində və ayağında aşkar olunan hər iki mil-bilək oynağının və hər iki baldırın aşağı 1/3-nin sirkulyar qansızma fonunda sıyrıqları əl qandalının istər qısa, istərsə də uzun zaman kəsiyində tətbiq olunması fonunda yarana bilərdi. 15, 16. Bədən səthinin paltarla örtülmüş hissələrində yaranmış xəsarətlərin xarakteri S.F.Ağayevin əynində olan paltarlarda çirklənmə və ya sürtünmə formasında öz əksini tapmalı idi. 17-20. S.F.Ağayevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, butil, propil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. » X11 barədə qanuni qüvvəyə minmiş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə olan 24 yanvar 2023-cü il tarixli, 1(003)-76/2023 nömrəli hökmü, məhkumun şəxsiyyətini təsdiq edən İAMAS sistemindən çıxarış, barəsində cəzaçəkmə müəssisəsində tərtib olunan arayışlar, məhkumun 9284/2022 nömrəli tibbi kitabçası, həmçinin X18 rejim qaydalarını pozduğu üçün onun cərimə təcridxanasına yerləşdirilməsi, ona töhmət elan edilməsi və əl qandalının tətbiq olunması ilə bağlı müəssisədə tərtib olunan qərarlar və aktlardan görünür ki, X4 Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(003)-76/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddəsi ilə təqsirli bilinərək 3 il 3 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 14 oktyabr 2022-ci il tarixindən barəsində həbs qətimkan tədbiri seçildiyi üçün 3 saylı İstintaq Təcridxanasında saxlanılmış, 25 fevral 2023-cü il tarixində həmin təcridxanadan 5 saylı Cəzaçəkmə Müəssisəsinə keçirilmişdir. X24 27 fevral 2023-cü il tarixində müəssisənin rejim qaydalarını pozduğu üçün barəsində intizam tənbehi qismində 5 gün müddətində cərimə təcridxanasına keçirilməsi və ona töhmət elan edilməsi haqqında müəssisə rəisi tərəfindən qərarlar qəbul olunaraq icra olunmuşdur. Sübhan Ağayev 27 fevral 2023-cü il tarixində üzərinə, şəxsi əşyalarına axtarış və baxış keçirilməsinə etiraz etdiyi üçün intizam tənbehi qaydasında 5 gün müddətində cərimə təcridxanasına köçürülmüş və həmin günü saat 17:30 radələrində növbələrin təhvil təslimi zamanı özünü aqressiv aparmış, səs-küy salaraq kobudluq göstərmiş, özünü çılğın vəziyyətdə apararaq kameranın divarlarına çırparaq özünə xəsarət yetirməyə cəhd etdiyi üçün ona müəssisə rəisinin qərarı ilə töhmət elan edilmiş və özünə xəsarət yetirməsinin qarşısının alınması üçün ona 28 fevral 2023-cü il tarixinədək əl qandalı tətbiq olunması barədə qərar qəbul olunmuşdur. X24 törətdiyi rejim qaydaları pozuntuları ilə bağlı izahat verməkdən və ona elan olunan qərarlarla tanış olmaqdan imtina etmiş, bu səbəbdən məhkumun həmin davranışları rəisin növbətçi köməkçisi Təqsirləndirilən şəxs və əməliyyat müvəkkili Şahid6 tərəfindən akt yazılmaqla rəsmiləşdirilmişdir. X24 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən açılmış 9284/2022 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Sübhan Ağayev 14 oktyabr 2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş, 15 oktyabr 2022-ci il tarixində göndəriş əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə İİV-diaqnostika laboratoriyasına müayinə üçün göndərilmiş, müayinə nəticəsində onda hər hansı xəstəlik aşkar edilməmiş, həmçinin onun həmin tarixdə ilkin tibbi baxışı keçirilmiş və baxış zamanı məhkum onda hər hansı yoluxucu xəstəliyin olmasını inkar etmiş, eyni zamanda tutulana qədər bədəni üzərində hər hansı xəsarətin olmadığını bildirmiş, bədən səthinə baxış zamanı sağ biləyin ön tərəfində 1 ədəd çapıq toxunması aşkar edilmiş, məhkum həmin izlə bağlı hər hansı şikayət etməmiş, məhkumun psixo-nevroloji statusunda patologiya aşkar edilməmiş, ona sağlam diaqnozu qoyulmuş, özünün deməsi əsasında 2018-ci ildən bəri narkotik vasitə marixuana istifadə etmişdir. Həmçinin 25 fevral 2023-cü il tarixində X24 müəssisəyə daxil olduqdan sonra həmin müəssisənin tibbi sanitar hissəsinin rəisi Fədai Dadaşov tərəfindən müayinə olunmuş, müayinə zamanı onun səhhəti və sağlamlığında hər hansı problem, həmçinin bədəni üzərində hər hansı xəsarət aşkar olunmamış və ona həkim tərəfindən praktiki sağlam diaqnozu qoyulmuş, 28 fevral 2023-cü il tarixində saat 09:30-da cərimə təcridxanasına Sübhan Ağayev üçün təcili həkim çağırışı olmuş, Sübhan Ağayev həmin vaxt komatoz vəziyyətdə olmuş, gözləri işığa reaksiyası verməmiş, onda arterial təzyiq aşkarlanmamış, nəbzi itmiş, məhkumun hər iki said və hər iki baldırın aşağı 1/3-də qırmızımtıl rəngli qançır izləri aşkar edilmiş, əməkdaşların deməsinə görə həmin izlər məhkumun ayağına və əlinə əl qandalı vurulduğu üçün yaranmışdır. X20 yardım göstərilməsi üçün Salyan Rayon Mərkəzi Xəstəxanasının TTYS-nın həkimləri müəssisəyə çağırılmış, saat 10:10-da həkimlər gəlib X18 öldüyünü təsdiq etmişlər. Həmçinin həmin xəstəlik tarixində TTYS-nın həkimi Əli Əhmədov tərəfindən aparılmış qeydiyyata əsasən Sübhan Ağayev saat 10:10-da müəssisədə müayinə olunan zaman artıq onun ölü olması aşkar edilmişdir. X3 verilmiş xidməti xasiyyətnamələrdən görünür ki, sonuncu iş yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirinin 04 iyul 2002-ci il tarixli, 19-T nömrəli əmri ilə təsdiq olunmuş «Cəzaçəkmə müəssisələrində məhkumlar üzərində nəzarətin həyata keçirilməsi qaydaları haqqında»-nın 31-ci bəndinə əsasən müəssisə rəisinin növbətçi köməkçisi nəzarətçilər növbəsinin, habelə istehsalat obyektlərindəki cəzaçəkmə müəssisəsi əməkdaşlarının xidmətinə rəhbərlik edir, gün bölgüsünün dəqiq yerinə yetirilməsi və müəyyən olunmuş rejimin təmin olunması üçün cavabdehlik daşıyır. O, bir qayda olaraq, nəzarətçilər növbəsi ilə eyni vaxtda xidmətə başlayır. O, müəssisənin əməliyyat şəraitini daima bilməyə, hər hansı bir dəyişikliyi vaxtında nəzarətçilər növbəsinin və cəzaçəkmə müəssisəsi əməkdaşlarının nəzərinə çatdırmağa, zərurət yarandıqda onlara əlavə tapşırıqlar verməyə, vaxt bölgüsünə əsasən məhkumları sıraya düzüb yoxlayaraq işə çıxartmağa, gün bölgüsünün dəqiq yerinə yetirilməsinə nəzarət etməyə, şəxsən və ya böyük nəzarətçi vasitəsilə müəyyən olunmuş siqnalları verməyə, məhkumların kamera tipli otaqlarda, cərimə (intizam) təcridxanasında, birdəfərlik kameralarda saxlanılma şəraitinə riayət olunmasına nəzarət etməyə, nəqliyyat vasitələrinin yüklənib-boşaldılmasına, istehsalat və yaşayış sahələrində onların müşayiət olunması üçün təyin olunmuş şəxslərin işinə rəhbərlik etməyə, axtarışların və yoxlamaların aparılmasını, məhkumların qohumları və digər şəxslərlə görüşlərini, barələrində müvafiq qərarlar çıxarılmış şəxslərin cərimə (intizam) təcridxanasına, kamera tipli otaqlara keçirilməsini təşkil etməyə, müəssisədəki nizam-intizam qaydalarının saxlanılmasına kömək məqsədi ilə məhkumların özfəaliyyət təşkilatlarının işinə daima rəhbərlik etməyə, böyük nəzarətçi ilə birlikdə növbə ərzində bir dəfədən az olmayaraq yeraltı tikililərin və kommunikasiyaların maneə qurğularının, qaçmaq üçün istifadə edilməsi ehtimal olunan yerlərin vəziyyətini yoxlamağa və daxili nəzarət iz zolağının iki saatdan bir yoxlanılmasına nəzarət etməyə, məhkumlardan qadağan olunmuş əşyaların götürülməsi haqqında nəzarətçilərin məruzələrini dinləməyə, qərar qəbul etməyə və müəssisədə rejim pozuntularının qeydiyyatı kitabını aparmağa, böyük nəzarətçinin xidmət aparmasını qiymətləndirməyə borcludur. Həmin Təlimatın 132-ci bəndinə əsasən ətrafdakılara və özlərinə ziyan vurmasının qarşısını vaxtında almaq məqsədilə, cəzaçəkmə müəssisələrinin işçilərinə fiziki müqavimət göstərən, coşğunluq edən və ya qalmaqal salan məhkumlara qarşı əl qandalı tətbiq edilə bilər. Əl qandalları yalnız cəzaçəkmə müəssisəsi rəisinin, onun müavininin, müəssisə rəisinin növbətçi köməkçisinin sərəncamı ilə məhkumlara cəzaçəkmə müəssisəsinin şəxsi heyətinə fiziki müqavimət göstərdikdə və coşğunluq etdikdə, cərimə təcridxanasına və ya kamera tipli otaqlara gəlməkdən imtina etdikdə (müşayiət zamanı), intihar etmə, özünə xəsarət yetirmə, məhkumlara və ya başqa şəxslərə hücum cəhdləri zamanı, qaçan şəxslər tutulduqdan sonra müşayiət edilərkən tətbiq edilir. Əl qandalları tətbiq edilərkən məhkumların əlləri arxada olmalıdır. Əl qandalları onların tətbiq edilməsinə göstəriş verən şəxslərin, onların rəislərinin göstərişinə əsasən, habelə məhkumların həyatı üçün təhlükə yarandıqda və onların qəflətən xəstələnməsi hallarında çıxarılır. Əl qandalı tətbiq edilərkən akt tərtib edilir və bu barədə müəssisə rəisinin növbətçi köməkçisi tərəfindən rejim pozuntlarının qeydiyyatı kitabında qeyd aparılır. Azərbaycan Respublikası Ədliyyə nazirinin 06 iyul 2002-ci il tarixli, 21-T nömrəli əmri ilə təsdiq olunmuş «Cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçisi xidməti haqqında» Təlimata əsasən xidmət müddəti ərzində müəssisəsə rəisinin növbətçi köməkçisi cəzaçəkmə müəssisəsinin rəisinə və onun müavinlərinə tabedir. Müəssisəsə rəisinin növbətçi köməkçilərinə bilavasitə rəhbərliyi cəzaçəkmə müəssisəsinin rəisinin əməliyyatrejim işləri üzrə müavini həyata keçirir. Cəzaçəkmə müəssisəsinin rəisi və onun müavinləri müəssisədə olmadıqda, müəssisəsə rəisinin növbətçi köməkçiləri müəyyən olunmuş rejim qaydalarının təmin olunmasına görə tam məsuliyyət daşıyır. 5 saylı cəzaçəkmə müəssisəsinin «Məkumların cərimə təcridxanasında saxlanmasının qeydiyyatı» jurnalından görünür ki, X11 27 fevral 2023-cü il tarixində saat 10:00-da intizam tənbehi qismində üzərinə və şəxsi əşyalarına axtarış və baxış keçirilməsinə icazə vermədiyi üçün cərimə təcridxanasına keçirilmiş, kitabda aparılmış qeydiyyatdan görünür ki, Sübhan Ağayevlə bərabər 27 fevral 2023-cü il tarixində həmin təcridxanada məhkumlar Şahid10, X12 və X1. 5 saylı cəzaçəkmə müəssisəsinin «Məhkumlar tərəfindən törədilmiş rejim pozuntularının qeydiyyatı» jurnalından görünür ki, X11 27 fevral 2023-cü il tarixində üzərinə və şəxsi əşyalarına axtarış və baxış keçirilməsinə maneçilik törətdiyi üçün ona 5 gün müddətində cərimə təcridxanasına yerləşdirilməsi intizam tənbehi verilmiş, həmçinin həmin günü saat 17:30 –da növbələrin axşam təlimatlandırılması zamanı özünü aqressiv aparıb səs-küy saldığı və çılğınlıq etdiyi üçün ona töhmət elan edilmişdir. 5 saylı cəzaçəkmə müəssisəsinin «Xüsusi vasitələrin tətbiqi» jurnalından görünür ki, 27 fevral 2023-cü il tarixində X11 cərimə təcridxanasında növbələrin təhvil-təslimi zamanı özünü aqressiv apararaq səs-küy salarıb kobudluq göstərdiyindən, özünü çılğın vəziyyətində apararaq kameranın divarlarına çırparaq xəsarətlər yetirməyə cəhd etdiyi üçün ona rəisin növbətçi köməkçisi Təqsirləndirilən şəxs tərəfindən əl qandalı tətbiq olunmuşdur. 5 saylı cəzaçəkmə müəssisəsində xx.xx.2023-cü il tarixi üçün nəzardə tutulan və təsdiq olunan günün nəzarət planına əsasən 27 fevral 2023-cü il tarixində saat 09:00-da rəisin növbətçi köməkçisi Təqsirləndirilən şəxs 24 saatlıq növbədə olmuş, böyük nəzarətçilər Şahid5 və Namik Hüseynov, həmçinin cərimə təcridxanasının nəzarətçiləri Şahid7 və Şahid8 gündüz və gecə növbəsi olmaqla hər biri 12 saat xidmətdə aparmışlar. Məhkəmədə elan olunmuş 27 fevral 2023-cü il tarixli aktdan görünür ki, X4 cərimə təcridxanasında ona təklif olunan xüsusi üst geyim formasını geyinməkdən qəti olaraq imtina etmişdir. 27 fevral 2023-cü il tarixli, Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş akta əsasən 27 fevral 2023-cü il tarixində X20 əl qandalı tətbiq edilməsinə baxmayaraq sonuncu özünü aqressiv apararaq hər iki ayağını döşəməyə, çarpayıya və divara vurmağa, eləcə də, çarpayının ikinci mərtəbəsinə çıxmağa cəhd göstərməklə çılğınlıq etməyə davam etmiş və bu qanunazidd hərəkətlərinin, xüsusəndə özünə hər hansı xəsarət yetirməsinin qarşısını almaq məqsədi ilə təxminən saat 17:40 radələrində onun ayaqlarına Təqsirləndirilən şəxs tərəfindən qandal tətbiq olunmuşdur. X18 ayağına vurulmuş qandal saat 18:30 radələrində Təqsirləndirilən şəxs tərəfindən sonuncunun ayağından açılmışdır. 27 fevral 2023-cü il tarixli, «axtarış tədbiri haqqında» aktdan görünür ki, Təqsirləndirilən şəxs, Şahid3, Şahid5, Şahid4 iştirakı ilə 27 fevral 2023-cü il tarixində müəssisəinin karantin binasında axtarış və baxış tədbiri həyata keçirilmiş, həmin tədbir zamanı qanunla qadağan edilmiş hər hansı əşya, predmet aşkar edilməmişdir. 5 saylı cəzaçəkmə müəssisəsində 2023-cü ilin fevral ayında axtarış aparılması ayı üçün nəzərdə tutulmuş cədvələ əsasən 27 fevral 2023-cü il tarixində müəssisənin karantin yataqxanasına axtarış keçirilməsi nəzərdə tutulmuşdur. Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 07 iyun 2023-cü il tarixli, 8202 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs sözügedən xəstəxanada müalicə olunmamışdır. Salyan Rayon İcra Hakimiyyəti Başçısının Kürsəngi kənd inzibati ərazi nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 399 nömrəli arayışa əsasən Təqsirləndirilən şəxs Salyan rayonu Kürsəngi kəndində arvadı Zülfiyyə Məmmədova və oğlu Famil Məmmədov ilə birlikdə yaşayır. Nihakından olan Rəqsanə və Nənə adlı qızları evlidirlər. Həmin nümayəndəlik tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnaməyə əsasən sonuncu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Salyan Rayonlararası Psixiatriya Xəstəxanasından daxil olmuş 12 iyun 2023-cü il tarixli, 162 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs sözügedən xəstəxanada qeydiyyatda yoxdur. DİN-nin Baş Əməliyyat Statistik İnformasiyalar İdarəsindən daxil olmuş 10 iyun 2023-cü il tarixli, tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İstintaq materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən daxil olmuş 24 iyun 2023-cü il tarixli, 3-16-17/3/2-6868/2023 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən xüsusi rütbəli əməkdaş sayılır. İstintaq materiallarından olan Respublika Narkoloji Mərkəzindən daxil olmuş 01 iyul 2023-cü il tarixli, xx/xx-8307 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs sözügedən xəstəxanada müalicə olunmamış və qeydiyyatda deyildir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşimançılıq hisi keçirməsi, iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunması və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmişşəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Eyni zamanda qeyd olunmalıdır ki, həmin Qərarın 23-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir. O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə bir-birindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir. Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər.Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Ona görə də məhkəmə qeyd edilənələr əsasən belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə əlavə cəzanın təyin olunması məqsədəuyğun deyildir. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını,habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1-ci maddəsinin sanksiyasında nəzərədə tutulmuş cərimə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmaldır. Salyan rayon Vəkil Bürosunun vəkili X13 məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesablarına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə təqsirli bilinərək iki min manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Salyan rayon Vəkil Bürosunun vəkili X13 məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********,Corr.Account: AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmün müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün surəti Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar